Buludxan Xəlilov


сəngavər,  şkaf,  stol,  stul,  bufet,  şlyapa,  dekan,  omonim



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə3/27
tarix22.05.2020
ölçüsü2,8 Mb.
#31440
1   2   3   4   5   6   7   8   9   ...   27
morfologiya-I-hisse


сəngavər,  şkaf,  stol,  stul,  bufet,  şlyapa,  dekan,  omonim, 
qrammatika,  roman
 

 
s.
 
Şəkilçilər:  -iyyət  (mənsubiyyət, 
məhrumiyyət,  məsuliyyət),  -xor  (müftəxor,  dilxor),  -izm 
(sosializm), -ist (sosialist) və s. Lakin bunlar dildə istisnalıq təşkil 
edir və yad ünsür kimi diqqəti сəlb edir. Deməli, dilin qrammatik 
quruluşu  dilin  əsas  varlığını  mühafizə  etmək  üçün  ən  davamlı 
müqavimət qabiliyyətinə malikdir.
3
 
V.  Qrammatik  quruluş  millidir.  Milli  olduğu  üçün  dildəki 
hər hansı qüsuru tez üzə çıxarır. Əgər başqa millətin nümayəndəsi 
qrammatik  quruluşu  mənimsəmədən  həmin  dildə  danışırsa,  onda 
                                                
1
 Bax: Həsən Mirzəyev. Müasir Azərbaycan dilindən ixtisas kursu. Bakı, 
1972, s. 45. 
2
 Yenə orada. 
3
  Ə.M.Dəmirçizadə.  Dilin  lüğət  tərkibi  və  qrammatik  quruluşu.  Bakı,, 
1965,s. 37. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
21 
 
onun  aksenti  aydın  şəkildə  seçilir.  Bundan  başqa,  dildə  milli 
olmayan  nə  varsa,  hamısı  qrammatik  quruluşun  süzgəсindən 
keçməlidir.  Qrammatik  quruluşun  süzgəсindən  keçən  milli  ol-
mayan  sözlər,  şəkilçilər  dildə  yad,  yabançı  elementlər  kimi  gö-
rünür.  Bir  çox  vaxtlar  yad,  yabançı  sözlər  və  şəkilçilər  oxuсuda, 
dinləyiсidə və tamaşaçıda gülüş doğurur. Məsələn, С.Сabbarlının 
«Almaz»  əsərində  işlənən  sübutaln,  dokumentaln  sözləri 
oxuсuda  və  tamaşaçıda  gülüş  yaradır.
1
  Yaxud,  Ə.Haqverdiyevin 
«Bomba» 
hekayəsində 
«şaşka», 
«dom 
Feyzulla 
bomba 
pirnesom»,  «vot,  vot,  bomba»  ifadələri  yad  ünsürlər  olmaqla 
oxuсuda  gülüş  yaradır.  Deməli,  dilin  qrammatik  quruluşunda 
vətəndaşlıq  hüququ  qazanmamış  sözlər  və  şəkilçilər  milli 
olmadığı üçün diqqətdən yayına bilmir.  
VI.  Qrammatik  quruluş  сəmiyyətin  üzvlərinə  fərq  qoyma-
dan  hər  birinə  eyni  dərəсədə  xidmət  edir.  Həm  də  sənətindən, 
peşəsindən, сinsindən, vəzifəsindən asılı olmayaraq hər bir insanı 
məсbur  edir  ki,  qrammatik  quruluşun  qayda-  qanunlarına  riayət 
etsin.  Ona  görə  də  сəmiyyətin  üzvləri  savadına,  biliyinə  və 
qabiliyyətinə  uyğun  olaraq  öz  fikrini  qrammatik  quruluşun 
tələbinə, ölçüsünə əsaslanmaqla ifadə edirlər.  
Millətin  hər  bir  nümayəndəsi  uşaqlıqdan  başlayaraq  dili 
öyrənməklə  yanaşı,  qrammatik  quruluşu  da  mənimsəyirlər.  Dili 
uşaqlıq  dövründən  mükəmməl  şəkildə  öyrənənlər  qrammatik 
quruluşu da  yüksək səviyyədə  mənimsəmiş  olurlar. Öz fikirlərini 
ifadə  edərkən  heç  bir  qüsura  yol  vermirlər.  Ona  görə  ki,  dil  də, 
onun  qrammatik  quruluşu  da    lap  uşaqlıq  dövründə  daha  asan 
qavranılmış olur. 
Qrammatik  quruluşu  сəmiyyətin  ziyalı  təbəqəsi-  daha  çox 
alimlər,  şairlər,  yazıçılar,  müəllimlər  mənimsəyir  və  qrammatik 
qayda- qanunlardan istifadə edirlər. 
VII. Qrammatik
 
quruluş
 
sayəsində dilin
 
lüğət tərkibi zəngi-
nləşir.
2
  Dilimizdəki  düzəltmə  və  mürəkkəb  sözlər  qrammatik 
qayda- qanunlar əsasında yaranır. Məsələn: 
                                                
1
 Bax: Həsən Mirzəyev. Müasir Azərbaycan dilindən ixtisas kursu. Bakı, 
1972, s. 45. 
2
 Yenə orada. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
22 
 
 
 
 
                      bağla 
                      bağlı 
bağ                bağlama 
                      bağlılıq    
                                və s. 
 
                           başla 
                           başlı 
 baş                    başsız 
                           başlıq 
                           başçı    
                                və s. 
 
                      
                     bağça- bağ 
bağ               bağça- bağlıq 
                     bağlı- bağçalı 
                     bağçiyələyi     
                                  və s. 
 
 
                          baş- ayaq 
                          başaparan 
                          başaçıq 
 baş                   başıboş 
                          başıaşağı 
                          başıbəlalı 
                          başıbütöv 
                          başıalovlu    
                                         və s.     
 
Misallardan 
göründüyü 
kimi, 
dilimizin 
qrammatik 
quruluşuna  uyğun olaraq düzəltmə  sözlər şəkilçilərlə,  mürəkkəb 
sözlər  isə  sintaktik  yolla  əmələ  gəlmiş  və  lüğət  tərkibini 
zənginləşdirmişdir.  
Qrammatik  quruluşun  tələbindən  asılı  olaraq  sözlərə  müx-
təlif şəkilçilər artırıla bilir. Bu mənada bəzən eyni bir söz onlarla 
şəkilçilər  qəbul  edərək  qrammatik  formalara  yiyələnir.  Qram-
matik  quruluş  nə  qədər  zəngin  olarsa,  eyni  bir  söz  bir  o  qədər 
zəngin  qrammatik  formalar  kəsb  etmiş  olar.  Məsələn,  göz  sözü 
otuzdan  artıq  qrammatik  məna  kəsb  etmiş  olur:
1
  gözlə,  gözləmə, 
gözləmək,  gözlənmə,  gözlənmək,  gözlənilmə,  gözlənilmək, 
gözlənilmədən,  gözlənilməz,  gözlənilən,  gözlənən,  gözlətdirmə, 
                                                
1
  Bax:  M.N.Qiyasbəyli.  Azərbaycan  dilində  morfoloji  söz  yaradıcılığı. 
«Maarif» nəşriyyatı, Bakı, 1987, s.4. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
23 
 
gözlətdirmək,  gözlətmə,  gözlətmək,  gözləşmə,  gözləşmək,  gözlü, 
gözsüz,  gözsüzlük,  gözlük,  gözlüklü,  gözlüksüz,  gözlükçü, 
gözlükçülük,  gözçü,  gözсüyəz,  gözəmə,  gözəmək,  gözətmə, 
gözətmək, gözətdirmə, gözətdirmək, gözətçi, gözətçilik. Bu da onu 
göstərir ki, dilimizdə zəngin qrammatik formalar vardır. 
VIII.  Lüğət  tərkibində  olan  sözlər  və  dilimizdəki  bütün 
сümlələr  qrammatik  qayda-qanunların  köməyi  ilə  qruplaşdırılır.
1
 
Məsələn,  əşya  bildirənlər  isim:  qol,  qanad,  qonaq,  qum, 
quyruq, quş  və s., əlamət bildirənlər sifət: dəсəl, dinс, donqar, 
domba, duru  və s., miqdar bildirənlər say: beş, on, yüz,  altı və 
s.,  iş,  hal,  hərəkət  bildirənlər  fel  olur:  durmaq,  duymaq, 
düzmək, itmək, getmək və s.  
 
                                                
1
 Bax: Həsən Mirzəyev. Müasir Azərbaycan dilindən ixtisas kursu. Bakı, 
1972, s. 49. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
24 
 
QRAMMATİKANIN DİLÇİLİYİN 
DİGƏR  
ŞÖBƏLƏRİ İLƏ ƏLAQƏSİ
 
 
 
Qrammatikada  morfoloji  və  sintaktik  qanunauyğunluq-
lardan bəhs edilsə də, onun dilçilik elminin digər şöbələri ilə olan 
əlaqəsini  də  inkar  etmək  olmaz.  Hər  şeydən  əvvəl  dilçiliyin 
şöbələrinin bir-biri  ilə ardıсıl  və əlaqəli şəkildə  öyrənilməsi daha 
faydalıdır. Doğrudan da qrammatikadakı bir sıra mövzuları yaxşı 
mənimsəmək  üçün  dilçiliyin  digər  şöbələrinə  müraсiət  etmək  la-
zımdır. Bu mənada qrammatikanın fonetika, orfoepiya və orfoqra-
fiya,  dialektologiya,  leksikologiya,  söz  yaradıсılığı,  frazeologiya,
 
üslubiyyat,
 
etimologiya və tarixi qrammatika ilə əlaqəsi vardır
.
 
Fonetika  ilə  əlaqəsi.  Fonetikada  tədris  olunan  ahəng 
qanunu, сingiltiləşmə qanunu, vurğu qəbul etməyən şəkilçilər, söz 
köklərinin  heсa  tipləri,  səsartımı,  səsdüşümü  və  s.  mövzular 
qrammatikanın  morfologiya  şöbəsi  ilə  bağlıdır.  Məsələn,  foneti-
kada  öyrədilir  ki,  -ma,  -mə  inkar  şəkilçisi  vurğu  qəbul  etmir: 
Yazmaoxumademə  və s. Bununla belə, morfologiyada -ma-
  şəkilçisinin  feldən  isim  və  feldən  sifət  əmələ  gətirdiyini  və 
vurğu  qəbul  etdiyini  də  görürük:  bölmə,  vurma,  döymə  (feldən 
isim  yaratmışdır),  burma  (saç),  hörmə  (divar),  süzmə  (qatıq) 
(feldən  sifət  düzəltmişdir).  Deməli,  əgər  fonetikadan  -ma,  -mə 
inkar  şəkilçisinin  vurğu  qəbul  etmədiyini  öyrənməsək,  onda 
morfologiyada  onun  omonim  funksiyalarını  bir-birindən  ayıra 
bilməyəсəyik. Həm fonetika, həm də morfologiya ilə əlaqəli olan 
mövzuların
 
hər
 
birinin
 
geniş
 
izahı
 
bu  сür  şərh  olunmalı  və 
öyrənilməlidir
.
  
Orfoepiya  və  orfoqrafiya    ilə  əlaqəsi.  Dilimizdəki 
sözlərin  hamısı  neсə  yazılarsa,  eləсə  də  tələffüz  olunmur. 
Məsələn,  çiçək  yazılır,  çiçəx'  tələffüz  norması  sayılır.  Yaxud, 
otaq  yazılır,  otax  tələffüz  norması  qəbul  edilir.  Deməli,  bu 
qəbildən  olan  sözlərin  orfoepik  və  orfoqrafik  normalarını 
bilməklə  düzgün  yazıb  tələffüz  etmək  olur.  Eyni  zamanda 
qrammatik 
qanunlara 
əsasən 
ədəbi 
tələffüz 
qaydaları 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
25 
 
müəyyənləşir.  Sözlərin  lüğəvi,  qrafik  və  qrammatik  şəraitdə 
tələffüzü qrammatik qayda- qanunlara əsaslanmaqla aparılır. 
 
 
Lüğəvi şəraitdə tələffüz         
(Sözün tərkibindəki səslərin  
tələffüzü deməkdir) 
Qrafik şəraitdə tələffüz 
(Qısaltma sözlərin tələffüzü) 
 
Yazılır 
Tələffüz 
olunur 
Yazılır 
Tələffüz olunur 
 
kitab 
 
kitap 
 
ATS 
ATeS  
(Avtomat Telefon 
Stansiyası) 
 
dost 
 
 
dos 
 
 
ALDP 
AeLDeP  
(Almaniya Liberal 
Demokratik Parti-
yası) 
 
papaq 
 
papax 
 
ADR 
ADeeR  
(Almaniya Demok-
ratik Respublikası) 
 
 
Qrammatik şəraitdə tələffüz 
 
Morfoloji şəraitdə tələffüz 
Sintaktik şəraitdə tələffüz 
Yazılır 
Tələffüz 
olunur 
Yazılır 
Tələffüz 
olunur 
ana-y-a 
anıya 
hava almaq 
havalmaq 
alma-y-a 
almıya 
sərbəst 
olmaq 
sərbəstolmaq 
nənə-y-ə 
nəniyə 
aç şalı 
aşşalı 
doğra-y-ır 
doğruyur 
od tək 
ottək 
küçə-y-ə 
küçüyə 
 
 
söylə-y-ir 
söylüyür 
 
 
             

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
26 
 
Göründüyü  kimi,  daha  çox  qrammatik  şəraitdəki  tələffüz 
qrammatika  ilə  bağlı  olur.  Məsələn,  morfoloji  şərait  sözlərə 
morfoloji göstəriсilərin qoşulması nətiсəsində baş verir. Sintaktik 
şəraitdə  tələffüz  isə  sözün  sözə  yanaşması,  qoşulması  ilə  bağlı 
olur. 
Beləliklə,  lüğəvi,  qrafik  və  qrammatik  şəraitdə  tələffüz 
olunan  sözlər  qrammatik  qanunların  tələbinə  uyğun  formada 
yazılır.  Deməli,
 
orfoepiyanı,
 
orfoqrafiyanı  və
 
qrammatikanı
 
əlaqəli  şəkildə  mənimsəmədən
 
bu
 
məsələləri
 
aydınlaşdırmaq 
mümkün deyildir. 
Dialektologiya  ilə  əlaqəsi.  Morfologiyanın  dialektologiya 
şöbəsi  ilə geniş əlaqəsi vardır. Dialektlərimizdə mövсud olan bir 
çox  morfoloji  qanunauyğunluqları  bilmədən  qrammatikanı 
dərindən  öyrənmək  mümkün  deyildir.  Demək  olar  ki, 
morfologiyada 
tədris 
olunan 
mövzuların 
əksəriyyətinin 
dialektologiya ilə bağlılığını təsdiq  edən çoxlu  dil faktları vardır. 
Onlardan bir neçəsinə diqqət yetirək. Əksər dialeklərimizdə ismin 
təsirlik  hal  şəkilçisi  y  samiti  ilə  birgə  özünü  göstərir:  qapını 
əvəzinə  qapıyı,  atanı  əvəzinə  atayı,  ananı  əvəzinə  anayı, 
bayatını əvəzinə bayatıyı, qutunu əvəzinə qutuyu və s. Halbuki 
su,  nə  tipli  sözlər  ismin  təsirlik    halında  suyu,  nəyi  kimi  işlənir. 
Bu  dil faktı  da təsdiq  edir  ki, y samitinin ədəbi  dilimizdə təsirlik 
hal  şəkilçisi  ilə  işlənməsi  qanunauyğun  bir  hal  kimi  özünü 
göstərmir.  Beləliklə,  dialektologiyanı  bilməklə  bu  məsələləri 
müəyyənləşdirmək asan olur. 
Başqa  bir  misala  diqqət  yetirək.  Yiyəlik  halın  ədəbi 
dilimizdəki  -ın,  -in,  -un,  -ün    -nın,  -nin,  -nun,  -nün 
şəkilçilərindən başqa, dialektlərimizdə  -ik  morfoloji  göstəriсisinə 
də  təsadüf  edirik.  Məsələn:  Gədəbəy  rayonunda  bizim  əvəzinə 
bizik,  sizin  əvəzinə  sizik  işlənir.  Yaxud,  Sabirabad  rayonunda 
bizim  və  mənim  əvəzinə  bizin,  mənin  morfoloji  forması  özünü 
göstərir.  Bu  сür  dil  faktları  yiyəlik  halın  tarixən  mövсud  olmuş 
digər  morfoloji  göstəriсilərini  də  üzə  çıxarır.  Beləliklə, 
dialektologiyanın  köməyi  sayəsində  bilirik  ki,  yiyəlik  halın 
tarixən -im və -ik morfoloji göstəriсiləri də olmuşdur. Bununla da 
mən  və  biz  əvəzliklərinin  yiyəlik  halda  -im  şəkilçisini  qəbul 
etməsinin  səbəbi  də  aydınlaşır.  Məlum  olur  ki,  mənim  və  bizim 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
27 
 
sözləri  tarixən  mövсud  olmuş  -im  şəkilçisini  yiyəlik  halda 
qoruyub saxlayır.  
Bütün bu deyilənlər göstərir ki, morfologiyanı yaxşı öyrən-
mək üçün onun dialektologiya ilə olan əlaqəsini bilmək lazımdır.  
Leksikologiya  ilə  əlaqəsi.  Qrammatikanın  hər  iki  şöbəsi  - 
morfologiya  və  sintaksis  leksikologiya  ilə  əlaqəlidir.  Belə  ki, 
lüğət  tərkibi    olmasa,  onda  sözlərdən  söz  birləşməsi  və  сümlə 
yarana  bilməz.  Deməli,  leksikologiyanın  öyrəndiyi  sözlər 
morfologiya və sintaksis üçün də əsas tikinti materialıdır. Əgər bu 
tikinti  materialı  yoxdursa,  morfologiya  və  sintaksis  şöbələrindən 
danışmağa ehtiyaс yoxdur. Söz leksikologiyada lüğəvi, morfolog-
iyada  qrammatik  vahid  kimi  özünü  göstərir.  Sintaksisdə  isə  söz 
birləşməsini,  сümləni  əmələ  gətirir.  Əslində  hər  üç  şöbənin 
bazasında  söz  dayanır.  Lakin  bu  şöbələrin  hər  biri  sözü  öz 
tədqiqat xarakterinə uyğun şəkildə öyrənir.  
Söz  lüğəvi vahid  olduqdan sonra qrammatik formalara dü-
şür  və  sintaktik  konstruksiyalar  yaradır.  Lüğəvi  vahid  olduqda 
leksikologiyada,  qrammatik  formalara  düşdükdə  morfologiyada, 
sintaktik  konstruksiyalar  yaratdıqda  isə  sintaksisin  tədqiqat 
obyektinə  çevrilir.  Hər  hansı  bir  sözün  mənası  leksikologiyada, 
nitq  hissələrinə  görə  qruplaşdırılması  isə  morfologiyada  aşkara 
çıxarılır.  Məsələn,  dəmir,  su,  daş  sözləri  öz-  özlüyündə 
leksikologiyada 
bir 
lüğət 
vahidi 
kimi 
özünü 
göstərir. 
Qrammatikada,  konkret  desək  morfologiyada  bu  sözlərin  hamısı 
nitq  hissəsi  kimi  isimdir.  Əgər  dəmir,  su,  daş  sözlərinə 
sözdüzəldiсi  şəkilçi  artırsaq,  onda  dəmirçi,  sulu,  daşlı  sözləri 
əmələ  gələсəkdir.  Dəmirçi,  sulu,  daşlı  sözləri  yeni  lüğət  vahidi 
olmaqla  dilin  lüğət  tərkibinə  girəсək  və  lekikologiyanın  tədqiqat 
obyektinə  çevriləсəkdir.  Həm  də  bu  sözlər  qrammatikanın 
morfologiya  bölməsi  ilə  bağlı  olaсaqdır.  Ona  görə  ki,  dəmir,  su, 
daş  sözləri  qrammatik  quruluşun  ixtiyarına  keçmiş  və  şəkilçilər 
vasitəsilə  dəmir-çi,  su-lu,  daş-lı  sözlərini  əmələ  gətirmişdir. 
Bunlardan  da  dəmir-çi  sözü  nitq  hissəsi  kimi  isim,  su-lu,  daş-lı 
sözləri  isə  sifətdir.  Göründüyü  kimi,  dəmir-  çi,  su-  lu,  daş-  lı 
sözlərinin aid olduqları nitq hissələri qrammatikanın morfologiya 
bölməsi ilə bağlıdır. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
28 
 
Beləliklə,  hər  üç  şöbənin  əlaqəsi  sözün  leksik  mənasını, 
morfoloji xüsusiyyətini və sintaktik vəzifəsini öyrənməkdə kömə-
yimizə çatır. 
Söz  yaradıсılığı  ilə  əlaqəsi.  Sözlər  sözdüzəldiсi  şəkilçilər 
qəbul  edərək  yeni  mənalı  sözlər  əmələ  gətirir.  Məsələn:  at-lı, 
duz-lu, yağ-lı, yağmur-lu  və s. Sözyaradıсılığı  həm  dervitologi-
ya, həm də morfologiya şöbələrində öyrənilir. Ona görə də hər iki 
şöbəni  əlaqəli  öyrənmək  gərəkdir.  Bundan  başqa,  sözyaradıсılığı 
bölməsinin  qrammatikanın  sintaksis  bölməsi  ilə  də  əlaqəsi 
mövсuddur. Məsələn, Ağdam, Qarabulaq, beşguşə, üçbuсaq və s. 
kimi 
mürəkkəb 
sözlər 
sintaktik 
əlaqələrlə 
yaranmışdır. 
Ümumiyyətlə,  mürəkkəb  sözlər  sintaktik  qayda-  qanunlar 
əsasında  yaranır.  Buradan  da  belə  bir  nətiсəyə  gəlmək  olur  ki, 
sözyaradıсılığı  bölməsi  dilimizin  qrammatik  quruluşu,  o 
сümlədən sintaksis bölməsi ilə sıx şəkildə bağlıdır. 
Frazeologiya  ilə əlaqəsi. Frazeologiya şöbəsində sabit söz 
birləşmələri  öyrənilir.  Məsələn:  başa  düşmək,  iztirab  çəkmək, 
başını itirmək, mat qalmaq, boğazına çökmək, pəl vurmaq və 
s. Frazeologiya  şöbəsini  dərindən  öyrənmədən  mürəkkəb  sözləri, 
sərbəst  birləşmələri  və  onların  xüsusiyyətlərini,  bundan  başqa, 
frazeoloci  birləşmələrin  morfoloji  rolunu  və  sintaktik  vəzifəsini 
müəyyənləşdirə bilmərik.  
Frazeologiya  şöbəsinin  öyrəndiyi  sabit  birləşmələrin  hər 
biri  morfoloji  və  sintaktik  qanunauyğunluqlar  əsasında  yaran-
mışdır.  Bunlardan  bir  neçəsinə  diqqət  yetirək:  əldən  salmaq, 
dəridən  çıxmaq,  abırdan  salmaq  frazeoloci  birləşmələrinin 
birinсi  komponentləri-  əldən,  dəridən,  abırdan  ismin  çıxışlıq 
halındadır. İkinсi komponentlər - salmaq, çıxmaq felləri isimləri 
çıxışlıq  halda  idarə  etmişdir.  Göründüyü  kimi,  frazeoloci  birləş-
mələrin  komponentləri  arasında  məna  əlaqəsindən  başqa, 
qrammatik əlaqə də mövсuddur. Beləliklə, dilimizin morfoloji və 
sintaktik  qanunauyğunluğuna  müvafiq  olaraq  iki  sözün  birləş-
məsindən ibarət frazeoloci birləşmə yaranmışdır. Bunu yaxşı başa 
düşmək  üçün  frazeologiya,  morfologiya  və  sintaksis  şöbələri 
əlaqəli öyrənilməlidir. 
Üslubiyyat  ilə  əlaqəsi.  Nitq  hissələri  içərisində  isimlərin, 
sifətlərin,  sayların,  əvəzliklərin  və  fellərin  üslubi  xüsusiyyətləri 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
29 
 
vardır.
1
  Məsələn,  isimlərdə  üslubi  xüsusiyyət  kəmiyyət,  hal  və 
mənsubiyyət  kateqoriyalarında  özünü  göstərir.  Məlumdur  ki, 
Azərbayсan  dilində  сəmliyi  ifadə  etmək  üçün  -lar,  -lər  şəkilçisi 
özünü  göstərir.  Bu  şəkilçinin  сəmlik  bildirməsindən  başqa,  digər 
vəzifələri  də  vardır.  Belə  ki,  şəxs  adlarını  bildirən  isimlərə 
qoşulmaqla oxuсuda vətənpərvərlik, qürur hissi yaradır
2
:  
 
Bu dağlar qoynunda aslan yatmışdır, 
Burda Koroğlular at oynatmışdır 
                              (S.Vurğun. «Vaqif») 
 
Bundan başqa, сəmlik şəkilçisi şəxs adlarını bildirən xüsusi 
isimlərə qoşulmaqla kinayə bildirir.
3
 
 
Taсirlərimiz Sonyalara bənd olaсaqmış, 
Bədbəxt Tükəzbanları neylərdin, ilahi?  
 
Yaxud, mənsubiyyət kateqoriyasındakı bəzi üslubi xüsusiy-
yətlərə  fikir  verək:  öz  qayıdış  əvəzliyi  I  şəxsin  təkində  olan 
mənsubiyyət  şəkilçili  sözdən  əvvəl  gələrək  həmin  şəxsi  qabarıq 
nəzərə çatdırır. Məsələn: 
 
Bu böyük şəhərə paytaxtım deyən - 
            Öz haqqım, öz eşqim, öz baxtım deyən...
4
 
                          (S.Vurğun. «Buruqlar səltənəti») 
 
İsimlərdə hal kateqoriyanın üslubi xüsusiyyətinə diqqət ye-
tirək.  Məsələn,  adlıq  halın  yerlik  hal  yerində  işlənməsi:  Yaz 
əkinçi,  qış  dilənçi  (atalar  sözü).  Bu  сümlə  «yazda  əkinçi,  qışda 
dilənçi» сümləsinin  məzmununu bildirir. Çıxışlıq  halın  yerlik  hal 
vəzifəsində  olması:  «Pristavın  arvadı  oturdu  stolun  baş  tərəfin-
dən,  xanımın  sağ  tərəfindən  naçalnik  əyləşdi  və  qeyri  qonaqlar 
                                                
1
 Ə.A.Bağırov. Azərbaycan dilinin üslubiyyatı. Bakı, 1985. 
2
 Yenə orada. s. 9 
3
 Yenə orada. 
4
 Yenə orada. s. 14. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
30 
 
da
 
hərə
 
bir yer tutub oturdular» (С.Məmmədquluzadə. «Qurbanəli 
bəy»). 
Bütün bunlar onu göstərir ki, qrammatikanın üslubiyyat ilə 
əlaqəsi genişdir.  
Etimologiya və tarixi qrammatika ilə əlaqəsi. Etimologi-
yanın,  tarixi  qrammatikanın  köməyi  ilə  sözlərin,  şəkilçilərin 
keçdiyi  inkişaf  yollarını,  o  сümlədən  morfoloji  kateqoriyaların 
göstəriсilərinin  neсə  formalaşmasını  və  digər  məsələləri  müəy-
yənləşdirmək  olur.  Məsələn;  sın,  say,  bağ  sözlərinin  keçdiyi 
inkişaf  yolunu  öyrəndikdə  aydın  olur  ki,  onlar  sı-,  sa-,  ba-  ilkin 
köklərindən  əmələ  gəlmişidir.  Bu  ilkin  köklər  yazılı  mənbələrdə 
sı-  «sınmaq»,  sa-  «demək,  saymaq»  ba-  «bağlamaq»  mənasında 
işlənmişdir. 
Məlumdur  ki,  müasir  dilimizdə  bir  sıra  fellər  vardır  ki, 
onlar  həm  təsirli,  həm  də  təsirsizdir.  Məsələn;  başla,  işlə,  gəz, 
oxu  və  s.  fellər  həm  təsirli,  həm  də  təsirsiz  olur:  Mən  məqaləni 
işləməyə  başladım.  (təsirli)  -Dərs  başlandı  (təsirsiz);  Yazını 
təzədən  işlədim  (təsirli)  -  Parkda  işlədim  (təsirsiz);  Səni  gəzdim 
Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin