D-cab r əHMƏdov



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə4/14
tarix05.03.2017
ölçüsü1,44 Mb.
#10316
1   2   3   4   5   6   7   8   9   ...   14

Nikita-1

  yağlı  sortlara  aiddir.  Ağacı  orta  və  ya 

iridir, hündürlüyü 6 – 8 metrdir; çətri kürəşəkilli, yığcamdır. 

Meyvəsi  xırda  və  ya  orta  irilikdə  olur,  uzunluğu  2,0  –  2,3 

sm, diametri 1,6 – 1,7 sm, kütləsi 4,5 qramdır; girdə- oval 

formalı,  təpəsi  girdə  və  ya  azacıq  şişmərdir.  Meyvələri 

noyabrın  ortalarında  tam  yetişir.  Hər  ağacdan  25  –  30  kq 

məhsul verir. Meyvəsinin tərkibində 72%- ə qədər yağ olur. 

Ə

tliliyi  75%-  dir.  Konservləşdirmək  və  yağ  almaq  üçün 



istifadə olunur.  

Tbilisi 

–  bu  sortdan  yağ  alırlar.  Ağacı  güclü  boy 

atandır,  hündürlüyü  6  –  7  metrdir.  Çətri  kürəşəkilli,  qollu- 

budaqlıdır.  Meyvələri  xırda  və  ya  ortadır,  uzunluğu  1,8  – 

2,4 sm, kütləsi 3,2 – 6,0 qramdır; girdə- oval formalı, təpəsi 

küt  və  ya  girdədir.  Oktyabrın  sonundan  noyabrın 

yarısınadək (tam)  yetişir. Meyvəsindən quru duzlama üçün 

də istifadə etmək olar. Hər ağacı 35 – 40 kq məhsul verir. 

Tərkibində 72%- dək yağ vardır, ətliliyi 86%- dir. 

Askolano  –  zeytunu  taliyadan  gətirilən  zeytun 

sortudur. Meyvəsi iri, oval formalıdır. Meyvəsinin uzunluğu 



__________________________________________Əhməd-Cabir Əhmədov 

 

 



33

2,8 – 3,2 sm, diametri 2,4 – 2,6 sm, kütləsi 8 – 9 qramdır. 

Rəngi  tünd-  bənövşəyi,  ətliyi  ağ,  qabığı  bənövşəyidir. 

Meyvəsi  budaqlarla  uzun  saplaqlı  bir-bir  və  qrup  şəklində 

yerləşir.  Bu  ən  yaxşı  məhsuldar  sort  hesab  edilir.  Gec 

yetişir. 

Yaşıl 

meyvələri 



sirkəyə 

qoymaqla 

konservləşdirmək,  xırda  meyvələr  duza  qoymaq  üçün  və 

yağ almaq üçün istifadə olunur.  



Krım-172

  –  sortu  irimeyvəli,  dairəvi  formada, 

qabırqalıdır.  Meyvəsinin  uzunluğu  2,4  –  2,5  sm,  diametri 

1,8  –  1,9  sm,  kütləsi  4,5  –  5,0  qramdır.  Meyvəsinin  ucu 

ş

işdir. Rəngi qara, parlaq və sıx yerlşən xırda ağ nöqtəlidir. 



Ə

tliyi zərif, meyvəsi uzun saplaqlı olub budaqlarda tək- tək 

yerləşir.  Bu  sort  şaxtaya  davamlı  və  məhsuldardır.  Gec 

yetişir.  ri  meyvələri  yaşıl  halda  sirkəyə  qoyulmaqla 

konservləşdirilir.  Krım-172  sortundan  yüksək  keyfiyyətli 

zeytun yağı istehsal olunur. 



Koreciolo  –  sortunun  meyvəsi  xırda,  uzunsov- 

oval  formadadır.  Meyvəsinin  uzunluğu  1,8  –  2,0  sm, 

diametri  1,2  –  1,4  sm,  kütləsi  orta  hesabla  2,7  qramdır. 

Meyvəsinin  qabığı  sıx  yerləşən  xırda-  ağ  nöqtəlidir,  lakin 

tam  yetişdikdə çox az hiss olunur. Ətliyi kremi,  qabığı isə 

açıq bənövşəyi rəngindədir. Meyvəsi budaqlarda 3 – 5 ədəd 

qrup  şəklində  olmaqla  kiçik  saplaqda  yerləşir.  Çəyirdəyi 

sığallı, iri, uzunsov- oval formalıdır. Tez yetişən məhsuldar 

sortdur, tərkibində  yağı  65 – 70%- ə qədərdir. Əsasən  yağ 

istehsalı üçün istifadə olunur.  



Manzanilo – zeytunu iri meyvəli, oval formalıdır. 

Uzunluğu 2,6 – 2,7 sm, diametri 2,2 – 2,9 sm, bir ədədinin 

kütləsi 6,5 – 7,0 qramdır. Rəngi tünd- bənövşəyi parlaqdır. 

Yaşıl  halda  konservləşdirmək,  tum  yetişdikdə  isə  yağ 

istehsalı  üçün  istifadə  edilir.    Keyfiyyətli  zeytun 

sortlarından sayılır. 



Nikitin-2

  –  zeytunu  iri  meyvəlidir.  Meyvənin 

uzunluğu 2,8 – 3,1 sm, diametri 1,8 – 2,0 sm, kütləsi 5,5 – 

Zeytun və zeytun yağı_________________________________ 

 

34



5,6  qramdır.  Meyvəsi  uzunsov-  oval  formalı,  uc  hissədə 

konusvarı  və  çıxıntılıdır.  Rəngi  tünd-  bənövşəyi,  mum 

təbəqəsi ilə örtülü olub, seyrək yerləşən iri ağ nöqtəlidir. Bu 

sort  yüksək  keyfiyyətli,  məhsuldar,  şaxtaya  davamlı, 

gecyetişəndir.  Yaşıl  meyvələri  sirkəyə  qoyulur,  yetişmiş 

qara  meyvələr  quru  duzlama  və  yağ  istehsalı  üçün  sərf 

edilir. Ətliliyi 85%- dir. Yağ çıxarı 79,1%. 

Sevilyano  –  zeytunun  meyvəsi  çox  iridir.  Kütləsi 

10 – 12 qrama qədər, oval- uzunsov formalı olub uc hissədə 

bir  qədər  nazilir.  Rəngi  qara,  parlaq  və  ağ  nöqtəlidir. 

Çəyirdəyi  şiş  uclu,  orta  iri  və  ətlikdən  çətin  ayrılır.  Gec 

yetişən  sortdur.  Ən  yaxşı  sort  hesab  edilir.  Əsasən 

konservləşdirmək üçün istifadə olunur. 

Zeytun  sortlarını  yaşıl  konservləşdirmək  üçün 

avqustun  sonu-  sentyabrda  bənövşəyi  rəngin  əmələ 

gəlməsinə  qədər  yığırlar.  Quru  duzlama  və  yağ  istehsalı 

üçün  zeytunu  tam  yetişdikdən  sonra  yığırlar.  Zeytun 

meyvəsinin yetişmə müddəti onun sortundan və becərildiyi 

bölgədən  asılıdır.  Bir  ağacdan  orta  hesabla  70  –  75  kq 

zeytun məhsulu yığmaq mümkündür. Meyvələr əllə yığılır. 

Yetişmiş meyvələr zərif olduğundan tez əzilir və tünd rəngə 

boyanıb  xarab  olur.  Yetişmiş  zeytunları  tutumu  3  –  4  kq 

olan 


xırda 

yeşiklərə 

və 

ya 


səbətlərə 

yığırlar. 

Konservləşdirmək 

üçün 


zeytunu 

sortlaşdırdıqda 

büzüşmüşlər, 

ş

axtavurmuşlar, 



zərərvericilərlə 

zədələnmişlər, həmçinin mexaniki zədələnmişlər seçilib yağ 

istehsalına verilir.  

Zeytun  meyvəsini  təzə  halda  uzun  müddət 

saxlamaq olmaz. Ona görə də konservləşdirmək (sirkəyə və 

duza  qoymaq  üçün)  üçün  yığılan  zeytun  tez  bir  zamanda 

emal müəssisəsinə çatdırılmalıdır. 

 

 



 

__________________________________________Əhməd-Cabir Əhmədov 

 

 



35

1.5. Zeytunun becərilməsi üsulları 

Zeytun  bitkisi  toxum,  calaq,  firqəndə,  pöhrə  və 

çiliklərlə  artırılır.  Bitki  toxumlarla  artırıldıqda  nəslin 

qiymətli əlamətləri çox parçalanır. Ona görə də bu üsul ən 

çox seleksiya işlərində tətbiq olunur.  ki üsulun – calaqetmə 

və  yarım  odunlaşmış  zoğlardan  hazırlanmış  qələmlərlə 

çoxaldılmanın prakriki əhəmiyyəti daha çoxdur.  

Ağacların bar verməsi bitkinin artırılma üsulundan 

asılıdır. Toxum üsulu ilə artırıldıqda bitkilər 7 – 10 yaşında, 

calaq edildikdə 5 – 6- cı ili, qələmlə artırıldıqda 4 – 5- ci ili 

bar  verir.  Bitkilər  15  ilə  50  yaş  arasında  daha  intensiv 

məhsul verir. Buna baxmayaraq 200 və daha çox yaşı olan 

ağaclar da bol məhsul verir. Bitkinin sortundan asılı olaraq 

15 – 20 yaşlı ağacların məhsulu 15- dən 50 kq- dək, rekord 

ağaclarınınkı isə 80- 90 kq olur.  

Yabanı  zeytun,    habelə  qışadavamlı  yerli 

sortlardan  Azərbaycan  zeytunu,  Buzovna  zeytunu  və 

başqaları  calaqaltı  hesab  olunur.  Zeytunun  artırılmasında 

calaqaltı  materialın  -  zeytun  toxmacarlarıın  yetişdirilməsi 

xeyli çətinlik törədir. Zeytunun qalın, bərk çəyirdəyi yazda 

torpağa  əkiləndən  8  –  12  ay  sonra  cücərir.  Çəyirdəklərin 

cücərməsini 

tezləşdirmək 

və 


toxumların 

bərabər 


cücərməsinə  nail  olmaq  üçün  onları  səpindən  qabaq 

müxtəlif üsullarla emal edirlər. Bunlardan başlıcaları bioloji 

(  Y.S.  Xramovun  işləyib  hazırladığı)  və  meaxniki  emal 

üsuludur. 

B i o l o j i   ü s u l  açıq stratifikasiya prinsipinə 

ə

saslanır  və  aşağıdakı  kimi  edilir.  Zeytunun  meyvəsi  tam 



yetişdikdən  sonra  ətindən  çıxarılır,  24  –  36  saat  suda 

isladılır  (suyun  temperaturu  25

0

C  olmalıdır),  sonra  həmin 



çəyirdəkləri xırda yeşiyə 20 – 25 sm qalınlığında töküb kisə 

parçası ilə örtür və temperaturu  18

0

C olan sərin  binada 15 



gün  saxlayırlar.  Bu  müddət  ərzində  toxumları  hər  gün 

Zeytun və zeytun yağı_________________________________ 

 

36



qarışdırır  və  azacıq  nəm  halda  saxlayırlar.  Nəticədə 

toxumlarda  yapışqan  maddəsi  əmələ  gəlir.  Bu  maddə 

çəyirdəklərin  məsamələrini  və  qapaqcıqlarını  yapışdırır. 

Sonra həmin maddə tədricən dağılır və çəyirdəyin divarları 

açılır,  toxum  hava  və  rütubət  alaraq  ,  cücərməyə  başlayır. 

Bütün  proses  30-  65  gün  çəkir  (sortdan  və  çəyirdəyin 

qalınlığından  asılı  olaraq).  Toxumları  aprel  –  may  və 

avqustda səpirlər; 1 – 3 aydan sonra toxumlar kütləvi halda 

cücərib çıxır.  

M e x a n i k i  ü s u l  çəyirdəklərin şişmər tərəfini 

xüsusi qayçı və ya bağban qayçısı (sekator) ilə  kəsməkdən 

ibarətdir.  Bu  zaman  toxum  sərbəst  olaraq  hava  və  rütubət 

alır,  2  –  4  aydan  sonra  cücərməyə  başlayır.  Toxumu  hər 

kavdrat  metr  sahəyə  1  kq  hesabı  ilə  ləklərə  və  ya 

istişitilliklərə səpib 2 – 3 sm dərinlikdə basdırırlar.  

Vegetasiya 

müddətində 

ə

kinə 



qulluq 

suvarmaqdan,  yumşaltmaqdan  və  alaqları  vurmaqdan 

ibarətdir. 

Gələn  ilin  yazında  (aprel  –  may  aylarında) 

cərgələr  arasında 90 – 100 sm məsafə saxlayaraq, bitkiləri 

bir- birindən 40 – 50 sm aralı yumşaldılmış tarlaya əkirlər. 

Sahələrdəki  calaq  olunacaq  toxmacarlara  edilən  qulluq 

meyvəçilikdə edilən ümumi qayda üzrə aparılır. 

Ə

kindən  üç  il  sonra  (mart  –  aprel  aylarında) 



calaqaltının calaq vurulacaq yerinin diametri 8 – 10 mm- ə 

çatdiqda  onlara  calaq  vururlar.  Çilikləri  keçənilki  zoğların 

yaxşısından calaq vurulan gün və ya ondan 1 – 2 gün qabaq 

tədarük edirlər. Calaq edilən bitkilərin 80 – 90%- i tutur. 

Zeytunun  bu  üsul  ilə  artırılması,  yəni  toxumları 

səpərək  sonradan  cırların  cinsini  yaxşılaşdırmaq,  əkin 

materialını  yetişdirmək  üçün  çox  uzun  (4  –  5  il)  çəkir  və 

baha  başa  gəlir.  Daha  tez  başa  gələn  və  təcrübədə  özünü 

doğruldan üsul – çiliklərlə artırmaq üsuludur. Lakin zeytun 

çox  çətin  kök  atan  subtropik  bitki  cinsinə  aiddir.  Yaşlı 



__________________________________________Əhməd-Cabir Əhmədov 

 

 



37

ağaclardan  kəsilən  odunlaşmış  çiliklər  çox  çətin  kök  atır; 

cavan  toxmacardan  götürülən  çiliklər  isə  hətta  boy 

maddələrinin təsiri olmadan, qısa müddətdə 100% kök atır.  

Bunun  səbəbi  odur  ki,  bitkilərin  qabığındakı 

sklerenxim  və  ya  mexaniki  elementlər  daşlaşmış 

hüceyrələrdən  və  lifli  sivrimlərdən  bütöv  halqalar  əmələ 

gətirir,  heceyrələrin  bölünməsinə  və  kök  rüşeymlərinin 

ə

mələ gəlməsinə mane olur.  



Birillik  cavan  zoğların  qabığında  sklerenxim 

elementlər zəif inkişaf etmiş və topa halında səpələnmişdir. 

Bunların  arasında  canlı  parenxim  hüceyrələr  olur  və  bu 

hüceyrələrdən kallüs, yəni kökün ilk mərhələsi əmələ gəlir. 

Odur  ki,  zeytun  bitkisinin  odunlaşmamış  birillik  göy 

çiliklərlə  artırılması  və  onların  boy  maddəsi  ilə  işlənməsi 

daha çox fayda verir.  

Boy maddələri kambiya hüceyrələrində kök əmələ 

gələn  zaman  hüceyrələrin  bölünmə  prosesini  gücləndirir. 

Bununla  da  kökəmələgətirmə  prosesi  və  ana  ağacın 

rayonlaşdırılmış  sortundan  öz  kökü  olan  mədəni  bitkilərin 

inkişafı güclənir.  

Bir  çox  başqa  üstünlükləri  ilə  yanaşı,  bu  üsul 

qiymətli  sortların  az  miqdarda  olan  ana  bitkilərindən  daha 

səmərəli istifadə etməyə imkan verir.  

Göz  calağı  vuran  zaman  yaxşı  inkişaf  etmiş  tam 

yaşlı  bir  ana  ağacdan  200  çilik  tədarük  edir,  göyqələm 

vuran  zaman  isə  2000  ədədədək  çilik  kəsmək  olur.  Ana 

ağaclara yaxşı qulluq olunmalı, onlar güclü olmalı və 30 – 

50 sm artım (boy artımı) verməlidir. 

Çilikləri  aşağıdakı  müddətdə  tədarük  etmək  olar: 

fevral  –  mart  aylarında,  payız  zoğlarından  elə  kəsmək 

lazımdır  ki,  yayın  isti  günlərinə  kimi  onlar  kök  ata  bilsin; 

aprel  –  may  aylarında  təzə  boy  atmış  uzun  göy  qələmlər 

kəsilir;  payızda  –  oktyabr,  noyabr  aylarında  ikinci 

boyatmanın çiliklərindən. Çilikləri səhər tezdən çətrin aşağı 



Zeytun və zeytun yağı_________________________________ 

 

38



hissələrindən kəsirlər. Çiliyi 7 – 12 sm uzunluqda, eni aşağı 

hissədə  buğumun  altında  3  –  5  mm  aralıqda  kəsmək 

lazımdır.  

Çiliklərin  tədarük  olunduğu  vaxtdan  asılı  olaraq, 

güclü  transpirasiyanın  (buxarlanmanın)  qarşısını  almaq 

üçün  çiliklərdə  müxtəlif  miqdarda  yarpaq  saxlanılır:  yazda 

və yayda ancaq yuxarıdakı cüt yarpaq, payızda və qışda isə 

ancaq  aşağıdakı  iki  yarpaq  qoparılır.  Çiliklər  kəsildikdən 

sonra onları dərhal dibində su olan vedrəyə qoyurlar. Sonra 

daha  yaxşı  kök  atmaq  üçün  çiliklər  stimulyasiya 

maddələrinin – 0,01%- li heteroauksin məhlulu ilə (1 l suya 

100 mq) və ya 0,005%- li indolilyağlı turşu (1 l suya 50 mq) 

ilə  6  saat  ərzində  (göy  çiliklər)  və  ya  10  saat  (odunlaşmış 

çiliklər) 20

0

C temperaturda işlənilir. Dərmanlanmış çiliklər 



yazda  parniklərə,  yayda  dərin  xəndəklərə,  payız-  qış 

dövründə oranjereya və ya isti şitilliklərə əkilir.  lk 15 – 20 

gündə, kallus əmələ gələnə kimi havanın rütubəti 90 – 95%, 

temperaturu 18 – 20

0

C olub, tədricən 25



0

C- dək yüksəldilir. 

Çiliklər 30 – 35 gündən sonra kök atır, sonrakı 30 gündə isə 

bitkilər  kifayət  qədər  kök  əmələ  gətirir.  Kökləyən    çiliklər 

15-25  sm  qidalanma  sahəsi  saxlamaqla,  böyümək  üçün 

istişitilliklərə əkilir. 

Bitkilərə edilən qulluq suvarmadan, istişitilliklərin 

havasını  dəyişməkdən  və  çilikləri  günəş  şüalarından 

muhafizə etməkdən ibarətdir.  

Çiliklərin  əkilməsi  müddətindən  asılı  olaraq,  kök 

atmış bitkilər yazda və ya payızda bir- birindən 40 – 50 sm 

aralı,  cərgələrarası  80  –  90  sm  saxlanmaqla  tingliklərə 

ə

kilir.  


Tinglikdə  bitkilərə  edilən  qulluq  sahəni  1  –  2  il 

ə

rzində  suvarmadan,  yumşaltmadan,  yayda  əlavə  olaraq 



azot  gübrəsi  verməkdən,  alaqlarla  mübarizə  aparmaqdan 

ibarətdir. 

 


__________________________________________Əhməd-Cabir Əhmədov 

 

 



39

1.5.1. Zeytun ağacına forma verilməsi və 

onun budanması 

 

Bitkilərə hələ tinglikdə ikən forma verilir. Onlara 

alçaq ştamblı (20 – 40 sm) və ya yarımştamblı (50 – 70 sm) 

yarussuz və ya çətri kola bənzəyən forma verilir. Tinglikdə 

bitkilərə yaxşı qulluq edildikdə 3 – 4 əsas budağı olan, düz 

gövdəli  və  kök  sistemi  yaxşı  inkişaf  etmiş  ikiillik  tinglər 

ə

ldə edilir.  



Bitkilərin təbii inkişafını sürətləndirmək üçün bir- 

birinə  mane  olan  və  sınıq  budaqlar,  su  pöhrələri  kəsilib 

atılır.  

 

1.5.2. Zeytun bağlarının salınması 

 

.M.Axundzadə 



Azərbaycanda 

zeytun 


yetişdirilməsi  üçün  əlverişli  olan  5  subtropik  bölgənin 

olduğunu müəyyən etmişdir. 

1. Abşeron yarımadası. 

2.  Gəncə  bölgəsi  (Gəncə,  Şəmkir,  Goranboy, 

Ağstafa). 

3.  Qarabağın  düzənlik  bölgəsi  (Tər-Tər,  Ağdam, 

Bərdə). 

4. Şirvan bölgəsi (Ağsu, Göyçay, Ucar, Ağdaş) 

5.  Şərqi  Kür-  Araz  bölgəsi  (Şirvan,  Neftçala, 

Səlyan, Sabirabad). 

Yuxarıda adları çəkilən bölgələr ən çox taxılçılıq, 

pambıqçılıq, 

üzümçülük, 

tərəvəzçilik, 

eləcə 

də 


heyvandarlıqla  ixtisaslaşmışdır.  Burada  zeytunçuluğu 

inkişaf  etdirmək  üçün  yeni  zeytun  plantasiyaları 

salınmalıdır.  Bu  işi  əsas  etibarilə  yararsız  torpaqlarda, 

rekultivasiya 

tələb 

edilən 


sahələrdə 

aparmaq 


məqsədəuyğundur.  Salınan  yeni  zeytun  bağları  yalnız  7  – 

Zeytun və zeytun yağı_________________________________ 

 

40



10 ildən sonra məhsul verməyə başlayacaqdır. Odur ki, bu 

işləri  vaxtında  aparılmalı  və  respublikada  Ərzaq 

proqramının müvəffəqiyyətlə yerinə yetirilməsi üçün zəmin 

yaradılmalıdır.  

Zeytun  bağı  salmaq  üçün  su  və  havanı  yaxşı 

keçirən, qumsal, tərkibində 25%- ə qədər əhəng olan azacıq 

və  ya  orta  dərəcədə  gillicəli-  mexaniki  tərkibli  torpaqlar 

ayrılmalıdır.  Bağları  yamaclarda  saldıqda  cənub,  cənub- 

qərb  ekspoziyalı,  istinin  və  işığın  ən  çox  olduğu  sahələrin 

seçilməsi  daha  əlverişlidir.  Sort  xüsusiyyətindən  asılı 

olaraq,  zeytun  ağacına  8  x  8,  8  x  6,  6  –x6  və  5  x  6  m 

qidalanma  sahəsi  ayırırlar.  Tingləri  əkməzdən  qabaq  hər 

çalaya 6 – 10 kq çürümüş peyin, 200 qr ammonium şorası, 

superfosfat və 100 qr kalium duzu verilir. Bunları torpaqla 

yaxşıca qarışdırmaq lazımdır. Əkindən qabaq verilən gübrə 

tinglərin ilk 4 – 5 ildə normal inkişaf etməsinə səbəb olur. 

Bağları bütün üç istiqamətdən olan sortlardan – konservlik, 

yağlıq,  konservlik-  yağlıq  sortlardan  salırlar.  Tozlanacaq 

hər  2  əsas  ağaca  bir  tozlayıcı  ağac  əkilir.  Əsas  universal 

tozlayıcı sort Azərbaycan zeytunu sayılır. 

 

1.5.3. Bağlara qulluq 

Cavan  bağlara  edilən  qulluq  meyvəçilikdə  qəbul 

edilmiş  ümumi  qaydalar  kimidir.  5  –  10  yaşlı  zeytun 

bağlarına  üzvi  (peyin)  və  mineral  gübrələr  –  fosfor  və 

kalium  payızda,  gövdəətrafı  dairəyə,  yəni  hər  bir  ağacın 

altına 40 – 45 kq çürümüş peyin, 600 qr superfosfat və 150 

– 200 qr kalium duzu verilir. Azotlu gübrələr yaz becərməsi 

zamanı hər ağacın altına 400 qr, yayda əlavə olaraq 200 qr 

verilir.  Quraq  rayonlarda  bitkilər,  tələbatdan,  ilin 

şə

raitindən  və  yağıntının  miqdarından  asılı  olaraq  9  –  10 



dəfə suvarılır (yazda 2 dəfə, yayda 5 dəfə, payızda və qışda 

rütubəti toplamaq üçün 2 – 3 dəfə). 



__________________________________________Əhməd-Cabir Əhmədov 

 

 



41

Cavan  zeytun  ağacları  çala  üsulu  ilə  suvarılır. 

Bitkilərin  kök  sistemi  inkişaf  etdikcə  bütün  qidalanma 

sahəsi şırım üsulu ilə suvarılır. 

 

1.6. Zeytunun yetişməsi, yığılması və 

emala hazırlanması 

 

Zeytunun  meyvəsi  birtoxumlu,  çəyirdəklidir, 

kənarları  ətlidir,  çəkisi  1  –  15  qramadək  girdə  və  ya 

uzunsov  oval  formalı,  ucu  küt  və  ya  şiş  olur.  Çəyirdəyi 

bərkdir, çəyirdək divarının qalınlığı 2 mm- dir. 

Zeytun 


bitkisinin 

vegetasiyası, 

havanın 

temperaturu  8  –  10

0

C  olduqda,  martın  axırı  və  ya  aprelin 



ə

vvəllərində  başlayır.  Zeytun  ağacları  üçün  iki  vegetativ 

boyatma dövrü aydın görünür; yaz və yay boyatma dövrləri. 

Zeytun  ağacları  havanın  orta  gündəlik  temperaturu  20  – 

23

0

C-  yə  çatdıqda,  iyunun  əvvəllərində  çiçəkləməyə 



başlayır. Zeytun bitkisi külək vasitəsi ilə tozlanır. Ağacların 

birevli  olmasına  baxmayaraq  həm  fertil  (öz-  özünə 

mayalanan),  həm  də  steril  sortları  çarpaz  tozlanma  tələb 

edir. Çarpaz tozlanma nəticəsində yumurtalarının sayı artır, 

tökülən meyvələrin miqdarı azalır, məhsuldarlıq yüksəlir.  

Meyvələr  oktyabrın  axırında  texniki  yetişkənlik 

dövrünə  (göy  zeytun),  noyabrın  əvvəlində  isə  botaniki 

(qara) yetişkənliyə düşür və sortundan, payız- qış dövrünün 

hava şəraitindən asılı olaraq, yetişmə yanvarın yarısına kimi 

davam edir. 

 

1.6.1.Meyvələrin yığılması 

Zeytunun meyvələrindən nə məqsəd üçün istifadə 

olunmasından  asılı  olaraq,  onları  müxtəlif  yetişkənlik 

mərhələsində  yığırlar.  Konserv  hazırlamaq  üçün  “göy 

zeytun”- u texniki yetişkənlik mərhələsində, meyvələr yaşıl 

Zeytun və zeytun yağı_________________________________ 

 

42



rəng aldıqda yığırlar. Orta və gec müddətdə yütişən bir sıra 

sortların  meyvəsi  hava  şəraitinə  görə  tam  botaniki 

yetişkənlik  dövrünə  çatmır.  Odur  ki,  belə  sortların 

meyvəsini  həm  konserv  hazırlamaq,  həm  də  zeytun  yağı 

almaq  üçün  yaşılımtıl-  qırmızı  və  ya  yaşılımtıl-  bənövşəyi 

rəng  aldıqda  dərmək  lazımdır.  Tam  yetişdikdə,  qara 

zeytundan quru duzlama və yağ almaq üçün istifadə edirlər. 

Konserv  hazırlamaq  üçün  irimeyvəli  sortlar  olan  Santa 

Katerina,  Askolano,  Azərbaycan  zeytunu,  Armudu  zeytun, 

Sevilyano  və  başqa  sortların  “göy  zeytun”-  undan  istifadə 

edirlər.  

Zeytun  meyvələri  yağ  çıxarmaq,  marinad,  şoraba 

və ya duzlanmış halda sərf etmək üçün istifadə olunur. Yağ 

çıxarmaq  üçün  meyvələri  tamamilə  yetişdikdən  sonra 

dərilir.  Yaşıl  və  tam  yetişməyən  meyvələr  marinad  və 

ş

oraba  hazırlamaq  məqsədi  ilə  dərilir.  Tam  yetişmiş 



meyvələri  də  duzlamaq  mümkündür.  Yetişən  meyvələr 

sortlara  məxsus  olan  bənövşəyi  qara  rəng  alır.  Keyfiyyətli 

yağ almaq üçün əti çox da yumşalmayan meyvələri dərmək 

lazımdır. Bir qədər sütül toplanmış meyvələrin yağları ətirli, 

dadlı, gözəl rəngli olur və uzun müddət saxlanılır. 

Sütül müyvələrin təzə yağı bir qədər acıtəhər olur. 

Sonralar  bu  acılıq  itir.  Çox  yetişmiş  meyvələrin  yağları 

dadsız və rəngsiz olur. Uzun müddət qalır. Ağacın üstündə 

meyvələri  uzun  müddət  saxlamaq  qorxuludur.  Payızın 

ş

axtalarından  tələf  ola  bilərlər.  Meyvələri  vaxtında 



yığılmayan ağaclar gələn il məhsuldarlığını azaldır.  

Zeytun meyvələri əl ilə dərilməlidir. Marinad üçün 

yığılanlar  zədələnməməlidir.  Zədələnmiş  meyvələrin 

saxlanılması  çətinləşir.  Bunlar  asanlıqla  xarab  olur,  acıyır. 

Bəzi  şəraitdə  meyvələr  özləri  yerə  tökülür,  buna  görə  də 

ağacların  altlarını  vaxtında  təmizləmək,  otlarını  çalmaq 

lazımdır. Zeytun ağacı 30 – 50 yaşında maksimum miqdar 


__________________________________________Əhməd-Cabir Əhmədov 

 

 



43

zeytun  meyvəsi  verir  və  bu  100  yaşına  qədər  davam  edir. 

Bundan sonra məhsuldarlıq azala bilər. 


Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin