Bölmə Fizioterapevtik xidmətin təşkili. 1 Fizioterapevtik şöbənin fəaliyyətində əsas göstərici hansıdır?


) Bir prosedur ərzində tənəffüslə daxil olan aeroionların müalicəvi-profilaktik dozası nə qədərdir?



Yüklə 0,71 Mb.
səhifə3/13
tarix01.01.2017
ölçüsü0,71 Mb.
#4082
1   2   3   4   5   6   7   8   9   ...   13

134) Bir prosedur ərzində tənəffüslə daxil olan aeroionların müalicəvi-profilaktik dozası nə qədərdir?
A) 305-400 mlrd aeroion

B) 205-300 mlrd aeroion

C) 155-200 mlrd aeroion

D) 10-40 mlrd aeroion

E) 50-150 mlrd aeroion
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
135) Aeroion müalicəsi aparatları sırasına hansılar daxildir?
A) «Узор 2-К»

B) «Элион-132»

C) «Искра-1»

D) «Амплипулс-5»

E) «Поток-1»
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
136) Franklinizasiya üsulunda hansı amil təsir göstərir?
A) Aşağı tezlikli dəyişən maqnit sahəsi

B) Ultrayüksək tezlikli elektrik sahəsi

C) Yüksək gərginlikli daimi elektrik sahəsi

D) Az şiddətli, yüksək gərginlikli dəyişən impuls cərəyanı

E) İmpuls maqnit sahəsi
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
137) Franklinizasiya zamanı pasientə daimi maqnit sahəsi ilə yanaşı nə təsir göstərir?
A) Aşağı tezlikli dəyişən maqnit sahəsi

B) Mənfi qütblü aeroionlar

C) Sabit elektrik cərəyanı

D) Hava mühitində mexaniki rəqslər

E) Yüksək fəallığa malik kimyəvi maddələr
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
138) Bir-birinə ziddiyyətli fiziki amillər hansılardır?
A) Elektrik cərəyanı ilə müalicə və istilik müalicəsi

B) Qalvanik cərəyanlarla müalicə və inqalyasiyalar

C) Masaj və müalicəvi bədən tərbiyəsi

D) Naftalan sürtmələri və işıq müalicəsi

E) Desimetr və santimetrdalğalı mikrodalğalı müalicə və induktotermiya
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
139) Bir gündə eyni nahiyyəyə hansı prosedurların təyini uyğun deyil?
A) Eritem dozada ultrabənövşəyi şüalanma və dərman elektroforezi

B) Naftalan aplikasiyaları və işıq müalicəsi

C) Palçıq aplikasiyaları və ultrasəs

D) Dərman elektroforezi və mikrodalğalar

E) İnduktotermiya və sinusoidal moduləolunmuş cərəyanlar
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
140) Eyni gündə hansı refleksogen zonalara prosedurların təyini uyğun gəlmir?
A) Epiqastral

B) Onurğa sütunu

C) Yaxalıq, sino-karotid

D) Boyun-döş

E) Bel-oma
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
141) Eyni gündə hansı fiziobalneo amilləri tətbiq etmək olmaz?
A) İki ümumi vannalar

B) Qalvnik cərəyanla və palçıq müalicəsi

C) Dərman elektroforezi və mikrodalğalar

D) İnduktotermiya və sinusoidal moduləolunmuş cərəyanlar

E) Yerli qalvanik cərəyanı ilə müalicə və ümumi vanna
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
142) Fiziki amillər bir gündə hansı diaqnostik müayinələrlə aparılmır?
A) Biokimyəvi analiz

B) Rentgen, qastroskopiya

C) Sidik analizi

D) İmmunoloji analiz

E) Qanın klinik analizi
Ədəbiyyat: Улащик, В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003.
143) İki fiziki amillərin optimal uyğunluğunu hansıdır?
A) Sedativ preparatların elektroforezi və Şarko duşu

B) Diadinamik və sinusoidal moduləolunmuş cərəyanlar

C) Ultrayüksək tezlikli elektrik sahəsi və ifrat yüksək tezlikli elektromaqnit sahəsi

D) İstilik prosedurları və soyuq suda yuyunma

E) Ultrasəs-30 dəqiqə, sonra dərman elektroforezi
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
144) Sürücülərə işdən sonra təyin edilə biləcək fiziki amilləri hansılardır?
A) Elektroyuxu, sedativ preparatların dərman elektroforezi

B) Ultrabənövşəyi şüalarla müalicə

C) Tonüstü tezlikli cərəyanlar

D) İnduktotermiya

E) Ultrasəs
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
145) Lazer müalicəsi bir gundə hansı prosedurlarla aparıla bilər?
A) Ultrabənövşəyi şüalanma

B) Görünən işıqla şüalanma

C) Dərman elektroforezi

D) İYT müalicə

E) UYT müalıcəsi
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
146) Flüktuorizəedici cərəyanların təsiri üçün hansı aparatlar istifadə olunur?

A) «Поток-1»

B) «АСБ»

C) «Ултратон-2»

D) «Ягода»

E) «АЛИМП»


Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.

Bölmə 6. İşıq müalicəsi.

147) İşığın əsas mahiyyəti nədir?
A) 0,4-0,002 mkm dalğa uzunluqlu elektromaqnit dalğaları

B) Elektrik yüklənmiş hissəciklərin istiqamətlənmiş hərəkəti

C) İonların istiqamətlənmiş axını

D) 1 m-1mm uzunluqlu elektromaqnit dalğaları

E) Mühitin hissəciklərinin mexaniki rəqsləri
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
148) Kvant enerjisi ilə dalğa uzunluğu arasında asılılıq necədir?
A) Xətti

B) Eksponensial

C) Əks proporsional

D) Kvadratik

E) Düz proporsional
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
149) Optik diapazonlu elektromaqnit dalğalarının toxumalara keçmə dərinliyi nədən asılıdır?
A) Dalğa uzunluğundan

B) Şüalanma müddətindən

C) Şüalandırıcının növündən

D) Udma mühitinin optik xüsusiyyətindən

E) İşıq axınının gücündən
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
150) İnfraqırmızı şüalanmanın dalğa uzunluğu diapazonu nə qədərdir?
A) 0,76 mkm - 0,4 mkm

B) 0,76 mkm - 400 mkm

C) 0,9 mkm - 0,76 mkm

D) 0,4 mkm - 0,18 mkm

E) 0,28 mkm - 0,02 mkm
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
151) Görünən şüanın dalğa uzunluğu diapazonu nə qədərdir?
A) 0,76 mkm -0,4 mkm

B) 0,28 mkm -0,18 mkm

C) 140 mkm- 0,76 mkm

D) 140 mkm-0,7mkm

E) 0,4 mkm-0,18mkm
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
152) İnfraqırmızı şüalanmanın temperatur generasiyası diapazonu nə qədərdir?
A) 100-400°C

B) 10 000-10500°C

C) 100-200°C

D) 200-400°C

E) 500-1000°C
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
153) İnfraqırmızı diapazonlu elektromaqnit dalğalarının qeyri koherent axınının toxumalara keçmə dərinliyi nə qədərdir?
A) 2-3 sm

B) 1-2 mm

C) 1 sm-ə qədər

D) 6-8 sm

E) 1-2 sm
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
154) Lokal nahiyyələrin şüalanması zamanı “ЛИК” aparatı necə yerləşdirilir?
A) Xəstədən 5-10 sm iəsafədə

B) Xəstənin üzərindən 100 sm məsafədə

C) Bədənə təmasla

D) Xəstənin yan tərəfindən 50-75 sm məsafədə

E) Xəstənin üzərindən 25-30 sm məsafədə
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
155) Eyni gündə müxtəlif nahiyyələrə infraqırmızı şüalarla təsir hansı prosedurlarla uyğun gəlmir?
A) UYT elektrik sahəsi ilə

B) İstilikli işıq vannası ilə

C) Dərman elektroforezi ilə

D) Ultrasəslə

E) Sinusoidal moduoəolunmuş cərəyanlarla
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
156) Ultrabənövşəyi şüalanma optik spektrda hansı diapazona malikdir?
A) 0,5-0,45 mkm

B) 0,28-0,18 mkm

C) 140-0,76 mkm

D) 0,4-0,002 mkm

E) 0,76-0,4 mkm
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
157) Ultrabənövşəyi şüalanmanın toxumalara keçmə dərinliyi nə qədərdir?
A) 1 mm-ə qədər

B) 0,5 mm-ə qədər

C) 1 sm-ə qədər

D) 2-6 sm-ə qədər

E) 10 sm-ə qədər
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
158) Dəyişilmiş ultrabənövşəyi spektrin qısadalğalı sahəsi hansı diapazonda yerləşir?
A) 0,4-0,002 mkm

B) 0,34-0,76 mkm

C) 0,28-0,18 mkm

D) 0,4-0,76 mkm

E) 140-0,9 mkm
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
159) Hansı proses ultrabənövşəyi eritema üçün xarakter deyil?
A) Şüalanma sahəsinin piqmentasiyası

B) Prosedur zamanı yaranması

C) UB şüalanmanın dalğa uzunluğundan asılılığı

D) Dəqiq sərhəddin olması

E) Şüalanmadan 3-8 saat sonra yaranması
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
160) Orta biodozanın təyini zamanı ultrabənövşəyi şüa lampası ilə dəri səthi arasında məsafə nə qədər olmalıdır?
A) 75 sm

B) 25 sm


C) 1 m

D) 10 sm


E) 50 sm
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
161) Lampa ilə bədən arasında məsafə dəyişdikdə biodoza necə dəyişir?
A) Dəyişməz qalır

B) Məsafənin kvadratına əks proporsional

C) Məsafənin kvadratına düz proporsional

D) Məsafəyə əks proporsional

E) Məsafəyə proporsional
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
162) Ultrabənövşəyi şüalanmanın orta biodozasının müəyyənləşdirilməsi nə zaman aparılmalıdır?
A) İki ayda bir dəfə

B) Üç ayda bir dəfə

C) Ayda bir dəfə

D) Yarım ildə bir dəfə

E) Ayda iki dəfə
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
163) Eyni nahiyyəyə yerli eritemoterapiyanın təyini hansı prosedurla uyğunlaşa bilər?
A) UYT müalicə ilə

B) Elektroforezlə

C) Palçıq müalicəsi ilə

D) Ultrasəslə

E) İstilikli işıq vannası ilə
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
164) İşıq axınına xas olan əlamətlər hansılardır?
A) Difraksiya, interferensiya

B) İonlaşma

C) Kavitasiya

D) Elektrik qütbləşməsi

E) Elektromaqnit induksiyası
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
165) İnfraqırmızı şüalanma mənbəyinə hansı aparatlar aiddir?
A) «Искра-1»

B) «ЛИК-5»

C) «Amplipuls-5»

D) «Stasionar civə-kvars lampası»

E) «БОП-4»
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
166) Yüksək gücə malik infraqırmızı şüalanmanın təsiri altında toxumalarda baş verən reaksiya nə ilə xarakterizə olunur?
A) Molekulların broun hərəkətinin ləngiməsi ilə

B) Toxumalarda bioloji fəal maddələrin əmələ gəlməsinin zəifləməsi ilə

C) Fiziki-kimyəvi proseslərin enməsi ilə

D) Fotosintezlə

E) Şüalanan nahiyyədə temperaturun artması ilə
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
167) Şüa enerjisinin görünən spektrinin orqanizmə təsiri hansılardır?
A) Stimuləedici

B) Dehidratasiyaedici

C) Hipertenziv

D) İstilik, psixoemosional

E) Hipotenziv
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
168) Enlizolaqlı infraqırımızı şüalanma hansı xəstəliklərin müalicəsində müsbət təsir göstərir?
A) Kəskin apendisit

B) Qızıl yel

C) Kəskin irinli proses

D) Ləng qranuləedici yaralar

E) Vegetativ disfunksiyalar
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
169) Ultrabənövşəyi şüalanma zamanı çöhrənin formalaşmasını müşaiyət edən bioloji effektlərə hansılar daxildir?
A) Leykositlərin faqositar fəallığının azalması

B) Toxumalarda turşu-qələvi mütənasibliyinin saxlanılması

C) D vitamininin yaranması

D) Fosfor- kalsium mübadiləsinin zəifləməsi

E) Piqmentasiyanın dəyişməməsi
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
170) Ultrabənövşəyi şüalanmanın selektiv mənbəyinə nə aiddir?
A) Qrup şəkilli quraşdırıcı- «Малый маяк- УУД-2»

B) Mayak tipli - «Большой маяк – УГД»

C) Stasionar civə-kvars şüalandırıcısı - «ОРК-21»

D) Burun- udlağın qrup şəkilli şüalandırıcısı - «УГН»

E) Divardan asılı bakterisid şüalandırıcı - «ОБН»
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
171) Ultrabənövşəyi şüalandırıcıların inteqral mənbələri hansılardır?
A) Uzundalğalı çöhrə şüalandırıcısı - «ЭОД»

B) Stasionar civə-kvars - «ОРК-21»

C) Divardan asılı bakterisid şüalandırıcı - «ОБН»

D) Daşınan bakterisid- «БОП-4»

E) Hərəkətli eritem- «ЭГД»
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
172) Ultrabənövşəyi şüalanma aparatları ilə iş zamanı riayət olunan təhlükəsizlik texnikalarına aid olanlar hansılardır?
A) Kabinənin ekranlaşması

B) Rezin əlcəklər

C) İşıqdan qoruyan eynəklər

D) Önlük


E) Küydən təcrid vasitəsi
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
173) Ultrabənövşəyi şüalanma hansı xəstəliklərdə göstərişdir?
A) Ateroskleroz

B) Tireotoksikoz

C) Kəskin irinli iltihabi proses

D) Adenomioz

E) Melanomatoz
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
174) Lazer şüalanması orqanizmə necə təsir göstərir?
A) Piqment əmələgətirici

B) Psixoemosional

C) İltihab əleyhinə, dehidratasiyaedici

D) Sinir- əzələ fəallığını stimuləedici

E) İmmunodepressiv
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
175) Lazerlə iş zamanı hansı təhlükəsizlik texnikalarının riayət edilməlidir?
A) Sorucu ventilyasiyanın quraşdırılması

B) Kabinəyə mikrokeçirici parçanın çəkilməsi

C) Ayrıca kabinet

D) Sterilizasiya otağı

E) Personal üçün qoruyucu eynəklər
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.

Bölmə 7. Mexaniki təsirlərlə müalicə

176) Barokameranın təsir mexanizminin əsasında olan təzyiqin dövri dəyişilməsi və buna olan orqanizmin cavab reaksiyası nəyə əsaslanır?
A) Trans kapilyar mübadiləsinin sahəsinin azalması

B) Toxumalara qanın axarının yaxşılaşması

C) Toxumalarda metabolizmin dəyişməməsi

D) Toxumaların reparativ fəallığının enməsi

E) Limfanın əks istiqamətdə hərəkətinin dəyişməməsi
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
177) Yerli baroterapiya üçün hansı aparatlar istifadə edilir?
A) «ГР-2»

B) «Тонус-2»

C) «Ягода»

D) «Терма»

E) «Гермес»
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
178) Yerli barokamera hansı xəstəliklərdə göstərişdir?
A) Endarteriitin I və II mərhələsi

B) Damarların kəskin iltihabi xəstəlikləri (tromboflebit)

C) Stenokardiyanın II və III funksional sinfi

D) Damarlarda rekonstruktiv əməliyyatlar

E) Fil xəstəliyi
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
179) «Кравченко» barokamerası hansı xəstəliklərdə əks göstərişdir?
A) Damar genişlənməsi və trofiki xoralar

B) Endarteriit

C) Endarteriitin I və II mərhələsi

D) Reyno xəstəliyi

E) Prostatit
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
180) «Кравченко» barokamerasında prosedurların təyinatını qeyd etdikdə nəyi göstərmək lazımdır?
A) İntensivliyi

B) Təsir nahiyyəsini, müalicənin əvvəlində və sonunda boşalma dərəcəsini

C) Təsir gücünü

D) Biodozanı

E) Cərəyan şiddətini
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
181) Vibrasion vannalar istifadə edilən zaman insan orqanizminə eyni zamanda hansı amillər təsir göstərir?
A) Mexaniki (su dalğalarının vibrasiyası)

B) Hidroelektrik

C) Farmakoloji

D) Aromatik

E) Kimyəvi
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
182) Vibrasion vannaların tətbiqi zamanı müalicəvi təsir nə vasitəsilə həyata keçirilir?
A) Hipotalamo-hipofizar-böyrəküstü vəzi sisteminin iştirakı ilə gedən neyrohumoral reaksiyalar vasitəsilə

B) Antioksidant sistem vasitəsilə

C) Tənnəffüs sisteminin kompensator reaksiyasının yenidən qurulması vasitəsilə

D) İstilik tənzimlənməsi

E) Soyuq reaksiyası vasitəsilə
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
183) Vibrasion vannalar hansı xəstəliklərdə göstərişdir?
A) Ostexondroz

B) Hipertoniya xəstəliyinin II B mərhələsi

C) Tronboflebit

D) Onurğa beynin kəskin sıxılması

E) Nevrozun kəskin formaları
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
184) Vibromasaj üçün hansı aparatlar tətbiq edilir?
A) «Поток»

B) «Тонус-2»

C) «Ягода»

D) «ВМП-1»

E) «ФТ-30- 05»
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
185) Ultrasəsdə təsir edən amil hansılardır?
A) Mexaniki enerji

B) Sabit cərəyan

C) Elektromaqnit sahəsi

D) İmpuls cərəyanı

E) Elektrik sahəsi
Ədəbiyyat: Улащик, В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003.
186) Ultrasəs enerjisini ölçən fiziki vahid hansıdır?
A) Vatt

B) Mikron

C) Amper

D) Tesla


E) Volt
Ədəbiyyat: Улащик, В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003.
187) Ultrasəsin fiziki əsası nədən ibarətdir?
A) Elektromaqnit dalğaları

B) Kvant axını

C) Sabit cərəyan

D) Mexaniki rəqslər

E) Yüksək tezlikli cərəyan
Ədəbiyyat: Улащик, В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003.
188) «УЗТ- 101» aparatında ultrasəs rəqslərinin tezliyi nə qədərdir?
A) 2640 kHs

B) 1600 kHs

C) 3000 kHs

D) 1000 kHs

E) 880 kHs
Ədəbiyyat: Улащик, В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003.
189) «УЗТ- 31» aparatında ultrasəs rəqslərinin tezliyi nə qədərdir?
A) 3000 kHs

B) 880 kHs

C) 1600 kHs

D) 1000 kHs

E) 2640 kHs
Ədəbiyyat: Улащик, В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003.
190) Ultrasəslə bir neçə sahəyə təsir zamanı maksimal icazə verilən müddət nə qədərdir?
A) 10 dəqiqə

B) 20 dəqiqə

C) 30 dəqiqə

D) 15 dəqiqə

E) 5 dəqiqə
Ədəbiyyat: Улащик, В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003.
191) Bir ultrasəs prosedurunda səsləndirilmiş sahələrin maksimal sayı nə qədərdir?
A) İki

B) Üç


C) Beş

D) Bir


E) Dörd
Ədəbiyyat: Улащик, В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003.
192) Ultrasəs aparatının işinin dəqiqliyini yoxlamaq üçün hansı ölçü cihazı istifadə edilir?
A) «ИМУ- 3»

B) «УЗИ- 1»

C) «АСМ- 2»

D) «УЗТ- 305»

E) «АСБ-2»
Ədəbiyyat: Улащик, В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003.
193) Ultrasəsin təsiri nə vasitəsilə həyata keçirilir?
A) Şüalandırıcı

B) Elektrod

C) Kondensator lövhəciklər

D) Reflektor

E) İnduktor
Ədəbiyyat: Улащик, В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003.
194) «Qeyri düz pyezoelektrik effekt» anlayışı nəyi göstərir?
A) Elektromaqnit rəqslərinin mühitdə yayılmasını

B) Mexaniki deformasiya zamanı bəzi maddələrin səthində elektrik yüklərinin yaranmsını

C) Cismin bərk vəziyyətdə maye vəziyyətinə keçməsini

D) Cərəyanın təsiri altında toxumaların ion strukturunun dəyişilməsini

E) Elektrik cərəyanının təsiri altında bəzi maddələrdə mexaniki deformasiyasının əmələ gəlməsini
Ədəbiyyat: Улащик В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003.
195) Ultrasəs müalicəsi üçün hansı aparatlar tətbiq edilir?
A) «УТП- 1М»

B) «БОП»


C) «АСБ-2»

D) «Стимул»

E) «СНИМ-1»
Ədəbiyyat: Улащик, В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003.
196) Ultasəs bir gündə eyni nahiyyəyə hansı fiziki amillərlə müştərək təyin edilə bilər?
A) UBŞ çöhrə dozasında

B) Palçıq aplikasiyaları

C) Dərman elektroforezi

D) UYT müalicə

E) Yerli darsonvalizasiya
Ədəbiyyat: Улащик, В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003.
197) Ultrasəsin təyinatı üçün hansı xəstəliklər göstərişdir?
A) İlkin kontraktura əlamətləri olan üz sinirinin nevritindən 1,5 ay sonra

B) Vegetodamar disfunksiyaları

C) Revmatoid artrit (fəal faza)

D) Mərkəzi sinir sisteminin üzvi zədələnmələri

E) Ürəyin işemik xəstəliyi
Ədəbiyyat: Улащик, В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003.
198) Ultrasəs müalicəsi üçün hansı xəstəliklər əks göstərişdir?
A) Düpüitren kontrakturası

B) Əməliyyatdan sonrakı sistit

C) Sağ dirsək sinirinin travmatik nevritində travmadan 15 gün sonra

D) Kiçik çanaq nahiyyəsində bitişmə prosesi

E) Revmatoid artrit (fəal faza)
Ədəbiyyat: Улащик, В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003.
199) Ultrasəsin təsiri zamanı intensivliyin seçimi hansı parametrlərdən asılıdır?
A) Dərinin piqmentasiya dərəcəsindən

B) Udan mühitin optik xüsusiyyətlərindən

C) Xəstənin hissiyatından

D) Araqatların sahəsindən

E) Yaş, prosesin kəskinliyi
Ədəbiyyat: Улащик, В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003.
200) Ölçüsü 4 mkm olan aerozol hissəcikləri hansı aerozollara aiddir?
A) İridamcılı aerozollara

B) Yüksək dispersli aerozollara

C) Orta dispersli aerozollara

D) Kiçik damcılı aerozollara

E) Aşağı damcılı aerozollara
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
201) Ölçüsü 30 mkm olan aerozol hissəciklər hansılara aiddir?
A) Aşağı damcılı

B) Kiçikdamcılı

C) İridamcılı aerozollara

D) Yüksəkdispersli

E) Ortadispersli
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
202) Ölçüsü 150 mkm olan aerozollar hansılara aiddir?
A) Kiçikdamcılı

B) Kiçikdispersli

C) Ortadispersli

D) İridamcılı aerozollara

E) Yüksəkdispersli
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin