cü il tarixində əlavə edilib 1 Kiçik qan dövranınin əsas funksiyasına aşağıdakılardan hansı daxil deyildir?


) Sol mədəcikdə son diastolik təzyiqinin hansı həddində ağ ciyərlərin alveollar ödemi başlayır?



Yüklə 1,07 Mb.
səhifə17/19
tarix07.01.2017
ölçüsü1,07 Mb.
#4529
1   ...   11   12   13   14   15   16   17   18   19

785) Sol mədəcikdə son diastolik təzyiqinin hansı həddində ağ ciyərlərin alveollar ödemi başlayır?
A) 1 - 5 mm c.st. həddində

B) 6 - 11 mm c.st. həddində

C) 25 - 30 mm c.st. cox

D) 12 - 18 mm c.st. həddində

E) 19 - 24 mm c.st. həddində
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,30
786) Ürəyin sistolik funksiyasını xarakterizə edən əsas göstərici hansıdır?
A) qanin dəqiqəlik həcmi

B) ümumi damar müqaviməti

C) sol mədəciyin son sistolik həcmi

D) sol mədəciyin son diastolik həcmi

E) sol mədəciyin vurğu həcmi
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 31
787) Vurğu həcmi (VH) nədir? (DH-qanın dəqiqəlik həcmi, SDH -mədəciklərin son diastolik həcmi, SSH-mədəciklərin son sistolik həcmi, S –bədən səthinin sahəsidir: nomoqramma vasitəsilə müəyyən olunur və ya xüsusı formula ilə hesablanır, m2)
A) qanın DH –nin, bədən səthinin sahəsinə nisbətidir

B) hər ürək yığılmasında mədəciklərin magistral damarlara vurduğu qanın mıqdarıdır

C) VH-nin, bədən səthinin sahəsinə nisbətidir

D) VH-nin mədəciklərin SSH nisbətidir

E) VH-nin mədəciklərin SDH nisbətinin faizlə ifadəsidir
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,31
788) Atım fraksiyası nə deməkdir? (DH- dəqiqəlik həcm, VH-vurğu həcmi, SDH- mədəciklərin son diastolik həcmi, SSH- mədəciklərin son sistolik həcmi, S- bədən səthinin sahəsi: nomoqramma vasitəsilə müəyyən olunur və ya xüsusı formula ilə hesablanır, m2)
A) VH-nin, bədən səthinin sahəsinə nisbətidir

B) qanın DH –nin, bədən səthinin sahəsinə nisbətidir

C) hər ürək yığılmasında mədəciklərin magistral damarlara vurduğu qanın mıqdarıdır

D) VH-nin mədəciklərin SDH nisbətinin faizlə ifadəsidir

E) VH-nin mədəciklərin SSH nisbətidir
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 31
789) Əsas göstəricilərdən başqa ürəyin sistolik funksiyasının adekvat qiymətləndirilməsi ücün hansı əlavə göstəricilər nəzərə alınmalıdır?

1. mədəciklərin son diastolik həcmi

2. mədəciklərin son sistolik həcmi

3. mədəciklərin son diastolik təzyiqi

4. mədəciklərin vurğu həcmi

5. ümumi damar müqaviməti
A) 1, 3, 5

B) 2, 4, 5

C) 1, 2, 3

D) 1, 2, 5

E) 3, 4, 5
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,31
790) Qanın dəqiqəlik həcmi – ürək atımı (DH) necə hesablanır? (VH-vurğu həcmi, DH- dəqiqəlik həcm, ÜVS-ürək vurğularının sayı, SDH- mədəciklərin son diastolik həcmi, AF- atım fraksiyası, % -lə)
A) DH = VH + ÜVS + SDH

B) DH = ÜVS + AF

C) DH = VH x ÜVS

D) DH = VH / ÜVS

E) DH = VH + ÜVS
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 31
791) Mədəciklərin vurğu həcmi (VH) göstəricisi necə hesablanır? (DH-ürək atımı- dəqiqəlik həcm, ÜVS-ürək vurğularının sayı, SDH-mədəciklərin son diastolik həcmi, SSH- mədəciklərin son sistolik həcmi )
A) VH =DH x ÜVS

B) VH = SSH + DH

C) VH =SDH - SSH

D) VH= DH + ÜVS

E) VH = SSH -SDH
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 31
792) Ürək indeksi göstəricisi necə hesablanır? ( VH-mədəciklərin vurğu həcmi, DH-ürək atımı- dəqiqəlik həcm, ÜVS-ürək vurğularının sayı, SDH-mədəciklərin son diastolik həcmi, SSH- mədəciklərin son sistolik həcmi, S- bədən səthinin sahəsi: nomoqramma vasitəsilə müəyyən olunur və ya xüsusı formula ilə hesablanır,m2)
A) VH/ S

B) (SDH-SSH) x 100%) / SDH

C) DH / S

D) VH x 100% / SDH

E) DH (l/dəq) / ÜVS
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,31
793) Ürək atımı – vurğu həcmi və ürək əzələsinin yığılma dərəcəsi hansı əsas faktorlarla təyin edilir?
A) ön yüklənmənin ölçüsü, inоtrop hal, son yüklənmənin ölçüsü ilə

B) ön yüklənmənin ölçüsü, inotrop və xromotrop hallarla

C) ön yüklənmənin ölçüsü, xromotrop halla, son yüklənmənin ölçüsü ilə

D) ön yüklənmənin ölçüsü, batmotrop halla, son yüklənmənin ölçüsü ilə

E) ön yüklənmənin ölçüsü, dromotrop halla, son yüklənmənin ölçüsü ilə
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 33
794) Ürəyin sağ şöbələrinə qanın axınının, müvafiq olaraq, qanın dəqiqəlik həcminin azalması, nə vaxt baş verir?
A) döş qəfəsi daxili təzyiqin artması zamanı (gərginləşmiş pnevmotoraks, ağ ciyərlərin obstruktiv xəstəliklərində)

B) psixoemosional gərginlik zamanı

C) işlək əzələlərdə vena tonusunun artması zamanı

D) müayinə olunan şəxsin horizontal vəziyyətində

E) skelet əzələlərinin «nasos» funksiyasının artması zamanı
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 34
795) Ürəyin sağ şöbələrinə qanın axınının, müvafiq olaraq, qanın dəqiqəlik həcminin artması, nə vaxt baş verir?

1.müayinə olunan şəxsin bədəninin vertikal vəziyyətində

2.müayinə olunan şəxsin bədəninin horizontal vəziyyətində

3.perikard boşluğunda təzyiqin artması zamanı (eksudativ və ya konstriktiv perikarditlərdə, hidroperikapd zamanı)

4.döş qəfəsi daxili təzyiqin artması zamanı (gərginləşmiş pnevmotoraks, ağ ciyərlərin obstruktiv xəstəliklərində)

5.skelet əzələlərinin"nasos" funksiyası artarkən

6.venaların tonusunun artması,əzələ işi zamanı,psixoemosional gərginlik zamanı

7.venaların tonusunun ani düşməsi zamanı (bayılma,kollaps,nitroqliserin qəbulu) və hipodinamiya zamanı(skelet əzələlərinin "nasos"fəaliyyətinin olmaması
A) 1, 2, 6

B) 2, 4, 7

C) 2, 5, 6

D) 3, 4, 7

E) 1, 3, 5
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 34
796) Sinus taxikardiyası və, müvafiq olaraq, diastolanin müddətinin həddindən artıq azalması ,daha nə ilə müşayət olunur?
A) ön yüklənmənin ölçüsünün artması ilə

B) son yüklənmənin ölçüsünün artması ilə

C) ön və son yüklənmənin ölcülərinin artması ilə

D) son yüklənmənin ölçüsünün azalması ilə

E) ön yüklənmənin ölçüsünün azalması ilə
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 34
797) Mədəciklərin son yüklənməsinin ölçüsünün müəyyən olunmasında hansi faktor vacib sayılmır?
A) qulaqcıqların yığılması

B) ürəyin nəzərə çarpacaq dərəcədə dilatasiyası hesabına yüksəlmiş, ürək əzələsinin gərginlik dərəcəsi (Laplas qanunu)

C) sistem və ağ ciyər damar müqavimətinin ölcüsü

D) aorta və ağ ciyər arteriyasında qan təzyiqinin həddi

E) dövr edən qanın həcmi və qanın yapışqanlığı
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 34- 35
798) Mədəciklərin son yüklənməsinin ölçüsünün müəyyən olunmasında hansi faktor vacib sayılmır?
A) dövr edən qanın həcmi

B) ürəyin nəzərə çarpacaq dərəcədə dilatasiyası hesabına yüksəlmiş, ürək əzələsinin gərginlik dərəcəsi (Laplas qanunu)

C) qanın yapışqanlığı

D) sistem və ağ ciyər damar müqavimətlərinin ölcüsü

E) ürəyə qanın axını
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 34- 35
799) Mədəciklərin son yüklənməsinin ölçüsünün müəyyən olunmasında hansı faktor vacib sayılmır?
A) aorta və ağ ciyər arteriyasında qan təzyiqinin həddi

B) diastolanın ümumi davam müddəti

C) ağ ciyər damar müqavimətinin ölcüsü

D) dövr edən qanın həcmi və qanın yapışqanlığı

E) ürəyin nəzərə çarpacaq dərəcədə dilatasiyası hesabına yüksəlmiş, ürək əzələsinin gərginlik dərəcəsi (Laplas qanunu)
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 34- 35
800) Əzələ liflərinin yığılma sürəti və dərəcəsi, ürək vurğusu anlayışı nəyə əks proporsionaldır?
A) ön yüklənməyə və son yüklənməyə

B) ön yüklənməyə

C) son yüklənməyə və dövr edən qanın həcminə

D) son yüklənməyə

E) dövr edən qanın həcminə
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 34
801) Mədəciklərin son yüklənməsi ölçüsünün müəyyən olunmasında hansı faktor vacib sayılır?

1.ürək vurğularının sayı

2. aorta və ağciyər arteriyalarında qan təzyiqinin həddi

3. ürəyin nəzərə çarpacaq dərəcədə dilatasiyası hesabına yüksəlmiş, ürək əzələsinin gərginlik dərəcəsi (Laplas qanunu)

4. miokardın yığılmasını azaldan bir neçə faktorun mövcudluğu (hipoksemiya, asidoz, hiperkapniya, ürək əzələsinin işemiyası)

5. ağciyər damar müqavimətinin ölçüsü
A) 2, 4, 5

B) 1, 2, 4

C) 1, 2, 3

D) 1, 3, 5

E) 2, 3, 5
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 34- 35
802) Səyrici aritmiya zamanı qulaqcıqlarla mədəciklər ardıcıl yığılmadıqda nə baş verir?
A) son yüklənmə,vurğu həcmi və ürək atımı-dəqiqəlik həcm nəzərə çarpacaq dərəcədə aşağı düşür

B) son yüklənmə,vurğu həcmi və ürək atımı-dəqiqəlik həcm nəzərə çarpacaq dərəcədə yuxarı qalxır

C) vurğu həcmi , ürək atımı-dəqiqəlik həcm və atım fraksiyası nəzərə çarpacaq dərəcədə yuxarı qalxır

D) ön yüklənmə,vurğu həcmi və ürək atımı-dəqiqəlik həcm nəzərə çarpacaq dərəcədə aşağı düşür

E) ön yüklənmə,vurğu həcmi və ürək atımı- dəqiqəlik həcm nəzərə çarpacaq dərəcədə yuxarı qalxır
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,36
803) Ürəyin hüceyrədaxili mexanizm requlyasiyasında nə baş verir?
A) ürək əzələsinə simpatik təsir nəticəsində baş verən dəyişikliyə uyğun dəyişiklik və ürəyin işinin artmasına cavab olaraq diastolanın kompensator uzanması

B) Frank-Starlınq mexanizminin qoşulması və ya ürəyin işinin artmasına cavab olaraq diastolanın kompensator uzanması

C) katexolaminlərin ürək əzələsinə göstərdiyi simpatik təsir nəticəsində baş verən dəyişikliyə uyğun dəyişiklik

D) ürək əzələsinin yığılmasının gücü və sürəti, onun boşalma sürəti, ürək vurğularının sayı , atrioventrikulyar keçiriciliyin sürəti requlə olunur

E) asetilxolinin ürək əzələsinə göstərdiyi parasimpatik təsir nəticəsində baş verən dəyişikliyə uyğun dəyişiklik
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,38
804) Ürək əzələsinə, ürəyin keçiricilik sisteminə və damarların saya əzələ hüceyrələrinə simpatik təsir hansı reseptorların (hədəf-hüceyrələrin) hesabına realizə olunur?
A) katexolaminlərin а1, а2,b2- adrenerqik reseptorlarına təsiri ilə

B) katexolaminlərin a1,а2 və b1,b2- adrenerqik reseptorlarına təsiri ilə

C) katexolaminlərin a1, а2- и b1- adrenerqik reseptorlarına təsiri ilə

D) katexolaminlərin a1,b2- adrenerqik reseptorlarına təsiri ilə

E) katexolaminlərin a1 и b1,b2- adrenerqik reseptorlarına təsiri ilə
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,38-40
805) Müsbət batmotrop effekt ürəyə necə təsir edir?
A) ürək əzələsinin oyanması artır

B) miokardın yığılma qabiliyyəti yüksəlir, ürək vurğularının sayı artır

C) qulaqcıq və mədəcik yığılmalarının qüvvəsi və sürəti artır

D) atrioventrikulyar düyündə elektrik impulslarının keçiriciliyi artır

E) ürək əzələsinin oyanması və ürək vurğularının sayı artır
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 40
806) Müsbət inotrop effect ürəyə necə təsir edir?
A) ürək əzələsinin oyanması artır

B) atrioventrikulyar düyündə elektrik impulslarının keçipiciliyi artır

C) ürək əzələsinin oyanması və ürək vurğularının sayı artır

D) qulaqcıq və mədəcik yığılmalarının qüvvəsi və sürəti artır

E) miokardın yığılma qabiliyyəti yüksəlir, ürək vurğularının sayı artır
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 40
807) Müsbət dromotrop effect ürəyə necə təsir edir?
A) atrioventrikulyar düyündə elektrik impulslarının keçiriciliyi artır

B) ürək əzələsinin oyanması və ürək vurğularının sayı artır

C) ürək əzələsinin oyanması artır

D) miokardın yığılma qabiliyyəti yüksəlir, ürək vurğularının sayı artır

E) qulaqcıq və mədəcik yığılmalarını qüvvəsi və sürəti artır
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 40
808) Kardiomiositlərin a1- adrenoreseptorlarına mediatorların (katexolaminlərin) uzun müddətli təsiri nəyə səbəb olur?
A) Frank-Starlinq mexanizminin qoşulmasına və ürəyin işinin artmasına cavab olaraq diastolanın kompensator uzanmasına

B) ürək əzələsinin yığılma funksiyasının tədricən zəifləməsinə

C) atrioventrikulyar düyündə elektrik impulslarının keçiriciliyinin zəifləməsinə

D) ürək əzələsinin yığılma funksiyasının tədricən yüksəlməsinə

E) ürək əzələsinin tədricən inkişaf edən hipertrofiyasına
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 40
809) Rezistiv damarlara hansı damarlar aiddir?
A) divarında çoxlu elastik liflər olan elastik tipli

B) divarları qalın saya-əzələ lıflərindən təşkil olunmuş və dar mənfəzli

C) divarları qalın saya-əzələ lıflərindən təşkil olunmuş və geniş mənfəzli

D) divarları,ancaq bir qat endotel hüceyrələrindən təşkil olunmuş, saya-əzələ lıfləri elementləri olmayan

E) divarları az mıqdarda elastik və əzələ lıflərindən, lakin coxlu birləşdirici toxumadan ibarət
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 42
810) Ümümi damar müqavimətinin neçə faizi rezistiv damarların payına düşür?
A) təxminən 10%

B) təxminən 70%

C) təxminən 30%

D) təxminən 50%

E) təxminən 20%
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 42
811) Müxtəlif damar sahələrində qanın axınının həcm sürətini requlə edən və qanı müxtəlif orqanlara bölüşdürən, arteriolaların hansı xüsusiyyəti əsas mexanizm hesab olunur?
A) arteriola və venula damarlarının öz aralarındakı anastomoz vasitəsilə qanın bir hissəsini özündə saxlamaq (depolaşdırmaq)

B) arteriola və kapilyar damarların öz aralarında anastomoz yaratmaq

C) arteriola və kapilyar önü damarların öz aralarındakı anastomoz vasitəsilə qanın bir hissəsini özündə saxlamaq (depolaşdırmaq)

D) arteriolaların öz aralarında tor yaratmaq

E) müvafiq olaraq öz mənfəzini əhəmiyyətli dəyişmək
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 43
812) Həcmli damarlara hansılar aiddir?
A) vena və venulalar

B) aorta və ağ ciyər arteriyaları

C) arteriya , arteriolalar və kapilyarlar

D) əsasən arteriyaların son hissəsi və arteriolalar

E) həqiqi kapilyarlar
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 44
813) Rezistiv damarlara hansılar aiddir?
A) aorta və ağ ciyər arteriyaları

B) arteriya, arteriolalar və kapillyarlar

C) əsasən arteriyaların son hissəsi və arteriolalar

D) həqiqi kapillyarlar

E) vena və venulalar
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 42
814) Amortizəedici damarlara hansılar aiddir?
A) həqiqi kapilyarlar

B) vena və venulalar

C) aorta, ağ ciyər arteriyası və onlara bitişik böyük arteriyaların sahələri

D) arteriya, arteriolalar və kapilyarlar

E) əsasən arteriyaların son hissəsi və arteriolalar
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 42
815) Arteriyaların son hissəsində və arteriolalarda arterial təzyiq aortadakı təzyiqdən təxminən neçə dəfə aşağı düşür?
A) 1,5–2 dəfə

B) 7–8 dəfə

C) 2–3 dəfə

D) 2,5–3 dəfə

E) 3–4 dəfə
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 43
816) Kapillyarlarda qanın axın sürəti ürək siklinin müxtəlıf fazalarında necə olur?
A) sistola və diastolada aortadakı qanın sürətinə yaxın olur

B) sistolada diastoladan az olur

C) sistola və diastolada həcmli damarlardakı qanın sürətinə yaxın olur

D) sistolada diastoladan çox olur

E) sistola və diastolada bərabər olur
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 43
817) Qanın hərəkət sürətini nə təşkil edir?
A) arteriola və venulalar arasındakı təzyiqlər fərqi (qradienti)

B) prekapillyar sfinkterlərin boşalması

C) prekapillyar sfinkterlərin yığılması

D) qan damar sisteminin prekapillyar və postkapillyar şöbələri arasındakı təzyiqlər fərqi (qradienti)

E) qan damar sisteminin arterial və venoz şöbələri arasındakı təzyiqlər fərqi (qradienti)
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 44 стема). «Бином-пресс», 2007, стр., 44
818) Orta yaşlı sağlam adamlarda qanın axını hansı damarlarda, əsasən laminar xarakter daşıyır?
A) iri arteriyaların şaxələnən və əyrilik olan hissələrində

B) aortanın və iri arteriyaların əyrilik olan hissələrində

C) şaxələnmə, təbii daralma və əyrilik olmayan bütün damarlarda

D) aortanın şaxələnən hissəsində

E) iri arteriyaların təbii daralan hissələrində
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 44
819) Müxtəlif damar sahələrində qanın orta axın sürəti nədən aslıdır?
A) damarların əvvəli və axrındakı təzyiqlər fərqindən (qradientindən) və damarlardakı qanın həcmindən

B) damarların əvvəli və axrındakı təzyiqlər fərqindən (qradientindən)

C) damarlardakı qanın həcmindən

D) damar müqavimətinin ölçüsündən

E) damarların əvvəli və axırındakı təzyiqlər fərqi (qradienti) və damar müqavimətinin ölçüsündən
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 45
820) Damarların müxtəlif sahələrində qanın orta axın sürəti nədən aslıdır?
A) qanı özlülüyündən (qatılıgından) və damarların en kəsiyindən

B) damarlardakı qanın həcmindən

C) qanı özlülüyündən

D) damarların en kəsiyindən

E) damarların əvvəli və axrındakı təzyiqlər fərqindən (qradientindən)
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.45
821) Normada böyük və kiçik qan dövranında qanın axınının sürəti neçə saniyəyə bərabərdir?
A) 38

B) 26


C) 23

D) 32


E) 28
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.45
822) Ən böyük summar sahəyə malik damarlar hansıdır?
A) aorta və ağ ciyər arteriyası

B) venalar

C) ağ ciyər arteriyası

D) arteriya və venalar

E) kapillyarlar
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,44
823) Hansı təzyiq sistolik arterial təzyiq (SAT) adlanır?
A) ürəyin diastolası zamanı arteriyalardakı minimal təzyiq

B) sistolik və diastolik arterial təzyiqlər arasındakı fərq

C) sistolik arterial təzyiqlə nəbz təzyiqi arasındakı fərq

D) sol mədəciyin sistolası zamanı arterial sistemdə yaratdığı maksimal təzyiq

E) 1/3 nəbz təzyiqi və diastolik təzyiqin cəmi
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр45
824) Hansı təzyiq diastolik arterial təzyiq (DAT) adlanır?
A) ürəyin diastolası zamanı arterialardakı minimal təzyiq

B) sol mədəciyin sistolası zamanı arterial sistemdə yaratdığı maksimal təzyiq

C) 1/3 nəbz təzyiqi və diastolik təzyiqin cəmi

D) sistolik arterial təzyiqlə nəbz təzyiqi arasındakı fərq

E) sistolik və diastolik arterial təzyiqlər arasındakı fərq
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр45.
825) Hansı təzyiq nəbz arterial təzyiqi adlanır?
A) sistolik arterial təzyiqlə nəbz təzyiqi arasındakı fərq

B) ürəyin diastolası zamanı arteriyalardakı minimal təzyiq

C) sol mədəciyin sistolası zamanı arterial sistemdə yaratdığı maksimal təzyiq

D) sistolik və diastolik arterial təzyiqlər arasındakı fərq

E) 1/3 nəbz təzyiqi və diastolik təzyiqin cəmi
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.45
826) Hansı təzyiq orta arterial təzyiq adlanır?
A) sol mədəciyin sistolası zamanı arterial sistemdə yaratdığı maksimal təzyiq

B) sistolik və diastolik arterial təzyiqlər arasındakı fərq

C) ürəyin diastolası zamanı arterialardakı minimal təzyiq

D) 1/3 nəbz təzyiqi və diastolik təzyiqin cəmi

E) sistolik arterial təzyiqlə nəbz təzyiqi arasındakı fərq
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.46
827) Ürəyin metabolizminin artması nə ilə müşayət olunur?
A) orqanlara gələn qanın azalması ilə

B) AMF sürətli fosforsızlaşması, lakin adenozinin əmələ gəlməməsiylə

C) AMF-in (adenozin monofosfat turşusunun) sürətli fosforsızlaşması və adenozinin əmələ gəlməsiylə

D) arteriolaların nəzərə çarpacaq dərəcədə daralması ilə

E) arteriolaların nəzərə çarpacaq dərəcədə daralması və orqanlara gələn qanın azalması
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.51
828) Damar tonusu requlyasiyasının mərkəzi mexanizmi hansı şöbələri özündə birləşdirir?
A) yerli (periferik), afferent (sensor) və efferent

B) ürəkdaxili, afferent (sensor), mərkəzi

C) ürəkdaxili, mərkəzi və efferent

D) afferent (sensor), mərkəzi və efferent

E) yerli (periferik), mərkəzi və ürəkdaxili
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.51


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin