Dekorativ tətbiqi sənətin növləri (keramika,bədii metal,xalçaçılıq,daş oyma,zərgərlik,vəs.)


Təsviri incəsənətdə istifadə olunan materiallar



Yüklə 48,13 Kb.
səhifə11/22
tarix14.10.2023
ölçüsü48,13 Kb.
#155056
növüKompozisiya
1   ...   7   8   9   10   11   12   13   14   ...   22
Kompozisiya nədir

23.Təsviri incəsənətdə istifadə olunan materiallar
Qrafika təsviri sənətin bir növüdür. Karandaşla işlənilən rəsm əsasən kağızda, bəzən isə parça üzərində çəkilir. Qrafikanın digər bir növü olan çap qrafikasını rəsmdən fərqləndirən əsas cəhət odur ki, çap qrafikası əsərlərindən eyni keyfiyyətdə istənilən qədər nüsxə almaq mümkündür. Buraya metal, ağac, daş və maqnezium üzərində qazılmış və ya həkk olunmuş rəsmlər daxildir. Dəzgah boyakarlığına aid əsərlər molbert üzərinə bənd edilmiş kətan, taxta lövhə, karton və divar üzərində yağlı boya ilə çəkilir, məzmununa və funksiyasına görə müstəqil səciyyə daşıyır.Rəngkarlıqda tempera, pastel, akvarel texnikasından istifadə olunur.Heykəllərin hazırlanmasında müxtəlf materiallardan istifadə olunur: daş (mərmər, əhəngdaşı, qumdaşı, qranit və s.), taxta, sümük, metal (bürünc, dəmir, tunc və s.), gil, yanmış gil, keramika (terrakota, mayolika, saxsı, çini və s.) gips və digər materaillar. Ənənəvi materiallarla yanaşı, müasir heykəltəraşlıqda tamamilə fərqli materiallardan da istifadə olunur: şüşədən, buzdan, qardan, kağızdan da abidə hazırlayanlar var.
24 Tasviri incəsənətda divar rangkarlığı anlayışı
Monumental Boyakarlığı əsərləri bir qayda olaraq memarlıqla əlaqədar yaranmış və inkişaf etmişdir. Monumental Boyakarlıq deyərkən divar və tavan üzərində rəsmlər nəzərdə tutulur.Belə təsvirlər müxtəlif binalar daxildən və xaricdən bəzəyir. Monumeəntal Boyakarlığın aşağıdakı növləri çox geniş yayılmışdır.
1)Freska 2)Mozoyka 3)Vitraj 4)Mayulika
Freska (nəm deməkdir latın sözü olub. Freska — divarda xam mala üzərində çəkilmiş şəkil,rəsm və ya naxış.Freska divar rəsmlərinin əsas texnikasıdır.Divar rəsmlərinin çəkilməsi zamanı müxtəlif bədii-texniki materiallardan və üsullardan istifadə olunur. Bunlardan biri suvağı qurumamış divarda sulu boyalarla işlənən freska (İtalyanca – “nəm”) texnikasıdır. Qədim Misir və Qədim İkiçayarası dövründə nəinki Asiya və Avropa, hətta Afrika və Qədim Amerikanın möhtəşəm memarlıq abidələri məhz freska texnikası ilə işlənmiş rəsmlərlə bəzənmişdir. Bununla yanaşı, mozaika adlanan başqa bir texnika da geniş yayılmışdı.Fresk texnikasında divar rəsmləri zəhmətli, lakin eyni zamanda maraqlı bir prosesdir. Əsl freska yaş gips üzərində təmiz piqmentlərlə rənglənməni nəzərdə tutur, bərkidikcə piqmentdə kristal təbəqə əmələ gəlir və onu bəzədilmiş səthdə saxlayır. Məhz bu qoruyucu təbəqə freskaya dumanlılıq bəxş edir və onu havadan qoruyur.

Yüklə 48,13 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin