Çıxış nömrəsi: ssof/ /09 Tarix: 31. 07. 09 Sənəd necə göndərilir



Yüklə 13,38 Mb.
səhifə12/32
tarix06.09.2017
ölçüsü13,38 Mb.
#29098
1   ...   8   9   10   11   12   13   14   15   ...   32

AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ

Haradan: SSOF

Haraya: MİNF Surəti:

Çıxış nömrəsi: SSOF/ /10 Tarix: 06.04.2010

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 Əlavə olunur:

Məhdudluğu qrifi: Xidməti istifadə üçün

Təcililiyi: Adi * Təcili Çox təcili

Vacibliyi: Adi Vacib * Çox vacib

Əvvəlki müraciətlər:_________________

Məlumat verilməsi üçün: Nazir müavini V.Sadıqov
Nazirlik və xarici ölkələrdəki

diplomatik nümayəndəliklərlə

əlaqələr idarəsinin rəisi F.Məmmədov

Hörmətli Fariz müəllim,

Mərkəzin S/24-4872/24/10 saylı, 30.03.2010-cu il tarixli məktubu ilə əlaqədar Rabitə Nazirliyi tərəfindən AR diplomatik nümayəndəlikləri üçün müəyyənləşdirilmiş güzəştli tarif paketi üzrə nömrələrdən birinin ( və ya 2 nömrənin) AR–in Bolqarıstandakı Səfirliyinə ayrılmasına və Rabitə Nazirliyi ilə Səfirlik arasında müvafiq müqavilənin imzalanmasına dair köməklik göstərməyinizi xahiş edirik .

Səfir:

İcraçı: E.Məmmədov





AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ

Haradan: SSOF

Haraya: MBQİ, MTPİ, MXSP, MİNİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /10 Tarix: 12.04.10

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 +2 Əlavə olunur:

Məhdudluğu qrifi: Xidməti istifadə üçün

Təcililiyi: Adi * Təcili Çox təcili

Vacibliyi: Adi Vacib * Çox vacib

Əvvəlki müraciətlər:_________________

Məruzə üçün:

Məlumat verilməsi üçün: Nazir müavini A.Əzimov, X.Xələfov

Məsələyə dair: 2010-cu il aprel ayının 08-də Praqada ABŞ-Avropa Birliyi Sammiti çərçivəsində ABŞ Prezidenti B.Obamanın Mərkəzi və Şərqi Avropa ölkələrinin hökumət və dövlət başçıları ilə keçirilmiş görüşünə dair analitik məlumat

Səfir:

İcraçı: E.Məmmədov



Bildiyiniz kimi, ABŞ Prezidenti B.Obama 2010-cu il aprel ayının 04-də NATO-nun Sammitdən sonra Praqa şəhərində keçirilən ABŞ-Avropa Birliyi Sammitinə qatılmışdır. BR KİV-də yayılan məlumatlara görə 2010-cu il aprel ayının 08-də ABŞ Prezidenti B.Obama ABŞ-Avropa Birliyi Sammiti çərçivəsində Mərkəzi və Şərqi Avropa ölkələrinin hökumət və dövlət başçıları ilə (11 lideri) görüş keçirmişdir. Görüş zamanı ABŞ Prezidenti B.Obama Rusiyalı həmkarı D.Medvedevlə imzalanmış ABŞ və Rusiya arasında strateji hücum silahlarının ixtisar edilməsinə dair Müqavilə barədə tədbir iştirakçılarının diqqətinə çatdırmış və Əfqanistanda hazırki vəziyyəti, İrana qarşı tətbiq ediləcək sanksiyaları, enerji təhlükəsizliyi məsələsini müzakirə etmişdir. Həmçinin B.Obama iştirakçı liderlərin hər biri ilə ölkələrindəki mövcud problemləri müzakirə etmiş və bu problemlərin həllində ABŞ dövləti adından lazımi köməklik göstəriləcəyinə söz vermişdir. Görüş zamanı Bolqarıstan Baş naziri B.Borisov Bolqarıstandakı hazırki vəziyyətdən, mövcud problemlərindən danışmış və İranın nüvə silahının hazırlaması üçün kifayət qədər uran yataqlarına sahib olmasını və ərazisində nüvə sınağını keçirəcəyini, eləcə də məlum olmayan raket kompleksdərinə malik olmasını qeyd edərək, gələcəkdə İranın bu komplekslər vasitəsi ilə Bolqarıstan ərazisinə saldırarsa Bolqarıstanda atom elektrik stansiyasının mövcud olması səbəbindən Avropa Birliyi ölkələrinə ağır itkilər verəcəyini və böyük təhlükə yaradacağını bildirmişdir. Bu səbəbdən Baş nazir B.Borisov ABŞ-ı Bolqarıstanda raket əlehinə müdafiə sisteminin elementlərinin tezliklə quraşdırmasına çağırmışdır. Eyni zamanda B.Borisov ABŞ-la Bolqarıstan arasında raket əlehinə müdafiə sisteminin elementlərinin quraşdırılması ilə bağlı rəsmi danışıqların aparılmadığını tədbir iştirakçılarının diqqətinə çatdıraraq, bu yöndə zəruri tədbirlər görülməsini ABŞ Prezidenti B.Obamadan xahiş etmişdir.
ABŞ Prezidenti B.Obama Bolqarıstan tərəfindən təhlükəsizliklə verilən bu təklifin məqsədə uyğun olduğunu bildirərək, regionda təhlükəsizlik məsələlərinin daim izlənilməsi üçün Balkan və Qara Dəniz regionunda aparıcı və ABŞ-ın yaxın tərəfdaşı olan Bolqarıstanla bir başa telefon komunikasiyasının yaradılacağını qeyd etmişdir.
Sonra tədbir iştirakçıları arasında müxtəlif qlobal, regional məsələlər ətrafında müzakirələr edilmiş və fikir mübadilələri aparılmışdır.
Xatırlatmaq istərdik ki, Bolqarıstanda raket əlehinə müdafiə sisteminin elementlərinin yerləşdirilməsi məsələsi NATO-nun 12 fevral 2010-cu il tarixində Sofiyada keçirilən “Yeni partnyorluq: ümumi dəyərlər, ümumi maraqıar” mövzusunda konfransında ABŞ-ın Bolqarıstana yeni təyin olunmuş Səfiri tərəfindən açıq mühazırəsi zamanı bildirilmişdir. Bu məlumat Rusiya dövləti tərəfindən etirazla qarşılanaraq, məsələ ilə bağlı Bolqarıstandan rəsmi izahat istənilmiş və Bolqarıstanda bu sistem yerləşdiriləcəyi təqdirdə Rusiya dövləti tərəfindən də Serbiyada bu cür müdafiə sisteminin quraşdırılağını bildirmişdir. Bolqarıstan Baş naziri və Xarici İşlər naziri N.Mladenov buna cavab olaraq Bolqarıstanın ABŞ-la raket əlehinə müdafiə sisteminin elementlərinin yerləşdirilməsi məsələsi ilə bağlı heç bir rəsmi danışıqlar aparılmadığını və Bolqarıstanın NATO-nun üzvü kimi bu təşkilat tərəfindən qəbul ediləcək hər hansı qərarını dəstəkləməli olacağını Rusiya hökumətinin diqqətinə çatdırmışdır. Həmçinin qeyd olunan rəsmilər gələcəkdə Bolqarıstanda bu sistem yaradılarsa bunun Rusiya dövlətinə qarşı yönəlməyəcəyini dəfələrlə qeyd etmişlər.
Fikrimizcə, Rusiya ilə ABŞ arasında son zamanlar müxtəlif sahələrdə qarşılıqlı partnyorluq addımları atılsa da və bu baximdan ABŞ Rusiya əlehinə olan bu cür tədbirlərdən müvəqqəti çəkinsə də, ABŞ gələcəkdə Avropa Birliyinin sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün Avropa ölkələrində nəzərdə tutulan bu cür raket əlehinə müdafiə sisteminin quraşdırılmasını davam etdirəcək və Bolqarıstan bu sistemə qoşulan ilk dövlətlərdən biri olacaqdır.

Səfirlik qeyd olunan məsələni daim diqqətlə izləməkdədir və maraq kəsb edən məlumatlar yaranacağı təqdirdə dərhal Mərkəzə bildirəcəkdir.


Məlumat üçün diqqətinizə təqdim edirik.



AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ

Haradan: SSOF

Haraya: ADA Surəti:

Çıxış nömrəsi: SSOF/ 112 /10 Tarix: 21.04.10

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 +1 Əlavə olunur:

Məhdudluğu qrifi: Xidməti istifadə üçün

Təcililiyi: Adi Təcili Çox təcili*

Vacibliyi: Adi Vacib * Çox vacib

Əvvəlki müraciətlər:_________________

Məruzə üçün: Nazir müavini H.Paşayevə

Məlumat verilməsi üçün:

Məsələyə dair: Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası tərəfindən təşkil olunan “Enerji Məsələləri” üzrə yay məktəbi ilə bağlı təklif olunan namizədə dair

Səfir:

İcraçı: A.Əliyeva


Hörmətli Hafiz müəllim,
Məlumat üçün bildiririk, Mərkəzin S/27-3371/27/10 saylı, 04.03.2010-cu il tarixli diplomatik nümayəndəliklərə ünvanlanan məktubunda Diplomatik Akademiya tərəfindən cari ilin iyun ayında Bakıda “Enerji Məsələləri” üzrə yay məktəbinin keçirilməsi və akkreditə olunduğumuz ölkədən bu yay məktəbinə tələbələrin cəlb edilməsi üçün məlumatın müvafiq orqanlara göndərilməsi bildirilmişdir. Bununla əlaqədar Səfirlik qeyd olunan məlumatı BR Xarici İşlər Nazirliyi vasitəsi ilə lazımi təşkilatlara göndərmişdir.

20.04.2010-cu il tarixində “Bolqarıstan Geosiyasi Əməkdaşlıq” təşkilatının (qeyri-hökumət) üzvü, “Kliment Orxidski” adına Sofiya Dövlət Univetsitetinin doktoru Plamen Dimitrov məktubla Səfirliyə müraciət edərək Akademiya tərəfindən təşkil olunan yay məktəbində iştrak etmək istəyini bildirmişdir. Məktubda P.Dimitrov Xəzərin neft və qaz sahələri üzrə geosiyasətini əks etdirən kitab üzərində işlədiyini qeyd edərək bu yay məktəbində iştirakının onun üçün çox faydalı ola biləcəyini və əgər bu yay məktəbində iştirak edərsə, mühazirələdə iştirak edən Dövlət Neft Şirkətinin nümayəndələri, ekspertləri, iş adamları ilə görüşərək müxtəlif fikir mübadilələrinin aparacağını bildirmişdir.

Həmçinin P.Dimitrov məktubda maddi imkanı zəyif olduğundan bu zəruri istəyini reallaşdırmaq iqtidarında ola bilmədiyini qeyd edərək, yay məktəbində iştirak etmək üçün tələb olunan bütün xərclərin –təhsil, ekskursiya, qida, mehmanxana, nəqliyyat xərclərinin tərəfimizdən ödənilməsini xahiş etmişdir.

Bildirmək istərdim ki, P.Dimitrov enerji məsələri üzrə bir ekspert kimi KİV-də məqalələri, çıxışları ilə ölkədə tanınan bir şəxsdir. O, öz məqalələrində və çıxışlarında dəfələrlə ölkəmizin Avropanın alternativ enerji mənbəyi olduğunu, Azərbaycanla enerji və digər sahələrdə əməkdaşlıqda böyük ehtiyac duyulduğunu qeyd etmişdir.


Yuxarıda qeyd olunanları nəzərə alaraq, P.Dimitrovun istəyinin mümkünlüyünü nəzərdən keçirməyinizi (təhsil, ekskursiya, qida, mehmanxana xərclərinin Akademiya tərəfindən ödənilməsi) xahiş edirik.

Həmçinin qeyd etmək istərdik ki, tərəfinizdən P.Dimitrovun iştirakı təmin edilərsə, onun nəqliyyat(təyyarə bileti)xərcləri Səfirliyin daxili imkanları hesabına ödəniləcəkdir.





AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ

Haradan: SSOF

Haraya: MBHMİ, MİƏİ, MBQİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /10 Tarix: 26.04.10

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 +1 Əlavə olunur:

Məhdudluğu qrifi: Xidməti istifadə üçün

Təcililiyi: Adi Təcili * Çox təcili

Vacibliyi: Adi Vacib * Çox vacib

Əvvəlki müraciətlər:_________________

Məruzə üçün:

Məlumat verilməsi üçün: Nazir müavini X.Xələfov, M.Məmməd-Quliyev

Bununla, Baytarlıq (tibbi) xidməti sahəsində əməkdaşlıq haqqında imzalanması təklif olunan Hökumətlərarası Sazişlə bağlı BR XİN-in notasını və qeyri-rəsmi tərcüməsini diqqətinizə təqdim edirik.



Səfir:

İcraçı: N.Əfəndiyeva

Qeyri- rəsmi tərcümə

Bolqarıstan Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Bolqarıstandakı Səfirliyinə öz dərin hörmət və ehtiramını ifadə edərək Baytarlıq (tibbi) xidməti sahəsində əməkdaşlıq haqqında imzalanması təklif olunan Hökumətlərarası Sazişlə bağlı Bolqarıstan Respublikasının Milli Baytarlıq Tibbi Xidmətinin müraciətini diqqətinizə təqdim edirik:


Bolqarıstan Respublikasının Avropa Birliyinə daxil olması ilə əlaqədar Bolqarıstan Avropa Birliyinin üzvü kimi Avropa Birliyinin Vahid bazarı və ticarəti ilə bağlı müqavilələrin Avropa Birliyinin qeyri-üzvləri ilə müzakirəsinə və imzalanmasına səlahiyyəti yoxdur.
Azərbaycan tərəfindən təklif olunmuş mətndə: “əgər milli qanunvericiliyə uyğundursa” ifadəsi ancaq Avropa Birliyinə üzv olmayan ölkələr arasında tətbiq edilə bilər. Bolqarıstan isə Baytarlıq tibbi xidməti sahəsində Avropa Birliyinin qanunvericiliyinə əsaslanır.
Azərbaycan tərəfindən təqdim olunmuş əməkdaşlıq haqqında layihədəki təkliflər Bolqarıstan tərəfindən qəbul edilmiş Avropa Birliyinin qanunvericiliyinə uyğun gəlmir. Təklif olunan əməkdaşlıq sferasında proqramlar üzrə heyvanların müdafiəsinin yoxlanılmasın, heyvanların və onlardan hazılanan məhsulların gətirilməsi ilə bağlı milli sertifikatların modellərinin mübadiləsi tədbirləri insanların və heyvanların müdafiəsi ilə bağlı olduğundan ticatətlə əlaqəlidir və Avropa Birliyinin Vahid daxili bazarına təsir göstərir.

Azərbaycan Respublikası ilə anlaşma layihəsinin mətnində göstərilən bu hissələr üzrə əməkdaşlıqda yeni forma qəbul edilməlidir.


Bolqarıstan Respublikasının Milli Baytarlıq Tibbi Xidməti ekpertlər səviyyəsində heyvanat aləminin müdafiəsi sahəsində, xəstəliklərə nəzarət üzrə proqramda, qida (yem) təhlükəsizliyində və baytarlıq tibbi xidmətinin sərhəd kontrolunda yardım göstərilməsini təklif edə bilər.



AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ

Haradan: SSOF

Haraya: MBQİ, MTPİ, MXSP Surəti:

Çıxış nömrəsi: SSOF/ /10 Tarix: 26.04.10

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 +1 Əlavə olunur:

Məhdudluğu qrifi: Xidməti istifadə üçün

Təcililiyi: Adi * Təcili Çox təcili

Vacibliyi: Adi Vacib * Çox vacib

Əvvəlki müraciətlər:_________________

Məruzə üçün:

Məlumat verilməsi üçün: Nazir müavini A.Əzimov, X.Xələfov

Məsələyə dair: 21.04.2010-cu il tarixində Kosova Milli Asambleyasının sədri Y.Krasniçinin BolqarIstan Respublikasına səfərinə dair

Səfir:

İcraçı: E.Məmmədov


Məlumat üçün bildiririk ki, 21.04.2010-cu il tarixində Kosova Milli Assambleyasının sədri Yaqub Krasniçi Bolqarsıtanlı həmkarı - Xalq Məclisinin sədri T.Tsaçevanın dəvəti ilə Bolqarıstan Respublikasında 2 günlük rəsmi səfərdə olmuşdur. KİV-də yayılan məlumatlara görə səfərin 1-ci günü Kosova Milli Assambleyasının sədri Y.Krasniçi Bolqarıstan Parlamentinin sədri T.Tsaçeva ilə görüşmüşdür. Görüş zamanı tərəflər iki ölkə arasında yeni yaranan münasibətləri müzakirə etmiş və Kosovanın Avropa strukturlarına, Avropa Birliyinə inteqrasiyası ilə bağlı fikir mübadiləsi aparılmışlar. Müzakirələr zamanı qonaq Y.Krasniçi həmkarı T.Tsaçevaya ölkəsində bütöv Avropanın birləşdirilməsi üçün verə biləcək mövcud dəyərlərin və gənc nəslin olduğunu bildirmişdir.

Həmçinin Y. Krasniçi bu gündən Kosova və Bolqarıstan Parlamentləri arasında rəsmi əlaqələrin əsasının qoyulduğunu və bu əlaqələrin vaxt keçdikcə daha da inkişaf edəcəyinə əmin olduğunu bildirmişdir.

Bolqarıstan Xalq Məclisinin sədri T.Tsaçeva isə qonağa Bolqarıstanın müntəzəm siyasəti ilə coxsaylı etnik tərkibi olan Kosova dünyəvi dövlətinin yaranmasının dəstəkləyədiyini bildirmiş və sevindirici hal kimi bu dünyəviliyin Kosova dövlətinin yeni konstitusiyasında da əks olduğunu qeyd etmişdir.

Sonda Kosova Parlamentinin sədri Y.Krasniçi Bolqarıstan dövlətinə və bolqar xalqına Kosovanın ağır günlərində dəstək və köməklik göstərdiklərinə görə öz dövləti adından təşəkkürünü bildirmiş və Bolqarıstan Parlamentinin sədri T.Tsaçevanı Kosovaya dəvət etmişdir.

Səfərin sonuncu günü Kosova Parlamentinin sədri Y.Krasniçi BR-in Baş naziri B.Borisovla görüşmüşdür. Görüş zamanı tərəflər arasında Balkan bölgəsində hazırki vəziyyət, iki ölkə arasında siyasi sahədə əməkdaşlıq və iqtisadi əlaqələrin inkişaf imkanları müzakirə edilmişdir.


Məlumat üçün diqqətinizə təqdim edirik.



AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ

Haradan: SSOF

Haraya: MBQİ, MİŞİ, MTPİ, MXSP Surəti:

Çıxış nömrəsi: SSOF/ /10 Tarix: 26.04.10

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 +1 Əlavə olunur:

Məhdudluğu qrifi: Xidməti istifadə üçün

Təcililiyi: Adi * Təcili Çox təcili

Vacibliyi: Adi Vacib * Çox vacib

Əvvəlki müraciətlər:_________________

Məruzə üçün:

Məlumat verilməsi üçün: Nazir müavini A.Əzimov, X.Xələfov

Məsələyə dair: 24.04.2010-cu il tarixində Bolqarsıtan Respublikasının Baş naziri B.Borisovun Siriya Ərəb Respublikasına səfəri

Səfir:

İcraçı: E.Məmmədov

Məlumat üçün bildiririk ki, 24.04.2010-cu il tarixində Bolqarıstan Respublikasının Baş naziri B.Borisov həmkarı Siriya Ərəb Respublikasının Baş naziri Məhəmməd Nəjdi Otarinin dəvəti ilə iki günlük rəsmi səfərdə olmuşdur. Səfər zamanı Baş nazir B.Borisov Siriya Ərəb Respublikasının Prezidenti Bəşir Əl Səidlə və həmkarı M.N.Otari ilə görüşmüşdür. Keçirilən görüşlər zamanı tərəflər arasında iki tərəfli münasibətlər, siyasi, iqtisadi, energetika, mədəniyyət, turizm sahələrində əməkdaşlıq məsələləri müzakirə olunmuş, regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadilələri aparılmışdır.

Sonra rəsmilərin iştirakı ilə iki ölkə arasında 3 ədəd - iqtisadi (energetika, turizm, ticarət, maliyyə və s məsələləri özündə əks etdirən), idman, avtomobil nəqliyyatı vasitəsi ilə beynəlxalq sərnişin və yükdaşımalar sahəsində əməkdaşlıq haqqında hökumətlərarası müqavilələr imzalanmışdır.

İmzalanma mərasimindən sonra rəsmilər üçün mətbuat konfransı təşkil olunmuşdur.

B.Borisov çıxışında görüşləri barəsində məlumat verərək, imzalanmış müqavilələrdən, xüsusən də iqtisadi sahədə imzalanmış sazişdən danışmış və bu müqaviləyə əsasən Siriya dövlətinin Bolqarıstana olan xarici borcunun (75 milyon dollar) 24 %-nin yaxın zamanlarda ödəniləcəyini bildirmişdir.

Həmçinin B.Borisov səfərin məhsuldar olduğunu bildirərək, səfərin bolqar iş adamlarının ölkəyə (Siriyaya) investisiya qoyma imkanlarına böyük təkan verəcəyinə əmin olduğunu qeyd etmişdir.

Eyni zamanda Baş nazir B.Borisov Prezident B.Ə.Əsədlə və həmkarı M.N.Otari ilə aparılan danışıqlar zamanı iki ölkə arasında turizmin və ticarət dövrüyəsinin artırılması məqsədi ilə Bolqarıstan Siriya arasında bir başa hava nəqliyyatının yaradılması qərarına gədiklərini, yaxın zamanlarda Sofiya-Dəməşq, Varna-Latakiya, Sofiya-Hələb təyyarə reyslərinin açılacağını KİV-nə bildirmişdir.

Sonra B.Borisov regionda sülh danışıqlarında Bolqarıstanın rolundan danışaraq bu sahədə Siriya dövlətinin Avropa Birliyinin və NATO-nun üzvü, İsrail dövləti ilə müsbət əlaqələri olan, regionu tanıyan ölkə kimi Bolqarıstandan böyük ümidlər gözlədiyini bildirmiş və Siriyasız sülhün bərqərar olmayacağını bir daha qeyd etmişdir.
Mətbuat konfransından sonra rəsmilər birgə təşkil olunmuş biznes foruma qatılmışlar.
Məlumat üçün diqqətinizə təqdim edirik.




AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ

Haradan: SSOF

Haraya: MBQİ, MXSP, MTPİ, MİƏİ,MİNİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /10 Tarix: 27.04.10

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 +2 Əlavə olunur:

Məhdudluğu qrifi: Xidməti istifadə üçün

Təcililiyi: Adi Təcili* Çox təcili

Vacibliyi: Adi Vacib * Çox vacib

Əvvəlki müraciətlər:_________________

Məruzə üçün:

Məlumat verilməsi üçün: Nazir müavini A.Əzimov, X.Xələfov

Məsələyə dair: 23.04.2010-cu il tarixində Bolqarıstan Xalq Məclisində “sabiq Baş nazir S.Stanişev hökumətinin son mandatı dövründə törətdiyi qanun pozuntularına dair” yaradılmış müvəqqəti komissiya tərəfindən təqdim olunmuş hesabatın qəbul edilməsinə dair analitik məlumat

Səfir:

İcraçı: E.Məmmədov

Məlumat üçün bildiririk ki, 23.04.2010-cu il tarixində Bolqarıstan Xalq Məclisinin növbəti sesiyası zamanı xərclənmiş vəsaitlərin, imzalanmış müqavilələrin, qanunsuz təyinatların yoxlanması məqsədi ilə müvəqqəti yaradılmış komissiya tərəfindən tərtib olunmuş “sabiq Baş nazir S.Stanişev hökumətinin son mandatı dövründə törətdiyi qanun pozuntularına dair hesabatı” dinlənilmişdir.

Hesabatda sabiq Baş nazir S.Stanişevin rəhbərlik etdiyi koalisyon hökumətinin son mandatı dövründə dövlət büdcəsinə böyük zərbə vuraraq, küllü miqdarda vəsaitin qeyri-şəfaf şəkildə xərlənməsindən, təkcə son 12 ay ərzində sabiq hökumət tərəfindən 8,4 milyard leva ( təqribən 4,2 milyard avro) xərcləyərək dövlətin fiksal ehtiyatının 30% azalmasına səbəb olması barədə məlumatlar qeyd olunmuşdur. Həmçinin hesabatda biznes sahəsində 150-ə yaxın müqavilənin imzalandığını və onların realizasiyası üçün hökumət tərəfindən 2,4 milyard leva vəsait ayrılsada, bu müqavilələrin maliyyələşmədiyi bildirmişdir. Hesabatda eyni zamanda sabiq koalisyon hökumətin ictimaiyyəti aladadaraq, saxta yollarla guya ölkədə iqtisadi böhranın olmadığını və Bolqarıstanın bu inkişafı ilə Avropanın xəritəsində stabilliyi ilə Avropanın Oazisi olacağı barədə saxta ifadələr verdiyi göstərilmişdir. Bununla yanaşı hesabatda sabiq koalisyon hökumətin son dövrlərində diplomatik missiya başçılarının təyinatları və lazımsız idarəedici orqanların yaradılması tənqid edilmiş, eləcədə şəhərin təmiz saxlanılması, zibil və digər artıqlardan təmizlənməsi məqsədi ilə sabiq hökumət tərəfindən qeyri-qanuni şəkildə “Milli Böhran Komissiyasının” yaradıldığını və həmin komissiyaya 1,4 milyon leva vəsait ayrılsa da, heç bir iş görülmədiyi qeyd olunmuşdur. Sonra hesabatda “AES Belene” atom elektrik stansiyasının tikintisinə, “Tsankov Kamık” iqtisadi layihəsinə, Kırdcala şəhərində su bəndinin tikintisinə məsrəfçilk edərək küllü miqdarda vəsait ayrıldığı və qeyd olunan bütün bu qanun pozuntularında koalisyon hökümətin üzvlərinin başda Baş nazir S.Stanişev olmaqla, sabiq Əmək və Əhalinin Sosial Siyasəti naziri Emilya Maslarova, sabiq Müdafiə naziri Nikolay Tsonev, sabiq Kənd təsərrüfatı və Qida naziri Valeri Tsvetanov və digər şəxlərin adları hallanaraq günahlandırılmışdır.

Parlamentdə qeyd olunan hesabat dinlənildikdən sonra hesabat səsə qoyulmuş və 114 lehinə, 42 əlehinə səslə qəbul edilmişdir. Parlament qeyd olunan qanun pozuntularının araşdırılması və lazımı tədbirlər görülməsi məqsədi ilə hesabatın bir nüsxəsini Bolqarıstan Respublikası Baş Prokurorluğuna göndərilmişdir.

Bildirmək istərdik ki, sabiq koalisyon hökumətə, Prezidentə qarşı son 2 ay ərzində hazırki hökumət tərəfindən 4 dəfə bu cür addımlar atılmış və hər dəfə Prezident, sabiq Baş nazir başda olmaqla hökumət qeyri-qanuni hərəkətlərində, qanun pozuntularında, mafioz quruplara himayədarlıq etməkdə və digər xoşagəlməz hallarda ittiham edilmişdir.

Fikrimizcə hazırki hökumət tərəfindən aparılan bu cür kompaniyalar sabiq koalisyon hökumətdə olan siyasi partiyaların, Prezidentin ölkədəki nüfuzuna xələl gətirilməsinə, ictimaiyyət arasında etibarınının itirilməsinə və bununla da gələcəkdə keçiriləcək hər hansı seçkilərdə məğlubiyyətə düçar edilməsinə xidmət edir və hadisələrin gedişi bu cür qarşıdurmaların hazır ki hökumətin mandatı dövründə müvafiq məqsədlərə nail olmaq üçün süni şəkildə tez-tez yaradılacını və davam edəcəyini gostərir.

Səfirlik bu qarşıdurmaları daim diqqətlə izləməkdədir və maraq kəsb edən məlumatlar yaranacağı təqdirdə dərhal Mərkəzə bildirəcəkdir.

Məlumat üçün diqqətinizə təqdim edirik.



Yüklə 13,38 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin