Dərs vəsaiti II hissə Ai3rhaycan Respublikası Təhsil



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə59/63
tarix02.01.2022
ölçüsü1,81 Mb.
#43220
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   63
596 (1)


böl mə. «Debitor və kreditor borcları» bölməsində vekselləri 
və  avansları  daxil  etməklə,  hesablaşmaların  uçotu  hesablarında  uçota 
alman müəssisənin debitor və kreditor borclarının vəziyyəti əks olunur. 
Bu zaman qısamüddətli borclara ödəmə vaxtı bir ilə qədər 
2a.s
 


olan borclar, uzunmüddətlilərə isə - ödəmə müddəti bir ildən çox olan 
borclar aid edilir. 
Dövlətin  mərkəzləşdirilmiş  kapital  qoyuluşu  hesabına  tikinti 
həyata  keçirən  müəssisələr,  330  və  340  sətrlərdən  onlar  üzrə  vaxtı 
keçmiş borcları 361-ci sətrdə yazılan «Dövlətin mərkəzləşmiş kapital 
qoyuluşları üzrə vaxtı keçmiş kreditor borcları» üzrə aynlır. 
IV bölmə.  «Qeyri-maddi  aktivlərin  tərkibi»  bölməsində  ilin 
axırına müəssisəyə malik olan qeyri-maddi aktivlərin tərkibi açıqlanır. 
Məlumatlar ilk dəyərlə verilir. 
«İxtiralar  və  digər  buna  oxşar  obyektlərin  intellektual  (sənaye) 
mülkiyyəti  hüquqları»  maddəsi  üzrə  ixtiraçılığa  hüququ  sənaye 
nümunəsinə, texniki, təşkilati və kommersiyasına, istehsal sirrini təşkil 
edən  (paketlər,  lisenziyalar,  nou-hau,  proqram  məhsulları  və  b.) 
hüquqların, inhisarçı və imtifaz hüququnun - bura fəaliyyətin müəyyən 
növlərinin  lisenziyası  da  daxildir,  digər  əmlak  hüquqlarının  dəyəri 
göstərilir. 
«Təbii  və  başqa  ehtiyatardan  istifadə  hüquqları»  maddəsi  üzrə 
torpaq sahəsindən, təbii ehtiyatlardan (su, yerin təki və b.), binaların və 
qurğuların istifadə olunması hüququnun dəyəri göstərilir. 
((Təşkilatçılıq  xərcləri»  maddəsində  müəssisənin  dövlət 
qeydiyyatından  keçməyə  görə  ödəməni;  broker  yerlərindən  istifadə 
hüququnu; ticarət markaları, əmtəə nişanları və xidmət işarələrinə görə 
ödəmə  də  daxil  olmaqla  həmin  müəssisənin  nizamnamə  kapitalına 
iştirakçıların  təsis  sənədlərinə  müvafiq  olaraq  qəbul  edilən, 
müəssisənin yaradılması üzrə xərclərin məbləği göstərilir. 
410 və 420-ci maddələrdə göstərilən hüquqların dəyəri, həmçinin 
broker yerindən istifadə hüququnun dəyəri müvafiq olaraq müəssisədə 
müəyyən  edilən  normalar  üzrə  istehsal  və  ya  tədavül  xərclərinə 
keçirilir. 
V  bölmə.  5-ci  ((Əsas  vəsaitlərin  hərəkəti»  bölməsinin  I  <(Əsas 
vəsaitləri)  yarımbölməsində  onların  növləri  çərçivəsində  müəssisənin 
əsas vəsaitlərin mövcudluğu və hərəkəti göstərilir. 
Yarımbölmədə müəssisənin balansında olan bütün əsas vəsaitlər, o 
cümlədən icarəyə verilmiş, əvəzsiz olaraq verilmiş və ya fəaliyyətsiz 
olan (konser\'asiyada, ehtiyatda olan və b.) əsas 
236 


vəsaitlərin  ayrı-ayrı  növləri  daxil  olmaqla  onların  dəyəri  göstərilir. 
Məlumatlar ilkin dəyərlə verilir. 
Yarımbölmənin 4-cü sütununda bütün mənbələrdən; yəni: qiymətə 
əlavəni,  əvvəlcə  uçota  alınmayanları,  ödəmə  hesabına  əldə  edilənləri, 
dövriyyə vəsaitlərindən əsas vəsaitlərə keçirilənləri, başqa müəssisə və 
təşkilatlardan daxil olanları, habelə bank kreditləri hesabına işə salınan 
vəsaitləri  daxil  etməklə,  bütün  maliyyələşmə  mənbələri  üzrə  hesabat 
ilində əsas vəsaitlərin ümumi daxil olmaları əks etdirilir. 
Yarımbölmənin  5-ci  sütununda  hesabat  ilində  əsas  vəsaitlərin 
ümumi çıxması əks etdirilir,onlara: qiymətin ucuzlaşdrılması, artıq və 
istifadə edilməyən əmlakın satışı qaydasında ödəmə hesabına satılanlar, 
əsas  vəsaitlərdən  dövriyyə  vəsaitlərinə  keçirilmə,  başqa  müəssisə  və 
təşkilatlara  əvəzsiz  olaraq  verilənlər,  dağılması  və  köhnəlməsi,  təbii 
fəlakət və qəza nəticəsində hesabat ilində ləğv edilən əsas vəsaitləri tam 
dəyəri  (köhnəlmə  çıxılmadan),  yenidən  qurma  və  yeni  tikinti  ilə 
əlaqədar olaraq və başqa səbəblərə görə ləğv olunma aiddir. 
«Əsas  vəsaitlərin  yekunu»  maddəsindən  ayrı-ayn  sətrlərdə 
istehsalat və qeyri-istehsalat əsas vəsaitləri göstərilir. 
istehsalat əsas vəsaitlərinə maddi istehsal sahəsinə aid olan sənaye 
məhsullarının  istehsalı  ilə,  tikinti  ilə,  kənd  təsərrüfatı  ilə,  ticarət  və 
ictimai  iaşə  ilə,  kənd  təsərrüfatı  məhsullarının  tədarükü  ilə  və  digər 
fəaliyyət növləri ilə əlaqədar olan əsas vəsaitlər aiddir. 
Qeyri-istehsal  təyinatlı  əsas  vəsaitlər,  mənzil  və  kommunal 
təsərrüfatı,  səhiyyə,  bədən  tərbiyəsi,  sosial  təminat,  xalq  təhsili, 
mədəniyyət və i.a. əlaqədar olan əsas vəsaitlər daxildir. 
5-ci  bölmənin  II  «Başa  çatdırılmamış  tikinti»  yanmbölməsində 
podrat və həm də təsərüfat üsulu ilə yerinə yetirilən obyektlərin tikintisi 
üzrə, habelə əsas vəsaitlərin əldə edilməsi üzrə məsrəflərin hərəkəti əks 
etdirilir. 
Yarımbölmənin  4-cü  sütununda  obyektlərin  tikintisi  (podrat 
təşkilatlarının ödəməyə qəbul edilmiş və ödənilmiş hesabları)  və əsas 
vəsaitlərin əldə edilməsi üzrə müəssisənin istehsal məsrəlləri göstərilir. 
237 


Yanmbölmənin  5-ei  sütununda  istismara  verilmiş  tikinti 
obyektlərinin  və  əldə  edilmiş  əsas  vəsaitlərin  dəyərini  artırmayan, 
silinmiş məsrəilər göstərilir. 
5-ci  bölmənin  «Arayış»  bölməsində  53ü-eu  sətrdə  -  başqa 
müəssisələrə icarəyə verilmiş müəssisənin əsas vəsaitlərinin ayrı- ayrı 
növlərinin dəyəri göstərilir. 
VI bölmə,  06  və  58  saylı  hesablarda  uçota  alınan  müəssisənin 
qısamüddətli  və  uzunmüddətli  maliyyə  qoyuluşlarının  tərkibi 
((Maliyyə qoyuluşları» bölməsində açıqlanır. 
«Başqa  müəssisələrin  pay  və  səlımləri»  maddəsində  respublika 
ərazisində  (o  cümlədən  törəmə  müəssisələrə)  yaradılmış  səhmdar 
cəmiyyətlərinin,  başqa  müəssisələrin  nizamnamə  kapitalının 
səhmlərinə,  respublikanın  ərazisindən  kənarda  olan  müəssisələrin  (o 
cümlədən  törəmə)  kapitalına  müəssisənin  qoyuluşunun  məbləği 
göstərilir. 
((İstiqraz  və  başqa  qiymətli  kağızlara  maddəsində  faizli  dövlət 
istiqraz vərəqələrinə və yerli istiqrazlara, habelə digər oxşar qiymətli 
kağızlara qoyuluşların (investisiyaların) məğləği göstərilir. 
((Verilmiş  borclar»  maddəsində  müəssisə  tərəfindən  başqa 
müəssisələrə verilmiş borcların məbləği göstərilir. 
((Sairə» maddəsi üzrə 06 və 58 saylı hesablarda uçota alınan milli 
və xarici valyutalarda müəssisənin 
dcpo/iıləiv' 
ı-mı.ınət sertifikatlarına, 
banklardakı  depozit  hesablara  \ə  ı..ı.)  qoyuluşların  \ə  investisiyanın 
digər istiqamətlərinin məbləği gırsumılir. 
VII 
 bölmədə <(Sosıal ehtiyaclara ayırmalar. Sosial sığorta 
fonduna; Təqaüd fonduna; Məşğtılluq fonduna» maddəsi üzrə əməyin 
ödənilməsi vəsaitlərindən dö\iət sosial sığortası haqlarının Azərbaycan 
Respublikası  Sosial  Müdafiə  fondu  və  Azərbaycan  Respublikası 
əhalisinin Dövlət Məşğulluq fonduna məcburi ayırmaların vəsaitlərinin 
yaradılması və istifadəsi öz əksini tapır. 
Tibb  sığortası  üzrə  ayırmalar  həyala  keçirən  müəssisələr,  onları 
740-cı sətrdə göstərirlər. 
750-763-cü  sətrlər  üzrə  işçilərin  orta  siyahı  sayı  və  istehlaka 
yönəldilən  vəsaitlər  öz  əksini  tapır.  Bu  sətıiəri  doldurarkən 
müəssisələrdə,  təşkilatlarda  və  idarələrdə  fəhlələrin  və  qulluqçuların 
sayı əmək haqqının statistikası üzrə təlimatın istehlaka 
2.t8 


yönəldilən  vəsaitlərin  tərkibi  haqqında  təlimatını  rəhbər  tutmaq 
lazımdır. 
«Uzunmüddətli 
investisiya 
və 
maliyyə 
qoyuluşlarının 
maliyyələşdirilməsi  üzrə  vəsaitlərin  hərəkəti»  bölməsində  (Vlll) 
hesabat  ilində  müəssisənin  investisiya  və  maliyyə  qoyuluşlarının 
hərəkəti göstərilir. 
10. Miihusihat balansı 
Mühasibat  hesabatı  sistemində  balans  mərkəzi  yer  tutur.  Son 
illərdə balans beynəlxalq standartların tələblərinə yaxınlaşdığına görə 
böyük  dəyişikliyə  məruz  qalmışdır.  Balansın  aktiv  və  passivinin 
maddələrinin məzmunu onu həm daxili, həm də xarici istifadə edənlər 
(səhmdarlar, təsisçilər, malgöndərənlər, ki'editorlar, banklar) tərəfindən 
istifadə etmək imkanı verir. Təşkilatın fəaliyyətinin maliyyə nəticələri, 
onun  möhkəmliyi,  kreditor  borclarının  həcmi,  bankların  ssuda  üzrə 
borcları və borclar və i.a. haqqında məlumatlar xarici istifadə edənlər 
üçün lazımdır. 
Bazar  iqtisadiyyatında  istifadə  edənlərin  geniş  dairəsi  üçün 
mühasibat  balansı  əsas  məlumat  mənbəi  kimi  xidmət  edir.  Məsələn, 
balansın məlumatları əsasında sahibkarlar, menecerlər və idarəetmə ilə 
əlaqədar  olan  digər  şəxslər  təsərrüfat  subyektinin  əmlak  vəziyyəti  ilə 
tanış  olurlar.  Balansdan  onlar  sahibkarın  nəyə  malik  olduğunu,  daha 
doğrusu, müəssisənin sərəncam vennək qabiliyyəti olan həmin əmlak 
ehtiyatının kəmiyyət və keyfiyyət nisbətinin necə olması və bu ehtiyatın 
yaradılmasında kimin iştirak etməsini öyrənirlər. 
Balans  əsasında  hesabat  dövründə  xüsusi  kapitalın  artması 
şəklində təşkilatların işinin son maliyyə nəticələrini müəyyən edirlər və 
xalis mənfəət şəklində balansın passivində və ya zərər şəklində aktivdə 
göstərilir. 
Balansın  məlumatları  əsasında  əldə  edilən  mənfəətə  müvafiq 
olaraq pulun arası kəsilmədən hərəkətinə nəzarət həyata keçirilir. 
Mühasibat  balansının  məlumatları  vergi  xidmətləri,  kredit 
müəssisələri,  həmçinin  dövlət  idarəetmə  orqanları  (misal  üçün, 
Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazildiyi tərəfindən) tərə- 
239 


fındən  geniş  istifadə  olunur.  Müasir  təsəniifat  siyasətinin  bir  sıra 
mürəkkəb  problemlərini  balansın  rəqəmlərini  diqqətlə  təhlil  etmədən 
həll etmək mümkün deyildir. 
İllik  hesabata  aydınlaşdınna  qeydini  -  fəaliyyətin  istiqaməti 
haqqında rəhbərin hesabat məruzəsini əlavə edirlər. 
Mühasibat  uçotu  hesablarında  ilin axırına  olan  vəziyyət  üzrə  81 
«Mənfəətin  istifadəsi»  və  80  «Mənfəət  və  zərərlər»  hesablarının 
bağlanması  üzrə  qeydlər  aparırlar.  Bu  zaman  aşağıdakı  mühasibat 
yazılışı tərtib edilir: 
a) hesabat  ilində  81  «Mənfəətin  istifadəsi»  hesabının  debeti  üzrə 
dövriyyənin məbləğinə; 
80  «Mənfəət və zərərlər» hesabının debeti 
81  «Mənfəətin istifadəsi» hesabının krediti 
b)  istifadə edilməmiş mənfəətin qalan məbləğinə: 
80 «Mənfəət və zərərlər» hesabının debeti 
88  «Bölüşdürülməmiş  mənfəət  (örtülməmiş  zərər)»  hesabının 
krediti 
Sonrakı  hesabatlarda  və  balanslarda  axırıncı  məbləği  «Keçən 
illərin bölüşdürülməmiş mənfəəti» maddəsində yazmaq lazımdır. 
Mühasibat balanslannın aşağıdakı əsas növləri mövcuddur: giriş; 
dövrü və illik (yekun); birləşdirici; bölüşdürücü; qaydaya salınmış; ləğv 
etmə; icmal-birləşdirici. Onlardan bəzilərinə nəzər salaq. 
Giriş  balansını  tərtib  etməklə  mahiyyətcə  həmin  təşkilatda 
mühasibat uçotunun apanimasına başlanır. 
İlk  başlanğıcda  təşkilatın  balansı  olduqca  sadə  olur,  çünki  onda 
göstərilən  əmlak  kütləsi  əsasən  pul  qoyuluşlarından  və  təşkilati 
xərclərdən ibarət olur. 
Qaydaya  salınmalı  olan  balans  təşkilatlar  müflisləşməyə 
yaxınlaşan  hallarda  tərtib  olunur.  Belə  şəraitdə  təsərrüfat  subyektləri 
qarşısında iki mümkün qərar meydana çıxır: ya müflisləşmə haqqında 
elan  vermək  yolu  ilə  ləğv  olmaq,  ya  da  ödəmələrə  möhlət  verilməsi 
haqqında  kreditorlarla  razılığa  gəlmək.  Lakin  ki'editoriar,  hətta  əgər 
razılığa meyl göstərirlərsə də, əvvəlcədən, vurulmuş zərərlərin böyük 
olmasını  və  onun  gələcəkdə  ödənilməsinə  ümid  olmasını  öyrənmək 
istəyirlər. Qaydaya salınmış balans təşkilatda işlərin real 
240 


\  oziyyətini  göstornıək  moqsvu.li  ilə.  holu  lıcsabul  unvrü  bas.ı  qjun.ı 
qədər auditoru cəlb etməklə torlib olunur. 
Ləğv etmə balansı başqalarından əsas etibarı ilə öz maddələrinin 
qiymətləndirilməsi  ilə  fərqlənir.  Bu  zaman  balans  üçün  adi  olan  bəzi 
maddələr  ləğv  etmə  balansında  olmaya  bilər,  misal  üçün,  «Gələcək 
dövrlərin  gəlirləri».  «Gələcək  dövrlərin  xərcləri»  maddələri.  Digər 
tərəfdən,  ləğv  etmə  balansında  əvvəl  olmayan  maddələr,  misal  üçün, 
firmanın  dəyəri,  patentin,  ticarət  nişanlarının  dəyəri  meydana  çı.xa 
bilər. 
Balansın  maddələrinin  qiymətləndirilməsi  qavdası  «Mühasibat 
uçotu  haqqmda»  Azərbaycan  Respublikasının  Qanunu  ilə  müəyyən 
edilmişdir. 
«Mühasibat  uçotu  haqqında»  Qanuna  müvafiq  olaraq,  əsas 
vəsaitləri, qeyri-maddi aktivləri və azqiymətü və tez köhnələn əşyaları 
balansda ilk və köhnəlməni ayrıca maddədə göstərməklə qalıq dəyəri ilə 
əks  etdirirlər;  xammal,  əsas  və  köməkçi  materialları,  satın  alınmış 
yarımfabrikatları  və  komplektləşdirici  məmulatları,  yanacağı,  taranı, 
ehtiyat  hissələrini  və  digər  maddi  resursları  faktiki  maya  dəyəri  ilə; 
hazır və göndərilmiş məhsulu ümumtəsərrüfal xərclərinin silinməsi və 
37  «Məhsullann  (işlərin,  xidmətlərin)  bura-  xıhşı»  hesabının  istifadə 
edilməsi  qaxdasından  asılı  olaraq  -  tam  yaxud  tam  olmayan  faktiki 
istehsalat maya dəyəri ilə və tam yaxud tam olmayan normativ (plan) 
maya dəyəri ilə eks etdirirlər. 
Ticarət, təchizat və satış təşkilatlarında malları hesabatda satış və 
ya alış dəyəri ilə əks etdirirlər. Bu qiymətlər arasındakı fərqi hesabatda 
ayrıca əks etdirirlər. 
Kütləvi və seriyalı istehsalda bitməmiş istehsal balansda normativ 
(plan)  istehsalat  maya  dəyəri  ilə  və  ya  xərclərin  müstəqim  maddələri 
üzrə,  habelə  xammalın,  materialların  və  yarımfabıT  atların  dəyəri  ilə 
əks  etdirilə  bilər.  Vahid  istehsalda  bitməmiş  istehsalat  məhsullarını 
faktiki istehsalat məsrəfləri üzrə əks etdirirlər. 
II ərzində qiyməti aşağı salman, ya da mənəvi köhnələn və qismən 
öz ilkin keyfiyyətini itirən maddi qiymətliləri, hesabat dövrünün axırma 
mühasibat balansında mümkün olan satış qiyməti ilə. onlar əldə edilən 
ilk dəyərdən aşağı olan zaman qiymətlərdə 
241 


i'i.in  t.ırqK'n  i.!sormr:ıi  kıaliyyətıııin  maliyyə  nəticələrinə  aid  et
məklə 
əks eldii ii'lər.
 
Valvııia  lıesahları.  digər  pul  vəsaitləri  üzrə  təşkilatların 
vəsaitlərinin  (pul  sənədlərini  daxil  etməklə)  qalıqlarını,  qiymətli 
kağızları,  xarici  valyutaila  debitor  və  kreditor  borclarını  hesabatda, 
hesabat  dövrünün  axırıncı  gününə  qüvvədə  olan  Azərbaycan 
Respublikasının  Milli  Bankının  kursu  üzrə  xarici  valyutaya 
hesablamaq  yolu  ilə  müəyyən  edilən  məbləğlərdə,  Azərbaycan 
Respublikasının ərazi
sində 
(.|ii\'\'əılə olan \ alvutarla əks eklirırlər, 
Debitor  və  kreditorlarla  hesablaşmaları  hor  bir  tərəl’öz 
hesabatında,  mühasibat  qeydlərindən  irəli  gələn  və  onun  tərəfindən 
düzgün  kmu  qəbul  edilən  məbləğlərdə  əks  etdirir.  Fikir  ayrılığı  olan 
zaman maraqlı tərəf, müvatiq mübahisələri həll etməyə müvəkkil olan 
orqanlara baxmaq üçün lazımi materialları müəyyən edilmiş müddətdə 
verməyə lıoreiudui'. 
İddia  müddəti  keçən  debitor  borcunu,  tutulması  real  olmayan 
digər  borcları  müəssisənin  rəhbərinin  qoran  ilə  şübhəli  borcların 
ehtiyatı hesabına, ya da təsərrüfat tVıaliyyətinin maliyyə nəticələrinə 
vo ya büdcə təşkilatlarında maliyyələşmənin (fondlarının) azalmasına 
silirlər. 
Ödəmə  qabiliyyətinin  olmaması  nəticəsində  borcun  zərərə 
silinməsi borcun ləğ\ edilməsi hesab olunmur. O, silinən vaxtdan 5 il 
ər/indvi  balans  arxasında,  borcludan  ontın  əmlak  vəziyyəti  dəyişən 
halda onun tuluhnası imkanını müşahidə elmək üçün əks etdirilir. 
İddia  müddəti  keçən  kreditor  və  deponent  borclarının 
məbləğlərim. ləsvurüfal l'əalıyyəlmm maliyyə nəticələrinə və ya büdcə 
təşkilatlarının  maliyyələşdirilməsinin  (fondlarının)  artırılmasına 
silirlər. 
Malivvə.  vergi  orqanları  ilə,  bankların  müəssisələri  ilə 
hesablaşmalar  Li/rə  hesabatda  əks  etdirilən  məbləğlər,  onlarla 
razılaşdırılmalıdır  vt)  evni  olmalıdır.  Hu  hesablaşmalar  üzrə 
nizamlaşdırıl-  maıniş  məbləğlərin  balansda  saxlanılmasına  icazə 
verilmir. 
Borclu tərəlindən etiraf edilən və ya tutulması haqqında arbitrajın 
iqtisad məhkəməsinə, məhkəmənin qərarı alınan cərimələr, pe- nıyalar 
və  tləbbə  pulları,  təşkilatın  maliyyə  nəticələrinə  və  ya  büdcə 
təşkilatlarının malıyyt'ləşdırilməsinə (tbndlarma) aid edilir və onları 
242 


alana  və  ödəyənə  qədər  alanın  və  ödəyicinin  hesabatında  ınüvafıq 
olaraq dcbilorlar və ya kreditorlar maddəsi üzrə əks etdirilər. 
Təşkilatın  əmlakı  satıldığı  və  sair  çıxdığı  halda  (əsas  vəsaitlər, 
istehsalat  ehtiyatları,  qiymətli  kağızlar  və  b.)  bu  əməliyyatlar  üzrə 
zərəri  \ ə ya gəliri təşkilatların vəsaitlərinin maliyyə nəticələrinə aid 
edirlər. 
Təbii  fəlakətdən  olan  ödənilməyən  itkiləri  təşkilatın  rəhbərinin 
qərarı  ilə ehtiyat  kapitalı  vəsaitləri  hesabına  və  ya  təşkilatın  hesabat 
ilinin  maliyyə  nəticələrinə  (əgər  təşkilatda  ehtiyat  kapitalı 
yaradılmırsa.  ya  da  kapitalın  vəsaiti  kifayət  deyilsə),  və  ya  büdcə 
təşkilatlarında maliyyələşmənin (fondların) azaldılmasına silirlər. 
Müəssisənin vəsaitləri balansda aşağıdakı qiymətlə əks olunur: 
1  )  əsas  vəsaitlər  -  köhnəlməni  çıxmaqla  ilk  dəyəri  ilə,  daha 
doğrusu,  onların  əldə  edilməsinə,  qurulmasına  və  hazırlanmasına 
çəkilən faktiki məsrəllər üzrə; 
2ı qeyri-maddi aktivlər - köhnəlməni çıxmaqla ilk dəyəri ilə, daha 
doğrusu, planlaşdırılmış məqsədlərə istifadə edilməyə yararlı ► olan 
vəziyyətə onlar gətirilənə qədər çəkilən xərcləri daxil etməklə, əldə 
edilməsinə faktiki məsrəllər üzrə; 
3)  kapital  qoyuluşu  -  bina  tikənlər  (silarişçilər)  üçün  faktiki 
məsrəllər üzrə; 
4)  avadanlıq - əldə edilməsinin faktiki maya dəyəri üzrə; 
5)  maliyyə  qoyuluşları  (qiymətli  kağızlara,  digər  müəssisələrin 
nizamnamə  kapitalına  investisiyalar,  istiqrazlara  investisiyalar, 
verilmiş borclar və i.a.) - faktiki məsrəllər u/rə; 
fı|  istehsalat  ehti\atları  ı  xammal,  əsas  \  ə  köməkçi  materiallar, 
yanacaq,  satın  alınmış  yarımfabrikatlar  və  komplektləşdirici 
məmulatlar. ehtiyat hissələri, tara və digər maddi resurslar) - onların 
faktiki maya dəyəri ilə
7)  bitməmiş istesalat - faktiki istehsalat maya dəyəri ilə (kütləvi 
və seriyalı istehsalda -normativ (plan) istehsalat maya dəyəri ilə \ə ya 
müstəqim  xərclər  üzrə  \v>  ya  xammal,  materialların  və  yarım- 
fabrikatların dəyəri üzrə); 
8)  tədavül  xərcləri  -  ticarət  \ə  ictimai  iaşə  müəssisələrində 
malların qalığına düşən xərclər məbləğində; 
24.t 


9) gələcək  dÖMİəriıı  xərcləri  -  hesnhat  (.Knründə  eddmı^.  ^m 
növbəti hesabat dövrünə aid olan faktiki məbləğdə; 
10)  hazır məhsul - faktiki maya dəyəri ilə; 
11) mallar - pərakəndə ticarət müəssisələrində (satış) qıvməti ilə, 
ticarət  edən  və  təchizat-satış  təşkilatlarında  isə  -  pərakəndə  (satış) 
qiyməti  ilə  və  ya  alış  və  satış  qiyməti  arasında  fərqləri  avnca  əks 
etdirməklə alış dəyəri ilə; 
12) debitor borcları - debitorlar tərəfindən qəbul edilən məbləğdə. 
Müəssisənin vəsaitlərinin mənbələri balansda aşağıdakı kimi əks 
olunurlar: 
a) nizamnamə kapitalı - təsis sənədləri ilə müəyyən edilən öl- 
b) ehtiyat kapitalı - bu fondun istifadə edilməmiş məbləğində; 
V )  
şübhəli borclar üzrə ehtiyatlar  - il ərzində debitor borclarının 
örtülməsinə sərf edilməmiş ehtiyatların məbləğində; 
q)  gələcək  xərclərin  və  ödəmələrin  örtülməsinə  ehtiyatlar  - 
istifadə edilməmiş ehtiyatlarm məbləğində
d) gələcək  dövrlərin  gəlirləri  -  hesabat  dövründə  alınan,  lakin 
növbəti hesabat dövrünə aid olan məbləğdə; 
e) mənfəət  -  hesabat  dövründə  alınan  mənfəətin  faktiki 
məbləğində  (hesabat  dövründə  avans  olaraq  və  faktiki  istifadə 
edilməmiş mənfəət və ya faktiki alınan zərər balansın aktivində ayrıca 
maddələrdə  əks  olunur;  illik  hesabatda  balansın  valyutasına  ancaq 
hesabat ilinin örtülməmiş zərəri və ya bölüşdürülməmiş mənfəəti daxil 
edilir); 
j) kreditor borcu - kreditorlarla olan faktiki borcların məbləğində. 
Mühasibat  balansı  öz  quruluşuna  görə  iki  sıra  rəqəmləri  əks 
etdirir,  onların  yekunları  biri-birinə  bərabərdir.  Balans  adətən  ikitə- 
rəlli cədvəl şəklində təqdim edilir, onun sol tərəfi balansın aktixi. sağ 
tərəli isə passivi adlanır. 
İstənilən  mühasibat  balansı  müxtəlif  cinsli  əmlak  x  əsaitlərinin 
qruplaşması kimi əmlak kütləsinin vəziyyətini və bu qiymətlilərə olan 
hüququ və eyni zamanda sahibkarların, səhmdarların, bankların və b. 
razılğı ilə yaradılan kapital kimi özünü göstərir. Balans 
ləs.ır-
 
244 


rüfatın  vəziyyətini  dəyər  qiyməti  ilə,  Azərbaycanda  manatlarla  əks 
etdirir.  Bununla  əlaqədar  olaraq  balans  maddələrinin  düzgün 
qiymətləndirilməsi  məsələsi  həm  balansın  qurulması  zamanı,  həm  də 
təsərrüfatın  fəaliyyətini  qiymətləndirmək  üçün  olduqca  mühüm 
əhəmiyyət kəsb edir. 
Son  illər  balansın  aktivində  «vəsaitlər  və  onların  yerləşməsi». 
passivində  isə  «vəsaitlərin  mənbələri  və  təyinatını»  başa  düşürdülər. 
Lakin  bu  anlayışlar  daha  geniş  bəhs  olunur,  xüsusilə  aktiv  dedikdə, 
aktiv  işləməli  olan,  mənfəət  gətirməli  olan,  mənfəət  gətirməli  olan 
əmlak kütləsi başa düşülür. Əgər əmlak «işləmirsə». ona itki kimi, daha 
doğrusu, zərər kimi baxılır. 
Balansın yeni forması beş bölməyə, o cümlədən onun aktiv hissəsi 
üç, passivi isə iki bölməyə malikdir. 
Balans  «netto»  prinsipi  üzrə  qumlub,  daha  doğınsu,  onda  ni- 
zamlaşdırıcı  maddələr:  əsas  vasitələrin,  qeyri-maddi  aktivlərin,  az- 
qiymətli və tez köhnələn əşyaların köhnəlməsi, mənfəətin istifadəsi və 
b. olmur. Bundan başqa, mühasibat hesabatının əsas formasında daha 
dəqiq  qısa  şəkildə  qeyri-maddi  aktivlərin,  əsas  vəsaitlərin, 
uzunmüddətli  və  qısamüddətli  maliyyə  qoyuluşlarının  tərkibi,  ehtiyat 
kapitalının, borc vəsaitlərinin və b. quruluşu verilir. 
Yenidən təşkil edilmiş balansda aktiv üzrə birinci bölmə «Əsas \ 
əsaıilər \ ə s. dövriyyədən kənar aktivlər», ikinci bölmə «Ehtiyatlar \ ə 
məsrətləi')) və 111 «Pul vəsaitləri, hesablaşmaşmalar və sair ak- tivlər» 
adlanır.  Zərərlər  üçüncü  bölmənin  yekunundan  sonra  göstərilir,  daha 
doğrusu, onlar bölmə nömrəsinə malik deyildir. 
Balansın  passivi  I  «Xüsusi  vəsaitlərin  mənbələri»  bölməsindən 
başlanır. Sonra «Hesablaşmalar və sair passivləri bölməsi gəlir. 
Balansın aktivinə vəsaitlərin dövretmə mərhələsindən asılı olaraq 
müəyyən qruplarda birləşdirilmiş təsərrüfat dövriyyəsinin elementləri, 
göstərilən  maddələri  daxil  edilib.  Məsələn.  1  «Əsas  vəsaitlər  və  sair 
dövriyyədən  kənar  aktivləri  bölməsində təşkilatın  mülkiyyətində  olan 
binaları,  tikililəri,  maşın  və  avadanlıqları,  torpaq  sahəsini  \ə  i.a.; 
uzunmüddətli maliyyə qoyuluşunu; qeyri-maddi ak- ti\iəri əks etdirirlər. 
II «Ehtiyatlar və məsrəfləri bölməsi dövriyyə vəsaitləri daxil olan (cari 
aktivlər) maddələri birləşdirir. 
24.S 


Aklivin maddüləri qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 
müəyyən sistem üzrə yerləşir, onun əsasını da əmlakın hərəkən dərəcəsi 
təşkil edir və ya hələ necə deyərlər, pula çe\rilə bilmə, daha doğrusu, 
əmlakın həmin hissəsinin hansı tezliklə təsərrüfat dö\- riyyəsində pul 
forması aldığından müstəqil olaraq asılılıq dərəcəsi təşkil edir. 

Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin