C.Ə. Feyziyev, F. N.İbrahimov, S. R. Bədiyev d I dakt I k a bakı – Mütərcim – 2011 Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı amea-nın Şəki Regional Elmi Mərkəzi


Təhsilin müəssisə (dövlət) modeli



Yüklə 3,21 Mb.
səhifə4/43
tarix10.04.2017
ölçüsü3,21 Mb.
#13756
1   2   3   4   5   6   7   8   9   ...   43

Təhsilin müəssisə (dövlət) modeli. Bu halda təhsil sisteminə xalq təsərrüfatının müxtəlif sahələrində sərbəst fəaliyyət göstərən dövlət hakimiyyətinin strukturu kimi baxılır. Təhsilin məzmunu, təhsil müəssisəsinin, tədris fənlərinin, bütövlükdə təhsil sisteminin nomenklaturasının və onun məqsədinin müəyyənləşdirilməsi mərkəzləşmiş qaydada, idarəçilik prinsipləri əsasında qurulur. Təhsil müəssisəsi birmənalı administrativ formada xüsusi qurum-lara tabe olur və onların fəaliyyətinə bu qurumlar tərəfindən nəzarət edilir. Belə struktur, fəaliyyət əhalinin müxtəlif təbəqələ-rinin təhsil sahəsində tələbatını təmin etməyə imkan verir.

  • Təhsilin ənənəvi modeli. Bu model qabaqcadan sistemləşdi-rilmiş akademik təhsil modeli olmaqla, gənc nəslə mədəniyyətin klassik elementlərinin verilməsini, yenidən hasil və ya təkrar istehsal edilməsini əsas götürərək, təhsil prosesini qurmağın xüsusi üsulu hesab edilir. Bu modelin tərəfdarları təhsilin əsas rolunu gənc nəslə sivilizasiyanın mədəni ənənələrinin saxlanıl-ması və ötürülməsində görürlər. Burada hər şeydən əvvəl həm insanın şəxsi inkişafı, həm də sosial nizamın saxlanılması üçün bilik, bacarıq və vərdişlərin, yüksək ideyalar və dəyərlərin müxtə-lifliyi, çeşidliliyi nəzərdə tutulur. Ənənəvi təhsil modelinin konsepsiyasına uyğun təhsil sistemi, mədəni təhsil ənənələri əsasında baza bilik, bacarıq və vərdişlərin formalaşması ilə bağlı elə məsələlərin həllinə üstünlük verir ki, qazanılmış bacarıqlar əsasında insan sərbəst olaraq yeni ranqda olan bilik və bacarıqlara yiyələnə bilsin.

  • Təhsilin rasionalizmə əsaslanan modeli. Bu model, hər şeydən əvvəl gənc nəslin mövcud cəmiyyətin ehtiyaclarını ödəmək məqsədilə tələb olunan bilik, bacarıq, vərdiş və praktik qabiliyyət-lərin formalaşmasını təmin etmək üçün elə təşkilati formalardan istifadə olunmasını nəzərdə tutur ki, onlar mövcud dünyanın tələblərinə cavab verə bilsin. Bu model çərçivəsində yalnız elə mədəni dəyərlər mənimsədilir və ötürülür ki, onlar gənc nəslə asanlıqla mövcud ictimai strukturlara inteqrasiya olmağa imkan versin. Bu modelin müasir ideologiyasının mərkəzi əsasını sosial mühəndisliyin bihevioristik (bihavior - əxlaq, davranış) konsepsi-yası tutur. Rasionalizmə əsaslanan modeldə yaradıcılıq, sərbəstlik, məsuliyyətlilik, fərdilik, təbiilik və s. kimi fəaliyyətlərə yer verilmir. Ona görə də, təhsil prosesinə, davranışa utilitarizm (eqoizmə, fərdiçiliyə əsaslanan cərəyan) ruhu gətirir və öyrədənə onun fəaliyyətinin dəyərlərini azaldan və mütəhərrik olmayan, təngə gətirən həyat tərzini məcburi qəbul etdirməyə çalışır. Bunun nəticəsində nəinki öyrənmənin, eyni zamanda tədris-təlim prosesinin də yaradıcı xarakteri müzakirə edilmir, proses səmərəliliyini itirir.

  • Təhsilin fenomenoloji modeli. Bu model öyrənənlərin şəxsi-psixoloji xüsusiyyətlərinə, onların istəklərinə və tələbatlarına ehtiyatla və hörmətlə yanaşılmasına, təhsilin şəxsi xarakter daşımasına üstünlük verir. Onun tərəfdarları məktəbə “təhsil konveyeri” kimi baxmağı inkar edirlər. Onlar təhsilə humanist nöqteyi-nəzərdən baxır, onun insan təbiətinə tam və adekvat olmasını əsas məqsəd kimi qarşıya qoyurlar. Hər bir öyrənənin özünütanımasına, təbii potensialını reallaşdırmasına, dinamik inkişafını təmin etməsinə müvafiq şərait yaradırlar.

  • Təhsilin qeyri-institusional modeli. Bu modelin tərəfdarları təhsilin təşkilini sosial institutlardan, xüsusi halda məktəb və ali təhsil müəssisələrindən kənarda təşkilinə üstünlük verirlər. Onun “təbiətin qoynunda”, internetin köməyilə, “açıq məktəb” şəraitində, distant təhsil yolu ilə və s. həyata keçirilməsini məqbul hesab edirlər.

    Bu model əsasında təhsilin və ya konkret təhsil müəssisə-sinin tədris-təlim prosesinin təşkili ilə bağlı əsas funksiyalarını aşağıdakı kimi qruplaşdırmaq məqsədəmüvafiq hesab edilir: təhsilin məqsədi; təhsilin məzmunu; təhsil prosesinin təşkili formaları; təhsilalmanın vəsitə və üsulları; real təhsil prosesinin təlim, tərbiyə və insan inkişafı birliyinin təminatçısı olması; təhsil prosesinin subyektləri və obyektləri; təhsil mühiti; baxılan tədris müəssisə-sində tədris-təlim prosesinin nəticələri, başqa sözlə, öyrənənlərin təhsillik səviyyəsi.

    (Daha ətraflı məlumat üçün bax: A.O.Mehrabov. Müasir təhsilin konseptual problemləri. Bakı, Mütərcim, 2010, səh. 34-116)


    * * *

    Araşdırmalar göstərir ki, XXI əsrin əsas kapitalı ölkələrin maliyyə imkanları və təbii resurslarının zənginliyi deyil, onların intellektual potensialı olacaqdır. Dünyanın aparıcı ölkələrinin inkişaf tendensiyası göstərir ki, intellektual potensialın formalaşması üçün təhsilin modernləşməsi aşağıdakı prioritet istiqamətlər üzrə aparılmalıdır:



    • millilik və bəşərilik;

    • qabaqlayıcı təhsilvermə;

    • universal biliklərə yiyələnmə;

    • bütün həyatboyu təhsilalma;

    • yeni maliyyələşmə modelinə keçid.

    1. Millilik və bəşərilik probleminin həllinin labüdlüyünü əsas-landırmaq çətin deyil. Müasir dövrdə təhsilin əsas vəzifəsi vətəndaş cəmiyyətində yaşayacaq insanın formalaşmasının vasitə və yollarını müəyyənləşdirməyə, onun yüksək mənəvi ideallara və dəyərlərə yiyələnməyə, insan həyatının mənasını anlamağa və dərk etməyə, öz şəxsi həyatında daim nailiyyətlər əldə etməsi üçün səy göstərməyə hazırlamaqdır. Bu tələblərə cavab verən insan ilk növbədə milli dəyərlər əsasında tərbiyə almalıdır. Eyni zamanda unudulmamalıdır ki, inkişafa istiqamətlənmiş cəmiyyətin fəaliyyə-tini dünya mədəniyyəti və təhsilindən ayrı, təcrid edilmiş şəkildə təsəvvür etmək mümkün deyil. Qloballaşma dünya mədəniyyətinə və təhsil sisteminə inteqrasiyanı tələb edir.

    2. Qabaqlayıcı təhsilvermə. Bu problemin labüdlüyü onunla şərtlənir ki, cəmiyyətin inkişafı böyük sürətlə və əsaslı dəyişikliklər şəraitində davam edir. Belə şəraitdə ictimai şüur dünyada baş verən ciddi qlobal dəyişikliklərdən xeyli geri qalır. Buna görə də aldığı təhsil insanları yaxın gələcəkdə cəmiyyətdə olacaq əsaslı dəyişikliklərə qabaqcadan hazırlamalıdır.

    3. Universal biliklərə yiyələnmə. Qlobal problemlərin həlli yalnız beynəlxalq ictimaiyyətin birgə səyi ilə yerinə yetirilə bilər. Bu isə qloballaşan dünyamızda yaranmış problemlərdən baş çıxa-ran, bütöv, universal elmi dünyagörüşə malik, fundamental elmlərin son nailliyyətlərinə bələd olan, müasir təfəkkürlü gənclərin hazırlanmasını tələb edir. Hazırda alimlər və pedaqoqlar qarşısında duran ən mühüm vəzifə, hər bir fundamental elmin bütövlüyü və tamlığını müəyyənləşdirib, sonra təbiət elmlərinin, humanitar elmlərin daxili əlaqələrini nəzərə alaraq son mərhələdə fənlərin tədrisinin yeni fundamental, bütöv sistemini və məzmununu yaratmaqdır. XXI əsrdə pedaqoji, psixoloji yanaşmaların əsasını “təhsil alanlara nəyi isə ətraflı öyrətmək deyil, öyrənməyi öyrətmək” təşkil etməlidir.

    4. Bütün həyat boyu təhsilalma. Cəmiyyətin inkişaf tenden-siyası insanları biliklərinin sərhəddini, ixtisasını dəyişmək məcburiyyətində qoyur. İndiki şərait tələb edir ki, insan özünü tez-tez kəskin şəkildə refleksiya etsin, imkanlarını (intellektual, mədəni, fəaliyyət) müəyyənləşdirsin, yeniliyin xüsusiyyətlərini anlamağa çalışsın, effektiv şəkildə kommunikativ və kooperativ əlaqələr qursun. Bu isə insandan bütün həyatı boyu təhsil almağı tələb edir. Ömür boyu fasiləsiz təhsilalmanın vacibliyi XXI əsrdə ixtisaslı kadrların yenidən hazırlanmasını, iqtisadiyyatın və cəmiyyətin tələbinə uyğun öz ixtisasını müntəzəm artırmasını, təkmilləş-dirməsini ön plana çəkir. XXI əsrin təhsil sistemi kifayət dərəcədə novator xarakterli, çevik və yaradıcı keyfiyyətlərə malik olmalıdır.

    5. Yeni maliyyələşmə modelinə keçid. Hamının keyfiyyətli təhsil ala bilməsinin, təhsilin normal təşkili və inkişafa istiqamət-lənmiş olmasının əsas təminatı dövlətin hər adambaşına maliyyələş-dirmə öhdəliyini necə yerinə yetirməsindən xeyli dərəcədə asılıdır.

    Məlumdur ki, təhsilin səmərəli təşkili onun mühüm prinsip-lərindən biridir. Təhsil sisteminin səmərəliliyinə aşağıdakıları yerinə yetirməklə nail olmaq mümkündür:

    - təhsilin maliyyələşdirilməsinin yeni sisteminə keçilməsi (adambaşına normativlər əsasında xərclərin hesablanması);

    - təhsilin inkişafına büdcədən ayrılan vəsaitin optimallaşdırıl-ması, investisiya layihələrinin reallaşdırılması, hər şeydən əvvəl tədris avadanlıqlarının yeniləşdirilməsi;

    - təhsil müəssisələrinin maddi-texniki bazasının yüksəldilməsində ictimaiyyətin iştirakının genişləndirilməsi;

    - idarəetmə sisteminin informasiya təminatının yüksəldilməsi;

    - idarəetmə sahəsində işləyənlərin və təhsildə marağı olan tərəflərin daim maarifləndirilməsi;

    - təhsil siyasətini hazırlamaq və ictimaiyyəti maarifləndirmək üçün ictimaiyyətlə əlaqə xidmətinin və təhsilə xidmət marketinqinin təşkili;

    - tədris müəssisələri üçün avadanlıqların, əyani vəsaitlərin alınması, məktəb binalarının təmirinin təşkili ilə məşğul olan servis xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi.

    Yuxarıda sadalanan elementlər blokunda həyata keçirilməsi ən çətin olan iş adambaşına ayrılacaq maliyyə normativlərinin qabaqcadan müəyyənləşdirilməsidir. Çünki, həmin normativ hər il dəyişir və dövlətin maliyyə imkanlarından asılı olur. Xarici ölkələrin təcrübəsi göstərir ki, təhsil müəssisələrində adambaşına maliyyələşmə normativinə keçilməsi aşağıdakı üstünlüklərə malikdir: 1) təhsil müəssisəsinin maliyyə problemləri tam aydınlaşır, maliyyə müstəqilliyi təmin olunur, ictimaiyyətdən, digər mənbələrdən əlavə vəsait almaq ehtiyacını müəyyənləşdirir və onu leqallaşdırır, yerləşdiyi bölgənin ona nə qədər maliyyə vəsaiti ayırmasını müəyyən etməyə imkan yaradır; 2) təhsil müəssisəsi iqtisadi cəhətdən qorunur, bütün uşaqların keyfiyyətli təhsil alması təmin edilir; 3) maliyyə resurslarının məktəblər üzrə paylanmasında yol verilən subyektiv amillər minimuma endirilir; 4) təhsil müəssi-sələrinin onun üçün ayrılan vəsaitlərdən səmərəli və qənaətlə istifadə etmək marağını artırır.

    2. Azərbaycanda təhsilin əsas məqsədi
    Azərbaycan Respublikasında təhsilin əsas məqsədi aşağı­da­kı­lar­dır, hansı ki, bunlar “Təhsil haqqında Azərbaycan Res­pub­li­ka­sı­nın Qanunu”nda rəsmiləşdirilmişdir:

    - Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xal­qın milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hü­quq­ları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ide­yalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəx­siyyət yetişdirmək;

    - milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf et­di­rən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiy­mət­ləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müa­sir təfəkkürlü və rəqabət qabiliyyətli mütəxəssis-kadrlar hazırla­m­aq;

    - sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənim­sə­nil­mə­sini və ixtisasın daim artırılmasını təmin etmək, təhsilalanları ic­ti­mai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq.


    3. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri

    Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağı­da­kı­lar­­dır:


    • humanistlik – milli və ümumbəşəri dəyərlərin, şəxsiyyətin azad inkişafının, insan hüquqları və azadlıqlarının, sağlamlığın və təh­lükəsizliyin, ətraf mühitə və insanlara qayğı və hörmətin, tole­rant­lıq və dözümlülüyün prioritet kimi qəbul olunması;

    • demokratiklik- təhsilalanların azad düşüncə ruhunda tər­bi­yə edilməsi, təhsilin dövlət-ictimai əsaslarla təşkilində və idarə edil­mə­sində səlahiyyət və azadlıqların genişləndirilməsi, təhsil müəs­si­sə­lərinin muxtariyyətinin artırılması;

    • bərabərlik - bütün vətəndaşların bərabər şərtlər əsasında təh­sil almasına imkanlar yaradılması və təhsil hüququnun təmin olun­ması;

    • millilik və dünyəvilik - milli və ümumbəşəri dəyərlərin qo­run­ması və onların dialektik vəhdətinin təmin edilməsi əsasında dün­yəvi təhsil sisteminin yaradılması və inkişaf etdirilməsi;

    • keyfiyyətlilik - təhsilin mövcud standartlara, normalara, so­sial-iqtisadi tələblərə, şəxsiyyətin , cəmiyyətin və dövlətin ma­raq­la­rı­na uyğunluğu;

    • səmərəlilik - təhsilin və elmi yaradıcılığın daim inkişaf edən, faydalı və son nəticəyə istiqamətlənən müasir metodlarla təş­ki­li;

    • fasiləsizlik, vəhdətlik, daimilik - mövcud təhsil standartları, təd­ris proqramları və planları əsasında təhsilin bir neçə səviyyədə əl­də edilməsi imkanı, təhsilin ayrı-ayrı pillələri arasında sıx dia­lek­tik qarşılıqlı əlaqənin təmin olunması və onun insanın bütün hə­yatı bo­yu ardıcıl davam etməsi;

    • varislik - təhsil sahəsində əldə olunmuş bilik və təcrübənin ar­dıcıl olaraq növbəti nəslə (dövrə) ötürülməsi;

    • liberallaşma - təhsil sahəsinin və təhsil fəaliyyətinin açıq­lı­ğı­nın genişləndirilməsi;

    • inteqrasiya - milli təhsil sisteminin dünya təhsil sisteminə sə­mərəli formada qoşulması, uyğunlaşması və qovuşması əsasında in­kişafı.

    4. Təhsil sistemi anlayışı


    Bu anlayış özü ədəbiyyatda müxtəlif formada işlənmişdir: “ma­arif sistemi”, “xalq maarifi sistemi”, “təhsil sistemi”, “xalq təh­sili sistemi”, “dövlət təhsil sistemi”. Müxtəliflik onunla izah edilir ki, ölkənin inkişafı ərzində tədris müəssisələri başqa-başqa idarə və na­zirliklərin tabeliyində fəaliyyət göstərmişdir. Müasir dövrdə ma­arif nazirliyi ali və orta ixtisas təhsili nazirliyi və texniki peşə təhsili ko­mitəsi bir nazirlikdə birləşsə də, bəzi başqa nazirliklərin ta­be­li­yin­də olan tədris müəssisələri də vardır. Tədris müəssisələrinin hazırkı yer­ləşmə və idarəolunma vəziyyəti nəzərə alınarsa “təhsil sistemi” an­layışının işlənilməsi məqsədəuyğun sayılır (6).

    Təhsil sistemi anlayışını üç əsas əlamət səciyyələndirir. Bi­rin­ci əlamət təhsil sisteminin konkret ölkə ilə bağlılığıdır. Hər öl­kə­nin özünəməxsus, özünün sosial-iqtisadi və mədəni-siyasi vəziyyətinə uy­ğun gələn təhsil sistemi vardır. İkinci əlamət tədris müəssisə-lərini nə­zərdə tutur. Bu və ya digər ölkədə mövcud olan bütün tədris mü­əs­sisələri təhsil müəssisələri arasında qarşılıqlı əlaqələrin mö­v­cud­lu­ğuna işarədir. Mövcud tədris müəssisələri bu cür əlaqələr sa­yə­sin­də sistem əmələ gətirir.

    Göstərilən əlamətlərə istinad edərək təhsil sistemi anlayışına tə­rif vermək olar: bu və ya digər ölkədə qarşılıqlı əlaqə şəraitində fəa­liyyət göstərən tədris müəssisələrinin məcmusu təhsil sistemidir.

    Təhsil sistemi ölkənin iqtisadi- siyasi və mədəni səviyyəsi ilə əla­qədar təşəkkül tapır və inkişaf edir. Təhsil sistemləri tam ey­niy­yət təşkil edən ölkələr yox olur. Nəinki yüksək dərəcədə inkişaf et­miş ölkələrin, hətta inkişafa qədəm qoymuş ölkələrin təhsil sistem­lə­ri də bir-birindən fərqlənir. Bu fərqin səbəbi həmin ölkələrdə hə­ya­ta keçirilən ictimai-iqtisadi siyasətin və mədəni inkişafın müxtə­lif­l­iyidir.

    İctimai-iqtisadi quruluşun dəyişməsi və inkişafı ilə əlaqədar tə­şəkkül tapan və formalaşan təhsil sistemi öz növbəsində cə­miy­yə­tin sonrakı inkişafına, sosial-iqtisadi və mədəni inkişafa təkan ve­rir. Cə­miyyətin necəliyi, mənəvi sərvətin zənginlik dərəcəsi müəyyən mə­­nada təhsil sisteminin necəliyindən asılıdır. Nəzərə alınmalıdır ki, cəmiyyətdə sosial-iqtisadi həyat dəyişdikcə təhsil sistemi də vaxt­aşırı dəyişir.

    Təhsil sisteminə aşağıdakılar daxildir:

    - bütün təhsil müəssisələri, təlim-tərbiyə prosesi ilə məşğul olan və təhsil xidmətləri göstərən digər qurumlar, təhsil fəaliyyətini və onun inkişafını təmin edən elmi tədqiqat institutları və infor­ma­si­ya mərkəzləri, layihə, istehsal, kliniki, ictimai iaşə, tibbi-profilaktik və əczaçılıq strukturları, idman, istirahət və sağlamlıq kompleks­ləri, kampuslar, mədəni-maarif müəssisələri və təşkilatları, kitab­xa­na­lar, yataqxanalar, düşərgələr və digər infrastruktur obyektləri;

    - təhsili idarəetmə orqanları və onların tabeliyində fəaliyyət göstərən müəssisə və təşkilatlar;

    - təhsil sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşki­lat­la­rı, assosiasiyalar, cəmiyyətlər, elmi-metodik şuralar və digər qurum­la­r.

    5. Təhsilin məzmununa

    və təşkilinə dair ümumi tələblər


    Təhsilin məzmununa və təşkilinə dair ümumi tələblər aşa­ğı­da­kı­lardır:

    • təhsilalanlarda müasir tələblərə və şəraitə uyğunlaşmaq, rə­qa­bət qabiliyyətli olmaq, informasiya cəmiyyətində yaşayıb fəal­iy­yət göstərmək, ünsiyyət yaratmaq bacarığını formalaşdırmaq;

    • öz üzərinə məsuliyyət götürmək, kollegial qərarların qə­bu­lun­da, demokratik təsisatların fəaliyyətində və inkişafında iştirak et­mək keyfiyyətlərinə malik müstəqil, yaradıcı şəxsiyyət və vətəndaş for­malaşdırmaq;

    • təhsilalanların fasiləsiz təhsil almasını, daim yeniləşən, mü­as­ir standartlara uyğun gələn biliklərə və dünyagörüşünə yiyələn­mə­si­ni, cəmiyyətin tələbatını daha səmərəli ödəməsini, şəxsiyyət kimi in­kişaf etməsini və ömür boyu təhsilin hamı üçün açıq və bərabər im­kanlı olmasını təmin etmək;

    • yüksək intellektual səviyyəyə və praktiki iş qabiliyyətinə, ye­ni texnologiyalara yiyələnmək, informasiya axınında çevik istiqa­mət tapmaq bacarığını formalaşdırmaq;

    • cəmiyyətin yüksək səviyyəli və rəqabətqabiliyyətli kadr po-ten­sialına tələbatının ödənilməsi üçün real zəmin yaratmaq;

    • təhsil müəssisələrində tədris prosesinin təhsilalanların və təh­silverənlərin insan ləyaqətinə hörmət etməsi əsasında qurulmas­ı­nı təmin etmək və təhsilalana qarşı hər hansı fiziki və psixoloji zo­ra­kı­lığa yol verməmək.

    Təhsilin məzmununa və təşkilinə dair ümumi tələblər “Təhsil haq­qında Azərbaycan Respublikasının Qanunu” və digər normativ hü­quqi aktlarla tənzimlənir.

    6. Təhsilin və təhsilalmanın formaları
    Azərbaycan Respublikasında formal, qeyri-formal, informal təh­sil formaları tətbiq olunur.

    • formal təhsil - dövlət təhsil sənədinin verilməsi ilə başa ça­tan təhsil formasıdır;

    • qeyri-formal təhsil - müxtəlif kurslarda, dərnəklərdə və fərdi məş­ğələlərdə əldə edilən və dövlət təhsil sənədinin verilməsi ilə mü­şa­yiət olunmayan təhsil formasıdır.

    • informal təhsil - özünütəhsil yolu ilə biliklərə yiyələnmənin for­masıdır.

    Formal təhsilin təşkili qaydaları müvafiq icra hakimiyyəti or­qa­nı tərəfindən müəyyən edilir.

    Azərbaycan Respublikasında əyani, qiyabi, distant (mə­sa­fə­dən), sərbəst təhsilalma formaları müəyyən olunmuş təhsilalma for­ma­ları çərçivəsində evdə təhsil və fərdi təhsil təşkil oluna bilər. Fər­di təhsil - müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qal­mış şəxslər, habelə müəyən bir sahə üzrə xüsusi istedadı ilə fərq­lə­nən şagirdlər üçün tətbiq edilən təhsil formasıdır. Evdə təhsil mü­va­fiq təhsil proqramlarına uyğun olaraq ümumi təhsilin evdə təşkili for­masıdır. Zəruri hallarda, müasir təhsil texnologiyalarından isti­fa­də etməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edil­miş qaydada digər təhsilalma formaları da tətbiq edilə bilər.



    7. Təhsil müəssisəsi
    Təhsil müəssisəsinin təşkilati-hüquqi forması və statusu mü­va­fiq qanunvericiliyə uyğun müəyyən edilir. Azərbaycan Res­pub­li­ka­sında mülkiyyət növünə görə dövlət, bələdiyyə, özəl təhsil müəs­si­s­ələri fəaliyyət göstərir.

    Azərbaycan Respublikasında dövlət təhsil müəssisələri bila­va­sitə mənfəət əldə etmək məqsədi güdmür. Təhsil müəssisəsinin fəa­liy­yəti, hüquq və vəzifələri “Təhsil haqqında Azərbaycan Res­publi­ka­sının Qanunu” və Azərbaycan Respublikasının müvafiq qanun­ve­ri­cilik aktları nəzərə alınmaqla onun nizamnaməsi ilə müəyyən edi­li­r.

    Təhsil müəssisəsinin aşağıdakı tipləri və növləri müəyyən olun­muşdur:



    • məktəbəqədər təhsil müəssisələri (körpələr evi, uşaq bağçası, xüsusi uşaq bağçası);

    • ümumi təhsil müəssisələri (ibtidai, orta və tam orta ümum­təh­sil məktəbləri, ümumtəhsil internat məktəbləri, xüsusi məktəblər və xüsusi internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, istedadlı şagirdlər üçün məktəblər, gimnaziyalar, li­seylər və digər müəssisələr);

    • məktəbdənkənar təhsil müəssisələri (uşaq yaradıcılıq mər­kəz­ləri, uşaq-gənclər idman məktəbləri, uşaq-gənclər şahmat mək­təb­ləri, ekoloji tərbiyə və təcrübə mərkəzləri, texniki yaradıcılıq mər­kəzləri, turizm və diyarşünaslıq mərkəzləri, məktəbdənkənar iş mər­kəzləri, estetik tərbiyə və bədii yaradıcılıq mərkəzləri və s.)

    • ilk peşə-ixtisas təhsili müəssisələri (peşə məktəbləri, peşə li­sey­ləri);

    • orta ixtisas təhsili müəssisələri (kolleclər);

    • ali təhsil müəssisələri (universitetlər, akademiyalar, ins­ti­tut­lar və s.)

    • əlavə təhsil müəssisələri (universitetlər, institutlar, mərkəzlər və s.)

    • təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr;

    Müxtəlif tipli təhsil müəssisələri təhsil kompleksi və kampus for­masında da fəaliyyət göstərə bilər. İbtidai və ümumi orta təhsil mü­əssisələrinin azkomplektli formada fəaliyyətinin təşkili müm­kün­dür.

    8. Təhsilin pillələri və səviyyələri
    Azərbaycan Respublikasında məktəbəqədər təhsil, ümumi təh­sil (ibtidai təhsil, ümumi orta təhsil, tam orta təhsil), ilk peşə-ix­tisas təhsili, orta ixtisas təhsili, ali təhsil (bakalavriat, magistratura, dok­torantura) pillələri və səviyyələri müəyyən olunmuş-dur. Təh­si­lin pillələri və səviyyələri arasında qarşılıqlı əlaqə və varislik tə­min olunur. Hər bir təhsil pilləsi (məktəbəqədər təhsil istisna olmaqla) ye­kun qiymətləndirmənin və ya attestasiyanın nəticələrinə uyğun ola­raq məzunlara dövlət nümunəli sənədin verilməsi ilə başa çatır. Təh­silalanın əvvəlki pillədə və səviyyədə əldə etdiyi nailiyyətlər növ­bəti pillədə və səviyyədə təhsilin davam etdirilməsində nəzərə alı­nır.
    8.1. Məktəbəqədər təhsil

    Məktəbəqədər təhsil təhsilin ilk pilləsi olmaqla, ailənin və cə­miy­yətin maraqlarına uyğun olaraq, uşaqların erkən yaş dövründən in­tellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yi­yə­lən­məsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qo­runmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas mü­na­si­bə­tinin formalaşmasını təmin edir. Məktəbəqədər təhsil müvafiq təh­­sil proqramı əsasında həyata keçirilir, məktəbəqədər təhsil üç yaş­dan başlayır. Beş yaşlı uşaqlar üçün məktəbə hazırlıq zəruridir. Mək­təbə hazırlığın təşkili qaydaları müvafiq icra orqanı tərəfindən müəyyən edilir. Məktəbəqədər təhsil uşağın valideynlərinin və ya di­g­ər qanuni nümayəndələrin arzusu ilə məktəbəqədər təhsil müəs­si­­sələrində, ümumtəhsil müəssisələrinin müvafiq strukturlarında və ya ailədə həyata keçirilə bilər. Məktəbəqədər yaşlı uşaqları evdə tər­bi­yə edən ailələr üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən mü­vafiq qaydada metodiki və diaqnostik məsləhət və əlaqələndirmə xid­məti təşkil edilir.


    8.2. Ümumi təhsil
    Ümumi təhsil təhsilalanlara elmlərin ümumi əsaslarının öyrə­dil­məsini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların hə­yata və əmək fəaliyyətinə hazırlanmasını təmin edir. Ümumi təh­sil təhsilalanların fiziki və intellektual inkişafına, zəruri biliklərə yi­yə­lənməsinə, onlarda sağlam həyat tərzinə və sivil dəyərlərə əsas­la­nan vətəndaş təfəkkürünün formalaşmasına, milli və dünyəvi də­yərlərə hörmət hissinin aşılanmasına, ailə, cəmiyyət, dövlət və ətraf mü­hit qarşısında hüquq və vəzifələrinin müəyyən edilməsinə imkan ya­radır. Ümumi təhsil müvafiq təhsil proqramları əsasında həyata ke­çirilir. Azərbaycan Respublikasında ümumi təhsil, ibtidai təhsil, ümu­mi orta təhsil və tam orta təhsildən ibarətdir. Ümumi təhsilin təh­sil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəsinə ke­çid qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olu­nur.

    Ümumi təhsil ümumtəhsil məktəblərində, xüsusi təmayüllü təh­sil müəssisələrində, gimnaziyalarda, liseylərdə, ilk peşə-ixtisas və orta ixtisas təhsili müəssisələrində, habelə ali təhsil müəs­si­sə­lərinin tabeliyində yaradılan məktəblərdə həyata keçirilir. Ümumi təh­sil sistemində təhsilalanların fiziki inkişafını təmin etmək və müx­təlif yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək məqsədi ilə mək­təbdənkənar təhsil proqramları tətbiq olunur.

    İbtidai təhsilin məqsədi təhsilalanlara oxumaq, yazmaq və he­sab­lama bacarıqları aşılamaq, onlarda insan, cəmiyyət və təbiət haq­qın­da ilkin həyati biliklər, məntiqi təfəkkür elementləri, estetik, bə­dii zövq və digər xüsusiyyətlər formalaşdırmaqdan ibarətdir. İbti­dai təhsil müvafiq təhsil proqramına əsasən həyata keçirilir. Azər­baycan Respublikasında ibtidai təhsil altı yaşdan başlanır. Va­li­deynlərin və uşaqların digər qanuni nümayəndələrinin arzusu ilə təh­sil müəssisəsi istedadlı uşaqları müvafiq icra hakimiyyəti orqa­nı­nın müəyyən etdiyi qaydada daha erkən yaşda qəbul edə bilər.

    Ümumi orta təhsilin məqsədi təhsil alanların şifahi nitq və yazı mə­dəniyyətinin, ünsiyyət bacarığının, idrak fəallığının və məntiqi tə­fək­kürünün inkişafını, təhsil proqramına daxil olan fənlər üzrə və eləcə də dünya svilizasiyasının inkişafı haqqında müvafiq bilik və tə­səvvürlərinin formalaşdırılmasını, müasir informasiya- kommu­ni­ka­siya vasitələrindən istifadə etmək qabiliyyətini, hadisələri qiy­mət­lən­dirmək və öz gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirmək ba­carığını təmin etməkdən ibarətdir. Azərbaycan Respublikasında ümu­mi orta təhsil icbaridir və müvafiq təhsil proqramına əsasən hə­ya­ta keçirilir.

    Ümumi orta təhsil səviyyəsində yekun qiymətləndirmə apa­rı­lır və təhsili başa vuran təhsil alanlara müvafiq dövlət sənədi verilir. Ümu­mi orta təhsil haqqında sənəd təhsilin növbəti pillədə və sə­viy­yə­də davam etdirilməsi üçün əsas sayılır.

    Tam orta təhsil səviyyəsində təhsil alanların istedad və qa­bi­liy­yə­tinin reallaşdırılması, müstəqil həyata və peşə seçiminə hazırlan­ma­sı, fəal vətəndaş mövqeyinin, milli və ümumbəşəri dəyərlərə, in­san hüquqlarına və azadlıqlarına hörmət hissinin və tolerantlığın for­malaşdırılması, müasir informasiya-kommunikasiya texnologiya-la­rından və digər texniki vasitələrdən sərbəst istifadə etməsi, iqtisadi bi­lik­lərin əsaslarına yiyələnməsi, xarici dillərdən birində, yaxud bir ne­çəsində ünsiyyət saxlaması və s. təmin olunur. Tam orta təhsil ümu­mi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Tam orta təhsil səviyyəsində təh­silin təmayülləşməsi (humanitar, texniki, təbiət və digər) təmin olu­nur. Dövlət təhsil müəssisələrində tam orta təhsil pulsuzdur. At­tes­tasiyanın nəticələrinə görə məzunlara müvafiq qaydada dövlət nü­munəli sənəd-attestat verilir.



    Yüklə 3,21 Mb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9   ...   43




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin