Bölmə Fizioterapevtik xidmətin təşkili. 1 Fizioterapevtik şöbənin fəaliyyətində əsas göstərici hansıdır?


) Cərəyanın güc həddinin dəyişilməsi zamanı hansı elektrik oyanıqlığı pozuntuları müşahidə edilir?



Yüklə 0,71 Mb.
səhifə2/13
tarix01.01.2017
ölçüsü0,71 Mb.
#4082
1   2   3   4   5   6   7   8   9   ...   13

64) Cərəyanın güc həddinin dəyişilməsi zamanı hansı elektrik oyanıqlığı pozuntuları müşahidə edilir?
A) «B» tipli keyfiyyət pozuntuları

B) Elektrik oyanıqlığının olmaması

C) Tam dəyişilmə reaksiyası

D) Kəmiyyət pozuntuları

E) «A» tipli keyfiyyət pozuntuları
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
65) Tetanizəedici və qalvanik cərəyana qıcıqlandırıcı təsirinə sinir reaksiyası olmadıqda, həmçinin qalvanik cərəyanın təsirinə əzələnin oyanıqlığının saxlanılması zamanı hansı xüsusiyyət yer tutur?
A) Elektrik oyanıqlığının tam itirilməsi

B) Kəmiyyət dəyişiklikləri

C) «A» tipli hissəvi dəyişilmə reaksiyası

D) Tam dəyişilmə reaksiyası

E) «B» tipli hissəvi dəyişilmə reaksiyası
Ədəbiyyat: Улащик, В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003
66) Tetanizəedici və qalvanik cərəyana qarşı sinir və əzələlərdə heç bir reaksiyanın olmaması zamanı hansı xüsusiyyət yer tutur?
A) Tam dəyişilmə reaksiyası

B) «A» tipli hissəvi dəyişilmə peaksiyası

C) Kəmiyyət dəyişiklikləri

D) Elektrik oyanıqlığının tam itirilməsi

E) «B» tipli hissəvi dəyişilmə reaksiyası
Ədəbiyyat: Улащик, В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003
67) Elektroyuxunun müalicəvi təsirində əsas effektlər hansılardır?
A) Lifayırıcı

B) Desensibilizəedici

C) Sedativ

D) Trofiki

E) İltihab əleyhinə
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
68) Elektroyuxunun təsirinə əsas hansı mexanizmlər daxildir?
A) Humoral

B) Qabıq, beyin strukturlarına cərəyanın birbaşa təsiri

C) Xarici tənəffüsün səthiləşməsi və səngiməsi

D) Toxumalarda eksudasiyanın artması

E) Reflektor
Ədəbiyyat: Улащик, В.С.Общая физиотерапия / В.С.Улащик, И.В.Лукомский.Минск. 2003
69) Elektroyuxunun təyinində hansı xəstəliklər göstərişdir?
A) Tireotoksikoz

B) Xroniki haymoriti

C) Hipertoniya xəstəliyinin üçüncü mərhələsi

D) Nevrozlar

E) Üzdə ekzema və dermatit xəstəliyinin kəskin mərhələsi
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
70) Elektroyuxu müalicəsinin təyinatı üçün hansı xəstəliklər əks göstərişdir?
A) Fantom ağrılar

B) Enurez

C) Yanıq xəstəliyi

D) Nevrozlar

E) Kəskin iltihabi göz xəstəlikləri
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
71) Transsereblar elektrostimulyasiyanın təyinatı üçün hansı xəstəliklər göstərişdir?
A) Tutma vəziyyətləri, epilepsiya

B) Elektrodların qoyulduğu nahiyyədə dəri zədələnmələri

C) Baş beynin travmaları və şişləri

D) Stenokardiya tutmaları

E) Nevroz
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
72) Transserebral elektrostimulyasiyanın təyinatı üçün hansı xəstəliklər əks göstərişdir?
A) Diatez

B) Tutma vəziyyətləri, epilepsiya

C) Alkoqol abstinent vəziyyəti

D) Mədə və onikibarmaq bağırsağın xora xəstəlikləri

E) İmmunodefisit
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
73) Diadinamik cərəyanların ağrıkəsici təsir mexanizmində hansı amillər əsas rol oynayır?
A) Periferik sinir uclarının blokadası

B) Toxumalarda eksudasiyanın artması

C) Bioloci fəal maddələrin formalaşması

D) Periferik sinirlərin oyanıqlığı

E) Azot və ozon oksidlərinin əmələ gəlməsi
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
74) Diadinamoterapiyaya hansı xəstəliklər əks göstərişdir?
A) Kökcük sindromu ilə gedən onurğaarası osteoxondroz

B) Kəskin bradikardiya şəklində ritm pozğunluğu ilə gedən ürəyin işemik xəstəliyi

C) Kəskin oynaqdaxili zədələnmələr

D) Obliterəedici endarteriit

E) Xroniki iltihabi proseslər
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
75) Diadinamoterapiyanın təyinatında hansı xəstəliklər göstərişdir?
A) Artrozlar

B) Kəskin iltihabi proses

C) Böyrək və öddaşı xəstəliyi

D) Kəskin pnevmoniya

E) Bağ aparatının qırılması
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
76) Diadinamoterapiyanın aparılması üçün hansı aparatlar istifadə edilir?
A) «Гинетон-1»

B) «Полюс-1»

C) «Поток-1»

D) «Минитерм»

E) «СНИМ-1»
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
77) Diadinamik cərəyanlarla sinir- əzələ aparatının stimulyasiyası üçün hansı cərəyan növləri tətbiq edilir?
A) Uzun dövr

B) Qısa dövr

C) İkiyarımdövrlü dalğalı

D) Daimi modulyasiya

E) Biryarımdövrlü fasiləsiz
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
78) Diadinamoterapiya zamanı «dalğavari cərəyanların» tətbiqi nə zaman göstərişdir?
A) Oyadıcı

B) Venoz qan dövranının yaxşılaşması

C) Kapillyar qan dövranının yaxşılaşması

D) Sinir əzələ aparatının stimulyasiyası

E) Damar tonusunun yaxşılaşması
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
79) Sinusoidal modulə olunmuş cərəyanlarla müalicə hansı xəstəliklərdə göstərişdir?
A) Kəskin tromboflebit

B) Bağ gərilmələrinin kəskin dövrü

C) Mədə və onikibarmaq bağırsağın xora xəstəliyi

D) Böyrək və öddaşı xəstəlikləri

E) Ürək ritminin bradikardiya şəkilli pozğunluğu
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
80) Amplipuls müalicə zamanı modulyasiyanın dərinliyi hansı vəziyyətlərdə 100%-dən artıq təyin edilir?
A) İltihab prosesi zamanı

B) Hamiləlikdə

C) Kəskin ağrı sindromunda

D) Elektrik oyanıqlığının ağır formalı pozğunluğunda sinir-əzələ aparatının stimulyasiyası üçün

E) Toxumaların trofikasının bərpası üçün
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
81) Flüktuorizasianin müalicəvi təsiri üçün hansı cəryan formaları tətbiq edilir?
-

A) İkiyarımdövrlü fasiləsiz

B) Biryarımdövrlü fasiləsiz

C) Yüksək gərginlikli, orta tezlikli dəyişən impuls cərəyanları

D) Yüksək tezlikli elektromaqnit sahəsi

E) İkiqütblü simmetrik


Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
82) Flüktuorizə edici cərəyanlar hansı müalicəvi təsir göstərirlər?
A) Analgezəedici

B) Damardaraldıcı;

C) Desensibilizəedici

D) Antiallergik

E) Hipokoaqulyasion
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
83) Flüktuorizəedici cərəyanlar müalicə məqsədilə hansı xəstəliklərdə tətbiq edilir?
A) Üz sinirinin nevriti

B) Xora xəstəliyi

C) Miokard infarktı

D) Hipertonik kriz

E) Menyer sindromu
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
84) İnterferens terapiya hansı xəstəliklərdə təyin edilir?
A) Hemartrozla müşaiyət olunan yenicə baş vermiş oynaqdaxili zədələnmələr

B) Oynaqların degenerativ-distrofik xəstəlikləri

C) Qanaxmaya meyillilik

D) Tromboflebit

E) Kəskin və irinli iltihab prosesləri
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
85) Elektrodiaqnostikanın aparılması üçün hansı cərəyanlar istifadə edilir?
A) Eksponensial

B) Sinusoidal

C) Qalvanik

D) İmpuls

E) Yarımsinusoidal
Ədəbiyyat: Улащик, В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003
86) Elektrodiaqnostikanın aparılması üçün hansı təsir sahələrindən istifadə edilir?
A) Qığırdaq toxuması

B) Sinirin hərəki nöqtələri

C) Dərinin fəal nöqtəsi

D) Əzələnin vətərə keçən nahiyyəsi

E) Əzələnin sümüyə birləşən nahiyyəsi
Ədəbiyyat: Улащик, В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003
87) Elektrodiaqnostikanın aparılması üçün hansı üslublardan istifadə edilir?
A) Lokal

B) Unipolyar, bipolyar

C) Reflektor

D) Reflektor-seqmentar

E) Seqmentar
Ədəbiyyat: Улащик, В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003.
88) Elektrodiaqnostikanın aparılması üçün hansı aparatlar tətbiq edilir?
A) «УЭИ», «КЭД»

B) «Интердин»

C) «СНИМ-1»

D) «Боп-4»

E) «Тонус-1»
Ədəbiyyat: Улащик, В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003
89) Elektrodiaqnostik müayinə nəyi müəyyən edir?
A) Arterial qan dövranını pozulmasını

B) Oynaqlarda hərəkət pozulmasını

C) Zədələnmə lokalizasiyasını

D) Kapilyar qan dövranının pozulmasını

E) Venoz qan dövranı pozulmasını
Ədəbiyyat: Улащик, В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003.
90) Elektrostimulyasiyanın təyinatı üçün hansı vəziyyətlər göstərişdir?
A) Sümük sınıqları

B) Arterial qan dövranı pozulmaları

C) Skelet əzələlərinin parez və iflicləri

D) Sümük sınıqlarının konsolidasiyadan əvvəlki vəziyyətləri

E) Əzələlərin yüksək elektrik oyanıqlığı
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
91) Elektrostimulyasiya hansı vəziyyətlərdə əks göstərişdir?
A) Sidik kisəsinin funksiyasının pozulması

B) İmobilizasiyadan sonra əzələ atrofiyası

C) Skelet əzələlərinin parez və iflicləri

D) Üz əzələ kontrakturasının ilkin əlamətləri

E) Daxili orqanların saya əzələlərinin atoniyası
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
92) Elektrostimulyasiyanın aparılması üçün hansı aparatlar istifadə edilir?
A) «Potok-1»

B) «Лэнар»

C) «БОП-4»

D) «УЭИ-1»

E) «Полюс-1»
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
93) Tonüstü cərəyanlarla müalicə (ultratonterapiya) üsulunda hansı cərəyanlar tətbiq edilir?
A) Yüksək şiddətli və gərginlikli sinusoidal dəyişən cərəyan

B) Aşağı tezlikli dəyişən cərəyan

C) Daimi gərginlikli elektrik cərəyanı

D) Aşağı tezlikli impuls cərəyanı

E) Yüksək gərginlikli, az şiddətli, yüksək tezlikli cərəyan
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
94) Ultraton terapiya aparatlarına hansilar aiddir?
A) «Орион» aparatı

B) «Ундатерм-80» aparatı

C) «Луч-2» aparatı»

D) «Узор 2-К» aparatı

E) «Ултратон -10-01» aparatı
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
95) Tonüstü tezlikli cərəyanın təsiri nəyin köməyi ilə həyata keçirilir?
A) Kondensator lövhəciklər

B) Şüalandırıcılar

C) Vakuum elektrodlar

D) Reflektorlar

E) İnduktorlar
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
96) Tonüstü cərəyanın təsiri dəridə hansı hissiyatları yaradır?
A) Yanma

B) Əzələ yığılması

C) Vibrasiya

D) İstilik

E) Soyuma
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
97) «Darsonvalizasiya» müalicə üslubunda hansı cərəyan tətbiq edilir?
A) Dəyişən elektrik sahəsi

B) Aşağı gərginlikli daimi cərəyan

C) Elektromaqnit sahəsi

D) Az şiddətli, yüksək gərginlikli, yüksək tezlikli dəyişən impuls cərəyanı

E) Aşağı tezlikli dəyişən cərəyan
Ədəbiyyat: Улащик, В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003
98) Darsonval cərəyanının təsiri zamanı nə istifadə edilir?:
A) İki elektrod

B) Bir elektrod

C) Üç elektrod

D) Solenoid

E) Dörd elektrod
Ədəbiyyat: Улащик, В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003.
99) Darsonval cərəyanı nəyə qadirdir?
A) Dəridə hipotermiya törətmək

B) Regenerasiyanı azaltmaq

C) Mübadilə prosesini zəiflətmək

D) Dərinin sinir reseptorlarının həssaslığını azaltmaq

E) Əzələnin yığılmasını törədərək onun reseptorlarını qıcıqlandırmaq
Ədəbiyyat: Улащик, В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003
100) İnduktotermiya müalicə üsulunda hansı cərəyan növü tətbiq edilir?
A) Yüksək tezlikli dəyişən cərəyan

B) İfratyüksək tezlikli elektromaqnit şüalanması

C) Ultrayüksək tezlikli elektrik sahəsi

D) Yüksək gərginlikli daimi elektrik sahəsi

E) Yüksəktezlikli dəyişən elektromaqnit, əsasən maqnit sahəsi
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
101) İndukotermiya üsulunda enerjinin çatdırılması üçün nə tətbiq edilir?
A) İnduktor-disk və induktor-kabel

B) Qurğuşun elektrodlar

C) Şüalandırıcı

D) Kondensator lövhəciklər

E) Şüşə vakuum elektrod
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
102) İnduktotermiya üsulunda maqnit sahəsi hansı rəqs tezliyinə malikdir?
A) 22,2 mHs

B) 5000 Hs

C) 13,56 mHs

D) 2375 mHs

E) 460 mHs
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
103) Yüksək tezlikli dəyişən maqnit sahəsinin çatdırılması zamanı toxumalarda nə baş verir?
A) Elektrik yüklənmiş hissəciklərin rəqsi hərəkəti

B) Su molekulları vasitəsilə rezonans udulma

C) Yüklənmiş hissəciklərin stabil qütbləşmə prosesləri

D) Elektrik yüklənmiş hissəciklərin bir istiqamətdə yerdəyişməsi

E) Kavitasion proseslər
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
104) İnduktotermiya üsulunda enerjinin udulması nəyin yaranması ilə müşaiyət olunur?
A) Mexaniki enercinin

B) İstiliyin

C) Fotodinamik effektin

D) Aeroionların

E) Sərbəst radikalların
Ədəbiyyat: Улащик, В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003
105) İnduktotermiya zamanı istilik prosesləri hansı dərinlikdə yaranır?
A) 5 mm

B) 10 sm


C) 1 sm

D) 1 mm


E) 7-8 sm
Ədəbiyyat: Улащик В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003
106) İnduktotermiya zamanı enerjinin daha fəal udulması harada baş verir?
A) Dəridə

B) Birləşdirici toxumada

C) Əzələlərdə və parenximatoz orqanlarda

D) Sümüklərdə

E) Piy toxumasında
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
107) İnduktotermiya hansı xəstəliklərdə əks göstərişdir?
A) Xroniki hepatitdə

B) Diz oynağının artrozunda

C) Xroniki salpinqooforitin infiltrativ dəyişikliklər mərhələsində

D) Ləngimiş pnevmoniyada

E) Ürəyin işemik xəstəliyinin III-IV funksional sinfində
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
108) İnduktotermiya hansı aparat vasitəsilə həyata keçirilir?
A) «Искра-1»

B) «ИКВ-4»

C) «Узор-2К»

D) «Амплипулс-4»

E) «Поток-1»
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
109) UYT-terapiya zamanı təsir edən fiziki amil hansıdır?
A) Yüksək gərginlikli daimi sahə

B) Ultrayüksək tezlikli dəyişən elektrik sahəsi

C) Sabit cərəyan

D) Aşağı tezlikli dəyişən elektrik sahəsi

E) İmpuls cərəyanı
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
110) Ultrayüksəktezlikli elektrik sahəsi toxumalarda hansı dərinliyə keçir?
A) Birbaşa keçmə

B) 9-13 sm

C) 1 sm-ə qədər

D) 2-3 sm

E) 13-15 sm
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
111) UYT-terapiya aparatları hansı tezlikdə işləyirlər?
A) 110 kHs

B) 460 mHs

C) 440 kHs

D) 100 kHs

E) 27,12 mHs və 40,68 mHs
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
112) UYT-terapiya aparatlarının siyahısına hansılar daxil deyil?
A) «Минитерм-5»

B) «Экран-2»

C) «АСБ-2»

D) «Импулс-3»

E) «Ундатерм-80»
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
113) Ultrayüksəktezlikli elektrik sahəsi ilə təsir üçün nə istifadə edilir?
A) Kondensator lövhəciklər

B) İnduktor-kabel

C) İşıqlandırıcı

D) Elektrod

E) Şüalandırıcı
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
114) UYT elektrik sahəsinin gücünün ölçmə vahidi hansıdır?
A) Milliamper

B) Vatt


C) Kilovatt

D) Millitesla

E) Volt
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
115) Mikrodalğalı terapiya müalicə üsulu kimi nəyin istifadəsi ilə xarakterizə olunur?
A) Elektrik sahəsinin

B) Aşağı tezlikli dəyişən maqnit sahəsinin

C) Elektrik cərəyanının

D) İYT (ifrat yüksək tezlikli) diapazonlu elektromaqnit sahəsinin

E) YT (yüksək tezlikli) diapazonlu elektromaqnit sahəsinin
Ədəbiyyat: Улащик В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003
116) Desimetr dalğalı terapiya aparatlarında elektromaqnit rəqslərinin tezliyi nə qədərdir?
A) 2375 mHs

B) 460 mHs

C) 22 kHs

D) 880 kHs

E) 30 000 QHs
Ədəbiyyat: Улащик В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003.
117) İYT şüalanmanın təsirinin 2375 mHs diapazon üçün keçmə dərinliyi nə qədər olmalıdır?
A) 10 sm

B) 3-5 sm

C) 3-5 mm

D) 10-12 sm

E) 1 mm
Ədəbiyyat: Улащик, В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003.
118) 460 Hs tezlikli elektromaqnit şüalanmanın keçmə dərinliyi nə qədər olmalıdır?
A) 5-9 sm

B) 1-2 sm

C) 5-9 mm

D) 15 sm


E) Birbaşa keçmə
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
119) Santimetrdalğalı terapiya aparatlarında elektromaqnit rəqslərinin tezliyi nə qədər olmalıdır?
A) 110 kHs

B) 2375 MHs

C) 40,68 MHs

D) 5000 Hs

E) 2500 Hs
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
120) İYT şüalanmanın aparılması üçün insan bədəninə nə ilə təsir edirlər?
A) Kondensator lövhəciklər

B) Qurğuşun elektrodlar

C) İşıq ötürücü

D) Şüalandırıcı reflektorlar

E) İnduktorlar
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
121) İYT elektromaqnit şüalanması zamanı toxumalarda baş verən əsas biofiziki proseslər hansılardır?
A) Fotoelektrik

B) Mexaniki

C) Hidrodinamik

D) İstilik, ossilyator

E) Piqment əmələ gəlmə
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
122) Desimetrdalğalı müalicə aparatlarına hansılar aiddir?
A) «Искра»

B) «Явь-1»

C) «Луч-11»

D) «Стимул-1»

E) «Волна-2»
Ədəbiyyat: Улащик, В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003.
123) İltihab və distrofik xarakterli ifratyüksək tezlikli terapiyanın müalicəvi effekti hansı təsirdən asılıdır?
A) İltihab əleyhinə

B) Şiş əleyhinə

C) Antiallergik

D) Hipokoaqulyasion

E) Damardaraldıcı
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
124) Tənəffüs orqanı xəstəlikləri zamanı ifratyüksəktezlikli müalicənin terapevtik effekti nədə özünü göstərir?
A) Qanın oksigen nəqli funksiyasının pisləşməsində

B) Bronxospazmın artmasında

C) Xarici tənəffüsün funksiyasının yaxşılaşmasında

D) Sağ mədədciyə düşən yükün artmasında

E) Qanın laxtalanma xüsusiyyətinin artmasında
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
125) İfratyüksəktezlikli terapiya qadın və kişi kiçik çanaq orqanları proyeksiyasına nə zaman tətbiq edilir?
A) Prostatitdə, salpinqooforitdə

B) Hamiləlikdə

C) Klimakterik sindromda

D) Prostatitin adenomasında

E) Uşaqlığın fibromasında
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
126) İraq-ifrat YT müalicə üsullarına hansılar aiddir?
A) İmpuls cərəyanları ilə müalicə

B) Haloterapiya

C) Santimetr terapiya

D) Millimetrdalğalı müalicə

E) Desimetr terapiya
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
127) İraq-ifrat YT müalicə zamanı hansı nahiyyəyə təsir göstərilir?
A) Qığırdaq toxumasına

B) Ürək nahiyyəsinə

C) Əzələnin vətərə keçən nahiyyəsinə

D) Ağrı nöqtəsinə

E) Əzələnin sümüyə birləşən nahiyyəsinə
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
128) Maqnit müalicəsi zamanı təsiredici amil hansıdır?
A) Ultrayüksəktezlikli elektrik sahəsi

B) Dəyişən elektrik cərəyanı

C) İfratyüksək tezlikli elektromaqnit şüalanması

D) Orta tezlikli elektromaqnit sahəsi

E) Daimi və ya dəyişən aşağı tezlikli maqnit sahəsi
Ədəbiyyat: Улащик, В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003.
129) Aşağı intensivlikli maqnit sahəsinin müalicəvi effektlərində hansı xüsusiyyətlər çatışmır?
A) Eninəzolaqlı əzələlərin tonusunu artıran

B) Hipokoaqulyasiyaedici

C) Hipotenziv

D) Ödem əleyhinə

E) Damargenişləndirici
Ədəbiyyat: Улащик, В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003.
130) Maqnit sahəsin intensivliyini ölçən vahidi hansıdır?
A) Volt

B) Millivatt

C) Millivolt

D) Milliamper

E) Millitesla
Ədəbiyyat: Улащик, В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003.
131) Maqnitoterapiya aparatlarına hansılar daxildir?
A) «Поток»

B) «Полюс-2»

C) «Мустанг»

D) «Элион 132»

E) «АСБ»
Ədəbiyyat: Улащик, В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003.
132) Havanın ionlaşma dərəcəsi nə ilə qiymətləndirilir?
A) Hava mühitində aeroionların hərəkətliliyi ilə

B) Havada yüngül aeroionların miqdarı ilə

C) Ağır aeroionların miqdarına görə

D) Mənfi yüklənmiş aeroionların sayına görə

E) 1 sm2-də müsbət ionların mənfi ionlara nisbəti ilə
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
133) Müalicə məqsədilə havanın ionlaşmasında hansı unipolyarlıq koefisientinə malik mənfi yüklü aeroionlardan istifadə edilir?
A) 0,1-0,4

B) 0,7-0,8

C) 0,5-0,6

D) 1,2-1,3

E) 0,9-1,0
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin