D-cab r əHMƏdov


 Zeytun bitkisinin ziyanvericil



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə5/14
tarix05.03.2017
ölçüsü1,44 Mb.
#10316
1   2   3   4   5   6   7   8   9   ...   14

 

1.7. Zeytun bitkisinin ziyanvericiləri və 

xəstəlikləri 

 

Zeytunun ən çox yayılmış və əsas ziyanvericiləri: 

zeytun güvəsi, zeytun milçəyi, zeytun qurdu, zeytun yarpaq 

birəsidir.  

Z e  y t u n   g ü və s i n i n  tırtılları yarpaqları, 

qönçələri,  çiçəkləri  və  toxumların  nüvəsini  zədələyir. 

Zədələnmiş yarpaq və meyvələr vaxtından əvvəl tökülür.  

Mübarizə  tədbiri  yazda  (apreldə)  0,4%-  li  Paris 

yaşılı  məhlulunu  söndürülməmiş  əhəngin  ikiqat  dozası  ilə 

bitkilərə  çiləməkdən  ibarətdir.  Ağaclar  çiçəkləməyə 

başladıqda,  hər  ağaca  0,5  –  1  kq  hesabı  ilə  DDT  dustu 

tozlayırlar.  Çiçəklədikdən  sonra  (lazım  gəldikdə)  yazda 

tətbiq  olunan  preparatlarla,  lakin  0,35%  anabazin-sulfat 

ə

lavə etməklə bitkilər təkrar çilənir.  



Z e y t u n   m i l ç ə y i  meyvələri zədələyərək 

məhsula  böyük  ziyan  vurur.  O  meyvənin  qabığı  altına 

yumurta  tökür  və  bir  neçə  gündən  sonra  həmin 

yumurtalardan  sürfələr  çıxaraq,  meyvənin  əti  ilə 

qidalanırlar. Yoluxmuş meyvələr tökülür. 

Mübarizə tədbiri – hər bir kvadrat metr sahəyə 40- 

50  qram  hesabı  ilə  ağacların  gövdəətrafı  dairəsinə  iki  dəfə 

(çiçəkləmənin  əvvəlində  -  iyunda  və  sentyabrda) 

heksaxloran 

tətbiq 


etməkdən 

ibarətdir. 

Hər 

iki 


dərmanlanmanın arasında, iyul ayında ağaclara 4%- li DDT 

suspenziyası  çiləyirlər.  Bitki  qalıqlarının  toplanılıb 

yandırılması da yaxşı olar. 

Z e y t u n   q u r d u n u n  sürfələri və dişicikləri 

zeytunun  yarpaqlarında  və  zoğlarında  məskən  salaraq 

onların  şirəsini  sorur  və  bunun  nəticəsində  zədələnmiş 



Zeytun və zeytun yağı_________________________________ 

 

44



hissələr quruyur. Onlar dəstə ilə ağaclara daraşaraq məhsula 

böyük  ziyan  vururlar.  Ziyanvericilərin  ifrazatında  hisli 

göbələklər məskən salır. 

Mübarizə  tədbirləri  –  payızda,  meyvələr 

yığıldıqdan  sonra  bitkiləri  fumiqasiya  etmək  çox  fayda 

verir.  Fumiqasiya  98%-  li  sinil  turşusu  ilə  çadrın  altında 

aparılır,  çadrın  hər  1  m

3

  ölçüsünə  10  –  15  qr  zəhər 



götürülür.  Ağacların  çətrini  zədələnmiş  hissələrdən  mütləq 

təmizləmək  və  bitki  qalıqlarını  toplayıb  yandırmaq 

lazımdır.  

Z e y t u n  b i r ə s i  və  ya  b a l l ı c a  təhlükəli 

zərərvericidir:  onlar  erkən  yazda  tumurcuqların  şirəsini, 

sonra  isə  hamaşçiçəklərin  və  cavan  zoğların  toxumalarının 

ş

irəsini  soraraq  onları  zədələyir.  Nəticədə  qönçələr  və 



çiçəklər  tökülür,  zoğlar  quruyur.  Bitkilərin  zədələnmiş 

hissəsində  ballıca  mum  ifrazını  şirin-  yapışqanlı  damcı 

qarışığı ilə hörür. Uzaqdan o mahlıca bənzəyir. Zərərverici 

həmin  ifrazatlarla  hamaşçiçəkləri  hörərək,  çiçəklərin 

tozlanmasına mane olur. Yaşlı həşəratlar ağacda qışlayır. 

Mübarizə  tədbiri  erkən  yazda  (aprelin  əvvəlində) 

və çiçəkləmənin əvvəlində (iyunun əvvəli) hər ağacı 0,4 – 1 

kq  hesabı  ilə  DDT  dustu  ilə  tozlamaqdan  ibarətdir.  Daha 

sonrakı müddətdə 0,2%- li tiofos və ya ditiofos məhlulu ilə 

çiləmək yaxşı nəticə verir.  

Zeytunun xəstəliklərindən ən təhlükəlisi  z e y t u 

n   “s ə p g i s i”  və     m e y v ə   ç ü r ü m ə s i d i r.  

Zeytun  “səpgisi”  və  ya  halqavarı  ləkə  -  göbələk 

xəstəliyidir.  Bu  xəstəliyin  xarakterik  əlaməti  zeytunun 

cavan  yarpaqlarında  və  meyvələrində  xırda  zeytunu  – 

qonur, məxmərə çalan ləkələrin əmələ gəlməsidir. Ləkələrin 

ortası  yaşılımtıl,  dövrəsində  isə  açıq-  sarı  haşiyə  əmələ 

gəlir.  Ləkə  köhnəldikcə  bozumtul-  ağ  rəng  alır.  Nəticədə 

yarpaqlar  tökülür,  meyvələrin  inkişafı  ləngiyir,  bitkilər 

zəifləyir; məhsuldarlıq isə xeyli aşağı düşür.  



__________________________________________Əhməd-Cabir Əhmədov 

 

 



45

“C  ü  z  a  m”  və  ya  meyvələrin  çürüməsi  göbələk 

mənşəli  xəstəlikdir.  Bu  xəstəlik  iri  meyvəli  sortların  zərif 

ə

tini  yetişmə  mərhələsində  zədələyir.  Meyvələrin  üzərində 



batıq-  qəhvəyi  ləkələr  görünür.  Meyvələr  tökülməyə 

başlayır.  Xəstəlik  çox  yayıldıqda  yarpaqları  da  zədələyir. 

Həmin xəstəliklərə qarşı vegetasiyanın əvvəlində və avqust 

– sentyabr aylarında ağacları 1%- li Bordo mayesi ilə ikiqat 

çiləyirlər.  Yoluxmuş  yarpaqların  və  meyvələrin  toplanılıb 

yandırılması,  həmçinin  hava  cərəyanını  yaxşılaşdırmaq  və 

göbələklərin əmələ gəlməsi şəraitini ləğv etmək, çətrin hər 

il  budanması  və  seyrəldilməsi  səmərəli  profilaktik  tədbir 

hesab olunur.  

 

1.8. Zeytun meyvəsinin standart üzrə 



keyfiyyət  göstəriciləri və saxlanılması 

 

AZS  233  –  2006  saylı  Texniki  şərtlər  tədarük  edilən  və 

sənaye emalına göndərilən təzə yaşıl və qara zeytuna şamil 

edilir. 


Bu  texniki  şərtlərdə  istinad  edilən  normativ 

sənədlərin siyahısı kitabın sonunda verilir. 

Təyinatından  asılı  olaraq  yaşıl  və  qara  zeytun  iki 

yerə ayrılır: 

- konservləşdirmə üçün yaşıl və qara zeytun; 

- zeytun yağı istehsalı üçün qara zeytun. 

Konservləşdirmə  üçün  nəzərdə  tutulan  yaşıl  və 

qara  zeytun  keyfiyyətindən  asılı  olaraq  iki  əmtəə  növünə 

ayrılır: birinci və ikinci. 

Keyfiyyət  göstəricilərinə  görə  konservləşdirmə 

üçün  nəzərdə  tutulan  yaşıl  və  qara  zeytun  1.5.  saylı 

cədvəldə göstərilən tələblərə uyğun olmalıdır. 

 

 

 



Zeytun və zeytun yağı_________________________________ 

 

46



Cədvəl 1.5. Təzə yaşıl və qara zeytunun 

keyfiyyət göstəriciləri. 

 

Göstərici- 

lərnin adı 

Xarakteristikası və norması 

Yaşıl zeytun 

Qara zeytun 

Birinci 

növ 


kin

ci 


növ 

Birinci növ 

kinci növ 

 





Xarici  


görünüşü 

Təzə,  sağlam, 

bütöv, 

təmiz, 


lətli, 

ölçüləri 

yetişmiş  qara 

zeytunun 

ölçülərinə 

çatmış,  xəstəlik 

və 

ziyanvericilərlə 



zədələnməmiş, 

mexaniki 

zədələrsiz 

və 


ləkələrsiz 

Təzə, sağlam, bütöv, təmiz, 

 tam bioloji yetişmə dərəcəsinə  

çatmış, xəstəlik və ziyanvericilərlə 

zədələnməmiş, mexaniki zədələrsiz 

 

 



ə

n  çoxu 


2  yerdə 

çanaqlı 


yastıca 

tərəfində

sancılma


ya 

yol 


verilir 

ə

n çoxu 2 yerdə  



çanaqlı yastıca  

tərəfindən sancıl- 

maya yol verilir 

ə

n çoxu 5 yerdə 



çanaqlı yastıca 

tərəfin- 

dən sancıl- 

maya yol verilir 

Rəngi 

Sarımtıl samanı  



Qara 

__________________________________________Əhməd-Cabir Əhmədov 

 

 



47

 

 



 

çalarlı 


açıq 

yaşıl 


 

Tünd bənövşəyi, 

qonur, qırmızımtıl-

qəhvəyi çalarların 

olmasına yol verilir. 

Yaşıla çalar meyvə-lərin 

olmasına yol verilmir 

En kəsiyinin  

ə

n böyük 


diametri 

 üzrə meyvələrin  

ölçüsü, mm, ən 

azı: bütöv halda 

konservləşdiril-

mə üçün 


 

 

 



 

 

 



16 

 

 



 

 

 



 

 

14 



 

 

 



 

 

 



16 

 

 



 

 

 



 

14 


Zeytun 

kürüsünün 

istehsalı üçün 

M ə h d u d l a ş d ı r ı l m ı r 

Daxili 

quruluşu 



Ləti sıx, 

yetişməmiş,  

çəyirdəyi 

bərkimiş 

Ləti yetişmiş, sıx, zərif, mövcud 

pomoloji növə məxsus rəngdə, 

çəyirdəyi asanlıqla ayrılan 

 

Q e  y  d.  Azca əzilmiş, qabığı  azacıq ölüşkəmiş 



və  qaralmış  meyvələrin  zeytun  kürüsü  istehsalında 

istifadə edilməsinə yol verilir.  

 

Zeytun  yağı  istehsalı  üçün  nəzərdə  tutulan  qara 



zeytun  1.6.  saylı  cədvəldə  göstərilən  tələblərə  uyğun 

olmalıdır.  

Yaşıl  və  qara  zeytunun  tərkibində  toksiki 

elementlərin, pestisidlərin və radionuklidlərin miqdarı “Ərzaq 

xammalı  və  yeyinti  məhsullarının  keyfiyyətinə  və 

təhlükəsizliyinə  olan  gigiyenik  tələblər”  –  SanPiN  2.3.2.560 



Zeytun və zeytun yağı_________________________________ 

 

48



ilə  müəyyən  edilmiş  və  2.4.  saylı  cədvəldə  göstərilmiş  yol 

verilən hədlərdən yüksək olmamalıdır. 

Yaşıl  və  qara  zeytun  QOST  10131,  QOST  17812 

üzrə yeşiklərə qablaşdırılır. 

Qablaşdırma  tarası  möhkəm,  təmiz,  quru,  kənar 

iysiz olmalıdır. 

Qablaşdırılacaq zeytunların səthi nəm olmamalıdır. 

Hər  bir  nəqliyyat  tarasının  üzərinə  aşağıdakı 

məlumatlar göstərilən etiket yapışdırılmalıdır: 

yük göndərən təsərrüfatın adı; 

məhsulun adı, pomoloji və əmtəə növü; 

məhsulun yığım və yüklənib göndərilmə tarixi; 

partiyanın nömrəsi; 

briqadanın və ya qablaşdırıcının nömrəsi; 

sertifikatlaşdırma haqqında məlumat; 

bu standartın işarəsi. 

Markalanma Respublikanın dövlət dilində olmalıdır.  

Yaşıl  və  qara  zeytun  partiyalarla  qəbul  edilir.  Eyni 

pomoloji  və  əmtəə  sortuna  məxsus,  eyni  növ,  tip,  ölçülərdə 

olan taraya qablaşdırılan, eyni nəqliyyat vasitəsində gətirilən, 

eyni  keyfiyyət  vəsiqəsi  və  “Bitkiçilik  məhsullarının 

tərkibində toksiki elementlərin miqdarı və pestisidlərin tətbiqi  

üzrə  reqlamentlərə  riayət  edilməsi  haqqında  sertifikat”  ilə 

rəsmiləşdirilən  istənilən  miqdarda  yaşıl  və  qara  zeytun 

partiya hesab edilir. 

 

 



 

 

 



 

 

 



 

__________________________________________Əhməd-Cabir Əhmədov 

 

 



49

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Zeytun və zeytun yağı_________________________________ 

 

50

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



__________________________________________Əhməd-Cabir Əhmədov 

 

 



51

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Zeytun və zeytun yağı_________________________________ 

 

52

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



__________________________________________Əhməd-Cabir Əhmədov 

 

 



53

Cədvəl 1.6. Zeytun yağı istehsalı üçün nəzərdə 

tutulan qara zeytunun keyfiyyət göstəriciləri 

 

Göstəricinin adı 

Xarakteristikası və norması 

Xarici görünüşü 

Təzə,  təmiz,  yetişmiş  meyvələr. 

Ölüşkəmə 

ə

lamətləri 



olan 

meyvələrin  mövcudluğuna  yol 

verilir 

Rəngi 


Qara, qara- bənövşəyi 

Partiyada 25%-ə qədər bənövşəyi-

qonur  və  bənövşəyi-yaşılımtıl 

rəngli (meyvə səthinin 10-i qədər) 

meyvələrin olmasına yol verilir 

En kəsiyinin ən 

böyük diametri üzrə 

meyvələrin ölçüsü, 

mm, ən azı 

 

 



 

 



Partiyada 15%-ə qədər ölçüsü ən 

azı 6 mm olan meyvələrin 

olmasına yol verilir 

Daxili quruluşu 

Ləti  yetişmiş  ,  sıx  və  ya  yumşaq, 

kiçik  əzilmiş  yerlər,  çatlar  ola 

bilər 

Kənd təsərrüfatı 



ziyanvericiləri və 

xəstəliklər ilə 

zədələnmə: 

meyvənin səthinin 

bənövşəyi çanaqlı 

yastıca ilə 

iynələnməsi 

Məhdudlaşdırılmır 

Cüzamla zədələnmə  Partiyada  10%  meyvədə  yol 

verilir 


 

Zeytun və zeytun yağı_________________________________ 

 

54



Keyfiyyət vəsiqəsində aşağıdakılar göstərilir: 

vəsiqənin nömrəsi və verildiyi tarix; 

toksiki elementlərin miqdarı haqqında sertifikatın nömrəsi 

və verildiyi   

 tarix; 

partiyanın nömrəsi; 

yük göndərən təsərrüfatın adı və ünvanı; 

alıcı təşkilatın adı və ünvanı; 

məhsulun adı və əmtəə növü; 

pomoloji növün adı; 

qablaşdırma vahidlərinin miqdarı; 

xalis və tara ilə birlikdə kütləsi, kq; 

məhsulun yığım, qablaşdırılma və yüklənib göndərilmə   

tarixi; 


nəqliyyat vasitəsinin nömrəsi və növü; 

daşınma müddəti, sutka; 

pestisidlərlə son işlənmə tarixi və pestisidlərin adı; 

bu standartın işarəsi. 

Yaşıl  və  qara  zeytunun  keyfiyyətinin  bu  standartın 

tələblərinə  uyğunluğuna  nəzarət  etmək  üçün  partiyanın  müxtəlif 

yerlərindən nümunələr seçilib götürülür: 

100  yeşiyə  qədər  (sonuncu  daxil  olmaqla)  -  ən  azı  üç 

yeşik;  

100  yeşikdən  yuxarı  -  əlavə  olaraq  sonrakı  dolu  və 

yarımçıq hər 50 yeşikdən bir yeşik. 

Toksiki  elementlərin,  pestisidlərin  və  radionuklidlərin 

miqdarına  nəzarət  Azərbaycan  Respublikası  Səhiyyə  Nazirliyinin 

müəyyən etdiyi qaydada aparılır. 

Nəzarətin nəticələri bütün partiyaya şamil edilir. 

Partiyadan 

secilib 

götürülmüş 

nümunələrin 

keyfiyyəti  yoxlanıldıqdan  sonra  onlar  nəzarət  olunan 

partiyaya əlavə edilir.  


__________________________________________Əhməd-Cabir Əhmədov 

 

 



55

Zədələnmiş  yeşiklərdəki  yaşıl  və  qara  zeytunun 

keyfiyyəti ayrıca yoxlanılır və nəticələr ancaq bu yeşiklərdəki 

məhsula şamil edilir.  

Standart  üzrə  seçilib  götürülmüş  yaşıl  və  qara 

zeytun  QOST  29329  üzrə  tərəzidə  ±  0,1  kq  xəta  ilə  çəkilir. 

Standartda qeyd edilən göstəricilər üzrə fraksiyalara ayrılır.  

Hər bir fraksiya ayrıca çəkilir. 

Məhsulun  xarici  görünüşü,  rəngi,  daxili  quruluşu, 

xəstə  və  zədələnmiş  meyvələrin  mövcudluğu  orqanoleptik 

yolla, ölçüləri – QOST 166 üzrə ştangensirkulla təyin edilir. 

Meyvələrin daxili quruluşunu müəyyən etmək üçün 

seçilmiş nümunələrdən ən azı 10 ədəd yaşıl və ya qara zeytun 

götürülərək kəsilir. 

Hər  fraksiyadakı  meyvələrin  miqdarı  keyfiyyətini 

müəyyən etmək üçün seçilib götürülmüş məhsulun kütləsinə 

nisbətən faizlə hesablanır.  

Hesablamalar  ikinci  onluq  işarəyə  kimi,  sonradan 

nəticəni birinci onluq işarəyə qədər yuvarlaşdırmaqla aparılır.  

Toksiki  elementlərin  təyini  üçün  nümunələrin 

hazırlanması QOST 26929 üzrə həyata keçirilir. 

Toksiki  elementlər  QOST  26927,  QOST  26930  – 

QOST  26934,  pestisidlər  QOST  30349  və  Səhiyyə 

Nazirliyinin  təsdiq  etdiyi  üsullar,  radionuklidlər  Səhiyyə 

Nazirliyinin təsdiq etdiyi üsullar üzrə təyin edilir.  

Toksiki  elementlərin  atom-  absorbsiya  üsulu  ilə 

təyini QOST 30178 üzrə təyin edilir.  

Yaşıl və qara zeytun bütün növlərdən olan nəqliyyat 

ilə, üstüörtülü nəqliyyat vasitələrində, mövcud nəqliyyat növü 

üçün  qüvvədə  olan,  tez  xarabolan  malların  daşınması 

qaydalarına uyğun olaraq daşınır.  

Yaşıl  və  qara  zeytun  örtülü,  ventilyasiya  edilən 

otaqlarda  və  ya  talvarın  altında  2

0

C-  dən  15



0

C-  dək 


temperaturda saxlanılmalıdır.  

Zeytun və zeytun yağı_________________________________ 

 

56



Yığıldığı  andan  emala  verilənə  qədər  məhsulun 

saxlanma müddəti, ən çoxu: 

yaşıl zeytunun – 18 saat; 

konservləşdirilmə  üçün  nəzərdə  tutulan  qara 

zeytunun –24 saat; 

zeytun  yağı  istehsalı  üçün  nəzərdə  tutulan  qara 

zeytunun –8 sutka.  

 

1.9. Zeytundan tibbi məqsədlər üçün 

istifadə olunması 

 

Tibbi  məqsədlə  Avropa  zeytununun  yarpaq 

(Follum oleae) və yetişmiş meyvələrindən alınmış yağından 

(Oleum olivarum) istifadə edilir.  

Zeytun  meyvəsinin  tərkibində  piyli  yağlar  (40  – 

60%),  enzimlər,  boyaq  və  aşı  maddələri,  yarpaqlarında  isə 

qlikozidlər,  üzvi  turşular,  mannit,  aşı  maddələr, 

flavonoidlər, taninlər və s. aşkar edilmişdir.  

Zeytun  yağı  –  olein,  linol,  palmitin  və  stearin 

turşularının qliseridlərindən ibarət sarımtıl rəngli, duru, zəif 

xarakterli  iyə  və  xoş  yağlılıq  tamına  malik  yağdır.  Tibbi, 

yeyinti və texniki zeytun yağlarına ayrılır. Tibbi zeytun yağı 

ə

sasən  trioleindən  ibarət,  rəngsiz  və  şəffaf  yağdır.  Onun 



turşuluq ədədi 2- yə yaxın, yod ədədi isə 75- 88- dir. Zeytun 

yağının  texniki  sortu  sabunbişirmə  sənayesində  istifadə 

olunur. Yeyinti zeytun  yağı isə orqanizm üçün çox faydalı 

olan qiymətli ərzaq məhsuludur. 

Zeytunun  əsas  təsiri  onun  yağının  ödqovucu, 

yarpağının  isə  hipotenzif  və  antiaritmik  olmasıdır.  Son 

zamanlar zeytun yarpaqlarından oleuropein maddəsi alınmış 

və farmakoloji cəhətdən öyrənilmişdir. Heyvanlar üzərində 

aparılan təcrübələrdən məlum olmuşdur ki, oleuropein qan 

təzyiqini əhəmiyyətli dərəcədə aşağı salır. Onun hipotenzif 

təsiretmə  müddəti  beş  saata  qədər  davam  edir.  Bundan 


__________________________________________Əhməd-Cabir Əhmədov 

 

 



57

ə

lavə  oleuropein  ürəyin  tac  damarlarını  genişləndirir, 



ürəkdəki  aritmiyanı  götürür.  Belə  hesab  olunur  ki,  zeytun 

yarpaqlarından  alınmış  dəmləmə  və  spirtli  duru  ekstrakt 

ürək-  damar  sistemi  xəstəliklərinin  müalicəsində  istifadə 

oluna bilər.  

Zeytun  yağı  yaxşı  ödqovucu  maddə  olmaqla 

yanaşı, həmdə zəif işlədici təsirə malikdir. Mədə- bağırsaq 

xəstəliklərində  yaxşı  effekt  göstərir.  Öd  daşlarının 

orqanizmdən  kənar  edilməsinə  səbəb  olur.  Kamfora, 

cinsiyyət  hormonları,  onların  analoqlarının  və  digər 

inyeksiya  məhsullarının  hazırlanmasında  çox  gözəl 

həlledicidir.  

Almaniyada 

zeytun 

yarpaqlarından 



alınan 

“Olivysat” adlanan standartlaşdırılmış ekstrakt buraxılır. O 

hipotenzif maddə kimi, qan təzyiqi yüksək olanlara (gündə 

3 dəfə, hər dəfə 40 damcı) məsləhət görülür.  

Fransada 

Avropa 


zeytununun 

yarpaq 


tumurcuqlarından  alınmış  spirtli  cövhər  hipertoniya, 

ateroskleroz və piy mübadiləsi pozğunluğuna qarşı istifadə 

olunur.  

Rus  xalq  təbabətində  zeytun  yağından  ödqovucu, 

öd  daşlarını  xaric  etmək,  həzmi  yaxşılaşdırmaq,  habelə 

yüngül işlətmə məqsədilə istifadə edilir.  

Ə

bu Əli  bn Sina duza qoyulmuş zeytunun mədəni 



möhkəmləndirdiyini,  iştahı  artırdığını,  zeytun  yağının 

herpes və qızılyel xəstəliklərində, oturaq sinirin iltihabında 

faydalı olduğunu qeyd etmişdir. 

 

1.9.1. Ev şəraitində zeytun 



yarpaqlarından və yağından istifadə qaydası 

 

Zeytunun  qurudulmuş  yarpaqlarından  1:20 

nisbətində  hazırlanmış  isti-  sulu  çıxarışdan  hipotenzif, 

aritmiyanı  götürən  və  tac  damarları  genişləndirən  maddə 



Zeytun və zeytun yağı_________________________________ 

 

58



kimi  istifadə  edilir.  Alınmış  çıxarışdan  gündə  3  dəfə,  hər 

dəfə  ⅓  hissəsi  qəbul  edilir.  Bu  məqsədlə  onun  öksəotu  və 

digər  bitkilərlə  qarışığından  da  istifadə  edilir.  Mədənin  və 

qaraciyərin  fəaliyyətini  yaxşılaşdırmaq  məqsədi  ilə  yemək 

zamanı  və  ya  ondan  sonra  zeytun  meyvələrindən 

hazırlanmış konservlərdən istifadə etmək məsləhət görülür.  

Xalq  təbabəti  mənbələrində  öd  daşlarının 

orqanizmdən  kənar  edilməsi  üçün  zeytun  yağından 

istifadənin müxtəlif qaydaları göstərilir: 

1.  Güclü  öd  ifrazına  nail  olmaq  və  öd  daşlarını 

orqanizmdən  xaric  etmək  üçün  bir  neçə  gün  səhər-  səhər 

acqarina, hər dəfə 60 ml zeytun yağı qəbul edilir. Bu zaman 

ürəkbulanma və qusmanın qarşısını almaq üçün, qəbul edən 

kimi üstündən qreypfrut şirəsi içilir.  

2.  Öd  daşlarının  orqanizmdən  kənar  edilməsi 

məqsədilə  zeytun  yağının  miqdarı  tədricən  artırılır.  Bunun 

üçün  yeməkdən  30  dəqiqə  əvvəl  zeytun  yağı  içilir.  Yağın 

miqdarı  yarım  çay  qaşığından  başlanır  və  15  –  20  gün 

ə

rzində tədricən artırılmaqla bir stəkana (200 ml) çatdırılır.  



3. Başqa bir reseptə görə öd daşlarını orqanizmdən 

kənar etmək üçün 24 saat ac qalmaq (bu müddətdə yalnız su 

içmək  olar),  sonra  bağırsaqları  imalə  etməklə  təmizləmək 

məsləhət görülür; imalədən bir saat sonra bir stəkan zeytun 

yağı,  onun  üstündən  isə  bir  stəkan  qreypfrut  şirəsi  içib 

uzanmaq  lazımdır.  Qusma  hissi  əmələ  gələrsə,  limon 

sormaq  olar  (su  içmək  olmaz).  Yağı  içəndən  15  dəqiqə 

sonra  işlədici  qəbul  edilir.  Aclığı  davam  etdirməklə, 

yuxarıdakı prosedura 5 gün təkrar edilir.  

Amerikanın  həftəlik  “Times”  jurnalı  zeytunu 

dünyanın  ən  sağlam  ərzaqlar  qrupuna  daxil  etmişdir.  Bu 

bitki  və  onun  yağı  insan  səhhəti  üçün  faydalıdır  və  qanda 

xolesterolun  miqdarını  azaltmaq  qabiliyyətinə  malik 

monodoymamış 

turşu 

yağlarının 



çoxluğuna 

görə 


məşhurdur. Zeytun ürək və qan damarlarını aterosklerozdan 

__________________________________________Əhməd-Cabir Əhmədov 

 

 



59

qoruyur,  o  sagıam  qidalanma  modeli  sayılan  Aralıq  dənizi 

pəhrizinin  əsas  komponentidir.  Bu  bitkinin  yarpaqları 

oleuropein,  oleasterol  və  olein  turşusu;  antioksidantlardan: 

E vitamini və polifenollardan ibarətdir.  

Son  illərdə  zeytun  ağacının  yarpaqlarından  ürək- 

damar  sistemi  xəstəliklərinin  müalicəsində,  xüsusən 

hipertoniya  xəstəliyində  dəmləmə  və  duru  spirtli  ekstrakt 

formada daxilə qəbul edilir. 

Zeytun  yağı  –  zeytundan  əldə  edilən  ən  önəmli 

məhsuldur. Zeytun  yağı dünyada ildə 1,6 – 2,6 milyon ton 

həcmində  istehsal  edilir  və  bunun  75  –  80%-  ə  qədəri 

istehsalçı ölkələr tərəfindən istehlak edilir. Geri qalan 20 – 

25% qismi isə dünya bazarlarına ixrac edilir.  

Zeytun  yağı, zeytunun əzilib sıxılması və qara su 

adlanan  hissəsinin  ayrılması  ilə  əldə  edilir.  Zeytun  yağı 

tamamilə  fiziki  üsullarla  əldə  edilir  və  burada  heç  bir 

kimyəvi metoddan istifadə edilmir.  

Zeytun yağının üç əsas növü var:  


Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin