Beynəlxalq valyuta – kredit münasibətləri


Tədiyyə balansına təsir edən amillər



Yüklə 46,91 Kb.
səhifə5/5
tarix28.11.2023
ölçüsü46,91 Kb.
#169373
1   2   3   4   5
2.Yeni Movzu-3-4=Tədiyyə balansı kopyası

4. Tədiyyə balansına təsir edən amillər
1. Ölkənin siyasi və iqtisadi inkişafının qeyri-tarazlığı, beynəlxalq rəqabət, II Dünya müharibəsindən sonraki dövrdə Avropanın iqtisadi potensialın zəifləməsi nəticəsində Qərbi Avropa və Yaponiyanın tədiyyə balansında yüksək kəsir yaranmışdı, amma ABŞ-ın tədiyyə balansı isə aktiv idi,zəngin qızıl ehtitatlarına malik idi. 60-cı illərdən etibarən başlayaraq dünya sənaye istehsalında, əmtəə ixracında, kapital ixracında ABŞ-ın payının azalması onun tədiyyə balansında xroniki defisit yaranmasına səbəb oldu. 70-ci illərin əvvəllərindən isə 3 mərkəz - ABŞ, Qərbi Avropa, Yaponiya - arasındakı münaqişələr,ticarət müharibələri onların tədiyyə balansında əks olunur. ABŞ tədiyyə balansının qeyri-sabitliyi artır. Dünya əmtəə və kapital bazarında xüsusi çəkisinin artması, iqtisadi və elmi-texniki potensialının genişlənməsi,xüsusən də həmin vaxtda Avropa İqtisadi Əməkdaşlıgı çərçivəsində ümumi bazar səviyyəsinə yüksəlməsi Qərbi Avropa və Yaponiyada 70-90-cı illərdə müsbət saldonun yaranmasına gətirib çıxardı.
2. İqtisadiyyatda tsiklik tərəddüdlər. Tədiyyələr balansında təsərrüfat fəaliyyətinin canlanması və tənəzzülü kimi tərəddüdlər baş verir, belə ki, ölkənin 29 xarici iqtisadi fəaliyyəti onun daxili iqtisadiyyatının konyunkturasından asılıdır. Sənaye tsikli ilə müəyyənləşən tədiyyə balansı tərəddüdü daxili iqtisadi proseslərin bir ölkədən digərinə yayılmasına yardım edir. İstehsalın genişlənməsi yanacaq, xammal,yarımfabrikatlar ,avadanlıq idxalını artırır, iqtisadi artımın zəifləməsi ilə isə məhsulların idxalını azaldır. Əmtəə, kapital və xidmətlər ixracı dünya bazarında mühüm dəyişikliklərə aparıb çıxarır. Zəif təsərrüfat inkişaf edəndə , adətən, kapital ixracı artır. Sürətli iqtisadi inkişaf zamanı isə gəlirlər artır,valyutanın ölkədən çıxması prosesi dayanır, ölkədə kredit ekspansiyası güclənir, faiz dərəcəsi artır, kapital ixracının sürəti aşağı düşür.
3. Dövlətin xaricdəki xərclərinin yüksəlməsi. Tədiyyə balansına mənfi təsir göstərən amillərdən biri müxtəlif siyasi və iqtisadi məqsədlər daşıyan xarici dövlət xərcləridir.Misal kimi demək olar ki,bəzən dövlətlər geosiyasi mövqeyini möhkəmlətmək məqsədilə bir çox ölkələrə yardımlar,kreditlər verir.
4. İqtisadiyyatın hərbiləşdirilməsi və hərbi və silahlanmaya çəkilən xərclər. Hərbi xərclərin tədiyyə balansına dolayı təsiri onların istehsala, iqtisadi artım sürətinə mənfi təsiri, həmçinin ixracda istifadə oluna biləcək investisiya resurslarının mülki sahələrdən çıxarılması ilə müşayiət olunur.
5. Beynəlxalq maliyyə asılılığının güclənməsi. Müasir şəraitdə tədiyə balansının əsas bölmələrindən biri maliyyə axınının hərəkətidir. Səbəb kapital ixracının, borc kapitalı bazarının, avrovalyutabazarının, maliyyə bazarlarının genişlənməsi ilə əlaqədardır. Kapitalın hərəkətinin vacib amillərindən biri tədiyyə balansında mövcud olan disbalans və onun passiv saldosunun örtülməsi ilə bağlıdır. Nəticədə ölkələr arasındakı maliyyə asılılığı kommersiya asılılığına nisbətən daha güclüdür. İxracatçı ölkələrin tədiyyə balansına kapital ixracının ikiqat təsiri odur ki, bu onun passivini genişləndirirt, lakin müəyyən müddətdən sonra ölkəyə faiz və dividend axını gəlir. Xarici kapitalın axını idxalatçı ölkələrin də tədiyyə balansına ikiqat təsiri var. Kredit əməliyyatlarından daxilolmalar artsa da, ödəmə vaxtı çatdıqda, borclu ölkələr borcu, həmçinin faiz 30 və dividendləri qaytarmalı olurlar. Lakin kapitalın istifadəsi gəlir gətirdiyi şəraitdə isə, bu, borclu ölkənin tədiyyə balansına müsbət təsir göstərəcəkdir.
6. Beynəlxalq ticarətdə dəyişikliklər. Son illərdə hazır, elmtutumlu məhsullar, həmçinin neft, enerji resursları ilə ticarət daha intensiv artıb. Dünya ticarətinin 71%-i məhz sənayecə inkişaf etmiş ölkələrin payına düşür. Sənayejə inkişaf etmiş ölkələr arasındakı ticarət onların ixracının 80%-ini, inkişaf etməkdə olan ölkələr arasındakı ticarət əməliyyatları isə onların ixracının 1/4 hissəsini təşkil edir. TMK-ların firmadaxili məhsul mübadiləsi,transfer qiymətlərlə ticarət, həmçinin rəqabətin qeyri-qiymət amilləri – keyfiyyət, etibarlılıq, məhsulun çatdırılma vaxtı tədiyyə balansına mühüm təsir göstərir.
7. Valyuta-maliyyə amili. Bildiyimiz kimi devalvasiya ixracı həvəsləndirir, revalvasiya isə idxalı stimullaşdırır. Dünya valyuta sisteminin qeyri-sabitliyi beynəlxalq ticarət və hesab şərtlərini pisləşdirir. Milli valyuta məzənnəsinin aşağı düşməsi proqnozlaşdırılan vaxt idxal və ixrac ödənişlərinin qarışması yaranır: idxalçılar ödənişi tezləşdirməyə can atırlar, amma ixracatçılar, əksinə, xarici valyutanı almağa tələsmirlər. Üzən valyuta kursunun daxil olması ilə valyuta itkisi riski artıb. Aparıcı valyutaların (dollar, funt sterlinq, iyen, avro) kursundakı dəyişikliklər əksəriyyət ölkələrin tədiyyə balansına təsir göstərir.
8. İnflyasiyanın mənfi təsiri. Qiymətlərin artımı milli məhsulların rəqabətqabiliyyətliliyini azaltmaqla onların ixracını çətinləşdirir, əmtəə idxalını həvəsləndirir və xaricdə kapital axtarışına kömək edir.
9. Fövqəladə hallar - yəni,təbii fəlakətlər, yoxsulluq,xammalın qiymətində gözlənilməyən dəyişikliklər, qəzalar və s. tədiyyə balansına mənfi təsir göstərir. Praktiki olaraq, demək lazımdır ki, bütün makroiqtisadi göstəricilər tədiyyə balansına əsaslı təsir göstərir. Onları 2 qrupa ayırmaq olar: milli makroiqtisadi tənzimlənmə kriteriyaları və xarici iqtisadi göstəricilər. Birinci qrupa daxildir: milli gəlir, faiz dərəcəsi səviyyəsi, pul emissiyasının kütləsi və həcmi.
Yüklə 46,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin