Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə4/34
tarix31.01.2017
ölçüsü2,89 Mb.
#7266
1   2   3   4   5   6   7   8   9   ...   34

Bununla yanaşı, M.Ə.Rəsulzadə açıq şəkildə etiraf edirdi ki, “Müsa-

vat” partiyasının məhz Azərbaycanın muxtariyyəti ideyasını müda-

fiə etməsinin mart hadisələrinə gətirib çıxarması kimi ittihamlar qis-

mən həqiqətə uyğundur: “Əgər biz azadlığımızın düşmənləri qarşısında 

itaətkarcasına başımızı əysəydik, bəlkə də, bu hadisələr olmazdı. Lakin 

biz bunu edə bilməzdik. Biz o dövr açıq şəkildə Azərbaycan üçün mux-

tariyyət tələb edirdik. Bununla da biz düşmənlərimizin sayını artırır-

dıq. Bizim düşmənlərimiz deyirdi ki, Azərbaycanın muxtariyyətini yal-

nız bəzi şəxslər öz maraqları üçün arzulayırlar və bu, bütün Azərbaycan 

xalqının arzusu deyildir. Lakin onlar çox yaxşı bilirdilər ki, xalq “Mü-

savat”ın ardınca gedir. Onlar, bizimlə mübarizə aparmaqla, Azərbaycan 

xalqı ilə mübarizə aparırdılar”. ( 60) 

M.Ə.Rəsulzadənin bu etirafı, əslində 1918-ci ilin mart hadisələrinin 

xarakterini səciyyələndirir ki, bu məsələdə mübarizə aparan tərəflərin 

mövqeyi ən ciddi şəkildə ziddiyyət təşkil edirdi. Burada qeyd etmək la-

zımdır ki, faktlar, şərait və hadisələrin xronikası nəzərə alınarsa, mart ha-

disələrinə dair bolşeviklər tərəfindən irəli sürülmüş “vətəndaş müharibə-

si”, yaxud erməni millətçi qüvvələrinin təkid etdikləri “ermənilərin tam 

neytrallığı şəraitində bolşeviklərlə müsavatçılar arasında hakimiyyət uğ-

runda mübarizə” kimi izahlar heç bir məntiqə sığmır. Bu nöqteyi-nəzər-

dən mart hadisələrini Cənubi Qafqazın bütün müsəlman əhalisini məhv 

etmək niyyəti güdən məqsədyönlü siyasət kimi xarakterizə etmiş Azər-

baycanlı milli qüvvələrin verdiyi qiymət son dərəcə məntiqli və ədalətli 

hesab edilə bilər: “…kadetlərdən tutmuş bolşeviklərədək və daşnaklardan 

tutmuş sosialistlərədək… sinfi məsələlər hətta arxa plana çəkilmişdir və 

indi artıq mübarizə ayrı-ayrı siniflərlə yox, Azərbaycan türkləri ilə və sosi-

al zəmində yox, milli, hətta dini zəmində aparılır “. (61)

 Bakı bolşeviklərinin rəhbəri S.Şaumyan öz növbəsində - “Bizim siyasə-

timiz –vətəndaş müharibəsidir. Kim bu siyasətin əleyhinədirsə, deməli, 

düşmənlərimizin nökəridir” – deyə iddia edərək (62) eyni zamanda Bakı-

da azərbaycanlıların kütləvi surətdə qırılmasının bütün məsuliyyətini er-

məni tərəfinin üzərinə atmağa çalışırdı: “Doğrudur, biz onlardan istifadə 

etməyə məcbur idik; çünki onlar bizim müttəfiqlərimiz olmuşdular, lakin 

onlar mübarizəyə milli ünsür gətirdilər və buna görə də beynəlmiləlçili-

yin təntənəsi naminə milli şuraların və polkların möhkəmlənməsinə yol 

vermək lazım deyildir. Erməni Milli Şurası müstəqil həbslər, axtarışlar 



BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

30

aparır, müsadirə edir və i.a., buna qarşı tədbir görmək lazımdır”. (63) Bu 



sözlər S.Şaumyan tərəfindən 19 aprel 1918-ci il tarixində fəhlə, əsgər və 

matros deputatları Sovetinin iclasında səslənmişdi. 

“O vaxt ki, Bakıda nəhayət, qayda-qanuna bənzər bir şey bərpa edildi, 

küçələr minlərlə meyitlərdən təmizləndi, yanğınlar söndürüldü, onda So-

vet şəhərdə ən möhtəşəm qüvvə kimi yüksəldi. Müsəlmanlar məğlubiy-

yətə uğradı və tam tərksilah edildi, ermənilər isə zəiflədi”. (64) 

Real hakimiyyəti əlində cəmləşdirən Bakı Soveti dərhal F.X.Xoyski-

nin başçılıq etdiyi şəhər Dumasını buraxdı və bununla da Bakıda Sovetə 

müxalif olan sonuncu orqan ləğv edildi. Bolşeviklər, sanki özlərini axı-

dılmış müsəlman qanına görə rüsvayçılıqdan və məsuliyyətdən kənara 

çəkməyə çalışaraq, eyni zamanda hakimiyyət uğrunda mübarizədə artıq 

yeganə rəqiblərindən azad olaraq, Erməni Milli Şurasını da idarəçilikdən 

kənarlaşdırdılar, ermənipərəst qəzetlər bağlandı, daşnakların silahlı bir-

ləşmələri isə qismən tərksilah edildi və qismən də Qızıl Ordunun tərki-

binə daxil edildi. (65) 

Lakin bununla mart hadisələrindən sonra, bolşeviklərlə daşnakların 

yollarının ayrıldığını və Bakı Sovetinin rəhbərliyində artıq “erməni fak-

toruna” son qoyulduğunu düşünmək səhv olardı. Bunu 25 aprel 1918-ci il 

tarixində yaradılmış Bakı Xalq Komissarları Sovetinin tərkibi açıq-aydın 

təsdiq edirdi. Belə ki, S.G.Şaumyanın sədri olduğu Sovetdə 12 komissar 

(nazir) postundan yarısını ermənilər tuturdu, özü də bütün mühüm ha-

kim postlara (sədr, xarici işlər, ordu və donanma, hərbi-inqilab komitəsi, 

dəmiryolu və dəniz nəqliyyatı, Fövqəladə Komitə, Dövlət Nəzarəti) məhz 

onlar nəzarət edirdilər. Yerli əhalinin nümayəndələrinə – azərbaycanlılara 

cəmi iki, həm də xüsusi əhəmiyyəti olmayan vəzifələr – şəhər təsərrüfa-

tı (N.Nərimanov) və kənd təsərrüfatı (M.H.Vəzirov) verilmişdi. Sonradan 

M.Əzizbəyov Bakı quberniyasının komissarı təyin edilmişdir. 

Bakı Soveti Xalq Komissarlarının ilk gördüyü iş, Moskvanın birbaşa 

tapşırığı ilə, neft sənayesinin milliləşdirilməsi oldu və Bakı nefti lazım 

olan həcmdə Rusiyaya daxil olmağa başladı. 

Erməni birləşmələrinin sadəcə adı dəyişdirildi və elə həmin erməni 

komandirlərinin – Amazaspın, podpolkovnik Bek-Zurabyanın və Arut-

yunyanın rəhbərliyi altında “sovet qoşunları” kimi üç briqada yaradıldı. 

Korpusun komandiri polkovnik Kazaryan, qərargah rəisi isə polkovnik 

Avetisov idi. (66) Həmin bu qoşunlar tezliklə Bakı Soveti tərəfindən öz 


31

BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ

hakimiyyətinin Azərbaycanın regionlarında möhkəmləndirilməsi üçün 

fəal surətdə istifadə edildi. Məsələn, türk əhalisinə qarşı qəddarlığı ilə 

məşhurlaşmış daşnaksakan Amazaspın komandanlığı altında Qubaya 

göndərilən 3 minlik qoşun yalnız “Daşnaksütun” partiyasına aid olan er-

mənilərdən ibarət idi və bu qoşun tərəfindən keçirilmiş cəza aksiyası nə-

ticəsində Quba qəzasında 4 minə yaxın dinc müsəlman əhali qətlə yeti-

rildi. Hələ Quba hadisələrinə qədər S.Lalayevin, T.Əmirovun və digərlərin 

başçılıq etdiyi seçmə erməni quldur dəstələri tərəfindən Şamaxı şəhəri və 

onun 110 kəndi darmadağın edilərək tamamilə yandırılmışdı. Azərbayca-

nın digər şəhər və iri qəsəbələri – Lənkəran, Salyan, Kürdəmirin, habelə 

Ərəş, Nuxa, Göyçay, Şuşa, Cavanşir, Cəbrayıl, Zəngəzur qəzalarının da aqi-

bəti belə faciəli oldu.

Bakı quberniyasında qələbə çalan bolşevik-erməni qüvvələri tez-

liklə Yelizavetpola – Gəncəyə üz tutdular və Qarabağ erməniləri ilə söv-

dələşərək, Azərbaycan milli qüvvələrinin əsas istehkamının ələ keçirilmə-

sinə hazırlaşmağa başladılar. 

Lakin, 1918-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin yaran-

ması və Azərbaycan xalqının öz milli hüquqları və müstəqilliyi uğrunda 

ölüm-dirim mübarizəsinə qalxması respublikada siyasi vəziyyəti kökün-

dən dəyişdi. Azərbaycan milli qüvvələri öz növbəsində Türkiyənin hərbi 

yardımı ilə öz respublikalarının paytaxtını – Bakı şəhərini bolşevik-daş-

nak hakimiyyətindən azad etmək üçün hazırlığa başladı.

 Həmin dövr Bakının özündə hadisələr sürətlə bir-birini əvəz edir, 

şəhərdə gündən-günə gərginlik və xaos güclənirdi. 1918-ci ilin martından 

sentyabrınadək Bakı və onun ətraf kəndlərinin müsəlman əhalisi ermə-

ni quldur dəstələrinin tam mənası ilə girovuna çevrilmişdi. Rus generalı 

Lyadovun təsvir etdiyi kimi, “daşnak zabitlərinin başçılıq etdiyi və demək 

olar ki, yalnız heç bir döyüş qabiliyyəti olmayan erməni cəbhəçilərin-

dən ibarət Bakı Sovetinin qoşunları ətraf kəndlərdə soyğunçuluqla məş-

ğul olur və müsəlman kəndlisini daha da qəzəbləndirirdi”. (67) Şəhərdə 

hökm sürən qanunsuzluq və özbaşınalıq, saysız-hesabsız müsadirələr və 

açıq-aşkar qarətlər daha da dərinləşən ərzaq böhranı ilə müşayiət olunur-

du. Çörək yalnız orduya verilirdi, əhali aclıq çəkirdi və vəziyyət getdikcə 

daha çox təhdidedici xarakter alırdı. Hər gün şəhərə Qafqaz cəbhəsini 

yarmış türk qoşunlarının yaxınlaşması barədə xəbərlər gəlirdi. Bu məlu-

matlara Gəncədən əks hücuma keçmiş azərbaycanlı silahlı qüvvələrinə 



BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

32

türklərin yardımı haqqında xəbərlər də əlavə olunurdu. Yayın ortalarında 



Bakı şəhərinin özündə Bakı Sovetinin mövqeyi güclü surətdə sarsılmışdı.

Digər siyasi qüvvələrin (sağ eserlərin, menşeviklərin və s.) bolçeviklərə 

qarşı çıxış və qəsdlərinin qarşısı alınsa da, nə çar ordusunun polkovniki 

L.Biçeraxovla qısamüddətli saziş, nə də Sovet Rusiyasının geniş miqyaslı 

yardımına ümidlər özünü doğrultmadı. İyulun sonunda, Qızıl Ordunun 

azərbaycanlı-türk qoşunlarının qarşısında tab gətirə bilməyəcəyi aydın 

olduqda, qeyri-bolşevik rusların və ermənilərin ingilisləri Bakıya dəvət 

etmək tələbləri qarşısında özünün tam tənəzzülünü göstərmiş bolşevik 

hakimiyyəti öz səlahiyyətlərini könüllü surətdə təhvil verdi. Bu qərarın 

necə qəbul edilməsi haqqında versiyalardan biri aşağıdakı sənəddə ifadə 

edilirdi: “Bolşeviklərin gücü qalmamışdı, bolşevik hakimiyyətinin dəyiş-

dirilməsi – şəhərin ingilislərə təhvil verilməsi məsələsi müzakirə edilirdi. 

İyun ayının 29-u axşam Şaumyan, Caparidze, Şeboldayev, bütün partiya-

ların, hərbi hissələrin və Erməni Milli Şurasının nümayəndələri (Rostom, 

Petrov, Amazasp, Əmiryan və digərləri) hospitalda, general Baqratuninin 

çarpayısının ətrafında toplaşmışdılar. Bu görüş haqqında qeyddə deyilir-

di: “General Baqratuni sual verdi: “Bizim cəbhədə nəyimiz var? Cavab belə 

oldu: “Bir neçə yüz nəfər”. Onda Baqratuni yaxın günlər ərzində bolşe-

viklərin hansı qüvvələrə ümid etdiklərini soruşdu. Ona cavab verdilər ki, 

Şimali Qafqazdan, sonra isə Həştərxandan və Muğandan 1000-1500 nəfər 

gözləyirlər. General Baqratuni dedi ki, bu azdır və buna ümid etmək olmaz 

… İngilislərin dəvət edilməsi məsələsi qəti şəkildə qoyuldu. Şaumyan ca-

vab verdi: “İngilisləri heç bir halda”. General Baqratuni qeyd etdi ki, mənə-

vi təkan zəruridir. O zaman türkləri geri oturtmaq üçün yerli qüvvələr də 

kifayət edərdi. Bolşeviklərin artıq belə ruhlandırıcı elementi qalmamışdı. 

İştirakçılardan qeyri-bolşeviklər Şaumyanın hakimiyyətdən getməsini 

tələb etdilər. Şaumyan bəyan etdi ki, o, hakimiyyətdən gedir”. (68) 

Yeni qurulan və “Sentrokaspi diktaturası” adlanan hakimiyyətin ömrü 

cəmi ay yarım çəkdi və bu dövrdə o, yalnız iki əməli ilə – azacıq da olsa, 

şəhər əhalisini ərzaqla təmin edə bilməsi və Bakının müdafiəsinə kömək 

göstərilməsi üçün ingilisləri dəvət etməsi ilə yadda qaldı. İngilislər Ermə-

ni Milli Şurasının İrana ezam olunmuş üzvləri M. Ter-Poqosyanın və S.A-

raratyanın “dəvətini” qəbul etdilər. Belə ki, onları Bakıya siyasi maraqlar-

dan başqa, həm də “böyük ehtiyac duyduqları neft və benzin cəlb edirdi. 

İngilislər gəlişlərinin şərtlərindən biri kimi benzini qoymuşdular. Onlar 


33

BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ

deyirdilər ki, benzin çatışmazlığı onların qoşunlarının gecikməsinin əsas 

səbəblərindən biridir və ayda 25 min pud benzin tələb edirdilər. Lakin, 

avqust ayı ərzində, onların dəvət edilməsi haqqında qərar qəbul ediləndə 

və onların dəstələri gəlməyə başladıqda, onlara 25 min yox, əvəzinə heç nə 

ödənilməyən 62.420 pud benzin ayrılmışdı, və nəticədə onların qoşunları-

nın gəlişi nəinki sürətləndi, əksinə, tezliklə tamamilə kəsildi”. (69)

Avqustun əvvəlində İrandakı ingilis silahlı qüvvələrinin komandanı gene-

ral Denstervilin başçılığı ilə Bakıya daxil olan ingilis qoşunları şəhərdə qar-

şılaşdıqları vəziyyətdən heyrətə gəldilər: demək olar ki, yalnız ermənilərdən 

ibarət olan qoşunlar tamamilə qeyri-mütəşəkkil idi, heç bir əsgər əmrlərə 

tabe olmurdu və heç bir zabitin öz əmrlərində təkid etməyə cürəti çatmır-

dı. İngilis zabitləri “cəbhənin böyük ərazilərini boş buraxaraq, həmin zaman 

hansı mitinqdəsə siyasi nitqlər dinləyən və ya rəfiqələri ilə şəhərdə çay içən 

Bakı müdafiəçilərinin qəribə hərbi etikasına” mat qalmışdılar. (70) Lakin, 

“Bakının şanlı müdafiəçiləri” öz döyüş postlarını yalnız mitinqlərə, və ya öz 

rəfiqələrinə görə boş buraxıb getmirdilər. Onlar bütöv dəstələrlə cəbhə xətti-

nin yaxınlaşdığı Bakı kəndlərinə basqınlar törədir, müsəlman əhalisinin qət-

lə yetirməklə, qarət etməklə, evlərinə od vurmaqla məşğul olurdular. Erməni 

əsgərlərinin “öz döyüş postlarını boş qoyaraq, pulemyotlarını və silahlarını 

özləri ilə apararaq”, tez-tez “istirahətə” getdikləri Bakı kəndlərinin sakinlə-

ri – silahsız və müdafiəsiz türklərin qarşısında “qəhrəmanlıqları” haqqında 

saysız-hesabsız faktlar sanki general Denstervilin bu şəhadəti ilə “tamamla-

nır”: “Yerli qoşunlar, əksər hallarda ermənilər səngərlərin qazılması ilə çox az 

məşğul olurdular və onlar buna məcbur edildikdə belə cavab verirdilər: “Biz 

nə üçün səngər qazmalıyıq? Biz ümumiyyətlə səngər qazmaq istəmirik, bu 

qorxaqların işidir, biz isə döyüşmək istəyirik”. Onlar zəncirvarı qaydada qa-

yaların arxasında düzülür və oradan havaya atəş açırdılar. Onlar bu manevri 

adətən türklər hücuma keçmək barəsində heç düşünmədikləri və ən yaxın 

türk əsgərinin bizdən üç min yard məsafədə olduğu vaxtlarda edirdilər... Bir 

dəfə türklər öz mövqelərindən çıxdılar və günün günorta çağı açıq dərə ilə 

hərəkət etməyə başladılar… Erməni batalyonuna komandanlıq edən zabit-

lərimdən biri öz adamlarına səngərlərdən çıxmağı və əks-hücuma keçməyi 

əmr etdi. Qoşunlar hərəkət etməkdən imtina etdilər və onların nümayəndəsi 

qışqırdı: “Necə yəni oraya gedin? Axı orada türklər var!”. (71)

İngilis generalı, “vaxtı dəyərləndirməyən və boş şeylərlə məşğul olan” 

yerli hakimiyyətlə nə qədər mübarizə aparsa da, şəhərin “müdafiəçiləri” 



BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

34

kimi öz hərbi borclarının yerinə yetirilməsi naminə “erməni qoşunları-



nın döyüş ruhunu” yüksəltməyə çalışsa da, son nəticədə qoşunlarını Ba-

kıdan çıxarmaq haqqında öz qərarını verdi. Lakin bundan əvvəl, “diktator-

lara və cürbəcür komitələrə”, yəni yerli hakimiyyətə aşağıdakıları bildirdi: 

“Mən imkan verə bilmərəm ki, mənim adamlarımın həyatı faydasız yerə 

qurban verilsin. Biz buraya türklərə qarşı vuruşmaqda sizə kömək etmək 

üçün gəlmişdik, sizin vətəndaşlarınızın əylənməsi üçün müharibə apar-

mağa yox.” (72) 

1918-ci il sentyabrın 14-də bir neçə saatlıq ağır döyüşlərdən sonra in-

gilis qoşunları cəbhədən çıxdılar və gəmilərə yüklənərək Bakı buxtasını 

tərk etdilər. İngilislər getdikdən sonra “xristian” Bakısı heç iyirmi dörd 

saat da davam gətirə bilmədi. 

Beləliklə, faciəli mart hadisələrindən beş ay sonra, çox ağır və mürək-

kəb siyasi şəraitdə, inanılmaz səy və böyük iradə sayəsində, öz siyasi, təş-

kilati, diplomatik istedadlarının bütün gücünü tətbiq edərək, Azərbay-

canın milli elitasının görkəmli nümayəndələri, “Müsavat” partiyasının 

rəhbərləri, Azərbaycanın silahlı qüvvələri ilə birlikdə və türk qoşunlarının 

– türk hərbi komandanlarının rəhbərlik etdikləri Qafqaz İslam Ordusu-

nun qətiyyətli dəstəyi ilə 15 sentyabr 1918-ci il tarixdə Bakını “Sentrokas-

pi Diktaturasının” qüvvələrindən azad etdilər. 

Şəhər uğrunda sonuncu şiddətli döyüşlərin getdiyi günlərdə, S.Şaum-

yan, Caparidze, Korqanov və digərləri başda olmaqla, mart faciələrinin 

səbəbkarları olan bolşevik komissarları iki dəfə şəhəri tərk etməyə cəhd 

göstərərkən “Sentrokaspi Diktaturası” hökumətinin əmri ilə həbs edil-

dilər, sonra isə gəmidə Krasnovodska aparılaraq orada eserlərdən ibarət 

yerli Zakaspi hökuməti tərəfindən güllələndilər. Tarixə “26 Bakı Komissar-

ları” adı ilə düşmüş bu dəstənin içində tanınmış daşnak, Bakıda və Şa-

maxıda azərbaycanlı əhalisinin kütləvi qırğınlarına bilavasitə rəhbərlik 

etmiş Tatevos Əmirov da var idi. 

 * * *

Bakının azad edilməsi istər şəhərin tarixində, istərsə də ümumilikdə 



Azərbaycan dövlətçiliyinin tarixində son dərəcə mühüm hadisə olmaqla 

müstəqil Azərbaycan dövlətçiliyinin qurulması uğrunda milli qüvvələrin 

mübarizəsində bütöv bir dövrün qalibiyyətlə başa çatdığının və yeni bir 


35

BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ

dövrün başlanğıcının tərənnümü oldu. Bu, həqiqətən böyük tarixi hadisə-

nin birinci ildönümündə “Azərbaycan” qəzeti yazırdı: “Əgər 28 may ta-

rixini biz müstəqilliyimizin rəsmi elan edilməsi günü hesab ediriksə, 15 

sentyabr gününü, Azərbaycan qoşunlarının və Azərbaycan hökumətinin 

Bakıya daxil olduğu günü dövlət quruluşunun bünövrəsinin və əsasları-

nın qoyulması günü kimi hesab etmək olar”. (73)

Bununla belə, həmin tarixi günlərin tam mənzərəsini yaratmaq üçün, 

əlbəttə ki, həmin günlər baş verən digər hadisələri də xatırlatmaq zəruri-

dir. Aydındır ki, Bakının alınması, erməni əhalisi də daxil olmaqla, qurban-

lar verilmədən başa gəlməmişdi. Qanlı mart hadisələrinin vurduğu yaralar 

azərbaycanlıların qəlbindən və yaddaşından hələ silinməmişdi. Şəhər özü, 

xüsusilə də onun ətraf kəndləri, qaçmağa macal tapmamış erməni əsgərlə-

ri ilə dolu idi və onlar, can verən yaralı vəhşi heyvan kimi qarşısına çıxan 

hər kəsi öldürür və hər şeyi talan edirdilər. Bakının azad edildiyi ilk günlər-

də şəhərdə hökm sürən tam sərbəstlik şəraitində mart faciələrini yaşamış, 

sonrakı aylarda daima əzilmiş və təhqir edilmiş yerli müsəlman əhalisinin 

bir hissəsi şəhərdə olan az saylı türk əsgərləri ilə birlikdə öz intiqam və qi-

sas yanğısını söndürmək üçün şəhərin erməni məhəllələrinə hücum et-

dilər. Yenidən qan töküldü, bu dəfə əsasən erməni əhalisinin qanı. 

Lakin üç gündən sonra Bakıya daxil olan Azərbaycan hökuməti kütləvi 

qırğına son qoydu. Sonralar, Azərbaycan Parlamentinin açılışı zamanı na-

zirlər kabinetinin başçısı F.X.Xoyski hökumətin məruzəsi ilə öz çıxışında 

bu məsələyə də toxundu. Lakin “çoxlu sayda kasıb və evsiz-eşiksiz müsəl-

manların zərər çəkdiyi” mart hadisələrinə görə “heç də məyus olmayan” 

və “qələbənin böyüklüyü” ilə qürrələnən Bakı Sovetinin rəhbəri S.Şaum-

yandan fərqli olaraq, Azərbaycan hökumətinin rəhbəri həmin hadisəyə 

belə münasibət bildirdi: “Doğrudur, şəhər alınarkən yalnız məyusluq və 

təəssüf doğuran bəzi hadisələr baş verirdi. Hökumət bunu gizlətmir və bu 

kədərləndirici faktların üstündən keçməyi ləyaqətsizlik hesab edir. Bu da 

doğrudur ki, bir çoxları ağır əzablara düçar olmuşlar… Lakin hökumətin 

bu hadisələrin qarşısını tam surətdə alması mümkün idimi? Düşünürəm 

ki, bu hadisələrə ədalətli gözlə baxanlar təsdiq edərlər ki, dünyada heç bir 

hökumət onların qarşısını ala bilməzdi. Axı burada müsəlmanlar qırıl-

mışdı, onların insani hüquqları tapdanmışdı. Şəhər üç ay çəkən döyüşlər-

dən sonra alınmışdı və əhalinin qəzəbi ən yüksək həddə çatmışdı. Burada 

əsgər, təəssüf ki, heç nə edə bilmədi. Həm də hökumət şəhərə yalnız üç 



BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

36

gündən sonra daxil oldu. Buna qədər olanlar bundan sonra artıq baş ver-



mədi. Hökumət şəhərə daxil olan kimi qəti qərarlar qəbul etdi və nəticədə 

əmin-amanlıq və təhlükəsizlik təmin edildi”. (74)

Həqiqətən də, Azərbaycan hökuməti şəhərdəki vəziyyətlə tanış olaraq, 

Bakı şəhərinə gəldiyinin elə ertəsi günü aşağıdakı məzmunda hökumət 

bəyanatı elan etdi: “Respublikanın paytaxtı Bakı şəhərinə daxil olmuş 

Azərbaycan hökuməti şəhərin və onun ətraf kəndlərinin əhalisini xəbər-

dar edir ki, Azərbaycanda yaşayan bütün vətəndaşlar, millətindən və dini 

etiqadından asılı olmayaraq, eyni hüquqlara malikdirlər. Hökumət bütün 

vətəndaşların həyatını, əmlakını və hüquqlarını eyni səviyyədə qoruya-

caqdır. Qarətçilər, qatillər və ümumiyyətlə nizam-intizamı, ictimai qayda-

ları pozan şəxslər, ölüm hökmü də daxil olmaqla, hərbi dövrün bütün sərt 

qanunları üzrə cəzalandırılacaqlar”. (75) 

F.X.Xoyski tərəfindən imzalanmış və əməldə yerinə yetirilmiş bu bə-

yanat, uzun müddət anarxiya və qarışıqlığın hökm sürdüyü şəhərdə qay-

da-qanunun bərpa edilməsi istiqamətində vacib addım idi. Cinayətkar-

ların cəzalandırıldığının əyani olması üçün şəhərin müxtəlif yerlərində 

– Quba meydanında (Füzuli meydanı), Quru bağda (Parapet-Fəvvarələr 

meydanı), dəmir yol vağzalının qarşısındakı meydanda, dənizkənarı bul-

varda, Qaraşəhər körpüsünün yanında dar ağacları quruldu. Onların hər 

birində yellənən meyitlərin sinəsində onun törətdiyi cinayətdən xəbər 

verən taxta lövhəcik asılmışdı. Dar ağacından asılanların bəzilərinin qar-

şısında onun qarət etdiyi əşyalar qoyulmuşdu. Asılanların arasında türk 

ordusunun qanunu pozmuş əsgərləri də var idi. (76)

 Lakin, hökumətin tez bir zaman ərzində şəhərdə qarət və soyğunçu-

luğun qarşısını almaq üçün gördüyü təsirli tədbirlərə baxmayaraq, er-

mənilər, “yeni türk-tatar vəhşiliklərini dünyaya” bəyan etməklə, növbəti 

təbliğat kampaniyasına başlamaq üçün təbii ki, sentyabr hadisələrindən 

istifadə etdilər.

Erməni Milli Şurası bu hadisə ilə əlaqədar olaraq xüsusi Anket ko-

missiyası təsis etdi və bu komissiya şəhərin erməni əhalisi arasında sor-

ğu keçirərək belə bir nəticəyə gəldi ki, Bakı alınan günlərdə şəxsiyyətlə-

ri müəyyən edilmiş “5248 nəfərədək” erməni öldürülmüşdür. Bu cərgəyə 

“ən azı, 1500-dək Bakıda sığınacaq tapmış Şamaxı və Göyçay qaçqınları” 

da əlavə edildi. Komissiya bu rəqəmlərə daha “2240 nəfəri” - “naməlum 

şəkildə öldürülmüş, ... subay və ya burada doğmaları olmayan əsgər və ya 


37

BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ

fəhlələri” əlavə etdi, yəni “əgər qətllər şəhərin küçələrində, kənarlarında 

və şəhərin ətraflarında (mədənlərdə) baş vermişsə – siyahılar tərtib edilən 

zaman (onlar haqqında) heç kim məlumat verə bilməzdi”. (77) Dəqiq de-

yilərsə, meyitləri tapılmayan və barəsində heç kimin məlumat vermədiyi, 

sayı yalnız mülahizə edilərək hesablanmış qurbanlar! Beləliklə, komissiya 

tərəfindən öldürülənlərin ümumi sayı 8988 nəfərə çatdırıldı. Bu rəqəmə 

“itkin düşən” və ya “yoxa çıxan” daha 3572 nəfər əlavə edilmişdi ki, onlar-

dan 357 nəfəri tezliklə sağ və salamat “tapıldı”. Beləliklə, Anket Komissiya-

sı, “hər iki kateqoriyadan olanların – öldürülən və itkin düşənlərin” sayını 

ehtimal edərək və hesablayaraq, yuvarlaqlaşdıraraq və ümumiləşdirərək, 

“12560 nəfərdən ibarət olduqca sanballı rəqəm” aldı. (78)


Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin