Beynəlxalq valyuta – kredit münasibətləri


Tədiyyə balansının strukturu



Yüklə 46,91 Kb.
səhifə2/5
tarix28.11.2023
ölçüsü46,91 Kb.
#169373
1   2   3   4   5
2.Yeni Movzu-3-4=Tədiyyə balansı kopyası

Tədiyyə balansının strukturu

Tədiyə balansında beynəlxalq iqtisadi əməliyyatların qeydiyyatı bir-birlərinə olan bənzərliklərinə və iqtisadi təsirlərinə görə qruplaşdırılır. Belə əsas hesab qrupları bunlardır: cari əməliyyatlar hesabı, kapital hərəkətləri hesabı və ehtiyat aktivləri hesabı.
Cari əməliyyatlar hesabı.
Birini qrup əməliyyatlar mal ticarətini əhatə edir. Bir çox ölkələrin xarici iqtisadi əlaqələrində mal ticarəti əhəmiyyətli yer tutur. İxracat krediti (alacaqlı), idxalat isə debet (borc) əməliyyatıdır. Mal ixracatı ilə mal idxalatının meydana gətirdiyi fərqə “xarici ticarət balansı” adı verilir. Bu termin tədiyə balansı termini ilə qarışdırılmamalıdır. Xarici ticarət balansı, ümumiyyətlə, iqtisadiyyatdakı uzunmüddətli struktur dəyişikliklərinin, ya da rəqabət gücünün bir göstəricisi olaraq təhlil edilir.
İkinci qrup əməliyyatlar beynəlxalq xidmətlər sahəsindəki ticarətdir. Bunlara “görünməyən ticarət” də deyilir. Məsələn, xarici turizm, beynəlxalq bank və sığorta xidmətlərindən əldə edilən komisyon və marjlar, xarici investorların mənfəət və faiz gəliləri (kapital xidmətlərinin qarşılığı olaraq), lizinqin qarşılığı, xarici məşvərətçilik xidmətləri və mühəndislik maaşları kimi öhdəliklər bu əməliyyatlar sırasına daxil edilir.
Üçüncü alt qrupu qarşılıqsız yardımlardır. Bunlar ianə və yardım xarakterində olduğu üçün, qarşısında bir öhdəlik yoxdur. Buna görə də buna tək tərəfli trasferlər deyilir. Məsələn, özəl şəxs və ya hökumətlərin xarici ölkələrə göndərdikləri mal və pul şəklindəki yardımlar, hədiyyələr və s. kimi əməliyyatlar bura aiddir.
Cari əməliyyatlar hesabına qeyd edilən bütün debet və kredit əməliyyatlarının miqdarına cari əməliyyatlar balansı deyilir.
Ölkənin xarici dünya ilə apardığı bütün növ maliyyə vəsaiti və birbaşa qoyulan sərmayə investisiyaları, tədiyə balansının sərmayə hesabı bölməsində qeyd edilir. Kapital hesabı əvvəlcə uzunmüddətli və qısamüddətli sərmayə deyilən iki alt bölməyə ayrılır. Birbaşa xarici sərmayə investiyaları ilə xarici istiqraz vərəqələri və səhm sənədlərinin alqı-satqısı uzunmüddətli sərmayə əməliyyatları daxildir. Bundan başqa rəsmi qurumlar tərəfindən xarici ölkələrdən və ya beynəlxalq maliyyə qurumlarından təmin edilən layihə və proqram kreditləri də bu qrupa daxildir. Sərmayə hesabına qeyd edilən əməliyyatların ikinci qrupunu qısamüddətli, yəni müddəti prinsipcə 1 ildən az olan sərmayə giriş və çıxışları təşkil edir. Sərmayə, kurs və faiz dəyişikliklərinə qarşı çox həssas olub, asanlıqla bir ölkədən digər ölkəyə hərəkət edə bilir. Buna görə də bunlara bəzən «isti pul» (hot money) fondları da deyilir. Qeyd etmək lazımdır ki, ölkədən kapital çıxışı (mal ixracatının tərsinə) ölkə baxımından debet, kapital girişi isə kredit əməliyyatıdır.
Ümumi debet və kredit sərmayə əməliyyatları arasındakı fərqə də sərmayə balansı deyilir. Ehtiyat aktivləri zəruri hallarda istifadə etmək məqsədi ilə mərkəzi bank tərəfindən tutulan beynəlxalq ödəmə vasitəsidir. Mərkəzi bankların valyuta bazarına müdaxilələri ölkənin xarici iqtisadi və maliyyə münasibətlərindəki proseslərin bir nəticəsidir. Əgər ölkənin xaricdən əldə etdiyi valyuta gəlirləri valyuta xərclərini tam şəkildə qarşılayırsa, valyuta kurslarında aşırı bir yüksəlmə və ya düşmə də görülmmür. Belə vəziyyətdə mərkəzi bankın müdaxiləsinə lüzum yoxdur. Əksinə, valyuta təklifi valyuta tələbindən çox olarsa, valyuta kursları aşağı düşür.
Əgər mərkəzi bank, az-çox bütün ölkələrdə görüldüyü kimi, kurs sabitliyini təmin edən bir siyasət izləyirsə, bu təqdirdə valyuta bazarına müdaxilə etməlidir. Yəni valyuta tələbi çox olanda valyuta satmalı və təklif çox olanda bazardan valyutanı almalıdır. Bu fəaliyyətlər kursları istənilən səviyyədə saxlamağa kömək edir. Təbii ki, mərkəzi bankın müdaxilələri digər cəhətdən də ehtiyat aktivlərində dəyişməyə səbəb olmur.Bazarda valyuta satışı olanda ehtiyatlar azalır, bazardan valyuta alanda isə ehtiyatlar artır. Ehtiyatlardakı konkret dəyişmələr isə, ölkənin tədiyə balansında göstərilir. Mühasibat baxımından ehtiyatlardakı bir azalma kredit, artma da debet əməliyyatı kimi qeydə alınır. Ehtiyat aktivləri hesabı ilə birlikdə tədiyə balansının əsas hesab qruplarının nəzərdən keçirdik. Tədiyə balansında qeydə alınan əməliyyatlardan bir qismi sərbəst, bir qismi də tarazlaşdırıcı xarakterə malikdir. Tədiyə balansında müsbət və ya mənfi saldo meydana gətirən əməlyiyatlar sərbəst əməliyyatlardır.




  1. Yüklə 46,91 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin