Dareətmə nəzəriyyəsi



Yüklə 426,32 Kb.
Pdf görüntüsü
səhifə3/6
tarix04.12.2019
ölçüsü426,32 Kb.
#29795
1   2   3   4   5   6
idaretmenezeriyye az15cavab


7.Dövlətin yaranma səbəbləri haqqında nəzəriyyələr 

 

Dövlətin  mahiyyətinə  və  yaranma  səbəblərinə  müxtəlif  tarixi  dövrlərdə  və 



ayrı-ayrı ölkələrdə fərqli formada yanaşılmışdır. Onlar nəzəriyyələr, konsepsiyalar 

və ehtimallar yaranmış, dövlətin yaranma  səbəbləri,təbiəti, əmələ gəlməsi prosesi 

müxtəlif 

tədqiqatçılar 

tərəfindən 

bir-birindən 

fərqli 

formada 


izah 

olunmuşdur.Qısaca  olaraq  dövlətin  mahiyyəti,  mənşəyi  və  yaranma    səbəbləri 

haqqında nəzəriyyələrdən ən mühümlərini ümumi formada göstərməyə çalışaq: 

  1.Dövləti  dini  və  ya  ilahi  mənşəli  hesab  edən  nəzəriyyə.Bu  nəzəriyyə  qədim 

Misirdə  yaranmış,  feodalizm  dövründə  daha  geniş  yayılmış  və  sonralar  dövlət 

haqqında  ictimai  inkişafına  müsbət  təsir  göstərmişdir.  Bu  nəzəriyyənin 

tərəfdarlarının  (Hegel,Foma,Akvinski,Mojevski  və  s.)  fikrincə,  dövlət  və  hüquq 

Allah  tərəfindən  dünya  ilə  birlikdə  yaranmışdır.Başqa  sözlə,  dövlət  cəmiyyətin 

inkişafının  məhsulu  deyil,  o  müstəqil  bi  ictimai  varlıq  kimi  Allah  tərəfindən 

dünyanın tərkib hissəsi kimi yaranmışdır.Dövlət ilahi mənşəli bir varlıqŞ hökmdar 

tanrının yer üzərindəki surətidir. 

  2.Dövlətin  əmələ  gəlməsinə  patriarxal  yanaşma  və  ya  dövl\ətin  əmələ  gəlməsi 

haqqnda  patriarxal  nəzəriyyə.  Belə  yanaşma  qədim  Yunanıstanda  (onun  banisi 

Aritotel  hesab  olunur)  əmələ  gəlmiş,  sonrakı  əsrlərdə  müxtəlifdavamçılar 

(məsələn,    17-ci  əsrdə  İngiltərədə  Filmer,19-c  əsrdə  Rusyada  tədqiqatçı-

dövlətşünas  Mixaylovski  və  s.)  tərəfindən  inkişaf    etdirilmişdir.Aristotelə  görə, 

dövlət  təkcə  cəmiyyətin  təbii-  tarixi  inkişafınınməhsulu  deyil,  həm  də  insanların 

qohumluq-  doğmaliq  əsasında  qaynayıb-qarışmasının,  əhalinin  məskunlaşmasıvə 

insani  münasibətlərin  inkişafının  ən  yüksək  məhsuludur.Patriarxal  nəzəriyyəyə 

görə,dövlət  öz  başlanğıcını  ailədən  götürmüş,  ailənin  inkişafı  məhulu  kimi 

meydana  gəlmişdir.  Dövlət  başçısının  hakimiyyəti  –patriarxal  dövrdə  ailə 

başçısının  –atanın  hakimiyyətidir.  Bu  nəzəriyyə  orta  əsrlərdə  feodal-monarxiya 

dövlətini və hakimiyyətini qoruyub saxlamağa və inkişaf etdirməyə xidmət edirdi. 

  3.Digər  qrup  alimlərin  (Volf,Russo,  didro  və  i.a.)təsəvvürlərinə  görə  dövlət 

ictimai qruplar,ailələr arası müqavilələrin məhsuludur. Dövlət ailələrin, qəbilələrin 

yaranması  dövründə  (e.ə.5ci-4cü  əsrlərdən  başlayaraq)  hamiya,  hər  ailəyə  və  hər 

kəsə himayədarlıq etmək, tələbatını ödənilməsinə, azadliğin qorunmasına yardımçı 

olmaq üçün yaranmış xüsusi təşkilatdır.Belə ki, ayrılıqda heç bir ailə ,heç bir kəs 

təkbaşına  həyat  üçün  zəruri  olan  şeyləri  əldə  edə,  azadlığını  qoruya  bilməz  .Bu 


səbəbdən bu vəzifəni öz öhdəsinə götürən  vahid təşkilat yaratmaq haqqında ailələr 

(icmalar,  kollektivlər)  arasında  razılaşmalar  (müqavılələr)  bağlanmış  və  onların 

məhsulu  kimi  dövlət  meydana  gəlmişdir.Dövlətə  həmçinin  “onun  üçün  ayrılmış 

ə

razidə  insanların  ictimai  münasibətlərini  təşkil  və  tənzim  edən  təkilat”  kimi, 



“əhalinin  sosial  qruplarının  həmin  dövlətin  mənafeyinə  uyğun  ali  hakimiyyət 

altında ümumbəşəri ədalət prinsipinə əsaslanan ittifaq” kimi tərif verənlər də var. 

  4.  Dövlət  zorakılıq  vasitəsi  kimi.  Bu  nəzəriyyə  öz  başlanğıcını  quldarlıq 

quruluşundan götürmüşdür. Bir qrup alimlərin (Makiavelli, Hobbs və i.a.) fikrincə, 

insanda  öz  təbiəti  etibarı  ilə  müsbət  keyfıyyətlərlə  bərabər  eqoistlik,  varlanmaq, 

ə

traf  aləmə  hakim  olmaq,  şöhrətpərəstlik,  qorxu,  paxıllıq  hıssləri  də  var.  İnsan 



ə

ksər  hallarda  bu  sahələrdə  özünün  şəxsi  mənafe  və  marağının  ödənilməsinə  can 

ataraq  başqa  insanların  mənafeyini  tapdalayır,  onlara  zülm  edır,  fiziki  və  mənəvi 

zərər  verir,  həyatını,varlığını  təhlükə  altında  qoyur.  Bu  vəziyyətdən 

qurtarmaq,eqoizmi  cilovlamaq,  cəmiyyətdə  siniflərin,  insan  qruplarının 

mənafeyində  və  münasibətlərində  müvazinəti  təmin  etmək  üçün  insanlara  qarşı 

zorakılıq  etmək  zərurəti  yaranır.Məhz  bu  zorakılıq  funksiyasını  dövlət  yerinə 

yetirir. 

  

19-20ci  əsrlərdə  alman  alimi  E.Dürinqin,  Karl  Kautskinin  ,avstriyalı 



Qumploviçin əsərlərində dövlətin zorakılıq vasitəsi olmasının daha geniş miqyasda 

ə

saslandırılmaına  cəhd  göstərilmişdir.Müvafiq  mənbələrə  istinad  edərək  demək 



olar  ki,onların  ümumi  fikri  belədir  ki,  xüsusi  mülkiyyət,  siniflər  və  dölət 

cəmiyyətin  bir  hissəsinn  o  biri  hissəsi  üzərində  daxili  və  xarici  zorakılığının, 

istilaçılığının və qarətçiliyinin inkişafı məhsulu kimi meydana gəlmişdir. Qaliblər 

idarəedən sinfi, məğlublar fəhlə və kəndli sinfini təşkil etmişlər.K.Kautski dğvlətin 

yaranmasında  xarici  zorakılığı  ,müharibələri  əsas  vasitə  hesab  edir:  Müharibə 

nəticəsində  qaliblər  varlanır,  yenə  torpaq  sahələri  ələ  keçirilir,  məcburedici 

dövlətaparatı yaranır, məğlublar qaliblər üçün işləməyə məcbur edilir və s. 

  5.Dövlətin  cəmiyyətin  üzvi  tərkib  hissəsi  olmasını  müdafiə  edən  nəzəriyyə.  Bu 

nəzəriyyənin 

vətəni 


qədim 

Yunanıstandır(Demokrit. 

Aristotel,Platon).bu 

nəzəriyyəyə  görə  dövlət  insan  orqanizmində  ürəyi  (Platon  ),  cəmiyyət  də  canlı 

insan orqanizmini (Aristotel) xatırladır. İnsan ürəksiz ola bilmədiyi kimi cəmiyyət 

də dövlətsiz ola bilməz. Dövlət özünün  tərkib hissələrindən (insanlardan) yaranır. 

Dövlət  hakimiyyəti  –tamın  (bütün  əhailinin)  özünün  tərkib  hissələri  (ayrı-ayrı 

fərdlər) üzərində ümumi rifahı təmin etmək üçün hükmranlığıdır. Bu nəzəriyyənin 

19-20ci əsrlərdə ən böyük nümayəndə Qerberq Spenser olmuşdur. 

  6. Bir qrup alimlərin, xüsusilə marksizm banilərinin(K.Marks, f.Engels, V.İ.Lenin 

və  i.a.)və  onların  davamçılarının  uzun  illər  hakim  olmuş  baxışlarına  görə  dövlət: 

ə

vvəla,  iqtisadi  səbəblərdən  ,  ictimai  əmək  bölgüsünün  inkişafı,  izafi  məhsul 



istehsalının artması və xüsusi mülkiyyətin yaranmasından ;ikincisi ,cəmiyyətin bir-

birinə zidd mənafelərə malik siniflərə bölünməsindən yaranmışdır.Dövlət bir sinfin 



digər  sinfi  əzməsi  üçün  maşındır,  hakim  sinfə  məxsus  mülkiyyəti  və  siyasi 

hökmranlığı  təmin  etmək  vasitəsidir.Bu  nəzəriyyə  tarixə  dövlət  haqqında 

materialist (sinfi)nəzəriyyə kimi daxil olmuşdur. 

  

Bütün bu nəzəriyyələrin və ddövlətçiliyin inkişafında 20ci əsr müstəsna rol 



oynamışdır.  20ci  əsr  həqiqətən  dövlətçilik  əsri  olmuşdur.Lakin  ,əvvəlki  əsrlərdə 

olduğu  kimi  20ci  əsrdə  də  dövlətin  mahiyyətinin  ,  rolunun  dərk  olunması  və 

dövlətçiliyin  inkişafı  sahəsində  xeyli  nailiyyətlər  əldə  edilsə  də,    hər  halda  bu 

məsələ özünün tam həllini tapa bilməmişdir. Xüsusilə Sovetlər İttifaqı dağılandan 

və  sosializm  süqut  edəndən  sonra  dövlətə  münasibətin  bir  daha  nəzərdən 

keçirilməsi ,elmi və praktiki mövqelərin dəqiqləşdirilməsi zərurəti yenə  müəyyən 

aktuallıq kəsb etməyə başlamışdır. 

 Əlbəttə,  dövlət  haqqında  digər  nəzəriyyə  və  konsepsiyalar  da  vardır(məs.  dövlət 

haqqında psixoloji nəzəriyyə,irqçilik nəzəriyyəsi). Adı çəkilən hər bir nəzəriyyənin 

ayrı-ayrı tərkib hissələrində fərqli cəhətlər çoxdur.Dövlətə və dövlətin mahiyyətinə 

bu  növ  münasibətlərin  hər  birinin  özünəməxsus  müsbət  cəhətləri  ilə  bərabar 

düzgün olmayan və mübahisə doğuran cəhətləri də vardır. 

 Eyni  zamanda  dövlət  haqqında  fikirlər  nə  qədər  müxtəlif  olsa  da,  onların 

ə

ksəriyyətinin  əsasında  “dövlət  zorakılıq  vasitəsi,  siyasi  hakimiyyəti  qoruyub 



saxlamaq    vasitəsi”  olması  durur.  Alman  filosofu  M.Veber  yazmışdır:  “Dövlət-

insanların  insanlar  üzərində  hökmranlıq  münasibətiir.O,bu  hökmranlıq 

münasibətini təmin etmək üçün təzyiqdən, zordan əsas vasitə kimi istifadə edir”. 

20-ci  əsrin  axırlarında  və  21-cı  əsrin  əvvəllərində  baş  verən  hadisələr,  SSRİ-nin 

dağılması  və  keçmiş  müttəfiq  respublikaların  müstəqil  demokratik  inkişaf    yolu 

seçməsi,  dövlətlərarası  münasibətlərin  inkişafı  və  qloballaşma  müasir  dövrdə 

dövlətin  cəmiyyətin  təşkilində  rolunu  artırmış  və  ona  elmi  münasibətin  də  xeyli 

təkmilləşməsinə  səbəb  olmuşdur.  Başqa  sözlə  ,  ”Dövlət,  cəmiyyətin 

sosial,iqtisadi,siyasi,mənəvi  proseslərin  idarə  olunmasını  həyata  keçirən,siyasi 

cəhətdən  suveren  hakimiyyət  təşkilatıdır.”    Bu  hakimiyyət  təşkilatı  ictimai 

hakimiyyətdən  əhalinin  inzibati-ərazi  təşkilindən  və  suverenlikdən  ibarətdir. 

Suverenlik dövlətçilik əlamətidir, o, dövlətin hər şeydən yüksəkdə durduğunu, asılı 

olmadığını göstərir.  

 

8.Dövlət haqqında mövqe və fikirlərin müxtəlif olma səbəbləri 

     Cavab:  Dövlət  haqqında  mövqe  və  fikirlərin  müxtəlif  olmasının  bir  sıra 

obyektiv səbəbləri var.Buna misal olaraq aşağıdakıları göstərmək olar: 

1.Dövlət  cəmiyyətlə  birlikdə  daim  inkişaf  edən,  dəyişən  bir  siyasi  və  inzibati-

təşkilati strukturdur. Cəmiyyət inkişaf edib bir mərhələdən o birinə keçdikdə dövlət 

də  inkişaf  edır,təkmilləşir  və  cəmiyyətin  yeni  inkişaf  mərhləsinin  tələblərinə 


uyğunlaşdırılır.  Adətən  dövlət  haqqında  yeni  nəzəriyyələrin,  konsepsiya  və 

fikirlərin  yaranması  da  əsasən  bir  mərhələdən  o  biri  mərhələyə  keçid  dövrlərinə 

təsadüf  edir.Cəmiyyətin  inkişafının  ayrı-ayrl  mərhələləri  və  həmin  mərhələlərin 

birindən o keçid dövrünün dövlətləri bir-birindən az-çox fərqləndiyinə görə həmin 

dövrlərdə dövlət haqqında yaranmış nəzəriyyələr də bir-birindən fərqlənir. 

2.Dövl\ət çox müxtəlif və mürəkkəb  funksiyaları yerinə yetirir,cəmiyyət həyatının 

bütün sahələrinə təşkiledici və tənzimləyici təsir göstərir. Bu təsirlərin hamısını hər 

kəsin eyni dərəcədə görməsi və qiymətləndirilməsi mümkün deyil. Deməli dövlətə, 

onun  fəaliyyinə  münasibətdə  insanlar,  xüsusilə  mütəxəsssislər  arasındafikir 

ayrılığının olması təbii haldır və bu həmişə olacaqdır. 

3.Hər  bir  insanın  özünəməxsus,  başqalarından  az-çox  fərqlənən  dünyagörüşü, 

həyat  mövqeyi var. Bu dünya görüşündən asılı olaraq  hər bitr insanın bizi əhatə 

edən  dünyaya,  cəmiyyətə  və  onun  institutlarına,  o  cümlədən  dövlətə  fərdi 

münasibəti  var.  Təbiidir  ki,  bu  dövlət  haqqında  nəzəriyyələrdə,  elmi  mövqelerdə 

də, özünü göstərir. 

4.Məlum  həqiqətdir  ki,  dövlət  millilik,  dünyəvilik  ,  demokratiklik  və  tarixiliyin 

vəhdətidir.  Hər  bir  tarixi  inkişaf  mərhələsində  həmin  dövrün  xarakterindən  asılı 

olaraq dövlətçilikdə bu xüsusiyyətlərdən biri və ya bir neçəsi ön planda olur.Həmin 

dövrdə dövlət haqqında yaranan nəzəriyyə və ya konsepsiyalarda da istər-istəməz 

həmin  xüsusiyyətləri  əks  etdirən  müddəalar  ön  plana  çəkilir.Nəticədə  müxtəlif 

dövrləərdə,  eləcə  də  eyni  bir  tarixi  dövrdə  dövlət  haqqında  yaranan  nəzəriyyə  və 

konsepsiyalarda az-çox fərqlər yaranır. 

Müasir  dövrdə  dövlətin  milliliyi,demokratikliyi  və  dünyəviliyi  haqqında  çox 

danışılır.Azərbaycan gənc, müstəqil dövlətdir. Onun bütün bu keyfiyyətləri yenicə 

formalaşır.Ümummilli  Liderimiz  Heydər  Əliyev  dövlətçilikdə  milliliklə 

demokratikliyin  düzgün  əlaqələndirilməsinin  vacibliyini  göstərmiş,Azərbaycanda 

milli,  demokratik  və  dünyəvi  dövlət  qurulduğunu  dəfələrlə  qeyd  etmişdir.Burada 

Heydər  Əliyevin  dövlət  quruculuğu  və  müvafiq  idarəetmə  sistemi  haqqında 

aşağıdakı  fikirləri  ilə  razılaşmaqla  yalnız  həqiqəti  təsdiq  etmiş  oluruq:”Dövlət 

quruculuğunda  nəinki  tarixi  və  milli  ənənələrimiz  nəzərə  alınır,həm  də  dünya 

təcrübəsindən, demokratik prinsiplərdən istifadə edilir.” 

Dövlətə  .dövlət  quruculuğuna  münasibətdə  millilik  xüsusiyyətlərin  qorunub 

saxlanması və inkişafı müasir Azərbaycan dövlətçiliyində xüsusilə vacibdir. Hansı 

şə

raitdə,  hansı  ölkədə  olursa  olsun  dövlətlərin  mənşəyi  ,əmələ  gəlmələrinin  əsas 



səbəbləri  eynidir,oxşardır.Cəmiyyət  inkişaf  etdikcə  dövlətin  fəaliyyət  sahələri 

,funksiyaları,  dünyəvilik  xüsusiyyətləri  dəyişə  cbilər  və  yəqin  ki,  həmişə  olduğu 

kimi  yrnə  brelə  olacaqdır.Lakin  dövlətə  millilik  məsələsi,  hər  dövlətin  ərazisində 

olan  xalqların  tarixi  inkişaf,  milli  və  ərazi  quruluş  xüsusiyyətlərinin  nəzərə 

alınması hələ uzun müddət aktual olacaqdır. 


Ölkədə  baş  vermiş  hər  hansı  bir  köklü  dəyişiklik  cəmiyyətin  siyasi  sistemini  və 

idarə  olunmasının  təşkilati  formasını  dəyişməyi  tələb  edir.Xalqn  milli  adət-

ə

nənələri, ruhu ,əxlaqı,mənəviyyatı, təbii yaşayış şəraiti isə dəyişmir və heç dəyişə 



də  bilməz.Bunları  kənardan  gətirmək  olmaz.Cəmiyyəin  dəyişməsindən  asılı 

olmayaraq xalq həmişə öz əxlaq və mənəvi həyatını tarixən yaranmış özünəməxsus 

qanunlar əsasındə qurur.Odur ki,hər bir xalqın dövlətçiliyində,dövlət quruluşunda  

demokratiklik,  dünyəvilik  başqa  hər  hansı  bir  dövlətə  oxşarlıq  nə  qədər  böyük 

olursa-olsun  fərqi  yoxdur,millilik  və  xüsusiyyətləri  nəzərə  alan  qanunçuluq    və 

dövlətçilik olmalıdır.Məhz buna görə ümummilli lider Heydər Əliyev dövlətçilikdə 

və  dövlət  idarəetmə  sistemində  milliliyi,  yerli  təcrübənin  nəzərə  alınmasını  vacib 

bir vəzifə kimi qarşıya qoymuşdur. 

Müstəqil dövlət xalqın yeni istiqamətdə ictimai-siyasi yaradıcılığının, təsərrüfat – 

təkilat  fəaliyyətinin  məhsulu  kimi  meydana  gəlir.Bu  dövlət  xalqın  iqtisadi,milli-

ə

xlaqi  keyfiyyələrini  qorumaq  məqsədinə  xidmət  edir.Məhz  bu  səbəbdən  bütün 



xalqlar tərəfindən qəbul edilən modern dövlət yoxdur. Una görə də”xalqın seçdiyi 

cəmiyyət  forması  və  dövlət  quruluşu  heç  yerdən  hazır  götürülə  bilməz.O  ,hər 

xalqın özünə məxsus olmalıdır.” 

Deyilənləri  ümumilləşdirsək,  aşağıdakı  nəticələrə  gələ  bilərik:Dövlət  anlayışı  ən 

azı  iki  mühüm  şərtlə  əlaqədardır.Birincisi,  dövlət  insanların  birgə    yaşayışa 

yaradıcı münasibətlərinin , mədəni, iqtisadi, siyasi,mənəvi yaradıcılığın idarəetmə 

təşkilatı,institutu  formasında  modelləşmiş  məhsldur.Həm  dövlət  haqqında 

baxışlar,həm də dövlət özü daim dəyişir,inkişaf edir,təkmilləşir,bir formadan başqa 

formaya  keçir.Ailənin  formalaşması,icmalar,qəbilə    və  tayfaların  ,xüsusi 

mülkiyyətin,siniflərin  əmələ  gəlməsi  və  inkişaf  dövlətin  formalaşmasıvə 

inkişafında  müstəsna  rol  oynamıdır.Lakin  dövlət  bunların  ayrılıqda  heç  birinin 

inkişafı  məhsulu  deyildir.İkincisi,bu  idarəetmə  institu  cəmiyyətdə  mpvcud 

olanlardan  əsasən  onunla  fərqlənir  ki,  onun  əlindı  başqalrına  xas  olmayan  daha 

güclü dövlət hakimiyyəti , orqanları və aparatı var.Üçüncüsü ,dövlətyalnız inkişaf 

etmiş ziddiyyətli strukturları olan cəmiyyətdə yaranır.Dövlət olan cəmiyyət –dövlət 

tərəfindən  təşkil  olunmuş  cəmiyyətdir.Belə  cəmiyyət  üçün  dövlət  həmin 

cəmiyyətin  mövcudluq  formasıdır.Dördüncüsü,  dövlət  cəmiyyətin  birgə 

həyat,fəaliyyət  və  davranış  normalarını  işləyib  hazırlayır  və  həyata  keçirilməsi 

təşkil edir.Beşinci, dünyəvilik,demokratiklik və milliliyin düzgün əlaqələndirilməsi 

gənc  demokratik  dövlətlərin  yaşaması  və  normal  fəaliyyətinin  əsas  şərtidir.Lakin 

burada  millilik-hər  xalqın  milli  və  tarixi  inkişaf  xüsusiyyətlərinin  ön  plana 

çəkilməsi vacibdir. 



 

 

    


 

  9.Hakimiyyət qüvvəsinin mənbəyinə görə dövlətin tipləri 



Cavab:  Dövlətlər  istər  keçmişdə,istərsə  də  hazırkı  dövrdə,  bir-birindən 

fərqlənirlər.Bu  fərqlər  həm  prinsipial,  dərin,  həm  də  bəzən  az  əhəmiyyətli  olsa 

idarəetməyə  öz  təsirini göstərir.Buna  görə  də  ayrı-ayrı  tarixi dövrlərdə və hər bir 

konkret  tarixi  şəraitdə  dövlətləri  bir-birindən  fərqləndirən  əlamətləri  bilmək 

lazımdır.  Bu  əlamətlər  çoxdur.Lakin  dövlətləri  qruplaşdırmaq  və  onların  təşkilati 

formsına , idarəçiliyinə ən çox təsir göstərən əlamətləri müəyyənləşdirmək olar. 

Hakimiyyət  qüvvəsini  daşıyanların  hakimiyyət  qüvvəsinin  mənbəyinə  görə 

dövlətlər aşağıdakı kimi təsnifləşdirilir: Monarxiya,Aristokratik,Demokratik. 

Monarxiyada mali hakimiyyət bir nəfərə məxsus olur.Hakimiyyət nəslən keçir.Ali 

hakimiyyət  başçısı  öz  fəaliyyətinin  nəticələrinə  görə  təkcə  allah  qarşısında 

cavabdeh  olur.Bu  onunla  müşayiət  olunur  ki,  monarxa  ali  hakimiyyət  həvalə 

edilməsi  mərasimində  dini  rəhbərlər  iştirak  edir  və  ona  xeyir-dua  verirlər.Qədim 

dövlətlərdə  və  orta  əsrlərdə  dövlətçiliyin  başlıca  forması  monarxiya 

olmuşdur.Hazırda  monarxiya  dövləti  tarixi  nailiyyətə  çevrilmişdir.Keçən 

yüzilliklər  ərzio,əsaslı  surətdə  inkişaf  etmiş,  təkmilləşmiş,  konstitusiyalı,müxtəlif 

səviyyə  və  nisbətlərdə  monarxiya  ,aristokratiya  və  demokratiyanı    özündə 

birləsdirən  hakimiyyət  formasına  çevrilmişdir.Böyük  Britaniya,  Belçika, 

Danimarka,İspaniya,  Yaponiya  və  digər  çoxsaylı  inkişaf  etmiş  ölkələrdə 

monarxiya  forması  tarixi  keçmışın  qorunub  saxlanması  kimi  mövcuddur.Lakin, 

monarx əsasən fəxri vəzifədir ki, o, ölkənin idarə ounmasına əhəmiyyətli dərəcədə 

təsir  göstərmir.Monarxiya  forması  digər  idarəetmə  formaları  ilə  əvəz  olnduqca 

mütləq  monarxiyanı  ikili  monarxiya  əvəz  edir.Monarxiya  prinsipində  monarxın 

yuxarıdan  aşağıyadək  təkbaçına  hökmranlığı  və  yerlərdə  onun  eyni  səlahiyyətli 

nümayəndələrinin olması ölkənin idarə olunmasının əsas prinsipidir. 

Belə  hesab  edilir  ki,  aristokratik  dövlətdə  ali  hakimiyyət  cəmiyyətin  elitasına  və 

xüsusilə onun yaxşı , ağıllı, təcrübəli, təhsilli nümayəndələrinə məxsus olur.Xüsusi 

aristokratik dövlətin təşkili çətindir.Odur ki, çox hallarda elitanı monarxiya və ya 

demokratiya  əvəz  edir.Aristokratik  idarəetmə  forması  vaxtı  ilə  İtaliyada-Romada 

təşkil  olunmuşdur.Aristokratik  dövlət idarəetməsinin  əsas  prinsipi  elita  tərəfindən 

kollektiv  idarəetmənin  həyata  keçirilməsidir.Xalis  aritokratik  dövlət  yaratmaq 

təşəbbüsü  Yunanıstanda-  Afinada  olmuşdur.Eyni  zamanda  monarxiya, 

demokratiya dövründə də hakimiyyət əsasən elitanın əlində olub. 

Dövlətin  monarxiya  və  demokratiya  formasında  da  hakimiyyət  tez-tez  elitanın 

ə

lində  olmuşdur.Burdaa  bilikli  nəslə  mənsub  olanların  əvəzinə  “dolu  pul 



kisəsi”həlledici  rol  oynamışdır.Hakimiyyətə  sahib  olmaq  aristokratik  üstquruma 

cəmiyyətdə  aparıcı  mövqe  tutmaq  imkaı  verir.  Lakin  hakimiyyətdən  getsə, 



müxalifət  mövqeyinə  keçsə  belə  onun  cəmiyyətdə  aparıcı  mövqeyə  malik  olması 

dəyişmir.  

Aristokratik  elitanın  hakimiyyəti  o  zaman  qəbul  edilir  və  möhkəm  olur  ki,  xalq 

kütləsi  bu  elitaın  xüsusi  mövqeyinə  inansın,  bu  hakimiyyəti  qəbul  etsin. 

Aristokratik    hakimiyyətə  kimin  seçilməsi  məsələsi  aktualdır.Çünki  hakimiyyətə 

daxil olanların heş də hamısı öz fiziki sağlamlığına,natiqlik qabiliyyətinə, mənəvi 

keyfiyyətinə  görə  lider  olmaq  tələblərinə  cavab  vermir.  Misal  olaraq,  avstriyalı 

Hitler  ,gürcü  Stalin,  rus-tatar  Lenin,  hind  İndira  Qandi  və  başqalarını  göstərmək 

olar.Bunların  hər  birində  hansı  keyfiyyətsə  üstünlük  təşkil  edirdi,  hansı 

keyfiyyətlərdə isə müəyyən çatışmazlıq vardı. 

Demokratik  cəmiyyətdə  ali  dövlət  hakimiyyəti  xalqa-həmin  dövlətin  bütün 

vətəndaşlarına  məxsus  olur.20-ci  əsrin  axırlarında  və  21-ci  əsrin  keçən  illəri 

ə

rzində  demokratik  inkişaf  yolunu  tutan  dövlətlərin  sayı  sürətlə  artmışdır.20-ci 



ə

srin  90-cı  illərinə  qədər  sosializm  quruluşu  hökmran  olan  dövlətlər  hazırda 

demokratik  dövlətçiliyi  qəbul  etmişlər.Demokrayik  dövlətdə  xalq  hakimiyyəti 

qəbul  edilir  və  qurulur.  Lakin  bu,  hər  bir  ölkədə  özünün  həyata  keçirilmə 

məntiqinə  malik  olur.Hələ  1787-ci  ildə  ABŞ-ın  konstitusiyasında  bu  haqda 

yazılmışdır:”hər bir ali hakimiyyət tipi öz dövlət idarəçiliyinin təşkili və fəaliyyəti 

məntiqinə malikdir.” 

Ali  hakimiyyətin  demokratik  prinsipi  dövlət  hakimiyyətinin  və  dövlət 

idarəçiliyinin  aaşağıdan  yuxarıya  doğru  xalqəın  nümayəndəəri  və  açıq  dövlət 

qulluğu  vasitəsilə  qurulur.Əksər  hallarda  demokratik  dövlət  xalqın  siyasi  və 

hüququ  cəhətdən  təkili  formasında  olur.İnsanların  hüquq  bərabərliyi  prinsipinə 

ə

sslanaraq  demək  olar  ki,  məntiqi  cəhətdən  yalnız  demokratik  tipi  azadlıq  və 



həməyliyitəmin etmək qabiliyətinə malikdir. 

 

10.İdarəetmə formasına görə dövlətin tipləri  



Cavab: İdarəetmə formasına görə də  dövlətlər bir-birindən fərqlənirlər.İdarəetmə 

forması dedikdə dövlət hakimiyyətinin bütün orqanlarının strukturu və qarşılılıqlı 

münasibətlərinin,  eləcə  də  əhali  ilə  onların  birbaşa  və  dolayı  əlaqələrinin  təşkili 

üsulları nəzərdə tutulur.İdarəetmə formasına, yaxud ümumi dövlət hakimiyyətinin 

təşkili  formasına  görə  parlament  və  prezident  respublikaları  mövcuddur.Qarışıq 

formalar  da  var:yarım  prezident  respublikası  və  parlament  monarxiyası.Burada 

həlledici cəhət hakimiyyətin bölünməsi prinsipini və onun praktiki reallaşdırılması 

mexanizmini qəbul etməkdir. 

Parlament  respublikasında  həlledici  dövlət  hakimiyyət  orqanı  seçkili  qanunverici 

orqandır-yəni  parlamentdir.Bu  orqan  öz  tərkibinə  daxil  olan  üzvlərdən  birini 

prezident seçir və prezident hakimiyyəti formalaşdırır.Yaxud parlament hökuməti 


formalaşdırır  və  onun  başçısı    parlament  qarşısında  hesabat  verir.  Hakimiyyətin 

belə formalaşması prinsipi və mexanizmi parlamenti monarxiyaya da aiddir. Belə 

respublikalarda  ali  icraedici  orqan  və  onun  başçısı  nazirlər  soveti  və  onun  sədri 

olur.Parlament  respulikası  prezident  respublikasına  nisbətən  az  yayılmışdır.  Son 

illər  Afrika  qitəsinin  bəzi  dövlətlərində  də  bu  forma  tətbiq  olunmağa 

başlamışdır.Belə  respublikaların  əksəriyyətində  prezident  -əhali  tərəfindən 

səsvermə  yolu  lə  seçilmir,  öz  hakimiyyətini  parlamentə  qarşı  qoya 

bilməz.Prezident  dövlət  başçısının  yerini  tutur  və  höküməti  formalaşdırır. 

Hökumət, parlament qarşısında hesabat verir,prezident qarşısında deyil, parlament 

qarşısında məsuliyyət daşıyır. 

Prezıdent respublikasında qanunverici orqan və icraedici hakimiyyətin başçısı eyni 

qaydada  ölkə  əhalisi  tərəfindən  seçilir,  öz  funksiyalarında  müstəqildirlər.Onlar 

arasında  əlaqələr  və  qarşılıqlı  münasibətlər  qanunçuluğu  və  dövlət  mənafeyini 

nəzərə  almaqla  həyata  keçirilir.Bəi  ölkələrdə  prezident  bir  baş  hakim  və  qarant 

kimi  bölünmüş  dövlət  hakimiyyətinin  yaşaması  və  qarşılıqlı  fəaliyyətini  əmin 

edir.Belə ölkələrdə hökumətin başçısı prezident tərəfindən təyin edilir və o, əsasən 

prezident qarşıısında hesabat verir. İdarəetmənin prezident respublikası forması 20-

ci əsrin ikinci yarısından daha geniş yayılmağa başlamışdır. Konstitusiyadanəzərdə 

tutulan  tələblərə  cavab  verən  ,adətən  35  yaşından  yuxarı  ölkə  vətəndaşı  əhali 

vətəndaş  əhali  tərəfindən  səsvermə  yolu  ilə  prezident  seçilə  bilər.  Prezident  bir 

qayda olaraq iki dəfə seçilə bilər. Prezident xalqdan mandat alır və parlamentdən 

asılı olmur. Yarımprezident respublikasında ali hakimiyyət prezident və parlament 

arasında  bölünür,hökumət  müəyyən  məsələlər  üzrə  prezident  və  parlament 

qarşısında hesabat verir. 

Xalqın  birbaşa  iradəsi  dövlət  idarəçiliyinin  demokratiya  formasında  daha    geniş 

ifadə  olunur.  Demokratiya  idarəetmənin  və  dövlətçiliyin  müxtəlif  formalarında 

həyata keçırılır. Bütün bu formalarda və hallarda ali dövlət hakimiyyət orqanı və 

ölkənin  başçısı  ümumi  seçki  əsasında  müəyyən  edilir.Dövlət  hakimiyyətinin  belə 

sistemi  qanunvericilik  funksiyasının  yerinə  yetirilməsndə  və  icraedici  orqanın 

idarəetməsində  parlamentin  rolunun  güclənməsilə  xarakterizə  olunur.Lakin  21-ci 

ə

srdə  bir  çox  dövlətlə  rin  demokratik  inkişaf  yoluna  keçdiyi  bir  şəraitdə  dövlət 



hakimiyyətinin  prezident  respublikası  formasına  keçməsi  idarəedici  hakimiyyətin 

güclənməsi ilə müşayiət olunur (prezident və hökumət).  Demokratik 

idarəetmə 

sistemi  idarəetmə  qərarlarının  qəbuluna  kollektivin  geniş  miqyasda  cəlb 

olunmasını,  yaradıcı  özünüidarəetməni  və  hakimiyyət  səlahiyyətlərinin  həvalə 

olunmasını  nəzərdə  tutur.  Müdrik  Ksenofont  bu  idarəetmə  formalarını  belə 

xarakterizə etmişdir: Əgər idarəetmə qanunu yerinə yetirən şəxsdən irəli gəlirsə - 

belə  quruluşu  aristokratik,  əgər  sərvətdən  irəli  gəlirsə  -  plutokratik,  əgər  hamının 

iradəsindən irəli gəlirsə - demokratik adlandırmaq olar.   

Demokratiyanın 

hamılıqla qəbul olunan əsas atributları insan və vətəndaş hüquq və azadlıqlarının, 

çoxpartiyalılığın,  seçkilərin  demokratikliyinin,  qanun  qarşısında  hamının  və  hər 



kəsin  bərabərliyinin  və  əhalinin  özünüidarə  prinsiplərinin  reallaşmasının  təmin 

edilməsidir. Xalq hakimiyyətinin ən pis təzahürü – oxlokratiyadır (yunan sözüdür) 

yəni kütlənin hökmranlığıdır. Belə halda kütlə heç bir qanunla hesablaşmır, hüquq 

və  mədəniyyət  normalarına  tabe  olmur.  Oxlokratiya  ta  qədimdən  məlumdur,  bu 

“ağır xəstəliyə” bütün xalqlar müxtəlif dövrlərdə tutulmuşlar. Adətən belə kütlələr 

ə

ksər  hallarda  qanunçuluqda  yol  verilməyən  vasitələrdən  istifadə  edir,  dövlət 



hakimiyyətini rədd edirlər. Kütlədə bəzən məntiqə sığmayan inam olur.  

 


Yüklə 426,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin