C virus hepatitinin müalicəsi üzrə klinik protokol



Yüklə 233,31 Kb.
səhifə37/41
tarix28.12.2021
ölçüsü233,31 Kb.
#11435
1   ...   33   34   35   36   37   38   39   40   41
ARTIM FAKTORLARI 

Ribavirinlə terapiya fonunda hemoqlobin səviyyəsi orta hesabla 

2-3 q/dl-dək azalır ki, bu da yorğunluq və  təngnəfəsliklə özünü 

büruzə verir. Ribavirinlə terapiya fonunda yaranmış anemiyanın 

korreksiyası variantlarına ribavirinin dozasının azaldılması, ribavirin 

qəbulunun dayandırılması  və/və ya eritropoetin artım faktorunun 

təyin edilməsi daxildir.  

Anemiyanın korreksiyası  məqsədilə ribavirin dozasının aşağı 

salınması DVC-nin əldə olunması göstəricilərinin aşağı düşməsinə 

səbəb ola bilər. Lakin ribavirin dozasının  ≤ 20%  aşağı salınmasının 

DVC-nin  əldə olunmasına təsiri məlum deyil. Beləliklə, xüsusən 

terapiyanın ilk 12 həftəsində, ribavirinin hədəf  dozasının ≥ 80%-ini 

qəbul etmək lazımdır. Ribavirin qəbulunun erkən dayandırılması 

DVC əldə olunmasının sübut edilmiş azalmasına səbəb olur.  

Eritropoetinlə terapiya ribavirinin lazımı dozasını saxlamağa 

imkan verir və müalicə fonunda yaranmış anemiyası olan 

pasiyentlərin həyat keyfiyyətini yaxşılaşdırır.  

Eritropoetin terapiyası İİV və ya qaraciyər transplantasiyasından 

sonra  immunosupressantların tətbiqi nəticəsində iliyin zəifləməsi baş 

vermiş pasiyentlər üçün daha effektli ola bilər. Eritropoetin təyini 

zamanı alfa-epopoetinin başlanğıc dozası 40000 vahid d/a həftədə 1 

dəfə (60000 vahidə qədər, d/a, həftədə 1 dəfə) və ya alfa-darbopoetin 

200 mkq d/a 2 həftədə 1 dəfə (300 mkq-dək, d/a, həftədə 1 dəfə). Hb 

səviyyəsi və hematokritə  nəzarəti hər 2-4 həftədən bir aparmaq 

lazımdır. 


Yüklə 233,31 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin