C++ proqramlaşdırma dili


Həlli. Kod aşağıdakı kimi olacaq: int *x; x = n



Yüklə 257,56 Kb.
səhifə45/48
tarix24.05.2022
ölçüsü257,56 Kb.
#59348
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   48
c plus-plus proqramlasdirma dili ahmed sadixov aze

Həlli. Kod aşağıdakı kimi olacaq:
int *x;

x = new int;




*x = 5;


delete x;


      1. Dinamik obyektlər


Strukt və ya sinif tipindən olan dəyişənlə obyekt adlanır. Göstərici obyektlərin elanı və onlara dinamik yer ayrılma və silinmə adi dəyişənlərdə olduğu kimidir. Həddlərinə müraciət isə bir qədər fərqlidir. Adi halda obyektin həddinə müraciət etmək üçün nöqtə - '.' -dən istifadə edirdik. Dinamik obyektlərin həddlərinə müraciət etmək üçün isə '->' işarələməsindən istifadə olunur, aşağıdakı kimi:


obyekt->hədd


Çalışma 16. int tipli x və char tipli c həddlərindən ibarət s adlı struct tipi elan edin. s tipində g adlı göstərici obyekt elan edin. g göstəricisinə dinamik yer ayırın. g -nin x həddinə 5, c həddinə 'B' qiyməti mənimsədin.


Həlli. Kod aşağıdakı kimi olar:
// evvelce int tipli x və char tipli c həddlərindən ibarət
// s adlı struct tipi elan edek


struct s{
int x; char c;
};


// s tipinden g gostericisi elan edek
s *g;


// g -ye yer ayıraq
g = new s;


// g -nin heddlerine qiymetler menimsedek
g->x = 5; g->c = 'B';


Çalışma 17. int tipli en və uz dəyişən həddlərindən, int sahe() funksiya həddindən ibarət kvadrat sinfi elan edin. kavadrat sinfindən kv göstəricisi elan edin. kv -yə dinamik yer ayırın və sahəsini çap edin.


Həlli. Proqram kodu aşağıdakı kimi olar:
#include


class kvadrat{


public: kvadrat(); int sahe();
private:
int en; int uz;
};


int main(){ kvadrat *kv;
kv = new kvadrat; std::cout<< kv->sahe();
delete kv;
}


$10 Makroslar və başlıq fayllar.


Biz indiyə kimi proqramlarada


#include, #include

kimi sətirlərdən istifadə etdik və qeyd etdik ki proqramın mətninə bu sətirlərin əlavə olunması bizə std::cout, std::cin, new , delete, strcpy ... kimi funksiyalardan istifadə etməyə imkan verir. Hər-hansı bir funksiyadan proqramda istifadə edə bilmək üçün proqrama bu funksiyanın elanı (adı və parametrlərinin qeyd edildiyi sətir) və mətni (funksiyanın kod


hissəsi) verilməlidir. Biz öz funksiyalarımızı tərtib edərkən həm elanı, həm də mətni eyni faylda yerləşdirirdik. Kompilyator imkan veriri ki, biz ayrı-ayrı fayllarda elan olunmuş funksiya və dəyişənlərə öz proqramımızdan müraciət edə bilək.
Bunun üçün #include direktivindən istifadə edirlər.



Yüklə 257,56 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin