Çağdaş Azərbaycan nəsri



Yüklə 5,38 Mb.
Pdf görüntüsü
səhifə32/59
tarix21.03.2017
ölçüsü5,38 Mb.
#12112
1   ...   28   29   30   31   32   33   34   35   ...   59

2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

“...doğrudu,  insan  böyüdükcə  məktəb  keçməlidi, 



amma  insan  doğulanda  həm  də  öz  məktəbiylə  birgə 

doğulur;  bu  ana  məktəbidi,  nəsl-nəcabət,  qan  yaddaşı 

məktəbidi...qanla, 

südlə, 


sümüklə 

gələndi... 

Siz, 

bacıoglanları,  bizim  sevimli  gələcəyimiz,  necə  gəldi, 



böyüyün,  hansı  rəngi  istəyirsiz  seçin, özünüzü  boyayın,  o 

rəngə bələnin, kim bəzəklidi ona oxşamağa çalışın. Olsun! 

Bəs  bilmirsinizmi,  bütün  bunlar,  seçdiyinz  bu  rənglər  sizi 

azdırmaq üçündü ki, öz yolunuzu tapa bilməyəsiniz...” 

Çox yəqin ki, bütün bunları hamı bilməlidi; mənsə o 

vaxt  kəndə  getmişdim  ki,  bacımı  başa  salım,  bu 

fikirləşdiklərimi  bacıma  deyim,  amma    bacım  bunları 

anlamaq halındaydımı?!  

Dağın  ətəyindən  çıxanda  kənd  göründü.  Kəndi 

görməyimə hazır deyiləm, yəni nə sevinməyə hazıram, nə 

kədərlənməyə...  Bunu  bir  anlığa  anladım,  darıxdığımdan 

bilmədim  neynəyim,  başımı  pəncərədən  çıxardıb 

boylandım...Kənd  uzaqdan-uzağa  önümə  sərilmiş  xalça 

kimidi,  yamaclarda  əkin-səpin  işi  görən  təkəm-seyrək 

kənd adamları şəkillərə oxşayır, çəpərlər uzaqdan sərhəd 

məftillərini xatırladır... 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Əslində  hər  şey  qaydasındaymış;  sadəcə  mən 



özümün  bu  neçə  ildən  sonra  üzə  çıxmağıma,  birdən-birə 

görünməyimə  hazır  deyiləm...  on  ildə  bir  kəndə  gəlib  bu 

cür  görünməyim  nə  bacı  üçün  başa  düşüləndi,  nə  el-

obayçün...Gələndə  də  özümü  göstərməkçün  gəlmişəm... 

Bunu  hiss  edib  narahatlıqla  sürücüyə  baxdım,  o  birilər 

düşüblər,  elə  ikimizik.  Sürücü  yol  boyu  məni  danışdıra 

bilmədiyi  üçün  indi  də  pərt  haldadı,  mən  bunu  onun 

üzünə baxan kimi anladım... 

Sürücü incikliyini gizləmədən: 

-Nolub, eey, qardaş?! İkiyüz kilometr yol gəldik, səni 

dindirə  bilmədim...Nolub?!  -dedi,  niyəsə  birdən-birə 

sürəti artırdı, dönüb təzədən mənə baxdı, mənim üzümdə 

nə  gördüsə,  maşını  yavaşıtdı...  Evlərin  arasından, 

çəpərlərin, 

bağların, 

bostanların 

dərinliklərindən, 

gicitikanlıqlardan  ağlaşma  səsi  gəldi.  Sürücü  maşını 

saxlayıb quruyub qaldı... -Yasa gedirsiz? 

Başımı tərpədib: 

-Hə, -dedim... 

-Bağışla məni, müəllim...sən allah bağışla! 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Sürücü  belə  deyib  maşını  ağlaşma  səsi  gələn  tərəfə 



döndərdi.  Sürücünün  gözləri  dolmuşdu.  “Kaş  ki,  mən  də 

ağlaya  biləydim...”  fikirləşdim,  “...yas  yerinin  yaxşılığı 

ağlamaqdı...” 

Bacım  düşüncəmdə  bayaqdan  üzü-gözü  qan  içində 

üstümə yüyürürdü... 

Özümü nece aparacağım haqda heç düşünmək lazım 

deyil,  kənddə  məni  sevmirlər,  amma  ağlaya  bilsəydim, 

bəs  olardı,  “...o  boyda  camaatın,-  qızın-gəlinin  arasında 

nece ağlayasan...” Bioloq Teymurun sözüdü, atası öləndə 

getmişdik, anası boynuna sarılıb ağlayırdı...  

-Mən belə yerlərdə ağlaya bilmirəm. - Bioloq Teymur 

dedi, qayıdanda... 

-Sən  elə  bil  gülürdün,-dedim,-anan  ağlayanda  üzün 

gülümsəyirdi... 

-Əslində  bu  da  əsəb  pozğunluğundandı,  indi  çoxu 

belədi,  sən  də  eləsən,  xəbərin  yoxdu  özünnən,  mən  də 

eləyəm,  vəziyyət  ciddiləşdikcə  gülmək  istəyirik.  Fryazino 

şəhərinə səfərimiz yadındadı? Qız yanına getmişdik... 

Fryazino şəhərini xatırlayıb gülürdük... 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Ağlaşma səsinə xəyaldan ayrıldım. 



Ağlaşma  səsi  birdən-birə  gücləndi;  bu  da  yəqin  ki, 

maşından  düşəndə  adamların  üzünün  bizə  sarı 

çevrilməyindəndi,  deyə  fikirləşdim.  Doğrudan  da 

ağlayanlar elə bil bir anlığa başını sudan çıxartdı; kişilərin 

hamısı 

sıralanıb 



ağacların 

dibində 


başı 

aşağı 


dayanmışdılar. Arada bir hardansa mollanın səsi gəlirdi: 

-Fati-hə...! 

Bu  qanlı  ağlaşmanın  içindən  bir  kəlmə  sözün  nece 

asanlıqla  keçdiyinə mat-məətəl qaldım, -Fatihə...! 

Kişi məclisi açıq havadaydı, ağacların altında. Burdan 

ora  adamların  üz-gözündə  yasın  ağırlığı  o  qədər  də 

bilinmədi...  Süfrənin  başında  mollaya  yaxın  oturmuş 

sarışın,  şümal  adam  məni  göstərib  nəsə  dedi;  mən  bunu 

gözümün 

ucuyla 


gördüm, 

amma 


tanıya 

bimədim...Saqqallı  olduğum  indi  yadıma  düşdü.  O  adam 

da yəqinki elə saqqalımı göstərirdi... 

Bir dəfə də bacım məktubunda yazmışdı: 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Qabağında  ölüm,  kənddə  söz-söhbət  gəzir  ki, 



qardaşın cuhud saqqalı qoyub, erməni də yox eyy, cuhud! 

Kəndə gəlsən o saqqalla gəlmə 

Amma  Teymurun  orta  məktəb  illərindən  əli  üzündə 

qalmışdı ki, nə vaxt üzünün tükləri çıxacaq, o da dayısının 

saqqalı kimi saqqal qoyacaq... 

-Bu  rəhmətlik  əslində  çox  yaxşı  oğlan  idi,-Mollanın 

yanındakı  sarışın,  şumal  adam  Teymurun  xalçanın 

üstündəki  şəkilni  göstərdi.  -  Onu  odu  eey,  cuhud  saqqal 

dayısı korradı... 

Bununla  da  bütün  nəzərlər  mənə  çevrildi...Məni 

görəndən  sonra  Mollanın  da  səsi  dəyişmişdi,  bu  dəfə 

hirslə: 


-Fatihə! -dedi.   

Dayanıb  əlimi  surəyə  açdım...  Yan-yörəmdən 

pıçıltılar gəlirdi. 

-Yanıyla də ağlayan gətirib. 

-Gör indi heç özünün gözünnən yaş çıxacaqmı! 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Sürücünü  indi  gördüm,  yanımda  əlini  açıb  ağlaya-



ağlaya  ovuclarının  içinə  baxırdı...  Uşağa  oxşayan  totuq 

yanaqlarıyla göz yaşları süzülürdü. 

“Dayı,  fatihə,  nə  deməkdi?...”  Bacımgillə  qonşu 

kəndə  yasa  getmişdik.  Teymur  da  yanımızdaydı,  yuxarı 

siniflərdə  oxuduğu  vaxtlardı.  Molla,  -Fatihə,  deyəndə, 

ayaqlarının ucuna qalxıb pıçıltıyla soruşdu: 

- Nə deməkdi, fatihə? Bizim dildədi? 

-Yox,-dedim, - indi yeri deyil, sonra başa salaram. 

İri  gövdəli  mollaydı,  məclisin  yuxarı  başında 

əyləşmişdi,  əzələli,  enli  çiyinlərinin  üstündə  boynu  sağa-

sola  dönmürdü,  səsi  o  qədər  gur  idi  ki,  uzun  müddət 

dediyi  sözlər  ordan-burdan  əks-səda  verib  təzədən 

üstümüzə qayıdırdı. 

-Fatihə...!  -Həmin  gur  səsiylə  də  surəni  oxumağa 

başladı.   

-Dayı, sən bilirsən o nə deyir? 

-Susss! -Qolundan yapışıb bərk-bərk sıxdım... 

-Ağlayan dostuna qurban olum, ay qardaş! 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Bacımın  səsinə  özümə  gəldim.  Sürücü  daha  da 



bərkdən ağlayırdı.  

...Teymurun  şəklini  həyətin  yuxarı  başında  xalçanın 

üstündən  asıblar.  Baxan  kimi  şəkili  tanıdım.  Axsaq 

Gevorqun 

kababxanasına 

gedən 


yolda 

çəkdiyim 

şəkildi...Dayanıb  əl  eləyir...  Həə,  Süsən  aşağıda, 

kababxananın qabağındaydı, ona əl eləyirdi.  

Bacım tabutun baş tərəfində dayanıb, üzündə cırmaq 

yerləri  var,  amma  qan  rəngində  deyil,  qanı  quruyub, 

gendən-genə  qaralır.  Bəlkə  gözümə  belə  görünür.  Dil 

deyib  ağlayanlar  var,  bir-birilərini  ağlada-ağlada  ağı 

deyirlər;  yas  dərinləşib.  Amma  bacım  sakitdi;  “Qışqırıb-

qışqırıb üz-gözünü cırıb susub...” -deyə fikirləşirəm.  

Yerişimi-duruşumu  hiss  eləmirəm,  artıq.  Kimsə 

adamların arasından deyir: 

  -Yadındadı, kəndə şortiqdə gəlmişdi? 

  -Həə, 


kənd 

dəhşət 


utanmışdı. 

Yaxşı 


yadımdadı...dalı açıq, köpəyoğlu! 

 Molla elə bil bunu anlayır, bərkdən, yenə: 

  -Fati-həə...! -deyir. 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Heç  kəsə  fikir  vermədən  başı  aşağı  gəlib  tabutun 



ayağı 

səmtində 

durdum...Cənazə 

qızın-gəlinin 

arasındaydı... 

“...Əgər  yasda  mollanın  nə  dediyi  anlaşılmırsa,  yasa 

gələnlər  mollanın  nə  dediyini  bilmirlərsə  günahdı,  ölüyə 

də günahdı, diriyə də.” 

Yenə  qonşu  kənddən  yasdan  qayıtdığımız  günü 

xatırlayıram...Teymur əl çəkmir. 

-Hə,  deyin  görək,  molla  bizim  öz  dilimizdə  niyə 

danışmır?  Hə,  dayı,  biri  yersiz  yerə  rusca  danışanda  az 

qalırsan  dünyanı  dağıdasan,  indi  de  görək,  sənin  yasın 

niyə ərəbcə gedir?!  

Teymurun cavabını düz-əməlli verə bilmirdik... 

Mən maşını sürürəm, Teymur yanımda oturub, atası, 

anası arxadadı. 

Atası qabaq oturacağa sarı dartındı: 

-Bax,  bu  gün  içməmişəm,  anan  da  bilir,  dilimə  araq 

dəyməyib...  -Əlini  qaldırıb  özü  öz  ağzını  göstərdi, 

barmaqları xeyli qanı qaçmış dodaqlarının üstündə qaldı. 

–Bu, içməmiş ağzımla deyirəm, evimizdə Quran kitabı da 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

var,  babamnan  qalandı,  götür,  oxu,  öyrən.  Özün  də  öz 



cavabını  tap...Rus  məktəbində  oxuduğuna  görə  Quranı 

oxumalısan,  Quranı  oxumaq  sənə  mütləq  lazımdı...mən 

oxumasam da olar... 

-Dayın  gəlib,  qalx,  oğlum...!  Qa-aalx,  toyuna  gəlib, 

dayın! 

Mən  bacımın  səsinə  xəyaldan  ayrılıb  başımı 



qaldırdım...  Bacım  Teymurun  şəklini  sinəsinə  sıxıb  ağır, 

xırıltılı, ulartıya oxşar səslə deyirdi: 

-Toyunu  çaldırammadıq,  toyunda  oynayammadıq...-

Cənazənin  sağında-  solunda  dayanmış  hələ  də  qızlıq 

taxımını  itirməmiş  qara  geyimli  gəlinləri  göstərdi.-Bəs, 

bunları  atıb  hara  gedirsən?!  Biri  burda,  biri  orda...  düz 

əməlli toylarını görmədik, gəlin, yaslarını oynayaq! -Başını 

açıb  saçlarını  didə-didə  özünün  də  anlamadığı    avaz 

üstündə  yerindəcə  çırpınmağa  başladı...  Mən  bunu 

əslində  can  verməyə,  ölməyə  bənzətdim,  bacım  bu  cür 

çırpınıb-çırpınıb  can  verə  bilərdi.  Ona  tərəf  getdim, 

yaxınlaşıb  boynuna  sarıldım,  bacımın  üzündəki  cırmaq 

yerləri  təzədən  qanayırdı.  Gəlinlər  də  gəlib  yanımızda 

dayandılar...  Həə,  biri  Susanna,  axsaq  Gevorqun  qızı,  biri 

də  Alma  qız;  özünün  dediyi  kimi  elə  bil  bir  qırmızı  yanaq 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

almanı güllü şala büküb oturtmusan gərdək dalında. Mən 



bir-bir onları da qucaqladım... Sonra uşaqları da gətirdilər; 

bir-birindən  seçilməyən  beş-altı  yaşlarında  iki  oğlan 

uşağıydı, çöküb onlarla üz-üzə durdum... Kimsə qulağıma 

sarı əyilib yavaşcadan dedi: 

-İkisinin  də  adı  Teymurdu.  İkisinə  də  öz  adını 

qoyublar. 

Molla  yaxınlaşıb  əlindəki  Quran  kitabını  cənazəyə 

sarı tutdu: 

-Vaxtdı... -dedi. 

Həə,  vaxtdı...  doğrudan  da  VAXT  deyilən  anlayışda 

Teymur yoxdu artıq, Teymur vaxtdan çıxdı, ya da, Teymur 

Vaxtdan  qaldı,  deyək...  Amma  nə  şəkildə  olur-olsun 

həmişəki  kimi  VAXTın  özü  var,  yalnız  Teymurun 

yaşamayacağı  VAXT,  ən gerçəyi  budu.  Həm də  bir  yaşda, 

bir adda olan oğlanlarının yaşayacağı vaxt... 

İstədim  tabutun  bir  tərəfindən  də  mən  qaldıram, 

aman vermədilər, kimdisə adamların arasından dilləndi: 

-Bu  qurumsagı  yaxın  qoyma,  tabuta  əlini  də 

vurmasın...! 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Sarışın,  şumal  adam  məni  itələyib  araya  keçdi,  yan-



yörədən 

yaxınlaşdılar. 

cənazəyə 

yaxınlaşa  

bilmədim...Topalaşıb  götürüb  getdilər.  Bir  neçəsi  çevrilib 

mənə baxdı, qulağım eşidə-eşidə: 

-Bəlkə döyək. 

-Alçağın saqqalına bax...! 

Yanlarındakı yaşlı kişi: 

-Dəli olmayın, -dedi, -ayıbdı, kəndi biabır eləməyin... 

Teymurun bir-birindən seçilməyən oğlanları qabaqda 

mollanın  yanındadılar,  çaşqınlıq  içində  hardan  səs  gəlir 

ora baxırlar.  

-Əə,  bunun  ermənidən  olanı  hansıdı?  -Bu  sözü 

deyəndən  sonra  elə  bil  mollanın  tikanını  çıxartdılar,  bir 

anın içində dincəlib rahatlaşdığı üz-gözündən bilindi. -Hıı, 

biləniniz varmı?! 

Adamların arasından kimsə: 

-Bilmək  olmur,  -dedi.  -Bir-birindən  seçilmirlər, 

ekizdilər elə bil. 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Sarışın,  şumal  adamın    marağında  başqa  şey  yoxdu, 



fikrindəki  cənazənin  ardınca  əllərini  qaldırıb  için-için 

ağlayan  axsaq  Gevorqun  qızı  Süsəndi,  Süsənin  boynunu 

qucaqlayıb  hönkürən  Alma  qızdı,  bir  də  özünə  yer 

tapmayıb  cənazənin  yanında  vurnuxan  Mənəm.  Gözüm 

gözünə  sataşan  kimi  elə  bil  söyüşünü  eşidirəm...  “oğraş, 

qurumsaq”...bilirəm məni söyür...   

Sarışın, şumal adam yenə də dodağının altında söyə-

söyə tələsik Mollaya yaxınlaşdı, uşaqları göstərib: 

-Mən ermənidən olanı tanıyıram, -dedi, -paltarından 

tanıyıram,  odu,  bax,  seçilir,  Maskva  paltarı...  Eey,  tı,  idi 

syuda... 

-İşin  olmasın,  dayısı  baxır!-Molla  belə  deyib  gənc 

mollanın qolundan tutub çəkdi, camaatın önünə çıxdılar. -

Daha geriyə baxma, Molla ki, qanrılıb geri baxdı, o kəndin 

ölüsü  çox  olar...  -Əyilib  gənc  mollanın  qulağına  dedi.

 

 



Yanındakı  bığsız-saqqalsız  gənc  molla  bu  sözdən 

sonra  özünü  saxlaya  bilməyəcəyini,  indicə  dönüb,  geri 

baxacağının qorxusundan tərləyib suya döndü...    -

...Teym-uur! 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Bacımın  səsidi,  heç  öz  səsinə  oxşamır,  üstümüzdən 



keçib kəndə yayılır.  

-Teyy-muur...! 

Uşaqların  ikisi  də  birdən  qanrılıb  baxır.  Kənddə  nə 

qədər  Teymur  var,  ayaq  saxlayırlar.  Sürücü  də  yanımda 

dayanıb geri dönür. Mən sakitcə soruşuram: 

-Sənin də adın Teymurdu? 

-Hə,-deyir, sürücü...   

Molla  zəndlə  uşaqlara  baxır,  cənazədə  gedən 

atalarını  xatırlayırdı:  “...kafır  oğlu,  rayonnan  kəndə 

mənimçün  gəlirdi,  elə  bil.  Elə  bil  rus  məktəbi  dərsini 

mənnən  keçirdi.  Kəndə  gələn  kimi  yapışırdı  yaxamnan... 

Şəkk  eləyir,  Allaha...Allah  budu  bax,  belə  aldı  canını, 

inanarsan indi...” Yasdan sonra gənc mollaya deyəcək bu 

sözləri.  Hələlik  dinməz-söyləməz  camaatın  önündə 

qəbrstanlığa  gedirlər.  “...bir  qırıq  uşaq,  gör,  düz  üzümə 

qarşı  nə  deyirdi...Molla  əmi,  deyir,  Allahın  dili  yoxdu  ki, 

ərəbcə  danışsın,  Allah  duyğudu,  duyğu,  anlayış  olduğuna  

görə də bütün canlılar onu anlaya bilir. Ərəbçə danışsaydı 

onu  ərəbdən  başqa  kim  başa  düşərdi...  Allah  bütün 

dinlərdən  ucada  olduğu  kimi,  bütün  dillərdən  də 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

ucadadı...İndi  sən  mənə  rus  dilində  danışdığım  üçün, 



kafir,  deyirsən,  amma  sən  rus  dilini  bilməyə-bilməyə 

yuxuda  rusca  danışa  bilərsən.  Elədi?!  Yuxuda  nə  dil? 

Allahdan  gələn  Vəhyin  də  dili  olmaz,  ürəyə  dammaqdı, 

Vəhy.  Vəhy  bütün  yaranış  üçündü...canlı  nə  varsa  onun 

üçün...Ona  görə  də  biz  sənə  kömək  eliyək  “Qurani-

Kərimi”  dilimizə  çevirək.  Dünyanın  bütün  dillərinə 

tərcümə olunub,  bizim  dildən başqa...Nə deyirsən,  molla 

əmi?    lazımdı  ki,  savab  qazanaq...”  Beləcə,  fikirləşə-

fikirləşə  saqqalsız  gənc  mollayla  cənazənin  ardınca 

qəbrstanlığa tərəf gedir... 

Kənddən  çıxıblar,  qəbristanlıq  azca  aralı  təpəliklərin 

yamacındadı. Arxadan səs-səmir eşidilir. Molla: 

-İndi  geri  baxmaq  olar,  -dedi,  -  kənd  görünmür,  gör 

nolub?    

Gənc molla dönüb arxaya baxdı... 

Sarışın,  şumal  adam  başda  olmaqla  məni  araya  alıb 

komalığa  sarı  aparırdılar.  Beş-altı  say-seçmə  kənd 

cavanlarıdı,  daban  basaraq  gəlirlər.  Sürücü  mənnən  əl 

çəkmir, qaytarmaq istəyirlər, qayıtmır. 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Öldürsəniz 



də,- 

deyir,-qayıtmaram. 

Onnan 

gəlmişəm, onnan da gedəcəm...! 



Bizim  hamımız  dayanırıq.  Sarışın,  şumal  adam 

yanımnan  aralanıb  sürücüyə  sarı  gedir.  Qulağım  eşidə-

eşidı: 

-Sən  narahat  olma,  -  deyir,-qonaq,  heç  nə 



eləməyəcəyik...-  əlini  uzadıb  komalığı  göstərəndə  əlində 

ülgücü  görürəm.-  Saqqalını  qırxıb  buraxacayıq,  istəyirsən 

sən də gəl, tamaşa elə, istəmirsən, burda gözlə. 

Sürücü: 


-Yox,  -deyir,  ülgücü  gördüyündən  həyəcan  içində 

dartınır,  dönüb    qəbrstanlığa  çatmış  camaatın  ardınca 

baxır. 

Sarışın, sarı adam ona lap yaxınlaşır: 



-Düzün  de,  onun  saqqalınnan  xoşun  gəlir?  Yaxşı 

adama oxşayırsan, düzün de. 

-Saqqalnan  deyil  ki.-Sürücü  də  elə  bil  məni  indi 

görür,  diqqətlə  gözünü  saqqalıma  zilləyir.  -Mən  elə 

saqqalı  xoşlamıram,  ümumiyyətlə,  saqqal  xoşlayan 

deyiləm mən. 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Onda gözlə, indicə gəlirik... -Sarışın, şumal adam bir-



iki  addım  atıb  yenə  döndü.  -  Dəlləyimiz  də  var,  narahat 

olma, dostunu incitmərik, - deyib ağaclığa doğru getdi. 

-Bu işi görməliyik biz, bax, bu ölümün, bu yasın da baisi 

odu,  kənddə  ayaq  tutan  özünü    ona  oxşadır.  Bilmirik  sən 

onu  hardan  tanıyırsan,  amma  o,  xəstəlikdi,  elə-obaya 

yayılan xəstəlik... -Bunu da ayaqlarını sürüyə-sürüyə arxada 

gedən  balacaboy    adam  dedi,  qoltuğunun  altından  kağıza 

bükülü  bir  şey  çıxartdı.  Güzgüydü,  kağızını  açanda 

komalıqda  işıq  oynadı,  işıq  bir  anın  içində  qəbrstanlığın 

üstündən keçib  havada qeyb oldu...   

Sonra komalı ğa çəkildilər; hazı r gəliblərmiş, 

ü



qı rxmaq 

üçü


n nə lazı mdı sa gətirmişdilər, hərə bir 

şey çı xartdı , biri sabun k

ö

p

ü



rd

ü

rd



ü

, biri ətir şüşəsinin 

ağzı nı  açı rdı , sarı , şümal adamsa 

ü

lg



ü

c

ü



 həvəslə 

belindəki qayşa çəkib itiləyirdi... 

Qolları mdan tutub ağacı n dibində 

oturtmuşdular, balaca boy adam g

ü

zg

ü



n

ü

 



ü

z

ü



mə 

tutmuşdu, amma g

ü

zg

ü



yə baxmı rdı m, istəmirdim 

ö

z



ü

m

ü



 g

ö

rəm, dinməz-tərpənməz yerə baxı rdı m. Biri 



sarı şı n, şumal adama yaxı nlaşı b: 

-Saqqalı na su vurum, yoxsa quru qı rxaq? -

dedi. 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Yox, susuz olmaz, eli-obanı  saymasa da 



kənd

ç

imizdi, qohumdu, quru qı rxsaq 



ç

ox incidər, g

ö



neçə ilin saqqalı dı , islat, sonra da sabunla... 



Balacaboy adam  

ü

z



ü

m

ü



 sərin suyla isladı b 

sabunladı qca doğrudan da rahatlaşı rdı m... Sı x, 

cod saqqalı m səs eləyirdi. Bilmirdim bu səsi 

başqaları  da eşidirmi. 

Sürücü  artıq  özündə  deyildi,  yuxu  görürdü  elə  bil, 

fikirləşirdi  ki,  görəsən  dəllək  hansıdı,  saqqalı  kim 

qırxacaq...  Sonra  da  yəqin  elədi  ki,    sarışın-şumal  adam  

olar,  dəllək...  Çünki    şumal  adam  əlindəki  ülgücü  çox 

ustalıqla oynadırdı...   

 

 



2009-2010-cu il. 

 

SON 

 

 

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



Yüklə 5,38 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin