Bu kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdaram. Əsasən də mənə daim dəstək olan dostlarıma



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə3/5
tarix03.02.2017
ölçüsü1,06 Mb.
#7573
1   2   3   4   5

                             

 *** 

 

  Eyvaz Banu ilə bərabər Banunun həyat yoldaşı olan Aqili axtarırdı. Hərdən dəli 



bir ehtiras gəlirdi ona. Banuyla bağlı xəyallar qurar, bu xəyallardan ləzzət alardı. 

Dörd  ay  idi  bir  yerdə  qalmalarına  baxmayaraq  Banu  Eyvaza  qarşı  soyuq  idi  və 

Eyvaz gözəl anlayırdı ki, Banu ərinə sadiq qadınlardandı. Bəlkə də elə bu sadiqlik 

cəlb  edirdi  onu  Banuya...Günortalar  falçılıq  edər,  gecələr  isə  Banunun  kəndçisi 

olan  Zarina  gildə  qalırdılar.  Zarina  fahişəliklə  məşğul  idi.  Gündüzləri  yatır, 

gecələri isə "iş" başında olardı. Banu ilə onu ancaq kəndçi, doğma torpaq anlayışı 

bağlıyırdı.  Banunu  küçədə  görən  Zarina  çox  yalvarmışdı  Banu  gecələri  onlarda 

qalsın...Fahişələrin  ürək  yumşaqlığı  barədə  nə  vaxtsa  Eyvaz  hekayə  yazsaydı, 

hökmən  Zarinadan  da  bir  şeylər  qeyd  edəcəkdi.  Bu  aylar  ərzində  Eyvaz  çox 

müşahidə  etmişdi  Zarinanı.  Hətta  1-2  dəfə  onunla  yatmışdı  da,  amma  bu 

qadındakı şirindil, qarşısındakı insana hörmət, optimizm bəzən fahişə damğasını 

unutdururdu...Gözəl idi, amma Banu qədər deyil. Bu Eyvazın dəyişməz fikri idi... 

  Banu Eyvaza əl falını öyrətmişdi... 

-Bax,bu xətti gorursan Ayvaz? 

-Hə... 


- 32 - 

 

-Ay sağol. Bax bu xətt həyat xəttidi. Qısa olanda ömur az olur, uzun olan çox. Bu 



əyri xətt isə baxt xəttidi. Bax bu isə, xoşbaxtlik xəttidi... 

  Səyyah  olduğu  barədə  yalan  isə  hələ  də  qüvvədə  idi.  Banu  heç  bu  barədə 

soruşmurdu...Bəzən Basatı qucağında yatıra-yatıra astadan ağlayardı. Eyvaz dəqiq 

bilmirdi  göz  yaşlarının  səbəbini, amma  həmin  yaşlarda  Aqil  amilinin də  olması 

şübhəsiz  idi.  Eyvaz  onu  darıxmağa  qoymasa  da,  darıxmaqdan  da  uzaqlaşdıra 

bilmirdi onu. Aqildən isə xəbər yox idi ki, yox idi. Artıq mənasız gəlirdi axtarış 

Eyvaza...Bəlkə  ölüb?  Öldürüblər?  Bəlkə  xaricdədi?  Banu  isə  ümidinü  itirmirdi. 

Bakıdakı  bütün  türmələri  gəzsələr  də  tapmamışdılar.  Züleyxa  Banunun  inadına 

dözməyib  geriyə,  Yevlaxa  qayıtmışdı.  İndi  Banunun  və  Basatın  qeyri  normal 

ailəsi  var  idi.  Səyyah  Eyvazdan,  fahişə  Zarinadan  ibarət...Zarina  da  olduğu  hər 

müştəridən  Aqili  tanıyıb-tanımadıqlarını  xəbər  alırdı.  Gördüm,  tanıdım  deyən 

olmurdu... 

 

Düşünmək görməkdir! (Balzak) 

  Fevral  ayı  idi.  Bakı  ağ  libasını  dəyişmək  istəmirdi.  Artıq  iki  həftə  idi  ki,  qar 

yağırdı...Yayın  cırhacırında  qar,  şaxta  arzulayan  insanlar  indi  də  yay,  isti 

arzulayırdılar. Bu insanlar necə qəribədilər...Bəzən düşünmək olar ki, insanların 

burnu  heç  vaxt  düzəlməyəcək.  Düzəlməsi  üçün  hər  cür  şərait  olsa  belə,  yenə 

hardansa  bir  dərd,  problem  tapıb,  çıxarıb,  əyəcəklər  burunlarını.  Açılmayan 

qaşqabaqlar,  nifrət  dolu  simalar...Gülməyi  unudanlar  şəhəri.  Necə  gülürlər 

görəsən  xöşbəxtlər?  Fərq  varmı  gülüşlərdə?  Var,var...  Xöşbəxtlər  heç  nə 

düşünmədən ürəklə çox rahat gülə bilirlər. Sıradan olanların gülüşündə belə qorxu 

gizlənir.  Rahatsız  gülürlər.  Düşünmək  gözəldi.  Çox  düşünmək  isə  axmaqlıq. 

Aparın  şəhərin  parklarının  birinə  stul  qoyun  və  kənardan  həmin  stulu  müşayiət 

edin.  Kim  necə  yorğun  olsa  da  o  stula  yanaşıb,  oturmayacaq.  Bu  mədəni  olmaq 

demək deyil, qorxudu. Bir ürəkli insan tapılıb oturmayınca, göstərməyincə ki, bu 

adi stul elə oturmaq üçün qoyulub, stul arxa üzü görməyəcək...Bu axmaqlıq, dar 

düşüncəli  olmaq  demək  deyil.  Əksinə,  çox  düşünmək,  hər  şeyi  ifrat  dərəcədə 


- 33 - 

 

ölçüb-biçməkdi. Yeməyi çox yedikcə isə, qabın həcmi, qarının həcmi də böyüyür. 



Gözəl qızla tanış olan, nakam sevgi yaşayan oğlan üçün artıq o qız ideala çevrilir. 

Sonrakı  ötəri  və  hətta  ciddi  sevgililərində  o  qızı  axtarır.  Ağıllı  sevgilisindən 

ayrılan  qız  üçün  Romeo  obrazı  Eynşteyn  olur.  Onların  hədəfə  çatmağı  uğrunda 

etdiyi  mübarizələrdə  qurban  etdikləri  isə  "mənim  təqsirim  nədi"  sualına  cavab 

tapmayanlar olurlar. Çünki, zəif addım və zəif duyğularla heç vaxt mübarizə əzmi 

olan insanı ram etmək olmaz...Yağışı gözləyən günahlı  əlləri okeanla da yumaq 

istəyi yersizdi... 

 

                                      *** 



 

Bir gün olmayacağam. 

Küləkləri sevəcək qəbrimi küləklər şəhərinin. 

Yağışı yuyacaq, qarı örtəcək  

bəyazıyla, şaxtasıyla. 

Gündüzlər,gecələr ötəcək, 

buludlar səmasıyla... 

Günəş qızdıracaq torpağımı,ay şeh salacaq. 

Məndən nə qalacaq? 

Xatirələr təsəllisi. 

Fəlsəfi eşq dəlisi, 

boş otağın qaranlıqlar sərgisi. 

Yazılarımı oxuyacaq oxumağa layiq görmədiklərim, 

söyəcəklər sevə bilmədiklərim. 

Kimə lazım olacaq dediklərim? 

- 34 - 

 

Gözümü kor edəcək gördüklərim, 



beynimi yoracaq bildiklərim. 

Gəlirəm,Allah! 

Qarşılasın cəhənnəm məni. 

Çox utandırdım mələkləri... 

Yoxdu axmaq,dahi dedikləri, 

yoxdu daha bezmiş ruhun cismimə üsyanı. 

Dəyişə bilmədim nə özümü,nə də dünyanı. 

Təqvim eyni,kitab eyni,qələm eyni. 

Qəliblər sıxır zehni. 

Çərçivə darısqal,çıxartdım qəlbi. 

Tapsın azadlıq,tapsın sevgi. 

Yorulmaq xoşbəxtlikdən olacaqsa qoy bədbəxtlik üçün darıxım. 

Sehirli xalça işləmədi,bəhanə oldu ucuzlu çarığım. 

Yazmayacağam,pozmaq olacaq marağım. 

Bir gün olmayacağam. 

Büdrəməyəcək kələ-kötürlü dünya adlanan yalanda ayağım. 

 

 



  Aliki danışdırmaq üçün çox çalışan Cavid, indi onun susması üçün dualar edirdi. 

Acı  həqiqətləri,  hər  beyində  gəzən  düşüncələri  ustalıqla  cəm  edib  sözlərə 

düzdükcə Cavidi qəddarlaşdırırdı. Pessimist deyildi. Optimist olmağı üçün isə heç 

nə  qalmamışdı.  Reallığa  bəsirəti  açıq  olan  bomjun  insanlığa  olan  sevgisini  elə 

insanlar  tükətmişdilər.  Ona  skameyka  göstərmişdilər  yer  istəyəndə.  Ona  araq 

göstərmişdilər  təsəlli  istəyəndə.  İndi  heç  kimin  haqqı  yox  idi  onun  bu 



- 35 - 

 

vəziyyətində  günahlandırsın.  Nə  vermisiz  ki,  istəyəsiz?!  Başının  qanını  yalayan 



divarlar,  önündə  çəkilən  hasarlar,  intihara  qalxan  mərtəbələr  öyrətmişdi. 

Öyrətmişdi nifrətin açan tumurcuğu ilə mərhəmətin bitdiyini. 

  Cavid artıq unutmuşdu buraxıb gəldiyi özünü. O gülərüz simasından əsər-əlamət 

qalmamışdı.  Həqiqətlərin  suladığı  qara  saçlarında  ağlar  görünürdü.  Alikdə 

tapmışdı  özünü...Hər  gün  şəhəri  veyil-veyil  gəzirdilər.  Qarşılarına  iki  cür 

insanlarlar  çıxırdı.  Onlardan  iyrənib,  burunlarını  tutanlar  və  onları  görməzdən 

gəlib,  baxışları  yayındıranlar.  Qəribəsi  bilirsiz  nədi?  Heç  bir  insanı 

maraqlandırmırdı  onların  hara  getməsi,  hardan  gəlməsi,  nə  yeməsi,  nə  içməsi, 

harda  yatıb, harda qalxması.  Hər kəsin  sevdiyi  bu  filmdə  bu  iki  obraz  lazımsız, 

montaja  məhkum  kadr  idi...Alik  belə  şeylərdə  başını  aşağı  salıb  gülümsəyərdi. 

Cavid  öyrəşməmişdi.  Bu  cəmiyyətə  bu  yerdən  baxmağa  öyrəşməmişdi.  Bəzən 

minlərin  arasından  sağaltdığı  xəstələri  də  görürdü.  Ona  məhəl  belə  qoymayan 

xəstələrini...Yenə  xəstə  idilər.  Cəmiyyətin  formasında  maniken  həyata  məhkum 

xəstələr...Sual vermək olmaz heç kimə çünki, hər kəsin bəhanələr şablonu hazırdı. 

  Bərk şaxta var idi havada...Onlar İçərişəhərin bürcündə büzüşüb, oturmuşdular. 

Arada  durub  gəzişirdilər  ki,  donmasınlar.Gecə  düşdüyündən  küçələrdə  ins-cins 

yox  idi.  Qarı  sovuran  küləyin  vıyıltısı  uzaqdan  gələn  polis  sirenaları  və  itlərin 

ulaşmaşıyla qarışırdı. 

  Alik  iki  butulka  boşaltsa  da,  şaxtanın  təsirindən  çıxa  bilməmişdi.  Qaşqabağlı 

üzünü qaşıya-qaşıya nə haqdasa düşünürdü. Cavid dizlərini büküb oturmuş halda 

Alikə  baxırdı.  Bu  gün  demək  olar  ki,  heç  nə  yeməmişdilər.  Qarınlarından  gələn 

müxtəlif əcaib səslər isə ara vermirdi. Alik boğultulu səslə dedi: 

-Yəni bu sondu, hə Cavid? 

Cavid diksindi... 

-Nə sonu? 

-Bu cür şaxtadan sağ çıxmağa ümüdlüsən? 

-Heç nə olmaz, dözərəm, Allah qoysa... 


- 36 - 

 

-Cavid? Mə... (öskürək imkan vermir)... Mənə nağıl danış... 



-Nə? Nə nağıl,ay Alik? 

-Nə istəyirsən danış. Nağıl, hekayə...Danış, mən də yatım... 

-Yaxşı, dayan bir yadıma salım nəsə...Aha...Deməli belə... 

  Cavid nağılı danışıb bitirdi... 

Alikdən səs çıxmırdı. Başını bürc divarına söykəyib, yuxulamışdı. 

  Danışıq,  təcili  yardım  sirenalarının  səsinə  oyandı.  Nə  baş  verdiyini  anlamırdı. 

Camaat  təəcüblə  ona  baxırdı.  Alik  tərəfə  çöndü...Alikin  üzünü  örtmüş,  xərəyə 

qoyurdular.  Ölmüşdü  Alik...Yerdə  gecədən  qara  qarışmış  qanlı  tüfürcəklər 

görünürdü.  Ölmüşdü  Alik...Ümüdsüzlükdə  közərən  sonuncu  ümüdlə  bərabər 

ölmüşdü. Cavid indi boş idi. Kimsə ölü sükut çökdürmüşdü mənzərəyə. Heç nə 

eşitmirdi  Cavid.  Ona  yanaşıb  nəsə  soruşurdular.  Çiyninə  toxunub  elə  hey  nəsə 

soruşdular...Aliki  təcili  yardım  maşınına  qoyurdular...Hava  qaraldı.  Qara  qar 

yağırdı. Cavid artıq kadrları da itirirdi. İnsanlar bir-bir yoxa çıxırdılar. Beyninin 

zülmətində sonuncu insan yoxa çıxanda oturaq vəziyyətdən yanı üstə düşdü...  

 

*** 

 

  Bazar günü olduğundan iş günü deyildi.Bütün həftə boyu yığılan yorğunluğunu 



bu  gün  dincəlməklə  atmaq  arzusunda  idi  Toğrul.  İş  yoldaşları  Rəşad  və  Azər 

srağagündən icazə alıb rayona getmişdilər. Azərin atası, Rəşadın əmisi olan Sabir 

kişinin  rəhmətə  getmişdi.  Nəriman  da,  dünən  işdən  bir  başa  dayısı  gilə 

getmişdi...Rahat  yatması  üçün  Toğrula  heç  nə  mane  olmurdu,  amma  qapının 

döyülməsi  heç  yerinə  düşmədi...Əsəbi  halda  yerindən  qalxıb  ürəyində  qapı 

arxasındakı şəxsi söyə-söyə, kimin ola biləcəyini tapmağa çalışdı. 



- 37 - 

 

"Azərlə  Rəşad  ola  bilməz.  Nəriman  da  gəlməyəcək  bu  gün.  Başqa  kim  ola 



bilərki?!" 

 Qapını açıb,Günayı görəndə çaşdı. 

-Salam. 

-Salam... 

-Toğrul sizsiniz? 

-Bəli,mənəm... 

-Bizim borcumuzu siz ödəmisiz dükana və... 

  Toğrul  söhbətin  nə  yerdə  olduğunu  anlayıb,  cəld  Günayın  cümləsini  yarıda 

kəsib, öz hazırladığı cümlələri anlatmağa çalışdı... 

-Dükançı qadının o dəfəki hərəkəti təsir etdi. 

Kim olsaydı mənim yerimə eyni atdımı atardı. 

Nə vaxt olar qaytararsız. 

Sizi anladığım üçün elə etdim.Başqa ağlınıza heç nə gətirməyin. 

Toğrulun uzun-uzadı anlatdıqlarından ən məntiqli cümlələr bunlar idi...Günay isə 

təmkinlə qulaq asırdı. 

-Yenə deyirəm,bunu sırf insanlıq naminə etdim.Səhv anlamağınızı istəmirəm... 

  Sözünü  qurtaran  Toğrul  ümüdlə  gözünü  Günayın  dodaqlarından  çıxacaq  sözə 

dikdi.Günay isə gülümsəyib düz Toğrulun gözünün içinə baxaraq dedi: 

-Səhv anlamamışam, amma siz anlatdığınıza da inanmıram. 

-Necə yəni? 

-Dürüst olun. Yəni mən uşaq deyiləm.  


- 38 - 

 

  Günlərdi  məni  izləyən  şəxsin  hansısa  bəhanə  ilə  yaxınlaşmasını  gözləyirdim. 



Gözəl  və  məntiqli  bəhanə  tapmısız.  Görün  bir  necə  bəhanədir  ki,  mən  özüm  öz 

ayağımla gəlmişəm sizə... 

  Günayın kinayəli təbəssümü fonunda atdığı oxların hədəfi olan Toğrulun dili söz 

tutmurdu. Əslində bəhanə deyildi, amma lap əslində bəhanə idi. Maraqlı paradoks 

idi...Toğrul  başını  aşağı  əyib  gülürdü.  Günayın  bu  cür  dilli-dilavər  təsəvvür 

etməmişdi axı...Günay da gülürdü məğrur simasıyla. 

-Adımın Toğrul olduğunu hardan bildiz? 

-Çimnaz dedi. 

-Çimnaz kimdi? 

-Dükançı qadın...Bizim borcumuzu ödədiyiniz qadın. 

-Hmm adımı hardan bilir görəsən? 

-Onun bilmədiyi şeyə qurd düşər... 

-Anlaşıldı artıq...(Hər ikisi gülür) 

-Tez  bir  zamanda  pulunuzu  qaytaracağam.  Xahiş  edirəm  qardaşım  bilməsin. 

Özüm qaytaracağam, mütləq, arxayın olun. 

-O nə sözdü, əlbətdə. Deyərdim qalsın, qaytarmasazda olar... 

-Yox! Dedim axı qaytaracağam, tezliklə. 

-Oldu...Necə istəyirsiz. 

-Yaxşı, mən daha gedim...Sağ olun, çox sağ olun Toğrul bəy. 

-Qapı ağzında...Heç yaxşı olmadı... 

-Narahat olmayın, yaxşı oldu. 

-Onda hələlik, uğurlu gün sizə. 



- 39 - 

 

-Adım Günaydı, bilməmiş olmazsınız yəqin ki... 



-Öz ağzınızdan eşitmək xoş oldu. 

-Hələlik Toğrul... 

-Sağ-salamat. 

  Qapını bağlamadan Günayı nəzərləriylə yola saldı pillələrə...Dözmədi... 

-Günay? 

Pilləkanları düşən Günay təəcüblə başını qaldırıb Toğrula baxdı. 

-Bəli? 

Toğrul pillələri enib Günaya yaxınlaşdı.Düz gözlərinin içinə baxdı... 



-Günay...Görüşə bilərik? 

-Niyə? 


-Bəhanə tapmıram indi...  

-Yox! 


-Yox deməyin... 

-Yaxşı, onda xeyr, salamat qalın, getdim. 

  Toğrul  əl  çəkmək  niyyətində  deyildi.  Günayın  öz  ayağıyla  ona  gəlməsi  onu 

ürəkləndirmişdi. Elə gün olurdu ki, heç işə də getmirdi. Ya da gedib bir bəhanə ilə 

icazə alıb evə gələrdi, Günayı görsün deyə. Günayı səhərlər qardaşı yola salsa da, 

günortadan  sonra  həmişə  evə  tək  gələrdi.  Bu  da  Toğrula  bəhanə  olmuşdu.  Son 

günlər bəhanələr həyatında ən başda duran anlamlardan idi  Toğrul  üçün. Dəyib-

dolaşıb  bəhanəyə  rastlayırdı.  Bəhanələrdən  ən  mühümlü  olanlar  Günayın 

diqqətini  qazanmaq  üçün  edilənlər  idi.  Günay  isə  ərimək  bilmirdi  ki,  bilmirdi. 

Toğrul isə təslim olmağı düşünmədən məqsədindən heç cür əl çəkmək istəmirdi. 



- 40 - 

 

  İşdə  Tahirlə  sözləşmişdi.  İcazəsiz  filansız  işdən  çıxıb,  evə  gəlmişdi.  İndi  də 



blokun  ağzında  durub  yola  baxırdı.  Günayın  gedib-qayıtdığı  yola...Yenə  onu 

gözləyirdi. Fikirlərini bir yerə toplayıb yenə yaxınlaşmağa qərar vermişdi. 

  Günay  göründü...Başı  aşağı  halda  çevik  atdımlarla  bloka  yaxınlaşırdı.  Toğrulu 

görüb  gülümsəyib  salamlaşdı.  Pilləkanları  çıxmaq  istəyəndə  Toğrul  qolundan 

tutdu.Günay  diksinib  Toğrula  tərəf  baxdı.  Toğrul  qızın  əlini  buraxmadan  "Gəl 

qorxma"- deyə pıçıldadı. 

  Beşinci mərtəbəyə, ordan çardağa, ordan dama qalxdılar. Günay heç nə demədən 

Toğrulun  nə  istədiyini tapmağa  çalışırdı...Damdan  açılan  mənzərə  gözəl  olmasa 

da,  evlərə,  insanlara  yuxarıdan  baxmaq  çox  maraqlı  idi.  Yarımçıq  bir  kirəmit, 

butulkalar, antenalarla dolu idi dam. Toğrul damın bir kənarında dayandı. Günay 

astadan soruşdu: 

-Niyə qalxdıq bura, Toğrul?   

Toğrul dərindən nəfəs alıb üzünü Günaya tutub dedi: 

-Söz ver ki, sona kimi qulaq asacaqsan, sözümü kəsmədən. 

-Söz verirəm Toğrul, buyur danış... 

 

Toğrulun dedikləri... 

-Anarın "Beş mərtəbəli evin altıncı mərtəbəsi" romanı yeganə oxuduğum kitabdı. 

Bu o demək deyil ki, kitab oxumağı sevmirəm...Yox, sevirəm. Sadəcə oxumuram. 

Hər kitab təsiretmə gücünə, məğzinə görə fərqlidi. Oxucu yeni kitab oxumayınca, 

oxuduğu  son  kitabın  təsirində  qalır.  Məhz  buna  görə  mən  ilk  oxuduğum  və  ilk 

sevdiyim  əsərə  xəyanət  edə  bilməmişəm.  O  romandan  sonra  bir  çox  kitabları 

yarıya  kimi  oxumuşam.  Niyə  yarıya  qədər?    Təsir  altına  düşməyim  deyənə. 

Həmin  kitabları  oxuyanlar  mənə  danışırlar  yarıdan  sonra  nələrin  baş  verdiyini, 

epiloqu  və  artıq  oxumuş  kimi  oluram  təsir  altına  düşmədən.  Həmin  roman 

sevgidən  bəhs  edir.  Əbədi,  əlçatmaz  sevgidən.  Bəlkə  də  oxumusan  ,bilmirəm. 


- 41 - 

 

Həmin  romanın  sonluğunda  bir  cümlə  var.  "İnsanlar  beşmərtəbəli  evin  altıncı 



mərtəbələrini  görsəydilər  nə  var  idi  ki..."  Bax  Günay,  indi  sən  də,  beşmərtəbəli 

evin  altıncı  mərtəbəsində  durmusan.  Yanımda  olaraq...Bir  azdan  burdan  bloka 

düşəcəyik,  amma  sənin  həmişə  yerin  bu  görünməz  mərtəbə  olaraq  qalacaq. 

Əlçatmaz olub-olmaması sənə bağlıdı...Səni sevirəm Günay. İlk gördüyüm andan, 

hər gün daha da artan, təsvir edə bilməyəcəyim qədər çox sevirəm. 

  Günay  sözünü  qurtaran  Toğrulun  əlini  ovucları  arasına  götürüb  az  qala  pıçıltı 

ilə... 

-Toğrul,  incitmə  həm  məni,  həm  özünü.  Mümkünsüzdü  bu...Mən  layiq  deyiləm 



altıncı  mərtəbəyə.  Qurban  olum,  heç  bir  sual  vermə,  danışma.  Ümüd  vermək 

istəmirəm sənə. İstəmirəm mənə görə əziyyət çəkəsən Toğrul, istəmirəm! 

-İstəmirsən əziyyət çəkməyimi və mümkünsüz olduğunu deyirsən... 

-Bilirəm...Bilirəm  ki, axmaq  sözlər  deyirəm,  amma  ən düzgün qərar  elə burdaca 

başlamamış bitməsidi, Toğrul. 

-Mənim yerimə qərar vermə, Günay. Mənim ağlıma da gəlmir nəisə başlamadan, 

özümüzə şans tanımadan, risk etmədən bitirmək. 

-Nə edək bəs? 

-Ürəyin nə deyir? 

-Ürəyim qələt eliyir. Ağlıma güvənirəm, o isə səni mənə sığışdıra bilmir. 

-Sığışdırar.  Ürəyin  qəbul  edirsə,  ağlın  da,  qəbul  edəcək  Günay.Yol  sonu 

qaranlıqdı  deyir  ağlın?  Ürəkli  olub,  özün  get,  gör.  Əmin  olmamış  qərar  qəbul 

edib, hər ikimizə haqsızlıq etmiş olma. 

-Əminəm ki, qaranlıqdı! 

-Xeyr, xanım, əmin ola bilməzsən! 

-Toğrul... 



- 42 - 

 

-Sus... 



  Toğrul  Günayı  qucaqlayır.  Qolları  arasında  həyəcandan  titrəyən  Günay 

pıçıldayır. "Bağışla məni". Bu pıçıltını bəlkə də Toğrul eşitmir...Ya da, eşitsə də, 

önəm vermir... 

*** 

 

Gedirəm... 

Yolum uzun,mənzilim uzaqlardı. 

Mənə əziz mənzərə bu dənizdi,dəli dalğalardı. 

Bu şəhərdə tapmadım günəşi,tapmadım arzuları. 

Gedirəm indi yoraraq ayaqları. 

Tanış notlar,tanış musiqi. 

Maestro,bağışlasın tuta bilmədim ritmi. 

Çəkdim gormədiyin gülüşümü ulduzlara. 

Görəsən nə səbəb var yalanlara? 

Gecədi artıq,gecdi artıq. 

Daha bir ümüdü alçaltdıq. 

Əmanət olsun dənizim sənə,bu şəhərim sənə. 

Daha yoxdur çiçəkləyən tikan. 

Daha yoxdur yuxuna haram qatan. 

Gedirəm əsam və mən... 

Qal salamat,bacarsan o şəhərin,o da sən! 

 


- 43 - 

 

 



 

  Zarina  intihar  etmişdi.  Polis  basqını  zamanı  tutulmamaq  üçün  biləklərini 

doğramışdı... 

  Banu  ilə  Eyvaz  xəstəxanaya  çatanda  Zarina  can  verirdi...Banudan  onu 

qucaqlamasını xahiş etdi. Qulağına nəsə pıçıldayandan sonra Eyvaza gülümsədi, 

dərin bir nəfəs aldı. Bu onun aldığı son nəfəs idi... 

  Dəfn  etdilər.  Torpağa  tapşırmaq  da  deyillər  buna,  amma  torpağa  yox  Allahın 

mərhəmətinə buraxmaq desək daha düzgün olar. 

  Son anında Banuya səkkiz yaşlı oğlunun olduğunu etiraf etmişdi. Kamotundakı 

gözlərin birində qoruduğu sənədləri tapmağı istəmişdi Banudan. 

  Kamotdan çıxan sənədlərdən məlum oldu ki, Zarinanın səkkiz il əvvəl nigahdan 

kənar  əlaqədə  olduğu  Taleh  adlı  şəxsdən  Əfqan  adlı  oğlu  var.  Uşağın  iki  yaşı 

olanda Zarina onu uşaq evinə qoyub...Digər bir sənəd isə Zarinanın iki ay öncə 

evi Banunun adına keçirməsi haqda idi. 

  Banu  sənədləri  oxuduqca  hıçqırırdı.  Gözündəki  damcılar  üzündən  sürüşüb, 

əlindəki  vərəqə  düşürdü.  Eyvaz  da  dolmuşdu...İçin-için  çəkirdi.  Həyatında  ilk 

itgisinin  acısı  ondan  yan  ötə  bilməzdi.  Banunun  sakitləşə,  özünü  ələ  ala 

bilməməsini o gözəl anlayırdı. Yanılmışdı Banu. Ancaq fahişə obrazında gördüyü 

Zarinanın  əsl  siması  onu  yanıltmışdı.  Kiçik  bildiyi  bu  qadının  böyük  ürəyinə 

yanılmışdı...  Cəmiyyətin  fahişə  etdiyi  yüzlərdən  birinin  saf  düşüncəsini  görə 

bilmədiyi  üçün  yanılmışdı...Onunla  bir  dəfə  olsun  belə  söhbət  etmədən,  onu 

eşitmədən,  tanımadan  tamaşasına  baxdığı  aktrisa  kimi,  mənəviyyatına  deyil, 

roluna verdiyi qiymətdə yanılmışdı. 

  Kamotun  lap  alt  gözündən  isə  Zarinanın  gündəliyi  tapıldı...Fahişə  gündəliyinin 

nə  yazılardan  ibarət  olacağını təxmin  edə bilər hər kəs.  Söhbət  amma  Zarinadan 

gedirdisə, o gündəliyi oxumağa ürək lazım idi. 



- 44 - 

 

  Eyvaz boz karton üzlü dama-dama vərəqli gündəliyi vərəqləyib oxuduqca aldığı 



rənglər  təsvirə  gəlməz  idi.  Titrəyən  əlləri  səhifələri  çevirir,  dodaqları  arasında 

dişləriylə sıxdığı siqaret tüstüləyib əridikcə, soyuq küllər üstünə tökülürdü. Banu 

Eyvazın ifadəsindən gündəliyi oxuyurmuş kimi ağzını tutub, hönkürürdü... 

 

Fahişənin gündəliyi (ixtisarla) 



 

...Mən  fahişəyəm.  Bildiyiniz  qəhbəlik  yəni.  Bu  yola  düşməyimə  səbəb  nə  atam, 

nə  anamdı.  Özüməm.  İşimi  sevirəm.  Heç  kim  günahkar  deyil  mənim  bu  işi 

seçməyimdə!  Uşaqlıqda  mən  də  ərə  gedib  ana  olmağı  arzulamışam,  digər  qızlar 

kimi...Anam  kimi  ana  olmağı  arzulamışam...Böyüdükcə  arzuların  dəyərsizliyi, 

əlçatmazlığı  mənə  arzusuz  yaşamağa  məhkum  etdi.  Sevmişəm  mən  də.  Hamı 

kimi. Anamın atamı sevdiyi kimi. İnanın anam atamı çox sevirdi. İndi sevməsin. 

Atamdan fərqli mənim sevgilim məni bərabər olduğumuz ilk gecəyə kimi sevdi. 

Sonra, rahatca çıxıb getdi. Son sözləri də yadımdadı. "Kimə desən,özünü rüsvay 

edəcəksən. Mənə  nə  var  ki,  oğlanam  və  min bəhanə  ilə  sudan quru çıxacağam.” 

Adı İlqar idi...Bəlkə bu cümlələri o vaxt yazsaydım necə nifrət etdiyimdən, necə 

çarəsiz  olduğumdan  yazardım,  amma...Amma  indi  adiləşib.  İlqar  da,  Taleh  də, 

daimi  və  təsadüfi  müştərilərim  də,  həyatım  da,  getdiyim-gəldiyim  yerlər, 

gördüyüm  sifətlər...  Hər  şey  adiləşib.  Hər  dəfə  müxtəlif  kişilər  üçün  soyunub, 

müxtəlif yataqlara uzananda iki şey gəlir ağlıma. Anamın göylərdən mənə nifrətlə 

baxması  və  Əfqanı  uşaq  evinə  verəndə  körpə  əliylə  barmağımdan  yapışıb 

ağlaması...İndi artıq böyük oğlan olub. Qınasın qoy məni, söysün. Eybi yox! Bir 

uşaq  üçün  anasının  fahişə  olduğunu  bilmək  ayrı,  o  murdar  anayla  bir  damın 

altında  yaşaması  ayrı.  Qıymadım  ona.  O  saflığa.  Südümü  belə  vermədim. 

Qazandığım pulların çox hissəsini də həmin uşaq evinə köçürürəm hər ay. Bircə 

istəyim  var...Əfqanım  mənə  nifrət  etsə  də,  anlasın...Bağışlamamağa  haqqı  var. 

Onun  varlığı,  xöşbəxt  olması,  gülümsəməsi  mənim  üçün  bəsdi.  Yanında 

olmaqdan  isə  utanıram  və  istəmərəm  oğlum  fahişə  anasına  görə  utansın.  Əsla! 


- 45 - 

 

Evdə  körpəlik  paltarları  qalıb.  Qoxlayıb,  qoxlayıb  yatıram.  Səni  sevirəm 



Əfqanım. Nə vaxtsa buna inanacağın ümüdü ilə... 

 


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin