Cihaz düyümlərİnİn yığılma texnologİyası XVI fəsİl Sökülən bİrləşmələrİn yığılması



Yüklə 0,88 Mb.
səhifə6/6
tarix02.01.2022
ölçüsü0,88 Mb.
#44094
1   2   3   4   5   6
FƏSİL 16

Şəkil 16.14. Konik dişli ötürmənin yığılması
Təcrübədə tənzimləməni aşağıdakı kimi yerinə yetirir-lər. Dişli çarxları olan yığma vahidləri (şəkil 16.14-ə bax) göv-dəyə 1 və 2 araqatılarsız yerləşdirirlər və görüşmə ləkələrinə görə ilişməyə nəzarət apararaq dişli çarxların bölgü konus-larının üst-üstə düşməsinə nail olurlar. Normal birləşmə aldıqdan sonra lazım olan araqatılarının qalınlığını ölçürlər, seçirlər və araqatıları yerləşdirilər və qapaqların bərkitmə detalını sıxırlar (bərkidirlər).

Qeyd etmək lazımdır ki, əksər konstruksiyalar yan araboşluqlarını müəyyənləşdirməklə eyni vaxtda yastıqlardakı araboşluqlarını tənzimləməyi tələb edir.. Birinci mərhələdə (şəkil 16.14,a) texnoloji şablon vasitəsilə h ölçüsünü yoxlayaraq yastıqlarda araboşluğunu təmin edirlər. Yastıqlarda araboşluğunun tənzimlənməsi §16.2.2.-də şərh olunmuşdur. Dişli ilişmədə son araboşluğu ikinci mərhələdə alınır (şəkil 16.14,b-yə bax). İkinci dişli çarx-la valı, yığımda araboşluğunun seçilməsini təmin edən oxboyu qüvvə tətbiq etməklə yerləşdirirlər. Bu vəziyyətdə 2 araqatıaltı ara-boşluğunu ölçürlər. Araqatının həqiqi qalınlığı olmalıdır, burada e-ölçülən araqatıaltı araboşluğu; -birləş-mədəki zəruri araboşluğuna uyğun çarxın oxboyu yerdəyişmə- sidir.



-in qiyməti aşağıdakı asılılıqdan müəyyən edilir:
,

burada, C0-nəzərdə tutulan yan araboşluğu; - ilişmə bucağı; -yerləşdirilən dişli çarxın konusunun bucağıdır.

Araqatıları seçildikdən və yerləşdirildikdən sonra qa-paqların bərkidilməsi aparılır.

Sonsuz vint dişli çarxlarını yığarkən ilişmədəki optimal yan araboşluğu təmin edilməlidir, eləcə də dişli çarxların son-suz vintin oxuna və sonsuz vintin dişli çarxın oxuna nəzərən simmetrik yerləşməsini təmin etmək vacibdir.

Yan araboşluğunun qiymətinə ən çox təsir edən oxlar-arası məsafədir. Yığma prosesində mərkəzlərarası məsafəni dişli çarxla valı gövdəyə yerləşdirdikdə dayaqların silindrik səthlərində sürtmə və ya şaberləməklə (ərsinləmə) azaltmaq olar.

Sonsuz vint ötürmələrinin yığılmasını sonsuz vint valının yastıqlarla yığımda gövdəyə yerləşdirilməsindən başla-yırlar. Bu əməliyyat zamanı 2 araqatıları komplekti (şəkil 16.15) ilə yastıqlarda araboşluqlarını və sonsuz vintin dişli çarxın oxuna nəzərən simmetrik yerləşməsini tənzimləyirlər. B ölçüsünə (şəkil 16.15) əsasən simmetrikliyə dişli çarxla val əvəzinə yerləşdirilmiş 1 tərtibatının köməyilə nəzarət edilir. Sonra 1 tərtibatı götürülür və val dişli çarx və yastıqlarla yı-ğımda gövdəyə yerləşdirilir.




Şəkil 16.15. Sonsuz vintin dişli çarxa nəzərən yerləşməsinin

simmetrikliyinin nəzarəti


Sonsuz vint birləşməsində yan araboşluğuna şəkil 16.12-də göstərilən sxem üzrə nəzarət edilir. Bu zaman dişli çarx bərkidilir və sonsuz vintin boş gediş bucağı ölçülür. Boş gediş bucağı  aşağıdakı asılılıqla təyin edilir.

= ,



burada, d- sonsuz vintin bölgü silindrinin diametri; -sonsuz vintin vidəsinin qalxma bucağı; g- düzyanlı təmasanın profil bucağıdır, evolivent sonsuz vintlə normal kəsikdə ilişir.






Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin