BəRDƏliləR



Yüklə 5,99 Mb.
Pdf görüntüsü
səhifə64/542
tarix02.01.2022
ölçüsü5,99 Mb.
#2222
1   ...   60   61   62   63   64   65   66   67   ...   542
 

 

 

 

 

 


 

138

 

 

 

      

ƏFƏNDİYEVA  (QURBANOVA) 

      RÜZGAR  ŞAHMAR QIZI 

 

Azərbaycan Yazıçılar Birliyinin üzvü 

(1988), Jurnalistlər Birliyinin üzvü (1994), 

“Araz” ali ədəbi (1997), “Heyran xanım” 

ədəbi (1994), “Qızıl qələm”  (2005), “Nigar 

Rəfibəyli” (2006) adına mükafatların laurea-

tıdır.  

1947-ci il mayın 9-da Azərbaycanın 

Bərdə şəhərində qulluqçu ailəsində anadan  

olmuşdur. Bərdə  şəhər 3 saylı orta məktəbində  təhsil almışdır. (1954-

1965). Əmək fəaliyyətinə 1 saylı Bərdə uşaq bağçasında tikişçi kimi baş-

lamışdır. (1963-1965). ADU-nun filologiya fakültəsində  təhsilini davam 

etdirmişdir. (1965-1970). Bakıda 248 saylı şəhər orta məktəbində dil-ədə-

biyyat müəllimi işləmişdir (1970-1974). 1975-ci ildə “Maarif” nəşriyya-

tında korrektor, kiçik redaktor, redaktor və “Azərbaycan dili və ədəbiyyatı 

dərslikləri” redaksiyasının müdiri (1994-2005) vəzifələrində  işləmişdir. 

Bədii yaradıcılığa orta məktəbdə ikən coşqun həvəs göstərmişdir. İlk mət-

bu  şeirləri (“Könül verərsənmi?”, “İstərəm”), “Lenin tərbiyəsi uğrunda” 

çoxtirajlı Universitet qəzetinin 1965-ci il 31 dekabr tarixli sayında çıxmış-

dır. Dövri mətbuatda,  ədəbi almanaxlarda müntəzəm çıxış edir. Şeirləri 

Bolqarıstanda, Əfqanıstanda, Türkiyədə, Rusiyada, Özbəkistanda və baş-

qa xarici ölkələrdə bolqar, fars, türk, rus, özbək və s. dillərdə dərc olunur.   

Bəstəkarlardan Oqtay Kazımov, Elza İbrahimova, Həsənağa Qur-

banov, Oqtay Rəcəbov, Bahadur Hüseynov, Ülviyyə Süleymanova və b. 

80-dək şeirlərinə musiqi bəstələmişdir. 

Onun “Axtarma məni” (musiqisi: Bahadur Hüseynov) mahnısını 

məşhur türk müğənnisi Əməl Sayın, “Sənli günlərim”-i (musiqisi: Oqtay 

Kazımov) isə Nəşə Qaraböcək oxuyur.  

“Unuda bilməzsən”, “Gözlə”, “Ömürdən keçən illər”, “Lalənin lə-

çəyi”, “Aydınlıqdan gedən yolda”, “Gedən də var, qalan da var”, “Xatirə-

lər çiçəkləyəndə”, “Vətəndir Arifin səsi”, “Əbədi günəş” və s. kitabların 

müəllifidir. O, həm də romanlar, povestlər, hekayələr müəllifidir. “Yol-

gözləyənlər” povesti 1997-ci ildə, “İki sahil” qəzetində çap olunmuşdur. 

Bu povestin radio tamaşası (ssenarisini Şəfəq Sultan Əlixanlı yazmışdır) 

Azərbaycan radiosunun fondundadır. Vaxtaşırı səsləndirilir.  



 

139

Ruzgar xanım həm də «Natəvan» оpеrasının ariya və duеt mətn-

lərinin müəllifidir. 1999-2002-ci illərdə görkəmli bəstəkar, xalq artisti

prоfеssоr Vasif Adıgözəlоvla birlikdə bu əsər üzərində işləmişdir. 2003-

cü il dеkabrın 7-də əsər Оpеra və Balеt Tеatrında səhnəyə qоyulmuş və 

böyük uğur qazanmışdır.    

Rüzgar  Əfəndiyeva Azərbaycan poeziyasında xüsusi mövqeyi 

olan, elə ilk şeirlərindən öz dəsti-xətti ilə seçilən, tanınmış şairdir. 

Onun yaradıcılığı haqqında Xalq şairi Mirvarid Dilbazi, Məmməd 

Araz, Xəlil Rza Ulutürk, Vəli Nəbiyev, Boris Leonov (Moskva), Akif 

Əliyev, Sabir Rüstəmxanlı, Sərvaz, Qasım Qasımzadə, Nəriman Həsən-

zadə, öz fikirlərini söyləmişlər.  

Şeirləri dərsliklərə və dərs vəsaitlərinə salınmışdır.  

 Türkiyədə  dərc olunan “Şeir dəftəri” jurnalında Havva Abdulla-

yevanın Rüzgar Əfəndiyevanın yaradıcılığı haqqında maraqlı yazısı ve-

rilmişdir.  

Hazırda yaradıcılıq fəaliyyəti ilə  məşğuldur. “Rüstəm – Napole-

onun yavəri” romanı üzərində işləyir. 

 

 

 



 

 

 



 

 



 


Yüklə 5,99 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   542




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin