Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil



Yüklə 1,65 Mb.
səhifə3/114
tarix28.12.2021
ölçüsü1,65 Mb.
#10633
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   114
L o q o p e d i y a   –  nitq  inkiĢafı  qüsurları  haqqında  pedaqoji  elm 

olub,  bu  qüsurların  aradan  qaldırılması  və  qarĢısını  almaq  üçün  xüsusi 

təlim-tərbiyə sistemidir.  

Nitq  insana  məxsus  olan  ali  psixi  funksiyadır.  Nitq  ünsiyyəti 

insanlar  arasında  sosial  əlaqəni  spesifik  insani  vasitələrini  yaradıb 

kollektiv əməyini dərk etmək fəaliyyətinin ali formalarını inkiĢaf etdirir. 

Nitq uĢağın bütün psixi həyatında mühüm rol oynayıb, onda əsas idrak 

proseslərinin formalaĢmasına səbəb olur. Tamamilə aydındır ki, uĢağın 

nitq  inkiĢafında  baĢ  verən  pozğunluq  –  onun  bütün  psixi  proseslərinin 

formalaĢmasına  çox  böyük  mənfi  təsir  göstərə  bilər.  Bu  pozulmalar 

nəticəsində  ətraf  mühitlə  ünsiyyət  yaratma  çətinliyi  ilə  yanaĢı,  idrak 

proseslərinin  düzgün  formalaĢmaması,  bilik,  bacarıq  və  vərdiĢlərinin 

qavranılması  kimi  ciddi  qüsurları  uĢağı  ən  vacib  vasitədən  – 

özünütəsirlənmədən  məhrum  edir,  onda  davranıĢ  dəyiĢmələri, 

neqativizm, inamsızlıq yaradır. Nitq qüsurlarının aradan qaldırılması və 



 

qarĢısının  alınması  Ģəxsiyyətin  harmonik  inkiĢafına  kömək  edərək, 



bilikləri qazanmaq üçün mövcud maneələri aradan qaldırır.  

Buna  görə  də  loqopediya  defektologiyanın  bir  sahəsi  olub  eyni 

zamanda ümumpedaqoji vəzifələrin həyata keçməsinə kömək edir.  

Nitq  qüsurları  adı  altında  sözlü  ünsiyyət  vasitələrinin  normal 

formalaĢmadan  sanması  baĢa  düĢülür.  Nitq  inkiĢafı  qüsurları  anlayıĢı 

təkcə Ģifahi nitqlə məhdudlaĢmayıb, onun yazılı formasına da aid edilir. 

Loqopediya  nitqdə  baĢ  verən  dəyiĢmələri  onun  yaĢla  əlaqədar 

dəyiĢmələrdən  fərqləndirmək  lazımdır.  Belə  ki,  müəyyən  yaĢa  qədər 

səslərin  səhv  tələffüzü,  lüğətin  azlığı,  cümlənin  düzgün  qurulmaması, 

dilə  yiyələnmə  prosesində  norma  sayılaraq  fizioloji  hadisə  kimi 

qiymətləndirilir.  Bu  hadisəni  nitq  inkiĢafının  patologiyası  ilə 

qarıĢdırmaq olmaz.  

Loqopediyanın əsas vəzifəsi nitqi qüsurlu uĢaqların xüsusi təlim –

tərbiyə  qanunauyğunluqlarını  təqdim  etməkdir.  Bu  məqsədlə  nitq 

qüsurlarının  yaranması  və  səbəbləri,  xarakter  və  strukturu 

açıqlanmalıdır.  Əldə  edilən  nəticələrdən  nitq  qüsurlarının  müxtəlif 

formalarını  elmi  Ģəkildə  əsaslandırılmıĢ  vasitə  və  üsullarla  aradan 

qaldırmaq yolları iĢləyib hazırlamaq üçün istifadə edilir.  

Loqopediya  məktəbəqədər,  məktəb  və  yaĢlılar  loqopediyası 

hissələrindən  ibarətdir.  Loqopediya  elminin  qarĢısında  aĢağıdakı  əsas 

vəzifələrin həyata keçirilməsi durur.  

1.Nitq  inkiĢafı  pozğunluqları  olan  uĢaqların  xüsusi  təlim-tərbiyə 

qanunauyğunluqlarının öyrənilməsi; 

2.Məktəbəqədər və məktəbyaĢlı uĢaqların nitq qüsurlarını öyrənən 

xüsusi təlim-tərbiyə qanunauyğunluqlarının öyrənilməsi; 

3.Nitq  qüsurlarının  strukturunun,  onun  psixi  inkiĢafa  təsir 

dairəsinin araĢdırılması; 

4.Nitq qüsurlarının diaqnostikası, aradan qaldırılması və qarĢısını 

alma metod və vasitələrini, qüsurların növlərinin öyrənilməsi;  

5.Əhaliyə lazımi loqopedik köməyin təĢkil edilməsi;  

UĢaqlarda nitq patologiyasının pedaqoji cəhətdən araĢdırılmasının 

məzmun  və  istiqaməti  loqopediya  elminin  metodunu  təĢkil  edən 

prinsiplərlə müəyyənləĢir; 

1.ĠnkiĢaf prinsipi.  

2.Sistemli yanaĢma prinsipi. 

3.Nitq  qüsurlarını  psixi  inkiĢafın  digər  tərəfləri  ilə  əlaqəli 

öyrənilməsi prinsipi. 



 

1.ĠnkiĢaf  prinsipi  nitq  qüsurlarının  baĢ  verməsini  təhlil  edərək 



onun  inkiĢaf  xəttini  araĢdırır.  Bu  prinsipə  görə  yalnız  qüsurun  təsvir 

edilməsi  deyil,  həm  də  öyrənilməsi  məqsədə  uyğundur.  Hər  hansı  bir 

qüsurun  düzgün  müəyyənləĢdirilmiĢ  genezisi  üçün  böyük  rus  alimi 

L.S.Viqotskinin  göstərdiyi  kimi  inkiĢafda  baĢ  verən  dəyiĢmələrin 

mənĢəyini,  bu  dəyiĢmələrin  özünü,  onların  yaranma  ardıcıllığını  və  bu 

dəyiĢmələr  arasındakı  səbəb  və  nəticələri  fərqləndirmək  lazımdır. 

Məsələn:  periferik  nitq  aparatının  müəyyən  qüsurları  (xüsusilə 

artikulyasiya 

aparatının)  nəticəsində  nitq  üzvlərinin  hərəkət 

məhdudiyyətləri  özünü  göstərir.  nitq  səslərinin  kifayət  qədər 

artikulyasiya edilməsinin çətinliyi müxtəlif tələffüz qüsurlarını meydana 

gətirir. Artikulyasiyanın qeyri dəqiqliyi sözün səs tərkibinə yiyələnməni 

gecikdirir,  bu  isə  öz  növbəsində  yazılı  nitqdə  aqramatizmə  səbəb  olur. 

Bundan  əlavə,  arikulyasiyanın  qeyri  dəqiqliyi  nitqin  fəallığını  da 

məhdudlaĢdırır.  UĢaq  ətrafdakıların  onu  lağa  qoymasından  çəkinərək 

özünün ünsiyyət dairəsini məhdudlaĢdırır. Bu isə lüğət ehtiyatının həm 

aktiv, həm də passiv tərəfinin azalmasına gətirib çıxarır.  

Sistemli 

yanaĢma 

prinsipi 

nitq 

funksiyasının  mürəkkəb 



strukturunu  əks  edərək,  onun  səs  nitqin  tələffüz  tərəfini,  fonematik 

prosesləri,  leksika  və  qrammatik  quruluĢunu  əhatə  edir.  Nitq  qüsurları 

nitqin  müxtəlif  komponentlərinə  toxuna  bilər.  Bəzi  qüsurlar  yalnız 

tələffüz  proseslərinə  toxunub,  nitqin  heç  bir  müĢayətedici  hallar 

olmadan  aydınlığında  əks  olunur.  Digərləri  dilin  fonematik  sisteminə 

toxunaraq  yalnız  tələffüz  qüsurları  ilə  deyil,  həmçinin  oxu  və  yazı 

pozğunluqlarını  yaradan  sözün    səs  tərkibinə  yiyələnmə  çətinliyi  ilə 

özünü  göstərirdi.  Daha  mürəkkəb  nitq  qüsurları  dilin  həm  fonetika-

fonematik,  həm  də,  leksiko-qrammatik  tərəfini  əhatə  edir  və  nitqin 

ümumi  inkiĢaf  geriliyini  (qığıltıdan  geniĢ  nitqə  qədər,  lakin  müəyyən 

fonetik  və  leksik  -  qrammatik  inkiĢafsızlığı  elementləri  olan)  meydana 

gətirir.  MəĢhur  rus  pedaqoqu  A.E.Levina  nitqin  ümumi  inkiĢaf 

geriliyinin 3 səviyyəsini müəyyən etmiĢdir.  

      Birinci səviyyə tam və ya demək olar ki, tam sözlü ünsiyyət vasitəsi 

olmaması.  Bu  səviyyədə  nitq  inkiĢafının  lüğət  ehtiyatı  əsasən  səs  və 

səstəqlidi  komplekslərindən  ibarət  olub  və  ətrafdakılar  üçün  aydın 

olmayan oksentlərlə müĢayət edilən anlaĢılmayan nitqdir.  

Ġkinci  səviyyə  onunla  xarakterizə  olunur  ki,  uĢaqların  nitq  imkanları 

müəyyən  qədər  çox,  ətraf  mühitlə  ünsiyyət  təkcə  oksent  və  sözlərin 

hecaları ilə deyil, həm də fonetik və qrammatik cəhətdən təhrif olunmuĢ 

nitq parçalarından ibarət olur.  



 

      Üçüncü səviyyə özündə kifayət qədər inkiĢaf etmiĢ kobud fonetik və 



leksik-qrammatik  qüsurları  olmayan,  amma  fonetik,  leksik  və 

qrammatik cəhətcə ayrı-ayrı qüsurları olan danıĢıq nitqini əks etdirir.  

Loqopediya burada qanunauyğunluqlara əsaslanaraq dili sistemli Ģəkildə 

öyrənir və hər hansı qanunauyğunluqdan  kənar halları müəyyənləĢdirir.  

Nitq  qüsurlarını  psixi  inkiĢafın  digər  tərəfləri  ilə  əlaqəsi  prinsipi. 

Məlumdur  ki,  nitq  fəaliyyəti  uĢağın  bütün  psixikası  ilə  onun  müxtəlif 

prosesləri:  sensor,  intellektual  və  effektiv  iradı  sferalar  ilə  sıx  əlaqədə 

formalaĢır və fəaliyyət göstərir. UĢaqda bu və ya digər psixi proseslərin 

gediĢinin  özünəməxsus  fərdiliyinin  açılması  anormal  uĢaqda  bu  və  ya 

digər nitq qüsurunun baĢ verməsini baĢa düĢməyə imkan verir. Belə ki, 

görmənin  zəifləməsi,  görmə  analizatorunun  kompensator  imkanlarının 

azalması  nəticəsində  aleksiya  və  aqrafiya  kimi  qüsurlar  daha  ağır 

formada keçəcəkdir. Nitq qüsurları və psixikanın bu və ya digər tərəfləri 

arasında əlaqənn öyrənilməsi, nitq qüsurunun yaranmasında iĢtirak edən 

psixi proseslərə təsir etmək yollarını tapmağa kömək edə bilər.  

 


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin