II. Səs tələffüzünün müayinəsi:
Bu zaman bu və ya digər səsin ayrılıqda və nitqdə müstəqil iĢlətmə bacarığı yoxlanılır. Müayinə aparılarkən səs tələffüzü qüsurları əvəzetmə qarĢıdurma və ya səsin olmaması-ayrılıqda, hecalarda, söz və ifadələrdə aĢkara çıxarılır. Bundan əlavə, uĢağın müxtəlif heca strukturlu sözləri tələffüzetmə vəziyyəti də yoxlanılır (məsələn: piramida, təəccüblü, kolleksioner və s.) və səslərin əvəz olunması aĢkara çıxarılır.
Səslərin sözlərdə tələffüzünün vəziyyətinin müayinəsi üçün xüsusi əĢya Ģəkilləri toplusu vacibdir. ġəkillərdə təsvir olunmuĢ əĢyaların adları müxtəlif səs və heca tərkibinə, çox mürəkkəb, samitlərin tədqiq edilən səslərlə iĢlənmə yerlərinə görə sözlərdən ibarət olur.
UĢaqda səs tələffüzü qüsurunu aĢkara çıxarmaq üçün iĢlənən ən sadə üsul budur: tədqiq edilən səsin əvvəldə, ortada, sonda iĢləndiyi sözlərin əĢya Ģəkilləri uĢağa göstərilir. Məsələn: s səsinin tələffüzü yoxlanılarkən ona aĢağıdakı Ģəkillər göstərilir: Stəkan, kosmonavt, qaysı, avtobus.
Əgər uĢaq səsi sözdə tələffüz edə bilmirsə, loqoped həmin səsi əksetmə üsulu ilə (loqopedin ardınca) tələffüz etməyi tələb edir. Bundan əlavə həmin səslə olan hecanı dal və qabaq (sa-as) tələffüz etməsini də tapĢıra bilər.
Adətən belə müayinə uĢaqda tələffüz qüsurunu müəyyən etməyə kifayət edir. lakin bəzən uĢaq Ģəkildəki əĢyanın adını düz tələffüz etsə də müstəqil nitqdə həmin səsi təhrif edir. Buna görə də yoxlanılan səsi frazalı nitqdə tələffüzü mütləq tədqiq edilməlidir. YaxĢı olar ki, bu məqsədlə atalar sözlərindən, yanıltmaclardan, təkrarlamalardan istifadə edilsin. Sözün heca tərkibinin müayinəsi zamanı loqoped uĢağın müxtəlif heca strukturlu sözləri tələffüz etmə bacarığını yoxlayır. Məsələn aĢağıdakı söz sırasından istifadə etmək olar söz prospekt Ģkaf oktyabr niĢan stadion meĢə televizor
günəĢ dost
Dostları ilə paylaş: |