DƏrs vəSAİTİ (İKİNCİ buraxiliş)



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə19/41
tarix07.06.2020
ölçüsü2,33 Mb.
#31840
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   41
Maliyye


 

 

 

 

 

 

 

 

 

 

10.3 Dövlət xərclərinin iqtisadiyyatın maliyyə tənzimlənməsində rolu. 

 

Dövlət 


xərcləri 

– 

dövlətin 



mərkəzləşdirilmiş 

və 


qeyri-

mərkəzləşdirilmiş  gəlirlərinin  istifadəsi  ilə  müəyyən  edilən  maliyyə 

münasibətləridir.  dövlət  xərclərinin  özцnəməxsusluğu  dövlət  fəaliyyəti 

tələbatlarının  ödənilməsindən  ibarətdir.  Bu  səbəbdən  də  dövlət  xərclərinin 

məzmunu  və  xarakteri  birbaşa  olaraq  dövlətin  funksiyaları  ilə  -  iqtisadi, 

sosial,  idarəetmə,  hərbi  və  s.  əlaqəlidir.  dövlət  xərcləri  ölkənin  müdafiə 

qabiliyyətinin 

möhkəmləndirilməsi, 

dövlət 

idarəetməsinin 



həyata 

keçirilməsi, sosial sahənin və iqtisadiyyatın inkişafı sahəsindəki daha vacib 

tələbatların ödənilməsinə  xidmət edir.  Bu halda  dövlət öz funksiyalarını  ya 

idarəetmə orqanları vasitəsilə, ya da ona məxsus olan müəssisə və təşkilatlar 

vasitəsilə yerinə yetirir. 

Dövlət xərcləri  büdcə  sistemi,  büdcədənkənar  fondlar  və  müəssisə  və 

təşkilatlar  vasitəsilə  həyata  keçirilən  xərclərdən  ibarətdir.  Bütün  xərclər 

istehsalın genişləndirilməsi, sosial təyinatlı ictimai fondların yaradılması və 

dövlətin  digər  tələbatlarının  ödənilməsi  məqsədilə  həyata  keçirilir. 

Təsərrüfatçılığın müxtəlif sistemlərində, hətta iqtisadiyyatın müxtəlif inkişaf 

mərhələlərində dövlətin rolu, onun vəzifələri və fəaliyyət dairəsi dəyişildiyi 

üçün dövlət xərclərinin də strukturu və həcmi dəyişilməlidir. 

 

 

 

dövlət xərclərinin tərkibi 

 

Dövlət xərcləri 

Büdcədənkənar 

фondlar 


Büdcə 

sistemi 


Müəssisə və 

təşkilatlar 



 

183 


 

 

 

 

 

 

 

 

 

 

 

Ölkəmiz  üçün  xarakterik  olan  iqtisadiyyatın  sərbəstləşdirilməsi 

şəraitində  dövlət  tədricən  istehsal  vəsaitlərinin  iri  mülkiyyətçisinə  və 

investora,  istehsal,  bölgü  və  istehlak  proseslərinin  ayrılmaz  iştirakçısına 

çevrilmişdir  bununla  əlaqədar  olaraq  dövlətin  iqtisadi  funksiyası  geniş 

inkişaf  etmişdir,  dövlətin  özü  isə  iqtisadiyyata  müdaxilə  etmək  imkanını 

xeyli  azalmışdır.  Lakin  bazar  münasibətləri  daha  da  dərinləşdikcə  və 

mülkiyyətçiliyin  müxtəlif  formalarının  inkişaf  etdikcə    dövlətin  iqtisadi 

siyasəti də müəyyən mənada dəyişikliyə uğrayacaqdır. dövlət yalnız iqtisadi 

proseslərin əlaqələndiricisi rolu oynayacaq. Bu vəzifəni isə o, təkrar istehsal 

prosesinə birbaşa müdaxilə yolu ilə deyil, yalnız iqtisadi metodlar vasitəsilə 

yerinə yetirə biləcəkdir.  

Iqtisadiyyatın  maliyyə  tənzimlənməsinə  keçid  dövlət  xərclərini 

əhəmiyyətli  dərəcədə  azaltmağa,  onların  tərkibini  və  quruluşunu 

dəyişdirməyə,  dövlət  müəssisələri  və  təşkilatları  tərəindən  həyata  keçirilən 

qeyri-mərkəzləşdirilmiş xərcləri artırmağa imkan yaradacaqdır. 

Bazar  münasibətləri  şəraitində  dövlət  xərclərinin  özünəməxsus 

növlərindən biri də artıq fəaliyyətdə olan və ya yeni yaradılan müəssisələrə 

payçı  qismində  həyata  keçirilən  investisiya  məsrəfləridir.  dövlət 

investisiyaları  hesabına  yaradılan  mülkiyyət  dövlət  mülkiyyətinin  idarə 

edilməsi orqanlarının səlahiyyətinə keçerilir. 

İqtisadiyyat  sahəsində  həyata    keçirilən  dövlət  xərcləri  mühüm  xalq 

təsərrüfatı  əhəmiyyətinə  malikdir.  Belə  ki,  onlar  ictimai  istehsalın  struktur 

dəyişikliyinə, 

elmi-texniki 

potensialın 

artmasına, 

müəssisələrin 

yeniləşməsinə  və  xalq  təsərrüatının  bütün  sahələrinin  texniki  təchizatının 

yaxşılaşmasına  səbə  olur.  dövlət  xərcləri  eyni  zamanda,  investisiya 

siyasətinin 

həyata 


keçirilməsində, 

təbiətin 

mühafizə 

tədbirlərinin 

gücləndirilməsində, 

ekoloji 


cəhətdən 

təmiz 


texnologiyaların 

genişləndirilməsində fəal rol oynayırlar. 

Dövlətin  sosial  funksiyasının  yerinə  yetirilməsi  ilə  şərtlənən  dövlət 

xərcləri  daimi  olaraq  artır.  Ölkə  əhalisinin  əsas  sosial  hüquqlarının  təmin 



 

184 


edilməsi  zəruriliyi,  sosial  proseslərin  dövlət  tənzimlənməsinin  tələbatı 

müvafiq 


olaraq 

dövlət 


xərclərinin 

artımına, 

onların 

tərkibinin 

genişlənməsinə səbəb olur. Onu da qeyd etmək lazımdır ki, sosial xarakterli 

dövlət  xərclərinin  əsas  hissəsi,  yəni,  onların  həcminin  təqribən  dörddə  üçü 

büdcə 

sistemi 


və 

büdcədənkənar 

fondların 

vəsaitləri 

hesabına 

maliyyələşdirilir. Son illərdə dövlət maliyyəsinin bütün həlqələrinin inkişafı 

ilə  paralel  olaraq  sosial-məişət  infrastrukturun  genişlənməsində  və 

təkmilləşdirilməsində,  təhsil  və  səhiyyə  təşkilatlarının  saxlanılmasında, 

bələdiyyə  tikintilərinin  maliyyələşdirilməsində  yerli  maliyyənin  də  rolu 

əhəmiyyətli dərəcədə güclənmişdir. 

Dövlət  sosial  sahədə  həyata  keçirdiyi  xərclər  böyük  əhəmiyyət  kəsb 

edir.  Beləki,  onların  vasitəsilə  formalaşdırılan  sosial  təyinatlı  fondlar 

əhalinin real gəlirlərinin artımına səbəb olur, xalqın maddi və mənəvi həyat 

səviyyəsini yüksəldir. Sosial dövlət xərcləri vasitəsilə işçi qüvvəsinin təkrar 

istehsalını  təmin  edən  tədbirlər  maliyyələşdirilir,  işçilərin  ixtisas  səviyyəsi 

artırılır, işsizliyə görə müavinətlər verilir və s. 

Dövlət  müəssisələri,  təşkilatları  və  birlikləri  tərəfindən  həyata 

keçirilən  qeyri-mərkəzləşdirilmiş  dövlət  xərcləridə  böyük  iqtisadi  və  sosial 

əhəmiyyətə  malikdir.  dövlət  müəssisələrinin  xərcləri  əsasən  iki  növ 

məsrələri  əhatə edir:  müəssisənin təsərrüfatçılıq  fəaliyyəti  ilə əlaqədar olan 

cari  və  investisiya  məsrələri,  ikincisi  isə  ayrı-ayrı  işçilərin  və  əmək 

kollektivinin  sosial  ehtiyaclarının  ödənilməsi  ilə  bağlı  olan  məsrəflər. 

Xərclərin birinci növü geniş təkrar istehsalın təmin edilməsi məqsədilə əsas 

və  dövriyyə  fondlarının  bərpası  və  yeniləşməsinə,  onların  daha  səmərəli 

istifadə edilməsinə, yüksək maliyyə nəticələrinin əldə edilməsinə yönəldilir. 

Bu 


problemlərin 

uğurlu 


həlli 

təsərrüfatçılığın 

səmərəliliyinin 

yüksəldilməsinə 

imkan 

yaratmaqla 



dövlətin 

maliyyə 


imkanlarını 

genişləndirir.  Məsrəflərin  ikinci  növü  isə  əməkçilərin  sosial  ehtiyaclarının 

təmin edilməsi səviyyəsinin artırılmasına xidmət edir. 

Müxtəlif  funksiyaları  yerinə  yetirərkən  dövlət  sosial-mədəni 

tədbirlərin  və  xalq  təsərrüfatının  maliyyələşdirilməsi  ilə  bərabər  idarəetmə 

strukturlarının  saxlanması  üzrə  xərcləri  də  həyata  keçirir.  dövlət  idarəetmə 

aparatının  fəaliyyəti  ilə  əlaqədar  olan  xərclər  büdcə  xərclərinə  aid  edilir. 

İdarəetmənin  təşkilati  formalarının  təkmilləşdirilməsi,  idarəetmə  aparatının 

sadələşdirilməsi  ilə  əlaqədar  olan  tədbirlərin  həyata    keçirilməsi,  bir  qayda 

olaraq,  ümumi  dövlət  xərclərinin  tərkibində  idarəetmə  xərclərinin  xüsusi 

çəkisinin azaldılmasına səbəb olur. 

Dövlət  xərclərinin  obyekti  kimi  dövlətin  və  onun  mülkiyyətində  olan 

müəssisələrin sərəncamına səfərbərliyə alınmış gəlirlər çıxış edir. Bu isə, bir 

daha “dövlət gəlirləri” və “dövlət xərcləri” anlayışları arasında sıx kəmiyyət 

əlaqəsinin  olduğunu  təsdiqləyir.  Bununla  yanaşı,  qeyd  etmək  lazımdır  ki, 


 

185 


bəzi dövlət gəlirləri,  bir qayda olaraq konkret növ dövlət xərclərinə təhkim 

edilməmişdir. Bu isə maliyyə resurslarını ölkənin daha vacib sosial-iqtisadi 

inkişaf istiqamətlərinə yönəltməyə imkan verir. 

Yuxarıda deyilənlərdən belə bir qənaətə gəlmək olar ki, bir-biri ilə sıx 

əlaqədə olan dövlət xərclərinin konkret növlərinin məcmusu dövlət xərcləri 

sistemini  təşkil  edir.  Bu  sistemin  təşkilati  quruluşu  dövlət  tərəfindən 

qoyulmuş  müəyyən  prinsiplərə  əsaslanır.  Bu  prinsiplərini  əsasları 

aşağıdakılardır: 

vəsaitlərin 

məqsədyönlü 

istiqamətlənməsi, 

dövlət 


resurslarının istifadəsinin əvəzsizliyi, qənaət rejiminə əməl edilməsi. 

Vəsaitlərin  məqsədyönlü  istiqamətlənməsi  dövlət  xərclərinin  maliyyə 

planlarında    nəzərdə  tutulmuş  məqsədyönlü  təyinatlar  üzrə  ciddi  surətdə 

həyata keçirilməsi deməkdir. dövlət xərclərinin kommersiya sferasında əsas 

məqsədyönlü  istiqamətlərinə  kapital  qoyuluşları  və  dövriyyə  vəsaitlərinin 

maliyyələşdirilməsi, qeyri – kommersiya sferasında isə əmək haqqı xərcləri, 

cari məsrəflər, kapital qoyuluşları və s. aiddir.    

Dövlət əldə olan vəsaitlərə və dövlətin iqtisadi siyasətinə uyğun olaraq 

bu  və  ya  digər  tələbatların  daha  vaciblərini  müəyyənləşdirir  və  onları 

tənzimləyir.  Xərclərin  əvəzsizliyi  prinsipinə  əsasən  xalq  təsərrüfatının 

maliyyələşdirilməsinə,  sosial  və    digər  məqsədlər  üzrə  istifadə  edilmiş 

dövlət  vəsaitləri  onların  mütləq  qaydada  ödənilməsini  nəzərdə  tutmur. 

Maliyyə  resurslarının  istifadə  edilməsinin  bu  rejimi  kredit  resurslarının 

istifadəsindən  fərqlənir.  Lakin  əvəzsizlik  prinsipi  o  demək  deyildir  ki, 

dövlətin maliyyə resurslarının istifadəsi üzərində son nəzarət olmamalıdır.  

Dövlət xərclərinin həyata keçirilməsi zamanı daha yüksək nəticəliliyin 

əldə edilməsi xərclərin təşkilinin qənaət rejiminə əməl edilməsinə əsaslanır. 

Bu  proses  xərclərin  əldə  edilən  nəticələrə  nisbətən  ardıcıl  olaraq 

azaldılmasını forma və metodlarının sistemi kimi xarakterizə edilə bilər. Bu 

prinsip heç də hər zaman və hər yerdə xərclərin ixtisarı ilə əlaqədar deyildir 

və onların daha məqsədyönlü istifadəsinin nəzərdə tutur. 

Dövlət  xərclərinin  maliyyələşdirilməsi  müxtəlif  formalarda  – 

özünümaliyyələşdirmə, 

büdcə 


maliyyələşdirilməsi, 

kredit 


təminatı 

formalarında həyata keçirilir:  

 

 

 



 

 

 

 

 

 

Кредит 


тяминаты

ДХМФ 

Юзцнц малиййяляшдирмя 

Кредит тяминаты 

Бцдъя малййяляшдирилмяси 



 

186 


 

 

 

 

 

 

 

Özünümaliyyələşdirmədə,  bir  qayda  olaraq,  dövlət  müəssisələrinin 

xərclərinin  onların  öz  maliyyə  resursları  hesabına  ödənilməsində  istifadə 

edilir.  Büdcə  maliyyələşdirilməsi  ümumdövlət  əhəmiyyətli  məsrəflərin 

təmin  edilməsi  üçün  tətbiq  olunur.  Kredit  təminatı,  bir  tərəfdən  dövlət 

müəssisələri  tərəfindən  öz  cari  və  investisiya  məsrəflərinin  ötürülməsi 

məqsədilə  bank  ssudalarının  alınması,  digər  tərəfdən  isə  müxtəlif  səviyyəli 

dövlət idarəetmə strukturları tərəfindən maliyyə bazarlarından dövlət krediti 

formasında pul vəsaitlərinin borclanması kimi tətbiq edilir. 

Dövlət  xərclərinin  bu  formalarını  tətbiqi  arasında  daha  əlverişli 

nisbətin  əldə  edilməsi  iqtisadi  maraqların  balanslaşdırılmasına  və  hər  bir 

formanın istifadəsi  zamanı səmərəli nəticəyə nail olmağa şərait yaradır.  



 

 

 

 

 

 

 

 

 

 

 

XI. FƏSİL. DÖVLƏT BÜDCƏSİ  

 

11.1.  Dövlət büdcəsinin mahiyyəti və əhəmiyyəti. 

 

Dövlət büdcəsi dedikdə dövlət gəlirlərinin ümumi plan üzrə yığılması 

və  toplanması,  cəmləşmiş  vəsaitlərin  bütün  növ  dövlət  xərclərinin 

örtülməsinə istifadəsi başa düşülür. Dövlət büdcəsi strukturca iki hissədən – 

gəlirlər və xərclər bölməsindən ibarət olmaqla respublika və yerli büdcələrin 

məcmusundan təşkil olunur.  

  Hər  bir  ictimai  quruluşa  məxsus  olan  dövlət  müəyyən  funksiyaları 

yerinə yetirir. Yəni dövlət iqtisadiyyatı sabitləşdirmək, onu inkişaf etdirmək, 

sosial-mədəni  tədbirləri  həyata  keçirmək,  ölkənin  müdafiə  qabiliyyətini 


 

187 


möhkəmləndirmək və digər dövlət ehtiyaclarını ödəmək üçün kifayət qədər 

mərkəzləşdirilmiş  pul  vəsaiti  fonduna  malik  olmalıdır.  Ona  görə  də, 

cəmiyyətdə  yaradılan  xalis  gəlirin  bir  hissəsi  dövlət  büdcəsində 

cəmləşdirilir.  Deməli,  dövlət  büdcəsi  ümumdövlət  mərkəzləşdirilmiş  pul 

vəsaiti  fondunun  yaradılması  və  istifadə  edilməsinin  əsas  maliyyə  planıdır. 

Hər  bir  dövlət  özünə  xas  olan  müəyyən  vəzifələri  yerinə  yetirdiyinə  görə 

dövlət  büdcəsinin  gəlirlərinin  səfərbərliyə  alınması  və  həmin  vəsaitin 

məqsədə  uyğun  istifadə  edilməsi  dövlətin  yerinə  yetirdiyi  vəzifələr  uyğun 

olaraq  təşkil  olunur.  Dövlət  büdcəsinin  mahiyyəti  və  inkişaf  istiqamətləri 

mövcud  cəmiyyətin  mülkiyyət  münasibətlərinin  xarakteri  ilə  müəyyən 

edilir.  Dövlət  büdcəsi  maliyyə  münasibətlərinin  tərkib  hissəsi  kimi  çıxış 

edir.  Dövlət  büdcəsi  əmtəə-pul  münasibətlərinin  hökmranlıq  etdiyi 

cəmiyyətdə özünü həmçinin iqtisadi bir kateqoriya kimi göstərir. Məlumdur 

ki,  maliyyə  pul  münasibətləri  sistemini  ifadə  edir.  Lakin  bütün  pul 

münasibətləri 

maliyyə 


münasibətləri 

adlandırıla 

bilməz. 

Dövlətin 

funksiyalarını  yerinə  yetirilməsi  məqsədilə  cəmiyyətin  milli  gəlirinin 

bölüşdürülməsi  və  yenidən  bölüşdürülməsi,  dövlətin  mərkəzləşdirilmiş  pul 

vəsaiti  fondlarının  yaradılması,  qeyri-mərkəzləşdirilmiş  pul  vəsaitləri 

fondlarının  yaradılması  və  istifadə  edilməsi  ilə  əlaqədar  pul  münasibətləri 

maliyyə  münasibətlərini  ifadə  edir.  Bu  prosesdə  dövlət  büdcəsi  dövlətlə 

müəssisələr  arasında,  dövlətlə  fiziki  şəxslər  arasında  sosial-iqtisadi 

münasibətləri tənzimləyir və onlar arasında qarşılıqlı əlaqələr yaradır.  

Beləliklə,  dövlət  büdcəsi  maliyyənin  tərkib  hissəsi  olmaqla,  dövlətin 

sosial-iqtisadi,  siyasi  və  müdafiə  vəzifələrinin  yerinə  yetirilməsi  üçün 

iqtisadi  alət  kimi  çıxış  edir.  Çünki,  dövlətin  zəruri  məbləğdə 

mərkəzləşdirilmiş  pul  vəsaiti  fondu  büdcə  vəsaiti  ilə  səfərbərliyə  alınır. 

Deməli,  dövlətin  mərkəzləşdirilmiş  pul  vəsaiti  fondu  dövlət  büdcəsinin 

maddi  məzmununu  təşkil  edir.  Digər  tərəfdən,  dövlət  büdcəsi  ümumxalq 

vəzifələrini  yerinə  yetirmək  üçün,  dövlətin  mərkəzləşdirilmiş  pul  vəsaiti 

fondunun yaradılması və istifadə edilməsi istiqamətlərini müəyyən edir. Bu 

vəzifələrə  uyğun  olaraq  yaradılan  milli  gəlirin  bölüşdürülməsi  və  yenidən 

bölüşdürülməsi nisbətlərini müəyyən edir.  

Dövlət büdcəsi dövlətin qalan bütün digər maliyyə planlarına nisbətən 

aparıcı  və  istiqamətləndirici  rol  oynayır.  Çünki,  dövlət  büdcəsi  ayrı-ayrı 

sahələrin,  müəssisələrin  inkişaf  səviyyəsindən  asılı  olmaqla  bərabər,  onun 

əldə  etdiyi  gəlirlər  də  müəssisələr,  təsərrüfat  sahələrinə  daxil  olan 

gəlirlərdən  asılı  olur.  Dövlət  hər  il  büdcə  vəsaiti  ilə  təsərrüfat  sahələrinin, 

sosial-mədəni  sahələrinin  maliyyə  vəsaitinə  olan  tələbatını  ödəmək  üçün 

iqtisadi  metodlardan  istifadə etməklə dövlətin  mərkəzləşdirilmiş pul  vəsaiti 

fondunun  yaradılması  və  istifadə  edilməsi  və  zəruriliyini  ölkənin  ümumi 


 

188 


ehtiyaclarının,  o  cümlədən  müdafiə  ehtiyaclarının  ödənilməsi  və  xalqın 

həyat səviyyəsinin yüksəldilməsi vəzifələrindən irəli gəlir.  

Dövlət  iqtisadi  metodlarla  ölkənin  məhsuldar  qüvvələrini  inkişaf 

etdirir.  Yəni,  şəraitə  uyğun  olaraq  respublikanın  inkişaf  perspektivlərini 

maliyyə  vəsaiti  ilə  təmin  etdirilməsi  üçün,  xalqın  maddi  və  mədəni 

ehtiyaclarının  ödənilməsi  üçün  baza  yaratmalıdır.  Bazar  iqtisadiyyatı 

şəraitində  ölkənin  məhsuldar  qüvvələrinin  inkişaf  etdirilməsi,  istehsal 

sahələrinin  inkişaf  nisbətlərinin  müəyyən  edilməsi,  sahibkarlıq  mənafeyinə 

uyğun  olaraq,  müəyyən  deportasiyaya  məruz  qalar.  Bunun  aradan 

qaldırılması  üçün  ümumi  şəraiti  nəzərə  almaqla  məhsuldar  qüvvələrin 

inkişaf  istiqamətlərini,  geniş  təkrar  istehsalın  inkişaf  nisbətlərini  dövlət 

büdcəsi vasitəsilə tənzim etməlidir. Eyni  zamanda, xalqın sosial ehtiyacları 

da ödənilməlidir. Bu məqsədlə ölkənin milli gəlirinin dövlət büdcəsinə daxil 

olan nisbətlərini müəyyən etməlidir.  

Müstəqil  dövlət  quruculuğuna  başlayan  Azərbaycan  Respublikasında 

dövlət  büdcəsi  ölkənin  məhsuldar  qüvvələrini  hərtərəfli  inkişaf  etdirmək, 

geniş  təkrar  istehsalı  pul  vəsaiti  ilə  təmin  etmək,  respublikanın  müdafiə 

qabiliyyətini  möhkəmləndirmək  üçün  büdcə  vəsaiti  ilə  milli  gəliri  istehsal 

və  qeyri-istehsal  sferaları,  respublikanın  iqtisadi  rayonları  arasında 

bölüşdürür  və  yenidən  bölüşdürür.  Milli  gəlirin  dövlət  büdcəsində 

cəmləşdirilməsinin  nisbətləri  hər  bir  şəraitdə  dövlətin  yerinə  yetirdiyi 

vəzifələrdən asılı olur.  

Dövlətin  maliyyə  sistemində  mərkəzi  yer  tutan  dövlət  büdcəsi  həmin 

dövlətin  məqsəd  və  vəzifələrini  özündə  əks  etdirir.  Ona  görə  də,  dövlət 

büdcəsi aşağıdakı mühüm amilləri özündə birləşdirir:  

1 O, dövlətin ali qanunvericiliyi ilə təsdiq edilir; 

1. Dövlət büdcəsi ümumdövlət mənafeyinə xidmət edir, xalqın ümumi 

ehtiyaclarının ödənilməsinə xidmət edir.  

2. Dövlətin  sosial  və  iqtisadi  inkişafının  səviyyəsindən  asılıdır,  yəni 

dövlətin inkişaf səviyyəsini əks etdirir.  

Dövlət  büdcəsi  ölkənin  sosial-iqtisadi  inkişafı  ilə  sıx  bağlıdır.  büdcə 

gəlirinin  böyük  hissəsi,  o  cümlədən  onlar  mühüm  mənbələri  və  xərclərin 

istiqamətləri ölkənin bu sahədəki siyasəti ilə müəyyən olur. 

Öz növbəsində dövlət büdcəsi  sosial  -  iqtisadi  sahədəki göstəricilərin 

və  tapşırıqların  formalaşmasına  böyük  təsir  göstərir.  Dövlət  büdcəsinin 

ölkənin  sosial-iqtisadi  inkişafı  ilə  əlaqəsi  özünü  təkcə  büdcənin  tərkibində 

deyil, o cümlədən onun  icrasında da göstərir. Dövlət büdcəsinin gəlirlər  və 

xərclər  üzrə  icrası  sosial  iqtisadi  inkişafın  göstəricilərinin  kəmiyyət  və 

keyfiyyətcə  yerinə  yetirilməsindən,  iqtisadi  və  elmi  texniki  səviyyədən, 

iqtisadiyyatın inkişaf intensivliyindən və s. asılıdır.  



 

189 


Öz  növbəsində  büdcənin  icrası  sosial-iqtisadi  inkişaf  sahəsində 

qarşıya  qoyulan  məqsədlərin  yerinə  yetirilməsinə  aktiv  təsir  göstərir.  Bu 

funksiyaların  yerinə  yetirilməsini  maliyyə  resursları  ilə  təmin  etmək  üçün 

büdcəyə daxil olası vəsaitin vaxtında və tamamilə yerinə yetirilməsinə əməl 

olunmalıdır. 

Dövlət  büdcəsinin  iqtisadi  kateqoriya  və  dövlətin  əsas  maliyyə  planı 

kimi  anlayışları  fərqləndirmək  lazımdır.  Birinci  halda  obyektiv  xarakter 

daşıyan  pul  münasibətləri  sistemi  başa  düşülür.  İkinci  halda  öz  ifadəsini 

ölkənin mərkəzləşdirilmiş pul vəsaiti fondunun yaradılması və istifadəsində 

insanların  şüurlu  fəaliyyətinin  nəticəsi  başa  düşülür.  Maliyyə  planı  kimi 

dövlət  büdcəsindən  söhbət  getdikdə,  xalis  məhsulun  mərkəzləşdirilmiş 

hissəsinin  hərəkətinin  büdcə  planı  başa  düşülür.  Bu  obyektiv  pul 

münasibətlərinin əməli ifadəsinin nəticəsidir.  

Dövlət büdcəsi ölkənin maliyyə siyasətinin aparıcı istiqamətlərini əks 

etdirir.  

Dövlət  büdcəsi  ölkənin  maliyyə  kredit  sistemi  ilə  iqtisadiyyatın 

müxtəlif  sahələrinin  maliyyəsi,  şəxsi  və  əmlak  sığortası  fondları  (ölkənin 

dövlət  büdcəsinin  tərkibinə  daxil  olan),  bank  krediti  ilə  sıx  bağlıdır.  Bu 

bağlılıq  və  onların  formalaşdırılmasına  aktiv  təsirinə  görə  dövlət  büdcəsi 

maliyyə  planları  sistemində  aparıcı  rol  oynayır.  Büdcənin  bütün  gəlirləri 

Milli  Bankda açılmış xüsusi hesab daxil olur. Bu vəsaitlərin xərclənməsinə 

nəzarəti isə Maliyyə Nazirliyi həyata keçirir. 

İqtisadi kateqoriya kimi büdcə - ictimai təkrar istehsalın tələbatlarının 

inkişafı  mərhələsində    ümumdövlət  pul  vəsaiti  fondlarının  yaradılması 

zamanı  ictimai  məhsulun  dəyərinin  (milli  gəlirin)  bir  hissəsinin  yenidən 

bölgüsü  ilə  əlaqədar  olaraq  dövlət  və  təkrar  istehsalın  digər  subyektləri 

arasında yaranan pul münasibətləri sistemini xarakterizə edir. 

Büdcə – cəmiyyətin sosial-iqtisadi inkişafını təmin etmək və dövlətin 

funksiyalarını  yerinə  yetirmək  məqsədilə  mərkəzləşdirilmiş  pul  vəsaiti 

fondlarının  yaradılması,  bölüşdürülməsi  və  istifadəsi  ilə  bağlı  əsas  maliyyə 

planıdır.  Maddi  məzmununa  görə  büdcə  –  dövlətin  mərkəzləşdirilmiş  pul 

vəsaiti  fondlarının  yaradılması  və  istifadəsi  formasıdır.    Sosial-iqtisadi 

mahiyyətinə görə büdcə – milli gəlirin yenidən bölgüsü alətidir.  

Makroiqtisadi tənzimləmədə  büdcənin praktiki reallaşdırılması özünü 

sosial  zəmanətlərin  təmin  edilməsinə  imkan  verən  milli  gəlirin  müvafiq 

nisbətlərinin    formalaşdırılması,  ictimai  əmtəə  və  xidmətlərə  olan 

tələbatların  ödənilməsi,  büdcə  vəsaitlərinin  sahələrarası  və  ərazilərarası 

yenidən  bölgüsünün  məqsədli  təsirində  büruzə  verir.  Büdcə  mexanizmi  

dövlətin büdcə siyasətinin  həyata keçirilməsinin  mühüm  vasitəsi kimi çıxış 

etməklə  dövlətin  sərəncamına  daxil  olan  vəsaitlərin  səmərəli  manevr  

etməsini tənzimləyir. 


 

190 


Büdcə  sisteminin  əsasını  dövlət  büdcəsi  təşkil  edir.  Dövlət  büdcəsi  – 

maliyyə  sisteminin  aparıcı  həlqəsi  və  əsas  maliyyə  kateqoriyasıdır.  Dövlət 

büdcəsi dövlətin əsas maliyyə planıdır. Dövlət ilə müəssisələr, təşkilatlar və 

əhali  arasında  yaranan  münasibətlər  büdcə  münasibətləri  adlanır.  Dövlət 

büdcəsinin məqsədi – ölkənin iqtisadi, sosial və digər strateji proqramlarının 

və  problemlərinin    həlli,  dövlətin  funksiyalarının  həyata  keçirilməsi  üçün 

qanunvericiliklə  maliyyə  vəsaitinin    toplanması  və  istifadəsini    təmin 

etməkdir. 



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin