Müəssisədə çalışan müxtəlif ixtisasa və staja malik işçilər(insanlar). Heç bir firma insan amilini nəzərə almadan inkişaf edə bilməz. Məhz yüksək ixtisaslı və sahə üzrə müvafiq staja malik işçilər istehsalın səmərəliliyinin və fasiləsizliyinin təmin edilməsində əvəzedilməz rol oynayırlar.
Əmək resursları dedikdə əmək prosesində iştirak etmək üçün zəruri fiziki və mənəvi qabiliyyətlərin məcmusuna malik olan ölkə əhalisinin bir hissəsi başa düşülür. Ölkəmizdə qəbul olun- muş metodologiyaya görə əmək resurslarına 15-63 yaşlı kişi və 15-60 yaşlı qadınlar aiddir. Ölkənin əmək resurslarına göstərilən yaş həddində olan əmək qabiliyyətli yaşda əmək qabiliyyətli əha- li; iqtisadiyyatda məşğul olan əmək qabiliyyətli yaşdan yuxarı şəxslər; iqtisadiyyatda məşğul olan yeniyetmələr daxildir. Azər-
baycanın əmək resursları ölkə əhalisinin ümumi sayının təqribən 50%-dən çoxunu təşkil edir.
Prosesə cəlb edilən işçi qruplarının aşağıdakı üç tərkib hissə- sini fərqləndirirlər:
ayrı-ayrıişçilərin(insanların)davranışı;
və qrupların davranışına təsiri.
İnsanlar daha əyani şəkildə özlərinin fərdi qabiliyyətləri və onlara xas olan digər keyfiyyətlərinə görə bir-birlərindən fərqlən- dirilir. Demək olar ki, firmalar bütün hallarda işçlərin hansı vəzi- fəni tutacağı və hansı funksiyaları yerinə yetirəcəyi məsələsini həll edərkən onların qabiliyyətlərinin müxtəlifliyindən yararlanır- lar.
Menecerlər firmanın qarşıya qoyduqları məqsədlərə səmərəli şəkildə çatmaq istiqamətində heyətin səylərini koordinasiya etmək üçün işçilərin şəxsiyyətini, onların tələblərini, arzularını (nə gözlədiklərini) və aşağıdakı digər dəyərlərini mütləq nəzərə almalıdırlar.
İqtisadi azadlıq– azad sahibkarlığın həlledici şərtləri, bazar iqtisadiyyatının təməl prinsipidir. Bunsuz heç bir növ sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, bazara çıxmaq, istehsal resursları əl- də etmək, müəyyən mülkiyyətə sahib olmaq mümkün deyildir. İqtisadi azadlıq olmayan bir mühitdə sahibkarlığın mənəvi və etik cəhətlərinin mövcudluğundan söhbət belə gedə bilməz.