4.TM-nin deniz neqliyyatin da texniki inkisafi,is prinsipi haqqinda
Turbin-burulan, fırlanan deməkdir. Buxar qazanda potensial enerji yaradır və
oradan soploya verilir. Soploda temperatur və sürət azalır. Soplodan çıxan buxar
turbin lapatkalarına verilir, lapatkalar fırlanır. Turbin valı fırladır. Val isə dişli
çarxı fırladır. Bu üsulla valın fırlanma dövrlər sayını azaltmaq olar. Generatorlar
3000, 1500, 750, 375 abarodnan işləyir. Mühərrikin gücü silindirlərin sayı, takt
əmsalını, silindirlərin diametlərini, orta effektiv təzyiqi artırmaqla artırılır.
Mühərrikin gücü
Sənayedə buxar turbinlərinin istifadəsi təxminən XIX əsrin axırlarına təsadüf
edir. Belə ki, 1883-cü ildə Loval (isveçrəli) bir pilləli aktiv turbin düzəltmiş, (gücü
3.8 kVt) n=2500 dövr/dəq, 1884-cü ildə isə mühəndis Persons reaktiv turbin
düzəltmişdir. (n=7000dövr/dəq gücü isə 7.4 kVt), 1896-cı ildə isə amerikalı
mühəndis Kertist iki və üç pilləli turbin düzəltmişdir. Dövrlər sayını azaltmaq üçün
çox pilləli turbinlər layihələndirirlər. Fransız Roto 1900-cü ildə təzyiq pilləli aktiv
turbin düzəldir. Bu anlardan turbinlərin inkişafı sürətlə irəli gedir. Artıq 1912-ci il
Putilov zavodunda ən sürətli eskadra nuka daşıyıcı “NOVİK” suya salınır.
Turbinlərin dövrlər sayı yüksək olduğundan dişli çarx ötürmələrindən geniş
istifadə olunur (və ya çox pilləli turbinlər yaradılır). Sonralar Kirov zavodu çox
sayda turbinlər istehsal edir. Lehim komsomolu 950 kVt, Praqa Sofiya 14000 kVt,
Krım 22100 kVt. Bunlardan başqa qaz turbinlərindən də istifadə edilir. Yalnız
yüksək temperatura davamlı materialların istehsalı artdıqda qaz turbinlərindən
istifadı genişlənib. Buna misal “Kapitan Samilkov” 36800kVt , deydveyt 35000
ton (burada istifadə olunan qurğu: qaz turbini, util qazanların qazanı, buxar turbini,
reduktor, vint). Turbin istilik rotasion mühərrik olaraq buxarın potensial enerjisini
kinetik enerjiyə çevirərərək valı-rotoru fırladaraq mexaniki enerjiyə çevirir və
generatora yaxud vintə (reduktorun köməyi ilə) ötürülür. Əgər enerjinin çevrilməsi
yalnız hərəkət edən hissədə baş verirsə belə turbinlər təmiz reaktiv turbinlər
sayılır. Əgər potensial enerji kinetik enerjiyə hərəkət etməyən hissədə, kinetik
enerji hərəkət etməyən hissədə kinetik enerji mexaniki enerjiyə hərəkət edən
hssədə baş verərsə belə halda turbinlər reaktiv vurğulu adlanırlar. Müasir
turbinlərin təxminən hamısı reaktiv vurğulu turbinlərdir. Odur ki, əsasən aktiv
prinsiplə işləyən turbinlər reaktiv adlanırlar.
Reaktiv qüvvələrin təsirinə başqa misal top atəş açarkən qundağı arxaya gedir və
yaxud qayıqdan suya tullanarkən qayıq da əks istiqamətdə bir qədər hərəkət edir ki
bunlar da reaktiv qüvvələrin təsiridir.
Dostları ilə paylaş: |