Birləşmiş Krallıqda medea layihəsi çərçivəsində partnyor universitet koordinatorlarının görüşündə atu da təmsil olunub



Yüklə 279,15 Kb.
Pdf görüntüsü
səhifə3/4
tarix01.04.2017
ölçüsü279,15 Kb.
#13045
1   2   3   4

Təxliyyə  zamanı  nə 

etməli?

*  təxliyyəyə  hazırlaşarkən 

fərdi  müdafiə  vasitələrini 

hazırlayın, 

geyim 

və 

ayaqqabınızı, bir günlük ərzaq 

azuqəsi, sənədləri, pul və digər 

vacib  şeyləri  çantaya  qoyun. 

Sonra həmin çantanı polietilen 

örtük ilə bükün;

*  təxliyyəyə  zamanı  evdən 

çıxarkən  qaz  və  elektrik 

cihazlarını söndürün, tez xarab 

olan məhsulları atın;

Bu 


sahədə 

əhalinin 

müaarifləndirilməsi  işində  təkcə 

əlaqədar  qurumlar  deyil,  eyni 

zamanda 

kütləvi 


informasiya 

vasitələrinin imkanlarından istifadə 

olunmalıdır.  Mühafizə  tədbirlərinin 

öyrədilməsi  ilk  növbədə  orta 

məktəblərdə təşkil olunmalıdır.   

Elza QURBANOVA,

Mülki Müdafiə Tibb 

Xidmətinin Təşkili kursunun 

müəllimi

Radiasiya və kimyəvi qəzalar zamanı mühafizə

u

 



Bakı şəhərində 

keçiriləcək I Avropa 

Oyunlarına həsr olunmuş 

XII Respublika Universiadası 

komandalarımız üçün çox yaxşı 

nəticələrlə başlanmışdır.

İlk gündən idman yarışları-

nın  gərgin mübarizə şəraitində 

keçməsinə  baxmayaraq, 

tələbələrimiz idmanın  bütün  

növləri üzrə yüksək yerləri tut-

maq üçün sona qədər mübarizə 

aparmaq əzmində olduqlarını 

nümayiş etdiriblər.

Məşqçi Kəmalə Qurbanova-

nın  yetirmələri olan  Ağaməcid 

Bağırov, Ülfət   Əlizadə,  Oruc 

Hüseynli və Leyli Sadıxlının 

əzmkarlığı nəticəsində koman-

damız idmanın dama növü üzrə 

yarışda birinci yerə çıxıb. 

Bundan başqa  güləşin 

cüdo növü üzrə yarışda bədən 

tərbiyəsi və idman kafedrasının 

baş müəllimi, əməkdar məşqçi 

Azər Bağırovun yetirmələri 

Emil  Əhmədov I, Mirsadıq 

Əskərov, Ülvi Səmədzadə, 

Rəvan  Balaoğlanov, Yəhya 

Səmədov və Baba Fərəcov isə 

III yerə çıxıblar.

Bədən tərbiyəsi və 

idman kafedrasının 

baş müəllimi, əməkdar 

məşqçi Adil Dadaşovun 

yetirmələri  Cavid Qurbanov 

I, Mehdi  Bəhruz  II yerə layiq 

görülüblər. Tələbələrdən Famil  

İsmayılov, Turan Allahverdiyev,  

Şamxal Cəfərov, Əhməd Bicilov 

isə ali məktəb tələbələri arasın-

da güləşin sərbəst növü üzrə 

yarışda III yerləri bölüşüblər . 

Əməkdar məşqçi professor, 

Zakir Məmmədovun rəhbərliyi 

altında idmançılarımız güləşin 

Yunan-Roma növü üzrə 

yüksək nəticə göstəriblər. 

Belə ki, Rişqədəm Əli, 

Fərhad Quliyev, Şixali 

Sərhanbəyov və  Vüqar 

Rzayev I, Ənvər Asla-

nov, Kərəm Əskərov və 

Elbəy Rasulov III yeri 

tutublar.

Onu da qeyd edək ki, 

Universiada hələ davam 

edir. Tələbələrimiz 

bundan sonra idma-

nın 12 növü üzrə çıxış 

edəcəklər. İnanırıq 

ki,  komandalarımızı 

təmsil edən idmançıla-

rımız yenə də yüksək 

qələbələrə imza atacaq-

lar.

Sevinc İSAYEVA,

İdman klubunun sədri

TƏLƏBƏLƏRİMİZ XII UNİVERSİADAYA UĞURLA BAŞLAYIBLAR


http://www.amu.edu.az

31 mart  2015-ci il

6



“Autizm  diaqnozu  dünyanın  sonu 

demək  deyil.  Bunu  dramatikləşdirməyə  ehti-

yac yoxdur. Autizm hansısa mənada ünsiyyət 

xəstəliyidir”. Bu sözləri uşaq psixiatrı, ATU-nun 

psixiatriya  kafedrasının  assistenti  Dr.İkram 

Rüstəmov Universitetin rəsmi “www.amu.edu.

az” saytına müsahibəsində bildirib. 

 

HAŞİYƏ: 

İkram 

Rüstəmov 

uşaq 

psixiatriyası 

ixtisası 

üzrə 

İstanbul 

Universitetinin 

Cərrahpaşa 

Tibb 

Fakültəsində 

oxuyub. 

Daha 

sonra 

psixiatriya  və  uşaq  nevrologiyası  üzrə 

rezidentura  təhsili  alıb.  2004-cü  ildə 

Cərrahpaşa  Tibb  Fakültəsində  həkim-

psixiatr  kimi  çalışıb,  daha  sonra 

İstanbulda  özəl  həkimlik  fəaliyyəti 

ilə  məşğul  olub.  2010-2011-ci  illərdə 

Mərkəzi  Klinik  Xəstəxanada,  2012-ci 

ildən isə Azərbaycan Tibb Universitetinin 

psixiatriya kafedrasında çalışır.

İ.Rüstəmov 

Harvard 

Universiteti 

Boston  Uşaq  Xəstəxanasının  inkişaf 

xəstəlikləri  departamentinin  elmi  işçisi-



dir. 10-a yaxın elmi işin müəllifidir.

ATU-nun  mətbuat  xidmətindən  verilən 

məlumata  görə,  İ.Rüstəmov  artıq  bir 

neçə  ildir  autizm  və  bənzər  sindromlar 

diaqnozunun 

adının 

dəyişdirildiyini 

bildirir:

-2013-cü  ildə  Amerika  Psixiatriya 

Assosiasiyasının 

diaqnostik 

təsnifatından sonra Autizm və bənzəri 

bir  çox  sindromların  diaqnozunun 

adı  dəyişdirilib.  Məsələn,  Asperger 

sindromu,  autizm,  dezinteqrativ 

psixoz, və s. kimi diaqnozlar qoyulmur. 

Autistik  əlamətlər  müşahidə  olunan 

uşaqlara “autistik spektr xəstəlikləri” 

deyilməyə  başlanıldı.  Çünki  bu 

uşaqların  heç  biri  digərinə  tam 

bənzəmir və bu səbəbdən də alimlər bir 

standartlaşmanın  qəti  əleyhinə  çıxır. 

Bu xəstəliyi bir çərçivə halında, yayğın 

bir  interval  kimi  qiymətləndirməyə 

başladılar.

-Bəs  autistik  spektr  xəstəlikləri  nədir, 

əlamətləri özünü nədə göstərir?

-  Ən  başlıca  simptomu  sosial 

ünsiyyətdə problemlərin yaranmasıdır. 

Yəni,  uşaq  öz  yaşına  uyğun  olmayan 

jestlər  edir,  mimiklərdən  istifadə 

edir.  Göz  təmasından  qaçır,  digər 

uşaqlarla oynamır, bu və bu kimi digər 

sosial  ünsiyyətin  komponentlərində 

geriləmə,  pozğunluq  olur.  İkinci 

əlamət, nitq inkişafının ləngiməsidir. 

Üçüncüsü,  uşağın  maraq  dairəsi 

məhdud  olur,  daha  çox  yalnız  öz 

ehtiyacları  daxilində  olanlara  maraq 

göstərir. 

Bu 3 əlamət autistik spektr üçün ana 

simptomlar  sayılır.  Amma  bunlarla 

yanaşı, 

stereotipiya 

dediyimiz 

müəyyən ritmik hərəkətlərdə də özünü 

göstərə  bilər.  Məsələn,  müəyyən  bir 

müddət  sonra  nitqi  düzələn  uşaqlar 

özləri barəsində üçüncü şəxs qismində 

danışırlar. “Mən bunu istəyirəm” yox, 

“Əli  bunu  istəyir”  kimi  ifadələrdən 

istifadə edirlər.

Bundan əlavə, belə uşaqlar heç nəyə 

diqqət  vermir,  böyüklərin  heç  bir 

göstərişini  izləmir,  heç  nə  öyrənmək 

istəmir  və  s.  Bəzən  nitq  inkişafında 

ciddi geriləmə olmur, amma çox qeyri-

adi qabiliyyətlərə malik olurlar.

- Bu qeyri-adilik özünü nədə göstərir?

-  Məsələn,  bu  uşaqlardan  bəziləri 

yaşlarına  uyğun  olmadığı  halda 

müəyyən  sahədə  həddən  artıq 

informasiyaya sahib olurlar. Məsələn, 

mənim  6  yaşlı  bir  xəstəm  600  illik 

Osmanlı imperiyasının tarixini əzbər 

bilir.  Digəri  bütün  avtomobilləri 

xırda  detalına  kimi  tanıyır. 

Başqa  birisi  200-ə  yaxın  ölkənin 

prezidentlərinin,  liderlərinin  adını 

əzbər bilir. Yəni, kənardan baxanda, 

bəlkə  də  bu  uşaqlar  super  istedadlı 

görünür,  amma  elə  deyil.  Bu,  zəka 

məhsulu yox, açıqlaya bilmədiyimiz 

bir  mexanizmdən  qaynaqlanan 

xüsusiyyətlərdən üstün cəhətlərdir.

Atipik autistik xüsusiyyətləri olan 

xəstələr də var. Yəni, konkret olaraq 

Kanner  sindromu  diaqnozu  ala 

bilməyən uşaqlar var ki, ola bilər ki, 

dili açılır, amma sosial təmas qura 

bilmir.

Bu,  əslində  anadangəlmə  bir 

problemdir,  amma  özünü  1,5-2  yaş 

dövründə  göstərir.  Valideynlər  məhz 

bu dövrdə əlamətləri hiss edirlər.

-  Bu  xəstəlik  hansı  üsullarla  müalicə 

olunur?

-  Təəssüf  ki,  bu  növ  xəstəliklərin 

müalicəsində bəzi mütəxəssislər nitqi 

açan, beyin inkişaf etdirən dərmanlar 

yazırlar. Amma dünya praktikasında 

autistik 

spektr 

xəstəliklərinin 

müalicəsi üçün heç bir preparat istifadə 

olunmur. Preparatlar daha çox yanaşı 

problemlərə  görə  yazılır  -  məsələn, 

uşağın  aqressiyası,  hiperaktivliyi, 

yuxu  pozuntusu,  davranış  pozuntusu 

və  s.  kimi  faktorlar  varsa,  onları 

aradan  qaldırmaq  üçün  bunlardan 

istifadə oluna bilər.

Onu  da  deyim  ki,  autistik  spektr 

xəstəliyinin  müalicəsi  üçün  erkən 

diaqnostika  vacibdir.  İkincisi,  psixo-

pedaqoji  tədbirlər  də  görülməlidir. 

Xüsusi  psixo-pedaqoqlar  tərəfindən 

belə  uşaqlara  ABA  terapiyası 

adlandırılan  xüsusi  terapiya  tətbiq 

olunur.

Əgər  autistik  spektr  xəstəliyi  olan 

uşaqlarda  ciddi  yanaşı  xəstəlik 

yoxdursa,  çox  vaxt  onların  vəziyyəti 

müsbətə doğru gedir. Uşağın 6 yaşından 

tez  reablitasiyaya  başlaması,  bu 

uşaqlarda  nəticələrin  daha  yaxşı 

olması  ehtimalını  artırır.  Onların 

cəmiyyətə  qaynayıb-qarışması,  bir 

iş  sahibi  olması,  normal  insanların 

əhatəsində 

yaşamağı 

öyrənməsi 

mümkündür.  Təəssüf  ki,  autistik 

düşüncə  tərzinin  tamamilə  aradan 

qalxması,  sıfıra  endirilməsi  mümkün 

deyil, müəyyən qədər olsa da defisitlər 

qalacaq.

Demensiya  yaddaşın,  təfəkkürün  və 

hərəkətin  degenerasiyasının  baş  verdiyi 

sindromdur.  AZƏRTAC  BMT-nin  Xəbərlər 

Mərkəzinə  istinadla  xəbər  verir  ki, 

Cenevrədə  Dünya  Səhiyyə  Təşkilatının 

(DST) səhiyyə nazirləri səviyyəsində birinci 

konfransı  keçirilir.  Konfrans  demensiya  ilə 

mübarizəyə həsr edilib.

Konfrans  əhalinin  demensiya  barədə 

məlumatlılığını  artırmaq  və  bütün  ölkələri 

milli  və  dünya  səviyyəsində  bu  xəstəliyə 

qarşı  mübarizə  aparmağa  çağırmaq 

məqsədi daşıyır. Bütün bu məsələlər Qlobal 

fəaliyyət planında əksini tapıb.

Beyinin  zədələnməsi  ilə  nəticələnən 

müxtəlif xəstəliklər və zədələr demensiyanın 

inkişafına  yol  açır.  Məsələn,  Altsheymer 

xəstəliyi  demensiyanın  ən  geniş  yayılmış 

formasıdır: xəstəlik hallarının 60-70 faizi bu 

sindromun payına düşür.

Qeyd  edək  ki,  hazırda  dünya  üzrə  47,5 

milyon  adam  demensiya  sindromundan 

əziyyət  çəkir.  Hər  il  7,7  milyon  adam  bu 

xəstəliyə  tutulur.  Ekspertlər  ehtiyat  edirlər 

ki, kəmağıl adamların sayı 2050-ci ilə qədər 

üçqat artacaq.

DST demensiya əleyhinə 

mübarizəyə həsr edilmiş 

konfrans keçirir



 



Mart ayının əvvəllərində 

Birləşmiş  Krallığın  Çes-

ter Universitetində Eras-

mus Mundus Proqramının MEDEA 

layihəsi  çərçivəsində  partnyor 

universitet  koordinatorlarının  gö-

rüşü  və  2015-2016-cı  dərs  ilində 

mübadilə proqramında iştirak edə-

cək  namizədlərin  seçim  komissi-

yasının növbəti iclası keçirilib.   

Görüş  zamanı  Azərbaycan,  Gür-

cüstan,  Belarus,  Moldova,  Ukray-

na  universitetləri  və  Almaniya,  Bö-

yük  Britaniya,  İspaniya,  İtaliya, 

Yunanıstan, Litva, Latviya, Portuqaliya 

universitetləri  arasındakı  mübadilənin 

ilk ilinin nəticələri, bu zaman meydana 

çıxmış  çətinliklər,  onların  aradan  qal-

dırılma  yolları  barədə  fikir  mübadiləsi 

aparılıb.

Görüşdə  Azərbaycan  Tibb  Universi-

tetini  (ATU)  proqramın  yerli  koordi-

natoru,  ATU-nun  Beynəlxalq  əlaqələr 

üzrə  prorektoru  Rəhimə 

Qabulova  təmsil  edib.  O, 

tələbə  mübadiləsi  zama-

nı  üzləşdikləri  problemlər 

haqda  danışıb.  Həmçinin 

universitetlər  arasında  kurri-

kulumların  uyğunlaşdırılma-

sı,  Avropa  universitetlərindən 

müəllimlərin post-sovet məka-

nından  olan  uni ver si tet lərə 

təcrübə  mübadiləsi  məqsədi 

ilə dəvət olunması, tələbələrin 

dil  bacarıqlarının  inkişaf  etdirilməsi 

üçün  Avropa  universitetlərində  yay  dil 

məktəblərinin təşkil olunması və s. kimi 

təkliflərlə çıxış edib.

Görüşdə cari ilin mart-aprel aylarında 

MEDEA  layihəsi  çərçivəsində  tələbə, 

magistr,  doktorantura  və  doktorantu-

radan  sonrakı  pillələrdə  təhsil  almaq 

üçün Avropa İttifaqının təqaüdünə əlavə 

sənəd  qəbulunun  keçirilməsi  də  qərara 

alınıb.

Birləşmiş Krallıqda MEDEA layihəsi çərçivəsində partnyor 

universitet koordinatorlarının görüşündə ATU da təmsil olunub

Autizmin müalicəsində heç bir 

preparatdan istifadə olunmur


31 mart  2015-ci il

http://www.amu.edu.az

7

u

 



Əmək və Əhalinin 

Sosial Müdafiəsi 

Nazirliyi (ƏƏSMN) 

yanında Dövlət Əmək 

Müfəttişliyi Xidməti 

(DƏMX) tərəfindən 28 

Aprel - Ümumdünya 

Əməyin Mühafizəsi 

Günü ilə əlaqədar 

cari ilin aprel ayı 

Azərbaycanda 

“Təhlükəsiz iş aylığı” 

elan olunub.

AZƏRTAC xəbər verir 

ki, bu barədə DƏMX-in 

isi Fuad Əlizadə məlumat 



verib. Bununla bağlı 

müvafiq Tədbirlər Planının 

təsdiq edildiyini bildirən xidmət rəisi “Təhlükəsiz 

iş aylığı”nın keçirilməsinin işçilər üçün sağlam və 

təhlükəsiz əmək şəraitinin yaradılmasına nail olun-

ması, istehsalatda bədbəxt hadisələrin qarşısının 

alınması üçün qabaqlayıcı tədbirlərin görülməsinin 

və əməyin mühafizəsi sahəsində mövcud nöq-

sanların aradan qaldırılmasının təmin edilməsi 

məqsədinə yönəldiyini vurğulayıb. Ümumdünya 

Əməyin Mühafizəsi Gününün qeyd olunduğu 

aprel ayında Tədbirlər Planına əsasən Bakıda və 

respublikanın regionlarında əməyin mühafizəsi, 

işçi insanların həyat və sağlamlığının qorunması 

mövzusunda silsilə tədbirlər həyata keçiriləcək. 

Bu tədbirlər vasitəsilə işəgötürənlərin, eləcə də 

işçilərin, ümumən cəmiyyətin diqqətinin əməyin 

təhlükəsizliyi problemlərinin ciddiliyinə cəlb 

edilməsi nəzərdə tutulur.

Xidmət rəisi işəgötürənlər və işçilər ara-

sında əməyin mühafizəsi ilə bağlı təbliğat-

maarifləndirmə işlərinin aparılması üçün seminar-

müşavirələrin, “dəyirmi masa”ların, müxtəlif 

görüşlərin təşkil olunacağını qeyd edib. Bununla 

yanaşı, istehsalat qəzası riski yüksək olan 

müəssisələrdə, xüsusən də mişar daşlarının 

istehsalı sahələrində (daş karxanalarında) əmək 

qanunvericiliyinə, texniki təhlükəsizlik qayda-

larına əməl olunması vəziyyətinin öyrənilməsi 

üçün sosial tərəfdaşların, aidiyyəti dövlət 

qurumlarının nümayəndələrinin iştirakı ilə 

dövlət nəzarəti tədbirlərinin həyata keçirilməsi 

nəzərdə tutulur. Nəticədə aşkar edilən nöqsan-

ların aradan qaldırılması üçün müvafiq tədbirlər 

görüləcək.

F.Əlizadə Ümumdünya Əməyin Mühafizəsi 

Günündə, yəni aprelin 28-də isə “Əməyin 

mühafizəsi profilaktikası mədəniyyətini 

birgə yüksəldək” mövzusunda konfransın 

keçiriləcəyini, tədbirdə əməyin mühafizəsi 

sahəsində ölkədə mövcud vəziyyətin və qarşıda 

duran vəzifələrin geniş müzakirə olunacağını bil-

dirib. “Bundan öncə DƏMX tərəfindən ölkəmizdə 

ilk dəfə olaraq ötən ilin sentyabrında “Təhlükəsiz 

iş həftəsi”, daha sonra cari ilin yanvar-fevral 

aylarında “Təhlükəsiz iş ongünlüyü” keçirilib. 

Belə tədbirlər, ümumən Xidmət tərəfindən həm 

maarifləndirmə, həm də inzibati yönümdə aparılan 

işlərin müsbət nəticəsi olaraq, istehsalatla əlaqəli 

bədbəxt hadisələrin, bu hadisələr nəticəsində ölən 

və xəsarət alanların sayı kəskin şəkildə azalır. 

Məsələn, cari ilin yanvar ayında istehsalatla əlaqəli 

bədbəxt hadisələrin sayı 2014-cü ilin yanvar ayı 

ilə müqayisədə 28,5 faiz, fevral ayında isə müvafiq 

dövrlə müqayisədə 2,6 dəfə azalıb. Belə hadisələr 

nəticəsində ölənlərin sayı bu ilin yanvar ayın-

da 50 faiz azalıbsa, fevral ayında belə hadisələr 

nəticəsində ölüm halı ümumiyyətlə qeydə alınma-

yıb. Xəsarət alanların sayında da kəskin azalma 

özünü göstərib. Lakin bizim məqsədimiz odur ki, 

ümumiyyətlə, belə hadisələrin baş verməməsi üçün 

iş yerlərində səylər daha da artırılsın.



 

Azərbaycan Tibb Universitetinin 

(ATU) Əczaçılıq fakültəsində 

Novruz bayramı münasibətilə 

tədbir keçirilib. ATU rəhbərliyinin 

təşəbbüsü ilə paytaxt restoranlarından 

birində təşkil edilən bayram tədbirində 

Əczaçılıq fakültəsinin tərkibində olan 

bütün kafedraların kollektiv heyəti iştirak 

edib.

Rəsmi açılış mərasimində çıxış edən 

Əczaçılıq fakültəsinin dekanı, professor 

Tahir Süleymanov tədbir iştirakçılarının 

Novruz bayramını təbrik edərək, hər kəsə bol 

ruzi-bərəkət, uğurlu iş fəaliyyəti arzu edib. 

Professor Tahir Süleymanov qeyd edib ki, bu bayram 

insanları bir-birinə daha da yaxınlaşdırır.

Daha sonra universitetin tədris işləri üzrə 

prorektoru Sabir Əliyev çıxış edib. O, ATU 

rəhbərliyi adından bütün tədbir iştirakçılarının 

bayramını təbrik edib, yaradıcı heyətə uğurlar 

diləyib.

Bütövlükdə tədbirdə professor-müəllim 

heyəti, həmçinin fakültədə təhsil alan dokto-

rantlar və magistrlər fəal iştirak ediblər.

Bayram tədbiri çərçivəsində bir sıra 

müsabiqələr də keçirilib ki, bu da tədbiri daha 

da maraqlı edib. Birinci müsabiqənin şərti 

qonaqlar tərəfindən böyük maraqla qarşıla-

nıb. Belə ki, hər kafedranın kollektivi öz iş 

fəaliyyətləri ilə bağlı düşüncələri əsasında 

Novruz xonçası hazırlayıb. Münsiflər heyətinin 

ümumi qərarına əsasən, birinci yerə Əczaçılıq 

Texnologiyası və İdarəçiliyi kafedrası layiq görülüb 

və təşkilatçılar tərəfindən kubokla təltif edilib.



 

Peyğəmbərlərin 

insanlara 

göndərilməsində 

məqsəd Uca Allahın (c.c.) 

ismarışını çatdırmaq, 

insanlara öyüd və nəsihət 

verməkdir. Gözəlliklərin 

yayılmasının ən təsirli 

yollarından biri öyüd 

verməkdir. Öyüd verməyin 

məqsədi insanlara fayda 

verməkdirsə, onda nəsihəti 

gözəl bir üslubla vermək 

lazımdır. Əks təqdirdə, niyyətimiz insanlara fayda vermək olsa da, 

qəlbin sınmasına səbəb ola bilərik.

“Əgər nəsihət etmək fayda versə, öyüd-nəsihət ver!” (əl-Əla, 87/9).

Yuxarıda qeyd etdiyimiz ayədə Uca Allahın (c.c.) ilk növbədə 

Peyğəmbərimizə (s.ə.s.) xitab etməsini belə izah edə bilərik: Ey 

Peyğəmbərim! Allahın ilahi vəhy vasitəsilə sənə bildirdiyi əmr və qa-

dağaları insanlara bildirərək xatırlat, Quranın ehtiva etdiyi hökmləri 

və məlumatları insanlara çatdırıb öyrədərək onlara moizə və nəsihət 

ver, Quranla öyüd ver, onları xeyirli istiqamətə yönəlt və dinin 

hökmlərini göstər. Bunu edərkən insanların hal və vəziyyətlərinə 

diqqət et ki, məqsədin hasil olsun, öyüd və nəsihətlərin fayda versin.

Bununla belə, Peyğəmbərimizin əsas vəzifəsini nəzərə alsaq, 

xatırlatma və öyüd yalnız onlardan fayda əldə edəcək insanlar üçün 

yox, bütövlükdə hamı üçündür. Belə ki, hamıya olmasa da, öyüd 

və nəsihətin mütləq bir faydası vardır. Təbii ki, hamının öyüd və 

nəsihətə əməl etməsini gözləyə bilmərik. Allahın insana bəxş etdiyi 

azad iradəyə görə hər kəs öz seçimini edir. Öyüddən yararlananlar, 

ondan faydalanmaq istəyənlər olacaqdır. Peyğəmbərimiz göndərilən 

ismarışı məcburi şəkildə qəbul etdirmək məsuliyyətini daşımır. 

“Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi. 

İnsanları iman gətirməyə sənmi məcbur edəcəksən ?!” (Yunus, 10/99) 

ayəsində qeyd olunduğu kimi, Peyğəmbərimizin vəzifəsi insanları 

zorla yola gətirmək deyil, yalnız ən gözəl şəkildə təbliğ etməkdir. 

“Peyğəmbərin vəzifəsi ancaq açıq-aşkar təbliğ etməkdir!” (əl-

Ətıkəbut, 29/18) ayəsi də məhz bu məqamı açıqlayır.

Həzrəti Peyğəmbər təbliğ vəzifəsini və öhdəliyini yerinə yetirərək 

öz vəzifəsini layiqli şəkildə icra etmişdir. Ondan sonra artıq insanlar 

öz hallarında sərbəstdirlər. Bu mövzudakı davranışları və aqibətləri 

fərqli ola bilər. Uca Allah insanların bu öyüdə qarşı münasibətlərini 

nəzərə alaraq, istədiyi şəkildə onları cəzalandırar və ya mükafatlandı-

rar. Həzrəti Peyğəmbərin təbliğinə qulaq asıb, bu öyüddən yararlanan 

və öyüdün fayda verdiyi insanlarla yanaşı, öyüdə qulaq asmaya-

raq, ondan yararlanmayan insanlar da vardır. Həzrəti Peyğəmbərin 

təbliğindən faydalanaraq öyüd ala bilənlər qəlblərində Allah qor-

xusu olan, nəticədə Onun dərgahına qayıdacaqlarını bilənlərdir. Bu 

mövzuda şübhəyə qapılanların da öyüddən faydalanması mümkün-

dür. Lakin küfrdə və inadda, inkarda və nankorluqda israr edənlər 

öyüddən faydalana bilməz, öyüdün onlara faydası olmaz. Deməli, 

öyüddən yararlana bilməsi üçün insan ilk öncə iman gətirərək qəlbini 

və zehnini ilahi mesajın məqsədini anlamağa və onun tətbiqinə aç-

malı və hazırlamalıdır. Əks təqdirdə, Allah və Rəsulunun ismarışının 

onlara heç bir faydası olmaz.

Belə ki, qeyd olunan ayəni, ondan əvvəl və sonra gələn ayələrlə 

birlikdə düşünsək, Uca Allahın Peyğəmbərimizə verdiyi əmri və 

tövsiyəsi bu mənaya gələr:

“Ey Peyğəmbərim! Sən təbliğ et, amma dinimin insanlara çatdı-

rılmasında heç bir şəkildə özünü çətinliyə salma, özünü məsuliyyət 

daşımadığın mövzularda məsul tutaraq çətinliyə salma. Sən ölüləri 

dirildə bilməzsən. Sən karlara eşitdirmək, korlara isə göstərmək 

məsuliyyətini daşımırsan. Biz sənin işini asanlaşdırdıq. Sən qulaq 

asaraq səni dinləyənlərə anlatmağa davam et. Qəlbində Allah qor-

xusu olanlar mütləq öyüddən faydalanarlar. Lakin xəbərdarlığa qarşı 

laqeydlik göstərən bədəməl şəxslərlə əlaqəli özünü məsul tutaraq 

məyus olma, işini çətinləşdirmə. Sən nə qədər səy göstərsən də, o 

şəxslər öyüddən yayınarlar. Göstərdikləri münasibət səbəbi ilə bun-

dan faydalana bilməzlər”.

Nəticədə qeyd edə bilərik ki, insan öz xüsusiyyəti baxımın-

dan istənilən halda öyüdə və nəsihətə möhtacdır. Bu baxımdan 

peyğəmbərlərin dəvətinə qulaq asmayan, inkar edən bir çox insan-

ların inkarlarının dillərindən ibarət olduğunu nəzərə alsaq, belə 

nəticəyə gələ bilərik ki, insanların əksəriyyəti nəsihətdən təsirlənirlər. 

Bu isə nəsihətin qaçılmaz olduğunu göstərir. Elə isə nəsihətin 

mütəmadiliyi prinsipi ümdə bir prinsip olmaqla yanaşı, bu nəsihət 

gözəl bir üslubla, fərdləri bezdirmədən və incitmədən verilməlidir. 

Nəsihətdən əvvəl fərdin maddi və mənəvi ehtiyaclarını və vəziyyətini 

də nəzərə alaraq, özümüzü onun yerinə qoymaqla öz davranışlarımızı 

da nəzərdən keçirməliyik. Dediklərimizin və tövsiyə etdiklərimizin 

öz mənliyimizdə qarşılığının olub-olmadığını düşünməliyik. Bəzən 

sözdən çox, gözəl bir davranış öyüd kimi daha təsiredici olur. Unut-

mamaq lazımdır ki, insanlar nə qədər korlanırsa-korlansın, qəlblər 

nə qədər qatılaşırsa-qatılaşsın, meneələr nə qədər çoxalırsa-çoxalsın, 

heç bir nəsil öyüddən faydalanma və yararlanma bacarığını büsbütün 

itirməz. 

«Zaman Azərbaycan»


Yüklə 279,15 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin