Maliyyə hesabatı
56
dövriyyə vəsaitlərinin dəyəri;
material dövriyyə vəsaitlərinin dəyəri;
debitor borclarının
kəmiyyəti;
sərbəst pul vəsaitlərinin məbləği;
xüsusi kapitalın dəyəri;
borc kapitalının kəmiyyəti;
əsas vəsaitlərin və digər dövriyyədənkənar aktivlərin formalaşması
üçün nəzərdə tutulan uzunmüddətli kreditlərin və borcların kəmiyyəti;
dövriyyə aktivlərinin formalaşması üçün nəzərdə tutulan qısamüd-
dətli kreditlərin və borcların kəmiyyəti;
kreditor borclarının kəmiyyəti.
Müəssisə hər bir təqdim edilən maddənin mühasibat balansında və ya
onun qeydlərində müəssisənin əməliyyatlarına
müvafiq olaraq təsnifləş-
dirilən yarımmaddələrə bölünməsini açıqlamalıdır. Hər bir maddə mahiy-
yətinə görə yarımmaddələrə bölünür. Bu zaman əsas təsərrüfat cəmiyyəti və
bütün törəmə cəmiyyətləri, asılı müəssisələr və
digər əlaqəli tərəflərdən
alınmalı və ödənilməli məbləğlər ayrıca açıqlanmalıdır.
Mühasibat balansı və qeydlərdəki məlumatların təfərrüatı ilə açıqlan-
ması Milli Mühasibat Uçotu Standartlarının tələblərindən, eləcə də gös-
tərilən maddələrin xarakterindən, funksiyalarından və onların məbləğlərinin
həcmindən asılıdır.