Birləşmiş Krallıqda medea layihəsi çərçivəsində partnyor universitet koordinatorlarının görüşündə atu da təmsil olunub


Əgər nəsihət etmək fayda versə, öyüd-



Yüklə 279,15 Kb.
Pdf görüntüsü
səhifə4/4
tarix01.04.2017
ölçüsü279,15 Kb.
#13045
1   2   3   4

Əgər nəsihət etmək fayda versə, öyüd-

nəsihət ver!

Əczaçılıq fakültəsində 

Novruz şənliyi

Cari  ilin  aprel  ayı  Azərbaycanda 

“Təhlükəsiz iş aylığı” elan edib

http://www.amu.edu.az

31 mart  2015-ci il

 

Ədliyyə Nazirliyi tibb xidmətinin kadr korpusunun müsabiqə və şəffaflıq əsasında yüksək hazırlıqlı 

və zəruri peşə keyfiyyətlərinə malik kadrlarla komplektləşdirilməsi üzrə tədbirlər davam etdirilir. 

Xatırladırıq ki, vakant ştat vahidləri əsasən cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının 

tibb  xidmətlərində  həkim-ftiziatr,    həkim-psixiatr,  həkim-psixiatr-narkoloq,  həkim-statistik,  həkim-

terapevt, həkim-cərrah, həkim-rentgenoloq  ixtisasları üzrədir.

Tibb xidmətinə qulluğa qəbulla bağlı açıq müsabiqədə iştirak etmək istəyən və “Ədliyyə orqanlarında 

qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə cavab verən, həmçinin bəzi 

ixtisaslar üzrə rezidentura təhsili olmayan Azərbaycan Respublikasının vətəndaşları ərizə və müvafiq 

sənədlərini təqdim edə bilərlər.

Eyni zamanda həkim-psixiatr-narkoloq, həkim-infeksionist, şüa diaqnostikası üzrə həkim (rentgen və 

USM) ixtisaslı,  yuxarıda göstərilən tələblərə cavab verən şəxslər Şəki penitensiar müəssisəsinin tibb 

xidmətinə qulluğa qəbula dəvət olunurlar.

Ərizə və sənədlər Tibb baş idarəsinin inzibati binasında (ünvan: Bakı şəhəri, Nərimanov rayonu, 

Ceyhun Hacıbəyli küçəsi 16 və18)  bütün iş günləri qəbul edilir.

Tibb  xidmətinə  qulluğa  qəbulla  bağlı  aidiyyəti  məsələlərlə,  o  cümlədən  tələb  olunan 

sənədlərin siyahısı ilə Nazirliyin internet səhifəsində və aşağıdakı telefonlar vasitəsilə əlavə 

məlumat almaq olar:

 

- Ədliyyə Nazirliyi üzrə 



www.justice.gov.az,

 tel.: 538-01-62.

- Nazirliyin tibb xidməti üzrə tel.: 493-06-50, 493-30-91.

Arzu edənlərin müsabiqədə iştirakından məmnun olardıq.

  

Ədliyyə Nazirliyi

II müalicə-profilaktika  fakültəsinin III kurs,  320

c

  qrup tələbəsi Abramova 



Günay Maarif  qızının adına verilmiş qiymət kitabçası itdiyi üçün etibarsız 

sayılır.  

II müalicə-profilaktika  fakültəsinin IV kurs,  340

b

  qrup tələbəsi Qasımov 



Omar Zaman oğlunun adına verilmiş tələbə bileti itdiyi üçün etibarsız sayılır.  

Məmməd-zadə Oqtay Yusif oğluna 1982-ci ildə Azərbaycan Tibb Universi-

teti tərəfindən terapevt ixtisası üzrə verilmiş internatura vəsiqəsi itdiyi üçün 

etibarsız sayılır.

Baş redaktor

ELDAR İSMAYIL

Müəlliflərlə  redaksiyanın 

mövqeyi  üst-üstə düşməyə bilər.

Əlyazmalar  geri  qaytarılmır.

Qəzet “Təbib”  qəze ti nin  

kompyuter mər kə zində yığılır, 

səhi fə lənir, “Bəxtiyar-4” İKŞ-də 

çap olunur. 

     


Ü N V A N I M I Z:

Mərdanov qardaşları - 100

2-ci mərtəbə,

Tel.: 595-24-97

tabibqazeti@gmail.com

Lisenziya Н - 022633

İndeks -0269

Sayı 4000

Sifariş: 220

 

 

Кафедраlarын  профессорları: 

  

 

- İnsan anatomiyası kafedrası  - 1 yer (0,25 vahid) 

- Psixiatriya kafedrası  - 1 yer (0,25 vahid) 

- Patoloji fiziologiya kafedrası  - 1 yer  

- Uşaq cərrahlığı kafedrası  - 1 yer (0,5 vahid) 

 

 Kafedraların  dosentləri: 

- I MPF-nin II daxili xəstəliklər kafedrası  - 1 yer 

- Yoluxucu xəstəliklər kafedrası  - 1 yer 

- II uşaq xəstəlikləri kafedrası  - 1 yer (0,75 vahid) 

- Ümumi gigiyena və ekologiya kafedrası  - 1 yer (0,5 vahid) 

- Uşaq stomatologiyası kafedrası  - 1 yer 

- Uşaq stomatologiyası kafedrası  - 1 yer (0,25 vahid) 

- III cərrahi xəstəliklər kafedrası   - 1 yer 

- I mamalıq və ginekologiya kafedrası  - 1 yer (0,5 vahid) 

- Yoluxucu xəstəliklər kafedrası  - 1 yer (0,5 vahid) 

- Onkologiya kafedrası  - 1 yer (0,5 vahid) 

- Onkologiya kafedrası  - 1 yer  

- Nevrologiya və tibbi genetika kafedrası  - 1 yer (0,5 vahid) 

    

 

Kafedraların baş müəllimləri: 



  

 

 - Mikrobiologiya və immunologiya kafedrası  - 1 yer 

- Tibbi fizika və informatika kafedrası  - 1 yer  

 

 Kafedraların müəllimləri: 

  

- Xarici dillər kafedrası  - 1 yer (0,5 vahid) 



- İctimai fənlər kafedrası - 1 yer (0,5 vahid) 

Kafedraların assistentləri:

- I cərrahi xəstəliklər kafedrası  - 1 yer (0,75 vahid ) 

- III cərrahi xəstəliklər kafedrası - 1  yer (0,5 vahid) 

- Terapevtik və pediatrik propedevtika kafedrası   - 1 yer (0,75 vahid ) 

- MPF-nin Uşaq xəstəlikləri kafedrası  - 1 yer (0,5 vahid) 

- Yoluxucu xəstəliklər kafedrası  - 1 yer 

- Yoluxucu xəstəliklər kafedrası  - 1 yer 

- Ailə təbabəti kafedrası  - 1 yer 

- Şüa diaqnostikası və terapiyası kafedrası  - 1 yer 

- MPF-in Uşaq xəstəlikləri kafedrası  - 1 yer (0,75 vahid ) 

- Ümumi gigiyena və ekologiya kafedrası  - 1 yer (0,5 vahid ) 

- Ağız və üz-çənə cərrahiyyəsi kafedrası - 1 yer 

- Uşaq stomatologiyası kafedrası  - 1 yer 

- Uşaq stomatologiyası kafedrası  - 1 yer (0,5 vahid ) 

- Uşaq stomatologiyası kafedrası  - 1 yer (0,5 vahid ) 

- Uşaq stomatologiyası kafedrası  - 1 yer  

- Terapevtik stomatologiya kafedrası - 1 yer (0,5 vahid) 

- Müalicə profilaktika, pediatriya, tibbi profilaktika 

  fakültələri üçün stomatologiya kafedrası  - 1 yer (0,5 vahid) 

- Nevrologiya və tibbi genetika kafedrası  - 1 yer (0,5 vahid) 



Müsabiqədə iştirak etmək üçün sənədlərin təqdim olunma müddəti elan 

qəzetdə («Təbib» qəzeti, 31 mart 2015-ci il) dərc olunduğu gündən 30 gün 

keçənədəkdir. Sənədlər rektorun adına yazılmış ərizə ilə birlikdə aşağıdakı 

ünvana təqdim edilməlidir: 

Bakı şəhəri- Az 1022, Bakıxanov küçəsi 23. Telefon: 597-10-08

AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ

AZƏRBAYCAN TİBB UNİVERSİTETİ

KA FED RA LAR    ÜZRƏ 

AŞA ĞI DA KI YERLƏRİ TUTMAQ ÜÇÜN  

MÜSA BİQƏ ELAN EDİR

Ədliyyə Nazirliyinin tibb xidmətinə qulluğa qəbulla bağlı müsabiqə davam edir

Şəkərli diabetin müalicəsi üçün dərmanlar çəki artımına səbəb olur

Tiazolidindionlar şəkərli diabe-

tin müalicəsi üçün istifadə olunan 

dərman qruplarından biri kimi 

tətbiq edilir. Bu preparatlar toxu-

maların insulinə qarşı həssaslığını 

artırır. Lakin bu qrupdan olan pre-

paratların kənar təsirlərindən biri 

çəki artımıdır. AZƏRTAC xarici 

KİV-lərə istinadən xəbər verir ki, 

Corciya Universitetinin alimləri bu 

zaman hansı bioloji mexanizmlərin 

işə düşdüyünü müəyyənləşdiriblər.

Siçanların orqanizmində alimlər 

aclığı stimullaşdıran hipotalamus 

hüceyrələri tapıblar. Sən demə qlü-

kozanın metabolizminə cavabdeh 

olan reseptorlar heyvanın qidalan-

masına nəzarət edən hüceyrələrdə 

lokallaşıb. Bu reseptor qrupunun 

fəallaşması gəmiricilərin iştahasını 

və gələcək üçün ərzaq ehtiyatına 

meyilliliyini yüksəldib. Reseptor-

ların blokadası zamanı heyvanların 

iştahası azalıb və aclıq hissi artıb.



 



Sağlam qidalanma üzrə ekspert və di-

etoloq Pınar Kural Enç min bir dərdə 

şəfa olan sarımsağın bahar qripinə 

qarşı ən təsirli qida olduğunu bildirib.

Selen baxımından zəngin olan sarımsağın sağlamlıq 

üçün çox faydalı olduğunu hər kəs yaxşı bilir. Dieto-

loq isə sarımsağın yeyilmə qaydası haqqında maraqlı 

məlumatlar verib:

“Sarımsağın tərkibində maqnezium, B 6, C, B 1 

vitaminləri, kalsium, fosfor və mis var. Sarımsaq xoles-

terini və təzyiqi aşağı salır, ürək və damar sağlamlığını 

qoruyur, infarkt riskini azaldır, tərkibində olan allogenik 

sayəsində qanın laxtalanmasının qarşısını alır.

Antibakterial xüsusiyyəti sayəsində bakteriya və 

virusların səbəb olduğu xəstəliklərin sağalma prosesini 

sürətləndirir. Bağırsaq və mədə xərçəngi başda olmaq 

üzrə bir çox xərçəng növündən qoruyur. Mədə qazına yax-

şı təsir edən bu qızıl qida həzmi də asanlaşdırır. Antioksi-

dant xüsusiyyətə malikdir.

Bahar aylarında ortaya çıxan soyuqdəymədən qo-

runmaq və ya xilas olmaq üçün də sarımsaq olduqca 

təsirli qidadır. İmmun sisteminizi gücləndirir və bədənin 

müqavimətini artırır.

Soyuqdəymə olduqda sarımsaq yeyərək yaxşılaşma 

prosesini sürətləndirmək mümkündür. Ancaq sarımsağın 

qanı durulaşdırıcı təsiri olması səbəbindən menstruasiya 

dövründəki xanımlar, əməliyyata hazırlaşanlar bu qidanı 

istehlak etməməlidir. Həmçinin təzyiqi normaldan aşağı 

olan insanlar bu qidadan uzaq durmalıdırlar. Çünki qan 

təzyiqi aşağıdırsa, sarımsaq təzyiqi daha da aşağı salaraq 

insanın halsız olmasına, hətta huşunu itirməsinə də səbəb 

olar. Yüksək təzyiqin müalicəsi üçün müntəzəm dərman 

istifadə edənlər mütləq həkimlə məsləhətləşərək bu qidanı 

qəbul etməlidirlər.

Bəzi insanlar sarımsağı gündəlik həyatlarında sevə-

sevə, həm də bol-bol yeyirlər. Sarımsaq faydalı olsa da, 

həddindən artıq istifadə etmək yorğunluğa səbəb olur. 

Xüsusilə qan azlığından (anemiya) şikayəti olanlar çiy 

sarımsaq istehlakından uzaq durmaları lazımdır”.

Sarımsaq qoxusunu necə aradan qaldırmaq olar?

Mütəxəssis bildirib ki, süd içdikdə sarımsağın qoxuya 

səbəb olan maddələri bağırsaqda bölünmür. Bu səbəbdən 

də tər və ya nəfəslə xaric olunmur.

Əgər sarımsağı yeyərkən süd içməmisiniz və artıq 

ağızdan xoşagəlməz qoxu gəlirsə, iyi xalq təbabəti üsulları 

ilə aradan götürmək olar. Məsələn, sarımsaq yedikdən 

sonra qoz ləpəsini çeynəmək və yetərincə əzildikdən sonra 

tüpürmək lazımdır. Bunu 2-3 dəfə təkrarladıqda yaxşı 

effekt verir.

Sarımsağın iyini aradan götürmək üçün yeməkdən 

sonra cəfərinin gövdəsini, yarpaqlarını və ya köklərini 

çeynəmək olar. Yeməkdən sonra dişləri, damaq və dili  

fırçalamaq da iyi azaldır. Limon, portağal və ya narıncı 

qabığı çeynəmək də kömək edir.

Mixək, darçın çeynəmək də qoxunu aradan götürür.



Sarımsağı necə yeməli?

Qidalanma mütəxəssisi sarımsağın faydasını görmək 

üçün çiy olaraq istehlak edilməsini təklif edir. Ancaq çiy 

sarımsaq yeməyi sevmirsinizsə, bişirdiyiniz yeməyi ocaq-

dan almazdan əvvəl (3-4 dəqiqə) bir neçə dənə dilimlərə 

doğranmış sarımsaq ata bilərsiniz. Sarımsağı 5-10 dəqiqə 

bişirsəniz, sağlamlığa faydalı sulfidin təsiri azalır. Zeytun 

yağına sarımsaq atsanız, bu qarışığı uzun müddət otaq 

(2-3 gün) temperaturunda saxlamayın. Çünki qızardılmış 

və ya çiy sarımsaq zeytun yağının içində uzun müddət qa-



larsa, qida zəhərlənməsi üçün əlverişli şərait yarada bilər.

Sarımsağı belə yemək daha faydalıdır!

Yüklə 279,15 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin