cü il tarixində əlavə edilib 1 Kiçik qan dövranınin əsas funksiyasına aşağıdakılardan hansı daxil deyildir?


) Miokard infarktı və mədəcik daxili blokadası olan xəstələrdə terapiya seçimi hansıdır?



Yüklə 1,07 Mb.
səhifə12/19
tarix07.01.2017
ölçüsü1,07 Mb.
#4529
1   ...   8   9   10   11   12   13   14   15   ...   19

546) Miokard infarktı və mədəcik daxili blokadası olan xəstələrdə terapiya seçimi hansıdır?

A) Kalsium antaqonistlərinin təyini

B) Əsas xəstəliyin müalicəsi

C) β–blokatorların təyini

D) Xolinolitiklərin təyini

E) Ürək qlikozidlərinin təyini


Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007
547) Hansı preparat qeyri düz antikoaqulyantlara aiddir?

A) Streptokinaza

B) Fondaparinuks

C) Fraksiparin

D) Varfarin

E) Heparin


Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005.
548) Miokard infarktı və mədəcik ekstrasistoliyası olan xəstələrdə preparat seçimi

A) Nitrosorbit

B) Amlodipin

C) Novokainamid

D) Amiodaron

E) Adenozintrifosfat


Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007
549) Aterosklerozun erkən morfoloji əlamətləri hasıdır?

A) Fibroz pilək

B) Kalsifikasiya

C) Divar ətrafı tromb

D) Lipid nüvə

E) Piyli zolaq


Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сГ.Е. Ройтберг Внутренние болезни. Сердечно-с
550) Aortanın aterosklerozuna hansı əlamət aiddir?

A) Aortanın anevrizması

B) Qəfləti ölüm

C) Aritmiya

D) Barmaqların qanqrenası

E) Bağırsağın infarktı


Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007
551) Hiperlipidemiyaların hansı tipi aterogen sayılır?

A) IV tip

B) V tip

C) VII tip

D) VI tip

E) I tip
Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007


552) Hansı ürək damar xəstəlikləri zamanı gərginlik stenokardiyası rast gəlir?

A) Aorta dəliyinin stenozu

B) Dilyatasion kardiomiopatiya

C) Trikuspidal stenoz

D) Mitral qapağın çatmamazlığı

E) Xroniki miokardit


Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007
553) III funksional sinif stabil gərginlik stenokardiyası zamanı ağrı nə vaxt əmələ gəlir?

A) Sakitlikdə

B) 100-300 metr düz yol piyada gedərkən və I mərtəbəni qalxarkən

C) Nəzərə çarpan fiziki iş zamanı

D) II mərtəbəyə qalxarkən

E) I mərtəbəyə qalxanda və yaxud 500 m çox piyada yol gedərkən


Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007.
554) Stenokardiyanı sübut edən EKQ əlamətləri hansıdır?

A) QRS kompleksini davamiyətinin 0,12-n çox artması

B) Patoloji Q dişçiyinin qeyd edilməsi

C) ST seqmentinin ətraf və döş aparmaların birində 1,0 mm çox olan depressiyası və anginal ağrı

D) ST seqmentinin I-III, V2-V6 aparmalarında qalxması və anqinal ağrı

E) QR kompleksinin EKQ voltajının azalması


Ədəbiyyat: В.Н. Орлов. Руководство по электрокардиографии. М.: Медицина, 2004
555) Uzunmüddətli təsirə malik olan kalsium kanallarının antaqonistlərinə hansı aiddir?

A) Verapamil

B) Amlodipin

C) Diltiazem

D) Nifedipin

E) İzoptin


Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2007
556) Sinus bradikardiyası və atrioventrikulyar blokadaların müalicəsində antianqinal preparatın seçimi

A) Kalsium antaqonistlərin dihidropiridin qrup preparatları

B) Metoprolol, atenolol

C) Nitrosorbid

D) Verapamil, diltiazem

E) Propranalol, nadolol


Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2002
557) II funksional sinif gərginlik stenokardiyasının əlamətlərınə aşağıdakılardan hansı aiddir?

A) Stenokardiya tutmaları nadir rast gəlir

B) Adi fiziki aktivlik məhdudlaşmır

C) Adi fiziki yükə nəzərə çarpan məhdudlaşma

D) Sakitlik zamanı stenokardik tutma

E) Stenokardiya tutmaları yaranır 500 m çox düz yerdə piyada yol gedərkən və II mərtəbəyə çıxarkan


Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007
558) Avropa və Amerika kardioloji cəmiyyətlərin birləşmiş komitəsi tərəfindən Q dişli miokard infarktının diaqnostikasının kliniki kriteriləri hansıdır?

A) EKQ-də patoloji Q dişçiyinin qeyd edilməsi,qanda protrombinin artması

B) ST seqmentinin depressiyası və kardiospesifik fermentlərin yüksəlməsi

C) Döş qəfəsində anginal ağrı və diskomfort, EKQ–də ST seqmentinin qalxması və patolji Q dişçiyinin əmələ gəlməsi

D) Sidikdə mikroalbuminuriya

E) Xolesterinin qanda artması


Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007
559) Miokard infarktı zamanı qanda troponinin normallaşmasının müddəti nə qədərdir?

A) 3 həftədən sonra

B) 5-6 gündən sonra

C) 2-3 gündən sonra

D) 2 həftədən sonra

E) 8-12 gündən sonra


Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007
560) Sirkulyar miokard infarktının EKQ əlamətlərinə hansılar aiddir?

A) I, AVL, V1, V2, V3, V4, V5, V6

B) I, AVL, V1-V4

C) I, II, III, AVL, AVF, V3, V4,V5,V6

D) II, III, AVF, V7, V8, V9

E) I, II, III, AVL, AVF, V1, V2


Ədəbiyyat: В.Н. Орлов. Руководство по электрокардиографии. М.: Медицина, 2004.
561) Arxa bazal miokard infarktının EKQ əlamətləri hansı aparmalarda qeyd edilir?

A) II, III, AVF, V5, V6

B) II, III, AVF

C) II, III, AVF, V7, V8, V9

D) V7, V8, V9

E) I, AVL, V1, V2, V3


Ədəbiyyat: В.Н. Орлов. Руководство по электрокардиографии. М.: Медицина, 2004
562) Sol mədəciyin ST seqmentinin qalxması olmayan miokard infarktının EKQ kriteriləri hansıdır?

A) ST seqmentinin izoxətdən 2 mm çox yuxarı qalxmsı və mənfi T dişçiyinin qeyd edilməsi

B) Patoloji Q dişçiyinin qeyd edilməsi

C) ST seqmentinin izoxətdən 2 mm çox yuxarı qalxması və müsbət T dişçiyinin qeyd edilməsi

D) ST seqmenti izoxətdə, mənfi koronar T dişçiyi və ST seqmentinin izoxətdən aşağı enməsi, koronar mənfi T dişçiyinin qeyd edilməsi

E) ST seqmenti izoxətdə və müsbət koronar T dişçiyinin qeyd edilməsi


Ədəbiyyat: В.Н. Орлов. Руководство по электрокардиографии. М.: Медицина, 2004
563) Kəskin koronar sindrom fonunda əgər ağ ciyərlərin ödemi ağrı sindromu ilə müşahidə edilirsə preparat seçimi hansıdır?

A) Analqin

B) Morfin

C) Promedol

D) Diklofenak

E) Fentanil


Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005
564) Sağ mədəcik infarktı zamanı ağrı sindromunu götürmək üçün preparat seçimi hansıdır?

A) Diklofenak

B) Fentanil

C) Promedol

D) Morfin

E) Analqin


Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005
565) Miokard infarktının kəskin mərhələsində streptokinazanın optimal dozası hansıdır?

A) 500 min V v/d damcı üsulu ilə 100 ml 0,9% fizioloji məhlulda 30-60 dəqiqə ərzində

B) 3 mln V v/d damcı üsulu ilə 100 ml 0,9% fizioloji məhluluda 30-60 dəqiqə ərzində

C) 750 min V v/d damcı üsulu ilə 100 ml 0,9% fizioloji məhlulda 30-60 dəqiqə ərzində

D) 300 min V, sonra 1,2 mln V v/d damcı üsulu ilə 100 ml 0,9% fizioloji məhlulda 30-60 dəqiqə ərzində

E) 1,5 mln V v/d damcı üsulu ilə 100 ml 0,9% fizioloji məhlulda 30-60 dəqiqə ərzində


Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005
566) ST seqmentinin qalxması olmayan kəskin koronar sindrom zamanı aspirinlə hansı preparatın terapiyası məqsədə uyğundur?

A) Aşağı molekulyar heparin və yaxud fondaparinuks

B) Heparin

C) Klopidoqrel

D) Qeyri düz antikoaqulyant

E) Trombolitik


Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005
567) Dopaminin infuziyasının maksimal sürəti kardiogen şok olan xəstələrdə nə qədərdir?

A) 25 mkq/kq/dəqiqə

B) 20 mkq/kq/dəqiqə

C) 7,5 mkq/kq/dəqiqə

D) 15 mkq/kq/dəqiqə

E) 30 mkq/kq/dəqiqə


Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007
568) Kəskin miokard infarktı zamanı səyrici aritmiyanın medikamentoz müalicəsi hansıdır?

A) Venadaxili β-blokatorların təyini əgər əks göstərişləri yoxdursa

B) Verapamil, diltiazem-per os

C) Venadaxili diqitalizasiya

D) Ivabadrin 5 mq 1 həb x 2 dəfə

E) Asparkam 2 həb gündə 3 dəfə


Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007 .
569) Miokard infarktı və ritm və keçirilicik pozulmaları olan xəstələrdə ürəyin müvəqqəti elektrokardiostimulyasiyaya göstərişləri hansıdır?

A) Mobits I tipli 2 dərəcəli AV blokada

B) Sinus bradikardiyası və hipotoniya, mədəcik ekstrasistoliyası

C) Tam AV blokada və mədəcik kompleksinin nəzərə çarpan genişlənməsi

D) His dəstəsinin sağ ayaqcığının və sol ön şahənin kəskin əmələ gələn və proqressivləşən blokadası

E) Tam AV blokada və normal mədəcik kompleksləri


Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007 .
570) Miokardın ağrısız işemiyasına nə aiddir?

A) Fiziki yük sınağından sonra ST seqmentinin depressiyası qeyd edilmir

B) Ağrı sindromu ST seqmentinin depresssiysı ilə müşayət edilir

C) Stenokardik tutma ST seqmentinin nəzərə çarpan depressiyası ilə müşayət edilir

D) ST seqmentinin nəzərə çarpan depressiyasının epizodları stenokardik tutma ilə müşahidə edilmir

E) Ağrı sindromu aritmiya ilə müşayət edilir


Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005
571) Reyno sindromlu stenokardiyalı xəstələrdə, antianqinal preparatların seçimi hansıdır?

A) Molsidomin

B) Kalsium antaqonistləri

C) Nitratlar (monoterapiya)

D) β-blokatorlar

E) AÇF inhibitoru


Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005.
572) Supraventrikulyar aritmiyalar zamanı antianqinal preparatın seçimi hansıdır?

A) Metoprolol, atenolol

B) Nitratlar

C) Amlodipin

D) Molsidomin

E) Preduktal MR


Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005
573) Mitral və aortal stenoz zamanı antianqinal preparatın seçimi hansıdır?

A) AÇF inhibitoruı

B) Kardioselektiv β-blokatorlar

C) Nitratlar

D) Dihidropiridin qrupdan kalsium antaqonistləri

E) Verapamil, diltiazem


Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005
574) Mitral və aortal çatmamazlıq zamanı antianqinal preparatın seçimi hansıdır?

A) Nitratlar

B) Kardioselektiv β-blokatorlar

C) AÇF inhibitorları

D) Kalsium antaqonistlərinin dihidropiridin qrupu

E) Verapamil, diltiazem


Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005.
575) ST seqmentinin qalxması olmayan kəskin koronar sindromun əlamətlərinə hansı aiddir?

A) Iki qonşu aparmalarda mənfi T dişinin olması

B) ST seqmentinin 1 aparmada 2 mm qalxması

C) ST seqmentinin 2 mm və çox V1-V3 kimi aparmalarda qalxması

D) Patoloji Q dişinin iki aparmada qalxması

E) I, AVL aparmalarında ST seqmentinin 2 mm az olmayan qalxması


Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2005
576) Kəskin koronar sindromun müalicəsində vena daxili təyinat üçün β–blokatorların seçimi hansıdır?

A) Yüksək kardioselektiv uzunmüddətli β–blokatorlar

B) Daxili simpatomimetik fəallığı olan β–blokatorlar

C) Vazodilyatasiya təsirli qeyri selektiv β-blokatorlar

D) Vazodilyatasiya təsirli kardioselektiv β-blokatorlar

E) Yüksək kardioselektiv qısa müddətli β–blokatorlar


Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007.
577) Kəskin koronar sindromla olan hansı xəstələrə trombolitiklər təyin edilir?

A) Əgər ST seqmenti izohətdən qalxmayib

B) Əgər kəskin Q dişli miokad infarktı olan xəstədə xəstəliyin əvvəlindən 24 saat keçəndən sonra

C) Kəskin Q dişli miokard infarktlı xəstələrdə xəstəliyin əvvəlindən 12-18 saat keçəndən sonra

D) Əgər kəskin Q dişsiz miokard infarktı qeyd edilir

E) Əgər ST seqmeti iki qonşu və daha çox aparmalarda izoxəttdən yuxarı qalxıb


Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005.
578) Miokard infarktının terapiyası zamanı hansı trombolitiklər daha çox letallığı azaldır?

A) Streptokinaza

B) Urokinaza

C) Plazminoqenin aktivatorları

D) Streptodekaza

E) Trombolitiklərin hamısı eyni dərəcədə letallığı azaldırlar


Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005
579) Ağ ciyərlərin ödemini götürmək üçün kiçik qan dövranınında damarlarında təzyiqin artması zamanı preparat seçimi hansıdır?

A) Kalsium xloridin vena daxili təyini

B) 20 mq furosemidin vena daxili təyini

C) Oksiqenin inhalyasiyası

D) Prednizolonun vena daxili təyini

E) Nitroprussid natriumun vena daxili infuziyası normal və yüksək arterial təzyiqi olan xəstələrdə


Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007
580) Aterosklerozun inkişafında modifikasiya olunan (dəyişən) risk faktorlarına hansı aid deyil?
A) 50 – 60 yaşdan yuxarı yaş həddi

B) qanda xolesterinin, triqliseridlərin və aterogen lipoproteinlərin artması

C) piylənmə

D) arterial hipertenziya

E) tütün çəkmək
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 301
581) Aterosklerozun inkişafında modifikasiya olunan (dəyişən) risk faktorlarına hansı aid deyildir ?
A) karbohidrat mübadiləsinin pozğunluğu (hiperqlikemiya, şəkərli diabet)

B) ilişikli irsiyyət

C) yüksək sıxlıqlı lipoproteinlərin aşağı düşməsi

D) hipodinamiya

E) hiperhomosisteinemiya
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 301
582) Ürəyin işemik xəstəliklərində ən aşağı ölüm həddi ümumi xolesterinin hansı qatılığından az olduqda müşahidə olunur (mq/dl)?
A) 500

B) 400


C) 300

D) 200


E) 600
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 301
583) Ürəyin işemik xəstəliklərində ölüm göstəricisinin mülayım yüksəlməsi ümumi xolesterinin hansı həddində müşahidə olunur (mmol/l)?
A) 5, 3 - 6, 5

B) 8, 3 - 9, 5

C) 4, 2 - 5, 2

D) 7, 4 - 8, 2

E) 6, 7 - 7, 3
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 301
584) Ürəyin işemik xəstəliklərində ölümlə nəticələnmənin sayının birdən artması ümumi xolesterinin qatılığının hansı həddinnən yuxarı olduqda qeydə alınır (mmol/l)?
A) 6, 5

B) 5, 8


C) 4, 8

D) 7, 2


E) 7, 8
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 301
585) Triqliseridlərin əsas daşıyıcı formasından biri hansı hissəcikdir?
A) Yüksək sıxlıqlı lipoproteinlər

B) Xilomikronlar

C) Lipoprotein A

D) Aşağı sıxlıqlı lipoproteinlər

E) Apoprotein A - I
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 303
586) Xolesterinin əsas daşıyıcı forması hansı hissəcikdir?
A) Apoprotein A - II

B) Yüksək sıxlıqlı lipoproteinlər

C) Çox aşağı sıxlıqlı lipoproteinlər

D) Aşağı sıxlıqlı lipoproteinlər

E) Xilomikronlar
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 303
587) Fosfolipidlərin əsas daşıyıcı forması hansı hissəcikdir?
A) Yüksək sıxlıqlı lipoproteinlər

B) Apoprotein C

C) Xilomikronlar

D) Aşağı sıxlıqlı lipoproteinlər

E) Çox aşağı sıxlıqlı lipoproteinlər
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 303
588) Xilomikronlar 80 - 95% triqliseridlərdən ibarət ekzoqen (qida) triqliserid daşıyıcılarıdır. Onlar triqliseridləri nazik bağırsaqdan hara daşımırlar?
A) mimiki əzələlərə

B) miokarda

C) skelet əzələlərinə

D) saya əzələlərə

E) piy toxumasına
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 303
589) Aterosklerozun formalaşmasına (ateroqenez) hansı proses aid deyil?
A) lipid ləkələrin əmələ gəlməsi

B) lipid zolaqların əmələ gəlməsi

C) fəsadlaşmış aterosklerotik piləyin formalaşması

D) birləşdirici toxumanın əmələ gəlməsi

E) fibroz piləyin əmələ gəlməsi
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 313
590) Kliniki təcrübədə aterosklerozun əsasən hansı forması daha ağır fəsadlar törətmir?
A) qarın aortası və onun şaxələrinin aterosklerozu

B) periferik arteriyaların aterosklerozu

C) döş aortası və onun şaxələrinin aterosklerozu

D) koronar arteriyaların aterosklerozu

E) periferik venaların aterosklerozu
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 316
591) Qanın plazmasında triqliseridlərin hansı həddi hiperlipidemiyanın diaqnostikasında orta və şərti yuxarı hədd hesab olunur (mmol/l)?
A) 2, 2

B) 3, 7


C) 4, 3

D) 5, 2


E) 1, 7
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 330
592) 1965 ildə D. Fredrikson tərəfindən təqdim edilmiş təsnifata əsasən hiperlipidemiyanın neçə tipi mövcuddur?
A) III

B) VI


C) V

D) IV


E) II
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 331
593) 1965 ildə D. Fredrikson tərəfindən təklif olunmuş təsnifata əsasən I tip hiperlipidemiyа nə ilə xarakterizə olunur?
A) triqliseridlərin və patoloji dəyişmiş çox aşağı sıxlıqlı lipoproteinlərin yüksək olmasıyla

B) xilomikronların (ac qarına) miqdarının yüksək olması və nəzərəçarpan hipertriqliseridemiya ilə

C) aşağı sıxlıqlı lipoproteinlərin və ümumi xolesterinin xeyli yüksək konsentrasiyası ilə

D) xolesterinin normal konsentrasiyası fonunda çox aşağı sıxlıqlı lipoproteinlərin yüksək olmasıyla

E) çox aşağı sıxlıqlı lipoproteinlərin və həmcinin triqliseridlərin yüksək olmasıyla
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 331
594) 1965 - ci ildə D. Fredrikson tərəfindən təklif olunmuş təsnifata əsasən IIa tip hiperlipidemiyаya aşağıdakılardan hansı uyğun gəlmir?
A) ümumi xolesterinin xeyli yüksək konsentrasiyası

B) xilomikronların miqdarının yüksək olması

C) aşağı sıxlıqlı lipoproteinlərin xeyli yüksək konsentrasiyası

D) triqliseridlərin normal miqdarı

E) çox aşağı sıxlıqlı lipoproteinlərin normal miqdarı
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 331
595) 1965 ildə D. Fredrikson tərəfindən təklif olunmuş təsnifata əsasən IIb tip hiperlipidemiyаya aşağıdakılardan hansı uyğun gəlmir?
A) aşağı sıxlıqlı lipoproteinlərin xeyli yüksək konsentrasiyası

B) aşağı sıxlıqlı lipoproteinlərin xeyli aşağı konsentrasiyası

C) triqliseridlərin miqdarının mülayım artması

D) çox aşağı sıxlıqlı lipoproteinlərin miqdarının mülayım artması

E) ümumi xolesterinin xeyli yüksək konsentrasiyası
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 331
596) D. Fredrikson tərəfindən təklif olunmuş təsnifata əsasən III tip hiperlipidemiyaya aşağıdakılardan hansı uyğun gəlmir?
A) triqliseridlərin yüksək olması

B) xolesterinin yüksək olması

C) xolesterinin aşağı həddə olması

D) patoloji dəyişmiş aşağı sıxlıqlı lipoproteinlərin yüksək olması

E) patoloji dəyişmiş çox aşağı sıxlıqlı lipoproteinlərin yüksək olması
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 331
597) 1965 - ci ildə D. Fredrikson tərəfindən təklif olunmuş təsnifata əsasən IV tip hiperlipidemiya hansı xüsüsiyyətə malik deyil?
A) triqliseridlərin yüksək həddə olması

B) çox aşağı sıxlıqlı lipoproteinlərin yüksək həddə olması

C) xolesterinin miqdarının normal və ya yüngülcə yüksəlmiş olması

D) triqliseridlərin aşağı həddə olması

E) aşağı sıxlıqlı lipoproinlərin normal olması
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 331
598) 1965 - ci ildə D. Fredrikson tərəfindən təklif olunmuş təsnifata əsasən V tip hiperlipidemiyada sadalalanlardan hansının nəzərəçarpan yüksək olması müşahidə olunmur?
A) ümumi xolesterinin

B) yuxarı sıxlıqlı lipoproteinlərin

C) xilomikronların

D) triqliseridlərin

E) çox aşağı sıxlıqlı lipoproteinlərin
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 331


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin