Çıxış nömrəsi: ssof/ /09 Tarix: 31. 07. 09 Sənəd necə göndərilir


AZƏRBAYCAN RESPUBLİKASININ EMBASSY OF THE REPUBLIC OF



Yüklə 13,38 Mb.
səhifə10/32
tarix06.09.2017
ölçüsü13,38 Mb.
#29098
1   ...   6   7   8   9   10   11   12   13   ...   32

AZƏRBAYCAN RESPUBLİKASININ EMBASSY OF THE REPUBLIC OF

BOLQARISTAN RESPUBLIKASINDAKI AZERBAIJAN IN THE REPUBLIC OF

SƏFİRLİYİ BULGARIA

Tel: (359 2) 817 00 70 Fax: (359 2) 817 00 77 E-mail: sefirlik@azerembsof.com

—————————————————————————————————————————
11.02. 2010-cu il

Azərbaycan Respublikasının

Müdafiə Naziri

cənab S.Əbiyevə

Hörmətli Səfər müəllim,
Fürsətdən istifadə edərək Sizə dərin hörmət və ehtiramımı ifadə edərək məlumat üçün bildirirəm ki, 27 yanvar 2010-cu il tarixində Xalq Məclisində Nazirlər Şurasının Hökumətdə kadr dəyişikliyi edilməsi ilə bağlı qərarına baxılmışdır. Təqdim olunmuş qərarda hazırki müdafiə naziri N.Mladenovun Xarici İşlər naziri vəzifəsinə təyin edilməsi, Müdafiə naziri vəzifəsinə isə Anyu Angelovun (müdafiə nazirinin müavini) təyin olunması qeyd olunmuşdur. Qərar millət vəkilləri arasında səsververməyə çıxarılmış, 127 lehinə 69 əlehinə səslə Parlament tərəfindən qəbul edilərək Nazirlər Şurasının - Anyu Angelovu Bolqarıstan Respublikasının Müdafiə naziri vəzifəsinə təyin edilməsi qərarı təsdiq edilmişdir. (bu barədə AR XİN-ə məktub göndərilmişdir)

Bununla əlaqədar, tərəfinizdən yeni həmkarınız Anyu Angelova Bolqarıstan Respublikasının yeni Müdafiə naziri təyin edilməsi münasibəti ilə təbrik məktubunun göndərilməsini məqsədəuyğun hesab edirik.

Əlavə olunur: Anyu Angelovun tərcümeyi halı

Dərin hörmətlə,


Səfir E.Zeynalov

Azərbaycan Respublikasının

Mədəniyyət və Turizm

naziri cənab Ə.Qarayevə

Hörmətli Əbülfəz müəllim,
Fürsətdən istifadə edərək Sizə dərin hörmət və ehtiramımı ifadə edərək bildirirəm ki, 18.02.2010-cu il tarixində Bolqarıstan Respublikasının Mədəniyyət Nazirliyindən Səfirliyə daxil olmuş məktubda Sizin dəvətinizlə Bolqarıstan Respublikasının Mədəniyyət naziri V.Rəşidovun 2010-cu il aprel ayının əvvələrində Azərbaycana səfər etməsinə hazır olduğu qeyd olunmuşdur. Həmçinin səfər zamanı Mədəniyyət sahəsində Hökumətlərarası sazişin imzalanmasının nəzərdə tutulduğu və tərəflər arasında keçiriləcək ikitətəfli görüşlərdə Bolqarıstanda Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsi ilə bağlı konkret məsələlərin müzakirə ediləcəyi eləcə də Mədəniyyət Günlərinin 2010-cu ilin 2-ci yarısında keçirilməsi təklifi qeyd olunmuşdur.

Bununla əlaqədar səfərin tarixlərinin müəyyənləşdirilməsi, qarşı tərəfə çatdırılması üçün bizə məlumat verilməsinə dair göstəriş verməyinizi, həmçinin səfər zamanı Mədəniyyət günlərinin keçirilməsi ilə bağlı əldə olunacaq razılıq barədə bizi məlumatlandırmağınızı xahiş edirəm.



Dərin hörmətlə,


Səfir E.Zeynalov


AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MBQİ,MİƏİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /10 Tarix: 11.02.2010

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 +1 Əlavə olunur:

Məhdudluğu qrifi: Xidməti istifadə üçün

Təcililiyi: Adi * Təcili Çox təcili

Vacibliyi: Adi Vacib * Çox vacib

Əvvəlki müraciətlər:_________________
Məruzə üçün:

Məlumat verilməsi üçün: Nazir müavini M.Məmməd-Quliyev, X.Xələfov
Məsələyə dair: Bolqarıstan Respublikasının Baş naziri B.Borisovun Böyük Britaniya Krallığına səfəri
Səfir:

İcraçı: E.Məmmədov


Mərkəzin S/15-2875/05/10 saylı, 22.02.2010-cu il tarixli məktubu ilə əlaqədar bildirmək istərdik ki, Albaniyanın Dürres şəhərinin yaxınlığında Adriatik dəniz sahillərində qəza vəziyyətində düşmüş Türkiyənin “Premyer” yük gəmisinin ekipaj heyyəti arasında olan 8 nəfər Azərbaycan vətəndaşına hüquqi yardım göstərilməsi üçün Səfirliyin əməkdaşlarının ezam olunmaları və bu yöndə müvafiq görüşlərin keçirilməsində onlara lazımi köməklik göstərilməsi məqsədi ilə Səfirlik tərəfindən Albaniyanın Bolqarıstandakı Səfirliyinə nota göndərilmiş və viza alınması üçün müraciət edilmişdir. Albaniya Səfirliyi bu məsələnin araşdırılnması və müvafiq köməklik göstərilməsi üçün Mərkəzə məlumat veriləcəyini bildirmişdir. Hazırda Albaniya Səfirliyindən cavab gözlənilir və


AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MHMİ,MBQİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /10 Tarix: 04.03.2010

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 +1 Əlavə olunur:

Məhdudluğu qrifi: Xidməti istifadə üçün

Təcililiyi: Adi Təcili * Çox təcili

Vacibliyi: Adi Vacib * Çox vacib

Əvvəlki müraciətlər:_________________
Məruzə üçün:

Məlumat verilməsi üçün: Nazir müavini X.Xələfov
Bununla, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi ilə Bolqarıstan Respublikası Özəlləşdirmə Aqentliyi arasında əməkdaşlıq haqqında Azərbaycan tərəfindən təqdim edilmiş Memorandum layihəsi ilə bağlı BR Özəlləşdirmə Aqentliyinin təkliflərini (əlavələr və dəyişikliklər) əks etdirən BR Xarici İşlər Nazirliyinin notasını diqqətinizə təqdim edirik
Səfir:

İcraçı: A.Əliyeva




AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MHMİ,MBQİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /10 Tarix: 04.03.2010

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 +1 Əlavə olunur:

Məhdudluğu qrifi: Xidməti istifadə üçün

Təcililiyi: Adi* Təcili Çox təcili

Vacibliyi: Adi Vacib * Çox vacib

Əvvəlki müraciətlər:_________________
Məruzə üçün:

Məlumat verilməsi üçün: Nazir müavini X.Xələfov, Azərbaycan Respublikasının Milli Elmlər Akademiyasının prezidenti M.Kərimova
Məsələyə dair: Cari ilin 25 fevral tarixində Bolqarıstan Elmlər Akameiyasının sədri akademik Nikola Sabotinovla keçirilmiş görüşə dair
Səfir:

İcraçı: A.Əliyeva





Məlumat üçün bildiririk ki, 25 fevral 2010-cu il tarixində Səıfirliyin təşəbbüsü ilə Bolqarıstan Elmlər Akameiyasının sədri akademik Nikola Sabotinovla görüş keçirilmişdir. Görüş zamanı akademik Nikola Sabotinov Səfir E.Zeynalova və görüşdə iştirak edən Səfirliyin əməkdaşlarına – Səfirliyin birinci katibi N.Əfəndiyevaya, attaşesi A.Əliyevaya Bolqarıstan Elmlər Akademiyasının tarixindən, fəaliyyətindən qısa məlumat verərək Akamdemiyanın qarşıya qoyduğu vacib məsələlərini, prioritetlərini açıqlamışdır.

Səfir E.Zeynalov isə görüş iştirakçılarına (akademiyanın sədri N.Sabotinova, sədr müavini Simyon Angelova) ölkəmizin tarixindən, mədəniyyətindən, iki ölkə arasında mövcud olan yüksək səviyyəli münasibətlərdən və müxtəlif sahələr üzrə mövcud olan hüquqi bazadan, dövlətimizin elmə təhsilə göstərdiyi qayğıdan, eləcədə Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsindən, Ermənistanın təcavüzkar siyasətindən, ermənilərin tarixən xalqımıza qarşı törətdiyi vəhşiliklərdən, Xocalı Soyqırımından bəhs etmişdir.

Sonra Səfir E.Zeynalov ölkələrimiz arasında bu sahə üzrə də əməkdaşlığın inkişaf etdirilməsini zəruri hesab edərək Bolqarıstan Elmlər Akameiyası ilə Azərbaycan Elmlər Akademiyası arasında əməkdaşlıq haqqında Sazişin imzalanmasını cənab Nikola Sabotinova təklif etmiş və bu məqsədlə ölkəmizə səfərə dəvət etmişdir.

Akademik cənab N.Sabotinov Səfir E.Zeynalova dəvətə və verilmiş təklifə görə təşəkkür edərək, səfərə və səfər zamanı sazişin imzalanmasına hazır olduğunu bildirmişdir.

Sonda cənab N.Sabotinov xalqımıza qarşı törədilən Xocalı Soyqırımı ilə bağlı ölkəmizə dərin hüznlə baş sağlığı vermişdir.

Yuxarıda qeyd olunanları nəzərə alaraq ölkələrimiz arasında müvafiq sazişin imzalanması üçün Bolqarıstan Elmlər Akameyasının sədri akademik Nikola Sabotinovun ölkəmizə səfərinin təşkil edilməsini və səfərinin tarixlərini müəyyən edərək bizi ( Səfirliyə) məlumatlandırmağınızı xahiş edirik.




AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MBQİ,MİƏİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /10 Tarix: 11.02.2010

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 +1 Əlavə olunur:

Məhdudluğu qrifi: Xidməti istifadə üçün

Təcililiyi: Adi * Təcili Çox təcili

Vacibliyi: Adi Vacib * Çox vacib

Əvvəlki müraciətlər:_________________
Məruzə üçün:

Məlumat verilməsi üçün: Nazir müavini M.Məmməd-Quliyev, X.Xələfov
Məsələyə dair: Bolqarıstan Respublikasının Baş naziri B.Borisovun Böyük Britaniya Krallığına səfəri
Səfir:

İcraçı: E.Məmmədov



AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MBQİ, MXSP, MİHİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /10 Tarix: 10.03.2010

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 +5 Əlavə olunur:

Məhdudluğu qrifi: Xidməti istifadə üçün

Təcililiyi: Adi Təcili * Çox təcili

Vacibliyi: Adi Vacib * Çox vacib

Əvvəlki müraciətlər:_________________
Məruzə üçün:

Məlumat verilməsi üçün: Nazir müavini A.Əzimov, M.Məmməd Quliyev, X.Xələfov, Azərbaycan-Bolqarıstan Parlamentlərarası dostluq qrupunun sədri ( AR tərəfindən) millət vəkili Ə.Hüseynov
Məsələyə dair: Cari ilin 05 mart tarixində Azərbaycan–Bolqarıstan Parlamentlərarası dostluq qrupunun yeni üzvləri ilə Xalq Məclisində keçirilmiş görüşə dair

Səfir:

İcraçı: A.Əliyeva

Məlumat üçün bildiririk ki, 05 mart 2010-cu il tarixində Azərbaycan–Bolqarıstan Parlamentlərarası dostluq qrupunun sədri, millət vəkili Rəmzi Osmanın dəvəti ilə Parlamentlərarası dostluq qurupunun yeni üzvləri ilə tanışlıq məqsədi ilə Parlamentdə Səfir E.Zeynalovla görüş keçirilmişdir.

Görüş zamanı millət vəkili R.Osman dostluq qurupunun yeni üzvlərini Səfir E.Zeynalova təqdim edərək, Azərbaycan–Bolqarıstan Parlamentlərarası dostluq qrupları arasında mövcud olan sıx müsbət münasibətlərin yeni üzvlərlərin əməkdaşlığı ilə daha da inkişaf etdiriləcəyinə əmin olduğunu bildirmişdir.

Səfir E.Zeynalov isə öz növbəsində görüşdə iştirak edən dostluq qrupunun yeni üzvlərinə Azərbaycan-Bolqarıstan Respublikaları arasında yüksək səviyyədə olan ikitərəfli, çoxtərəfli münasibətlərdən, bu münasibətlərin inkişafında Parlamentlərarası dostluq qrupunun rolundan və dostluq qrupları arasındakı sıx münasibətlərdən danışaraq bu əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün müvafiq işlərin aparılmasının, qarşılıqlı səfərlərin təşkil edilməsinin zəruriliyini vurğulamışdır. Həmçinin E.Zeynalov qrup üzvlərinin diqqətinə Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsini, Ermənistanın təcavüzkar siyasətini, ermənilərin tarixən xalqımıza qarşı törətdiyi vəhşilikləri (Xocalı Soyqırımını, mart soyqırımını), ermənilərin qondarma əməllərini (qondarma erməni soyqırımını) çatdıraraq, onları Dağlıq Qarabağ münaqişəsi, Dağlıq Qarabağ separatçı rejiminin ifşa edilməsi, münaqişənin Azərbaycan ərazi bütövlüyü çərçivəsində həllində Bolqarıstanın dəstəyi və ölkələrimiz üçün maraq kəsb edən digər məsələlərlə bağlı Parlamentdə fəal iş aparmağa çağırmışdır.

Sonda dostluq qrupunun sədri, millət vəkili R.Osman Parlamentlər arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxın zamanlarda işgüzar qrupların yaradılacağı barədə Səfir E.Zeynalova və görüş iştirakçılarına məlumat vermişdir.

Görüşdə dostluq qrupunun 14 üzvü və Səfirliyin birinci katibi E.Həsənov, birinci katibi N.Əfəndiyeva, attaşe A.Əliyeva iştirak etmişdir.
Məlumat üçün diqqətinizə təqdim edirik.
Əlavə olunur: Azərbaycan –Bolqarıstan Parlamentlərarası dostluq qrupunun yeni üzvləri - 4 səhifə



AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MİNİ, MMVİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /10 Tarix: 10.03.2010

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 +1 Əlavə olunur:

Məhdudluğu qrifi: Xidməti istifadə üçün

Təcililiyi: Adi* Təcili Çox təcili

Vacibliyi: Adi Vacib * Çox vacib

Əvvəlki müraciətlər:_________________
Məruzə üçün:

Məlumat verilməsi üçün: Nazir müavini V.Sadıqov
Mərkəzin S/12-2953/12/10 saylı, 23.02 2010-cu il tarixli mətubu ilə əlaqədar Bakı jurnalına abunə olmaq
Səfir:

İcraçı: A.Əliyeva




AZƏRBAYCAN RESPUBLİKASININ EMBASSY OF THE REPUBLIC OF

BOLQARISTAN RESPUBLIKASINDAKI AZERBAIJAN IN THE REPUBLIC OF

SƏFİRLİYİ BULGARIA

Tel: (359 2) 817 00 70 Fax: (359 2) 817 00 77 E-mail: sefirlik@azerembsof.com

—————————————————————————————————————————
___________

Azərbaycan Respublikasının

Prezident Administrasiyasının

Xarici Əlaqələr şöbəsinin

müdiri cənab N.Məmmədova

Hörmətli Novruz müəllim,


Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevin adından elektron formatda 05.03.2010-cu il tarixində Səfirliyə ünvanlanan məktubunuzla əlaqədar, Bolqarıstan KİV-də Səfirliyin köməyi ilə Azərbaycan haqqında dərc olunmuş məqalələrin surətini və Səfirliyin əməkdaşlıq etdiyi KİV-nin, eləcə də jurnalistlərin siyahısını diqqətinizə təqdim edirik.
Hörmətlə,
Səfir E.Zeynalov

AZƏRBAYCAN RESPUBLİKASININ EMBASSY OF THE REPUBLIC OF

BOLQARISTAN RESPUBLIKASINDAKI AZERBAIJAN IN THE REPUBLIC OF

SƏFİRLİYİ BULGARIA

Tel: (359 2) 817 00 70 Fax: (359 2) 817 00 77 E-mail: sefirlik@azerembsof.com

—————————————————————————————————————————
___________

Azərbaycan Respublikasının

Prezident Administrasiyasının

Xarici Əlaqələr şöbəsinin

müdiri cənab N.Məmmədova

Hörmətli Novruz müəllim,


Məlumat üçün bildiririk ki, 05.03.2010-cu il tarixində Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevin adından (Xarici əlaqələr şöbəsinin elektron ünvanından) elektron formatda Səfirliyin elektron ünvanına məktub daxil olmuşdur. Məktubda akreditə olunduğumuz ölkədə KİV-də Azərbaycan haqqında dərc olunmuş məqalələrin surətinin və əməkdaşlıq etdiyimiz KİV-nin, eləcə də jurnalistlərin siyahısının göndərilməsi tələb olunmuşdur.

Bununla əlaqədar tələb olunan məlumatları diqqətinizə təqdim edirik.



Əlavə olunur:2 səhifə KİV-nin və jurnalistərin adları, 10 ədəd word formatda fayl
Hörmətlə,
Səfir E.Zeynalov


  1. Qazetlər




  • “Standart”

  • “Trud”

  • “Duma”

  • “Teleqraf”

  • “Zaman”




  1. Jurnallar




  • “One World” (beynəlxalq jurnal)

  • “Bulgarian Diplomatic Review”

  • “Happy Weekend”

  • “GUAM” (2006-cı ildə Səfirliyimiz tərəfindən təsis edilmiş “GUAM klubu” tərəfindən nəşr etdirilir)

  • Akkord (Bakıda nəşr olunur, Azərbaycan-Bolqarıstan münasibətlərini əks etdirir)




  1. Səfirlik tərəfindən nəşr etdirilən kitablar və broşuralar




  • “Qafqaz Qambiti” (müəllifi Bolqarıstanın tanınmış tarix və beynəlxaq əlaqələr elmləri üzrə eksperti professor Nina Dülgərovadır)

  • “Leyli və Məcnun” (professor İvan İvanov tərəfindən tərcümə edilmişdir)

  • “Azərbaycan Xalqının Ümummilli Lideri” – broşura

  • 28 may Respublika günü münasibəti ilə “Azərbaycan Respublikasının Bolqarıstandakı Səfirliyinin xüsusi buraxılışı” - broşura




  1. Televiziya və radiolar




  • “MSAT”- Milli Bolqarıstan kanalı (bu kanalda Xocalı soyqırımına, Dağlıq Qarabağ münaqişəsinə, Azərbaycana həsr olunmuş verlişlər, Səfirin müsahibələri ilə efirə getmişdir–CD diskləri mövcuddur)

  • “EBF”- Bolqarıstanın iqtisadiyyat kanalı ( bu kanalda iki ölkə arasında iqtisadi münasibətlərə, turizmə, mədəniyyətə həsr olunmuş verlişlər, Səfirin müsahibələri ilə efirə getmişdir–CD diskləri mövcuddur)

  • “BNR” –Bolqarıstan Milli Radiosu (bu radioda Azərbaycan- Bolqarıstan münasibətlərinə həsr olunmuş verlişlər, Səfirin müsahibələri ilə efirə getmişdir –CD diskləri mövcuddur)



  1. Jurnalistlər




  • Emil Vılkov - Bolqarıstan Jurnalistlər Birliyinin sədri

  • Stefan Milov, baş redaktor Silvia Qrozeva – “MSAT” televiziyası

  • Qalya Klark - “EBF” televiziyası

  • Jeni Yotova –“BNR” radiosu

  • İren Delçeva, Toni Peteva – “Standart” qazeti

  • Eken Demirkaya – “Zaman” qazeti

  • Ahmed Talib, Karina Todorova - “One World” jurnalı

  • Ralitsa Dukadinova - “Bulgarian Diplomatic Review” jurnalı

  • Kalina Krstiyeva - “Happy Weekend” jurnalı

  • Mariya Hüseynova - “Akkord” jurnalı



AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MİNİ, MMVİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /10 Tarix: 15.03.2010

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 Əlavə olunur:

Məhdudluğu qrifi: Xidməti istifadə üçün

Təcililiyi: Adi* Təcili Çox təcili

Vacibliyi: Adi Vacib * Çox vacib

Əvvəlki müraciətlər:_________________

Məruzə üçün:

Məlumat verilməsi üçün: Nazir müavini V.Sadıqov
Mərkəzin S/12-2953/12/10 saylı, 23.02 2010-cu il tarixli məktubu ilə əlaqədar, rus dilində Moskvada nəşr olunan Bakı jurnalının hər nömrəsindən 3 nüsxə göndərilməsini və abunə haqqını Mərkəzdən Səfirliyin hesabından ödənilməsini xahiş edirik.
Səfir:

İcraçı: A.Əliyeva



AZƏRBAYCAN RESPUBLİKASININ EMBASSY OF THE REPUBLIC OF

BOLQARISTAN RESPUBLIKASINDAKI AZERBAIJAN IN THE REPUBLIC OF

SƏFİRLİYİ BULGARIA

Tel: (359 2) 817 00 70 Fax: (359 2) 817 00 77 E-mail: sefirlik@azerembsof.com

—————————————————————————————————————————
___________

Azərbaycan Respublikasının

Nəqliyyat naziri

cənab Z.Məmmədova


Hörmətli Ziya müəllim,


Fürsətdən istifadə edərək Sizə dərin hörmət və ehtiramımı ifadə edərək Bolqarıstan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyi çərçivəsində təşkilata üzv ölkələrin Nəqliyyat nazirlərinin 15 aprel 2010-cu il tarixində Sofiyada keçiriləcək iclasında iştirak etmək üçün Bolqarıstan Respublikasının Nəqliyyat, informasiya texnoloqiyaları və komunikasiyalar naziri A.Tsvetkovun Sizə ünvanlanmış dəvət məktubunu və iclasın proqramını diqqətinizə təqdim edirəm.
Əlavə olunur: dəvət məktubu və proqram - 8 səhifə
Hörmətlə,
Səfir E.Zeynalov


AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MİƏİ, MBQİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /10 Tarix: 19.03.2010

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

Səhifələrin sayı: 1 Əlavə olunur: dəvət məktubu və proqram - 8 səhifə

Məhdudluğu qrifi: Xidməti istifadə üçün

Təcililiyi: Adi Təcili * Çox təcili

Vacibliyi: Adi Vacib * Çox vacib

Əvvəlki müraciətlər:_________________

Məruzə üçün:

Məlumat verilməsi üçün: Nazir müavini M.Məmməd-Quliyev, X.Xələfov
Bununla, Bolqarıstan Respublikasının QDİƏT-ə sədrliyi çərçivəsində təşkilata üzv ölkələrin Nəqliyyat nazirlərinin 15 aprel 2010-cu il tarixində Sofiyada keçiriləcək iclasında iştirak etmək üçün BR Nəqliyyat, informasiya texnoloqiyaları və komunikasiyalar naziri A.Tsvetkovun AR Nəqliyyat naziri Z.Məmmədova ünvanlanmış dəvət məktubunu və iclasın proqramını diqqətinizə təqdim edir və qarşı tərəfə (Nəqliyyat Nazirliyinə) çatdırılmasında yardımçı olmağınızı xahiş edirik.
Səfir:

İcraçı: A.Əliyeva





AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MBQİ,MİƏİ, MXSP, MTPİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /10 Tarix: 23.03.2010

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

Yüklə 13,38 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin