Daşima müqaviLƏSİ №


MADDƏ 3. MALLARIN TƏHVİL VERİLMƏSİ ŞƏRTLƏRİ



Yüklə 34,41 Kb.
səhifə2/4
tarix16.12.2023
ölçüsü34,41 Kb.
#182959
1   2   3   4
dasinma-muqavilesi

MADDƏ 3. MALLARIN TƏHVİL VERİLMƏSİ ŞƏRTLƏRİ

3.1. İcraçı Müqaviləyə uyğun olaraq Sifarişçi tərəfindən mallar yükləndikdən sonra Əlavədə göstərilən təyinat məntəqəsində qeyd edilmiş müddət ərzində malları Sifarişçiyə təhvil verməyi öhdəsinə götürür.


3.2. İcraçı malların təhvil verilməsi ilə birlikdə hesab-fakturanı və digər zəruri sənədləri Sifarişçiyə təqdim etməlidir.


MADDƏ 4. ÖDƏNİŞ ŞƏRTLƏRİ

4.1. Müqaviləyə əsasən Sifarişçi göstərilən nəqliyyat xidmətlərinin dəyərinin 50 % hissəsi avans olaraq İcraçının təqdim etdiyi hesab-faktura əsasında 5 iş günü ərzində köçürmə yolu ilə ödəyir.


4.2. Bu müqavilə üzrə qalan 50% hissə isə mallar təhvil verildikdən sonrakı 5 iş günündən gec olmayaraq İcraçıya ödənilir.
4.2. Malların Sifarişçiyə təhvil verilməsi ilə bağlı öhdəlik İcraçı tərəfindən lazımınca yerinə yetirilmədikdə Sifarişçi həmin öhdəlik lazımınca icra olunanadək ödənişin həyata keçirilməsini təxirə salmaq hüququna malikdir.


MADDƏ 5. MÜBAHİSƏLƏRİN HƏLLİ

5.1. Tərəflər Müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri danışıqlar yolu ilə həll edə bilmədikdə, mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll ediləcəkdir.




MADDƏ 6. FORS-MAJOR

6.1. Müqavilə üzrə öhdəliklərin icrasının fors-major hadisələr nəticəsində qeyri-mümkün olduğu hallarla qarşılaşan Tərəf (yanğın, daşqın, digər təbii fəlakətlər, blokada, tətillər, hərbi əməliyyatlar, mülki qarşıdurmalar və embarqo) digər Tərəfi 15 (on beş) gün ərzində qeyd edilən halların baş verməsi və ya sona çatması və həmin halların Müqavilə üzrə öhdəliklərin icrasına təsiri barədə xəbərdar etməlidir.


6.2. Bu öhdəlikləri yerinə yetirməyən Tərəf digər Tərəfin xəbərdar olunmaması nəticəsində dəyən zərərə görə məsuliyyət daşıyır.
6.3. Fors-major halların 1 (bir) aydan artıq müddətdə davam etdiyi təqdirdə Tərəflərdən hər biri digər tərəfi yazılı qaydada xəbərdar etməklə Müqaviləyə xitam vermək hüququna malikdir və bu halda hər hansı bir kompensasiya ödənilmir.



Yüklə 34,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin