Dərs vəsaiti Azərbaycan Texniki Universitetinin 25 dekabr 2017-ci



Yüklə 3,22 Mb.
səhifə83/119
tarix07.01.2024
ölçüsü3,22 Mb.
#207143
növüDərs
1   ...   79   80   81   82   83   84   85   86   ...   119
C fakepathStrateji menecment-d rs v saiti(1)

Şəxsi maraq – sahibkarlıq üçün «lokomotiv» sahibkarın isə varlanmağa, öz mülkiyyətini çoxaltmağa sövqedici qüvvədir.
Bazarın miqyası – sahibkarlıq fəaliyyətinin nəticələrinin realizə olunma imkanlarının ölçüsüdür. Bazar nə qədər geniş və sivil olarsa, sahibkarlığın inkişafı üçün o qədər əlverişli şərait yaranmış olar.
Rəqabət mübarizəsi – bazarın birbaşa, sahibkarlığın dolayısı ilə nizamlanması, iqtisadi azadlıqla şəxsi marağın sərhədlərinin müəyyən edilməsidir.
Dövlətin məhdudlaşdırıcı rolu – dövlətin sahibkarlığa müdaxiləsinin optimal, yol verilməsi mümkün olan maksimum həddidir. Bu həddin düzgün müəyyən edilməməsi həm çoxluğu və həm də azlığa sahibkarlığa yalnız ziyan gətirə bilər.
Firmadan asılı olmayan, onlara təsir imkanı yox dərəcəsində olan xarici amillər firmanın iqtisadi inkişafını ləngidə və ya sürət- ləndirə bilər. Sahibkarın səriştəsi həmin amilləri nəzərə almaq ba- carığı və onlardan mümkün səviyyədə faydalanmaq qabiliyyətilə müəyyən edilir.


    1. Mövcud strategiyanın səmərəlilik meyarları


Böyük İqtisadi Ensiklopediyada meyarlar (Criteria) – müzaki- rə mövzusunu qiymətləndirmək və ya müqayisə etmək üçün isti- fadə edilən yönümlülük, o cümlədən təqdimetmə və aşkaretmə üçün oriyentirdir. Mərkəzi planlaşdırma dövründə ictimai istehsa- lın səmərəlilik meyarı əmək məhsuldarlığı göstəricisinin həddi hesab edilirdi. Bazar iqtisadiyyatı şəraitində ölkənin iqtisadi in- kişaf meyarı kimi adambaşına düşən ümumi daxili məhsulun (ÜDM) həcmi qəbul edilmişdir. Lakin BMT-nin tövsiyə etdiyi Minilliyin İnkişaf Məqsədləri bir sıra digər göstəricilər ilə xarak- terizə edilir. Onlara: milli yoxsulluq həddindən aşağı yaşayan əhalinin xüsusi çəkisi; əmək qabiliyyətli yaşda olan əhali; ana ölümü əmsalı; meşə örtüyü olan torpaq sahəsi; istilik effekti yaradan qazların miqdarı; internet istifadəçilərinin sayı; gənclərin işsizlik əmsalı; gender bərabərlik indeksi və sairə daxildir. Son illər makroiqdisadi səviyyəni qiymətləndirmək üçün iqtisadi azadlıq indeksindən geniş istifadə edilir. Bu indeks aşağıdakıları özündə əks etdirir:



    • özəl mülkiyyət üçün yaradılmış təminat;

    • vergi dərəcələrinin aşağı olması;

    • dövlət xərclərinin ÜDM-in tərkibindəki xüsusi çəkisinin aşağı olması.

Bununla yanaşı digər iqtisadi azadlıq göstəricilərindən də istifadə edilir. Onlara: mülki hüquqların azadlığı, fiskal, biznes,
əmək, monetar, ticarət, investisiya və maliyyə azadlıqları göstəri- ciləri, eləcə də dövlət xərcləri və inflyasiya səviyyəsi aiddir. AMEA-nın İqtisadiyyat İnstitutunda 2015-2016-cı illərdə həmin göstəricilərin 60-dan çox ölkə üzrə hesablanması başa çatdırılmış və açıq mətbuatda dərc edilmişdir.
Strateji menecmentə həsr edilmiş müasir ədəbiyyatlarda fir- manın mövcud strategiyasının səmərəlilik meyarlarına aşağıda- kılar aid edilmişdir (şəkil 5.6).



Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin