Bundan sonra mətn üzrə “Qaydalar” adlanacaq “Xalq” Sığorta mmc-nin Könüllü Tibbi Sığorta Qaydaları Azərbaycan Respublikasının “Sığorta fəaliyyəti haqqında” və “Tibbi Sığorta haqqında” Qanunlarına



Yüklə 247 Kb.
səhifə14/27
tarix02.01.2022
ölçüsü247 Kb.
#1488
növüQaydalar
1   ...   10   11   12   13   14   15   16   17   ...   27

Maddə 7. Sığortanın ərazisi





  1. Əgər Sığorta müqaviləsində sığortanın konkret ərazisi göstərilmişdirsə, Sığorta müqaviləsi yalnız həmin göstərilən ərazi hüdudlarında qüvvədədir.




  1. Sığorta müqaviləsində konkret ərazi göstərilmədiyi halda, müqavilə Azərbaycan Respublikasının hüdudlarında qüvvədədir.


FƏSİL 3. SIĞORTA MÜQAVİLƏSİ(ŞƏHADƏTNAMƏSİ)

Maddə 8. Sığorta müqaviləsinin bağlanması





  1. Tibbi sığorta onun subyektləri arasında bağlanmış müqavilələr formasında həyata keçirilir.



  1. Tibbi Sığorta müqaviləsi yazılı formada aşağıdakı kimi bağlanır:




    1. Sığortaçı və Sığortalının bu Qaydalar əsasında tərtib olunan sığorta müqaviləsini qarşılıqlı imzalaması yolu ilə(Sığortalı hüquqi şəxsdirsə möhürü ilə də təsdiq etməlidir);




    1. bu Qaydalarla Sığortalının razı olmasını təsdiq etməsi şərti ilə Sığortaçı tərəfindən ona Sığorta şəhadətnaməsinin verilməsi yolu ilə;

  1. Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir.




  1. Sığortaçı Sığorta müqaviləsinin imzalanmasından sonra Sığortalıya Sığorta şəhadətnaməsi və sığorta kartı verir. Sığorta şəhadətnaməsi və sığorta kartı sığorta haqqının ilk hissəsinin və ya tam ödənildiyi gün, qrup halında sığorta zamanı isə sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra 3 iş günü müddətində verilir.




Yüklə 247 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin