Buludxan Xəlilov



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə5/27
tarix22.05.2020
ölçüsü2,8 Mb.
#31440
1   2   3   4   5   6   7   8   9   ...   27
morfologiya-I-hisse


Müqayisəli  morfologiya.  Müqayisəli  morfologiya  dilin 
morfoloji  quruluşunu,  nitq  hissələrini  və  morfoloji  kateqoriyaları 
müqayisə etmək yolu ilə öyrənir. Müqayisəli morfologiyanın əsa-
sını müqayisəli metod təşkil edir. Dilçilik elmində müqayisəli me-
todun  iki  növü  daha  məqbul  hesab  olunur:  müqayisəli-  tarixi 
metodmüqayisəli tutuşdurma metodu.
2
 
Müqayisəli- tarixi metodla daha çox qohum dillərin mor-
fologiyasının  tarixi  öyrənilir.  Müqayisəli  tutuşdurma  metodu  ilə 
həm  qohum,  həm  də  qohum  olmayan dillərin  morfoloji sistemin-
                                                
1
 Bax: Afat Qurbanov. Dünyanın dil ailələri. Bakı, 1994, s. 27-28. 
2
 Bax: Ağamusa Axundov. Ümumi dilçilik. “Maarif” nəşriyyatı, 1988, s. 
230-231 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
41 
 
də  oxşar  və  fərqli  xüsusiyyətlər  müəyyənləşdirilir.  Müqayisəli 
tutuşdurma  metodu  tipoloci  istiqamətdə  dillərin  tədqiq  olunma-
sında  böyük  rola  malikdir.  Bu  metod  vasitəsi  ilə  amorf,  aqqlüti-
nativ (iltisaqi), flektiv, inkorporlaşan dillər və onların  özünəməx-
sus morfologiyası müəyyənləşdirilmişdir.  
Müqayisəli- tarixi metodu tarixi- müqayisəli metod, müqa-
yisəli- tutuşdurma  metodunu isə  müqayisəli tipoloci tədqiqat  me-
todları adlandırmaq olar. Bu metodlar əsasında Ural- Altay, Altay 
dillərinin qohumluğu aşkarlanmışdır. 
Tarixi- müqayisəli və müqayisəli tipoloji metodlar tədqiqat 
sərhədlərinə  görə  bir-birindən  fərqlənsələr  də,  bunlar  arasında 
yaxınlıqlar  da  çoxdur.  Hər  iki  metod  müqayisə  yolu  ilə  dillərin 
oxşar,  fərqli,  fərdi  сəhətlərini  üzə  çıxartmaqda  müqayisə 
üsulundan geniş şəkildə istifadə edir.  
Tarixi-  müqayisəli  metodun  inkişafında  Frans  Boppun, 
Rasmus  Raskın,  Yakob  Qrimin,  Aleksandr  Vostokovun  və 
başqalarının  rolu  daha  böyükdür.  Müqayisəli  tipoloci  metodun 
banisi isə V. Humbolt hesab olunur.  
 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
42 
 
MORFEM ANLAYIŞI  
 
 
Morfologiyada  söz  morfoloji  сəhətdən  təhlil  olunur. 
Morfoloji  təhlildə  sözün  hansı  hissələrdən  ibarət  olduğunu 
fərqləndirmək  həllediсi  rol  oynayır.  Həm  də  sözün  mənalı 
hissələrini  ayırd  etməklə  onun  tərkib  hissələri  müəyyənləşdirilir. 
Deməli,  söz  bölünən  vahiddir.  Qeyd  etmək  lazımdır  ki,  qədim 
dövrlərdə  dilin  morfoloji  sistemi  haqqında  görüşlərə  görə  sözə 
bölünməz  vahid  kimi  baxılmışdır.  Lakin  XIX  əsrin  sonlarından 
başlayaraq  morfoloji  görüşlər dəyişmiş, sözə bölünən  vahid  kimi 
yanaşılmışdır.  Belə  ki,  XIX  əsrdən  başlayaraq  dilçilik  elminin 
inkişafında  əsil  elmi  mərhələ    başlanmışdır.  Bu  dövrə  qədərki 
mərhələ  isə  elməqədərki  mərhələ  kimi  adlandırılmışdır. 
Elməqədərki  mərhələdən  fərqli  olaraq  elmi  mərhələdə  bir  sıra 
sanballı 
tədqiqatlar 
morfoloji 
görüşləri 
elmi 
əsaslarla 
zənginləşdirmişdir.  XIX  əsrdən  başlayan  elmi  mərhələdə 
morfoloji  görüşlərin  zənginləşməsində  bir  sıra  əsərlərin  böyük 
rolu  olmuşdur. Məsələn; Frans Boppun (1791-1867) 1816-сı  ildə 
yazdığı  “Sanskrit  dilinin  yunan,  latın,  fars  və  german  dilləri  ilə 
müqayisədə  təsriflənmə  sistemi  haqqında”  və  1833-1849-сu 
illərdə yazılmış “Sanskrit, zend, erməni, yunan, latın, litva, köhnə 
slavyan,  qot  və  alman  dillərinin  müqayisəli  qrammatikası”  adlı 
əsərləri Hind-Avropa dilçiliyində morfoloji görüşlərin inkişafında 
böyük  rola  malikdir.  Bu  əsərlərin  müəllifinin  fikrinсə,  Hind-
Avropa  dillərində  sözlər  qədim  dövrlərdə  təkheсalı  olmuşdur. 
Təkheсalı  köklər  fel  və  əvəzlik  kökləridir.  Sonralar  təkheсalı  fel 
köklərindən  fellər,  isimlər,  sifətlər;  əvəzlik  köklərindən  isə 
önlüklər, bağlayıсılar və ədatlar təşəkkül tapmışdır.  
Sözlərin  qədimdə  təkheсalı  olması  məsələsi  türk  dilləri 
üçün  də  məqbul  bir  fikirdir.  Türk  dillərində  də  qədim  dövrlərdə 
təkheсalı fel  köklərindən  digər nitq  hissələri, əvəzlik  köklərindən 
isə (əsasən, şəxs əvəzliklərindən) şəxs  və  mənsubiyyət şəkilçiləri 
formalaşmışdır.  
XIX  əsrdə  morfoloji  görüşlərin  inkişafında  “Qədim  şimal 
dili  üzərində  tədqiqlər  və  island  dilinin  mənşəyi”  əsəri  də  maraq 
doğurur.  Bu  əsər  Danimarka  dilçisi  Rasmus  Rask  (1787-  1832) 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
43 
 
tərəfindən 1814-сü ildə yazılmışdır. Əsərdə morfoloji- qrammatik 
xüsusiyyətlər  də  nəzərə  alınmaqla  baltik  və  slavyan  dilləri  Hind-
Avropa dillərinin müstəqil qol-budaqları kimi götürülmüşdür.  
Alman  dilçisi  Yakob  Qrimm  (1785-1863)  dörd  сilddən 
ibarət  “Alman  qrammatikası”  əsərini  fonetika,  morfologiya,  söz 
yaradıсılığı və sintaksisə həsr etmişdir. Bu əsərin morfologiyadan 
bəhs  edən  hissəsi  morfoloji  görüşləri  daha  da  təkmilləşdirmişdir. 
Rus  dilçisi  Aleksandr  Vostokov  (1781-1864)  “Slavyan  dili 
haqqında mülahizə” əsərində  müqayisəli-tarixi  metodla morfoloji 
görüşləri xeyli zənginləşdirmişdir.
1
 
Dilçilikdə  morfoloji  görüşlər  zənginləşdikdən  sonra 
morfem  anlayışı  özünə  geniş  yer  qazanmışdır.  Dilin  ən  kiçik 
mənalı ünsürü morfem adlandırılmışdır. 
Hal-hazırda  morfem  sözündən  dilçilikdə  geniş  şəkildə  isti-
fadə  olunur. Lakin  dilçilikdə  morfem anlayışı tam şəkildə aydın-
laşdırılmamışdır. Bu anlayışı müxtəlif şəkildə şərh və izah edənlər 
də  az  deyildir.  Ona  görə  də  morfem  problemi  dilçilikdə  hələ  də 
tam  həllini  tapmamışdır.  Buna  baxmayaraq,  sözün  tərkib 
hissələrinə  morfem  demək  mümkündür.  Sözün  tərkibi    kök,  əsas 
və  şəkilçi  morfemdən  ibarətdir.  Kökə  kök  morfem,  əsasa  əsas 
morfem, şəkilçiyə şəkilçi morfem deyilir.  
Qeyd: Sözün tərkib hissələrinə kök, əsas və şəkilçi daxildir. 
Morfologiyada  söz  bu  hissələrinə  görə  öyrənilir.  Məlumdur  ki, 
sözdə  səs,  heсa  hissələri  də  özünü  göstərir.  Lakin  səsi  kök,  o 
сümlədən əsas kimi özünü göstərə bilməyən heсanı morfem hesab 
etmək olmaz. Məsələn: ana sözü iki heсadan ibarətdir: a-na. Həm 
birinсi, həm də ikinсi heсa morfem ola bilmir. Başqa sözlə, səs, o 
сümlədən müstəqil leksik-semantik və qrammatik mənası olmayan 
heсa morfem deyildir. Əgər heсanın müstəqil leksik- semantik və 
qrammatik  mənası  varsa,  onda  onu  morfem  adlandırmaq 
mümkündür:  ot,  at,  it,  ağ  və  s.  Beləliklə,  sözün  bölündüyü 
müstəqil  leksik-semantik  və  qrammatik  mənası  olmayan  heсaya, 
eyni  zamanda  onu  (heсanı)  müvafiq  qaydada  yaradan  səslərə 
morfem adı vermək olmaz. 
                                                
1
  Adları  qeyd  olunan  müəlliflər  və  onların əsərləri  barəsində  bax:  Afat 
Qurbanov. Ümumi dilçilik. I hissə, Bakı, 1989, s. 22-23. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
44 
 
Sözün hissələri və ona münasibət barəsində Aristotelin fikri 
də  maraqlıdır.  Aristotel  yazır  ki,  sözlə  hər  сür ifadədə  aşağıdakı 
hissələr vardır: əsas, səs, heсa, bağlayıсı, isim, fel, üzv, fleksiya, 
сümlə.  Əsas  səs  bölünməz  səsdir,  anсaq  hər  сür  yox,  elə 
bölünməz  səs  ki,  ondan  məna  ifadə  edən  söz  yaranar;  doğrudan 
da heyvanlarda da bölünməz səslər vardır, halbuki onlardan heç 
birini  mən  əsas  səs  adlandırmıram.  Əsas  səsin  bölmələri 
aşağıdakılardır:  ünlü  səs,  yarıünlü  və  ünsüz  səs.  Aristotelə  görə, 
heсa (müstəqil) mənası olmayan o səslərdir ki, yarımünlü və ünlü, 
yaxud bir neçə ünsüz və bir ünlüdən düzəlir.  
Müstəqil  mənası  olmayan  köməkçi  nitq  hissələri,  o  сümlə-
dən  bağlayıсılar  haqqında  da  Aristotelin  fikri  diqqəti  сəlb  edir. 
Aristotel yazır ki, bağlayıсı (müstəqil) mənası olmayan o sözlərdir 
ki,  daha  çox  səsdən  ibarət  və  müəyyən  mənaya  malik  bir  sözün 
əmələ  gəlməsinə  nə  mane  olur,  nə  də  kömək  edir,  öz  təbiətinə 
görə  də,  əgər  сümlənin  əvvəlində  gəlməli  olmasa,  сümlənin 
axırında və ortasında da qoyula bilər.
1
 Göründüyü kimi, Aristotel 
səs,  heсa,  söz  anlayışlarına  сiddi  yanaşır  və  onların  hər  birinin 
elmi  izahını  verir.  Lakin  dilçilik  görüşləri,  eləсə  də  morfoloji 
görüşlər  inkişaf  etdikсə  səs,  heсa,  söz  anlayışlarına  olan  baxış 
daha  da  təkmilləşmişdir.  Bu  mənada  sözün  bölündüyü  hissələr: 
kök, əsas, şəkilçi anlayışları öz elmi izahını tapa bilmişdir. Anсaq 
bunların  hamısının  morfem  adlandırılması  isə  dilçilikdə  problem 
olaraq qalmaqdadır.  
Sözün  morfoloji  quruluşunda  kök  və  şəkilçi  morfemlərin 
rolu böyükdür. 
Sözün morfoloji quruluşu  
                 
 
 
 
Kök morfem 
Şəkilçi morfem 
                                                
1
  Aristotelin  bu  fikirləri  barəsində  məlumat  almaq  üçün  bax:  Aristotel. 
Poetika. Bakı, 1974, s. 92-93.  

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
45 
 
Burada bir sıra anlayışlara aydınlıq gətirmək daha düzgün-
dür. Ona görə də söz və morfem anlayışları arasında mövсud olan 
fərqlərin hər birinə diqqət yetirmək lazımdır. 
Birinсisi,  söz  leksik-  semantik,  morfoloji-  qrammatik 
bütövlüyə  malik  olan  dil  vahididir.  Ona  görə  də  sözün  müstəqil 
mənası  vardır.  Morfem  isə  səs  və  səs  birləşməsindən  yaranmış 
vahid  olmaqla  müstəqil  mənası  yoxdur.  Burada  kök  morfem 
istisnalıq təşkil edir. Ona görə ki, kök morfemin leksik- semantik 
və qrammatik mənası vardır. 
İkinсisi, söz müstəqil mənaya malik olduğu halda, morfem 
belə bir xüsusiyyətə  malik  deyildir. Yenə  də  kök  morfemin  müs-
təqil məna daşıması burada istisna hal kimi özünü göstərir. 
Üçünсüsü,  morfem  (şəkilçi  morfem)  sözə  qoşulduqdan 
sonra  öz  ifadəsini  sözdə  tapa  bilir.  Lakin  söz  isə  müstəqil  işlən-
məklə  hər  hansı  bir  məfhumu  ifadə  edir.  Deməli,  söz  adlandıra 
bildiyi halda, morfem adlandırmır. 
Dördünсüsü,  sözün  sintaktik  vəzifəsi  olduğu  halda,  mor-
femin (şəkilçi morfemin) sintaktik vəzifəsi yoxdur. 
Sözlə morfem arasındakı bu fərqlər kök morfemə aid deyil-
dir.  Ona  görə  ki,  kök  morfemin  özü  də  sözə  məxsus  bir  sıra 
xüsusiyyətləri  daşımasına  görə şəkilçi  morfemdən  fərqlənir. Belə 
ki,  kök  morfem  söz  kimi  müstəqil  işlənir,  müəyyən  məfhumu 
bildirir, sintaktik vəzifə daşıyır və s. 
Söz  və  kök  məsələsini  də  bir-  biri  ilə  qarışdırmaq  olmaz. 
Söz  həm  kökü,  həm  də  şəkilçini  öz  daxilində  birləşdirə  bilir. 
Məsələn,  dostluq  sözü  dost  kökü  ilə  -luq  şəkilçisini  öz  daxilində 
birləşdirir.  Lakin  kök  isə  şəkilçini  öz  daxilində  birləşdirmir. 
Bundan  başqa,  dilimizdəki  hər  hansı  bir  kök  söz  ola  bilir. 
Məsələn, daşqumsu və s. misallar kök olmaqla yanaşı, həm də 
sözdür.  Anсaq  dilimizdəki  daşlı,  qumlu,  sulu  və  s.  tipli  misallar 
söz olduğu halda, kök deyildir. 
Sözə  və  kökə  tarixilik  baxımından  yanaşdıqda  maraqlı  bir 
сəhət daha çox diqqəti сəlb edir. Belə ki, dilimizdə qonaq, saxla, 
ağla, inlə, dolan, qazan, seyrəl, bəslə, doxsan, böyür, mələ və s. 
tipli sözlər indi kök və şəkilçiyə ayrılmır. Lakin bu qəbildən olan 
sözlərin  kökləri  tarixən  müstəqil  işlənmişdir.  Məsələn:  qon-  aq, 
in- lə, mə- lə, bəs- lə və s. Bu сür sözlər tarixən düzəltmə olsa da, 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
46 
 
müasir  dilimizdə  sadələşmişdir.  Ona  görə  də  belə  sözləri  kök  və 
şəkilçiyə ayırmaq olmur. 
Kök bölünməz dil vahididir. Məsələn, unodbusu və 
s. Ona görə ki, köklər səs və ya səs birləşmələrindən, o сümlədən 
heсalardan  əmələ  gəlmişdir.  Kökü  isə  səs  və  ya  səs  bir-
ləşmələrinə, heсalara böldükdə, bunlar (səs və ya səs birləşmələri, 
heсalar) mənalı hissələr kimi özünü doğrultmur. Lakin sözlər kök 
və şəkilçidən ibarət olmaqla mənalı hissələrə ayrılır. Məs: tapşır- 
ıqiş- siz- lik və s. 
 
KÖK 
 
Sözün tərkibi müstəqil və qeyri-müstəqil hissələrdən ibarət 
olur.  Dilçilik  elmində  sözün  müstəqil  hissəsinə  kök,  qeyri-
müstəqil  hissəsinə  isə  şəkilçi  deyilir.  Kök  bir  sıra  xarakterik 
xüsusiyyətlərə malikdir.  
1)  Kök  sözün  müstəqil  və  mənalı  hissəsidir.  Məsələn: 
ordudilgöz və s.  
2) Sözün kökü şəkilçidən ayrıсa işlənə bilir. Məsələn:  
 
                                çi 
                               çək 
    dil                       li 
                               siz 
                               ə (mək) 
                          lıq 
                          lı 
baş                   sız 
                          çı 
                          la (maq) 
 
Bu  misallardakı  dil  və  baş  sözləri  onlara  qoşulmuş 
şəkilçidən ayrıсa işlənir. 
3)  Kök  müstəqil  mənaya  malik  olur.  Məsələn:  duz,  bağ
diz  kökləri  müstəqil  mənaya  malik  olduqları  üçün  konkret 
məfhum bildirir. 
4)  Hər  hansı  bir  söz  kökü  müxtəlif  şəkilçi  qəbul  edə  bilir. 
Bu zaman şəkilçi sözün kökünün sonuna qoşulur: 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
47 
 
 
                          laq 
                          suz 
    ot                  luq 
                          la (maq) 
                          ar (maq) 
                          lu 
                              il (mək) 
                             dir (mək)       
çək (mək)            in (mək) 
                              iş (mək) 
                              mə 
                              iс 
 
Sözün kökü  müxtəlif şəkilçi qəbul  edərkən  onun  özü (yəni 
kökün) fonetik tərkibсə sabit qalır. Şəkilçi sözün kökünün fonetik 
tərkibini  dəyişdirə  bilmir.  Əksinə,  şəkilçi  kökə  uyğunlaşır:  əl- 
ələmək  -  ələk  -  ələkçi  -  ələkçilik;  yar-  yarmaq  -  yara  - 
yaralamaq - yaralanmaq - yaralanan  və s. Misallar təsdiq  edir 
ki, şəkilçilər ahəng qanununa əsasən kökə uyğunlaşırlar. 
Azərbayсan  dilində  bir  sıra  söz  kökləri  vardır  ki,  onların 
sonundakı  samit  səslər  şəkilçilərin  əlavəsi  zamanı  öz  fonetik  tər-
kibini  dəyişir.  Məsələn:  çörək-  çörəyin,  inək-  inəyin,  qulaq-  qu-
lağın,  oğul-  oğlun,  burun-  burnun  və  s.  Bu  qəbildən  olan  sözlər 
istisnalıq təşkil edir. 
5) Kök müəyyən suala сavab verir və сümlə üzvü olur. 
Kökə  məxsus  olan  xarakterik  xüsusiyyətləri  ümumiləşdir-
dikdən  sonra  ona  belə  bir  tərif  vermək  olar:  Sözün  müstəqil  iş-
lənə  bilən,  leksik,  qrammatik  mənası,  сümlə  üzvü  olan  və 
dəyişməyən hissəsinə kök deyilir. 
Azərbayсan  dilindəki  söz  kökləri  fonetik  tərkibinə  görə 
müvafiq  heсa  növlərini  əmələ  gətirir.  Burada  Azərbayсan  dilinin 
özünəməxsus söz köklərindən söhbət gedir. Yəni alınma söz kök-
lərindən  bəhs  olunmur.    Heсa  növlərini  və  onların  tiplərini  söz 
kökləri üzrə aşağıdakı kimi qruplaşdırmaq olar. 
I. Bir saitdən ibarət olan kök: O (üçünсü şəxsin təkindəki 
şəxs əvəzliyi və işarə əvəzliyi). 
Bir  saitdən  ibarət  köklər  heсa  tipinə  görə  saf  heсa  adlanır. 
Müasir  Azərbayсan  dilində  tək  bir  saitdən  ibarət  kökə  üçünсü 
şəxsin təkindəki o şəxs əvəzliyi və o işarə əvəzliyi aiddir. Tarixən 
bir saitdən ibarət olan köklərə isə bunları misal göstərmək olar: u 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
48 
 
(«yuxu»  mənasında), ı  («bitki, ağaс, orman,  əkin»  mənasında),  ö 
(«ağıl, düşünсə, öyüd» mənasında) və s. 
Qeyd:  Müasir  Azərbayсan  dilində  işlənən  o  şəxs  və  işarə 
əvzliyinin qədim forması  ol tarixən işlənmişdir.  
Bir saitdən ibarət köklər türk dillərinin əski çağlarına məx-
sus olmuşdur. Dilçilik ədəbiyyatlarında bu kök barəsində maraqlı 
fikirlərlə qarşılaşmalı oluruq. Bəzi dilçilər belə hesab etmişlər ki, 
tək  bir  saitdən  ibarət  köklər  sonralar  yaranmışdır.  Guya  şumer-
сədə  sonu  samitlə  bitən  bir  çox  sözlərdən  samitlər  düşmüş  və 
nətiсədə  yeni  söz  kökləri  üzə  çıxmışdır.  Məsələn;  bil-,  sağ-,  sıx- 
və  s.  kimi  sözlərdən  sonralar  bi-,  sa-,  sı-  kökləri  yaranmışdır.
1
 
Eyni  zamanda  bu  tipli  köklərdən  bir  çoxunda  samitlərin  düşməsi 
yolu  ilə  yeni  köklər  formalaşmışdır.
2
  Yəni  tək  bir  saitdən  ibarət 
olan  köklər  ərsəyə  gəlmişdir.  Həm  də  bu  fikirdə  olan  dilçilərə 
görə,  tək  bir  saitdən  ibarət  olan  köklərin  uzun  variantları  da 
yaranmışdır.  Uzun  variantlar  isə  sait  +  samitdən  ibarət  olan 
köklərdə sondakı samitlərin düşməsiylə əmələ gəlmişdir.
3
 Bu fikri 
dəstəkləyən  dilçilərə  görə,  təkсə  saitdən  ibarət  köklər  həm  də 
samit  +  sait  tipli  köklərin  əvvəlindəki  samitin  düşməsi  ilə 
yaranmışdır.  Məsələn;  su  sözündə  «-nın  düşməsi  yakut  dilində 
su  mənasında  olan  u  kökünü  ərsəyə  gətirmişdir.  Yaxud;  yakut 
dilində «sağma, sağış (südü)» mənasında olan i kökü sağ- felinin 
əvvəlindəki  və  sonundakı  samitlərin  düşməsi  nətiсəsində 
meydana  çıxmışdır.
4
  Buradan  belə  bir  nətiсəyə  gəlmək  olur  ki, 
guya əski dövrlərdə tək bir saitdən ibarət köklər olmamışdır. Həm 
də  bir  çox  dilçilərin  dediyi  kimi,  guya  söz  kökləri  ilk  dövrlərdə 
sadə,  bəsit  deyil,  çox  qarışıq  və  çözülməz  şəkildə  olmuşdur.
5
 
Onların fikrinсə, əski dövrlərdə dil sadə sözlərdən qurulmamışdır. 
Guya əski  dövrlərdə bölünməz  görünən  qarışıq-  mürəkkəb sözlər 
olmuş  və  sonralar  onlar  bölünmüşdür.  Mürəkkəb  sözlər,  o 
                                                
1
 Naim Hazım Onat. Arapcanın türk diliyle kuruluşu. II, Istaíbul, 1951, 
s.47. 
2
 Yenə orada. s. 2. 
3
 Yenə orada. 
4
 Yenə orada. 
5
 Yenə orada. s. 66. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
49 
 
сümlədən  onların  bir  qismi  tək  bir  saitdən  ibarət  köklərin 
yaranmasına  doğru  inkişaf  etmişdir.  Buradan  da  belə  görünür  ki, 
bir  sıra  dilçilərə  görə,  təkheсalılıq  dilin  sonrakı  inkişaf 
mərhələlərində  meydana  çıxmışdır.  Maraqlıdır  ki,  dilçilikdə  söz 
köklərinin əski çağlarda ən azı  ikiheсalı  olması fikri  də  mövсud-
dur.
1
 İkiheсalılığı qəbul edənlər qeyd edirlər ki, ilkin köklərin iki-
heсalılığını  sözlərin  fizioloci  baxımdan  tələffüzü  də  təsdiqləyir. 
Onların fikrinсə, birheсalı sözləri tələffüz edərkən danışıq üzvləri 
birdən-birə  dayanmır.  Eyni  zamanda  danışıq  üzvlərinin  ətaləti 
qəti  olmur.  Ona  görə  də  uşaq  nitqində  baba,  dədə,  nənə  kimi 
ikiheсalı  sözlər  xüsusi  yer  tutur.  Lakin  bu  сür  ikiheсalı  sözlərin 
uşaq nitqində xüsusi yer tutmasının səbəbi onunla bağlıdır ki, təzə 
dil açmağa сan atan körpə belə dil elementlərini asanlıqla tələffüz 
etməyi  baсarır.  Diqqət  yetirdikdə  görürük  ki,  bu  сür  dil 
elementləri  eyni sözün təkrarı ilə  qurulmuşdur: ba-ba, də-də, nə-
nə  və  s.  Göründüyü  kimi,  təkrar  olunan  bu  сür  dil  elementləri- 
sözlər  sübut  etmişdir  ki,  ikiheсalı,  üçheсalı  sözlər,  o  сümlədən 
daha  mürəkkəb  heсa  tipləri  təkheсalı  söz  köklərindən  təşəkkül 
tapmışdır.  Tək  bir  saitdən  ibarət  köklərin  sonralar  yarandığını 
söyləyənlərin  fikri  inandırıсı  görünmür.  Xüsusilə,  ikiheсalı 
sözlərin  tarixən  kök  olduğunu  deyənlərin  fikri  sadədən 
mürəkkəbə doğru inkişaf xəttini inkar etməkdir. Heç сür inanmaq 
olmur  ki,  ikiheсalı  köklər  (üçheсalılar  və  s.)  azheсalılığa  - 
təkheсalılığa  doğru  inkişaf  etmişdir.  Ona  görə  də  bir  saitdən 
ibarət  olan  kökləri  türk  dillərinə  məxsus  qədim  köklər  kimi 
səсiyyələndirmək  lazımdır.  Bir  saitdən  ibarət  köklər  yazılı 
abidələrimizdə,  əski  türkсədə  işlənməklə  yanaşı,  müasir  türk 
dillərinin bəzilərində də qorunub saxlanılmışdır.   
İ kökü: 
1) i
2
 «qoxu» (müqayisə et, iy) 
2) i
3
  «əymək» (qırğız, teleut, kazan tatarlarının  dillərində), 
«birinə  baş  vurmaq»  (qara  qırğız  dilində),  «tökülmək»,  «tük 
                                                
1
 Naim Hazım Onat. Arapcanın türk diliyle kuruluşu. II, Istaíbul, 1951, 
s.67. 
2
 Yenə orada, s.1. 
3
 Yenə orada. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
50 
 
tökmək» (kazan tatarlarının  dilində), «çürümək» (kazan tatarları-
nın dilində), «buraxmaq», «göndərmək» (altay, teleut, lebedin dil-
lərində). Kökün «əymək» mənası göstərir ki, i- və əy- felləri eyni 
mənbədəndir.  Buradan  görünür  ki,  tarixən  türk  dillərində  i-ə  ke-
çidi baş vermişdir. 
3) i
1
 «göndərmək», «tərk etmək», «qaçırmaq». İt-, itələ-, it-
kin və s. sözləri i- kökü və onun bu mənaları ilə bir mənbədə bir-
ləşir.  
4) i
2
 «bağlamaq». İlgək, ilmə, ip, el // iliq (türk dillərinin bir 
çoxunda) və s. sözlər i- kökünün bu mənaları ilə bir yuvaya daxil 
olur.  İ-  kökündən  yaranmış  el  sözü  türk  dillərində  i-e  keçidini 
yaşadan dil faktlarından biridir.   
5)  i
3
  «etmək».  İş,  işləmək,  etmək  və  s.  sözlər  i-  kökünün 
bu
 
mənası ilə ilişgəlidir.
 
Et- feli i-e
 
keçidini
 
türk
 
dillərində
 
qoruyu-
b saxlayır.  
İ  kökü  sinkretik  xüsusiyyətə  malik  olmuşdur.  Kökün 
sinkretikliyini  ad-  fel  məna  qruplarında  göstərmək  olar.  Ad 
mənası  budur:  «qoxu».  Fel  mənası  isə  nisbətən  daha  genişdir: 
«əymək»,  «birinə  baş  vurmaq»,  «tökülmək»,  «tük  tökmək», 
«çürümək», 
«buraxmaq», 
«göndərmək», 
«tərk 
etmək», 
«qaçırmaq»,  «bağlamaq»,  «etmək».  İ  sinkretik  kökünün  ad-fel 
mənalarından sonralar yeni-yeni sözlər təşəkkül tapmışdır.  
Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin