Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov


Damğalar, rəmzlər… mənimsəmələr



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/35
tarix24.04.2017
ölçüsü2,8 Kb.
#15627
1   ...   27   28   29   30   31   32   33   34   35

Damğalar, rəmzlər… mənimsəmələr
- 267 -
izahı, xalça toxunuşu, buğda və arpa əkini, üzüm, ərik, nar, alma bağla-
rının salınması və s. məhz «fövqəldahi» ermənilərin adı ilə bağlıdır».
130
 
Patoloji şizofreniyadan
«ümummilli dahilik sindromundan» əziyyət çəkən 
Yerevan alimlərinin bu tipli fikirləri istər-istəməz məşhur bir deyimi yada 
salır:  «Erməni  müdrikləri  həqiqətən  də  taxta  araba  təkərini  icad  etmişlər. 
Lakin onlar təkər layihəsi üzərində baş sındırarkən digər xalqlar reaktorda 
nüvəni parçalayırdılar»...
Qeyd edək ki, «fundamental tədqiqatlarında» ruslar istisna olunmaqla, 
bütün qeyri-erməni xalqlara, xüsusilə gürcülərə və türklərə patoloji nifrəti 
şizofreniya  həddinə  çatdıran  akademik  Suren  Ayvazyanın  «akademik» 
düşüncəsinə əsasən (əgər onun fikirlərini belə adlandırmaq mümkündürsə)
ruslar  və  ermənilər  nəinki  qohum  xalq,  hətta  həmyerlidirlər.  Rusların  ta-
rixi vətəni Van gölünün sahilləri olmuşdur. «Bu gölün adı onların «İvan» 
kəlməsində  qalmışdır.  Bundan  əlavə,  rus  dilində  gürcülərə  şamil  edilən 
«qruzin» sözü slavyan mənşəli olub «qruzçik», yəni «hambal» kəlməsinin 
törəməsidir: 
«Çünki gürcülər tarix boyu rusların yüklərini daşımışlar». 
Türklərə gəldikdə isə, ermənilərin qanına hopmuş patoloji türk fobiyası bu-
rada da özünü aydın büruzə verməkdədir: «
Onlar psixi cəhətdən anormal 
və genlərində barbarlığa, psixopatlığa və patoloji sadizmə meyil olan 
xalqdırlar».
131
 
Ayvazyanın  həmfikri  -  tarix  elmləri  doktoru  A.Martirosyan  isə 
«Ermənistanın  ibtidai  heroqlifləri  və  onların  Urartu-erməni  bənzərləri
» 
məqaləsində  həmin  qayaüstü  təsvirlər  haqqında  oxuculara  bunları  təlqin 
edir: 
«Deşifrə  olunmuş  və  hələ  oxunmamış  onlarca  işarələr  aydın 
şəkildə  göstərir  ki,    eramızdan  əvvəl    III  minillikdən  etibarən  ibti-
dai  Ermənistanda  heroqlif  işarələrindən  istifadə  edilmişdir  və  bu  da 
Ermənistanın Şərq sivilizasiyasının əsas mərkəzlərindən biri olduğunu 
göstərir.  Qədim  ermənilərin  yüksək  səviyyəyə  malik  olmasını  çoxsay-
lı kosmik və zodiak işarələri də təsdiqləyir. Bu ölkə astronomiya elmi-
nin  beşiyidir».
132
  Onun  «kosmik  işarələr»  adlandırdığı  təsvirlərə  isə 
 
(qoç, qoç buynuzu, bərəkət rəmzi),   (yay-ox) etnik ornament kimi bu 
gün  təkcə Azərbaycanda  deyil,  türk  xalqlarının  yaşadıqları  bütün  region-
130
  С.Айвазян.  «История России. Армянский след». Москва, 1998.  
131
 С.Айвазйан. « История России. Армянский след». Москва: «Крон-Пресс», 2000.
132 
А.Мартиросян. «Первобытные иероглифы Армении и их Урарто-армянские двопники», 
http://lraber.asj-oa.am/2335/1/64.pdf

Damğalar, rəmzlər… mənimsəmələr
- 268 -
larda rast gəlirik. Heç də təsadüfi deyildir ki, SSRİ Elmlər Akademiyasının 
akademiki, tanınmış arxeoloq və şərqşünas, Dövlət Ermitaj Muzeyinin di-
rektoru  Boris  Piotrovski  (1908-1990)  erməniləri  qədim  qayaüstü  işarələri 
özününküləşdirmək, onlara inanılmaz yozumlar vermək və bu işarələri «bü-
tün əlifbaların anası» kimi tanıtmaq  səylərindən hiddətlənərək Ermənistan 
Elmlər  Akademiyası  Rəyasət  Heyətindəki  çıxışında  bunları  bildirmişdir: 
«Mesamor  hay  heroqlifləri  haqqında  geniş  reklam  olunan  və  təəssüf 
ki, mötəbər elmi jurnalların da səhifələrinə çıxarılan mif dağılmışdır. 
Halbuki,  Mesamor  petroqliflərinin  «deşifrəsi»  əsasında  guya  dünya-
nın  bütün  əlifbalarının  mesamor-giksos-qədim  erməni  yazılarından 
törənməsi barədə məsuliyyətsiz qənaətlər irəli sürülürdü».
133
 O, indiki 
Ermənistan  ərazisində  orta  əsrlərə  aid  məzar  daşları  üzərindəki  epiqrafik 
yazıları, məsələn, «Əli... Qasım xan» sözlərini «qədim erməni əlifbası və 
mətni nümunələri» kimi təqdim edən və onları «… sonra Od evi. İki dəfə 
xeyir-dua alan və bulaqlı torpaqların əbədi sahibi olan Akop» kimi yozan 
Suren Ayvazyana xitabən ərəb əlifbası ilə yazılmış mətnləri soldan-sağa de-
yil, sağdan-sola oxunmasını tövsiyə etmişdir. B.Piatrovski  sonra demişdir: 
«Ayvazyan kufi xətti ilə DAMĞA NİŞANLARINA bənzəyən işarələrlə 
yazılmış «Məhəmməd», «Həsən», «Əli» sözlərini və buynuzlu heyvanla-
rın təsvirlərini də «hay heroqlifləri» adlandırmış və belə bir yozum ver-
mişdir:  «Yay  çölü…  dövlətlilər  gəldi-gedərdi…  əsas  zəngin  binalar…  
buynuzlu heyvanlar qurban kəsilmişdir… Qoy zəngin evlər cəhənnəmin 
yolunu bağlasınlar».
134
 B.Piotrovskinin son qənaəti, daha doğrusu, Ayvaz-
yan saxtakarlığına diaqnozu isə belə idi:  «
Onun ortaya atdığı fərziyyələrin 
çərçivəsi
 və dəhşətli savadsızlığın əlamətləri heyrət doğurmaya bilməz». 
İndi isə Kür-Araz mədəniyyətinin hələ də cavabsız qoyduğu suallarla ta-
nış olaq. Məlumdur ki, bu mədəniyyət Erkən Tunc dövrünə, yəni tuncun me-
tal xəlitə olaraq qədim insanların  təsərrüfat fəaliyyətinə daxil olduğu çağlara 
(e.ə. IV minilliyin sonu – III minillik) təsadüf edir.
 Məlumdur ki, tunc misin, 
qalayın və sürmənin qatışığından alınan möhkəm metaldır. Ötən əsrin 50-ci 
illərində alimlərimizin apardığı arxeoloji qazıntılar nəticəsində sübut olun-
muşdur ki, təkcə tarixi Azərbaycan ərazilərində deyil, ümumiyyətlə, Qafqaz 
və Cənubi Qafqazda Erkən Tunc dövrü eramızdan əvvəl III minillikdə baş-
lanmışdı. İndiyədək tuncdan hansı ölkədə ilk dəfə istifadə edilməsi dəqiq 
133
 Ф.Ахундов. «Разрушители фалсификаций»,  http://nofalsify.com/.
134
 Изв. АН Арм.ССР, Науки о Земле, XVII, 6

Damğalar, rəmzlər… mənimsəmələr
- 269 -
müəyyən edilməsə də, bu bir həqiqətdir ki, məhz mis və qalay yataqlarının 
yaxın olduğu region Tunc dövrünün ilk vətənidir. Qafqaz və Cənubi Qaf-
qaz ərazilərində isə qədim qalay mədənləri olmamışdır! Lakin bu, hələ də 
elmi müzakirələr mövzusu olsa da, arxeoloji materiallar, qədim metal əşya 
nümunələrinin analizləri həmin qənaəti təsdiqləməkdədir. Qeyd etmək la-
zımdır ki, Tunc dövründə Qafqazda qalay xüsusi qiymətə malik idi. Məsələn, 
regionda aşkar olunmuş tunc əşyaların tərkibində qalayın miqdarı nadir hal-
larda 10%-i keçirdi. Bu faktın özü də qalayın regionda az tapılan metal ol-
duğunu və kənardan gətirildiyini təsdiqləyir.
135
 Tanınmış arxeoloq, professor 
İ.Səlimxanov Azərbaycanda metallurgiyanın və metalişləmənin məhz yerli 
zəmin əsasında təşəkkül tapdığını bildirsə də, bütövlükdə Qafqaz regionun-
da metallurgiya dövrünün xəlitələrdən başladığını sübuta yetirmişdir. Yəni 
tuncun hazırlanmasında istifadə edilən qalay buraya kənardan gətirilmişdir. 
Lakin haradan? Tunc istehsalını yerli əhaliyə öyrədənlər kimlər olmuşlar?    
Azərbaycan ərazisində qalayın olmamasını vurğulayan digər azərbaycanlı 
arxeoloq Yusif Səfərov bu qənaəti bölüşərək, qalayın Ön Asiyadan daşınması 
fikrindədir.
136
 Akademik Boris Piotrovski isə Qafqazda qədim qalay yataq-
larının mövcud olmamasına dair rəylərlə razılaşmayaraq, bu metalın qədim 
dövrlərdə  kassiterit  mineralından  alınmasını  və  qədim  Urartu  dövlətinə  
Urmiyə gölünün şərq sahilindən  gətirilməsini iddia etmişdir.
137
 Lakin kassi-
terit emalı texnologiyasının mürəkkəbliyi səbəbindən bu ideya hətta ehtimal 
səviyyəsində təsdiqini tapmamışdır. Bu fikri dağıstanlı alim Ömər Davudov 
dağınıq  şəkildə  olsa  da,  bölüşür:  «Məlumdur  ki,  o  dövrdə  də  Dağıstanda 
kassiterit mineralı vardı, lakin açıq qalay yataqları haqqında məlumat yox-
dur.  Qalay  buraya  kənardan,  məsələn,  Böyük  Britaniya,  İtaliya,  İspaniya 
(?) və ya Qazaxıstan ərazilərindəki mədənlərdən çatdırıla bilərdi».
138
 Tunc 
dövrü mədəniyyətinin konkret ünvanını, ilkin mənbəyini isə təqribən 110 
il bundan əvvəl Praqa Universitetinin professoru, arxeoloq, etnoqraf, Çex 
Elmlər Akademiyasının üzvü Lübor Niderle (1885-1944) göstərmişdir. Av-
ropada Tunc dövrü mədəniyyəti haqqında nəzəriyyələri dərindən təhlil edən 
alim özünün yeni nəzəriyyəsini irəli sürərək bunları yazırdı: 
«İlk növbədə 
135
  А.Мнацаканян, И.Селимханов. «Исследование некоторых оловянных предметов, наиденных в 
Армении», http://hpj.asj-oa.am/1633/1/1971-1(285).pdf
136  
Y.Səfərov. «Qədim Azərbaycan:  nə bilirik», Bakı, 1989.
137  
Б.Б.Пиотровский. «История и культура Урарту». Ереван, 1944.
138    
О.Давудов. «Прикаспийская торговая дорога и археологические материалы», http://
dagistanhistory.livejournal.com/11308.html

Damğalar, rəmzlər… mənimsəmələr
- 270 -
qeyd etmək lazımdır ki, mövcud elmi nəzəriyyələrin heç biri Tunc döv-
rünün beşiyini Avropa ərazilərindən kənarda axtarmır. Dəqiq tipoloji 
tədqiqatların nəticələri bu beşiyin Şərqdə, Asiyada olduğunu göstərir. 
Çox böyük ehtimallara görə, bu yeni mədəniyyət məhz orada yaranmış 
və bir neçə marşrut üzrə Avropaya çataraq burada yayılmışdır».
139
 
L.Niderle  qənaətlərini  təsdiqləmək  üçün  görkəmli  alman  alimi  Rudolf 
Virxovun  (1821-1902)  Qafqaz  ərazisindəki  arxeoloji  araşdırmalarının 
nəticələrinə də müraciət etmiş, öz nəzəriyyəsi üçün əlavə təsdiqləyici sübut-
lar müəyyənləşdirmişdir. Belə ki, R.Vixrovun qənaətinə görə, Qafqaz yeganə 
və əsas səbəb üzündən Tunc dövrünün vətəni sayıla bilməz: Bu ərazidə qalay 
yoxdur. Buradakı məzarlıqlardan aşkar olunan tunc əşyalar tamamilə fərqli 
xarakteristikaya malikdir və onların mənşəyini Asiyanın içərilərində axtar-
maq lazımdır: «
Tunc dövrü mədəniyyəti Qərbə iki istiqamət üzrə daxil 
olmuşdur. Birincisi, Ural dağlarından səmt götürmüş,  digəri isə Xəzər 
dənizinin cənub sahilləri ilə Kiçik Asiyaya gətirilmiş və oradan (tarixi 
Azərbaycan ərazilərindən – A.Q.)
  Avropaya yayılmışdır. Bu marşrutlar-
dan ən əhəmiyyətlisi və təsirlisi ikinci yol olmuşdur».
140
 Macarıstanda və 
Sibirdə tapılmış tunc əşyalar arasındakı yaxınlıq vaxtilə danimarkalı arxe-
oloq Safus Otto Mülleri də (1846-1934) ciddi maraqlandırmışdır. Bu fakt 
hər iki ərazi arasında qədim mədəni bağlılığın mövcudluğundan xəbər ve-
rir. Lübor Niderle bu barədə bildirir: «
Avropada Tunc dövrünə aid silah 
və məişət alətlərinin böyük hissəsi yalnız Sibir və Macarıstana aiddir. 
Onların içərisində ikiağızlı baltalara (təbərzin, sakaris)çəkic-baltalara 
(bozdoğan, çomak), 
oraqlara və s. ən çox Sibirdə, Rusiyanın cənubunda, 
sonra  isə  Macarıstanda  və  digər Avropa  ərazilərində  rast  gəlinir.  Bu 
marşrutun özü Tunc dövrü mədəniyyətinin harada formalaşmasından 
və necə yayılmasından xəbər verir». Və alimin son qənaəti belə olmuşdur: 
«Beləliklə, bu mədəniyyət Mərkəzi Asiyada yaranmış, Sibirdə yüksək 
inkişaf səviyyəsinə çatdırılmış və oradan Qərbə, Avropaya doğru səmt 
götürmüşdür».
141
139
  Л.Нидерле. «Человечество в доисторические времена» (доисторическая археология Европы и 
славянских земель). Санкт-Петербург, 1898.
140  
Yenə orada.
141
 Л.Нидерле. «Человечество в доисторические времена» (доисторическая археология Европы и 
славянских земель). Санкт-Петербург, 1898.
 

Damğalar, rəmzlər… mənimsəmələr
- 271 -
Cədvəl 11.  Qərbi Azərbaycan ərazisindəki «erməni heroqliflərinin»  
ortaq türk damğa işarələri və Göytürk hərfləri vasitəsilə semantik izahı

Qərbi 
Azərbaycan 
işarələri 
Mərkəzi, 
Ön
 Asiya 
və 
Avr
opadakı türk 
damğaları
Damğa semantikası  və
 Göytürk
 əlifbası 
ilə
 müqayisəsi

Qərbi 
Azərbaycan 
işarələri
Mərkəzi, 
Ön
 Asiya 
və 
Avr
opadakı türk 
damğaları
Damğa semantikası  və
 Göytürk
 əlifbası 
ilə
 müqayisəsi
1
 
 
  
 
Damğa adları: «Qaba Ağac», 
«Dirilik Ağacı», «Töz Ağac», 
«bayterek», «baytörə», «dirək» 
və s. «Şəcəreyi-Tərakimə» 
əsərinə görə, bu işarə Oğuzun 
salur boyunun da damğası 
olmuşdur. Göytürk yazılı 
mətnlərində yalnız «iç» (daxili) 
sözünü bildirmək üçün istifadə 
edilir. 
27
Damğa adları: «balta», 
«çəkic», «kərki», «təbər», 
«sakar» (ikiağızlı 
saka-skif baltası). 
Mərkəzi Asiyanın, Şimali 
Qafqazın və Krımın 
qıpçaq tayfaları arasında 
daha çox yayılmışdır. 
«Təvarixi al-i Səlcuq» 
əsərinə əsasən, oğuzların 
çəbni tayfasının da 
damğası olmuşdur. 
2
Türk damğa işarələri təsnifatında 
«sənək» (qoşa ucluqlu nizə, 
ikidişli döyüş yabası) adını 
daşıyır. «Cami ət-Təvarix» 
əsərində oğuzların yazar 
boyunun damğası 
 kimi 
göstərilir. Səfəvi xanədanında 
«durbaş» (kənara çəkil) kimi də 
tanınmışdır. Etnik rəmz olaraq
Qızıl Orda dövlətində və Krım 
xanlığında, karalar (karaimlər) 
arasında daha geniş yayılmışdır. 
Qədim türk əlifbasında cingiltili 
«l» samitini bildirir. 
28
Damğa adı: «and» 
(qardaşlaşmaq, qana 
and içmək). Müxtəlif 
variantları 
 
 
 
 Mərkəzi və 
Ön Asiyada, Cənubi 
Qafqazda geniş 
yayılmışdır. Əmir 
Teymurun dövlət rəmzi 
olmuşdur. Onun dairə və 
ya yarımdairə daxilində 
olan təsvirindən 
 
 
Göytürk əlifbasında «nt» 
və «nd» səs birləşməsini 
göstərmək üçün istifadə 
edilmişdir.
3
    
   
 
Qədim türk damğalarından, 
qoruyucu sakral işarələrdən 
(nəzərlik), ilahi rəmzlərdən 
sayılır. Semantikasını tiyəsi 
düz qılınc (tiq) kimi də yozmaq 
olar. Qobustan, Gəmiqaya 
təsvirlərində, Midiya. Manna 
işarələrində, Tyan-Şan, 
Saymalıtaş, Tamqalıtaş, Sülek 
qayaüstü rəsmlərində də rast 
gəlinir. Oğuzun əfşar tayfasının 
damğası («Cami ət-Təvarix»).
29
 
Bu işarənin xristian dini 
ilə əlaqəsi yoxdur. İlahi 
qüdrət, Yaranış, bolluq 
anlamlarını daşıyır. 
Damğa adları: «Dirilik 
Ağacı», «Qaba Ağac», 
«Həyat Ağacı». Türk 
xalqlarının yaşadıqları 
ərazilərdə etnik damğa 
işarələri və tətbiqi sənət 
ornamentləri kimi tanınır. 

Damğalar, rəmzlər… mənimsəmələr
- 272 -
4
 
 Damğa adı: «Qılınc». Qoruyucu 
rəmz xarakteri daşıyır. Göyçə 
qayaüstü yazılarında onun 
 
kimi variantı da vardır. 
  
  
  
 «Şəcəreyi-Tərakimə» 
əsərində həmin işarənin həm də 
oğuzun yıva boyunun damğası 
olduğu bildirilir.
30
 
Qobustan, Gəmiqaya 
və Baykal gölünün 
şimalındakı Subuktuy 
qayaüstü təsvirlərində, 
Midiya dövlətinə aid 
maddi-mədəniyyət 
nümunələri üzərində rast 
gəlinir. E.Triyarskiyə 
görə, tipik türk 
damğalarından biridir. 
Damğa semantikası 
«ev» kimi yozulur. 
«Məskunlaşmaq», «binə 
salmaq»  bildirir.
5
  
Dünyanın bir sıra qədim 
xalqlarında solyar rəmzdir. 
Qədim türk simvolizmində 
«Tanrı-Günəş» vəhdətini ifadə 
edir. Damğa adı: «Günəş», 
«təkər» 
31
 
Damğa təsnifatında 
«baltavar», «xan 
damğası», etnik xalça 
ornamentlərində isə 
«daraq» adlandırılan 
işarənin variantlarından 
biridir. Mərkəzi Asiyada 
«at damğası» da deyilir.
6
 
Qədim tanrıçılıq dininə əsasən, 
Humay Ananın rəmzlərindən 
sayılır. Türk xalqlarının 
xalçaçılıq sənətində nəzərlik 
xarakterli ornamentlərdəndir. 
Damğa adı: «bitik», «pitik», 
«tumar», «tumarça», «tumarca» 
və s. 
32
 
 
Dövlətçilik rəmzi 
olaraq, tipik türk 
damğalarından sayılır 
(İ.Baski, E.Triyarski). 
«Yay» hakimiyyəti, «ox» 
isə onun vassallarını 
bildirir. Damğa adı: 
«Yay-ox», «saok», «yay» 
və s. Damğa işarəsi kimi 
müxtəlif variantları türk 
xalqlarının yaşadıqları 
bütün ərazilərdə 
yayılmışdır.
7
 
 
 «Ox» damğası. Qədim türk 
tayfaları arasında ən populyar 
rəmzlərdən biri sayılır. «Təvarixi 
əl-Səlcuq» əsərinə əsasən, 
oğuzların bayat boyunun, «Cami 
ət-Təvarix» mətninə görə isə 
kınık boyunun damğasıdır. 
Göytürk əlifbasında dilarxası kar 
«k» samitini ifadə edir. 
33
Damğa adı: «abak», 
«ama», «ana». Bir 
sıra türk xalqlarının 
gəlinlik geyimlərində 
və zinyət əşyalarında, 
toy şirniyyatlarının, 
gəlin otaqlarının 
bəzədilməsində indi 
də istifadə olunur. 
Qadın başlanğıcının, 
həyatın yaranışının, 
nəsil artımının rəmzidir.  
«Ana və bətnindəki 
övlad» anlamının qrafik 
təzahürüdür. 
     
kimi variantları da vardır. 
Əlifbada 
 işarəsi 
də «nt» və «nd» səs 
birləşməsini bildirir. 

Damğalar, rəmzlər… mənimsəmələr
- 273 -
8
 
Bu işarə Yenisey və Talas 
kitabələrində dil-diş cingiltili «d» 
samitini bildirir.
34
 
Damğa adı: «yüyən», 
«qoşa göz», «buxov».
9
  
 
Damğa adı: «kuray» (qarğı ney) 
Göytürk əlifbasında kipləşən 
dilortası «k» samiti kimi incə 
saitlərlə işlənir. 
35
 
 
Damğa adı: «qaz ayağı», 
«qaz təriyi». Oğuz 
elinin bir sıra damğa 
işarələrində tayfanın 
onqonu olan quşun 
caynağının təsviridir.
10
  
Damğa adı: «bucaq». İşarənin 
 
variantı alaçığın və ya 
çadırın qapısını bildirir. Göytürk 
əlifbasında dodaqlanan «o» və 
qapalı «i» saitlərini ifadə edir.
36
Damğa adı: «beşik». 
Altaylarda «ev» anlamını 
da verir. Azərbaycanda 
Cəlairlər dövlətinin 
rəmzi olmuşdur. Göytürk 
əlifbasında  kar «ş» 
samitidir.
11
 
Damğa adı: «Barxan» (qum 
təpəciyi). Mərkəzi Asiya, 
Azərbaycan, Anadolu, kumık, 
qaraçay-balkar nəsil-tayfa 
işarələri, Qafqaz Albaniyasının 
maddi-mədəniyyət nümunələri, 
ortaq xalça ornamentləri 
arasında geniş rast gəlinir. 
«Məskunlaşmaq», «binə salmaq» 
kimi izah olunur. Oğuzun dögər 
boyunun damğası ilə 
 eyni 
semantikaya malikdir.
37
 
Damğa adı: «qoşa 
tumar» (qoşa nəzərlik), 
«uyğur». Anadoluda 
«saçbağı» (saçın ücuna 
vurulan lent) adlanır. 
Damğa işarələri arasında  
 (dərə, dağlar 
arasında vadi) kimi 
variantı da vardır. Ortaq 
türk xalçaçılıq sənətində 
nəzərlik xarakterli əsas 
işarələrdəndir. Göytürk 
yazılarında «bş» səs 
birləşməsini bildirir və 
«baş» kimi oxunur. 
12
 
«Daraq damğa»nın qrafik  
variantlarından biridir. 
Azərbaycan, Anadolu, Şimali 
Qafqaz, Türkmənistan xalçaçılıq 
sənətinin haşiyə elementi kimi 
geniş yayılmışdır.
38
 
«Ev» anlamını verən 
damğa işarəsidir. 
Cingiltili «b» səsi kimi 
oxunur. İncə saitlərin 
işləndiyi sözlərdə istifadə 
edilir.
13
  
Damğa təsnifatında «oz damğa», 
«təpə xaç», «subaş», «sarman», 
«dörd ünsür», «çərxi-fələk», 
«qaz», «qaz təpiyi», «şəmsi-
gərdan» (farsca: Günəşin 
bədəni) adları ilə tanınır. 
Nəzərlik xarakterlidir.  
39
  
Mərkəzi Asiyada 
«batbay» adlanan 
bu işarə «Tanrı-
Günəş» rəmzinin 
 
variantlarındandır. 
Azərbaycanda ən 
qədim təsviri Qobustan 
qayaüstü rəsmlərindədir. 
Xalça ornamenti kimi 
geniş istifadə edilir. 
14
Damğası «sənək» 
olan nəsil 
və ya tayfanın açası/xaçı. 
40
 
Yenisey abidələrinin 
mətnlərində həm «e» 
səsini, həm də incə əsaslı 
sözlərdə «b» səsini 
bildirir.

Damğalar, rəmzlər… mənimsəmələr
- 274 -
15
 
Damğası «Dirilik Ağacı» 
 
olan nəslin asası/xaçı.
41
Damğa adı: «ilan». 
«Şəcəreyi-Tərakimə» 
mətninə görə, oğuzun 
yaparlı boyunun rəmzi. 
16
 
 
Damğa adı: «Qalxan». Nəzərlik 
funksiyasını daşıyan «tumar» 
 damğasının şərti variantı 
sayılır. Qədim salnamələrə 
və təsvirlərə əsasən, Hun və 
Xəzər dövlətlərinin, Mərkəzi 
Asiya və Qafqaz Albaniyasının 
atlı döyüşçüləri üçkünc 
qalxanlardan istifadə etmişlər. 
Göytürk əlifbasında 
 işarəsi 
«kosmos», «klub» sözlərinin ilk 
samiti kimi «k» səsini bildirir.
42
 
Damğa adları: 
«Döngələk», «domalaq», 
«Gün belgisi» (Gün 
nişanı), «Domalaq 
ana», «Gün domalaq», 
«Nurullah», «Sarı 
baybişe», «Baybike», 
«Nurullah», «Altun top», 
«Altun alma», «şəmbər» 
(çəmbər), və s. Günəşin 
rəmzidir. «Şəcəreyi-
Tərakimə» əsərinə 
görə, oğuzların alkaevli 
tayfasının damğasıdır. 
Səfəvi hökmdarı II 
Təhmasibin bayrağını 
bəzəmişdir.
17
  
Damğa adları: «Günəş», 
«şonqar», «hunqar» (şahin), 
«ikibaşlı qartal» və s. Nadir 
Şah Əfşarın taxtında Aypara ilə 
yanaşı olan bəzək ünsürlərindən 
biri. İslam dinində cənnətin 
səkkiz qapısını, müsəlmanın 
səkkiz əməlini, Əhli-Beyti 
simvolizə edir. Ortaq türk 
mifologiyasında Günəş-
Tanrının, onun dünyəvi və dini 
hakimiyyətlərinin birliyinin 
simvoludur. 
43
   
Damğa adları: «süngü», 
«nizə», «qarğı», «hərbə». 
Tək halda bir tayfanı, 
qoşa şəkildə isə 
 
tayfalar birliyini ifadə 
edir. Göytürk əlifbasında 
novlu kar «s» samitini 
bildirir. 
18   
Damğa adı: «sarkay», «aşamay» 
(Humay Ananın açası/xaçı). 
«Təvarixi əl-Səlcuq» əsərinə 
görə, oğuzların avşar boyunun, 
«Hünərnamə» mətnlərinə əsasən 
isə kızık boyunun damğasıdır. 
Göytürk əlifbasında cingiltili 
«d» samitini ifadə edir. Xalça 
naxışlarında nəzərlik anlamını 
verir. 
44
  
Damğa adı: «qurd başı», 
«qurd ağzı». Tatarıstanda 
«İskəndər damğası» da 
deyilir. Azərbaycan xalça 
naxışları arasında da 
geniş yayılmışdır.
19
  
«Təvarixi əl-Səlcuq» və 
«Hünərnamə» əsərlərindəki 
təsnifata  görə, oğuzların yazır 
tayfasının damğasıdır. Mərkəzi 
Asiyada bu tipli damğalar 
«qarğa izi» adlanır.
45
  
Oğuzların kızık boyunun 
damğası 
bu işarənin 
variantlarından 
(«Hünərnamə») sayılır. 
Əlifbada dilarxası, 
burunda tələffüz edilən 
«n» səsini göstərmək 
üçün istifalə edilir.

Damğalar, rəmzlər… mənimsəmələr
- 275 -
20
 
Damğa adı: «ocaq». Azərbaycan, 
Anadolu, Şimali Qafqaz, Mərkəzi 
Asiyada həm damğa işarəsi, 
həm də ornament kimi geniş 
yayılmışdır. «Şəcəreyi-Tərakimə» 
əsərinə əsasən, oğuzun alayuntlu 
boyunun damğasıdır. 
46
Damğa adı: «bosaqa» 
(qapı çatısı, çərçivəsi). 
Yenisey və Talas 
kitabələrində dil-diş 
cingiltili «d» samitini 
bildirir. Azərbaycan xalça 
naxışlarında da istifadə 
olunan motivdir. 
21
  
Damğa adı: «Alban». Solyar 
rəmz kimi Tenri xanı (Günəşi) 
simvolizə edir. «Şəcəreyi-
Tərakimə» əsərinə görə, oğuzun 
bayat tayfasının damğası 
olmuşdur. Bundan başqa, Çingiz 
xanın atasının nəsil damğasıdır.
47
 
Damğa adı: «Ay», «yay» 
(atıcı silah). Göytürk 
yazılarında bu işarə 
novlu (dilortası) cingiltili 
«y» samitini ifadə edir. 
«Ay» damğasının digər 
bir variantıdır. Göytürk 
əlifbasında   işarəsi «n» 
samitini bildirmək üçün 
istifadə edilir.
22
 
   
  
Solyar rəmzdir. Yazılı mətnlərdə 
«z» samitinin işarəsi. İncə və 
qalın saitli sözlərdə işlədilir. 
48
Damğa işarələri arasında 
«atlı» (yəhər və minicinin 
ayaqları) kimi tanınır. 
Göytürk əlifbasında «t» 
səsini bildirir.
23   
  
Damğası «çəkic» 
 olan 
tayfanın açası.
.
49
 
Volqaboyu tatarlarında 
və başqırdlarda «ayı 
başı» damğası.
24
  
  
«Sənək» damğasının bir 
variantıdır. Təsvir baxımından 
oğuzların bəydili tayfasının 
damğasına   yaxındır.
50
 
Göytürk əlifbasında 
liqatür işarə kimi «lt» 
səsini ifadə edir.
25  
 
Oğuz elinin bəydili, bayandur 
(Şəcəreyi-Tərakimə) və eymür 
boyunun («Hünərnamə») 
damğası.
51
 Damğa adı: «daraq», 
«baltavar», «yavlan», 
«xan damğası» və 
s. «İkibaşlı qartal» 
mifologeminin qrafik 
təzahürlərindəndir. 
26
 
 
Damğa adı: «Açar». Şimali və 
Cənubi Qafqaz, Krım, Tatarıstan 
və Mərkəzi Asiyada yayılmış 
«alban»     və «quyruqlu Ay» 
 damğalarının törəməsidir. 
52
 
 «Təvarixi al-i Səlcuq», 
«Hünərnamə» 
mətnlərində göstərildiyi 
kimi, oğuzların yaparlı 
boyunun damğasıdır.
     
Lakin
  ayvazyanların,  vaqanyanların  saxtakarlıq  fəaliyyətlərinə  rəğmən, 
onlara ortaq türk mədəniyyətinə istər-istəməz göstərdikləri böyük xidmətə - 
Göyçə  qayaüstü  rəsmlərindəki  «qədim  erməni  əlifbası»  işarələri  təvirlərini 
kitablarında  dərc  etdirdiklərinə  görə  səmimi  minnətdarlığımızı  bildiririk. 
Çünki məhz həmin təsvirlərə əsaslanaraq qədim türk və Göyçə rəmzlərinin 

Damğalar, rəmzlər… mənimsəmələr
- 276 -
müqayisəli  təhlilini  aparmaqla,  bu  nişanların  müəlliflərinin  etnik  mənşəyi 
haqqında  tamamilə  fərqli  fikir  söyləmək,  erməni  «müdriklərinin»  iddiaları 
üzərindən xətt çəkmək mümkündür.
Qafqaz Albaniyası işarələri. 
Dominant etnomədəniyyətin izləri
«Babasının qəbrini bilməyən, balasının qədrini bilməz».
Qədim oğuz məsəli 
Qafqaz Albaniyasının  maddi-mənəvi  irsi,  dominant  etnik  mənsubiyyəti, 
dövlətçilik  ənənəsi,  dili  və  nəhayət,  əlifbası  ətrafında  illər  uzunu  davam 
edən müzakirələr həqiqət axtarışında olan müdrik korların mübahisəsi haq-
qında hind rəvayətini xatırladır. Rəvayətə görə, qədim zamanlarda bir şəhərə 
görünməmiş canlı - fil gətirirlər. Onunla maraqlananlar arasında şəhərin altı 
müdrik şəxsi də vardı. Lakin onlar kor idilər və heç vaxt fil görməmişdilər. 
«Bunu necə edək?» - deyə düşünürlər. Çox fikirləşib bu qənaətə gəlirlər ki, 
fil haqqında aydın təsəvvür almaq üçün gərək ona əlləri ilə toxunsunlar. Bi-
rinci müdrik filin iri, yastı qulaqlarından tutur: «Bu heyvan yelpiyə oxşayır», 
- deyir. İkinci kor filin ayağından yapışır və əvvəlkinə etiraz edir: «Elə deyil, 
ağaca bənzəyir!» - deyir.  Nəhəng canlının quyruğuna toxunan üçüncü müd-
rik bir qədər fikirləşib filin qalın ip olduğunu söyləyir. Sonra filin uzun, əyri 
dişindən yapışan, gövdəsinə toxunan, xortumundan tutan dördüncü, beşinci 
və altıncı müdriklər onun nizəyə, hündür divara və ilana bənzədiyini deyirlər.  
Mübahisə  uzanır  və  kor  müdriklər  nə  inadlarından  dönürlər,  nə  də  ki  filin 
necə canlı olduğunu öyrənə bilirlər… Əslində, onların hər biri öz məntiqində 
haqlı  idi. Yaratdıqları  problemin  isə  olduqca  sadə  çıxış  yolu  var  idi.  O  da 
həqiqətin təkcə mübahisədə deyil, həm də müqayisədə yarana bilməsidir. Altı 
kor fərdi analizdən sintezə doğru irəliləməli, gəldikləri qənaətləri tam halında 
birləşdirməli və bundan sonra özlərində fil haqqında aydın təsəvvür yaratmalı 
idilər.  Lakin  onların  arasındakı  daxili  ziddiyyət,  fikir,  mövqe  ayrılığı  ortaq 
məxrəcə gəlməyə, mübahisəni sağlam müzakirəyə, dialoqa  çevirməyə mane 
oldu. Nəticədə altı kor və inadkar müdrikin tarixə düşən mübahisəsi isə bu 
günədək elm aləmində bir örnək olaraq qaldı. İrandilli alimlər Qafqaz Albani-
yasını «qədim İran ölkəsi», ləzgi tədqiqatçıları «Ləzgistan»,  etnik baxımdan 
türk olan tarixçilər «türklərin qurduğu dövlət», təbii ki, hər yerə və hər şeyə 
iddialı olan ermənilər isə qondarma «Böyük Ermənistan ərazilərinə daxil olan 

Damğalar, rəmzlər… mənimsəmələr
- 277 -
erməni vilayəti» kimi görürlər. Və hind rəvayətindəki kor müdriklər kimi on-
lar da hələ də bir araya gəlib mübahisələrini təmkinlə həll edə bilməyiblər. 
Qafqazın  və  Cənubi  Qafqazın  etnik  mənzərəsi  onun  unikal  təbiəti 
qədər  zəngindir.  Ərazi  etibarilə  kiçik,  lakin  etnomədəni  müxtəliflik  baxı-
mın  rəngarəngliyi  ilə  seçilən  bu  regionda  fərqli  dillərdə  danışan  və  fərqli 
mədəniyyətlərin daşayıcıları olan yüzdən çox xalqın nümayəndələri yaşayırlar. 
Bununla belə, Qafqazda tarixən formalaşmış endemik birgəyaşayış prinsipləri 
həssas  olduğu  qədər  xarici  zərərli  təsirlərə  dayanıqlı  deyildir.  Təhlilçilərin 
ümumi qənaətinə görə, regiona kənardan nüfuz etdirilən və ayrı-ayrı geosiya-
si maraqların təminatına xidmət edən aqressiv separatizm, milli ayrı-seçkilik 
meyillərinin gücləndirilməsi, qarşılıqlı ərazi iddialarının baş qaldırması daxili 
müqaviməti zəif olan Qafqazı «problemli regiona» çevirməyə, etnik, dini və 
gözlənilən ərazi münaqişələrinin «barıt çəlləyinə» bənzətməyə əsas verir. 
Bu  regionda  tarixən  yaşayan  türk  xalqlarının  etnogenezi,  onların  ortaq 
etnomədəniyyəti,  maddi-mədəni  irsi  siyasiləşdirilmiş  tarixşünaslığın  və  et-
noqrafiyanın geosiyasi maraqlara, etnik və dini mənafelərə xidmət edən və 
saxtakarlıqlara  daha  çox  məruz  qalan  sahələrindəndir. Tarixi  gerçəkliklərin 
məqsədli şəkildə təhrif olunmasına yönəldilən belə fəaliyyət Avropa, Rusiya, 
Ermənistan və İran tarixşünaslığında hakim mövqe tutan rəsmi konsepsiyadan 
qaynaqlanmaqdadır. Həmin konsepsiya isə obyektiv tarixi-arxeoloji, antropo-
loji, etnoloji araşdırmaların nəticələrini bir kənara qoyaraq, «qədim yaşayış 
məskənləri Şərqi Sibir və Monqolustanın bozqır çölləri ilə məhdudlaşan köçəri 
türklərin» Ön Asiyaya, Avropaya yalnız orta əsrlərdə «yarımvəhşi vandal tay-
falar» qismində ayaq basdıqlarını, yerli xalqların ali sivilizasiyalarını süquta 
yetirdiklərini və onun xarabaları üzərində özlərinin «qarışıq» mədəniyyətlərini 
yaratdıqlarını  təlqin  etməkdədir.  Bu  tipli  yanaşmaların  ötəri  qısqanclıq-
dan,  tarixi  hadisələri  bilməməkdən  və  ya  milli  natamamlıq  kompleksindən 
bəhrələndiyini söyləmək ən azı naşılıq olardı. Tarixin ibrət dərsləri öyrədir 
ki, zahirən «zərərsiz» görünən belə iddialar, əslində, qalın siyasi pərdə arxa-
sında  gizlənən  etnosiyasi  maraqların  ideoloji  təminatına  xidmət  edir.  Müa-
sir beynəlxalq təcrübə isə ayrı-ayrı ölkələrdə belə təbliğatın dövlət siyasəti 
səviyyəsinə qaldırılmasını gələcək geosiyasi tələblər, o cümlədən ərazi iddi-
aları üçün bəraətverici təminat əldə etmək məqsədi daşıdığını təsdiqləyir. Bu 
gün Qafqaz regionunda «etnik münaqişə» pərdəsi altında davam edən hərbi-
siyasi  qarşıdurmaların  ideoloji  təminatında  tarixi  gerçəkliklərin  məqsədli 
şəkildə saxtalaşdırılması mühüm rol oynamaqdadır. Nəticədə, tarix nəcib elm 
çərçivəsindən çıxaraq özünün mənəvi-etik prinsiplərini, obyektivliyini itirir, 

Damğalar, rəmzlər… mənimsəmələr
- 278 -
siyasi maraqların girovu olan subyektiv ideoloji vasitəyə çevrilir.  
Həqiqətən də, tarix vicdanlı alimlərin axtardıqları irfani yoldur. Onun da 
öz «övliyaları»«pirləri», hətta «iblisləri» var. «Nəzarətdən çıxan», saxta-
laşdır
ılan  tarix  isə  məkrli  siyasətçilərin  əlində  təsirli  silahıdır.  Rusiya  və 
Ermənistanda isə bu silah Azərbaycanın tarixi torpaqlarına iddiaların formalaş-
masına, o cümlədən Qafqaz Albaniyasının maddi-mənəvi irsinin, dövlətçilik 
ənənələrinin mənimsənilməsinə yönəldilmişdir. Şərti olaraq «Qafqaz Alba-
niyası
» adlandırılan dövlət eramızdan əvvəl təqribən IV-III əsrlərdən eramı-
zın VIII əsrinədək tarixi Azərbaycan ərazilərində mövcud olmuş və müasir 
Ermənistan Respublikasını, Gürcüstanın və Dağıstanın cənub hissələrini əhatə 
etmişdir.  Qafqaz  Albaniyasının
  etnik  mənsubiyyəti  və  inancları  ətrafında 
müzakirələr bu gün obyektiv elmi araşdırma çərçivəsindən kənara çıxaraq, 
geosiyasi və etnosiyasi maraqlar səviyyəsinə qalxmışdır. Bu günün geosiyasi 
reallıqları bu mövzunun həm də xarici qüvvələrin əlində Azərbaycana qarşı 
separatçılıq və əsassız ərazi iddialarının ödənilməsi vasitəsi olduğunu göstərir. 
Antik  tarixçi  Strabonun  məlumatına  görə,  Qafqaz Albaniyasının  əhalisi  26 
dildə danışan tayfalardan ibarət idi. Eramızın ilk əsrlərindən başlayaraq, sa-
sani hökmdarlarının göstərişi ilə əraziyə bir sıra irandilli tayfalar köçürülmüş 
və elə həmin ərəfədə isə şimaldan - Dərbənd keçidindən hunların, subarların, 
xəzərlərin, barsillərin və digər türkdilli xalq və tayfaların cənuba doğru növbəti 
miqrasiyası başlanmışdır. Xüsusən də, döyüşkən subar (suvar) tayfaları Al-
baniyanın içərilərinə doğru irəliləyərək, onun qədim paytaxtı Qəbələ şəhəri 
ətrafında məskunlaşmışdılar. Buna görə də ilkin orta əsrlərə aid mənbələrdə 
bu şəhər «Qəbələ-Subar» da adlandırılırdı. Ərəblərin regiona yürüşünə qədər 
ölkə əhalisi üç etnik qrupdan – türkdilli, qafqazdilli və irandilli əhalidən ibarət 
idi. Buna baxmayaraq, S.Yeremyan, A.Mnasatakanyan, A.Babaxanyan kimi 
erməni tarixçilərinin iddialarına görə, guya V əsrin sonlarından etibarən ölkə 
əhalisinin böyük hissəsi erməniləşmiş, «işğalçı türk tayfaları» isə Qafqaza və 
Cənubi Qafqaza ən yaxşı halda VIII əsrdə ayaq basmışlar. 
Əbülqazi Bahadur xan Xivəli «Şəcərəyi-Tərakimə» əsərində (1660-cı il) 
yazırdı: «
Oğuz xan dövründən Çingiz xan zamanına kimi Tın (Don), İdil 
(İtil, Volqa) 
və Yaik çayları arasında yerləşən Qıpçaq ölkəsindən başqa 
diyar yox idi. Onlar bu ölkədə dörd min il yaşamışlar. Buna görə də bu 
torpaq «Dəşti-Qıpçaq» (Qıpçaq çölü) adlanır»Bir sıra qədim və orta əsr 
müəlliflərinin əsərlərində, o cümlədən Fəzlullah Rəşidəddinin «Oğuznamə»,
 
Müslihiddin Larinin 1566-cı ildə qələmə aldığı «Miratül-Ədvar və Mürkatül 
Əxbar» salnamələrində qədim türklərin sasanilərdən təqribən bir əsr əvvəl (177-

Damğalar, rəmzlər… mənimsəmələr
- 279 -
ci il) Qafqazda, eləcə də Dərbənd və Dərbənd ətrafında məskunlaşmasından 
bəhs olunur.
142
 
Ermənistanın və Rusiyanın bəzi siyasi dairələrinin fitvası ilə hərəkət edən 
Dağıstan  separatçıları  isə  arqumentsiz-filansız  Qafqaz  Albaniyasını  «mü-
asir  Rusiyanın  tarixi  torpaqları»  kimi  görmək  niyyətindədirlər.  Məsələn, 
erməni «tarixçiləri» Vladimir Barxudaryan və Suren Ayvazyan həyasızcasına 
Azərbaycanı «ermənilərə aid olan tarixi faktları siyasi məqsədlər naminə sax-
talaşdırmaqda»  ittiham  edirlər.  Qafqaz Albaniyası  ətrafında  mübahisələrdə 
özünə  yer  edən  və  Rusiyada  etnik  separatizmi  və Azərbaycana  qarşı  ərazi 
iddialarını  rəsmi  dövlət  səviyyəsinə  qaldıran  «Federal  Ləzgi  Milli-Mədəni 
Muxtariyyətı» adlı qondarma qurumun təşəbbüsü ilə 2008-ci ilin may ayında 
Moskvada «Qafqaz Albaniyası və ləzgidilli xalqlar (kursiv bizimdir – A.Q.): 
tarixi-mədəni irs və müasirlik» mövzusunda beynəlxalq konfrans keçirilmiş-
dir. Rusiyanın Regionların İnkişafı və Xarici İşlər nazirliklərinin, Dövlət Du-
masının və Rusiya Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən və 
siyasi təyinatını gizlətməyən bu psevdoelmi tədbir, əslində, Azərbaycana qarşı 
ərazi iddialarının təkcə Ermənistan tərəfindən dəstəklənmədiyini açıq şəkildə 
göstərir.  Lakin  hər  iki  separatçı  qrup  arasındakı  simbiozun  özü  də  şərtidir. 
Misal üçün, Rusiyadakı ləzgi separatçıları Qafqaz Albaniyasının ərazilərini 
tarixdə mövcud olmayan və XXI əsrin antiazərbaycan yönümlü geosiyasi id-
dialarının nəticəsində dövriyyəyə buraxılan qondarma «Ləzgistan dövləti»nin 
şəriksiz «tarixi əraziləri» hesab edirlər. Ermənilər isə öz növbələrində Qaf-
qaz Albaniyasını uydurma «Böyük Ermənistan»ın bir parçası olmasına, bu-
radakı maddi-mənəvi irsin şəriksiz erməniləşdirilməsinə iddialıdırlar. Lakin 
bu sərsəm ideya müəllifləri Azərbaycan əleyhinə istənilən kampaniyada bir 
araya gələn kimi müvəqqəti atəşkəs elan edir, «ortaq məxrəc» tapmağa çalı-
şır və Qafqaz Albaniyasını «tarixdə erməni-ləzgi dövlətçiliyinin nümunəsi» 
qismində tanıtmağa çalışırlar. Bu yerdə ixtisasca yarımçıq fizik olan psevdo-
albanşünas, millətçilik hissləri paranoya xarakteri almış Hacı Abdurəhimovun 
«Qafqaz  Albaniyası-Ləzgistan:  tarix  və  müasirlik»  adlı  «monoqrafiyasını» 
(Dağıstan Dövlət Universiteti nəşriyyatı, 1995-ci il) xatırlamaq yerinə düşər. 
Suren Ayvazyan və Zori Balayanın üslubu ilə yazılan kağız yığnağında heç 
bir tarixi fakta və maddi sübutlara söykənmədən Qafqaz Albaniyası dövlətinin 
yaranması,  maddi-mədəni  irsi,  hətta  əlifbası  yalnız  «ləzgi  tayfalarının»  adı 
ilə  bağlanır,  Bakıya,  Şamaxıya,  Şəki  və  Qəbələyə,  Qusara  ərazi  iddiaları 
edilir,  Nizami  Gəncəvi, Abbasqulu  ağa  Bakıxanov,  Uzeyir  Hacıbəyov  «et-
142    К.Алиев. «Кипчаки на Кавказе до и после нашей эры», газета «Ёлдаш/Времена», 28-03-2008

Damğalar, rəmzlər… mənimsəmələr
- 280 -
nik ləzgi» elan olunur, «qeyri-ləzgi xalqları» aşağılanır, hətta regionda möv-
cudluqları şübhə altına alınır. Avar alimi, professor Murad Maqomedov isə 
Hacı Abdurəhimovun sayıqlamaları ilə qətiyyən razılaşmır, Dağıstan Dövlət 
Universitetinin  növbəti  nəşri  olan  «Avarların  tarixi»  kitabında  onu  qatı 
millətçilikdə və avar xalqının dövlətçilik ənənələrini, maddi-mənəvi irsini, o 
cümlədən Qafqaz Albaniyasını ləzgiləşdirməkdə ittiham edir, digər tərəfdən 
hətta Avar imperiyasını müasir avarların (maarulal) qədim dövləti adlandırır.
143
 
Erməni professurası - B.Arutonyan, P.Muradyan, L.Xurşudyan, E.Zohrabyan, 
A.Anasyan, A.Papazyan, A.Mnasakanyan B.Ulubabyan, Q.Arakelyan (siya-
hını artırmaq da olar) isə hər ikisini saxtakarlıqda günahlandıraraq, nəinki 
Qafqaz Albaniyasını, hətta Dağıstan ərazilərini də «qədim erməni torpaqları» 
elan edirlər... 
Onlardan biri - Ermənistanın populyar tarixçilərindən olan Yerevan Dövlət 
Tarix  İnstitutunun  əməkdaşı  Anjela  Teryan  müəllifi  olduğu  «Ermənistanın 
şərq  hissəsinin  (Ağvəng,  Girdman,  Utik)  tarixi  və  ya  albanlar  kimlərdir?» 
adlı  məqaləsində  təkcə  Kür-Araz  mədəniyyətini  deyil,  Midiya,  Qafqaz Al-
baniyası dövlətlərini, Şimali Qafqazı, Gürcüstanı da «qədim ari-erməni sivi-
lizasiyasının tarixi əraziləri» olduğunu sübuta yetirmək üçün qeyri-adi linq-
vistik  gözbağlayıcılardan  istifadə  etməkdən  belə  çəkinməmişdir. A.Teryan, 
rəvayətlərə  görə,  erməni  xalqının  əcdadı  mifik  Haykın  Babilistandan Ağrı 
dağı ətəklərinə köç etməsindən az qala dörd min əvvəl mövcud olmuş «Kür-
Araz  mədəniyyətinin»  adını  «Erməni  yaylası  mədəniyyətinə»  dəyişmiş  və 
tədricən onun əhatə etdiyi əraziləri qondarma «Böyük Ermənistanın» torpaq-
ları kimi təqdim etmişdir. O yazır:
 «Arxeoloji materiallara söykənərək deyə 
bilərik ki, Qafqaz Albaniyasının Qardman-Utik ərazilərinin mədəniyyəti 
Ermənistan yaylasının digər mədəniyyətləri ilə sıx şəkildə bağlıdır. «Kür-
Araz mədəniyyəti» isə Ermənistan yaylasının köklü tayfalarının (qədim 
ermənilərin)
 həyat tərzi üçün xarakterik idi. ...Naxçıvan isə hətta Qaza-
xın qədim yaşayış məntəqələrini – Şomutəpə, Qarğalartəpə, Baba dərviş 
və s. birləşdirən Ararat vadisinin coğrafi davamıdır». «Alpan»«Albani-
ya
»  kəlmələrinin  etnonim  kimi  dəyərləndirilməsi  nəticəsində  onun  erməni 
mənimsəmələri  cəhdlərindən  uzaqlaşdırılması  da  Suren  Ayvazyanın  qadın 
variantını 
çox  rahatsız  etmişdir:  «Aqvanq/Albaniya»  etnonim  deyildir, 
Ermənistanın şərq hissəsini - Kürün sol sahillərini, Qardmanı (Girdma-
nı)
, Utiki, Arsakı, Paytakaranı əhatə edən əyalətin adıdır. Buranın əhalisi 
ermənilərdən ibarət olmuş, ərazi erməni şahlığına tabe edilmiş, mədəni, 
143
  М.Магомедов. «История аварцев». Махачкала, 2005

Damğalar, rəmzlər… mənimsəmələr
- 281 -
dini, iqtisadi aspektlərdən Ermənistana bağlı olmuşdur». «Ağvəng» sözü-
nün (türk dillərində – Ağ kilsə. 
«» sözü aşağı statuslu məbədlərə aid edilir-
di) etimologiyasına gəldiklə isə A.Teryanın onu erməni antroponiminə (insan 
adına)  çevirmək,  M.Xorenatsiyə  istinad  edərək  Haykın  «sakit  və  məzlum» 
olan və buna görə də «aqu», yəni «şirin» kimi tanınan oğlu Sisakın adı ilə 
bağlamaq istəyi orijinal söz oyunu ilə nəticələnmişdir. Əvvəla, əgər A.Teryan 
hədəf kimi «Ağvəng» sözünü deyil, «Aquan» etnonimini götürsəydi, yəqin 
ki, bu yalana kimlərisə inandıra bilərdi. Lakin tanınmış erməni filoloqu Qra-
çiya Açaryanın etirafına görə, «aqu» sözü erməni leksikasına türk dilindən 
keçmişdir.  Qədim  «aqu/eqi/eyqi»  sözü  əski  türklərdə  «şirin»  anlamını  ve-
rirdi.
144
 Beləliklə, «Ağvəng» sözü türk mənşəli olduğu üçün erməni dilinin 
kontekstindən kənara çıxır. Digər tərəfdən, erməni dilində də «vəng» (kilsə, 
monastr) sözünün olduğunu nəzərə alsaq, «Ağvəng» kəlməsini «Şirin kilsə» 
kimi yozmaq hətta xristian əxlaqına zidd əməldir.
A.Teryanın «linqvistik kəşflərinə» dair başqa bir misal. O da məlumdur ki, 
eramızdan əvvəl VIII əsrin sonu - VII əsrin əvvəllərində Dərbənd istiqamətindən 
Cənubi Qafqaza daxil olan  saka-skif tayfaları burada öz bəyliklərini – antik 
tarixçilərin  mənbələrinə  «Sakasena»  (Sakların  yeri/məskəni)  kimi  düşən 
dövləti  qurmuşlar.  Vaxtilə  Strabon  «sakların  kimmerlər  və  trerlər  kimi 
çapqınlıq  etmələrindən»  bəhs  edərkən  yazırdı  ki,  «onlar  tutduqları  ərazini 
«Sakasena»  adlandırmışlar».  Həmin  ərazi  sonralar  Qafqaz  Albaniyasının 
vilayətlərindən  biri  olmuşdur.  A.Teryan  bu  bəyliyi  erməniləşdirmək  üçün 
«Sakasena»  toponimini  «Şekaşen»  kimi  təqdim  edərək  bildirir  ki, 
«bu  söz 
erməni mənşəlidir, çünki «şek» sözü ermənicə «kürən» deməkdir. Yəni 
«Sakasena»  «kürənlərin  ölkəsi»  mənasını  verir.»
145
  Üstəlik,  «Girdman» 
vilayəti də qədim ermənilərə məxsusdur. Ona görə ki, «
Qardman» kəlməsi 
iki  erməni  sözünün  birləşməsindən  yaranmışdır.  «Qard»  sözü  «silah»
«
man»  isə  «insan»  anlamını  verir.  Bu  mənqtiqlə  vilayətin  adı  erməni 
dilindən  «silahlı  insanların  ölkəsi»  kimi  tərcümə  olunur».
146
  Sözsüz 
ki,  inandırıcıdır.  Lakin  erməni  leksikasını  bilməyənlər  və  soyuq  silahların 
etimologiyasından  məlumatı  olmayanlar  üçün...  Əvvəla,  Anjela  Teryana 
məlum olsun ki, «qard» nə qədim, nə də müasir soyuq silah adıdır, üstəlik 
ermənilərlə əlaqəsi yoxdur. «Qard» fransız dilində «mühafizə edən» deməkdir, 
döyüşçünün  əlini  qorumaq  üçün  silahın  tiyəsi  və  qəbzəsi  (sapı)  arasındakı 
144  
Г. Ачарян. «Этимологический словарь армянского языка», I (на арм. языке). Ереван, 1971.
145  
А.Терян. «История Восточной Части Армении /Агванк, Гардман, Утик/ или кто 
такие албаны?», http://angelateryan.wordpress.com 
146  
Yenə orada

Damğalar, rəmzlər… mənimsəmələr
- 282 -
üfiqi hissəyə orta əsrlərdə verilən addır. İkincisi, belə məlum olur ki, A.Teryan 
«gorda» adlı Şərq silahını – uzunluğu bəzi hallarda 90-93 santimetrə çatan, 
əksər hallarda tiyəsi nisbətən əyri olan, yatağanın sələfi sayılan kəsici silahı 
nəzərdə tutmuşdur. Uzun, birağızlı, ensiz bıçağı xatırladan, qoruyucu hissəsi 
– qardası olmayan bu silah Mərkəzi Asiya və Şimali Qafqazın türk xalqlarında 
«saplı» (ruslarda – «sablya»), çərkəzlərdə «iri bıçaq» anlamını verən «şaşka» 
adlanır.  V.Abayev  «Osetin  dilinin  tarixi-etimoloji  lüğəti»  əsərində  «korda» 
sözünün Avestada keçən «kərata» sözündən törəndiyini, fars dilindəki «gurd» 
(qəhrəman)  kəlməsi  ilə  əlaqəli  olduğunu  bildirir.    Çeçenlər  isə  onu  türkcə 
«qurd»  adlandırırlar.  Bəzi  yozumlara  görə,  bu  ad  bir  qayda  olaraq  silahın 
tiyəsinə həkk olunan qurd təsvirləri ilə bağlıdır. 
Etnosiyasi  polemikalardan  bir  qədər  uzaqlaşıb  Qafqazda  və  Qafqaz Al-
baniyasında  qədim  türk  tayfalarının  məskunlaşmasına  və  bu  ərazidə  han-
sı  etnomədəniyyətin  dominant  mövqeyə  malik  olmasına  qədim  rəmzlər  və 
tanınma-fərqləndirmə  nişanları  (damğalar)  kontekstindən  yanaşaq.  Şimali 
Qafqazdan olan tədqiqatçı Həsən Yaxtaniqov da öz əsərlərində müasir Da-
ğıstanda (Qafqaz Albaniyasına aid şimal əraziləri daxil edilməklə) yaşayan 
yerli xalqlara məxsus olan, eləcə də arxeoloji araşdırmalar nəticəsində tapılan 
tanınma-fərqləndirmə işarələri arasında ortaq türk damğaları kimi tanınan ni-
şanları saka, hun, avar (Avar xaqanlığı), xəzər, bulqar, suvar və s. etnomədəni 
məkanından ayırmaq, ən yaxşı halda onları orta əsrlərə bağlamaq niyyətini 
gizlətmir. Lakin onu da etiraf edir ki, həmin damğa işarələri Dağıstan və Şi-
mali Qafqazın qeyri-türk xalqlarının sosial-iqtisadi həyatına yalnız XVI əsrdə 
geniş daxil olmuş və nəsil-tayfa rəmzləri, mülkiyyət huququnu təsdiqləyən 
nişanlar kimi XX əsrin əvvəllərinədək istifadə edilmişdir. Bu ərazilərdə qeyri-
türk xalqların damğa işarələri haqqında ilk məlumata isə yalnız XVII əsrdə 
təsadüf olunur. Belə ki, 
«1630-cu ilə aid səndlərdə ilk dəfə olaraq kabardin 
knyazı Şolox Sunçaleyeviçin rus çarı Mixail Romanova göndərdiyi atın 
üzərində damğa işarəsinin olduğu göstərilmişdir».
147
 H.Yaxtaniqov həmin 
damğanın təsvirini verməsə də, digər əsərində - «Dağıstan damğaları» kita-
bında Şimali Qafqaz və Dağıstan knyazlarının nişanları içərisində ortaq türk 
işarələrindən birinin – vassallıq rəmzi sayılan «baltavarın»       çoxsay-
lı variantlarının olduğunu xüsusi qeyd edir. Türk simvolizmində  «xan dam-
ğası», «daraq damğa», «quşlu damğa» adları ilə də tanınan həmin işarələrin 
semantikası  isə  yalnız  türk  xalqlarının  ortaq  mifik  təsəvvürləri,  dövlətçilik 
ənənələri və hərb sənəti kontekstindən izah olunur. 
147  Х.
Яхтанигов. «Адыгские тамги», http://diplomrus.ru/raboti/23713?mod=dissertations

Damğalar, rəmzlər… mənimsəmələr
- 283 -
1907-ci  ildə  Qafqaz  və  Cənubi  Qafqazın  tarixi,  etnoqrafiyası  üzrə 
mütəxəssis, general Nikolay Karaulov da balkar zadəgan təbəqəsinin dam-
ğaları  ilə  Krım  xanlarının  baltavar  rəmzinin  ortaq  xarakter  daşıdıqlarını 
müəyyən etmişdir. Bundan başqa, kabardin xalqının şifahi xalq ədəbiyyatına 
əsasən, onların məşhur knyaz nəsillərinin – Kudenetovların və Tambiyevlərin 
də  noqay  və  Krım  kökənli  olduğu  bildirilir.  H.Yaxtaniqov  «baltavarın»  Şi-
mali Qafqaza «miqrasiyasının» səbəblərini belə izah edir: 
«XVII əsrin sonu 
XVIII əsrin əvvəllərində Krım xanlığında baş vermiş saray çəkişmələri 
üzündən  şahzadə  Sultan  İslam  Gəray  Adıgey  ərazisinə  köç  etmişdir. 
Adıqlar  və  Krım  xanlığı  sülalələri  arasında  tarixən  siyasi  əlaqələr  ol-
muş,  şahzadənin  burada  məskunlaşması  isə  adıq  mühitində  «sultan», 
«gəray», «xan» titul kompanentinin yaranması ilə nəticələnmişdir. Çün-
ki  adıqlar  formal  da  olsa  «tatarlara»  tabe  idilər  və  Kabarda  ərazisi 
«tatar vilayəti» sayılırdı. Krım xanlığına siyasi meyil edən adıq knyaz-
ları da Gəray sülaləsinin damğalarını özlərinə rəmz götürmüşdülər».
148
 
Həmin damğalar isə bunlardır: 
 
   
 
    və s. Lakin 
digər Qafqaz xalqlarındakı tanınma-fərqləndirmə işarələri sırasında konkret 
rəmzlərin, məsələn:
 
 
    
 (çeçenlərdə), 
 
  (abxazlarda), 
 
  (abazalarda), 
    (çərkəzlərdə)
149
 olması onların ortaq türk dün-
yası ilə əlaqələrinin qədimliyindən xəbər verir. Bundan başqa, Şimali Qaf-
qaz və Dağıstanda tanınma-fərqləndirmə nişanları əsasən türk dilində, bəzən 
kiçik fonetik təhriflə adlandırılır: «damğa», «tura» (tuğra), «damıge» və s. 
Müəyyən populyar damğaların isə qeyri-türk xalqlarının dillərində etnik ad-
ları yoxdur. Məsələn, qədim türklərin «aça», «aşamay», «elşən», «sarkay», 
«xaç» və s. adlandırdıqları damğa işarəsinə     rus dilindən götürülmə olan 
«krest» (xaç), «kirest», «çirest» deyilir. Bununla belə, Qafqaz Albaniyasının 
varislərindən olan türk xalqlarında - azərbaycanlılarda, kumıklarda, qaraçay-
larda, balkarlarda etnik damğa işarələri daha çoxdur və hər birinin ortaq türk 
etnomədəni məkanı kontekstində etimoloji yozumu və təyinatı vardır. Odur 
ki, vaxtilə akademik Nikolay Marr tərəfindən siyasi meydana atılan ideya – 
azərbaycanlıların  «türkləşmiş  farslar»,  kumıkların  isə  «türkləşmiş  ləzgilər» 
kimi qələmə verilməsi müasir etnosiyasi proseslər müstəvisində də əsl siyasi 
səbəblərini tapır. 
Vaxtilə  akademik  Zelik  Yampolski  «Böyük  Sovet  Ensiklopediyası»nın 
nəşri üçün yazdığı məqalədə bildirirdi ki, Qafqaz Albaniyası Şərqi Zaqafqa-
148  Х.
Х.
Яхтанигов. «Северокавказские тамги». Нальчик, 1993.
149  
Yenə orada.
 

Damğalar, rəmzlər… mənimsəmələr
- 284 -
ziyanın (Cənubi Qafqazın) ən qədim dövlətlərindən biridir. Burada müxtəlif 
tayfa və xalqlar, o cümlədən albanlar yaşamışlar və müasir azərbaycanlılar bu 
qədim əhalinin sələfləridirlər. Bunu Qafqaz Albaniyasına, türkdilli xalqlara, o 
cümlədən Azərbaycanlılara məxsus olan ortaq damğa işarələri də təsdiqləyir. 
Bu səbəbdən bəzi Rusiya tədqiqatçıları Dərbənd şəhərinin tarixini lokallaşdı-
raraq, yalnız Qafqaz Albaniyasının xristianlıq dövrü ilə məhdudlaşdırır, bu-
rada aşkar olunan qədim damğa işarələrinin və rəmzlərinin semantikasını ya 
İsa Məsih dini çərçivəsində yozur, ya da  onların irandilli və ya qafqazdilli 
xalqlara məxsus olduqlarını iddia edirlər. Bu iddialar Dərbənd qala divarların-
dakı, o cümlədən Qiyamət qapısı üzərindəki damğa işarələrini də   
 
 
əhatə edir. Kumık alimi Kamil Əliyev Dağıstan ərazisindəki türk damğalarına 
həsr olunmuş məqaləsində həmin işarələrə toxunarkən onların analoqlarına 
Şimali Qafqazdakı Macar şəhəri (XIII—XVI əsrlər, Qızıl Orda) xarabalıqların-
da da rast gəlindiyini bildirir. Bu damğanın türk mənşəli olmasını təsdiqləyən 
faktlar onların çoxsaylı nümunələrinin Mərkəzi Asiya xalqları 
     ,
150
 
Polşa-Litva tatarları 
,
151
 Şimali Qafqazdakı qaraçaylar  , balkarlar  ,
152
 
noqaylar  ,
153
 Kazan tatarları 
154
 arasında daha geniş yayılması, hətta Qı-
zıl Ordanın sikkələri üzərində 
155
 həkk edilməsidir. 
Tanınmış tarixçi Kamilla Trever yazırdı ki, «
Birmənalı olaraq, Albaniya-
nın ilk hökmdarları yerli zadəganların, güclü tayfa başçılarının içərisindən 
çıxmışlar».
156
 Diqqət çəkən məqamlardan biri Qafqaz Albaniyasında əlifba 
islahatı aparan hökmdar Asvagenin (IV əsrin sonu, V əsrin əvvəlləri) damğa 
işarəsi 
 vasitəsilə onun etnik kökəninə müəyyən aydınlıq gətirilməsinin 
mümkünlüyüdür. Ortaq türk damğaları içərisində ilkin olaraq «aybulat» (Ay-
polad, Ay qılıncı, hilal, Qərb və rus mənbələrində «Ay arabası») kimi tanı-
nan bu işarənin digər variantları, məsələn, damğada hilalın bədirlənmiş Ayla 
və ya Günəşlə əvəz oluması     Qızıl Orda dövlətinin və Krım xanlığının 
metal sikkələri üzərində yer almışdır. Dağıstan Respublikası Arxeologiya və 
Etnoqrafiya İnstitutunun əməkdaşı Murtazəli Hacıyev möhürdə həmin damğa 
ətrafındakı yazıları «Azvahen Aran şah» (Azvahen Aranın/Albaniyanın şahı) 
150
  Е.Ямаева. «Родовые тамги алтайских тюрок (XIX-XX вв.)». Горно-Алтайск, 2004.
151
  Я.Гришин. «Польско-литовские татары (Наследники Золотой Орды). Казань, 1995.
152
  Х.Яхтанигов. «Северокавказские тамги». Нальчик, 1993.
153
  А.-X. Щ. Джанибеков, «Очерки по истории ногайцев», 1935 г., Архив Даг. НИИЯЛ
154
  http://kazan-tatar.narod.ru/tamga.htm
155
  «Монеты Золотой Орды и Крымского ханства», Одесский музей нумизматики,  http://www.
museum.com.ua
156
  К.Тревер.  «Очерки по истории и культуре Кавказской Албании. IV в. до н. э. – VII в. н. э.». 
М. – Л., 1959.

Damğalar, rəmzlər… mənimsəmələr
- 285 -
kimi oxumuşdur.
157
 Bu rəmzin prototiplərinə və bənzərlərinə Qobustan 
,
158
 
Qərbi Azərbaycan  
,
159
 sarmat 

160
 Bolqarıstan ərazisindəki türk 
,
161
  Krım  tatarları 
,
162
  qaraçay 
,
163
 Altay 
  damğa  nişanları  arasın-
da rast gəlirik. Maraqlıdır ki, tarixşünaslıqda Asvagen Arşakilər sülaləsinin 
nümayəndəsi kimi tanınsa da,  həmin  sülalənin rəmzləri arasında         
 
  bu işarə yoxdur. Lakin Sasani xanədanının son dövrlərinə aid olan və 
Turanla etnomədəni inteqrasiya, xüsusilə Qafqaza və Cənubi Qafqaza gəlib 
çatan ağ hunlarla (eftalitlər, abdallar) hərbi-siyasi təmaslar nəticəsində bura-
da yayılan türk tanınma-fərqləndirmə nişanları sırasında Aybulat işarəsinə də 
   
 
  təsadüf edirik.
164
 
   
   
Ardıcıllıqla: Eramızın birinci əsrinə aid Xarəzm mis sikkəsində
Aybalta işarəsi (sxematik təsvir).
165
 Qafqaz Albaniyası hökmdarı Asvageninmöhürü və 
Abdal  şahı (xaqanı) Lahanın sikkəsi üzərində Aybulat   damğası.
Analoji hal kimi onu da misal çəkə bilərik ki, sasanilərin son hökmdarların-
dan olan II Xosrov Pərvizin (591-628-ci illərdə hakimiyyətdə olmuşdur) dam-
ğası da qədim türklərin «and» işarəsi 
 olmuşdur. S.Yasenko sasani dam-
ğaları təsnifatına sonradan daxil olmuş bu rəmzin etnik mənşəyinin fərqinə 
157
  М. С. Гаджиев. «Гемма-печать царя Албании Асвагена», Вестник древней истории. – 2003.
158
  M.Fərəcova. «Azərbaycan qayaüstü incəsənəti». Bakı, 2009.
159
  Г.Ваганян, В.Ваганян. «Каменная летопись цивилизации». Ереван, 2006. 
160
 Л. Лавров. «Кавказские тамги» // Историко-этнографические очерки Кавказа. Л.,1978, 
161
  Э.Триярский. «Тамги тюркских племен Болгарии» // UAJG. 47 (1975),
162
  О.Акчокраклы. «Татарские тамги в Крыму», http://crimeantatars.com
163
  Н.Будаев. «Западные тюрки в странах Востока», http://buday.narod.ru.
164
  С. Яценко. «Знаки-тамги ираноязычных народов древности и раннего средневековья», 
Российская Академия Наук, Москва Издательская фирма ”Восточная литература”, РАН 2001.
165
  Б.Вайнберг. «Монеты древнего Хорезма». Москва, 1977.

Damğalar, rəmzlər… mənimsəmələr
- 286 -
varmadan onu «olduqca nadir damğa tipi» adlandırmışdır.
166
 Məlumdur ki, sa-
sani ordusunun aparıcı hissəsi «eftalitlər» və «abdallar» adlandırılan ağ hun-
lardan ibarət olmuşdur. Eftalit-abdalların damğa işarələrindən biri isə Aybulat 
  rəmzi olmuşdur. Dünyanın bir sıra nüfuzlu şərqşünasları və türkoloq-
ları, o cümlədən Mançestr Universitetinin professoru Eduard Parker eftalit/
abdalların birmənalı olaraq qədim türk tayfalarından biri olduğunu bildirir.
167
 
Abdallar eramızın IV-VI  əsrlərində güclü tayfalar ittifaqı yaradaraq, Mərkəzi 
Asiyanı, Əfqanıstanı və Hindistanın şimal hissələrini əhatə edən güclü dövlət 
qurmuş, dəfələrlə sasani ordularını ağır məğlubiyyətə uğratmış, Ərəb xilafətinə 
qarşı döyüşmüş, hakim sülalələr qurmuşlar. Sonralar onların bir hissəsi Ön və 
Mərkəzi Asiya tarixində «xələclər» adı ilə qalmışdır. Məsələn, Səfəvilər dövrü 
tarixçilərinin görkəmli nümayəndələrindən olan İsgəndər bəy Münşi 1629-cu 
ildə tamamladığı «Tarixi-aləm-arayi Abbasi» əsərində yazırdı: «
Şamlı elinin 
abdallu oymağından olan adlı-sanlı əmir Həsən xan atası Hüseyn xanın 
yerinə Xorasan bəylərbəyidir». Yeri gəlmişkən, tarixi Azərbaycan torpaq-
larında, o cümlədən Şimali və Cənubi Azərbaycanda, Qərbi Azərbaycanda, 
Gürcüstanda, Qafqazda, Anadoluda «abdal» etnonimi ilə əlaqəli toponimlər 
çoxdur. Xatırladaq ki, Azərbaycanın Tovuz rayonunda «Abdal» adı ilə çay, 
Orbubadda dağ, Oğuz, Qubadlı və Ağdam bölgələrində kəndlər vardır. Bun-
dan başqa, Laçın rayonunun keçmiş adı «Abdallar» olmuşdur. Belə olduğu 
halda, Rusiyanın və Ermənistanın müəyyən dairələri tərəfindən idarə olunan 
separatçı «Federal Ləzgi Milli Mədəni Muxtariyyəti» təşkilatının abdallar tay-
fasının damğa işarəsini öz bayrağı üzərində yerləşdirməsi absurd, lakin izah 
olunan  hərəkətdir. Axı,  Qafqazın  və  Cənubi  Qafqazın  qədim  fərqləndirmə-
tanınma  nişanları  təsnifatlarında  «ləzgi  damğaları»  anlayışı  yoxdur.  Digər 
tərəfdən, Dağıstan ərazisində bu damğaların ən çox yayıldığı Dərbənd şəhərinə 
ləzgilərin kütləvi köçü yalnız XIX əsrin sonlarına təsadüf edir.       
Qafqaz Albaniyası  ərazisində  geniş  yayılan,  vaxtilə  Hun  imperiyasında 
hakim  zümrənin, Atillanın  da  mənsub  oduğu  dulo  tayfasının  etnik  damğa 
işarələrindən olan     və onların müxtəlif variantları Xəzər dənizinin qar-
şı tayında - Mərkəzi Asiyada da «alban» adı ilə yayılmışdır. Burada həmin 
damğanın  daşıyıcıları  isə  çoxsaylı  və  nüfuzlu  alban-suan  tayfasıdır.  Oljas 
Süleymenov «alban-suan» etnonimini «alban-suvar», daha doğrusu, «Alba-
niya  suvarları»  ifadəsinin  qazax  dilinə  uyğunlaşdırılmış  variantı  olmasının 
166
 Yenə orada.
167
  Е.Паркер. «Тысяча лет из истории татар»,  http://www.mirzayanov.com/images/TisjachaletfFebr14.pdf

Damğalar, rəmzlər… mənimsəmələr
- 287 -
qənaətindədir. Onun fikrincə, vaxtilə Qafqaz Albaniyası ərazisində yaşayan 
suvar tayfasının bir hissəsi müharibələr nəticəsində bu torpaqları tərk etmiş 
və Qazaxıstanda məskunlaşmışdır. Belə ad və rəmz oxşarlığını təsadüf adlan-
dırmaq olarmı? Axı vaxtilə Hun konfederasiyasının tərkibində şərqdən-qərbə 
və cənuba köç etmiş suvarlar geri qayıdan zaman özləri ilə rəmzlərini və adət-
ənənələrini də gətirmişlər. Azərbaycan tədqiqatçısı Rauf Hüseynov «Rusiya, 
Avropa və digər mənbələr Böyük Azərbaycan haqqında» adlı məqaləsində Çin 
salnamələrində və Çin dilinin leksikasında yer alan maraqlı bir məqama toxu-
nur:
 «Çin Xalq Respublikası ərazisində yaşayan qazaxların alban tayfası 
burada «azebajen» kimi tanınır».
168
 Tarixi Azərbaycan torpaqları ilə bağlı 
növbəti etnonim bənzərliyi Oljas Süleymenovun da diqqətindən kənarda qal-
mamışdır. O bu barədə yazır
: «Rus-Çin sözlüyündə rast gəldim ki, çinlilər 
«alban» sözünü «azebajen» (Çin dilində «r» və «c» səsləri yoxdur) kimi 
tələffüz  edirlər.  Türkdilli  xalqın  adı  ilə  belə  bənzərlik  təsadüfidirmi? 
Axı  eramızın  əvvəllərində,  vaxtilə  Böyük  İpək  Yolunun  keçdiyi  Şima-
li  Azərbaycan  əraziləri  o  dövrlərdə  «Albaniya»  adlanırdı.  …  Uzaq 
keçmişdən  etibarən  Tyan-Şan  dağlarının  ətəklərində  qazaxların  alban 
tayfası məskunlaşmışdır. Çinlilər bu gün də onlara «azebajen» deyirlər. 
Onlar vaxtilə həmin Albaniyadan qopub Mərkəzi Asiyaya gəlmişlər».
169
 
Azərbaycanın qədim və tarixi şəhərlərindən olan
 Dərbənd geosiyasi ma-
raqların  və  siyasi  doktrinaların  hədəfindədir.  Bu  gün  Dərbənd Azərbaycan 
Respublikasının şimal qonşusu olan Rusiya Federasiyasının inzibati ərazisinə 
daxil olsa da, rusiyalılara olduğu qədər, hər bir azərbaycanlı üçün də doğma-
dır. Buradakı arxeoloji və etnoqrafik laylarda skif, sarmat, hun, xəzər, oğuz, 
qıpçaq  mədəniyyətlərinin  izləri  aydın  görünməkdədir.  Stəkanda  fırtına  ya-
radan separatçı qurumlar Azərbaycanı heç bir əsas olmadan guya «Dağıstan 
xalqlarının tarixi irsini mənimsəməkdə», Rusiyaya qarşı «ərazi iddialarında», 
«Rusiyanın daxili işlərinə qarışmaqda» təqsirləndirir, Rusiyanın şəhərlərində 
uğursuz  siyasi  şoular  keçirir,  tarixi  Azərbaycan  dövləti  olan  Qafqaz  Al-
baniyasının  maddi-mədəni  irsini  mənimsəməyə,  həm  Dağıstanda,  həm  də 
Azərbaycanda etnik zəmində qarşıdurmalar yaratmağa cəhdlər göstərir, hətta 
«1934-cü ilədək Dağıstanda azərbaycanlıların yaşamaması» haqqında sərsəm 
bəyanatlar verirlər. Tarixi sübutlar isə bunların əksini söyləyir.
      
168
 Р.Гусейнов. «Большой Азербайджан в российских, европейских и иных источниках»,XIII 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin