Bu kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdaram. Əsasən də mənə daim dəstək olan dostlarıma



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə2/5
tarix03.02.2017
ölçüsü1,06 Mb.
#7573
1   2   3   4   5

*** 

 

  Toğrul  hay-küy  səsinə  ayıldı.  Yadına  düşdü  ki,  dünən  gecə  burda  yatmışdı. 

Göydələn  tikilirdi  bu  sahədə.  Fəhlələr,əllərində  çertyoj  olan  yekəqarın  qalstuklu 

kişi  ora-bura  qaçışırdılar.  Toğrula  fikir  verən  də  yox  idi...O  isə  öyrəşmişdi  göz 



- 18 - 

 

önündə olmağa.Taxtaların birinin üstündə oturub tikintiyə tamaşa etməyə başladı. 



Ona elə maraqlı gəlirdi bu mənzərə, sanki Hamlet tamaşasına baxırdı. 

-A bala, sən niyə oturufsan orda? 

Bu qəfil səs mənzərəni korladı. 

-Oturmuşam. 

-Bə mən nə deyirəm? Soruşuram,niyə oturufsan da?

 

-Neyniyim bəs? 



-Məndən soruşursan? Nə iş tapşırıblarsa, onu gör də.  

-İşi kim tapşırır ki? 

-Qardaş, məzələnirsən mənlə? Kim olacaq,Tahir müəllim. 

-Allah  eləməsin,  sadəcə  bu  gün  gəlmişəm  bura,  işləməyə.  Ona  görə  heç  kimi 

tanımıram hələ. O dediyin Tahir yekəqarın, qalstuklu olandı? 

-Belə desənə. Hə, odur qardaş. Yanaş ona. Özüylə söhbət elə. Burda boş-boşuna 

oturmaq olmaz e, qadan alım.Söz gəler. 

- Oldu, çox sağ ol... 

  Tahir  tankerə  oxşayırdı.Tahirləri heç  vaxt  sevmirdi  Toğrul.  Məktəb, universitet 

vaxtlarında  çox  Tahir  görmüşdü.  Ümumilikdə  Tahir  obrazı  Toğrulun  beynində 

murdar, zigilli, ağzıcırıq, xəbərçi, axmaq biri kimi formalaşmışdı. Bu da növbəti 

Tahir... 

-Salam,Tahir müəllim. 

  Eynəyini  burnunun  ucuna  kimi  endirib  çertyojda  xətkeşlə  nəsə  ölçüb-biçirdi 

Tahir. Salamı başını tərpədərək alıb soruşdu: 

-Eşidirəm. 

-Mən bu tikintidə işləyə bilərəm? 


- 19 - 

 

-Kim göndərib səni bura? 



  Nə  axmaq  sual  idi  bu.  Hətta  bir  anlıq  təəcübləndi  də  bu  sualdan.  Tikinti  deyil 

bura? Fəhlə işləmir burda? Bəs bu nə sualdı? Eşşək işində də tapış rolu var? Niyə 

bütün Tahirlər belə axmaq olurlar görəsən?! 

-Heç kim göndərmiyib. İşləmək istəyirəm sadəcə. 

-Nə bacarırsan? Qaynaq,filan məsələn... 

-Yox qaynaq etməyi bacarmıram, amma belə fəhləlik edə bilərəm. Ehtiyacım var 

işə. 

-Yaxşı,onda  gedirsən  dördüncü  briqadaya  kömək  eləməyə.  Ude,  ora...Görürsən 



kranın yanında. 

-Hə,hə görürəm. 

-Ay sağol, get ora. Orda Vaqif var. Ona de ki, təzə işçiyəm, pal-paltar versin sənə. 

Sabah da yaxınlaşarsan mənə, adını salarıq kitaba. Ad demişkən, adın nə oldu? 

-Oldu Tahir müəllim. Adım Toğruldu. 

-Lap yaxşı Toğrul. Di get iş başına. Uşaqlarla da mehriban olun... 

-Oldu müəllim. 

  Tahirin  xoş  danışığı  Toğrulun  ona  qarşı  fikrini  dəyişdirməmişdi.  Dəyişə  də 

bilməzdi.  Lap  Tahir  beş  barmağını  bala  batarıb,Toğrulun  ağzına  soxsaydı  da, 

təsiri olmazdı.Toğrul üçün o növbəti cındır Tahirlərdən biri idi. 

 

  Biz özümüzü doğub, özümüzü öldürəcək qədər qəddar

 

                                                                  cəlladlarıq! 



 

Tüfürmüşdüm dünənə. 

- 20 - 

 

Qorxum idi gələcək. 



Bu günümün sürünmək vərdişində ümüdə nifrətlə ümüd edərək,özümü inandırırdım. 

İnandırırdım ki,o dönəcək. 

Ölüm hökmüm doğuluşda oxunsa da,tarixi sürpriz olacaq. 

Yazıq düşüncə... 

Görəsən fikirlər nə vaxta kimi onu yoracaq? 

Daha neçəsi "bağışla" nidasıyla qəlbə toxunacaq.? 

Bu qış görəsən neçə sərçə donacaq? 

Gözləmə,gələcək onsuzda gələcək. 

Əllər göyə açılanda,gözlər yolları sevəcək. 

Hərədən bir təsəlli: 

-O dönəcək! 

Qış,bahar,payız da,bitəcək. 

Yenə yagış,yenə külək əsəcək. 

Səni küləkmi gətirəcək? 

Yoxsa o damı ümüd verəcək pıçıltısıyla: 

-O dönəcək... 

 

  Çürük  nərdivanın  pillələrini  qalxdiqca  qəribə  hisslər  keçirirdi.  Sevinirdi, 



qəmlənirdi,  həyacanlanırdı.  Aşağıda  qalan  uşaqlıq,  gənclik,  qorxular,  pis  günlər, 

problemlər qalxdıqca uzaqlaşıb itirdilər. Çoxdan idi bu nərdivanı qalxırdı. Damda 

onu xoşbəxtlik gözləyirdi. Buna əmin idi və düşündükcə gülümsəyir, qanad açıb 

uçmaq  istəyirdi  dama.  Pillələri  1-1,  2-2  çıxırdı  və...Bu  da  dam!  Dondu  sonuncu 

pillədə,  siması  dəyişdi  gördüyü  mənzərədən.  Damda  başqa  bir  nərdivan  var  idi. 

Necə? Demək kimsə ondan qabaq artıq tapıb onun xoşbəxtliyini!? Bağırdı: 



- 21 - 

 

-Eyy,  kimsən?  Hardasan?  Ver  mənim  xöşbəxtliyimi!  Qaytar,  eşidirsən  Allah? 



Verin xöşbəxtliyimi! 

Ayağını zərblə vurduğu pillədən cırıltı eşidildi. Nərdivan ikiyə bölündü... 

  Öz qışqırığına oyandı Eyvaz. 

-Nərdivan...hanı? Sağam? Yuxu imiş...Lənət olsun! 

  Yağış  başlamışdı.  Eyvaz  növbəti  gecəni  xarabalıqda  keçirirdi.  Baxımsızlıqdan 

uçulmuş  bir  evin  xarabalığında.  Bir  tərəfdən  zəhlətökən  yağış,  bir  tərəfdən  də 

qorxduğu  yuxu  yatmağa  mane  olurdu.Təzəcə  yuxuya  getmişdi  ki  yaxınlıqdan 

gələn  hay-küyə,  gülüş  səslərinə  oyandı.  Deyəsən  bu  xarabaya  gəlirdilər. 

Xarabanın da sahibləri olurmuş. 

  Üç nəfər idilər. İki qadın və bir oğlan uşağı. Qaranlıq olduğundan siluetləri güclə 

seçilirdi.  Burda  kiminləsə  rastlaşmağa  öyrəşmədikləri  hiss  olundu  Eyvazı  görən 

an. Qadınlardan biri məlum olmayan dildə nəsə qışqırdı. Söyüşə oxşayırdı.Eyvaz 

da belə görüş gözləmədiyindən qeyri ixtiyari: 

-Sakit  olun,  qorxmayın.Yatmağa  yerim  olmadığından  bura  girmişəm.  Sizin 

yeriniz olduğunu bilmirdim. Həqiqətən bilmirdim... 

  Qadınlarsa nəsə ucadan elə hey danışırdılar. Uşaq isə sakitcə durub Eyvaza tərs-

tərs baxırdı.  Eyvaz  indi  anladı ki,bunlar  qaraçılardı.  Qadınlardan biri nəhayət  öz 

dilimizdə soruşdu: 

-San kimsan? 

-Adim Eyvazdı, yerim olmadığından bura girdim. Gedərəm indi, bağışlayın... 

  Qəfildən  uşaq  Eyvazın  əlindən  yapışıb  "Aqil,Aqil"  deyərək  ağlamağa  başladı. 

Sual verən qadın uşağı dartıb qucağına alıb nəisə pıçıldadı qulağına, sonra üzünü 

Eyvaza tutaraq: 

-Saani atası bilib .Atası adı Aqil di. Ona oxşadıb sani. 

Eyvaz heç nə deməyib xarabanın çıxışına tərəf addımladı. 


- 22 - 

 

-Yağış yağır Getma.Sahar gedarsan... 



  Qadının  hərfləri  kobudluqla  tələffüz  etdiyi  bu  cümlə  Eyvazın  üzünə  təbəssüm 

gətirdi... 

  Səhərə kimi  yatmadılar.  Nə  Eyvaz,  nə də  o  biri  iki  qadın.  Söhbət  etdilər  bütün 

gecəni. Uşaqsa Eyvazın qarnını qucaqlayıb yatmışdı. Eyvaz ilk olaraq onun adıyla 

maraqlandı. Adı Basat idi. Nağıl qəhrəmanı şərəfinə belə qoyubmuş atası adını. 

Qadınlardan biri uşağın anası Banu,digəri xalası Züleyxa idi. Yorulmadan həyat 

hekayələrindən 

danışırdılar.Köçəri  tayfalarından,  qohumlarından, 

adət-

ənənələrindən  və  s.  və  i.  Bakıda  tanışları  yox  idi.Qohumları  isə  Yevlaxda  köç 



salmışdılar. Bakıya da Aqilə görə gəlmişdilər.Hələ Yevlaxda olanda xəbər gəlib 

ki,bəs  Bakıya  pul  qazanmağa  gedən  Aqil  tutulub.  Banu  da  Basatı  götürüb, 

Züleyxa ilə birgə qaçıblar bura, amma Aqilin yerini-yurdunu, yəni hansı türmədə 

yatdığını tapa bilməyiblər. Gündüzləri dilənçilik edir, fala baxırlar. Gecələri də bu 

xarabada keçirirlər.  

  Banu  qaraçı  olmasına  baxmayaraq  çox  gözəl  qadın  idi.  Zil  qara,  belini  örtən 

saçları,  yaşıl  gözləri,  uzun  kiprikləri,  xırda  burnu,  nazik  dodaqları,  topuğa  kimi 

ətək, şalın altından olmasına baxmayaraq hiss olunan uzun ayaqları bu gözəlliyə 

işıq  saçırdı.  Eyvaz  özlüyündə  düşünürdü.  İki  cavan  qadın  və  Bakı.  Çaqqalları, 

biqeyrətləri,  anasının  əmcəyini  kəsənlərlə  dolu  bir  şəhərə  qarşı  necə  dözürlər, 

namuslarını  necə  qoruyurlar?  Dözməyib  bu  sualı  Banuya  da  ünvanladı.Banu 

gülümsəyib,başını aşağı salaraq dedi: 

-Tualeta  gedəndən  sonra  yuyunmuruq.  Zorlamaq  istayan  iyrənir  əl  çəkir,amma 

asəbini bizi döyməkla çıxır.Bıçaqlayanda olub... 

  Bankda,  öz  ofisində,  kondinsioner  altında,  rahat  kreslosunda  xumarlananda,  əli 

pulla,  gözü  katibəsinin  ora-burasıyla  oynayanda  belə  reallıqları  ağlına  da 

gətirməzdi.  Desəydilər  də  inanmazdı,  amma  indi  acılarla  dolu,  taleyini  itirmiş, 

həyatla  mübarizədə  hər  cür  əzablara  dözən  bu  dişi  şir  təsiri  yaradan  qadının 

danışdıqları  qarşısında  susmaqdan  başqa  əlindən  heç  nə  gəlmirdi.  Banu 

danışdıqca  Züleyxa  onun  hər  cümləsinin  həqiqət  olduğuna  işarə  edərək,  başını 



- 23 - 

 

tərpədirdi.  Eyvaz  artıq  eşitmirdi  qadını,  bayaqdan  bəri  gözünü  çəkmədiyi 



bədənini, üzünü, dodaqlarını da görmürdü. Harasa getmişdi. Harasa, lap uzaqlara. 

Ulduzlardan  da  dərinə  qonmuşdu.  Ağrı  var  idi  içində.  Harası  ağrıdığını  isə  tapa 

bilmirdi.Bu an Aqilə, Züleyxaya və hətta Basata da paxıllıq edirdi. Aqilə,ona görə 

ki, bu  cür  gözəl,  mərd  arvadı  var  idi.  Adam da heç  bu  cür  qadını  qoyub Bakıya 

gələr? Görəsən Aqil necə oğlandı? Yəqin yaraşıqlı olar...Hə, yaraşıqlıdı ki, Banu 

ona  görə  hər  əziyyətə  dözür  də.  Xasiyyəti  də  gözəldi.  Bir  sözlə  bu  cür  qadını 

hərtərəfli təmin etməyi bacaran biridi. Hmm, ay Aqil, Aqil, hardasan görəsən? 

  Züleyxaya da Banunun bacısı olduğundan paxıllıq etdi. Elə Basata da Banunun 

oğlu  olduğundan.  Nədir,  deməli  eqom  Banuya  bağlıdı?  Yox  Eyvaz,  bu  gic-gic 

fikirləri  çıxart  başından.  Sənə  Banu  filan  lazım  deyil.  Bankir  Eyvaz  kimi  sənin 

üçün  ölən  belə  Banuları  yada  sal.  Qəribədi,  varlı  olmağın  da  özünəməxsus  və 

məsuliyyətli  çərçivəsi  olur.  Bu  çərçivədə  sən  Eyvaz  Əliyevsən.  Ancaq ağıllı  söz 

danışan,  ağıllı  düşünən,  ağıllı  iş  görən  ağıllı  iş  adamı.  İstədi-istəmədi  qalstuk 

taxan,  kostyum  geyinən,  əti  bıçaqla  kəsib,  çəngəllə  yeyən,  ürəyinə  əmr  etməyi 

bacaran, işçilərinə cins fərqi qoymadan nəzarət edən etiketli müdür. Onun ixtiyarı 

yoxdu  çərçivədən  çıxmağa,  hətta  boylanmağa  da.  Əks  halda  özünəhörmət  hissi 

vicdanına  şikayət  ərizəsi  göndərər.  O  axı  kübar  ailə  uşağıdı.  O  axı  bahalı 

oyuncaqdı.  O  axı  proqramlaşdırılmış  robotdu.  O  axı  sahibkardı.  O  həyatdan 

şikayət  edə  bilməz.  Buna  ixtiyarı  yoxdu.  Bu  ixtiyarı  ona  verən  olmayıb.  Səhər 

açılandan  gecə  düşənə  qədər  yazılmış  rejimi  olub.  Özüylə  görüşməyə  vaxtı 

olmayıb.  Yatağına  girmək  istəyən  xanımlarla  növbəsindən  tutmuş,  onu 

evləndirmək istəyən valideynlərinin hər gün bir qızı ona tərifləmələrinə qədər hər 

kəsdən, hər şeydən doymuşdu... 

-Ayvaz,bilırsan neca istayıram qaçım bu ölkadan. 

-Hara? 

-Əşi,hara  oldu.  Basatı  da  götürum  qaçım.  Ayvaz,  san  heç  başqa  ölkalarda 



olmusan?  

- 24 - 

 

  Eyvaz  demək  olardı  ki,  uşaqlıqdan  bütün  dünyanı  gəzmişdi.  Lap  əvvəl 



valideynləri,  sonra  tək,  sonra  iş  yoldaşları,  sonra  dostları,  sonra  məşuqələri  ilə 

gəzmədiyi ölkə, şəhər qalmamışdı. Ən sevdiyi ölkə isə İtaliya idi. Böyük Bakıya 

bənzədirdi  bu  ölkəni,  amma  Bakıdan  fərqli  orda  çox  şey  önə  qaçmışdı.Bakıdan 

fərqli  İtaliya  və  digər  ölkələrdə  insanlar  bir-birinə  gülümsəyirdilər.  Eyvaz  bu 

gülüşə  də  paxıllıq  edirdi.  Nədi?  Bunların  dərdi,  xəstəsi  yoxdu?  Əsəbləri  belə 

sakitdi?  Pulları  belə  çoxdu?  Yadına  Türkiyədə  bir  ağsaqqalın  bu  haqda  ona 

danışdığı maraqlı hekayə düşdü. 

 

Gülənlər ölkəsi 

 

  İlk  dəfə  o  ölkəni  Magellan  səyahət  etmişdi.  Elə  özü  kəşf  etmişdi  bu  maraqlı 



ölkəni.  Adi  insanlardan  fərqli  olaraq  bu  ölkədə  hamı  gülürdü.  Təzə  doğulmuş 

körpədən  tutmuş,ayağı  gorunda  olan  qocaya  kimi.  Onları  ağlatmaq  olmurmuş, 

əsəbləşdirmək  olmurmuş.  Hətta  Magellanın  dənizçilərindən  biri  dözməyib, 

onlardan  birini  ona  güldüyünə  görə  kötəkləmişdi  də,  amma  kötəklənən  adam 

ağrını  qəh-qəhəylə  çəkir,  gülməyi  beyinə  işləyirdi.  Hər  şeyə,  hər  sözə,  hər  kəsə 

gülən bu insanlarla danışmaq, nəysə öyrənmək mənasız, həm də çox əsəbləşdirən 

iş idi. Çox sakit təbiətli Magellan özü də əsəbləşmişdi bu xaos qarşısında.Nəhayət 

gülən  insanların  içindən  bir  nəfər,  dərisi  sümüyünə  yapışan,  budaq  nazikliyində 

olan qoca çıxdı. Magellana yanaşdı. Gülmürdü.Tam ciddi, eybəcər siması vardı. 

Magellan ondan onların niyə güldüyünü soruşdu. Kişinin cavabını Magellan ölənə 

kimi unutmayacaqdı. 

-Onlar  üç  şey  bilmirlər.  Pulun,  pisliyin  və  ağlamağın  nə  olduğunu.  Ona  görə 

həmişə gülürlər. 

 

                                    



-Hə,olmuşam... 

- 25 - 

 

-Hansı olkalarda? 



  Eyvaz  çörək  satan  kişiyə  danışdığı  səyyah  yalanını  məcburiyyət  qarşısında 

Banuya da danışdı... 



 

*** 

 

-Vurmaqla aran necədi? 



-Belə də toydan-toya. Dostlarla ayda-ildə bir dəfə filan, belə... 

-Onda sən içməzsən. 

-Olmaz içməyəsən? Yəni öz işindi əlbəttə, amma çox içirsən deyəsən. 

-Cavid, mən kefimdən içmirəm.Gecə donmayım deyə içirəm. Yorğanımdı mənim 

araq. 

  Cavid  Alikə  uşaq  evində  böyüdüyünü  uydurmuşdu.  Heç  kiminin  olmadığını 



demişdi.  Alikin  vecsizliyi,  dərin  çuxurlarda  parlayan  gözləri  isə  həmişə  harasa 

görünməzliyə  baxır,  ordan  ilhamlanırdı  yaşamağa.  Cavid  elə  bu  dəqiqə  Aliki 

anası  kimi  doğa  bilərdi,  onu  xilas  edə  bilərdi  bu  zibildən.  Bunu  düşünməkdən 

zövq  alırdı,  amma  tələsmək  istəmirdi.  Özü  istəyirdi  uçurumları  saymağı.  Orda 

göyərçin  görmək  idi  məqsədi.  Alik  onun  kitabı  idi.  Onu  oxumamış  rəfin  ən 

yüksək nöqtəsinə qoymaq istəmirdi. Bəlkə də bezdirici suallar Alikin heç xoşuna 

da  gəlmirdi, amma  çox təmkinlə hər suala cavab  verirdi.  İxtisasca  psixoloq  olan 

Cavid də çox məharətlə təsir göstərə bilirdi "xəstəsinə". Hiss edirdi ki, bu bomjun 

həyat  tarixçəsi  haqda  film  çəkilsə,  ilin  filmi  nominasiyasının  qalibi  olar.  Əsas 

məsələ isə Aliki şübhələndirmədən duyğularını rəqs etdirib, danışdırmaq idi. 

  Parkda  kalan  yemək-içmək  var  idi.  Yarımçıq  yeyilən  dönərlər,  dişlənmiş 

bulkalar, bir-iki qurtum içilmiş şirələr, qazlı sular qarınlarını doydurmuşdu Cavid 



- 26 - 

 

və  Alikin.  Düzdür,  əvvəl-əvvəl  iyrənsədə  kiminsə  artığını  yeməkdən  aclıq  ona 



güc gəlmişdi. Artıq o da şəhərin kabuslarından biri idi. 

  Axşam  düşürdü.  Alik  yarımlitrlik  arağı  başına  çəkir,  fısıldayır,  uzun-uzadı 

öskürür  və  davam  edirdi  içməyə.  Arağı  ona  yaxınlıqdakı  kafe  verirdi.  Onun-

bunun qabağından qalan araqları şüşələrə süzüb, Alik üçün saxlayırdılar. Günə ən 

azı 1-2 şüşəsi var idi. 

Ağzını silə-silə, oxuyaraq gedən bir kişini göstərərək dedi: 

-Bilirsən kimdi bu? 

-Hm,yox. Kimdi ki? 

-Ad...Adi..,yox-yox  Asə...Əşi  yadıma  düşmür.  Mügənni  var  idi  o  vaxt,  onun 

oğludu. Bədbəxt havalıdı. Havalı da olsa əla oğlandı. 

-O da bomjdu? 

-Yox  bomj  niyə?  Evi-eşiyi...Prosta  havalıdı  da.Hər  gün  burdan  oxuya-oxuya 

keçir, camaatı salamlayır. Axmaqdı, hər nədi, amma o dəqiqə bilinir ki, tərbiyəli, 

mədənidi. 

-Hardan bilinir? 

-Necə  yəni  hardan?  Gör  bir  yolu  necə  gedir...Onun  yerişinə  bax.  O  cür  yerişli 

insanlar həmişə yüksək mədəniyyətə malik olurlar. 

-Bunları hardan bilirsən? 

-Bomj olaraq doğulmamışam hər halda. 

-Bəs nə gətirib səni bu vəziyyətə? 

-Ayaqlarım gətirib də yəqin. (Gülümsəyir bu cümlə ilə) 

-Baş istəməsə, ayaq getməz. 



- 27 - 

 

-Bəs baş nə  etməlidi,  əgər  önündə  divar  varsa?  Hansı  məktəbli böyüyəndə  bomj 



olmaq arzusunda olur?! 

-Məncə... 

-Sənin fikrin mənə maraqlı deyil. Sən özün də, bu cəmiyyət, bu insanlar, bu şəhər 

də mənə maraqlı deyil! 

-Bəs  nədi  sənə  maraqlı  olan?  Hər  axşam  kafeden  verilən  şüşələrin  sayı?  Bu 

skameykalar? Bu murdar həyat? 

-Afərin.  Düz  tapdın.  Mən  içməyə  görə  yaşayıram.  Ölənə  kimi  də  içəcəyəm! 

Yaşamağımın mənası, ölmək istəməməyimdi. 

-Hm,deməli ümüdün var da... 

-Nə?  Ümüd?  Güldürmə,  sən  Allah...Kimdi  sənün  ümüdünü  ..  (söyüş  söyür) 

Yedirmə mənə təsəlli Ümüd,ümüd,ümüd...Sonra nədən yapışırsız çətinə düşəndə?  

Dayan, özüm deyim. Allahdan?! Nə etmisən Allah üçün, nə etmisən ümüd üçün? 

Budu  ümüdün?  Bu  taxta  skamyada  sabaha  sağ  çıxmaqdı  ümüd?  Ya  insanların 

səni sevməsinədi ümüd? Mən çoxdan ölmüşəm. Ölmüş insanın isə ümüdü olmur! 

-Günahkar kimdi bəs? 

-...Kimlər deyil ki...Bilirsən, Cavid?! Çox incidib bu şəhər, bu insanlar məni. Ora 

bax...(Barmağıyla evlərdə yanan işıqları göstərir) Orda xöşbəxt adamlar yaşayır. 

Başlarının  üstündə  dam  var.  Anaları,  ataları,  övladları,  ərləri,  arvadları  var. 

Evlərində yemək bişir, süfrə açılır, işıq yanır, uşaq səsi, böyük məsləhəti eşidilir. 

Özləri bəlkəm də bunun fərqinə belə varmırlar. Çox adi şeydi bu, onlar üçün. Hə, 

nə olsun damdı, ailədi? Yox, Cavid onların xöşbəxliyi öz əllərindədi, amma bəzən 

qürurdan, bəzən paxıllıqdan, bundan istifadə etmirlər. Onlar istənilən an bir sözlə 

həyatlarını  gözəlləşdirə  bilərlər.  Çünki  dam  var  başları  üzərində  və  bu  dam 

anlayışı  onları  ailə  olaraq  qorumağa  qadirdi.  Mənim  üstümdə  dam  görürsən?! 

Hamıdan  qırılıb  ürəyim.  Yalvarmışdım  doğsun  məni  anam  ki,  günəşin 

doğuluşuna  baxım?  Hər  gün  dava-dalaş.  Hər  gün  eyni  ssenari.  Atdılar  detdoma 

(Uşaq  evi  .red.).Tanımadığım  Maya,  Svetlana  analıq  etdilər  mənə...Onda  da 


- 28 - 

 

hamının  yanına  gəlirdi  valideynləri.  Ayda-ildə  bir  dəfə  olsa  da  gəlirdilər. 



Mənimsə 13 il yanıma heç kim gelmədi. O vaxtan ümüdə nifrət etdim. Ordan bir 

başa hərbi xidmətə yollandım. Hərbi xidmətim zamanı da cəmi bir dəfə detdoma 

məktub yazdım, başlığı hələ də yadımdadı "Əziz analarım Maya və Svetlanaya".. 

Qayıtdım xidmətdən. Çilingər işləməyə başladım. Bu işi də, Maya ana tapmışdı 

mənə. Getməyə bir yerim olmadığından, gecələri elə emalatxanada qalırdım. Bir 

il  sonra,  indiki  İncəsənət    Universitetinə  daxil  oldum.  Öz  gücümə  gecələri 

oxuyub,  məqsədimə  çatmışdım.  Bilirsən  necə  sevinmişdim  o  gün?  Bir  tort  alıb 

detdoma getdim.Orda qeyd eledim analarımla bərabər...Teatr aktyoru fakultəsində 

idim.  Sağ  olsunlar  arada  epizodik  rol  verirdilər  tamaşalarda.  İkinci  kursda 

oxuyanda  detdomdan  tanıdığım  Sara  ilə  evləndim.  Kirayə  ev  tutduq 

Basində...Qızımız oldu. Adını Arzu qoyduq...Arzumuz idi bizim. Cavid, təsəvvür 

eliyə  bilməzsən  uşaq  necə  qəşəng  idi...(Közü  əlini  yandıran  siqareti  atıb,araq 

şüşəsini başına  çəkir).  Dördüncü  gün  idi.  Gecə  tamaşa  məşqim  var  idi.  Sara  ilə 

uşağı 


Mayagilə 

aparıb 


qoydum 

ki, 


evə 

gec 


gələcəyəm...Uşaq 

ağlayır,dayanmır...Sara da məcbur qalıb, uşağı da götürüb evə qayıdır...Məşqdən 

gecə  2-də  çıxdım.  Evə  gələndə  isə...  (Dodaqlarını  bir-birinə  sıxıb,  fısıldayır. 

Gözlərindən  axan  yaşlar  əlindəki  boş  şüşəyə  tökülür)...  Yanırdı  ev.  Ətrafda 

yanğınsöndürənlər, camaat, qışqırıq səsləri, qarışıq çağırışlar, hönkürtülər...Bizim 

üstümüzdəki mənzildə yanğın baş vermişdi. Alov bizim mənzilə keçəndə Sara ilə 

Arzu  yatmış  olublar.  Oyananda  isə...Oyananda  alov  güclənib.  Sara  Arzunu  da 

qucağına alıb, atıb özünü pəncərədən...Bir Allah bilir nə çəkirəm Cavid, bir Allah 

bilir...Çıxdım 

universitetdən, 

işdən...Küçələrə 

üz 


qoydum, 

küçələrə 

sığındım...Aldılar  əlimdən  ümüdümü  də,  Arzumu  da!  Nə  öyrəşə,  nə  də  unuda 

bilirəm.  Arada  bu  unutdurur.(Əlindəki  şüşəni  göstərir)  Harda  dəfn  olunduqlarını 

da bilmirəm...Bilsəydim də,heç vaxt gedib onları orda...Cavid Aliki qucaqlayır. 

  Alik danışmışdı. Cavid onu danışdırmışdı, amma...Peşman idi indi. Bu yaralarla 

dolu  olan  insanın  yaralarını  qopartmağa  məcbur  etdiyinə  görə  peşman  idi. 

Amansız  həyat  səhnəsinin  Alik  adlı  personajı  Cavidi  ağlatmışdı.  Nəsə  demək 

istəyir,  ürək  eləmirdi.  Nə  desin?  Nə  deməlidi?  Hansı  söz,  cümlə,  hekayə  təsəlli 

ola bilərdi? Heç bir söz, heç bir cümlə. Alikə təsəlli olacaq söz icad olunmamışdı. 



- 29 - 

 

Bu  zahirən  tör-töküntü  görünən  şəxsiyyət  əslində  çox  güclü  iradə,    dözüm  və 



ürəyə  malik idi.  Bəli,  şəxsiyyət. Çünki,  Alik həqiqətən bir  adi  insanın  təsvir  edə 

bilməyəcəyi  çətinlikli  həyat  dramı  qəhrəmanı  idi.  Bu  gün  burda  ölsə  idi,  heç 

kimin vecinə də olmayacaqdı. Nə o qırmızı kirəmitli damın altında yaşayanların, 

nə günlərini bu parkda sevişərək keçirən aşiqlərin, nə də hər gün ona araq verən 

kafe  işçilərinin.  Nə  də  olmasa  onlar  üçün  Aliksiz  həyat  Alikli  həyatdan 

fərqlənmir. Kral öldü,yaşasın kral məsəli kimi. Bomj öldü, yaşasın bomj. Nə çox 

Bakıda Aliklər...  

 

*** 

 

  Artıq  üç  ay  idi  ki,  Toğrul  bu  göydələn  tikintisində  fəhləlik  edirdi.  Rayondan 



gələn dörd nəfər iş yoldaşı ilə yataqxanada qalırdı. Eyvazdan və Caviddən fərqli 

olaraq  onun  vəziyyəti  daha  yaxşı  idi.  Normal  yeyir-içir,  çarpayıda  yatırdı.  Heç 

kimə  ehtiyac  üçün  ağız  açmırdı.  Aldığı  maaşla  keçinə  bilirdi.  Hərdən 

axşamüstülər  təkbaşına  şəhəri  gəzməyə  çıxırdı.  Özünə  qapanmaq  üçün  kifayət 

qədər  vaxtı  olurdu.  Heç  olmadığı  dalanlar,  tinlər,  küçələr  isə  bitib  tükənmirdi. 

Bəzən sahibi olduğu mağazalara uzaqdan baxır, gülümsəyirdi. İndiki görkəmində 

öz  dükanına  girib  nəsə  alsaydı  da  tanımazdılar  onu.  Gözlər  sanki  beyinin  idarə 

etdiyi  fotoaparatdı.  Kimi  çəkmək  istəyir  onu  görür.  Adi,  sıradan  bir  alıcını 

"çəkmək" üçün o fotoaparatın vaxtı olmur... 

  İki  gün  idi  bir  kafeyə  dadanmışdı.  Bu  cür,  elitadan  çox  uzaqda  olan  kafelərdə 

demək  olar  heç  olmamışdı  və  təzə  gördüyü  mühitdə  özünü  tapmışdı  sanki. 

Tapıntılarından biri də,qaldığı  yataqxananın  ikinci  mərtəbəsində  yaşayan Günay 

idi... 

  Günay  Qubadan  Bakıya  təhsil  almağa  gəlmişdi  qardaşıyla  bərabər.  Toğrul  ilk 



dəfə onu küçədə görmüşdü. Sarışın, göy göz, ağ sifət bu qız Toğrulu özünə bənd 

etmişdi  elə  o  ilk  dəfədən.  Elə  o  ilk  dəfədən  Toğrul  Günayla  tanışlıq  üçün 



- 30 - 

 

bəhanələr  axtarırdı.  Çox  vaxt  saatlarla  birinci  mərtəbədə,  blok  girişində  dayanar 



ikinci  mərtəbədəki  yaşıl  qapının  açılmasını  gözləyərdi.  Əzbərləmişdi  bu  qapının 

səsini. Qapı açılan kimi pilləkanlara qaçardı ki, Günayla üzbə-üz çıxsın. O yuxarı, 

Günay aşağı düşərdi. Günay blokdan çıxan kimi isə cəld aşağı düşər, nəzərləriylə 

onu  yola  salardı.Yaxınlaşmağa  ürək  eləmirdi.Hər  halda  Toğrulun  düşüncəsində 

Günay  kimi  bir  qızın  yolda  kiminləsə  danışması,  kiminləsə  tanış  olması 

mümkünsüz  bir  şey  idi...Nəsə  başqa  bir  yol  olmalı  idi.  Bir  tərəfdən  də  qardaş 

amilinə böyük önəm verənlərdən idi Toğrul. İstəməzdi Günayın qardaşı onu səhv 

anlasın. 

  Adəti  üzrə  yenə  yatıb  qalmışdı.  İş  yoldaşı  Nəriman  qapıdan  "Dur  ay  Toğrul, 

gecikəcəksən"  -deyib  qışqırdı  və  qapını  çırpıb,  getdi.  Azər  və  Rəşad  da  artıq 

getmişdilər. Toğrul birtəhər yataqdan qalxa bildi. 

Qapını  arxasıyca  açarlayıb,  açarı  həmişə  gizlətdikləri  ayaqaltı  əskisinin  altına 

qoydu.  Pilləkanları  2-2  düşüb,blokdan  çıxdı...Əlini  cibinə  atdı  siqaret  üçün  və 

siqareti yatağının altında unutduğu yadına düşdü. Evə çıxmağa tənbəlik etdi. Odur 

ki,dükana  getməyi  qərarlaşdırdı.  Dükana  girəndə  Günayı  gördü  orda.  Ağ 

köynəkdə,  qara  qısa  ətəkdə.  Saçını  yığmışdı  arxadan...Toğrul  gözünü  çəkə 

bilmirdi bu gözəllikdən. Satıcı qadın narazı halda nəsə deyinir, Günaya nəsə başa 

salmağa çalışırdı. Günay isə çox sakit səslə satıcıya cavab verirdi. Pərt olmuş, bir 

az  da  əsəbi  siması  var  idi.  Satıcı  qadın  isə  get-gedə  səsini  ucaldırdı.  İndi  aydın 

başa  düşülürdü  onun  dedikləri.  Günaygili  dükana  borclu  idilər  və  borclarını 

ödəməyə  söz  verdikləri  tarix  keçdiyindən  satıcı  qadın  Günaya  heç  nə  vermək 

istəmirdi.  Toğrul  da  əsəbləşdi  bu  mənzərəyə.  Günay  xahiş  etdikcə,  satıcı  qadın 

daha  da  üstünə  qoyurdu  minnətləri,  uca  notları.  Nəhayət  bu  mübahisəyə  Günay 

son qoyub  dükandan  çıxdı.Toğrul  satıcıya  yanaşıb  Günaygilin borcunu  soruşdu. 

Satıcı  tərs-tərs  Toğrula  baxıb,  üzünü  elə  turşutdu  ki,  elə  bil  var-yoxunu 

söymüşdülər üzünə. Vərəqləri çək-çevir edib dodaqaltı mızıldadı: 

-68 manat 80 qepik. 

  Toğrul pulu ödədi və bir siqaret qutusu da götürüb dükandan çıxdı...  



- 31 - 

 

 



  Günay  artıq  çoxdan  getmişdi...Toğrul  onların  borcunu  ödəməklə  qızın  gözünə 

girmək  niyyəti  daşımırdı.  Bu  cür  cılız  insan  deyildi  Toğrul.  Sırf  insanlıq  üçün 

etmişdi bunu. Öz-özünə düşünürdü.Birdən səhv anladılar məni, onda necə? Necə 

olacaq,  deyərəm  ki,  pulunuz  olanda  verərsiz.  Hesab  edin  ki,  borclusuz  yenə, 

amma bu dəfə it sifət qadına deyil, mənə. Həmin qadından fərqli olaraq mən sizi 

tələsdirmirəm. Nə vaxt olar verərsiz. Hə, gözəl fikirdi... 

 


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin