Daşima müqaviLƏSİ №



Yüklə 34,41 Kb.
səhifə1/4
tarix16.12.2023
ölçüsü34,41 Kb.
#182959
  1   2   3   4
dasinma-muqavilesi


DAŞIMA MÜQAVİLƏSİ № __
Bakı şəhəri “ ____ ” _____________20__-ci il

Bu müqaviləni (bundan sonra “Müqavilə” adlandırılacaq), bir tərəfdən hüquqi ünvanı, AZ 1065.Bakı şəhəri,Yasamal rayonu,Şəfayət Mehdiyev,ev 92 C, VÖEN ____________ olan, hüquqi şəxs “_____________________________________________” MMC , direktor _____________________ oğlu(bundan sonra “İcraçı” adlandırılacaq) və Nizamnamə əsasında fəaliyyət göstərən hüquqi ünvanı, AZ 2300. Göyçay rayonu,Kürdəmiş olan “__________________”Məhdud Məsuliyyətli Cəmiyyəti, VÖEN _______________, Direktor _________________ oğlu şəxsində (bundan sonra “Sifarişçi” adlandırılacaq) (“İcraçı” və “Sifarişçi” ayrılıqda “Tərəf”, birlikdə isə “Tərəflər” adlandırılacaq) aşağıdakı şərtlərlə bağladılar:




MADDƏ 1. MÜQAVİLƏNİN PREDMETİ

1.1. Müqaviləyə əsasən İcraçı Sifarişçinin mallarını (müvafiq mallar) soyuducu sistemlə təchiz edilmiş yük maşınları ilə Azərbaycan Respublikası daxilində və xaricində müvafiq məntəqələrə daşıyır, Sifarişçi isə həmin malları qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada nəqliyyat xidmətinin dəyərini İcraçıya ödəyir.


1.2. Daşınma şərtləri, təyinat məntəqələri, daşınacaq malların həcmi, çeşidi, qiyməti,tərkibi və digər əlamət və xarakterik xüsusiyyətləri, o cümlədən ödəniş şərtləri və çatdırılma müddəti bu müqavilənin tərkib hissəsi olan Əlavə razılaşmalarla müəyyən olunacaqdır.


MADDƏ 2. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ

2.1. İcraçının aşağıdakı hüquqları vardır:


2.1.1. Müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini Sifarişçidən tələb etmək;
2.1.2. Müqavilə və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hüquqlar.
2.1.3. Yüklənən mallara aid müvafiq sənədləri tələb etmək (mənşə sertifikatı və digər müvafiq sənədlər, əgər varsa).
2.2. İcraçının aşağıdakı vəzifələri vardır:
2.2.1. Mal yükləndikdən sonra təyinat nöqtəsində təhvil verilənə qədər bütün məsuliyyət İcraçı üzərindədir.
2.2.2. Malların sığortalanmasını İcraçı həyata keçirir.
2.2.3. İcraçı yüklənmiş malı müəyyən edilmiş vaxt və saxlama temperaturu şərtləri daxilində təyinat nöqtəsinə çatdırmağı öz öhdəsinə götürür.
2.2.4. Müqavilənin 2.2.3-cü bəndi lazımi şəkildə yerinə yetirilmədiyi təqdirdə İcraçı mallara dəymiş zərəri invoys dəyəri əsasında 10 iş günü ərzində Sifarişçiyə ödəyir.
2.3. Sifarişçinin aşağıdakı hüquqları vardır:
2.3.1. Əgər İcraçı daşınmış malları Sifarişçiyə verməkdən imtina edirsə, Müqavilənin icrasından imtina etmək;
2.3.2. İcraçı Müqaviləni pozaraq Sifarişçiyə Müqavilədə müəyyənləşdirildiyindən az miqdarda mallar verdikdə, çatışmayan miqdarda malların verilməsini tələb etmək və ya verilmiş mallardan və onu ödəməkdən imtina etmək.
2.4. Sifarişçinin aşağıdakı vəzifələri vardır:
2.4.1. Malların yük maşınına yüklənməsini təmin etmək.
2.4.2. Bu müqavilə əsasında müəyyənləşdirilmiş pul məbləğinin 50 % hissəsini əvvəlcədən (avans kimi), qalan məbləği isə mallar təhvil verildikdən sonra İcraçıya ödəmək;
2.4.3. Bu Müqavilə və onun Əlavələri ilə daşınan malların vaxtında çatdırılmasını tələb etmək;
2.4.4. Bu Müqavilə və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər vəzifələr.



Yüklə 34,41 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin