Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/35
tarix24.04.2017
ölçüsü2,8 Kb.
#15627
1   ...   19   20   21   22   23   24   25   26   ...   35

«Kirişdən ayrılan ox 
yaydan  asılıdır.  Bu  baxımdan,  hökmdarın  (yayın)  xidmətində  olan 
vassal (ox) da öz ətrafını onun iradəsinə tabe etdirməli, nizam, qayda-
qanun yaratmalı idi». Digər tərəfdən, matriarxat dövrünün mifologemi 
olan yay həm də həyatın mənbəyini, Ana bətnini, ox isə kişi başlanğıcını 
simvolizə edirdi».
174
 İ.Kızlasov bu qənaətdədir ki, qədim inanc yeri olan 
mağaralarda xeyli ox ucluqlarının tapılması qədim şaman ayinləri, yay-ox 
kultu ilə bağlıdır. Bir çox xalqlarda əskidən mağara İlahə-Ananın məskəni, 
qadın  bətninin  rəmzi,  yaranışın  başlanğıcı  sayıldığı  üçün  evlənmə 
mərasimində  bəy  niyyət  tutub  oraya  ox  atardı.  Bu  mərasim  Altaylarda 
174
  И.Кызласов. «Гора-прародительница в фольклоре хакасов» // Сов. этнография, 1982

Damğalar, rəmzlər… mənimsəmələr
- 200 -
da geniş yayılmışdı. Məsələn, Alatau ətəklərində, eramızdan əvvəl 2300-
2400-cü  illərə  aid  edilən  qədim  yaşayış  məskəni  yaxınlığındakı Aydaşı 
mağarasında aparılmış arxeoloji qazıntılar zamanı döyüş təyinatı olmayan 
300-dək rəmzi ox dəmrəsi aşkar olunmuşdur. 
Beləliklə,  buta  da  ailə  səadətinin,  xoşbəxi  izdivacın,  nəslin  davamlı 
olmasının  rəmzlərindən  biridir. Azərbaycan  dastanlarında  «buta»  anlayışı 
bir-birini sevən iki gənc arasında ruhani körpü anlayışını, bu izdivaca Tanrı 
tərəfindən  xeyr-dua  verilməsini  təcəssüm  etdirir.  «Kitabi-Dədə  Qorqud» 
eposuna əsasən, evlənmək arzusunda olan gənc Tanrıdan xoşbəxtlik diləmək 
üçün  yay  çəkib  butaya  ox  göndərərdi.  Məsələn,  dastanın  «Salur  Qazanın 
evinin yağmalanması» boyunda «Oğlum Uruz ox atanda puta qalmış» arxaik 
ifadəsi Uruzun evlənməməsinə, niyyət oxunun butaya ata bilməməsinə bir 
işarədir. Eposun, görünür, daha sonrakı zamanlara aid olan boylarında hədəf-
buta  anlayışına  sinonim  olaraq  «nişan»  kəlməsi  də  işlədilmişdir.  Dastan 
mətnindən o da məlum olur ki, oğuz elinin adətinə görə, toy şənliklərində 
«puta atışı», «nişan atmaq» adlandırılan oxçuluq yarışlarında «putanı» sərrast 
vuran igidə alqış, oxu hədəfdən yayınana isə qarğış deyərdilər. «Bayburanın 
oğlu Bamsı Beyrək» boyuna əsasən: «Oğuz zamanında bir yigit evlənsə, ox 
atardı. Oxu nə yerdə düşsə, gərdək tikərdi». Dastanın «Qazan bəyin oğlu 
Uruz bəyin dustaq olunduğu» boyunda da «tale», «qismət» oxunun atılması 
mərasimi təsvir edilmişdir: «Otuz doqquz taleli taleyinə birər ox atdı. Otuz 
doqquz  yigit  oxunun  ardınca  getdi».
175
  Türk  xalqlarına  xas  olan  qız  və 
oğlan uşaqlarını körpə ikən «ad eləmək», «adaxlamaq» adəti Azərbaycanda 
ötən əsrin ortalarınadək qalmışdı. Anadoluda isə bu günün özündə belə bu 
adət hətta nikah əvəzi sayılacaq qədər güclüdür.
176
 Xalq arasında bu adətə 
qədim  adı  ilə  həm  də  «beşikkəsdi»  və  ya  «beşikkərtmə»  də  deyərdilər. 
Məsələn,  «Kitabi-Dədə  Qorqud»  dastanının  «Bayburanın  oğlu  Bamsı 
Beyrək boyu»nda Baybican bəyin dilindən deyilir: 
«Allah-Təala mənə bir 
qız  verəcək  olursa,  siz  tanıq  olun:  mənim  qızım  Baybörə  bəy  oğluna 
beşikkərtmə yavuqlu (nişanlı) olsun!» 
177
 
Buta  oxlarının  dəmrəsi  döyüşə  yaramırdı.  Onlar  incə  naxışlarla  işlənər, 
üzərinə  nəslin  damğası  vurular,  gövdəsi,  lələk  və  «ayaqları»  boyanardı. 
Qədim  türk  ayinlərinin  tədqiqatçısı  M.Kenin-Lopsanın  fikrincə,  kişi  rəmzi 
175
  «Kitabi-Dədə Qorqud», əsil və sadələşdirilmiş mətnlər, Bakı, Öndər, 2004
176
  O.Gökyay. «Dedem Korqudun Kitabı», İst., 1973.
177
 «Kitabi-Dədə Qorqud», əsil və sadələşdirilmiş mətnlər, Bakı, Öndər, 2004

Damğalar, rəmzlər… mənimsəmələr
- 201 -
sayılan oxun qadın simvoluna - yaya qoyulub atılması, oxların işarələnməsi 
və bəzədilməsində iki məqsəd vardı. Birincisi, Tanrının ox vasitəsilə niyyət 
sahibini tanıması və onun indiyədək olan bütün günahlarının bağışlanması.
178
 
Çuvaş  türklərinin  qədim  adətlərinə  görə  isə  gəlini  bəy  deyil,  atdığı  niyyət 
oxu  (buta  oxu)  seçir.  Çuvaşların  toy  mahnılarının  birində  bəyin  adından 
oxunur: 
«Oxu göyə atdım. Haraya düşəcəyini bilmədən. Urtük kəndinə 
düşdü. Yalvardım, geri qaytarmadılar. Dedilər: «Gözlə, özü gələcək (oxu 
gəlin gətirəcək)
». Oğuz və qıpçaq türklərinin bu adəti sonralar rus xalqının 
folklorunda,  məsələn,  «Şahzadə  qurbağa»  nağılının  məlum  süjetində  də 
yer  almışdır.  Çarın  (xaqanın)  üç  oğlu  özlərinə  ömür-gün  yoldaşı  axtarmaq 
üçün niyyət edib ox atmışlar. Böyük qardaşlar özlərinə bab gəlin tapsalar da, 
şahzadə İvanın göndərdiyi ox qurbağa cildinə girmiş gözələ qismət olmuşdur. 
Azərbaycan  aşıq  sənətində  («Əsli  və  Kərəm»,  «Tahir  və  Zöhrə»,  «Aşıq 
Qərib və Şahsənəm», «Qurbani», «Abbas və Gülgəz» və s. dastanlarda) də yer 
alan hədəf-butanın əski türk inanclarındakı buta təsəvvürləri ilə tam eyniyyət 
təşkil etməsi özünü daha qabarıq büruzə verir. Boz atlı Xızır İlyasın aşiqlərə 
«buta  verməsi»,  əslində,  onları  bir-birinə  nişan,  daha  dəqiq  desək,  «eşqin 
niyyət  oxuna»  hədəf  kimi  göstərməsi  məhz  buta  mifologemi  ilə  əlaqəlidir. 
Məsələn, «Aşıq Qərib» dastanında deyilir: 
«Rəsul (Qərib) yatmışdı, yuxuda 
gördü ki, göy libaslı bir dərviş behişt misalı bir qızın əlini ona uzadıb 
deyir:  Bu  qız  tiflisli  Xacə  Sənanın  qızı  Şahsənəmdir,  bunu  sənə  buta 
(nişan)
 verirəm, çox çəkməz bir-birinizə çatarsınız». XV əsrin sonları və 
XVI əsrdə yaşayıb-yaratmış aşıq Qurbani yaradıcılığında butanın məhz «ox 
hədəfi» anlamında işlənməsini görürük: 
Qaşı kaman, sinəm onun 
butası,
Qatı yay çəkilər qollara doğru.
və ya
Qurbani gül dəstə bağlar oxuna,
Sinəm 
buta yarın müjgan oxuna.
179
 «Qurbani» dastanında isə Xızır İlyas Gəncə şəhərində Ziyad xanın qızı 
Pəri xanımı və Qurbanini bir-birinə buta (nişan, hədəf) edir. 
178
  М.Кенин-Лопсан. «Обрядовая практика и фольклор тувинского шаманства». Новосибирск, 1987.
179
  Qurbani, Bakı Universitetinin nəşriyyatı, 1990

Damğalar, rəmzlər… mənimsəmələr
- 202 -
Nəticədə, tam əminliklə demək olar ki, «buta (puta) atışı», «buta vurmaq», 
«buta vermək», «buta göstərmək», «nişanlanmaq», «nişan taxmaq», «nişanlı 
olmaq», «ad eləmək» kimi arxaik ifadələr qədim dini inancların, o cümlədən 
ox-yay  kultunun  və  hərb  sənətinin  sintezi  kimi  yaranan  mərasimlərin 
günümüzə gəlib çatmış işartılarıdır.
Bu fikri təsdiqləyən amillərdən biri də bu dastanların yarandığı dönəmlərdə, 
eləcə də ondan əvvəlki və sonrakı dövrlərdə Azərbaycanda, Türkiyədə oxçuların 
təlim məşqləri zamanı hədəf-putanın məhz butaya – türk xalqlarında sakral 
xarakter daşıyan qədim ornamentə bənzəməsidir. Oxatma yarışlarında istifadə 
edilən  buta-puta  XVIII  əsrin  sonlarına,  Şərq  hərb  sənətində  odlu  silahların 
geniş tətbiqinədək özünün ilkin görkəmini əsasən qoruyub saxlamışdır. 
Oxçuluq yarışlarında istifadə olunan dəri puta
Oxçuluq butası uzunluğu 110, eni isə 70 santimetrə çatan yastı tuluqdur. 
Göndən tikilən tuluğun içərisi pambıq çiyidi və ya ağac yonqarı ilə doldurular, 
atıcıdan  maksimum  350  addım  məsafədə  üçayaqdan,  yerdən  təqribən  50 
santimetr yüksəklikdən asılardı. Butanın aşağı hissəsindəki halqalara taxılmış 
mis zınqırovlar isə cingiltili səslə oxun hədəfə dəyməsini bildirərdi. Bəzən 
yarışlarda butanı kasa, fincan, şüşə bardaq, balqabaq və ya papaq əvəz edərdi. 
Türk oxçuluq sənətində butanın digər növü «zərb butası» adlanırdı. Bu hədəf 

Damğalar, rəmzlər… mənimsəmələr
- 203 -
mis və ya bürüncdən tökülərdi. Oxçuların zireh dəlmək məharətlərini sınamaq 
məqsədilə putanın üzərindəki mildən dairəvi «aynalar» - parlaq dəmir və ya 
bürünc lövhələr asılardı. Atıcı ya piyada, ya da dördnala çapan at üzərində ox 
atmaqla onları deşməli idi.

Damğalar, rəmzlər… mənimsəmələr
- 204 -
III HİSSƏ
Damğa işarələri. 
Etnogenez, təhriflər və mənimsəmələr
«Bu dünyada nəyi görmək çox çətin? 
                                 Gözümüzün qarşısında olanı».
Yohan Volfqanq Göte
       
Vaxtilə görkəmli ərəb filosofu və tarixçisi, sosiologiya elminin banisi sa-
yılan Əbdürrəhman ibn Haldun (1332-1406) «Tarix elminin üstünlükləri haq-
qında müqəddimə» əsərində müasiri olan bəzi salnaməçilərin ötənlərdə baş 
vermiş hadisələri qərəzli şəkildə təhrif etmək istəyi haqqında bunları yazırdı: 
«
Bil ki, həqiqi tarix (həqiqət ət-tarix) insanların birgə yaşayışı, yəni dün-
yanın əzəli quruluşu və bu quruluşun təbiətindən irəli gələn nadanlıq və 
mədəniyyət haqqında, bəzi insanların digərlərindən üstün keyfiyyətlərinə, 
insanların  həmin  üstünlüyü  sayəsində  hansı  dövlətlərin  yaranmasına, 
hansı sərvətlərinin toplanmasına…, əhalinin hansı elm və ya sənətlərdən 
bəhrələnməsinə və həyatın digər xüsusiyyətlərinə dair verilən xəbərdir… 
Lakin bu xəbərin (tarixin) bir mahiyyəti odur ki, onu daim saxtakarlıq 
müşayiət edir. Bunun da səbəblərindən biri tarixçilərin müxtəlif baxışla-
ra, təlimlərə aludə olması və uydurmalara inanmalarıdır».
1
 
Türk  xalqlarının  etnogenezi,  onların  ortaq  etnomədəniyyəti, 
məskunlaşdıqları  ərazilər  müasir  tarixşünaslığın  və  etnoqrafiyanın  geosi-
yasi  maraqlara,  etnik  və  dini  mənafelərdən  irəli  gələn  saxtakarlıqlara  daha 
çox məruz qalmış sahələrindəndir. Bu tarixin məqsədli şəkildə təhrifinə və 
siyasiləşdirilməsinə,  yanlış  istiqamətlərə  yönəldilməsinə  xidmət  edən  belə 
fəaliyyət Avropa, Rusiya, Ermənistan və İran tarixşünaslığında hakim möv-
qe  tutan  rəsmi  konsepsiyadan  qaynaqlanmaqdadır.  Həmin  konsepsiya  isə 
obyektiv tarixi-arxeoloji, antropoloji, etnoloji araşdırmaların nəticələrini bir 
kənara  qoyaraq,  «qədim  yaşayış  məskənləri  Şərqi  Sibir  və  Monqolustanın 
bozqır çölləri ilə məhdudlaşan köçəri türklərin» Ön Asiyaya, Avropaya yal-
nız  ilkin  orta  əsrlərdə  «dağıdıcı  sel»,  «yarımvəhşi  tayfalar»  qismində  ayaq 
basdıqlarını, yerli xalqların ali sivilizasiyasını süquta yetirdiklərini və onun 

 Ибн Халдун. «Введение к истории», PAX ISLAMICA, 1/2008.

Damğalar, rəmzlər… mənimsəmələr
- 205 -
xarabalıqları  üzərində  özlərinin  «qarışıq»  mədəniyyətlərini  yaratdıqlarını 
təlqin etməkdədir. Bu tipli yanaşmaların ötəri qısqanclıqdan, tarixi hadisələri 
bilməməkdən və ya milli natamamlıq kompleksindən bəhrələndiyini söyləmək 
naşılıq  olardı.  Tarixin  ibrət  dərsləri  öyrədir  ki,  zahirən  «zərərsiz»  görünən 
belə iddialar əslində, qalın siyasi pərdə arxasında qalan etnosiyasi maraqların 
ödənilməsinə yönəldilən fəaliyyətin ideoloji təminatına xidmət edir. Həmin 
pereventiv səylərin Ön və Mərkəzi Asiyadakı türk dövlətləri arasında iqtisadi-
siyasi və mədəni əlaqələrin genişləndirilməsinə, ortaq geosiyasi, geoiqtisadi 
və  geomədəni  məkanın  formalaşmasına  qarşı  istiqamətlənməsi  şübhəsizdir. 
Müasir beynəlxalq təcrübə belə təbliğatın dövlət siyasəti səviyyəsinə qaldırıl-
masını gələcək geosiyasi, o cümlədən ərazi iddiaları üçün bəraətverici ideoloji 
təminat əldə etmək məqsədi daşıdığını təsdiqləyir. 
Bu gün Ön və Mərkəzi Asiyada, milli özünüdərk prosesi «etnik münaqişə» 
pərdəsi  altında  davam  edən,  fövqəloyunçuların  geosiyasi  mənafelərinin 
ödənilməsinə  yönəldilən  hərbi-siyasi  qarşıdurmaların  ideoloji  təminatında 
bu  əzəmətin  möhkəmləndirilməməsi,  tarixi  gerçəkliklərin  saxtalaşdırılma-
sı müşayiət olunur. Nəticədə, tarix nəcib elm çərçivəsindən çıxaraq özünün 
mənəvi-etik prinsiplərini, obyektivliyini itirir, siyasi maraqların girovu olan 
subyektiv ideoloji vasitəyə çevrilir. Dünya tarixşünaslığında dominant siya-
si mövqeyə malik Avrosentrizm nəzəriyyəsinin - Qərb xalqlarının, xüsusilə 
xristian  mədəniyyətinin  digər  sivilizasiyalardan  üstünlüyünə  və  «insanlıq 
tarixində müstəsna roluna» dair ideoloji konsepsiyanın, «Hind-Avropa sivi-
lizasiyası», «üstün ari xalqları» kimi siyasi miflərin də kökündə tarixin təhrif 
olunması dayınır. Bu fəaliyyətin sadə icra formulu isə belədir: Kimsə hər han-
sı bir ərazinin qədim sakinlərinin maddi-mədəni irsini mənimsəyə və özünün 
«varislik hüququnu» təsdiqləyə bilirsə, deməli, həmin torpaqların həqiqi sa-
hibi də odur! 
Bəri başdan qeyd edək ki, ermənilərin Türkiyə, Azərbaycan və Gürcüstana 
qarşı irəli sürdükləri əsassız ərazi iddiaları, Qərbi Azərbaycan ərazisində etnik 
türklərə  məxsus  qədim  tarix-mədəniyyət  abidələrinin  kütləvi  şəkildə  məhv 
edilməsi, yüzlərlə toponim və etnonimin dəyişdirilməsi, Azərbaycan xalqının 
etnik mədəniyyət nümunələrinin (tətbiqi sənət, müsiqi, mətbəx, dövlətçilik ta-
rixi və s.) erməniləşdirilməsinin ideoloji bazası da bu model əsasında qurul-
muşdur. Avrosentrizm nəzəriyyəsinin «üstün xristian sivilizasiyası - geridə qal-
mış köçəri tayfalar» siyasi mifologemlərinə söykənən marionet Ermənistanın 
saxtakarlıq səyləri bir məqsədə - hayları həmin torpaqların yeganə avtoxton 
sakinləri kimi tanıdılmasına, qondarma «tarixi sübutların» əldə olunmasına 

Damğalar, rəmzlər… mənimsəmələr
- 206 -
yönəldilmişdir. Halbuki, hayların Cənubi Qafqaz ərazilərinə kütləvi şəkildə 
yalnız XIX əsrin əvvəllərində köçürülməsi, tarixdə ilk erməni dövlətinin isə 
1918-ci ildə məhz tarixi Azərbaycan torpaqları hesabına yaradılması barədə 
səslənən arqumentlər adekvat təbliğat fəaliyyətinə deyil, qədim salnamələrə, 
ötən  yüzilliklərin  rəsmi  materiallarına,  kilsə  sənədlərinə,  arxeoloji,  etnolo-
ji, antropoloji, linqvistik, hətta genetik tədqiqatların nəticəsinə əsaslanır. Bu 
tədqiqatlar  isə  «erməni»  kəlməsinin  etnonim  kimi  formalaşmasından  xey-
li əvvəl müasir Ermənistan Respublikası ilə heç bir əlaqəsi olmayan coğra-
fi  məkanda  yaşayan  etnik  toplumların  ərazi  mənsubiyyətini  ifadə  etdiyini, 
burada  qriqorian  məzhəbinin  yayılmasından  sonra  yeni  dini  icmanın  adına 
çevrilməsini, son nəticədə «erməniliyin» müxtəlif regional etnik elementləri 
vahid məzhəb ətrafında bir araya gətirən etnokorporasiya olduğunu əminliklə 
sübuta yetirir. Odur ki, Avropanın bu məsələlərlə bağlı susqunluğunu, bəzən 
isə birtərəfli münasibətini «Qərbin məlumatsızlığı» kimi dəyərləndirib özü-
müzü aldatmamalıyıq. Avropa həqiqətin nə olduğunu yaxşı bilir, lakin bir çox 
hallarda bu həqiqət onun geosiyasi maraqları ilə uzlaşmır. 
Son illər dünyada qayaüstü təsvirlərin öyrənilməsinə maraq xeyli artmaq-
dadır.  Bunun  səbəblərindən  biri  arxeoloji,  tarixi,  etnoqrafik,  sənətşünaslıq 
və  s.  araşdırma  mənbəyi  olan  digər  maddi  irs  nümunələri  ilə  müqayisədə 
petroqliflərin  konkret  coğrafi  əraziyə,  inanclara  bağlılığı  üzündən  onla-
rın mənimsənilməsinin çətin olmasıdır. Əgər müxtəlif ərazilərdə eyni bədii 
üsullarla  çəkilmiş  qayaüstü  rəsmlər  müəyyən  edilirsə,  bu,  təkcə  həmin 
təsvir müəlliflərinin yer dəyişməsi, yəni miqrasiyası ilə izah olunmur, həm 
də  etnomədəni  məkanın  vahidliyindən  xəbər  verir. 
Aşağıdakı  cədvəllərdə 
Gəmiqaya, Qobustan qayaüstü təsvirlərindəki rəmzlər və Midiya dövlətinə 
aid bəzi nəsil-tayfa nişanları ilə türk damğalarının müqayisəsi, onlar ara-
sındakı paralellər qədim dövrlərdə tarixi Azərbaycan ərazilərində proto-
türk tayfalarının mövcudluğunu əyani şəkildə göstərir. 
Cədvəl 6.  Qobustan işarələri
2
 və türk damğaları
Qobustan
Türk 
damğaları

 M.Fərəcova. «Azərbaycan qayaüstü  incəsənəti». Bakı, 2009. 

Damğalar, rəmzlər… mənimsəmələr
- 207 -
Cədvəl 7.  Gəmiqaya rəmzləri
3
 və türk damğaları
 
Gəmiqaya
rəmzləri
Türk 
damğaları
Cədvəl 8. Manna rəmzləri
4
 və türk damğaları
Manna
rəmzləri
Türk 
damğaları
Cədvəl 9.  Midiya dövlətinə aid rəmzlər
5
 və türk damğaları 
Midiya
Türk 
damğaları
Antik  dövrlərdə  saka-skif  konfederasiyasına  daxil  olan  tayfalar  yaşam 
tərzlərinə, inanclarına görə aşağıdakı iri qruplara bölünürdülər: «
tiqrahau-
dalar»  (şişpapaqlılar),  «haomvarqalar»  (haoma  içkisini  hazırlayanlar), 
«
paradayaralar»  (çayın  qarşı  sahilində  yaşayanlar)  və  «rimasplar»  (ağ-
baba/kərkəslərin  qızılını  qoruyanlar).  Bununla  belə,  saka-skiflərin  etnik 
mənşəyinin öyrənilməsi lokal ərazilər və ayrı-ayrı etnik qruplar çərçivəsində 
aparılan tədqiqat mövzusu deyildir. Araşdırmaların əhatə dairəsi olduqca ge-
nişdir, Mərkəzi Asiyanı, Rusiyanı, Ukraynanı, Çini, Şərqi Avropanı, Monqo-
lustanı, Şimali və Cənubi Qafqazı, İranı, Türkiyəni və bu ərazilərdə yaşayan 
xalqların etnik tarixini əhatə edir. Hələlik isə nə tarixçilər, nə etnoqraflar, nə 
linqvistlər,  nə  də  antropoloqlar  saka-skiflərin  etnik  mənşəyi  haqqında  yek-
dil rəyə gələ biliblər. Bu məsələni araşdırma obyektinə çevirənlər əsasən iki 
qrupa bölünüblər: sakaların irandilli və ya türk olmasını iddia edən «radikal-
lar»  və  nisbətən  «barışdırıcı»  mövqe  tutanlar.  Radikal  skif-İran  istiqaməti 
tərəfdarlarının, məsələn, rusiyalı akademik Vasili Abayev kimilərin xarakte-
rik xüsusiyyəti onların fikirləri ilə razılaşmayanlara qarşı aqressiv olmaları, 
3   V.Baxşəliyev, «Gəmiqaya  təsvirləri». Bakı, 2003.
4   M.Rəhbəri. «2800 il öncəyə aid yazı nümunəsi», qafqazalbaniyasi.az/?p=4701
5   И.Дяконов. «История Мидии». Москва,1956.  

Damğalar, rəmzlər… mənimsəmələr
- 208 -
«panturanizmdə», «millətçilikdə» ittiham etmələridir. Lakin ikincilərin – ba-
rışdırıcı qrupun daxilində də parçalanma vardır. Onların bir qismi «irandil-
li  saka-skiflərin  tərkibində  türk  tayfalarının  da  olduğuna»  dair  mövqelərini 
müdafiə edir, digərləri isə əksinə, «etnik baxımdan türk olan saka-skiflərin 
konfederasiyasında irandilli qəbilələrin də qoşulduğunu» bildirirlər. Reallıqda 
isə sakaların və ya skiflərin «vahid etnos» və ya «subetnos» deyil, «müxtəlif 
mənşəli  xalqların  koalisiyası»  adlandırılması  daha  düzgündür.  Məsələnin 
məğzi həmin etnik rəngarəngliyin hansı etnos və dominat mədəniyyət ətrafında 
birləşməsidir. Saka-skif mədəniyyəti bəşər sivilizasiyasına böyük töhfələrini 
vermişdir və bu gün bir sıra xalqlar, xüsusilə türk xalqları bu mədəniyyətin 
daşıyıcılarıdırlar.  O  da  təsadüfi  deyildir  ki,  Q.Qeybullayev,  N.Aristov, 
A.Lızlov, M.Zəkiyev, V.Latışev, F.Bruskus, P.Karalkin, İ.Miziev, F.Qaripov, 
Q.Laypanov və K.Əliyev kimi alimlər də skif tayfalarının böyük hissəsinin 
etnik türklərdən ibarət olduğuna əmindirlər və öz iddialarını linqvistik, topo-
nimik,  etnoqrafik,  arxeoloji  materiallarla  əsaslandıra  bilmişlər.  Əslində,  ki-
mer, saka-skif və sarmatlar, hətta hunlar və avarlar vahid etnos və ya subetnik 
qrup deyil, polietnik toplum olmuşlar. Məhz buna görə onların nəhəng tayfa 
birlikləri, imperiyaları «konfederasiya» adlandırılır. Hind-Arvopa təmayüllü 
tədqiqatçılarda  müqavimət,  qıcıq  yaradan  amil  isə  bu  konfederasiyaların 
tərkibində türk etnosunun xüsusi çəkisinin slavyan və irandillilərdə çox ol-
ması, türk etnomədəniyyətinin, mifoloji təsəvvürlərinin, adət və ənənələrinin 
qabarıq şəkildə dominat mövqe tutmasıdır. Qeyri-ciddi, hətta tibbi diaqnoza 
ehtiyacı olan mövqelər də vardır. Məsələn, erməni akademiki Suren Ayvaz-
yan  bu  mözuya  da  müdaxilə  edərək,  saka-skiflərin  etnik  mənşəyini  qeyd-
şərtsiz erməni xalqının ayağına yazır. Hətta iddia edir ki, barbar skiflər zərif 
zərgərlik məmulatı, silahlar hazırlamaq, xalça toxumaq qabiliyyətinə malik 
deyildilər. Bu sənəti yalnız ermənilərdən öyrənə bilərdilər. Üstəlik, «
Sankt-
Peterburqdakı Ermitaj Muzeyində «skif bəzək əşyaları» adı altında nü-
mayiş etdirilən eksponatlar qədim erməni xalqına məxsusdur».
6
Tarixi  təcrübə  göstərir  ki,  qədim  Misir, Assuriya,  Babil  dönəmlərindən 
etibarən,  dünyanın  bütün  hökmdarları  siyasi  iddialarını  əsaslandırmaq 
məqsədilə şəcərələrini peyğəmbərlərə, övliyalara, tanrılara, böyük ərazilər fəth 
edən sərkərdələrə, hətta əfsanəvi qəhrəmanlara bağlamağa çalışmışlar. Qonşu 
dövlətlər və xalqlar üzərində üstünlük qazanmaq səyləri Rusiyanın knyaz və 
çarlarına da xas olan ənənəyə çevrilmişdir. Məsələyə bu kontekstdən yanaşan-
da rusiyalı tarixçi Dmitri Verxoturovun rus mllətçiliyinin yaranma səbəbləri 
6   
С.Айвазян.  «История России. Армянский след». Москва, 1998.  

Damğalar, rəmzlər… mənimsəmələr
- 209 -
haqqında fikirləri maraq doğurmaya bilməz: 
«XV əsrin sonunda, Moskva 
knyazları vaxtilə Qızıl Orda dövlətinin vassalları olan Şərqi Rus knyazları 
üzərində üstünlük qazananda onların bütün rus və qeyri-rus torpaqları-
na hakimiyyət iddiaları üçün yeni siyasi mifin yaradılmasına başlanıldı… 
1674-cü ildə Kiyev-Peçora monastrının arximandriti İnnokenti Gizelin 
xeyir-duası ilə slavyan xalqı üçün uzun-uzadı ada malik rəvayət hazır-
landı. «Slavyan-rus xalqının əvvəli və Rəbbin xilas etdiyi Kiyev şəhərinin 
ilk knyazları, Kiyevin və Rusiyanın Böyük knyazı şərafətli ilk hökmdar 
Vladimir və hökmdarımız, Bütün Böyük Rusiya, Kiçik Rusiya və Ağ Ru-
siya (Belorus) çarı Aleksey Mixayloviç haqqında Sinopsis və ya müxtəlif 
salnaməçilərin  əsərlərindən  qısa  seçmələr»  adlı  əsərdə  slavyan  xalqla-
rının şəcərəsi uzaq keçmişə yönəldilərək skif və sarmatlara bağlanırdı. 
Kitab 1836-cı ilədək düz 30 dəfə işıq üzü görmüş və Moskva mifinin, rus 
milli özünüdərkinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Əsər 
M.Lomonosov, V.Tatişev və digərləri üçün göydəndüşmə olmuşdur.  Rus 
xalqının şəcərəsini skiflərlə bağlamaq onlar üçün əsl tapıntı idi. Halbu-
ki, XVIII əsrin əvvəllərinə aid olan ədəbiyyatda skifləri məhz türklərin 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin