Dərman vasitəsinin istifadəsi üzrə təlimat



Yüklə 16,94 Kb.
Pdf görüntüsü
tarix21.03.2017
ölçüsü16,94 Kb.
#12132

Dərman vasitəsinin istifadəsi üzrə təlimat 

(xəstələr üçün) 



 

 

LİV-52 



®

     tabletlər 

LIV-52 


®

 

 



Tərkibi 

Təsiredici maddələr:  Hər tabletin tərkibində toz şəklində 65 mq Capparis spinosa, 65 mq Cichorium 

intybus, 33 mq Mandur bhasma, 32 mq Solanum nigrum, 32 mq Terminalia arjuna, 16mq Cassia 

occidentalis, 16 mq Achillea millefolium, 16 mq Tamarix gallica vardır. 

Təsiredici maddələrdən ibarət tərkib aşağıdakı  dərman bitkilərindən alınan ekstraktın buxarı ilə 

işlənmişdir: Eclipta alba, Phyllanthus amarus, Boerhaavia diffusa, Tinospora cordifolia, Raphanus sativus, 

Emblica officinalis, Plumbago zeylanica, Embelia ribes, Terminalia chebula, Fumaria officinalis. 



Köməkçi maddələr: maqnezium-stearat, mikrokristallik sellüloza, natrium kroskarmelloza, kolloidal silisium 

4-oksid. 

 

Farmakoterapevtik qrupu 

Bitki mənşəli preparat. Hepatoprotektor, ödqovucu dərman vasitəsi. 



 

Farmakoloji xüsusiyyətləri 

LİV-52 qaraciyərin strukturunu bərpa edərək funksional vəziyyətini yaxşılaşdırır, sağalmanı tezləşdirir və 

infeksion hepatit zamanı qaraciyərin funksiyasının tez normallaşmasını  təmin edir. Antioksidant təsirə 

malik olduğuna görə  LİV-52 hüceyrə membranlarının zədələnməsinin qarşısını alır. Sitoxrom P450-nin 

səviyyəsini normallaşdırır. Asetaldehidin eliminasiyasını təmin edir, bununla da qaraciyəri alkoqolun təsiri 

nəticəsində baş verən zədələnmələrdən qoruyur. Preparat lipotrop aktivliyi azaldır və xroniki alkoqolizm 

zamanı qaraciyərin piy infiltrasiyanın qarşısını alır. Hər gün profilaktik məqsədlə istifadə zamanı preparat 

iştahanı artırır və həzmi yaxşılaşdırır ki, bu da bədən kütləsinin artmasına səbəb olur. 

 

İstifadəsinə göstərişlər 

1. Müalicə və profilaktika məqsədi ilə: 

- virus hepatiti; 

- qaraciyərin alkoqol xəstəlikləri; 

- preserrotik və başlanğıc mərhələlərdə serrotik hallar; 

- zülal çatışmazlığı; 

- iştahanın olmaması; 

- kimyəvi və şüa mənşəli qaraciyər zədələnmələri. 

2. Hepatotoksik preparatların istifadəsi zamanı. 

3. Uzunmüddətli xəstəliklər zamanı və sağalma dövrünün bazis müalicəsində işlənilən maddə kimi. 



 

Əks göstərişlər 

Preparatın komponentlərinə qarşı hiperhəssaslıq. 

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri 

Birgə istifadə zamanı: 

Qanda ibuprofenin səviyyəsini azaldır; 

Tetrasiklinin və doksisiklinin mənimsənilməsini azaldır. 

  

Xüsusi göstərişlər 

Yoxdur. 



 

İstifadə qaydası və dozası 

Vərəm əleyhinə müalicə:  

gündə 2 dəfə 2 tablet daxilə qəbul olunur (vərəm əleyhinə preparatlarla birlikdə). 



Kəskin virus hepatiti:  

uşaqlarda: gündə 3 dəfə 1 tablet,  

böyüklərdə: gündə 3 dəfə 2 tablet. 

Sirroz:  

6-12 ay müddətində, gündə 3 dəfə 2 tablet. 



Xroniki hepatit:  

6 ay müddətində, gündə 3 dəfə 2 tablet. 



Qaraciyərin xroniki alkoqolizmi:  

1 ay müddətində, gündə 3 dəfə 2 tablet, sonra 6-12 ay müddətində, gündə 3 dəfə 1 tablet.  

Anoreksiya və kütlənin azalması zamanı:  

uşaqlarda: gündə 3 dəfə 1 tablet. 

böyüklərdə: gündə 3 dəfə 2 tablet. 

Gündəlik profilaktik məqsədlə:  

gündə 2 dəfə 2 tablet. 

 

Əlavə təsirləri 

Aşkar olunmayıb. 



 

Buraxılış forması 

100 tablet germetik flakonlarda. Bir germetik flakon içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır. 

 

Saxlanma şəraiti 

+25ºC-dək temperaturda, işıqdan qorunmaqla, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.  

Dondurmaq olmaz. 

 

Yararlılıq müddəti 

3 il.  

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. 



 

Aptekdən buraxılma şərti 

Rеsеpt əsasında. 



 

 

                            «The Himalaya Drug Company» -  

                            firması tərəfindən istehsal olunur. 

                            Makali, Bangalore 562 123, Hindistan 

                            www.himalayahealthcare.com 

                            ® - qeydiyyata alınmış ticarət nişanı 

 

                          Azərbaycanda rəsmi distribyutor 



                          «TETRADA» MMC - dir. 

AZ1102, 20Yanvar küçəsi,14; Bakı, Azərbaycan 

Теl.: (+994 12) 431-59-24, 431-05-41 

Faks: (+994 12) 430-80-51 

 Е-mail: info@tetrada-az.com 

                          www.tetrada-az.com 



 

Document Outline

  •  
  • Farmakoloji xüsusiyyətləri 
  • Əlavə təsirləri 
  • Buraxılış forması 
    • Saxlanma şəraiti 

Yüklə 16,94 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin