Amerika Birləşmiş Ştatlarının Səfirliyi Mətbuat Şöbəsi Bakı şəhəri, Azərbaycan



Yüklə 11.15 Kb.
Pdf просмотр
tarix21.03.2017
ölçüsü11.15 Kb.

 

         Amerika Birləşmiş Ştatlarının Səfirliyi 



Mətbuat Şöbəsi

 

     Bakı şəhəri, Azərbaycan 

                     

   

 

MƏTBUAT ÜÇÜN AÇIQLAMA 

                  15 sentyabr 2006-cı il  



 

Jurnalistləri Quş Qripinin qarşısını almaqda yardım etməyə çağırış

 

ABŞ-ın maliyyə dəstəyi ilə həyata keçirilən milliyonlarla dəyəri olan layihənin bir hissəsi olaraq 30-dan çox 



mətbuat işçisi Quş Qripi haqqında məlumatların ictimaiyyətə müvafiq qaydada çatdırılması strategiyası 

üzrə təlim keçəcək 

 Azərbaycan Respublikası  Səhiyyə Nazirliyi və ABŞ-ın Beynəlxalq  İnkişaf Agentliyi (USAİD) jurnalistləri 

Quş.Qripi haqqında məlumatları düzgün və müvafiq şəkildə mediada yayımlamağa çağırır. USAİD 

tərəfindən maliyyələşdirilən  İlkin Səhiyyə Xidmətinin Gücləndirilməsi Layihəsi (İSXG) çərçivəsində 

keçiriləcək Quş Qripi haqqında məlumat verən jurnalistlər üçün Media Seminarı, media nümayəndələrinə, 

xüsusilə pandemik qrip ilə bağlı ictimaiyyətə, mətbuata, tərəfdaşlara və aidiyatı olan tərəflərə içtimai 

təhlükəsizliyinin gündəmdə olan zaman, məlumatı reallığa əsasən çatdımaq kimi bacarıqlara dair təlimatlar 

verəcək.  

Səhiyyə Nazirliyinin nümayəndəsi Anar Qədirli 16 sentyabr 2006-cı il tarixdə saat 10.00-da İrşad 

mehmanxanasında keçiriləcək seminarın açılış sessiyasında ölkədə quş qripinin vəziyyəti ilə bağlı  məruzə 

ilə çıxış edəcək.    

ABŞ-ın Xarici yardımlarının əsas əlaqələndiricisi olan USAİD dünyada səhiyyə xidmətləri sahəsində  

Inkişafa və səylərin cəmləşməsinə təkan verən aparıcı təşkilatdır. 

 

Beynəlxalq Tibb Korpusu tərəfindən  əlaqələndirilən  İlkin Səhiyyə Xidmətinin Gücləndirilməsi Layihəsi 



Azərbaycan və ABŞ Hökumətləri arasında ölkənin səhiyyə sektorunun inkişafına yönələn davamlı  və 

effektiv əməkdaşlığın bir hissəsidir. 

Layihə  çərçivəsində  Səhiyyə Nazirliyinin ilkin səhiyyə xidmətləri sahəsində aparılan islahatlara texniki 

dəstək göstərilir.  

İSXG Layihəsi Abt Associates, Curatio International Foundation və Con Hopkins Universitetinin 

Kommunikasiya Proqramları üzrə  Mərkəzi ilə birgə Beynəlxalq Tibb Korpusunun rəhbərliyi ilə  təşkilatlar 

qrupu tərəfindən həyata keçirilir.  

Mərkəzi qərargahı ABŞ-da yerləşən, səhiyyə  məsələləri üzrə ixtisaslaşan Beynəlxalq QHT sayılan 

Beynəlxalq Tibb Korpusu artıq 6 ildir ki Azərbaycanın səhiyyə sektorunun gücləndirilməsində Azərbaycan 

Hökuməti ilə sıx əməkdaşlıq edir. Beynəlxalq Tibb Korpusu hal-hazırda Amerika əhalisinin maliyyə vəsaiti 

hesabına həyata keçirilən iki çoxmillionluq layihəni həyata keçirir: İlkin Səhiyyə Xidmətinin Gücləndirilməsi 

Layihəsi və Təcili Tibbi Yardımın İnkişafı Layihəsi.  

Beynəlxalq Tibb Korpusu (

www.imcworldwide.org

), Abt Associates Inc (

www.abtassociates.com

), Curatio 

International  Foundation (

www.curatiofoundation.org

), Con Hopkins Universitetinin Kommunikasiya 

83, Azadlıq Prospekti 

AZ1007  Bakı, Azerbaycan 

Email: 

HuseynguliyevMM@state.gov



   

Telefon: +(99412) 498 03 35 

Fax:  +(99412) 498 93 12 

URL: 


http://baku.usembassy.gov/

  



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə