Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə22/34
tarix31.01.2017
ölçüsü2,89 Mb.
#7266
1   ...   18   19   20   21   22   23   24   25   ...   34

Sənəd № 575

Dindirmə protokolu

1918-ci il, 6 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Gürcüstan Respublikasının vətəndaşı Levan Vladimiroviç Qoqobe-

ridze, 22 yaşım var, Bakıda, Merkuryevskaya küçəsi, ev № 33, mənzil 12 

ünvanda yaşayıram. 

1918-ci ilin mart qırğınları zamanı mən, Balaxanı kəndində, Ağayev 

qardaşlarının evində yaşayırdım. Bu ev Ayrapet Surqulyantsın rəhbərlik 

etdiyi silahlı ermənilər tərəfindən mühasirəyə alındı və zirehli qatardan, 

sonra isə tüfənglərdən atəşə tutuldu. Mən özümlə qılıncımı, pullarımı, 

saatımı, dövlət əmanət kitabçamı, üzüyümü götürdüm və evdən qaçma-

ğı qərara aldım. Mənimlə birlikdə Mahmud Ağayev və adlarını bilmədi-

yim bir neçə müsəlman qaçırdı. Arxa həyətin yaxınlığında ermənilər bizi 

saxladılar. Ağayev güllə ilə ayağından yaralandı. Biz mühasirəyə alındıq 

və polis bölməsinə göndərildik. Bu vaxt dərhal mənim yanımda olan bü-

tün əşyalarımı əlimdən aldılar. Mən və o birilər beş gün bölmədə qaldıq. 

Ondan sonra məni və tanımadığım Rəhimov soyadlı birisini azad etdilər, 

qalanlarını – Ağayev qardaşlarını və bir rusu gözlərimizin qabağında gül-

lələdilər. Ağayev qardaşları 5 nəfər idi və onlardan kiçiyinin 8, böyüyünün 

isə 40 yaşı var idi. Ermənilər birinci bölmənin yaxınlığında güllələyir-

dilər, adamları arxadan vururdular. Sonra isə qundaqlarla, süngülərlə gül-

lələnənlərin axırına çıxırdılar.

Mənim qarət edilmiş əmlakımın ümumi dəyəri 1918-ci ilin mart ayı-

nadək olan qiymətlərlə 46.230 rubl təşkil edir. Mənim əşyalarımın indi-

ki qiyməti isə 138.690 rubldur və bu məbləğin mənə ödənilməsini xahiş 

edirəm. Mən talan edilmiş əmlakımın siyahısını təqdim edirəm və işə 

əlavə olunmasını xahiş edirəm.

Oxundu. Qoqoberidze. İmza.

Komissiya üzvləri: Aleksandroviç, 

Məmməd Xan Təkinski, А.Kluge (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 41.


BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

252


Sənəd № 576

Dindirmə protokolu

1918-ci il, 5 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

İvan Mixayloviç Kazakov, Moskva quberniyasının vətəndaşı, 41 ya-

şım var, Bakı şəhəri, Serkovnaya küçəsi, 138 №-li evdə yaşayıram.

1918-ci ilin mart qırğınları zamanı, çərşənbə axşamı, martın 20-də 

səhər saat 10-da evin həyətinə erməni əsgərləri gəldi və bildirdilər ki, bizə 

görə cavabdeh ola bilməzlər və axşama yaxın nə baş verəcəyini bilmir-

lər, buna görə də şəhərin ermənilər yaşayan hissəsinə çıxıb getməyimizi 

məsləhət gördülər. Bizə mühafizə vermədilər, amma darvazadan buraxdı-

lar. Evdə ailəsi ilə birlikdə bir erməni qadın var idi, ikinci erməni ailəsi 

isə qabaqcadan, bazar günü, 1918-ci ilin mart ayının 18-də başlamış ha-

disələrdən bir, ya iki gün əvvəl çıxıb getmişdi. Qalan bu ailəni erməni 

əsgərləri elə tez apardılar ki, biz hətta gözümüzü yumub-açmağa macal 

tapmadıq. Bu səbəbdən biz özümüzü itirdik və bütün sakinlər, ruslar və 

yəhudilər evi tərk etdilər.

Həmin bu evin sakini – müsəlman İsmayıl İsrafilov erməni əsgərləri 

tərəfindən aparıldı və hadisələrdən sonra dəqiq məlum oldu ki, onu öl-

dürüblər. Onun arvadı və qızı bizimlə birlikdə qaçırdı, lakin yolda onun 

arvadı ərinin meyitini görüb geridə qaldı və onu əsir götürdülər, qızını isə 

mən özümlə Çornıy Qoroda apardım, o biri gün isə biz onu Mailov teat-

rında əsirlikdə olan anasına təhvil verdik.

Ertəsi gün səhər saat 10-da mən öz mənzilimə qayıtdım və hər şeyin 

ora-bura səpələndiyini gördüm, bufet qırılmış, komodun bütün gözləri 

çıxarılmış, qarderob açıq və boş idi, hər şey tərtəmiz aparılmışdı, yalnız 

əski-üskü qalmışdı. Görünürdü ki, talançılar qundaqlarla və süngülərlə 

işləmişdilər. Mənim və qonşum Kvasnikin mənzilini ermənilər qarət et-

mişdilər. Qonşum Kvasnik palto və digər qadın əşyalarını ermənilərdən 

axtarıb tapdı, mən isə əşyalarımın izinə düşə bilmədim. Mənzilimdən 

oğurlanmış və ümumi dəyəri 4047 rubl olan əmlakımın geniş siyahısını 

təqdim edirəm. Bu məbləğ mart qiymətləri üzrədir. Hal-hazırda bu əm-


253

FƏSİL III. MÜXTƏLİF MİLLƏTLƏRDƏN OLAN BAKI SAKİNLƏRİNİN VƏ XARİCİ VƏTƏNDAŞLARIN ŞAHİD İFADƏLƏRİ

lakın qiyməti 12.414 rubldur, sındırılmış və təmiri 200 rubl olan bufetin 

qiymətini də bu məbləğə əlavə etməliyəm. Ümumilikdə mənə 12.341 rubl 

ödənilməsini və siyahının işə əlavə olunmasını xahiş edirəm. 

Oxundu. İmza.

Komissiyanın sədri: Ə.Xasməmmədov (imza).

Komissiya üzvləri: Aleksandroviç, Məmməd Xan Təkinski, 

А.Kluge (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 28.



Sənəd № 577

Dindirmə protokolu

1918-ci il, 11 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

 Aleksandra Qavrilovna Baranova, 51 yaşım var, Petroqrad saki-

niyəm, Bakı şəhəri, Sisianovskaya küçəsi, 25 №-li evdə yaşayıram.

 Bu il mart ayının 20-də gecə erməni əsgərləri mənim Sisianovskaya küçəsi 

25 №-li evdə yerləşən mənzilimə soxuldular və mənim mənzilimi 13.150 rubl 

məbləğində qarət etdilər. Əşyaların siyahısını təqdim edirəm və işə əlavə edil-

məsini xahiş edirəm. Müsəlmanlar evin divarını sökməklə həyətə keçid aça-

raq məni evdən çıxardılar, bundan sonra müsəlmanlar qonşu evlərdə daha 

5 dəlik açaraq məni, mənim 32 yaşlı qızım Vera Georgiyevna Niyaşevskaya-

nı, onun 5 yaşlı oğlu Aleksandrı, dayə Lyubovu, mənim 18 yaşlı qızım Ninanı,  

3 nəfər qulluqçunu və 4 nəfər pansionçunu 9-10 yaşlı müsəlman oğlanlarını, 

2 nəfər Əliyevləri, Qasımovu və Quliyevi evdən çıxarıb apardılar. Bizi rus-tatar 

məktəbinə

107


 gətirdilər, burada yaxşı çörək, kabab, papiros və pirojki verərək 

bizi yaxşı yedirtdilər. Yuxarıda göstərilən evdən əsgər olan erməni qızı Mariya 

Ayrumova atırdı. O, müsəlmanlara atəş açırdı. Mən öz əmlakımı yeni qiymət-

lərlə, yəni mart qiymətləri ilə dəyərləndirirəm. 

Oxundu. İmza.

Komissiya üzvləri: Məmməd Xan Təkinski, А.Kluge (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 196.


BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

254


Sənəd № 578

Dindirmə protokolu

1918-ci il, 28 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Nina Georgiyevna Baranova, 20 yaşım var, savadlıyam, Bakı şəhəri, 

Sisianovskaya küçəsi, 25 №-li evdə yaşayıram.

Bakıda 1918-ci ilin mart qırğınları zamanı mən, anam Aleksandra Qav-

rilovnanın yanında, yuxarıda göstərilmiş ünvanda yaşayırdım. O zaman 

bizim yalnız müsəlman uşaqlarının gəldiyi məktəbimiz və uşaq bağça-

mız var idi. Mənzil ikinci mərtəbədə yerləşir, ev isə dörd mərtəbəlidir və 

onun 4-cü mərtəbəsində Ayrumovlar adlı erməni kirayənişinlər yaşayır-

dılar. Bütün üç gün ərzində, martın 18, 19, 20-də 4-cü mərtəbədən, Ayru-

movların mənzilindən atışma səsi eşidilirdi, axırda məlum oldu ki, atışan 

Ayrumovların 17-19 yaşlı qızı – Manyadır, o, əvvəl türk cəbhəsində olmuş 

və həmişə Qızıl Orduda xidmət etmişdir. Mən indi də ona Bakıda, əsgər 

formasında rast gəlirəm. Müsəlmanlar bizim evin ikinci mərtəbəsinin di-

varını dağıtdılar və birbaşa bizim mənzilə daxil olaraq ermənilərin təhvil 

verilməsini tələb etdilər, onları öldürmək istəyirdilər. Müsəlmanların ara-

sında onların başçısı Babayev - bizim iki şagirdimizin əmisi oğlu var idi, 

anam onları yola gətirə bildi ki, erməniləri öldürməsinlər və beş nəfərdən 

ibarət Ayrumovların hamısı mənim anamın məsuliyyəti altında bizim 

evdə qaldılar. Bütün kirayənişinlər bizim mənzilimizə toplaşdılar və gecə 

saat ikiyədək orada qaldılar. Bu, çərşənbə axşamı, mart ayının 20-də baş 

vermişdi. Müsəlmanlar gecə bizim hamımızı, o cümlədən Ayrumovları, 

öz mühafizələri altında Suraxanskaya küçəsindəki rus-tatar məktəbinə 

apardılar. Bizim məhəllə artıq ermənilər tərəfindən tutulmuşdu və biz 

Bazarnaya küçəsinədək müsəlmanlar tərəfindən evlərdə açılmış 9 dəlik-

dən keçməli olduq. Bizimlə birlikdə digər evlərin sakinləri də keçdilər.

Bizim olmadığımız müddətdə ermənilər səhər saat 5-də bizim evin qa-

pısını sındırmış, bizim mənzilimizi yararaq, onun bir hissəsini 13.000 rubl 

dəyərində qarət etmişdilər. Qarovulçumuz İvan Türin bizim əşyalarımı-

zı daşıyan ermənilərin artıq ikinci dəstəsinin qarşısına çıxmış və onları 


255

FƏSİL III. MÜXTƏLİF MİLLƏTLƏRDƏN OLAN BAKI SAKİNLƏRİNİN VƏ XARİCİ VƏTƏNDAŞLARIN ŞAHİD İFADƏLƏRİ

inandırmağa çalışmışdır ki, əşyalar ruslara məxsusdur, lakin bunun heç 

bir köməyi olmamışdır. Ermənilər deyiblər ki, burada müsəlman məktə-

bi olmuşdur, əgər müəllimə ailəsi ilə birlikdə mənzilində qalmış olsaydı, 

onların da hamısını öldürəcəkdilər. Mənzilin qarət edilməsinin qarşısı-

nı zabit Xıdırov aldı; biz hamımız evlərimizə qayıtdıq və Ayrumovlar öz 

qiymətli əşyalarını götürərək, çıxıb getdilər. Bizim mənzilimiz tamamilə 

talan edilmişdi. 1918-ci il sentyabr ayının 14-də, şənbə günü, türklərin Ba-

kıya gəlməsi ərəfəsində, Ayrumovlar xilas olmaq ümidi ilə yenidən bizim 

mənzilimizə gəldilər, lakin mən onları qovdum və onlar gəmi ilə Ənzəliyə 

qaçdılar. Ayrumovların evdə olmadıqları müddətdə evin bütün kirayəni-

şinləri onların mənzilini axtardılar, xeyli patron və bomba taparaq türk-

lərə təhvil verdilər. 

İmza: Nina Georgiyevna Baranova.

Komissiya üzvləri: Məmməd Xan Təkinski, А. Kluge (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 88-89.

Sənəd № 581

Dindirmə protokolu

1918-ci il, 14 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Varvara Vasilyevna Antipova, 39 yaşlı, Bakı şəhəri, Kamenistaya 

küçəsi, 156 №-li evdə, 4-cü mərtəbədə yaşayıram.

Bakıda mart qırğınları zamanı mən Kamenistaya küçəsi, 156 №-li evdə 

yaşayırdım və həmin günlər mənim mənzilimə dəstə-dəstə 50-60 nəfər 

erməni əsgəri gələrək axtarışlar aparırdılar. Onlar silah axtarırdılar. On-

lar bir neçə dəfə gəlmiş və bizi tamamilə evdən çıxararaq şəhərin o biri 

başına, vağzal tərəfə qovmuşdular. Mən diz üstə ermənilərə və onların 

rəislərinə yalvarırdım, onların əlini öpürdüm və ağlayırdım ki, bizi mən-

zilimizdən və evdən qovmasınlar. Ermənilər mənim mənzilimdən köhnə 

qiymətlə 12.325 rubl məbləğində əşyalarımı qarət etmişlər. İndiki vaxtda 

mənim əmlakımın bir neçə dəfə, qat-qat baha qiyməti vardır. Ermənilər 



BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

256


tatar evi olduğu üçün bizim evi partlatmaq istəyirdilər və biz çətinliklə 

onları dilə tutduq ki, bizi müflis etməsinlər.

Oxundu. İmza. V.Antipova.

Komissiya üzvləri: Məmməd Xan Təkinski, А.Kluge (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 211.

Sənəd № 582

Dindirmə protokolu

1918-ci il, 9 oktyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Darya Minayeva Xarçenkova, Bakı, 4-cü Kirpiçnıy döngəsi, №-3, Qu-

liyevin evi, 47 yaşlı.

1918-ci il martın 20-də mənim yaşadığım evin həyətinə iyirmi nəfər 

silahlı erməni soxuldu və bizdən evdə iranlının olub-olmadığını soruş-

du. Biz cavab verdik ki, evin sahibi iranlı çıxıb getmişdir, evdə isə başqa 

iranlılar yoxdur, ev sahibinin evində isə yalnız əsir türk yaşayır. Bu za-

man ermənilər ev sahibinin mənzilinə atəş açmağa başladılar, lakin biz 

onlara təklif etdik ki, əsir türkü çağırsınlar və o, yəqin ki, gələr. Əsir türk 

mənzildən çıxdı və biz ermənilərdən xahiş etdik ki, onu öldürməsinlər. 

Amma ermənilərdən biri türkə atəş açdı və onu öldürdü. İçəri soxulmuş 

ermənilər başqa, artıq silahsız ermənilərlə birlikdə ev sahibinin mənzi-

linə girdilər və ipəkdən olan əşyaları, un, xəz kürkü, telefon aparatını və d. 

əşyaları çıxarmağa başladılar. 

Oxundu. Savadsızdır.

Komissiya üzvləri: Məmməd Xan Təkinski, А.Kluge (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v.16.


257

FƏSİL III. MÜXTƏLİF MİLLƏTLƏRDƏN OLAN BAKI SAKİNLƏRİNİN VƏ XARİCİ VƏTƏNDAŞLARIN ŞAHİD İFADƏLƏRİ



Sənəd № 588

Dindirmə protokolu

1918-ci il, 20 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Nikolay Pavloviç Ter-Kasparov, 36 yaşım var, Bakı şəhəri, 

Bondarnaya küçəsi, 131 №-li evdə yaşayıram.

Bu ilin mart ayında Bakıda 18-20 tarixlərdəki hadisələr zamanı, Rəsu-

lovun Bazarnaya küçəsi, 11, Qubernskaya küçəsinin tinində yerləşən evi 

yandırılmışdır. Bu evdə mənim də mənzilim vardı və yanğın zamanı mə-

nim bütün əmlakım və arvadımın – Sofya Mixaylovnanın diş müalicəsi 

kabineti məhv olmuşdur.

Mənə ümumilikdə 92.000 rubl məbləğdə ziyan vurulmuşdur və siyahı-

nın işə əlavə olunmasını xahiş edirəm. Hadisələrdən bir gün əvvəl mənzi-

limi bağlayaraq xəzinədarlıq binasına köçmüşdüm.

Oxundu. İmza. Nikolay Pavloviç Ter-Kasparov.

Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 44.



Sənəd № 590

Dindirmə protokolu

1919-cu il, 18 yanvar. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Viktor Pavloviç Smirnov, 37 yaşım var, Bakı şəhəri, Tatarskaya küçə-

si, 36 №-li evdə yaşayıram.

1918-ci ilin martında ermənilərin müsəlmanlara qarşı çıxışı zamanı Ta-

rayevin Voznesenskaya, Kolyubakinskaya, Verxnyaya-Tazapirskaya və Vodo-

voznaya küçələrinə çıxan nəhəng evi yandırılmışdır. Bu zaman mənim də 



BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

258


ev əşyaları, kitablar, və təqdim edilən siyahıda göstərilməyən müxtəlif ərzaq 

məhsullarından ibarət bütün əmlakım yanmışdır. Mənə ümumilikdə, 25.785 

rubl məbləğində zərər dəymişdir. Xahiş edirəm, pulun mənə vurulmuş zərə-

rin ödəniləcəyi vaxtdakı dəyəri ilə mənə dəyən ziyanı ödəyəsiniz. 

Oxundu. İmza. 

Komissiya üzvləri: А.Kluge, M.X.Təkinski (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 36.

Sənəd № 592

Dindirmə protokolu

1918-ci il, 8 noyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

İrina Proxorovna Kotova, 45 yaşım var, Bakı şəhəri, Verxnyaya-Pri-

yutskaya küçəsi, 97 №-li evdə yaşayıram.

 Bu ilin martında ermənilər mənim xidmətçi işlədiyim Şıx Balayevin 

evini talan etdikləri zaman mənim də ümumilikdə 4000 rubl məbləğində 

əşyalarımı aparmışlar. Mən evə hücum olunana qədər Serkovnaya küçə-

sinə qaçmağa macal tapmışdım. 

 Oxundu. Savadsızdır. Onun yerinə imza etdi( imza ərəb hərfləri ilə). 

Komissiya üzvü: А.Kluge (imza).

AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 134.



Sənəd № 593

Dindirmə protokolu

1918-ci il, 11 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

259

FƏSİL III. MÜXTƏLİF MİLLƏTLƏRDƏN OLAN BAKI SAKİNLƏRİNİN VƏ XARİCİ VƏTƏNDAŞLARIN ŞAHİD İFADƏLƏRİ

Serop Qazaroviç Gevorkov, 52 yaşım var, Bakıda, Malaya Morskaya 

və Çadrovaya küçələrinin kəsişməsində, 9\238 №-li evdə yaşayıram.

Mart hadisələri zamanı Tarayevin Kolyubakinskaya küçəsindəki, o za-

man mənim yaşadığım, evi yandırılmışdır. Yanğın zamanı mənim əşya-

larım və bütün avadanlıqlar yanmışdır. İtirilmiş əşyalarım - 27.605 rubl, 

yeni qiymətlərlə isə 80.000 rubl dəyərində - əlavə etdiyim ərizə və siyahı-

da göstərilmişdir.

Oxundu. İmza.

Komissiya üzvü: А.Kluge (imza).

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 141-142.



Sənəd № 595

Dindirmə protokolu

1918-ci il, 11 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Alisa Vilqelmovna Volfeyl, 35 yaşlı, Bakı şəhəri, Molokanskaya 

küçəsi, 25 №-li evdə yaşayıram.

Mart hadisələri zamanı ermənilər mənim Serkovnaya küçəsi 147 №-li 

evdə yerləşən mənzilimdən təqdim edilən siyahıda göstərilən və qiyməti 

1080 rubl olan müxtəlif əşyalarımı aparmışlar. Onların yeni qiyməti 5000 

rubla yaxındır. 

 Oxundu. İmza.

 Komissiya üzvü: А.Kluge (imza).

 AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 149.



BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

260


Sənəd № 597

Dindirmə protokolu

1918-ci il, 12 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Malaxiy Spiridonoviç Saqanelidze, 32 yaşlı, Bakı şəhəri, Bondarnaya 

küçəsi, 111 №-li evdə yaşayıram.

Mən Biləcəri stansiyasında bufet işlədirəm. Bu ilin mart ayında erməni əs-

gərləri oraya gəldilər, bufeti və mənim mənzilimi qarət etdilər. Oğurlanmış əş-

yaların siyahısını təqdim edirəm. Köhnə qiymətlə onların dəyəri 199.570 rubl 

idi. Yeni qiymətlərlə mənə vurulmuş ziyan təxminən 700.000 rubla bərabərdir. 

Oxundu. İmza.

Komissiya üzvü: А.Kluge (imza).

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 187.



Sənəd № 602

Dindirmə protokolu

1918-ci il, 9 noyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Abram Moiseyeviç Edlin, 37 yaşım var, Bakıda, Verxnyaya-Priyuts-

kaya küçəsi, 97 №-li evdə yaşayıram.

Mart qırğınları zamanı mənim yaşadığım Mordux Çarnonun mənzilin-

də ermənilər tərəfindən bütün şkaflar, bufetlər və başqa mebel sındırılmış, 

təqdim olunan siyahıda göstərilən bütün əşyalar qarət edilmişdir. Bizim 

ümumi zərərimiz köhnə qiymətlə 35.000 rubla bərabərdir.

Oxundu. İmza.

Komissiya üzvü: Prokuror müavini А.Kluge (imza).

AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 140.



261

FƏSİL III. MÜXTƏLİF MİLLƏTLƏRDƏN OLAN BAKI SAKİNLƏRİNİN VƏ XARİCİ VƏTƏNDAŞLARIN ŞAHİD İFADƏLƏRİ



Sənəd № 606 

Dindirmə protokolu

1918-ci il, 5 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Əli Əsgər Xuda Baxış oğlu, 23 yaşlı, Ərdəbil şəhərindən, İran təbəəsi, 

Bakı şəhəri, Verxnyaya-Naqornaya küçəsi, 18 №-li evdə yaşayıram. 

Mən və digər müsəlmanlar da daxil olmaqla, təxminən 850 nəfər bu il 

noyabr ayının 2-də “Poseydon” gəmisində Həştərxandan Petrovsk şəhərinə 

gəldik və limanda dayanmış “Kornilov” gəmisində baş vermiş yanğınla 

əlaqədar olaraq üç gün dənizdə dayandıq. Dördüncü gün “Poseydon” gəmi-

sindən qoca, qadın və uşaqları “Evelina” gəmisinə keçirdilər, erməni əsgər-

ləri onları Bakıya yola saldılar, qalan müsəlmanları isə, təxminən 760 nəfərə 

yaxın, 18-45 yaşlarında, Petrovsk şəhərinin yaxınlığında sahilə çıxardılar. 

Yoxsullar məsciddə, pulu olanlar isə mehmanxanalarda və şəxsi evlərdə 

yerləşdilər. Bundan sonra Stepan Lalayevin başçılıq etdiyi erməni əsgərləri 

gün ərzində bir neçə dəfə onların yanına gəlir və müsəlmanları hissə-his-

sə həbsxanaya və şəhər kənarına aparırdılar. Yolda, həmçinin həbsxanada 

ermənilər müsəlmanları güllələyirdilər. Ermənilər Petrovsk şəhərinin bağ-

larında müsəlmanları əzablı işgəncələrə və ölümə məhkum edirdilər; 10, 

8 və ya 7 nəfəri boynu ardınca bir-birinə bağlayır, eləcə də yerdə 7-8 nəfəri 

bir-birinin üstünə yığır və öz aralarında mərc gəlirdilər ki, kimin tüfəngi-

nin gülləsi bir-birinə bağlanmış adamların hamısını bir dəfəyə vurub deşə 

bilər. Sonra ermənilər 7-10 nəfərin qollarını zəncirlə bağlayır və soyuq silah-

la başlarına, qarınlarına, sinələrinə ölümcül zərbələr endirərək, bir-bir öl-

dürürdülər. Bunun ardınca ermənilər müsəlmanları iki-iki üz-üzə bağlayır 

və qılıncla başlarını üzürdülər. Bu sonuncu üsulla 50 nəfər öldürülmüşdü 

və onların cəsədləri sonradan aşkar edilmişdi. Ümumilikdə isə ermənilər 

tərəfindən 535 nəfər qətlə yetirilmişdi və türklər Petrovsk şəhərinə gəldikdə 

müsəlmanların həmin sayda cəsədləri aşkar edilmişdi. Əgər türklər belə tez 

gəlməsəydilər Petrovsk şəhərinin bütün müsəlmanlarını bu cür ölüm göz-

ləyirdi. Meyitlər eybəcər hala salınmışdı, əlsiz, ayaqsız, kəllələri dağıdılmış 

vəziyyətdə idi və çoxlarını tanımaq mümkün deyildi. Türklər bütün meyit-


BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

262


lərin şəklini çəkdilər və saylarını müəyyənləşdirdilər. Mənim qardaşımı öl-

dürmüşdülər, başını tamamilə dağıtmışdılar və mən onun meyitini yalnız 

kostyumundan tanıya bildim.

Bütün bu vəhşiliklərə Stepan Lalayev, Ruben Ağamalyants və beş nəfər 

digər ermənilər rəhbərlik edirdi. Bu sonuncular milliyyətcə rus, lakin so-

yadını bilmədiyim qarnizon rəisinin yanında xidmət edirdilər. Ermənilər 

mənim 500 rubl dəyərində paltomu və 6000 nağd pulumu qarət ediblər. 

Türklər gəlməsəydi, yəqin ki, mən də əzablı ölümdən qaça bilməyəcək-

dim. İndi burada, Bakı şəhərində, müsəlmanları Petrovskda qətlə yetirmiş 

7 nəfər ermənini sivil geyimdə görürəm, onlar tam azad şəkildə sakitcə 

şəhərdə gəzib-dolanırlar. Onların məsuliyyətə cəlb edilməsi haqqında 

sərəncam verməyinizi xahiş edirəm. Onların soyadlarını bilmirəm, amma 

bu şəxsləri göstərə bilərəm. Onlarla küçədə rastlaşanda, mən ağladım.

Oxundu. Əli Əsgər Xuda Baxış oğlu, imza. 

Komissiya üzvləri: Aleksandroviç, Məmməd Xan Təkinski, 

А.Kluge (imzalar).

İfadəmə əlavə olaraq göstərirəm ki, bu gün Bakının Şamaxinka hissə-

sində, çörək alarkən 7 erməni qatilindən biri ilə rastlaşdım, o məni yanına 

çağırdı, necə sağ qaldığımı soruşdu və dedi: “Tezliklə hamınızın birdəfəlik 

axırına çıxacağıq”. 

Oxundu. İmza. 

Komissiya üzvləri: Aleksandroviç, Məmməd Xan Təkinski, 

А. Kluge (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 31-32.



Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin