cü il tarixində əlavə edilib 1 Kiçik qan dövranınin əsas funksiyasına aşağıdakılardan hansı daxil deyildir?


) Ürək astması və ağciyər ödeminin yaranması nə ilə əlaqədardır?(SM - sol mədəcik)



Yüklə 1,07 Mb.
səhifə19/19
tarix07.01.2017
ölçüsü1,07 Mb.
#4529
1   ...   11   12   13   14   15   16   17   18   19

867) Ürək astması və ağciyər ödeminin yaranması nə ilə əlaqədardır?(SM - sol mədəcik)

1. SM - in yığılma qabiliyyətinin tez və xeyli azalması

2. böyük qan dövranında qan durğunluğu

3. kiçik qan dövranında qan durğunluğu

4. ürəyə qanın venoz axınının artması

5. SM - in yığılma qabiliyyətinin tez və xeyli artması
A) 3, 4, 5

B) 4, 5


C) 2, 4

D) 1, 3, 4

E) 1, 2, 4
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 75
868) Ürək çatmamazlığı olan xəstələrdə ürəkdöyünmənin əmələ qəlməsi nə ilə əlaqədardır? (SAS - simpat - adrenal sistem, RAAS - renin - angiotenzin - aldosteron sistemi).
A) SAS - ın aktivləşməsi hesabına yaranan sinus taxikardiyası ilə

B) SAS - ın və RAAS - in aktivləşməsi hesabına yaranan sinus taxikardiyası ilə

C) RAAS - ın aktivləşməsi hesabına yaranan sinus taxikardiyası ilə

D) RAAS - ın aktivləşməsi hesabına yaranan sinus bradikardiyası ilə

E) SAS - ın aktivləşməsi hesabına yaranan sinus bradikardiyası ilə
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 76
869) Böyük qan dövranının venoz yatağında qan durgunluğu hesabına yaranan sağ mədəcik çatmışmazlığı zamanı hansı simptomlar üstünlük təşkil edir?

1. boğulma

2. xaya və cinsiyyət orqanların ödemi

3. sianoz

4. boşluqların maye ilə dolması (assit, hidrotoraks, hidroperikard)

5. ortopnoe vəziyyəti
A) 1, 3, 5

B) 1, 2, 4

C) 2, 3, 4

D) 3, 4, 5

E) 2, 4, 5
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система).«Бином - пресс», 2007, стр.77
870) Xroniki ürək çatmışmazlığı olan xəstələrdə sianozun səbəbi nədir?
A) periferiyada qan axınının artması hesabına oksigenin toxumalar tərəfindən ekstraksiyasının azalması

B) periferiyada qan axınının zəifləməsi hesabına oksigenin toxumalar tərəfindən ekstraksiyasının artması

C) periferiyada qan axınının artması hesabına oksigenin toxumalar tərəfindən ekstraksiyasının artması

D) periferiyada normal qan axını və oksigenin toxumalar tərəfindən ekstraksiyasının artması

E) periferiyada qan axınının zəifləməsi hesabına oksigenin toxumalar tərəfindən ekstraksiyasının azalması
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр.77
871) Sağ mədəcik və ya biventrikulyar ürək çatmamazlığı olan xəstələrdə odemlər hansı səbəblərlə təzahür olunur? (RAAS - renin - anqiotenzin - aldosteron sistemi, POT - plazmanın onkotik təzyiqi).

1. böyük qan dövranının venoz yatağında hidrostatik təzyiqin qalxması ilə

2. qara ciyərdə qanın durğunluğunun və zülal sintezinin pozulması nəticəsində POT - in enməsi ilə

3. RAAS - ın aktivləşməsi hesabına yaranan damar keçriciliyi pozuntusu, natrium və suyun orqanizmdə saxlanması ilə

4. böyük qan dövranının venoz yatağında hidrostatik təzyiqin enməsi ilə

5. qara ciyərdə qanın durğunluğunun və zülal sintezinin pozulması nəticəsində POT - in qalxması ilə
A) 1, 2, 4

B) 1, 2, 3

C) 3, 4, 5

D) 1, 3, 5

E) 2, 4, 5
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 77
872) Xroniki ürək çatmamazlığı olan xəstələrdə boyun venalarının şişməsi zamanı hansı hemodinamik dəyişikliklər vacib klinik əlamət hesab olunur?

1. mərkəzi venoz təzyiqin, belə ki, sağ qulaqcıqdakı təzyiqin yüksəlməsi

2. böyük qan dövranının venoz yatağında qan durğunluğu

3. mərkəzi venoz təzyiqin, belə ki, sol qulaqcıqdakı təzyiqin enməsi

4. kiçik qan dövranının venoz yatağında qan durğunluğu

5. mərkəzi venoz təzyiqin, belə ki, aortadakı təzyiqin yüksəlməsi
A) 2, 4, 5

B) 1, 2, 4

C) 1, 3

D) 3, 4


E) 1, 2
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 80
873) Abdominal - yuqulyar (və ya hepato - yuqulyar) reflyuks yüksək mərkəzi venoz təzyiqin etibarlı göstəricisi hesab olunur. Abdominal - yuqulyar sınaq necə aparılır?
A) əlin ovuc hissəsilə qarın boşluğunun ön divarının sidik kisəsi nahiyyəsini davamlı (5 dəq.ərzində) sıxmaq yolu ilə

B) əlin ovuc hissəsilə qarın boşluğunun ön divarının göbəkətrafı nahiyyəsini qısa müddətdə (10 san.ərzində) sıxmaq yolu ilə

C) əlin ovuc hissəsilə qarın boşluğunun ön divarının kor bağırsaq nahiyyəsini davamlı (10 dəq.ərzində) sıxmaq yolu ilə

D) əlin ovuc hissəsilə qarın boşluğunun ön divarının sidik kisəsi nahiyyəsini qısa müddətdə (10 san.ərzində) sıxmaq yolu ilə

E) əlin ovuc hissəsilə qarın boşluğunun ön divarının göbəkətrafı nahiyyəsini davamlı (5 dəq.ərzində) sıxmaq yolu ilə
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 84
874) Abdominal - yuqulyar sınaqın nəticəsinin qiymətləndirilməsi nəyin səbəbini dəqiqləşdirməyə imkan yaradır?
A) periferik ödemlərin, əsasən o hallarda, nə vaxt ki, boyun venaları nəzərə çarpacaq genişlənib və sağ mədəcik çatmamazlığının digər xarici əlamətləri vardır

B) periferik ödemlərin, əsasən o hallarda, nə vaxt ki, boyun venaları nəzərə çarpacaq dərəcədə genişlənib

C) periferik ödemlərin, əsasən o hallarda, nə vaxt ki, boyun venaları nəzərə çarpacaq genişlənib və sol mədəcik çatmamazlığının xarici əlamətləri vardır

D) periferik ödemlərin, əsasən o hallarda, nə vaxt ki, boyun venalarının nəzərə çarpacaq genişlənməsi və ya sağ mədəcik çatmamazlığının digər xarici əlamətləri olmur

E) periferik ödemlərin, əsasən o hallarda, nə vaxt ki, boyun venalarının nəzərə çarpacaq genişlənməsi və sol mədəcik çatmamazlığının digər xarici əlamətləri olmur
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 83
875) Abdominal - yuqulyar sınaqın müsbət nəticəsi nəyə dəlalət edir?
A) sol mədəcik çatışmazlığı səbəbindən böyuk qan dövranın venalarında durğunluğun olmasına

B) sol mədəcik çatışmazlığı səbəbindən kiçik qan dövranın venalarında durğunluğun olmasına

C) sağ mədəcik çatışmazlığı səbəbindən böyük və kiçik qan dövranın venalarında durğunluğun olmasına

D) sağ mədəcik çatışmazlığı səbəbindən kiçik qan dövranın venalarında durğunluğun olmasına

E) sağ mədəcik çatışmazlığı səbəbindən böyuk qan dövranın venalarında durğunluğun olmasına
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 83
876) Biventrikulyar xroniki ürək çatışmazlığı olan xəstələr necə görünür («Korvizar» sifəti)?

1. ağzı yarımaçıq olur

2. sifət şişkinliyi

3. boyun venalarının şişməsi

4. dodaqların və burunun ucunun nəzərə çarpacaq sianozu olmaqla üzün rəngi sarımtıl - avazımış

5. akrosianoz
A) 3, 4, 5

B) 1, 3, 5

C) 1, 2, 4

D) 2, 4, 5

E) 2, 3, 5
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 83
877) «Ürək kaxeksiyasının» baş vermə səbəbini nə ilə əlaqələndirirlər? (SAS - simpatiko - adrenal sistem, RAAS - renin - angiotenzin - aldosteron sistem).

1. daxili üzvlərin və skelet əzələlərinin perfuziyasının kritik azalması hesabına, nəzərə çarpacaq distrofik dəyişikliklərilərlə

2. SAS - ın, RAAS - ın və digər neyrohormonal sistemlərin uzunmüddətli hiperaktivasiyası səbəbindən

3. daxili üzvlərin və skelet əzələlərinin perfuziyasının artması hesabına , nəzərə çarpacaq distrofik dəyişikliklərilərlə

4. daxili üzvlərin, skelet əzələlərinin və baş beyin perfuziyasının kritik artması hesabına, nəzərə çarpacaq distrofik dəyişikliklərilərlə

5. SAS - ın uzunmüddətli hiperaktivasiyası
A) 2, 4

B) 3, 4, 5

C) 1, 2

D) 2, 3


E) 1, 3, 5
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистаясистема). «Бином - пресс», 2007, стр. 83
878) Ağciyərlərin həddindən artıq qanla dolması ilə bağlı olan ağciyər toxumasının rigidliyinin artmasına gətirib çıxaran ağır vəziyyətlərdə nə baş verir?
A) taxipnoe xarakterli təngnəfəslik

B) inspirator dispnoe xarakterli təngnəfəslik

C) ekspirator xarakterli təngnəfəslik

D) apnoe epizodları ilə əvəzlənən təngnəfəslik

E) qarışıq xarakterli təngnəfəslik
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 83
879) Xroniki ürək çatmamazlığı olan (XÜÇ) hansı xəstələrdə hidrotoraks rast gəlinir və əsasən, o, harada lokalizə olunur?
A) sağ mədəcik XÜÇ - ğı olan xəstələrdə və sol plevral boşluqda lokalizə olunur

B) sol mədəcik XÜÇ - ğı olan xəstələrdə və sol plevral boşluqda lokalizə olunur

C) biventrikulyar XÜÇ - ğı olan xəstələrdə və cox vaxt sol plevral boşluqda lokalizə olunur

D) sağ mədəcik XÜÇ - ğı olan xəstələrdə və sağ plevral boşluqda lokalizə olunur

E) biventrikulyar XÜÇ - ğı olan xəstələrdə və adətən sağ plevra boşluqda lokalizə olunur
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 84
880) Nəzərə çarpan sistolik disfunksiya və sol mədəciyin dilatasiyası olan xroniki ürək çatışmazlıqlı xəstələrdə çox vaxt auskultasiyada nə müəyyən olunur?

1. ürəyin əlavə patoloji III tonu

2. ürəyin əlavə patoloji IV tonu

3. üçhissəli protodiastolik qalop ritmi

4. mezodiastolik qalop ritmi

5. presistolik qalop ritmi
A) 1,2

B) 2, 4, 5

C) 2, 3, 5

D) 3, 4


E) 1, 3
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 86; А.Л.Гребнев. Пропедевтика внутренних болезней.2001, стр. 153
881) Xroniki ürək çatışmazlığı olan, əsasən yığılma sürəti və dilatasiyaya uğramış sol mədəcik boşalmasının zəifləmələsinə dəlalət edən əksər xəstələrdə nə eşidilir?
A) ürəkdə I tonun zəifləməsi və ağ ciyr arteriyası üzərındə II tonun aksenti

B) ürəkdə I ton qüclənməsi və ağ ciyər arteriyası üzərındə II tonun aksenti

C) ürəkdə I və II əsas tonların güclənməsi

D) ürəkdə I tonunun zəifləməsi və aorta üzərındə II tonun aksenti

E) ürəkdə I və II əsas tonların zəifləməsi
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 86
882) II mərhələ xroniki ürək çatmamazlığı olan xəstələrdə hansı hemodinamik dəyişikliklər baş verir? (N.D.Strajesko və V.X.Vasilenko təsnifatı əsasən).
A) sakit halda kiçik və/ və ya böyük qan dövranında qan durğunluğu şəklində mövcud olan hemodinamik dəyişikliklər

B) nəzərə çarpan hemodinamik dəyişikliklər və ancaq böyük qan dövranında venoz durğunluq əlamətləri, həmçinin orqan və toxumaların əhəmiyyətli perfuziya və metabolizm pozuntuları

C) sakit halda hemodinamik dəyişikliklər olmur və ancaq fiziki hərəkət zamanı meydana çıxır

D) nəzərə çarpan hemodinamik dəyişikliklər və hər iki qan dövranında venoz durğunluq əlamətləri, həmçinin orqan və toxumaların əhəmiyyətli perfuziya və metabolizm pozuntuları

E) nəzərə çarpan hemodinamik dəyişikliklər və ancaq kiçik qan dövranında venoz durğunluq əlamətləri, həmçinin orqan və toxumaların əhəmiyyətli perfuziya və metabolizm pozuntuları
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 91.
883) I funksional sinif xroniki ürək çatmamazlığı olan xəstələrə nəyin əsasında diaqnoz qoyulur? (Nyu - York ürək assosiasiyasının təsnifatına əsaslanaraq).
A) Fiziki aktivlik bir qədər məhdudlaşıb. Sakitlikdə hər - hansı bir patoloji simptomlar yoxdur. Adi fiziki yük zəiflik, yorulma, ürəkdöyünmə, təngnəfəslik və başqa simptomlar yaradır

B) Fiziki aktivlik kəskin məhdudlaşıb. Yalnız sakit halda xəstə özünü yaxşı hiss edir, lakin adi fiziki yük zəiflik, ürəkdöyünmə, təngnəfəslik və başqa əlamətlərin əmələ gəlməsinə səbəb olur

C) Narahatsızlıqsız hər - hansı bir yükün öhdəsindən gəlmək mümkünsüzdür. Sakit halda ürək çatmamazlığının simptomları vardır və hər hansı fiziki yük zamanı artır

D) Fiziki aktivlikdə məhdudlaşma yoxdur. Adi fiziki yük nəzərə carpan yorğunluq, zəiflik, təngnəfəslik və ya ürəkdöyünmə yaratmır

E) Xəstə veloerqometrdə 150 - 300 kqm/dəq yükün öhdəsindən - 3 dəqiqə, 450 kqm/dəq yükün isə - 1 dəqiqə gələ bilir
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 91.
884) IV funksional sinif xroniki ürək çatmamazlığı olan xəstələrə hansı əlamətlər əsasında diaqnoz qoyulur? (Nyu - York ürək assosiasiyanın təsnifatına əsaslanaraq).
A) Fiziki aktivlik kəskin məhdudlaşıb. Təkcə sakit halda xəstə özünü yaxşı hiss edir, lakin azacıq fiziki yük zəiflik, ürəkdöyünmə, təngnəfəslik və başqa əlamətlərin əmələ gətirir

B) Narahatsızlıqsız hər - hansı bir yükün öhdəsindən gəlmək mümkün deyil. Sakit halda ürək çatmamazlığının simptomları vardır və hər hansı fiziki yük zamanı artır

C) Xəstə veloerqometrdə 300 - 450 kqm/dəq yükün öhdəsindən 3 dəqiqə, 600 kqm/dəq yükün öhdəsindən 1 dəqiqə gələ bilir

D) Fiziki aktivlikdə məhdudlaşma yoxdur. Adi fiziki yük nəzərə carpan yorulma, zəiflik, təngnəfəslik və ya ürəkdöyünmə yaratmır

E) Fiziki aktivlik bir qədər məhdudlaşıb. Sakitlikdə hər - hansı bir patoloji siptomlar yoxdur. Adi fiziki yük zəiflik, yorulma, ürəkdöyünmə, təngnəfəslik və başqa simptomlar yaradır
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 91.
885) Xəstəliklərin sonuncu Beynəlxalq Təsnifatına (XBT - 10) əsasən ürək çatışmazlığına aşağıdakılardan hansı aid deyil?
A) I50 – Ürək çatışmazlığı

B) I50.11 – Sağ mədəcik çatışmazlığı

C) I50.1 – Sol mədəcik çatışmazlığı

D) I50.9 – Dəqiqləşdirilməmiş ürək çatışmazlığı

E) I50.0 – Durğunluq ürək çatışmazlığı
Ədəbiyyat: Ədəbiyyat: Ürək çatmamazliğının diaqnostika və müalicəsi üzrə klinik protokol. AzRSN. Вакı, 2010. Səh 9.sdiq edilmişdir. Вакı, 2010. Səh 9.
886) Amerika Kardiologiya Kolleci və Amerika Ürək Assosiasiyasının ürək çatışmazlığın (ÜÇ) təsnifatı nəyə əsaslanır?
A) xəstənin şikayətlərinə və fiziki fəaliyyətinə

B) funksional - morfoloji dəyişikliklərə

C) xəstənin şikayətlərinə və obyektiv müayinələrə

D) ürək əzələsinin struktur zədələnməsinə və ÜÇ simptomatikasının qiymətləndirilməsinə

E) ÜÇ əlamətlərinə və fiziki fəaliyyətinə
Ədəbiyyat: Ədəbiyyat: Ürək çatışmazlığın diaqnostika və müalicəsi üzrə klinik protokol. AzRSN. Вакı, 2010. Səh 11.
887) Ürək çatışmazlığın struktur pozulmalarına əsaslanan (ACC/AHA) təsnifatındakı B mərhələ şikayət və fiziki fəaliyyətə əsaslanan (NYHA) təsnifatındakı hansı funksional sinfə uyğun gəlir? (ACC - Amerika Kardiologiya Kolleci, AHA - Amerika Ürək Assosiasiyası, NYHA - Nyu - York Ürək Assosiasiyası).
A) Sinif V

B) Sinif I

C) Sinif III

D) Sinif IV

E) Sinif II
Ədəbiyyat: Ədəbiyyat: Ürək çatışmazlığın diaqnostika və müalicəsi üzrə klinik protokol. AzRSN. Вакı, 2010. Səh 11.
888) Xroniki ürək çatışmazlığına (XÜÇ - ə) xas olan şikayətlər hansılardır?

1. sakit vəziyyətdə və ya fiziki gərginlik zamanı təngnəfəslik

2. ümumi zəiflik, tez yorulma

3. üzün şişkinliyi

4. baş qicəllənmə

5. aşağı ətraflarda ödem
A) 1 , 3, 5

B) 2, 3, 4

C) 1, 2, 5

D) 2, 3, 5

E) 1, 3, 4
Ədəbiyyat: Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. AzRSN. Вакı, 2010. Səh 13.
889) Xroniki ürək çatışmazlığına (XÜÇ - ə) xas olan əlamətlər hansılardır?

1. taxikardiya, taxipnoe, ağ ciyərlərin aşağı paylarında kiçik qabarcıqlı yaş xırıltılar

2. plevra boşluqlarında transudat (mayenin) yığılması, vidaci venalarda şişkinlik (venoz təzyiqin artması nəticəsində)

3. əllərdə tremor

4. sağ ətrafların zəifləməsi

5. periferik ödemlər, hepatomeqaliya
A) 3, 4, 5

B) 1, 3, 5

C) 1, 2, 4

D) 1, 2, 5

E) 2, 4, 5
Ədəbiyyat: Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. AzRSN. Вакı, 2010. Səh 13.
890) Ürəyin işemik xəstəliyi ürək çatışmazlığı olan xəstələrin neçə faizində başlanğıc səbəb kimi çıxış edir?
A) 50 %

B) 0, 01 %

C) 70 %

D) 3 %


E) 100 %
Ədəbiyyat: Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. AzRSN. Вакı, 2010. Səh 13.
891) Nikotin turşusunun qəbulu hansı xəstəliklər zamanı əks göstəriş deyil?
A) podaqrada

B) arterial hipertoniyanın ağır formalarında

C) hamiləlik və döş əmizdirmədə

D) xroniki qastritdə

E) mədə və onikibarmaq bağırsaq xorasında
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 366
892) Nikotin turşusunun qəbulu hansı xəstəliklər zamanı əks göstərişdir?
A) preparata yüksək həssaslıq olmadıqda

B) böyrəklərin xroniki xəstəliklərində

C) sinus düyününün zəifləməsi sindromunda

D) qara ciyərin funksional vəziyyətinin zəifləməsi və ağır xəstəliklərində

E) böyrəklərin funksional vəziyyətinin enməsində
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 366
893) Normada kiçik damarlarda qanaxma onların zədələnməsi zamanı neçə dəqiqə ərzində dayanır?
A) 1 - 3

B) 10 - 11

C) 6 - 7

D) 8 - 9


E) 4 - 5
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр.377
894) Kiçik damarlarda qanaxmanın dayanmasında hansı səbəb rol oynamır?
A) subendotelial toxuma strukturasının, xüsusilə, kollagenin çılpaqlaşması

B) qan damar divarının zədələnməsi

C) zədələnmiş endoteldən azot oksidi və prostasiklin PGl2 - in ifraz olunması

D) trombositlərin adqeziyası və aqreqasiyası

E) kiçik damarların spazmı
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 377
895) Hansı xəstəlik və ya sindromun adı ürəyin işemik xəstəliyinin nisbi nadir səbəbi kimi ingilis dilli ədəbiyyatda çəkilmir?
A) Irsiyyət və emosional stres

B) Döş aortasının laylanan anevrızması

C) Sifilitik aortit

D) Koronar arteriyalarda anadangəlmə inkişaf anomaliyaları

E) Iltihablaşmış koronaritlər
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 368
896) Kiçik damarların zədələnməsi zamanı yaranan qanaxmanın dayanmasında hansı proses təkanverici rol oynamır?
A) Kollaqen liflərin və trombositlərin Ib reseptorları arasında körpünün əmələ gəlməsi

B) Kollagen və Villebrand faktorunun təsirindən trombositlərin aktivləşməsi

C) Zədələnmiş damarların subendotelinə trombositlərin adqeziyası (yapışması)

D) Simpatik-adrenal sistemin aktivliyinin və katexolaminlərin qatılığının azalması

E) Trombositlərin aqreqasiyası və trombositar trombun əmələ gəlməsi (ağ trombun)
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 377
897) Zədələnmiş hüceyrələrdən ayrılan hansı toxuma elementinin təsirindən trombositlərin aqreqasiya qabiliyyəti yüksəlmir?
A) Elastinin

B) Adenozin difosfatın

C) Katexolaminlərin

D) Kollagenin

E) Serotoninin
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 377
898) Kollagenin və subendotelidə olan Villebrand adlanan faktorun təsirindən, trombositar - damar və koaqulyasion sistemin normal fəaliyyətini saxlamag məqsədilə trombositlərdə nə baş vermir?
A) Adgeziyaya uğraması

B) Öz formasını dəyişməsi

C) Həcmin artması və partlaması

D) Tez aktivləşməsi

E) Şişərək, tikan uclu cıxıntılar əmələ gətirməsi
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 377
899) Trombosirlərin dağılması zamanı ayrılmayan və laxtalanmada iştirak etməyən faktorlara hansılar aiddir?
A) III trombositar faktor (tromboplastin), α2 - antiplazmin

B) V faktor, β - tromboqlobulin

C) IV antiheparin faktor, VIII Villebrand faktoru

D) Katexolaminlər, serotonin

E) Boyatma faktoru, fibrinoqen
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 379
900) Hansı faktorlar birincili damar - trombositar hemostazına təsir etmir?
A) Trombositlərdə araxidon turşusundan tromboksan А2 və prostasiklinin normal sintezi

B) Fibrinogenlə spesifik reaksiyaya girən aktivləşmiş trombositlərin membranlarında IIb və IIIа qlikoproteinlərın mövcudluğu

C) Zədələnmiş damarın kollagen liflərinə lövhəciklərin adgeziyasını təmin edən trombositlərin membranlarında Ib qlikoproteinin mövcudluğu

D) Trombositlərin membranlarında Ib və IIb qlikoproteinlərin olmaması

E) Qanda trombositlərin sayı, adgeziyası və aqreqasiyasına səbəb olan VIII Villebrand faktoru
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 50, 380
901) Stabil stenokardiyalı xəstələrdə stenozlaşmış koronar ateroskleroz fonunda gərginlik stenokardiyasının əmələ gəlməsi əsasən hansı dəyişikliyin hesabına provokasiya olunur?
A) Həcmli damarların adekvat genişlənməsiylə müşayiət olunan miokardın qlükozaya tələbatının artmasıyla

B) Kapilyarların adekvat genişlənməsiylə müşayiət olunan miokardın qlükozaya tələbatının artmasıyla

C) Periferik damarların adekvat genişlənməsiylə müşayiət olunan miokardın oksigenə tələbatının artmasıyla

D) Rezistiv koronar arteriyaların adekvat genişlənməsiylə müşayiət olunmayan miokardın oksigenə tələbatının artmasıyla

E) Kompensasiya edici damarların adekvat genişlənməsiylə müşayiət olunan miokardın oksigenə tələbatının artmasıyla
Ədəbiyyat: Ədəbiyyat: 1) Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 50, 388. 2) Н. Н. Зайко, Ю. В. Быць и др. Патологическая физиология. Москва, 1996, стр. 425.
902) Hansı bəzi xəstəlik və sindromları, eyni zamanda ürək əzələsinin zədələnməsi ilə müşayiət olunan, işemik xəstəliklərinin nisbətən nadir səbəbi hesab etmirlər?
A) Koronar arteriyanın trombozu (eyni zamanda mikrotrombların əmələ gəlməsi)

B) Iltihablaşmış koronaritlər (düyünlü periarteriitlər, birləşdirici toxumanın sistem xəstəlikləri)

C) Koronar arteriyanın anadangəlmə inkişaf anomaliyaları

D) Sifilitik aortit

E) Döş aortasının laylanan anevrizması
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 368
903) Hansı hallarda adenozin (ATF) seçim preparatı sayılır?
A) Tez-tez baş verən mədəciküstü ekstrasistoliyalı xəstələrin müalicəsi ücün

B) Atrioventrikulyar resiprok taxikardiyaların qarşısını almaq ücün

C) Qulaqcıqların səyriməsində ürək vurğularının sayına nəzarət məqsədilə

D) “piruet” tipli mədəcik taxikardiyaların qarşısını almaq ücün

E) Digər antiaritmik maddələrə refrakter hesab olunan mədəcik taxikardiyasında
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 273
904) Hansı elektrolit dəyişikliklərində daha tez ritm pozğunluqları əmələ qəlmir?
A) Hiperkalsiemiya

B) Hipokaliemiya

C) Hipomaqniemiya

D) Hiponatriemiya

E) Hiperkaliemiya
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 172
905) Trombositar hemostazın aktivləşməsi, ən azı damardaxili trombun əmələ gəlməsinə, həmçinin, trombdan və aterosklerotik piləgdən qopan hissə ilə distal yerləşmiş tac damarın embollarla tutulmasına səbəb olan vəziyyət hansı xəstəlikdə, əsasən, tez - tez öz əksini tapır?
A) Kəskin miokarditdə

B) Hipertrofik kardiomiopatiyalarda

C) Qeyri stabil stenokardiyada

D) Miokardın infarktından sonrakı kardiosklerozda

E) Stabil stenokardiyada
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 380
906) Mikrovaskulyar disfunksiyada əsas dəyişikliklər ölçüsü neçə mkm olan hansı damarların səviyyəsində baş verir?
A) 20 - 40 olan kapillyarlar

B) 100 - 120 olan venulalar

C) 350 - 400-ü keçməyən arteriolaların

D) 150 - 350-ni keçməyən prearteriolaların



E) 50 - 100-ü keçməyən postarteriolaların
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. , 380
Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin