Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə279/284
tarix02.01.2022
ölçüsü2,55 Mb.
#2728
növüDərs
1   ...   276   277   278   279   280   281   282   283   284
1. Təhlükəsizlik mühiti 
Azərbaycan Respublikasının təhlükəsizlik mühiti onun suverenliyi, 
ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, milli maraqları, davamlı 
inkişafı,  əhalisinin rifah və  dəyərlərinin qorunmasına təsir edən 
amillərin məcmusudur. 
Qərb və  Şərq dünyalarının qovuşduğu coğrafi məkanda yerləşən 
Azərbaycan Respublikası bir çox sivilizasiyaların müsbət məqamlarını 
özündə  cəmləşdirmişdir. Avropanın mütərəqqi dəyərlərini paylaşan və 
Avratlantik təhlükəsizlik arxitekturasının ayrılmaz bir halqası olan 
Azərbaycan 
Respublikası bu məkanın təhlükəsizliyinə öz töhfəsini verməkdədir. 
Eyni zamanda, Azərbaycan Respublikası islam dünyasının bir hissəsi 
kimi bu mədəniyyətin irs və təfəkkürünü bölüşür. 
 
 Azərbaycan Respublikasının yerləşdiyi və hazırda qeyri-sabit olan 
region dostluq və əməkdaşlıq ruhlu regional və beynəlxalq tərəfdaşlarla 
birlikdə inkişaf üçün səmərəli istifadə oluna biləcək geniş potensiala və 
imkanlara malikdir. Azərbaycan Respublikasının zəngin təbii ehtiyatları 
ölkənin çiçəklənməsi və milli rifahın təmin olunması üçün perspektivlər 
açır, onu beynəlxalq  əhəmiyyətli enerji mənbəyi və beynəlxalq enerji 
təchizatı şəbəkəsinin mühüm tərkib hissəsinə çevirir. 
Azərbaycan Respublikasının və  tərəfdaş ölkələrin iqtisadiyyatlarının 
inkişafına artıq töhfə verən beynəlxalq  əhəmiyyətli nəqliyyat və 
kommunikasiya dəhlizlərinin inkişaf etdirilməsi, neft və qaz boru 
kəmərlərinin inşası region ölkələrinin  əməkdaşlığının bariz 
nümunəsidir. 
Ölkənin yerləşdiyi coğrafi  şərait ona mühüm üstünlüklər verməklə 
yanaşı, eyni zamanda, onu bir sıra təhlükəsizlik problemləri ilə  də 
üzləşdirir. Bu problemlərin  ən vacib və bariz nümunəsi Azərbaycan 
Respublikasının qonşu Ermənistan tərəfindən hərbi təcavüzə  məruz 
qalması  və bunun nəticəsində ölkə  ərazisinin bir hissəsinin işğal 
olunması  və  təxminən bir milyon azərbaycanlının məcburi köçkün və 
qaçqına çevrilməsidir. Təcavüz zamanı Azərbaycan Respublikasının 


389 
 
vətəndaşlarına qarşı soyqırımı və terror aktları daxil olmaqla, sülhə və 
insanlığa qarşı  ən vacib cinayətlər törədilmişdir və  zəbt olunmuş 
ərazilərdə transsərhəd mütəşəkkil cinayətkar, o cümlədən beynəlxalq 
terrorçu qruplar tərəfindən qeyri-qanuni fəaliyyət həyata 
keçirilməkdədir.  İndiki Ermənistan və  işğal olunmuş Azərbaycan 
Respublikasının  ərazilərində azərbayanlılara məxsus tarixi, mədəni və 
arxeoloji abidələr kütləvi surətdə dağıdılmış, təbii sərvətlər talan 
edilmiş,  ətraf mühitə ciddi ziyan vurulmuşdur. Azərbaycan 
Respublikasının məruz qaldığı bu təcavüz onun hazırkı  təhlükəsizlik 
mühitində  və milli təhlükəsizlik siyasətinin müəyyən edilməsində  əsas 
amildir. Eyni zamanda, Azərbaycan Respublikasının təhlükəsizlik 
mühiti üçün beynəlxalq terrorçuluq, qeyri-qanuni miqrasiya, transmilli 
mütəşəkkil cinayətkarlıq, insan alveri, narkotik vasitələrin 
qaçaqmalçılığı və kütləvi qırğın silahlarının yayılması kimi təhdidlərin 
mövcudluğu dövlət qarşısında müəyyən vəzifələr qoyur. 
 

Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   276   277   278   279   280   281   282   283   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin