Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə276/284
tarix02.01.2022
ölçüsü2,55 Mb.
#2728
növüDərs
1   ...   272   273   274   275   276   277   278   279   ...   284
A/RES/55/2 saylı Qətnamə 
8 sentyabr 2000-ci il 
 
 
 
 
 
 
 
 
 
 
382 
 
IX ƏLAVƏ  
 
BMT Baş katibinin 
 
Narkotiklərdən sui-isstifadə və onların qanunsuz 
dövriyyəsinə qarşı mübarizə günü münasibəti ilə  
 
MÜRACİƏTİ 
 
(26 iyun 2008-ci il) 
 
On il bundan öncə dünyada narkotiklərlə bağlı 
problemin ciddiliyini nəzərə alaraq Birləşmiş Millətlər 
Təşkilatının Üzv dövlətləri narkotiklərin təchizatı  və ona 
olan tələbatı azaltmaq üçün güclü fəaliyyət planlarını 
öhdəliklərinə götürdülər.  
Bu gün narkotiklər insanların həyatlarını məhv edir, 
cinayətlərə  səbəb olur və davamlı inkişafı  təhlükə altına 
qoyur. Bunula yanaşı bu gün bizim narkotiklərdən sui-
istifadə  və onun qanunsuz dövriyyəsinin necə qarşısının 
alınması barədə daha yaxşı anlayışımız var. Siyasətçilər 
narkotiklərdən asılılıq və narkotiklərdən istifadəyə meyllik 
barədə mövcud faktlara diqqət yönəldə bilərlər. Beynəlxalq 
əməkdaşlıq və texniki yardım hüquq mühafizə orqanlarının 
imkanlarını daha da artırır. Getdikcə artan inkişafa yardım, 
yoxsulluğun və fermerlərə davamlı alternativlər təklif 
etməklə qeyri qanuni məhsulların satışının azaldılmasına 
kömək edir. Profilaktik və müalicə tədbirlərinə geniş diqqət 
yetirməklə sağlamlığı narkotiklərə  nəzarət strategiyasının 
mərkəzinə qoyur və  HİV/AİDS-in yayılmasının qarşısını 
alır. Eyni zamanda,  ictimaiyyət və dövlətlər narkotiklərə 
nəzarətin hamının iştirakının vacib olduğu ümumi öhdəlik 
olması barədə razılığa gəlirlər.  
 


383 
 
Bizim narkotiklərə meylliyi azaltmaq üçün görəcək 
çox işlərimiz var. Zəif  ədliyyə sistemi və  məhdud hüquq 
mühafizə imkanları olan dövlətlər cinayət, korrupsiya və 
qeyri stabilliyə  səbəb olan və Minilliyin İnkişaf 
Məqsədlərinin uğurlu həyata keçirilməsini təhlükə altına 
qoyan narkotiklərin qanunsuz dövriyyəsinin azaldılması 
üçün yardıma ehtiyac dururlar.  
İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin 
60 –cı ildönümünü qeyd edərkən, mən bütün Üzv ölkələrə 
narkotik asılılığı olan və ya narkotiklə bağlı cinayətlərə görə 
həbsdə olan məhbusların hüquqlarına, xüsusilə də yaşamaq 
və ədalətli məhkəmə araşdırması hüquqlarına tam hörmətlə 
yanaşmaq məsuliyyətlərini xatırladıram. Həmçinin mən Üzv 
ölkələri narkotik asılılığı ilə mübarizə edən insanlara tibbi 
və sosial xidmətlərdən istifadə etmək imkanını tam bərabər 
şəkildə  təmin etmələrinə çağırıram. Heç kim narkotik 
asılılığına görə  nə rüsvay nə də diskriminasiya olunmalıdır.  
Son on il ərzində edilən birgə səylər nəticəsində biz 
bütün dünyada narkotik probleminin anlanmasını  və 
narkotiklərin şəxslərə, onların sevdiyi insanlara, icmalara və 
dövlətlərə olan  dağıdıcı  təsirinin azaldılması  və bu 
məsələnin həlli yolunda öz bacarığımızı gücləndirmişik. Bu 
Beynəlxalq Narkotikdən Qanunsuz İstifadəyə Qarşı 
Mübarizə Günü, gəlin birləşərək narkotiklərin dağıdıcı 
təsirini azaldaq və onun qarşısını alaq və bununla daha 
sağlam və təhlükəsiz dünya quraq.   
 

Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   272   273   274   275   276   277   278   279   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin