Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə13/34
tarix31.01.2017
ölçüsü2,89 Mb.
#7266
1   ...   9   10   11   12   13   14   15   16   ...   34

Sənəd № 52

Dindirmə protokolu

1918-ci il, 31 oktyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Kərbəlayı Hacı Bala Hacı Məmməd Həsən oğlu Babayev, 66 yaşım 

var, bakılıyam, Bakıda, 2-ci Kanitapinskaya küçəsi, ev № 13 ünvanında 

yaşayıram.

Bu il mart ayının 18-də tüfəng səsləri eşitdim və Budaqovskaya küçə-

sində səngər qazan xeyli erməni əsgəri gördüm. Mən erməniləri görən 



BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

138


kimi, üç oğlumla birlikdə evimizi tərk etdik və “Poxlu Dərə” adlanan 

müsəlman rayonuna qaçdıq və üç oğlumla birlikdə “Bahi”

83

 məscidində 



gizləndik. Məsciddə xeyli müsəlman, qadın, uşaq və kişilər var idi. Səhərə 

yaxın ermənilər “Poxlu Dərə” rayonunu tamamilə mühasirəyə aldılar, 

“Bahi” məscidinə soxuldular və gənc müsəlmanların demək olar ki, ha-

mısını öldürdülər, qoca, qadın və uşaqları isə 8-ci polis sahəsinə əsir apar-

dılar. Bizi üç gün əsirlikdə saxladılar, əsirlikdən sonra mən “Bahi” məsci-

dinə qayıtdım və orada qətlə yetirilmiş iki oğlumun – Əhmədin və Hacı 

Məmmədin meyitlərini tapdım. “Poxlu Dərə” rayonunun bütün evləri və 

küçələri müsəlman kişi, qadın və uşaq meyitləri ilə dolu idi. Adı çəkilən 

rayonun əhalisi ermənilər tərəfindən demək olar ki, tamamilə qırılmış-

dı. Meyitlərin başları, qolları və ayaqları kəsilmişdi, yanıb qaralmış cəsəd-

lər də var idi. Ölülərin sayını müəyyən edə bilmərəm, onlar həddən artıq 

çox idi. Ermənilər mənim mənzilimi tamamilə qarət ediblər, oğurlan-

mış əşyaların siyahısını sizə təqdim edirəm və işə əlavə edilməsini xahiş 

edirəm. Mənim Fabriçnaya küçəsi, ev № 62 ünvanda evim var idi və ev 

ermənilər tərəfindən yandırılmışdır.

Oxundu. Imza (ərəb hərfləri ilə).

Komissiya üzvləri: А.Kluge, M.Təkinski (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 61.



Sənəd № 53

Dindirmə protokolu

1918-ci il, 5 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Əlixan Şamxalov, 28 yaşım var, Bakı şəhəri, Mariinskaya küçəsində 

yaşayıram, “Neft”

84

 Rus Birliyi kontoru.



1918-ci il mart qırğınları zamanı mən Kolyubakinskaya küçəsi, Taraye-

vin evi, “Neft” Rus Birliyinin kontorunda növbətçi idim. Ermənilər tərə-

findən əsir götürülmüşəm, əmlakım isə qarət edilmişdir. Mənim iki kür-

kümü, 650 rubl pulumu, 500 rubl dəyərində gümüş sağanaqlı xəncərimi, 



139

FƏSİL I. AZƏRBAYCANLI SAKİNLƏRİN ŞAHİD İFADƏLƏRİ

400 rublluq yapıncımı, 180 rublluq uzunboğaz çəkmələrimi, 550 rublluq 

gümüş qazelli çərkəzi çuxamı, 250 rublluq şalvarımı, 1200 rubl nağd pu-

lumu və 4330 rubl dəyərində digər əşyalarımı qarət ediblər. Mənim qarət 

edilmiş əşyalarımın siyahısını işə əlavə etmənizi xahiş edirəm. Mənim 

çəkdiyim zərərin ödənilməsini xahiş edirəm. İndiki qiymətlə 6160 rubl, 

ümumilikdə isə 7360 rubl.

Mənimlə bərabər iki gənc gürcü də əsir alınmışdı, tutulmaqlarına 

etiraz edirdilər. Bu etirazlarına görə erməni əsgərləri onlara atəş açdılar 

və gürcülərin hər ikisini yaraladılar, birini çiynindən vurdular və onun 

sifətini tüfəngin qundağı ilə dağıdaraq sifətini qana boyadılar. Mən er-

mənilərə dedim ki, kontorda növbətçiyəm, milliyyətcə ləzgiyəm və şəhər-

də baş verən hadisələrlə məni heç bir işim yoxdur. Bizi Mailov teatrına 

gətirdilər və biz burada iki sutka qaldıq. Mən teatrda, öz yaxınlarının və 

əzizlərinin, qardaşlarının, ərlərinin, övladlarının ölümündən sarsılaraq, 

ürək partlamasından vəfat etmiş on iki müsəlman qadının cəsədini gör-

müşəm. Teatrda o qədər adam var idi ki, keçmək mümkün deyildi. Mən 

öz ifadəmə düzəliş edirəm: bir Maştağa sakini yaralanmışdı, sifəti dağılan 

isə gürcü idi. Bizi küçə ilə apararkən mən hər tərəfdə çoxlu ölülər görür-

düm, aralarında qadınlar da var idi. Mən bütün gördüklərimdən olduqca 

sarsılmışdım. Ətrafda hər şey yanırdı, qarət baş alıb gedirdi və mən çalı-

şırdım ki, heç nəyə baxmayım.

Oxundu. İmza.

Komissiya üzvləri: А.Kluge, M.Təkinski (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 34 - 35.



Sənəd № 54 

Dindirmə protokolu

1918-ci il, 7 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Mir Əbdül Ələsgərov, 40 yaşlı, Bakı şəhəri, Çadrovaya küçəsi, ev № 

215 ünvanda, xüsusi evimdə yaşayıram.


BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

140


1918-ci ilin mart qırğınları zamanı, hadisələrin ikinci günü 14-15 nəfər-

dən ibarət erməni əsgərləri bizim evimizə soxuldu, tüfənglərinin qundağı 

ilə bizim mənzilimizin qapısını qırmağa başladılar və qışqırdılar ki, qa-

pını onlara açaq. Bizim mənzilimizdə 10 nəfər – 4 kişi və 6 qadın var idi, 

biz qorxurduq, hamı ağlayır və gözləyirdi ki, bizi öldürəcək. Elə bu zaman 

ermənilər Bondarnaya küçəsi tərəfdən bizim mənzilimizə güllə atmağa 

başladılar, ətrafda güllələr otaqdan otağa uçur, çilçıraqları, güzgüləri, şkafı, 

bufeti sındırıb tökürdü. Bu dəhşətli anda biz qapını açmalı idik, və onlar 

əllərində xəncər, mauzer, tüfəng, qılınc və xeyli patronla içəri soxuldular. 

Onlar mənzilə girən kimi əvvəlcə qışqırmağa başladılar ki, pulları, qızıl və 

brilyantları verin. Sonra onlar qadınların çadralarını çıxarmağa və onla-

rın üzərilərindəki bütün zinət əşyalarını qoparmağa başladılar, qadınlar 

düşünürdülər ki, onlara toxunmayacaqlar və hər şeyi öz üstlərində saxla-

mışdılar. Biz bilərəkdən bütün zinət əşyalarını sandıqlardan çıxarıb sax-

lamaq üçün qadınlara vermişdik. Ermənilər qadınları qarət etdikdən son-

ra xəncərlə mənim üzərimə atıldılar, hamımızı mühasirəyə alaraq küçəyə 

çıxardılar və hamımızı birdən güllələmək istədilər. Lakin ermənilər-

dən biri dedi ki, bura yeri deyil və bizi dalana apararaq güllələmək üçün 

tüfəngləri bizə tuşladılar. Atam və qadınlar ağlamağa başladılar, mən isə 

dedim ki, biz hər şeyimizi sizə verdik ki, bizi öldürməyəsiniz. Ermənilər 

bizi söyür və deyirdilər ki, pul kömək etməyəcək, siz müsəlmansınız və 

biz sizi öldürəcəyik. Bu zaman ermənilərdən biri xəncərlə məni sol tərəf-

dən qarnımdan vurdu, mən isə dedim ki, ona pul verərəm, təki bizi öl-

dürməsin. Mən və atam bizdə ayrı-ayrı olan 73.000 rublu onlara verdik. 

Bu pullara və milyon rubldan artıq dəyəri olan zinət əşyalarına görə bizi 

öldürmədilər və Hürriyyət

85

 meydanına apardılar. Lakin orada yer olmadı-



ğına görə bizi Mailov teatrına gətirdilər və biz burada iki sutkadan artıq 

qaldıq. Mən teatrda xeyli yaralı kişi və qadın gördüm. Onların hamısı er-

mənilər tərəfindən əsir alınmış müsəlmanlar idi. Evdən teatra gedərkən 

mən yolboyu ətrafda yüzdən artıq müsəlman meyitinə rast gəldim, me-

yitlərin əksəriyyəti arıq qarət olunmuşdu, çəkməsiz, paltarsız, qalstuksuz 

idilər. Yalnız kasıb geyimli öldürülmüş müsəlmanlara toxunulmamışdı. 

Mən Bolşaya Morskaya və Çadrovaya küçələrinin tinindəki küçədə səkkiz 

erməninin əhatəsində olan iki gənc müsəlman qızı gördüm. Ermənilər 

mənim gözümün qabağında qısa xəncərlə qızların gözlərini çıxardılar, 

amma onları öldürmədilər, bu vəhşi yolla onları kor etdilər.



141

FƏSİL I. AZƏRBAYCANLI SAKİNLƏRİN ŞAHİD İFADƏLƏRİ

Teatra müsəlmanları dəstə ilə gətirirdilər və onlar deyirdi ki, əvvəl-

dən 30 nəfər olmuşlar, yolda ermənilər güllələdikdən sonra isə 10 nəfər 

qalmışdılar. Belə hallar çox olmuşdu. Hətta 20 nəfərlik dəstədən tək qal-

mış bir nəfəri gətirmişdilər. Mənim atam bir milyon rubldan artıq qarət 

olunmuşdur. Bu qırğınlar zamanı bizim çoxlu qohumlarımız: atamın qar-

daşı, mənim doğma qardaşım ağır yaralanmışdı və az qala atam da yara-

lanmışdı. Bizim qohumlarımızdan ümumilikdə ermənilər tərəfindən 45 

nəfər uşaq, qadın və kişi qətlə yetirilib. 

Mailov teatrında qadınların hədsiz qorxudan və sarsıntıdan necə ölü 

düşdüklərini mən öz gözlərimlə görmüşəm. Mən 14-15 belə hadisə gör-

müşəm. Sarsıntıdan hətta kişilər də ölürdülər. Mən qarnımdan və əlim-

dən yaralanmışdım.

Mənim palto və kostyumum yararsız hala salınmışdır, indi onların 

qiyməti 3000 rubldur. Bizə 1.085.550 rubl məbləğində vurulan zərər barədə 

bu gün atamız tərəfindən ərizə verilmişdir.

Oxundu. İmza.

Komissiya üzvləri: А.Kluge, M.Təkinski (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 53-54.



Sənəd № 55

Dindirmə protokolu

1919-cu il, 11 yanvar. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Abbas Hacı Şahbaz oğlu Şahbazov, Bakı şəhərinin sakini, Poçtovaya 

küçəsi, dalan 19, ev 1. 

 1918-ci ildə Bakıda mart hadisələri zamanı mən və oğlanlarım ermə-

nilər tərəfindən köhnə qiymətlərlə 20.045 rubl məbləğində qarət olunmu-

şuq, indiki qiymətlərlə bu məbləğ ən azı 40.000 rubl təşkil edir. Qarətdən 

sonra mən və oğlanlarım xoşbəxt təsadüf nəticəsində küçədə qarşımıza 

çıxan gürcü əsgəri tərəfindən “Rekord” teatrına əsir aparılmışıq və orada 

2 gün qalmışıq. “Rekord” da mən erməni əsgərlərinin ora gəlməsinin və 


BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

142


bizim hamımızı yandıracaqları və güllələyəcəkləri ilə hədələməsinin şa-

hidi olmuşam. Bundan başqa oraya erməni ziyalıları da gəlir, bizi ələ salır 

və bədbəxtliyimizə sevinirdilər. Həmin bu erməni ziyalıları hələ öz arvad-

larını da bizim rüsvayçılığımıza baxmağa gətirirdilər. Bir qoca müsəlman 

qadını elə oradaca dəli oldu. 

Oxundu. Abbas Şahbazov (İmza).

Komissiya üzvləri: А.Kluge, M.Təkinski (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 15.

 

Sənəd № 56

Dindirmə protokolu

1918-ci il, 4 noyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Ələkbər Manafov, 32 yaşlı, Bakıda, Tatarskaya küçəsi, 114 № li evdə, 

Nijnyaya-Priyutskaya küçəsinin tini, yaşayıram.

Mart qırğınlarının ikinci günü bizim evə 10 ya 12 nəfər əsgər basqın 

etdi, onların arasında 2 rus var idi, qalanları erməni idi. Onlar bizim ev əş-

yalarımızı, qiymətli bəzək şeylərini, paltarları və s., cəmi 80.000 rubl məb-

ləğində, qarət etdilər. Sonra məni ailəmlə, eləcə də ərlərini öldürdükləri 

qonşu müsəlman qadınları ilə birlikdə Mailov teatrına apardılar. Biz bu-

rada, deyəsən 2 günə qədər qaldıq. Ermənilər mənim evimi qarət etdikdən 

sonra onu yandırmışlar.

Oxundu. İmza. 

Ələkbər Manafov. Əlavə ifadə verirəm:

Mən öz qohumlarımın cəsədlərini axtararkən Mixaylovskaya xəstəxa-

nasının


86

 həyətində dəhşətli dərəcədə eybəcər hala salınmış meyitlər 

görmüşdüm. Orada döşləri və bir ayağı kəsilmiş tamamilə çılpaq qadın 

cəsədi var idi; yerə başları tamamilə, yaxud bir hissəsi kəsilmiş çoxlu say-

da kişi meyitləri yığılmışdı. Meyitlərin çoxunun əlləri, ayaqları kəsilmiş, 

qarınları yarılmış, içalatları – bağırsağı, ciyəri və s. tikə-tikə doğranmış-

dı. Həyətdə həm uşaqların, həm qoca qadınların cəsədləri var idi. Demək 


143

FƏSİL I. AZƏRBAYCANLI SAKİNLƏRİN ŞAHİD İFADƏLƏRİ

olar ki, elə bu vəziyyətdə olan meyitləri mən yeni Gömrüyün həyətində də 

görmüşdüm. Burada bütün torpaq eybəcər hala salınmış meyitlərlə örtül-

müşdü. Mənim üç qardaşım oğlanlarının qarınları yırtılmışdı, kəllə sü-

mükləri isə o qədər dağıdılmışdı ki, mən onları çox çətinliklə tapa bildim. 

Mənim bir çox öldürülmüş qonşularımın meyitləri isə tamamilə itmişdi 

və onları tapmaq mümkün olmadı. Şahidlərin dediyinə görə, ermənilər 

meyitləri yanan evlərin içinə tullayırdılar. Mən öz yanmış evimin xara-

balıqlarına baxarkən həqiqətən yanmış insan sümükləri tapdım, bəzi sü-

müklərin üzərində yanmış ət parçaları görünürdü. 

Oxundu. İmza. Ələkbər Manafov. 

Komissiya üzvləri: А.Kluge, M.Təkinski (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 92-93.



Sənəd № 57

Dindirmə protokolu

1918-ci il, 27 oktyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Həbib Sadıqov, 37 yaşım var, Bakı şəhəri, Spasskaya küçəsi, ev № 73 

ünvanda yaşayıram.

Bu ilin martında, ermənilərin müsəlmanları qırdığı zaman, Serkov-

naya küçəsi, 181 №-li evdə mənim 75 yaşlı dayım Hacı Hənifə İmanov 

yaşayırdı. Ermənilər onu tüfəng gülləsi ilə sağ qasığından öldürmüş-

dülər; sonradan biz onun cəsədini yeni gömrüyün həyətində tapdıq. 

Onun 55 yaşlı bir arvadını iyirmi süngü zərbəsi ilə öldürmüşdülər, 50 

yaşlı ikinci arvadının cəsədində isə 23 süngü yarası saymışdıq. Əmim 

oğlu – 28 yaşlı Mirzə Ağa sol gicgahından və sinəsinin sol tərəfindən iki 

güllə ilə qətlə yetirilmişdi. Kəllə sümüyü sındırılmışdı. Mirzə Ağanın 

dükanında satıcı kimi bir türk - Əli adında 15 yaşlı oğlan uşağı işləyirdi; 

o yoxa çıxdı və biz onun cəsədini heç tapa da bilmədik. Hacı Hənifənin 

bütün mənzili qarət edilmişdi, təxminən 38.100 rubl dəyərində. Hacı 

Hənifənin yalnız iki qızı sağ qalmışdı, belə ki, onlar hələ şənbə günü, 


BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

144


martın 17-də Persidskaya küçəsinə getmişdilər və ermənilər ora gedib 

çatmamışdı. 

Mən “Vulkan” cəmiyyətinin həyətində 500-ə yaxın müsəlman meyi-

ti, Təzə Pir məscidinin həyətində isə 150-ə yaxın müsəlman cəsədi gör-

müşdüm. 

Oxundu. İmza.

Komissiya üzvləri: А.Kluge, M.Təkinski (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 40.



Sənəd № 59

Dindirmə protokolu

1918-ci il, 12 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Rəhim Nəcəfqulu oğlu Hüseynov, 19 yaşım var, Bakı şəhərində, 

Kladbişenskaya küçəsi, Kosoy döngə, ev 5, 1№li mənzildə yaşayıram. 

Bakıda, 1918-ci il mart qırğınları zamanı mənim qardaşım – Xarkov Tex-

noloji İnstitutunun 3-cü kurs tələbəsi, 23 yaşlı İbrahim, martın 18-də, gün-

düz saat 4-də Kosoy döngədəki 5 № li evimizdən öz dostunun yanına, andlı 

iclasçı Kriştulun oğlunun mənzilinə - Mixaylovskaya və Nijnyaya-Priyut-

skaya küçələrinin kəsişməsi, № 95, Məcidovun evi - getmişdi. Axşam saat 

6-da, artıq şəhərdə hadisələr başlanmışdı və qardaşım evə qayıda bilmirdi. 

Amma o, telefonla doktor Abdul Xalıq Axundova zəng edərək harada ol-

duğunu xəbər vermiş və demişdi ki, masanın arxasında oturaraq çay içir. 

Ertəsi gün ermənilər müsəlmanları axtarmaq məqsədilə axtarış keçirmək 

üçün Kriştulun evinə gəlmişlər. Bu zaman ermənilər həmin həyətdə artıq 

iki nəfər müsəlman dalandarları öldürmüşdülər. Qardaşım evin girəcəyin-

də gizlənmiş və ermənilər onu görməmişlər. Bundan sonra qardaşım ikinci 

dəfə Axundova telefonla zəng etmiş və evə gəlməyin mümkün olub-olma-

dığını soruşmuşdur. Ona cavab vermişlər ki, o, bizim rayonla gələ bilər, la-

kin onun olduğu rayonda vəziyyət məlum deyildir. 

Bu zəngdən dərhal sonra Kriştulun mənzilinə yenə də ermənilər gəl-


145

FƏSİL I. AZƏRBAYCANLI SAKİNLƏRİN ŞAHİD İFADƏLƏRİ

miş və burada müsəlmanların olduğunu israr edərək axtarışa başlamışlar. 

Bu dəfə qardaşım gizlənməmiş və onu Kriştulun oğlu kimi qələmə ver-

mişlər. Ermənilər qardaşımın yəhudi dilində danışmasını tələb etmişlər, 

belə ki, Kriştul yəhudidir; qardaşım alman dilində bir neçə söz demişdir, 

lakin Kriştulun qızı bildirmişdir ki, onlar yəhudi dilində danışmırlar və 

onları azad etmişlər. 

Martın 21-də ermənilər üçüncü dəfə Kriştulun evinə gəlmiş və düzünü 

deməyəcəkləri təqdirdə hamını öldürməklə hədələmişlər. Onda mənim 

qardaşım müsəlman olduğunu etiraf etmişdir və ermənilər onun öldürül-

məyəcəyinə “and içərək” qardaşımı aparmışlar. Evin sakinləri qardaşımı 

ötürmək istəmişlər, lakin ermənilər təsadüfü güllələr üçün zəmanət ver-

mədiklərini bildirmişlər. Heç kəs qardaşımı ötürməyə ürək etməmişdir. 

Kriştulun evinin 10 addımlığında ermənilər mənim qardaşımı qətlə ye-

tirmişlər. Onun ayaqqabılarını, papağını, saatını, 240 rubl pulunu götür-

müş, şalvarını və tələbə pencəyini cırmışlar. Biz qardaşımın meyitini Çor-

nıy qorodda, dəmiryol limanında tapdıq. Ermənilər tərəfindən öldürülən 

qardaşım bizim ailənin dayağı idi, kiçik qardaş və bacısının tərbiyəsində 

valideynlərinə kömək edirdi. Onun ölümü bizə yalnız mənəvi əzablar de-

yil, həm də maddi zərər vurdu və mən bu zərəri 2 il ərzində 20.000 rubl 

məbləğində qiymətləndirirəm və xahiş edirəm ki, bu məbləğ mənim 83 

yaşlı atama ödənilsin. 

Oxundu. İmza.

Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 175-176.

 

Sənəd № 63

Dindirmə protokolu

1918-ci il, 29 oktyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Hacı Salam Əsgərəliyev, 46 yaşım var, Bakı şəhəri, Mariinskaya 

küçəsi, ev № 90 ünvanda (6-cı Polis bölməsi) yaşayıram.


BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

146


Karantinnaya küçəsi, ev № 71 ünvanında mənim 37 yaşlı qardaşım 

Zaman Əsgərəliyev arvadı və 75 yaşlı anamızla birgə yaşayırdı. Mart qır-

ğınlarının ikinci günü, səhv etmirəmsə, ayın 19-da erməni əsgərləri mən-

zilə soxulmuş, onların hamısını qətlə yetirib, mənzili isə qarət etmişdilər. 

Mən onların cəsədlərini sonradan yeni Gömrüyün yanındakı həyətlərdən 

birində eybəcər hala salınmış vəziyyətdə tapdım: qardaşımın yalnız sifə-

tinin bir hissəsi qalmışdı. Cəsədlərin üzərində güllə və soyuq silah yara-

ları var idi: əlləri və ayaqları doğranmışdı. Qətlə yetirilərkən qardaşımın 

üstündə 12 min nağd pul var idi; bu pullar yoxa çıxmışdır. Bundan əlavə, 

anamın, qardaşımın və onun arvadının köhnə qiymətlə ən azı 40 000 rubl 

dəyərində olan bütün zinət əşyaları oğurlanmışdır. Əlli min manat dəyə-

rində ev əşyaları talan edilmişdir.

Mənim Mariinskaya küçəsindəki mənzilimə də evdə olmadığım müd-

dətdə erməni əsgərləri soxulmuş, odadavamlı seyfin açarını tapmış və 

seyfdən 5000 rubla yaxın qiyməti olan brilyant qaşlı üzük və 55.612 rubl 

nağd pul götürmüşlər. Bundan əlavə, mənim əşyalarımdan bəzi paltarlar, 

qızıl kəmər və 10.000 rubl dəyərində zəncir götürülmüşdür. Bu vaxt mən 

həmin evin zirzəmisində gizlənmişdim. Erməni əsgərləri evə soxularkən, 

taxta qapının yanında bizim dalandarı – qoca iranlı təbəəni öldürmüşlər. 

Oxundu. İmza. Əsgərəliyev Hacı Salamov.

Komissiya üzvləri: А.Kluge, M.Təkinski (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 53.



Sənəd № 66

Dindirmə protokolu

1918-ci il, 26 oktyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Məmməd İbrahim Məşədi Şövlət oğlu, 14 yaşım var, Bakı şəhəri, 

Mariinskaya küçəsi, ev № 81 ünvanda yaşayıram.

Bu ilin mart ayının ortalarında, bazar ertəsi günü, top, pulemyot və 

tüfənglərlə atışma başlayan kimi, atamla mən Bondarnaya küçəsində-


147

FƏSİL I. AZƏRBAYCANLI SAKİNLƏRİN ŞAHİD İFADƏLƏRİ

ki 148 №-li evə qaçdıq. Bu evdə 50 nəfərə yaxın müsəlman qadın, kişi və 

uşaq var idi. Elə həmin günün axşamı ermənilər bu evə girdilər, hamımızı 

qarət edib, əsir apardılar. Atamın çörək gətirmək üçün evə gedərkən mənə 

verdiyi 2.665 rubl pulu mənim cibimdən çıxardılar. Biz müsəlmanları ha-

mımızı Birjevaya meydanına qədər gətirdilər və burada bütün kişilərin 

ayıraraq, ayrıca apardılar. 12-ci lazaretin yaxınında mən hiss etdim ki, er-

mənilər bizə atəş açmağa hazırlaşırlar. Mən addımlarımı sürətləndirdim 

və başqa müsəlmanlardan irəli keçdim. Birdən silahlardan yaylım atəşi 

açıldı. Mənə iki güllə dəydi, budur, güllə yerlərini göstərirəm. Mən başqa-

ları ilə birlikdə yıxıldım və ermənilər bizim üzərimizə atılaraq süngülərlə 

axırımıza çıxmağa başladılar. Mənim bədənimə 18-ə yaxın süngü zərbə-

si vurdular. Mən özümü ölülülüyə vurmuşdum və üzü aşağı uzanmışdım. 

Bir müddət sonra ermənilər çıxıb getdilər və sanitarlar və şəfqət bacıları 

yaxınlaşdılar. Şəfqət bacılarını gördükdə mən zarımağa başladım və onlar 

sanitarlara məni 12-ci lazaretə aparmağı əmr etdilər. 

Məni lazaretə gətirdikdə, orada məni erməni həkim qarşıladı və məni 

güllələmək istədi, lakin şəfqət bacıları və rus həkim məni öldürməyə 

qoymadılar. Mən rus həkimindən xahiş etdim ki, məni erməni yox, 

onun özü müalicə etsin. Mənim bədənimdə təxminən 18-ə yaxın süngü 

yarası var və bu yara yerlərini sizə göstərirəm. Mən sonradan öyrəndim 

ki, ermənilər, məndən və mənimlə birlikdə lazaretdə yatan Məşədi Əli-

dən savayı bütün müsəlmanları öldürüblər. Onun bədənində beş süngü 

və iki güllə yarası var idi.

Oxundu. İmza. İbrahim Qəniyev.

Komissiya üzvü: Məmməd Xan Təkinski (imza).

AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 35.



Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin