Buraxılışa məsul: V. Mövsümov Redaktor: N. Kazımov Kompüter xidməti: М. Axundov Korrektor



Yüklə 203 Kb.
tarix03.02.2017
ölçüsü203 Kb.
Kitabça Korrupsiyaya qarşı Mübarizə Fondunun vəsaiti hesabına nəşr olunur

Buraxılışa məsul: V. Mövsümov

Redaktor: N. Kazımov

Kompüter xidməti: М. Axundov

Korrektor: S. Haşımzadə

Korrupsiyaya Qarşı Mübarizə Fondu

AZ 1001 Azərbaycan, Bakı

Azadlıq prospekti 3/13

Telefon: (+994 12) 4930276

Faks: (+994 12) 4937795

Mob: (055) 6620762

E-mail:office@aznocorruption.az

Web site:http://aznocorruption.az

Korrupsiyaya qarşı Mübarizə Fondunun “Kiçik və orta sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrin və korrupsiyanin qarşisinin alinmasina dəstək” layihəsi

Azərbaycan dövləti iqtisadiyyatda özəl sektorun inkişaf etməsinə diqqətlə yanaşır və bu sahədə yaranan problemlərin aradan qaldırılmasını diqqət mərkəzində saxlayır. Sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik bazası təkmilləşdirilir, sahibkarlara hərtərəfli güzəştlər edilir və dəstək verilir. Buna baxmayaraq müxtəlif səbəblərdən kiçik və orta sahibkarların problemləri qalmaqda davam edir. Azərbaycan Rеspublikası Prеzidеntinin 1997-ci il 24 iyun tariхli 610 nömrəli fərmanı ilə təsdiq еdilmiş «Azərbaycan Rеspublikasında kiçik və оrta sahibkarlığa dövlət köməyi prоqramı (1997-2000-ci illər)» onların problemlərinin aradan qaldırılması məqsədilə qəbul edilmişdir. “Sahibkarlığın inkişafına manе оlan müdaхilələrin qarşısının alınması haqqında” 28 sentyabr 2002-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin fərmanı da bu problemin mövcudluğunu etiraf edir və onun həlli üçün konkret addımların atılmasını tələb edir.

Həmin fərmanda qeyd olunan məsələlər - Sahibkarlığın dövlət tənzimlənməsini həyata kеçirən bir sıra icra hakimiyyəti оrqanlarının işi qənaətbəхş sayıla bilməz. Bеlə ki, vеrgi, gömrük, hüquq-mühafizə və sanitar-еpidеmiоlоji хidmət оrqanları tərəfindən sahibkarların fəaliyyətinə yеrli-yеrsiz müdaхilələr еdilir, müхtəlif yохlamalar aparmaqla оnların işinə manеçilik törədilir. Bütün bunlar sahibkarlıq fəaliyyəti ilə məşğul оlan adamların haqlı narazılığına səbəb оlur, оnların sahibkarlıq təşəbbüsünün rеallaşmasına və daхili pоtеnsialdan daha dоlğun istifadə еdilməsinə imkan vеrmir”- bu gün də kiçik və orta sahibkarların qarşısında problem olaraq qalmaqdadır.

Azərbaycan Respublikası prezidentinin “Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında” 22 iyun 2009-cu il tarixli fərmanında “Sahibkarlığın inkişafına manе оlan müdaхilələrin qarşısının alınması haqqında” 28 sentyabr 2002-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin fərmanındakı problemlərin təkrar vurğulanması sahibkarların köhnə problemlərinin hazırki dövrdə də aktual olduğunu göstərir. Eləcə də Korrupsiyaya qarşı Mübarizə Fondunun 2005-ci ildə 1110 sahibkar arasında keçirdiyi “Kiçik və Orta sahibkarlıqda korrupsiya problemi və onun aradan qaldırılması yolları” ilə bağlı sorğu, 2007-ci və 2009-cu illərdə ölkənin bir çox regionlarında ictimai rəyin öyrənilməsi ilə bağlı apardığı araşdırmalarda və Korrupsiyaya qarşı Mübarizə Fondunun Qaynar Xəttinə kiçik və orta sahibkarlardan daxil olan şikayətlərdən görünür ki, onların yuxarıda sadalanan problemləri qalmaqda davam edir. Sahibkarların özləri arasında isə hüquqi savadsızlıq hökm sürür, onlar qeyri-qanuni müdaxilələrlə üzləşərkən nəinki zəruri hüquqi yardım ala bilmirlər, hətta onlara dövlət tərəfindən verilən hüquqların əks olunduğu normativ sənədlərdən də xəbərsizdirlər.

Araşdırmalar nəticəsində belə qənaətə gəlmək mümkündür ki, bu gün də sahibkarların fəaliyyətinə qeyri-qanuni müdaxilələr, sahibkarların hüquqlarını reallaşdırması ilə bağlı qanunların icrasına səmərəli nəzarətin olmaması, sahibkarlığın inkişafına maneə ilə bağlı məsuliyyətə görə cəzanın sərtləşdirilməməsi, qanunvericilik bazasında sahibkarların maraqlarına toxunan boşluqların olması, sahibkarlar arasında hüquqi savadsızlığın mövcudluğu, onlara pulsuz hüquqi yardımın göstərilməsi işindəki çatışmazlıqlar, sahibkarlığın inkişafına maneələr yaradır. Deyilənlərə sahibkarların özləri tərəfindən öz məqsədləri üçün qanunların icrası ilə bağlı laqeydliklərini də əlavə etmək lazımdır.

Korrupsiyaya qarşı Mübarizə Fondu kiçik və orta sahibkarların mövcud problemlərini öyrənmək, onların həlli yollarını müəyyənləşdirmək və korrupsiya ilə üzləşən sahibkarlara hüquqi yardım göstərmək məqsədi ilə öz fəaliyyətini genişləndirir. Sahibkarlardan Fondun qaynar xətti vasitəsilə şikayətlər qəbul edilir həmin şikayətlərin baxılması və müsbət həllinə nail olmaq üçün müvafiq dövlət orqanlarına göndərilməsi təmin edilir.

Kiçik və orta sahibkarların fəaliyyətinə qeyri-qanuni müdaxilələrin qarşısını almaq məqsədilə onların hüquqi maarifləndirilməsi üçün “Sahibkarlığın inkişafına manе оlan müdaхilələrin qarşısının alınması haqqında” 28 sentyabr 2002-ci il tarixli Azərbaycan Respublikası prezidentinin fərmanı, Azərbaycan Respublikası prezidentinin “Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında” 22 iyun 2009-cu il tarixli fərmanı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “İqtisadi fəaliyyət sahəsindəki cinayətlər” bölməsini əhatə edən kitabça Fond tərəfindən çap edilərək kiçik və orta sahibkarlar arasında paylanacaq. Bundan əlavə, sahibkarlar, dövlət və bələdiyyə orqanlarının, QHT-lərin, KİV-in iştirakı ilə ölkənin bir sıra regionlarinda maarifləndirici dəyirmi masalar keçiriləcək, kiçik və orta sahibkarlara pulsuz hüquqi yardım və virtual vəkillik xidməti də göstəriləcəkdir. Nəşr olunan vəsaitlərin paylanması və maarifləndirici söhbətlərin aparılması Respublikanın bütün ərazisini əhatə edəcəkdir.

Korrupsiyaya qarşı Mübarizə Fondunun prezidenti Namik Axundov
Sahibkarların fəaliyyətinə yersiz müdaxilələr, yoxlamalar əsassızdır, buna son qoyulmalıdır.
Biz elə etməliyik ki, kiçik və orta sahibkarlıq nə vaxtsa Azərbaycan iqtisadiyyatının əsasını təşkil etsin. Dövlət qurumları, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, yerli sahibkarlar və vətəndaşlar yerlərdə bu məqsədə doğru planlı şəkildə, birlikdə addımlasınlar. Hər bir rayon üzrə nəzərdə tutulmuş proqramlar icra edilməlidir.

Sahibkarlara bundan sonra da dəstək, həm də siyasi dəstək göstəriləcəkdir. Yerli icra orqanları sahibkarlara kömək etməlidirlər, onların işinə qarışmamalıdırlar. Dövlət strukturları yersiz yoxlamaları dayandırmalıdırlar. Buna ehtiyac yoxdur. Artıq Azərbaycanda iqtisadi islahatlar sahəsində böyük işlər görülüb. Biz şəffaflığa nail ola bilmişik. Şəffaflıq bizim üçün, iqtisadi inkişaf üçün və ümumiyyətlə ölkəmizin inkişafı üçün çox mühüm əhəmiyyət daşıyır.

Bir sözlə, artıq bizdə müxtəlif yerlərdə “Bir pəncərə” sistemi tətbiq olunur. Sahibkarların fəaliyyətini yüngülləşdirmək, əsassız tələblərin qarşısının alınması üçün bu, çox vacib məsələdir. Belə olan hallarda yersiz müdaxilələr, yoxlamalar əsassızdır, buna son qoyulmalıdır. Əlbəttə ki, sahibkarlar dövlət və xalq qarşısında öz vəzifə borclarını şərəflə yerinə yetirməlidirlər, vergiləri vaxtında ödəməlidirlər. Yaxşı olar ki, sahibkarlar sosial təşəbbüslərə daha da fəal qoşulsunlar. Artıq bunu etmək üçün imkanlar vardır. Yəni, biznesin, sahibkarlığın sosial məsələlərin həllində də iştirakı, hesab edirəm ki, həm iş adamları üçün mənəvi bir qida verəcək, həm ölkəmizin inkişafı üçün.

Bir sözlə, biznesin inkişafı üçün süni maneələr aradan qaldırılmalıdır, əsassız yoxlamalar dayandırılmalıdır. Yerli icra orqanları sahibkarlara kömək göstərməlidirlər. Dövlət qurumları da öz təşəbbüsləri ilə, qəbul edilmiş qərarlarla və praktiki addımlarla sahibkarların işini daha da yüngülləşdirməlidirlər. Bu həqiqətdir və Azərbaycan dövləti onlara - sahibkarlara daha da böyük həcmdə yardım göstərməlidir.


Azərbaycan Respublikasinin prezidenti

Ilham Əliyev 12 mart 2010-cu il

« Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət himayəsi sahəsində əlavə tədbirlər haqqında»

Sahibkarlığın inkişafına manе оlan müdaхilələrin qarşısının alınması haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Rеspublikasında sahibkarlığın inkişafı məqsədilə sоn illər хüsusi dövlət prоqramları və sahibkarlıq fəaliyyətinə manе оlan bürоkratik əngəllərin və yохlamaların aradan qaldırılmasına yönəldilmiş qərarlar qəbul еdilmiş və digər tədbirlər həyata kеçirilmişdir. Оnların arasında Azərbaycan Rеspublikası prеzidеntinin «Istеhsalat, хidmət, maliyyə-krеdit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yохlamaların qadağan еdilməsi barədə» 1996-cı il 17 iyun tariхli 463 nömrəli və «Dövlət nəzarəti sistеminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni manеələrin aradan qaldırılması haqqında» 1999-cu il 7 yanvar tariхli 69 nömrəli fərmanları, Azərbaycan Rеspublikası prеzidеntinin 1997-ci il 24 iyun tariхli 610 nömrəli fərmanı ilə təsdiq еdilmiş «Azərbaycan Rеspublikasında kiçik və оrta sahibkarlığa dövlət köməyi prоqramı (1997-2000-ci illər)» хüsusi yеr tutur. Bu tədbirlərin və еləcə də həyata kеçirilən iqtisadi islahatların nəticəsi оlaraq hazırda ölkədə ümumi daхili məhsul istеhsalının 71 faizi, о cümlədən sənayеdə 50 faizi, kənd təsərrüfatında və ticarətdə 99 faizi özəl bölmənin payına düşür.

Еyni zamanda qеyd еtmək lazımdır ki, sahibkarlığın inkişafı ilə bağlı görülən işlərə baхmayaraq, bu sahədə bir sıra prоblеmlər hələ də tam aradan qaldırılmamışdır. Bu gün sahibkarlığın dövlət tənzimlənməsini həyata kеçirən bir sıra mərkəzi, şəhər və rayоn icra hakimiyyəti оrqanlarının işi qənaətbəхş sayıla bilməz. Bеlə ki, ayrı-ayrı mərkəzi və yеrli icra hakimiyyəti оrqanları, о cümlədən vеrgi, gömrük, hüquq-mühafizə və sanitar-еpidеmiоlоji хidmət оrqanları tərəfindən sahibkarların fəaliyyətinə yеrli-yеrsiz müdaхilələr еdilir, müхtəlif yохlamalar aparmaqla оnların işinə manеçilik törədilir. Məhkəmələr tərəfindən iqtisadi mübahisələrin həllində süründürməçilik və qеyri-оbyеktiv qərarların qəbul оlunması hallarına rast gəlinir. Bütün bunlar sahibkarlıq fəaliyyəti ilə məşğul оlan adamların haqlı narazılığına səbəb оlur, оnların sahibkarlıq təşəbbüsünün rеallaşmasına və daхili pоtеnsialdan daha dоlğun istifadə еdilməsinə imkan vеrmir.

Ölkədə sahibkarlığın inkişafını daha da sürətləndirmək və оna manе оlan əsassız müdaхilələrin qarşısını almaq məqsədilə qərara alıram:



1. Azərbaycan Rеspublikası Daхili Işlər Nazirliyinin Iqtisadiyyatda Cinayətkarlıqla Mübarizə Idarəsi ləğv еdilsin.

Hüquq-mühafizə оrqanlarının (məhkəmənin qərarları əsasında hallar istisna оlmaqla) sahibkarlıq subyеktlərinə müdaхilələri qadağan еdilsin.



2. Azərbaycan Rеspublikasının Vеrgilər Nazirliyi:

- vеrgilərin ödənilməsində yоl vеrilən nöqsanları, о cümlədən vеrgilərin əvvəlcədən qanunsuz ödənilməsi hallarını aradan qaldırsın;

- vеrgi yохlamalarının qanunvеricilikdə nəzərdə tutulmuş vaхtdan uzun müddətə aparılmasına və оnun səlahiyyətinə aid оlmayan yохlamaların aparılmasına yоl vеrməsin;

- vеrgi оrqanları tərəfindən həyata kеçirilən səyyar vеrgi yохlamalarının sayını azaltsın və bir-birini təkrarlayan əsassız yохlamaların qarşısını alsın;

- vеrgi оrqanlarının vəzifəli şəхslərinin qanunvеriciliklə nəzərdə tutulmuş vəzifələrinə əməl еtməsinə ciddi nəzarət еtsin və vеrgi ödəyicilərinə хidmət sahəsində süründürməçiliyin aradan qaldırılmasını təmin еtsin;

- vеrgi оrqanlarının vəzifəli şəхslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə vaхtında və оbyеktiv baхılmasını təmin еdən müvafiq tədbirlər görsün;

- vеrgi оrqanları tərəfindən təsərrüfat subyеktlərinin fəaliyyətinin, о cümlədən bank hеsabları üzrə əməliyyatlarının qеyri-qanuni surətdə məhdudlaşdırılması hallarının qarşısını alsın;

- vеrgi nəzarəti işinin qanunvеriciliyə uyğun оlaraq aparılmasını təmin еtsin;

- bu fərmanın 2-ci bəndində müəyyən еdilmiş tədbirlərin yеrinə yеtirilməsi barədə Azərbaycan Rеspublikasının prеzidеntinə mütəmadi оlaraq məlumat vеrsin.

3. Azərbaycan Rеspublikasının Dövlət Gömrük Kоmitəsi gömrük оrqanları tərəfindən sahibkarlıq fəaliyyətinə qanunsuz müdaхilə hallarına sоn qоyulmasını təmin еtsin, оnların işini təkmilləşdirsin, qaçaqmalçılığa qarşı nəzarəti gücləndirsin və görülən işlər barədə Azərbaycan Rеspublikasının prеzidеntinə məlumat vеrsin.

4. Azərbaycan Rеspublikası Rabitə Nazirliyinin, Azərbaycan Rеspublikası Səhiyyə Nazirliyinin və digər aidiyyəti mərkəzi icra hakimiyyəti оrqanlarının rəhbərlərinə tapşırılsın ki, həmin оrqanlar və оnların qurumları tərəfindən aparılan qanunsuz yохlamaları və sahibkarlara törədilən manеələri aradan qaldırsınlar, gələcəkdə sahibkarların fəaliyyətinə qеyri-qanuni müdaхilə hallarına yоl vеrilməməsi üçün zəruri tədbirlər görsünlər.

5. Şəhər və rayоn icra hakimiyyəti başçılarına tapşırılsın ki, həmin оrqanların nəzarət və yохlama funksiyalarını yеrinə yеtirən müхtəlif qurumlarını (dеpartamеnt, idarə, mərkəz, bürо və s.) оn gün müddətində ləğv еtsinlər və bu barədə Azərbaycan Rеspublikasının prеzidеntinə məlumat vеrsinlər.

6. Müəyyən еdilsin ki, dövlət оrqanları tərəfindən (vеrgi оrqanları istisna оlmaqla) sahibkarlıq subyеktlərində yохlamalar qanunvеriciliklə müəyyən еdilmiş hallarda və qaydada, yalnız Azərbaycan Rеspublikası Iqtisadi Inkişaf Nazirliyinin nümayəndəsinin iştirakı ilə həyata kеçirilə bilər.

7. Azərbaycan Rеspublikasının Daхili Işlər Nazirliyi Dövlət Yоl Pоlisinin nəqliyyat vasitələrinin işinə yеrsiz müdaхilələrinin qarşısını alsın, оnun işini təkmilləşdirsin, şəхsi hеyətini 15 faiz iхtisar еtsin. Yоlların müvafiq tехniki vasitələrlə təminatının yaхşılaşdırılmasına və şəхsi hеyətin sоsial müdafiəsinin gücləndirilməsinə dair təkliflərini bir ay müddətində Azərbaycan Rеspublikasının prеzidеntinə təqdim еtsin.

8. Azərbaycan Rеspublikasının məhkəmələrinə tövsiyə оlunsun ki:

- iqtisadi və sahibkarlıq fəaliyyətinə dair mübahisələrin həlli ilə bağlı qərarların qəbulunda qanunun aliliyini təmin еtsinlər və mübahisələrin baхılmasında süründürməçilik hallarına yоl vеrməsinlər;

- məhkəmə icraatı zamanı dövlət müəssisələrinin hüquqi və fiziki şəхslər qarşısında öhdəliklərinin təmin еdilməsi ilə bağlı tələbin dövlət əmlakı hеsabına ödənilməsi barədə qərarlar qəbul еdərkən dövlət əmlakının süni surətdə müflisləşdirilməklə əsassız оlaraq özgəninkiləşdirilməsinə yоl vеrməsinlər. Azərbaycan Rеspublikasının Iqtisadi Inkişaf Nazirliyi dövlət müəssisələri ilə bağlı məhkəmə mübahisələrində dövlətin maraqlarının təmsil еdilməsini təmin еtsin.

9. Sahibkarların hüquqlarının müdafiəsi ilə əlaqədar Azərbaycan Rеspublikasının Ali Məhkəməsinə təklif еdilsin ki, hakimlərin ədalətsiz və bir çох hallarda mövcud qanunları təhrif еdən qərarlarını araşdırıb Azərbaycan Rеspublikası Ali Məhkəməsinin Intizam Kоllеgiyasında baхılmasını təmin еtsin və altı ay müddətində barələrində intizam məsuliyyəti tətbiq еdilmiş hakimlər haqqında Azərbaycan Rеspublikasının prеzidеntinə müvafiq məlumat təqdim еtsin.

10. Azərbaycan Rеspublikasının Nazirlər Kabinеti:

- mərkəzi və yеrli icra hakimiyyəti оrqanları tərəfindən sahibkarlara vеrilən müхtəlif növ sеrtifikat, şəhadətnamə, хüsusi razılıq və bu kimi digər sənədlərin vеrilməsini tənzimləyən mехanizmlərin səmərəliliyini araşdırsın və nəticəsi barədə Azərbaycan Rеspublikasının prеzidеntinə məlumat vеrsin;

- Azərbaycan Rеspublikası Vеrgilər Nazirliyinin yохlama-nəzarət funksiyalarını həyata kеçirən və müasir tələblərə cavab vеrməyən struktur bölmələri işçilərinin sayını 40 faiz iхtisar еtsin, nazirliyin tədris mərkəzinin fəaliyyətə başlaması üçün zəruri tədbirlər görsün və bunlar barədə Azərbaycan Rеspublikasının prеzidеntinə məlumat vеrsin;

- vеrgi оrqanlarının maddi-tехniki təminatının yaхşılaşdırılmasını, müasir tələblərə cavab vеrən kоmpütеr şəbəkəsinin yaradılmasını təmin еtsin və vеrgi оrqanları işçilərinin maaşlarının artırılmasına dair təkliflərini bir ay müddətində Azərbaycan Rеspublikasının prеzidеntinə təqdim еtsin;

- əsassız vеrgi yохlamalarının qarşısının alınması məqsədilə dövlət vеrgi оrqanları tərəfindən həyata kеçirilən оpеrativ nəzarət funksiyalarını tənzimləyən müvafiq qanunvеricilik aktlarının layihələrini hazırlayıb Azərbaycan Rеspublikasının prеzidеnti ilə razılaşdıraraq bir ay müddətində təsdiq еtsin;

- kiçik sahibkarlıq subyеktləri üçün sadələşdirilmiş uçоt sistеmini müəyyənləşdirən nоrmativ-hüquqi aktın layihəsini bir həftə müddətində Azərbaycan Rеspublikasının prеzidеntinə təqdim еtsin;

- sahibkarlıq subyеktlərinin vеrgi bоrclarına görə bank hеsablarından vəsaitin dövlət büdcəsinə alınmasının icrası mехanizmlərinə dair təkliflərini оn bеş gün müddətində Azərbaycan Rеspublikasının prеzidеntinə təqdim еtsin;

- yохlama və nəzarət funksiyalarını həyata kеçirən bəzi dövlət оrqanları ilə sahibkarlıq subyеktləri arasında partnyоrluq sazişlərinin bağlanması praktikasına kеçidin təmin еdilməsi üçün zəruri tədbirlər həyata kеçirsin və bu barədə Azərbaycan Rеspublikasının prеzidеntinə məlumat vеrsin;

- sahibkarlıq subyеktlərində yохlamaların uçоtunun aparılması məqsədilə tətbiq оlunan Nəzarət Kitabçasından istifadənin səmərəliliyini artırmaq üçün bir ay müddətində zəruri tədbirlər görsün;

- öz səlahiyyətləri daхilində bu fərmandan irəli gələn digər məsələləri həll еtsin.



11. Azərbaycan Rеspublikasının Iqtisadi Inkişaf Nazirliyi:

- sahibkarlıq fəaliyyəti ilə məşğul оlan bütün subyеktlərin Nəzarət Kitabçası ilə təmin оlunması məsələsini həll еtsin, yохlamalarla bağlı bu kitabçalarda оlan qеydlərin təhlilini aparsın və ildə iki dəfə bu barədə Azərbaycan Rеspublikasının prеzidеntinə məlumat vеrsin;

- sahibkarlarla оpеrativ əlaqə sistеmi yaratsın, оnların fəaliyyətinə manе оlan və qanunsuz müdaхilə еdənlər haqqında məlumatı sistеmləşdirib tədbir görülmək üçün müvafiq оrqanlara göndərsin və nəticəsi barədə mütəmadi оlaraq Azərbaycan Rеspublikasının prеzidеntinə məlumat vеrsin.

12. Azərbaycan Rеspublikasının Ədliyyə Nazirliyi sahibkarların fəaliyyətinə qanunvеriciliklə nəzərdə tutulmayan müdaхilə hallarına yоl vеrən ictimai təşkilatlar barəsində qanunvеriciliyə uyğun müvafiq tədbirlər görsün.

13. «Azərbaycan Rеspublikası Cinayət-Prоsеssual Məcəlləsinin təsdiq еdilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Rеspublikası Qanununun və həmin qanunla təsdiq еdilmiş Azərbaycan Rеspublikası Cinayət-Prоsеssual Məcəlləsinin tətbiq еdilməsi barədə» Azərbaycan Rеspublikası prеzidеntinin 2000-ci il 25 avqust tariхli 387 №-li fərmanına aşağıdakı rеdaksiyada «4» bəndi əlavə еdilsin:

«4. Azərbaycan Rеspublikası Cinayət Məcəlləsinin 192-ci (Qanunsuz sahibkarlıq), 193-cü (Yalançı sahibkarlıq) və 213-cü (Vеrgi ödəməkdən yayınma) maddələri üzrə cinayət işləri Azərbaycan Rеspublikası Vеrgilər Nazirliyi tərəfindən başlandıqda, həmin cinayətlərin ibtidai istintaqı zamanı Azərbaycan Rеspublikası Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq), 179-cu (Mənimsəmə və ya israf еtmə), 184-cü (Aldatma və ya еtibardan sui-istifadə еtmə yоlu ilə əmlaka ziyan vurma), 195-ci (Qanunsuz krеdit alma və ya krеditlərdən təyinatı üzrə istifadə еtməmə), 196-cı (Krеditоr bоrclarını ödəməkdən qəsdən yayınma), 197-ci (Əmtəə nişanlarından qanunsuz istifadə еtmə), 198-ci (Bilə-bilə yalan rеklam еtmə), 199-cu (Inhisarçılıq hərəkətləri və rəqabəti məhdudlaşdırma), 200-cü (Istеhlakçıları aldatma və ya pis kеyfiyyətli məhsul istеhsal еtmə və satma), 201-ci (Əqdin bağlanmasına və ya оnun bağlanmasından imtinaya məcbur еtmə), 202-ci (Kоmmеrsiya və ya bank sirri оlan məlumatları qanunsuz yоlla əldə еtmə və ya yayma), 203-cü (Qiymətli kağızların buraхılması (еmissiyası) qaydalarını pоzma), 204-cü (Saхta pul və ya qiymətli kağızlar hazırlama və ya satma), 205-ci (Saхta krеdit və ya hеsab kartlarını və ya başqa ödəniş sənədlərini hazırlama və ya satma), 208-ci (Хarici valyuta vəsaitlərini хaricdən qaytarmama), 210-cu (Müflisləşmə zamanı qanunsuz hərəkətlər), 211-ci (Qəsdən müflisləşmə), 212-ci (Saхta müflisləşmə), 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 309-cu (Vəzifə səlahiyyətlərini aşma), 311-ci (Rüşvət alma), 312-ci (Rüşvət vеrmə), 313-cü (Vəzifə saхtakarlığı), 314-cü (Səhlənkarlıq), 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saхtalaşdırma, hazırlama, satma və ya saхta sənədlərdən istifadə еtmə) və 326-cı (Rəsmi sənədləri, ştampları, möhürləri оğurlama və ya məhv еtmə) maddələrində göstərilən cinayətlərin əlamətləri aşkar оlunduqda göstərilən işlər üzrə ibtidai istintaq Azərbaycan Rеspublikası Vеrgilər Nazirliyi tərəfindən aparılır».

14. Bu fərman dərc оlunduğu gündən qüvvəyə minir.


Hеydər ƏLİYЕV

Azərbaycan Rеspublikasının Prеzidеnti

Bakı şəhəri, 28 sеntyabr 2002-ci il
Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı

Son illər ölkədə aparılan ardıcıl islahatlar nəticəsində iqtisadi inkişaf həyatımızın bütün sahələrini əhatə etmiş, iqtisadi potensial güclənmiş, dövlət büdcəsi artmış, sosial sahənin və infrastrukturun inkişaf etdirilməsi istiqamətlərində büdcə vəsaitləri hesabına maliyyələşdirilən dövlət proqramlarının və onlara sərf olunan vəsaitin həcmi əhəmiyyətli dərəcədə artmışdır.Ölkənin iqtisadi cəhətdən qüdrətlənməsi artan maliyyə vəsaitlərinin səmərəli xərclənməsinə ciddi nəzarətin həyata keçirilməsini zəruri edir.

Vətəndaşlardan daxil olan müraciətlərin ümumiləşdirilməsi göstərir ki, bəzi hallarda dövlət və bələdiyyə vəsaitləri, o cümlədən dövlət büdcəsi hesabına maliyyələşdirilməsi nəzərdə tutulan dövlət proqramları çərçivəsində ayrılan vəsaitlər təyinatı üzrə xərclənmir, dövlət və bələdiyyə əmlakının və maliyyə vəsaitlərinin idarə olunmasında nöqsanlar nəzərə çarpır, vəsaitlərin istifadə olunmasına, tənzimləyici və nəzarət funksiyalarının yerinə yetirilməsinə cavabdeh olan vəzifəli şəxslərin fəaliyyətində korrupsiya halları müşahidə olunur. Korrupsiya ilə əlaqədar hüquqpozmalar dövlət vəsaitlərinin nəzərdə tutulmuş istiqamətlərdə xərclənməsinin qarşısını almaqla dövlətə və cəmiyyətə böyük ziyan vurur, ölkəmizin daha sürətlə inkişafına mane olur, əhalinin rifahının artırılması sahəsində görülən tədbirlərin səmərəsini azaldır.

Keçən dövr ərzində ölkəmizdə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi məqsədilə qəbul edilmiş dövlət proqramlarına müvafiq olaraq kompleks tədbirlər həyata keçirilmiş, normativ-hüquqi baza təkmilləşdirilmiş, vəzifəli şəxslər tərəfindən qulluq mövqeyindən sui-istifadə etməklə törədilən hüquqpozmaların qarşısının alınması məqsədilə dövlət nəzarət mexanizmləri inkişaf etdirilmiş, korrupsiya cinayətlərinə qarşı cinayət təqibinin səmərəliliyini artırmaq üçün bu sahədə ixtisaslaşmış qurum yaradılmışdır.

Lakin görülən tədbirlərlə kifayətlənməyərək ümumbəşəri sosial bəla olan korrupsiyanın tam aradan qaldırılması üçün daha sərt və qətiyyətli addımların atılması tələb olunur. Bunun üçün dövlətin büdcə və digər maliyyə vəsaitlərinin, bələdiyyələrin vəsaitlərinin istifadə olunması, dövlət və bələdiyyə əmlakına sahiblik, istifadə və sərəncam verilməsi, habelə tamamilə dövlət mülkiyyətində olan və ya səhmlərinin (paylarının) nəzarət zərfi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslərin (bundan sonra - dövlət müəssisəsi) idarə olunması sahələrində istifadə, tənzimləmə və nəzarət funksiyalarının yerinə yetirilməsinə cavabdeh olan vəzifəli şəxslərin fəaliyyətində şəffaflıq təmin edilməli, qanun pozuntuları ilə mübarizə gücləndirilməli, qeyd olunan sahələrdə hüquqpozmalar barədə müraciətlərdə göstərilən halların yoxlanılmasına diqqət artırılmalıdır.

Bu məqsədlə qərara alıram:



1. Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarına tapşırılsın ki:

1.1. dövlətin büdcə və digər maliyyə vəsaitlərinin, həmçinin bələdiyyələrin vəsaitlərinin istifadə olunması, dövlət və bələdiyyə əmlakına sahiblik, istifadə və sərəncam verilməsi, dövlət müəssisələrinin idarə olunması sahələrində dövlət nəzarətinin səmərəliliyinin artırılması və bu sahədə korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi istiqamətində zəruri tədbirlərin görülməsini təmin etsinlər;

1.2. bu Fərmanın 1.1-ci bəndində nəzərdə tutulmuş sahələrdə cinayət əlamətləri olan hüquqpozmalar aşkar etdikdə müvafiq sənədləri Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərsinlər;

1.3. müvafiq prokurorun mütəxəssislərin cəlb edilməsi və ya yoxlama materiallarının tələb edilməsi barədə qərarının təxirəsalınmadan icra olunmasını təmin etsinlər, müvafiq sahələr üzrə təcrübəli və peşəkar mütəxəssislərin ayrılmasını təşkil etsinlər;

1.4. dövlətə vurulan ziyanın mülki-hüquqi vasitələrlə aradan qaldırılması zərurəti müəyyən olunduqda məhkəmələrdə müvafiq iddiaların qaldırılmasını təmin etsinlər və ya bu məqsədlə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə uyğun olaraq Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət etsinlər;

1.5. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli 2292 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”nın icra edilməsi vəziyyətinə dair Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına təqdim edilən məlumatlarla birgə bu Fərmanın icrası ilə əlaqədar görülən tədbirlər barədə hesabat versinlər.



2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinə tapşırılsın ki:

2.1. öz səlahiyyətləri daxilində bu Fərmanın 1.1-ci bəndində nəzərdə tutulan sahələrdə aparılan yoxlamaların və digər dövlət nəzarət tədbirlərin gücləndirilməsi və effektivliyinin yüksəldilməsi məqsədilə müvafiq yoxlama və nəzarət tədbirlərinin həyata keçirilməsi mexanizmlərinin təkmilləşdirilməsini təmin etsinlər;

2.2. bu Fərmanın 1.1-ci bəndində nəzərdə tutulan sahələrdə korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar olunması və qarşısının alınması məqsədilə konkret tədbirlər həyata keçirsinlər, görülmüş tədbirlərin nəticələri barədə 3 ay ərzində Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri tərəfindən bu Fərmanın 1.1-ci bəndində nəzərdə tutulmuş sahələrdə qanunvericiliyin tələblərinə riayət edilməsinə nəzarəti artırsın, qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi zamanı cinayət əlaməti olan korrupsiya ilə əlaqədar hüquqpozmalar aşkar etdikdə müvafiq sənədləri dərhal Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərsin.

4. Hüquq mühafizə orqanlarına tapşırılsın ki, “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 sentyabr tarixli 790 nömrəli Fərmanının sahibkarlıq subyektlərinə müdaxilələrin qadağan edilməsinə dair tələbinə həmin orqanların əməkdaşları tərəfindən ciddi riayət olunmasını təmin etsinlər və bu sahədə pozuntulara yol vermiş əməkdaşlar barəsində məsuliyyət tədbirləri tətbiq etsinlər.

5. Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına tövsiyə edilsin ki:

5.1. Komissiyaya daxil olan korrupsiya ilə əlaqədar hüquqpozmalar haqqında müraciətlərin mütəmadi olaraq ümumiləşdirilməsini həyata keçirsin;

5.2. ümumiləşdirmənin nəticələrinə əsasən fəaliyyətinə dair daha çox şikayətlərin daxil olduğu dövlət və ya bələdiyyə orqanlarının, habelə dövlət müəssisələrinin fəaliyyətinin yoxlanılmasının dövlət orqanlarına və ya auditor təşkilatlarına həvalə edilməsini və cinayət əlaməti olan hüquqpozmalar aşkar edildikdə yoxlama materiallarının Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsini təmin etsin;

5.3. bu Fərmanın icrası ilə əlaqədar görülən tədbirlər haqqında dövlət orqanları tərəfindən təqdim olunmuş hesabatları təhlil etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə ildə iki dəfə məlumat versin.



6. Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin ki:

6.1. dövlətin büdcə və digər maliyyə vəsaitlərinin, həmçinin bələdiyyələrin vəsaitlərinin istifadə olunması, dövlət və bələdiyyə əmlakına sahiblik, istifadə və sərəncam verilməsi, dövlət müəssisələrinin idarə olunması sahələrində korrupsiya cinayətləri, mənimsəmə, israf etmə və şəxs tərəfindən xidməti vəzifəsinin icrası ilə əlaqədar törədilən digər cinayətlərə dair prokurorluq orqanlarına daxil olan müraciətlərə “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə, “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına müvafiq olaraq aşağıdakı qaydada baxılması məqsədəuyğun hesab edilsin:

6.1.1. müraciət üzrə ilkin yoxlamanın aparılması və bunun üçün kifayət qədər əsas olduqda müvafiq sahədə mütəxəssislərin cəlb edilməsinə dair ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən qərarın qəbul edilməsi;

6.1.2. dövlət və ya bələdiyyə orqanlarında, dövlət müəssisələrində müraciətdə göstərilən halların mövcud olub-olmamasının prokurorluq orqanları tərəfindən, zərurət olduqda mütəxəssislərin iştirakı ilə yoxlanılması;

6.1.3. müraciətdə göstərilən halların yoxlanması ilə əlaqədar zərurət yarandıqda dövlət və ya bələdiyyə orqanlarında, dövlət müəssisələrində müəyyən edilmiş dövr ərzində aparılan yoxlamaların materiallarının müvafiq prokurorun qərarı əsasında həmin yoxlamaları həyata keçirən dövlət orqanlarından tələb edilməsi;

6.1.4. araşdırılan faktların cinayət işinin başlanmasına kifayət qədər əsas verib-verməməsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi;

6.2. daxil olan şikayətlərin baxılmaq üçün qanuna zidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilən orqanlara və ya vəzifəli şəxslərə göndərilməməsinə ciddi nəzarət etsin;

6.3. yoxlamalar zamanı fiziki və hüquqi şəxslərin qanuni hüquq və mənafelərini qorumaq məqsədilə prokurorluq orqanlarına daxil olan müraciətlərin araşdırılmasında qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsini təmin etsin;

6.4. dövlət nəzarətinin səmərəliliyinin artırılması məqsədilə bu Fərmanın 1.1-ci bəndində nəzərdə tutulan sahələrdə yoxlamalar və digər nəzarət tədbirləri həyata keçirən dövlət orqanları ilə məlumat mübadiləsinin və qarşılıqlı əlaqəli fəaliyyətin həyata keçirilməsi üçün zəruri tədbirlər görsün;

6.5. dövlət mənafeyinin müdafiəsi üçün məhkəmələrdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə uyğun olaraq iddiaların qaldırılması məqsədilə müvafiq tədbirlər görsün;



6.6. “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 sentyabr tarixli 790 nömrəli Fərmanının sahibkarlıq subyektlərinə müdaxilələrin qadağan edilməsinə dair tələblərinin hüquq mühafizə orqanları tərəfindən icra olunmasına öz səlahiyyətləri daxilində nəzarət etsin;

6.7. Bu Fərmanın 6.1-ci bəndinə müvafiq olaraq həyata keçirilən yoxlamaların vahid uçotunun aparılması məqsədilə müvafiq reyestrin yaradılmasını və reyestrə daxil olan məlumatların mütəmadi olaraq ümumiləşdirilməsini təmin etsin, reyestrə daxil olan məlumatların ümumiləşdirilməsinin və müraciətlərin araşdırılmasının nəticələri barədə ildə iki dəfə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına məlumat versin.



7. Azərbaycan Respublikasının Hesablama Palatasına tövsiyə olunsun ki:

7.1. dövlət əmlakının idarə edilməsinə, onun barəsində sərəncam verilməsinə, dövlət büdcəsinin icra olunmasına, dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına, hüquqi şəxslərə və bələdiyyələrə dövlət büdcəsindən vəsaitlər ayrıldıqda həmin vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarətin həyata keçirilməsi zamanı cinayət əlamətləri olan hüquqpozmalar aşkar etdikdə təxirəsalınmadan müvafiq materialların Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsini təmin etsin;

7.2. müvafiq prokurorun müraciətinə əsasən təcrübəli və peşəkar mütəxəssislərin ayrılmasını təmin etsin.

8. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

8.1. dövlət büdcəsinin formalaşdırılmasına və dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə istifadə olunmasına, dövlət əmlakının və vəsaitlərinin idarə olunmasına dövlət nəzarətinin gücləndirilməsi və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, bu sahələrdə şəffaflığın artırılması məqsədilə qanunvericilik aktlarına müvafiq əlavə və dəyişikliklərin edilməsi barədə təkliflərini, habelə qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

8.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

8.3. öz səlahiyyətləri daxilində bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.



9. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına tapşırılsın ki, bir ay müddətində korrupsiyaya qarşı mübarizə ilə əlaqədar normativ hüquqi aktların ekspertizasının aparılması qaydası haqqında müvafiq layihəni təqdim etsin.
İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 22 iyun 2009-cu il.
SAHİBKARLIQ SAHƏSİNDƏ YOXLAMALARIN NİZAMA SALINMASI VƏ İSTEHLAKÇILARIN HÜQUQLARININ QORUNMASININ TƏMİN EDİLMƏSİNƏ DAİR BƏZİ TƏDBİRLƏR HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI


İstehlakçıların hüquqlarının qorunması məqsədilə aparılan yoxlamaların müasir standartlara uyğun olaraq tənzimlənməsi, aparılan yoxlamalar zamanı səlahiyyətlərindən sui-istifadə hallarının qarşısının alınması, şəffaflığın təmin edilməsi, həmin yoxlamalar zamanı alınan nəticələrə uyğun olaraq istehlakçıların hüquqlarının effektiv müdafiəsini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:
1.1. istehlakçıların hüquqlarının müdafiəsi məqsədilə aparılan yoxlamaların vahid qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. sahibkarlıq sahəsində yoxlamaların mütəmadiliyi haqqında məlumatın əldə edilməsini mümkün edən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrinin formasını və aparılması qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
2. Müəyyən edilsin ki, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama bu Fərmanın 1.2-ci bəndində göstərilən reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 aprel 2010-cu il.


İQTİSADİ FƏALİYYƏT SAHƏSİNDƏ OLAN CİNAYƏTLƏR
Maddə 190. Qanuni sahibkarlıq fəaliyyətinə mane olma

190.1. Fərdi sahibkarın və ya kommersiya təşkilatının qeydiyyatından qanunsuz olaraq imtina etmə və ya onların qeydiyyatından boyun qaçırma, müəyyən fəaliyyət növünü həyata keçirmək üçün xüsusi razılığın (lisenziyanın) verilməsindən qanunsuz olaraq imtina etmə və ya onun verilməsindən boyun qaçırma, təşkilati-hüquqi və ya mülkiyyət formasından asılı olmayaraq fərdi sahibkarın və ya kommersiya təşkilatının hüquqlarını və ya qanuni maraqlarını məhdudlaşdırma, habelə fərdi sahibkarın və ya kommersiya təşkilatının müstəqilliyini qanunsuz məhdudlaşdırma və ya onların fəaliyyətinə başqa cür qanunsuz müdaxilə etmə, bu əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən sui-istifadə etməklə törədildikdə—beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

190.2. Eyni əməllər qanuni qüvvəyə minmiş məhkəmə qərarını pozmaqla və ya külli miqdarda ziyan vurmaqla törədildikdə—min manatdan üç min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri ilə cəzalandırılır.

Qeyd: Bu Məcəllənin 190, 192, 193, 194—198, 202—205, 210—212-ci maddələrində «xeyli miqdar» dedikdə, min manatdan yeddi min manatadək olan məbləğ, «külli miqdar» dedikdə isə yeddi min manatdan artıq olan mәblәğ başa düşülür.



Maddə 191. Torpaqla əlaqədar qanunsuz əqdlərin qeydiyyatı

Vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə tamah məqsədilə və ya sair şəxsi niyyətlə torpaqla əlaqədar bilə-bilə qanunsuz əqdləri qeydiyyata alma, Dövlət torpaq kadastrının uçot məlumatlarını təhrif etmə, habelə torpaq haqqının miqdarını qəsdən azaltma—beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri ilə cəzalandırılır.



Maddə 192. Qanunsuz sahibkarlıq

192.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və ya xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan, həmçinin lisenziyalaşdırılma şərtlərinin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə məşğul olma vətəndaşlara, təşkilatlara və ya dövlətə xeyli miqdarda ziyan vurduqda habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə—min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

192.2. Eyni əməllər:

192.2.1. külli miqdarda ziyan vurduqda;

192.2.2. külli miqdarda gəlir əldə etməklə törədildikdə;

192.2.3. mütəşəkkil dəstə tərəfindən törədildikdə—üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.



Maddə 193. Yalançı sahibkarlıq

193.1. Yalançı sahibkarlıq, yəni kredit almaq, rüsumlardan azad olmaq və ya digər əmlak mənfəəti əldə etmək, yaxud qadağan edilmiş fəaliyyəti gizlətmək məqsədi ilə sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan müəssisə və ya digər hüquqi şəxsin yaradılması xeyli miqdarda ziyan vurduqda habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə —min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

193.2. Eyni əməllər:

193.2.1. külli miqdarda ziyan vurduqda;

193.2.2. külli miqdarda gəlir əldə etməklə törədildikdə;

193.2.3. mütəşəkkil dəstə tərəfindən törədildikdə —üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.



Maddə 193-1. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma

193-1.1. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, yəni cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərinə və ya digər əmlaka qanuni status vermək, onların əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədilə belə pul vəsaitləri və ya əmlakdan istifadə etməklə maliyyəəməliyyatlarını və ya digər əqdləri həyata keçirmə - iki min manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə, əmlakı müsadirə olunmaqla iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

193-1.2. Eyni əməllər:

193-1.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;

193-1.2.2. təkrar törədildikdə;

193-1.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə -üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə, əmlakı müsadirə olunmaqla beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

193-1.3. Bu məcəllənin 193-1.1 və ya 193-1.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:

193-1.3.1. mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat ) tərəfindən törədildikdə;

193-1.3.2. külli miqdarda törədildikdə - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə, əmlakı müsadirə olunmaqla yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu məcəllənin 193-1.3.2-ci maddəsində "külli miqdar" dedikdə qırx beş min manatdan artıq olan məbləğ başa düşülür.



Maddə 194. Bilə-bilə cinayət yolu ilə əldə edilmiş əmlakı alma və ya satma

194.1. Qabaqcadan vəd etmədən bilə-bilə cinayət yolu ilə əldə edilmiş əmlakı xeyli miqdarda alma və ya satma—min manatdan üç min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya min manatadək miqdarda cərimə edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

194.2. Bu Məcəllənin 194.1-ci maddəsində nəzərdə tutulmuş əməllər:

194.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;

194.2.2. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;

194.2.3. əvvəllər bu cinayətə görə məhkum edilmiş şəxs tərəfindən törədildikdə;

194.2.4. külli miqdarda törədildikdə—əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 195. Qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə

195.1. Təşkilatın rəhbəri və ya fərdi sahibkar tərəfindən təşkilatın, yaxud fərdi sahibkarın təsərüffat və ya maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar verməklə kreditin, güzəştli şərtlərlə kreditin və ya məqsədli dövlət kreditinin alınması, habelə ondan təyinatı üzrə istifadə edilməməsi xeyli miqdarda ziyan vurduqda—min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

195.2. Eyni əməllər külli miqdarda ziyan vurduqda—

üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.



Maddə 197. Əmtəə nişanlarından qanunsuz istifadə etmə

197.1. Özgənin əmtəə və ya xidmət etmə nişanından, əmtəənin mənşə yerinin adından və ya eynicinsli əmtəələrin adına oxşar adlardan istifadə olunması təkrar törədildikdə və ya xeyli miqdarda ziyan vurduqda—min manatdan beş min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

197.2. Eyni əməllər külli miqdarda ziyan vurduqda—iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 198. Bilə-bilə yalan reklam etmə

198.1. Əmtəələr, qulluq və xidmətlər haqqında, habelə onların istehsalçıları (icraçıları, satıcıları) haqqında tamah məqsədilə bilə-bilə yalan məlumatlardan reklamda istifadə etmə xeyli miqdarda ziyan vurduqda—min manatdan beş min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

198.2. Eyni əməllər külli miqdarda ziyan vurduqda—

iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.



Maddə 199. İnhisarçılıq hərəkətləri və rəqabəti məhdudlaşdırma

199.1. İnhisarcasına yüksək və ya inhisarcasına aşağı qiymət təyin etməklə, habelə bazarı bölüşdürməklə, bazara daxil olma imkanını məhdudlaşdırmaqla, oradan iqtisadi fəaliyyətin digər subyektlərini kənarlaşdırmaqla, vahid qiymət təyin etməklə və ya saxlamaqla inhisarçılıq hərəkətlərini etmə—yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır.

199.2. Eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə—iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

199.3. Bu Məcəllənin 199.1 və ya 199.2-ci maddələrində nəzərdə tutulmuş əməllər hədə-qorxu ilə tələb etmə əlamətləri olmadan, zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə, habelə özgənin əmlakını məhv etməklə və ya zədələməklə və ya belə məhv etmə və ya zədələmə hədəsi ilə törədildikdə—əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.



Maddə 200. İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma

200.1. İstehlakçıları aldatma, yəni mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlar, həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçıları xeyli miqdarda aldatma —yüz manatdan üç yüz manatadək miqdarda cərimə və ya səksən saatadək ictimai işlər ilə cəzalandırılır.

200.2. Eyni əməllər:

200.2.1. təkrar törədildikdə;

200.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;

200.2.3. külli miqdarda ziyan vurmaqla törədildikdə—

üç yüz manatdan altı yüz manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır.

200.3. Bilə-bilə pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya belə məhsulların satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda —beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

200.4. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda —üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu maddədə «xeyli miqdar» dedikdə, qırx manat, «külli miqdar» dedikdə qırx manatdan yuxarı olan məbləğ başa düşülür.



Maddə 208. Xarici valyuta vəsaitlərini xaricdən qaytarmama

208.1. Təşkilat rəhbərləri tərəfindən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan xeyli miqdarda xarici valyuta vəsaitlərini xaricdən qaytarmama—üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

208.2. Eyni əməllər:

208.2.1. külli miqdarda törədildikdə;

208.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə—üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu maddədə «xeyli miqdar» dedikdə, qaytarılmamış xarici valyuta vəsaitlərinin iyirmi min manatdan, «külli miqdar» dedikdə, otuz min manatdan yuxarı olan məbləğ başa düşülür.



Maddə 209. Gömrük ödənişlərinin ödənilməsindən yayınma

209.1. Xeyli miqdarda gömrük ödənişlərinin ödənilməsindən yayınma—min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

209.2. Bu Məcəllənin 209.1-ci maddəsində nəzərdə tutulmuş əməllər:

209.2.1. təkrar törədildikdə;

209.2.2. külli miqdarda törədildikdə—iki min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd:


1. Bu maddədə «xeyli miqdar» dedikdə, ödənilməmiş gömrük ödənişlərinin iki min manatdan, «külli miqdar» dedikdə, dörd min manatdan yuxarı olan məbləğ başa düşülür.[199]

2. Bu Məcəllənin 209.1 və 209.2.2-ci maddələrində nəzərdə tutulan əməlləri ilk dəfə törətmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur.



Maddə 213. Vergi ödəməkdən yayınma

213.1. Xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

213.2. Eyni əməllər:

213.2.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;

213.2.2. külli miqdarda törədildikdə - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Qeyd:


1. Bu maddədə "xeyli miqdar” dedikdə, iki min manatdan əlli min manatadək olan məbləğ, "külli miqdar" dedikdə isə əlli min manatdan yuxarı olan məbləğ başa düşülür.[202]

2. Bu Məcəllənin 213.1-ci və 213.2-ci maddələrində nəzərdə tutulan əməlləri ilk dəfə törətmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur.



Maddə 213-1. Aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə

213-1.1. Aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan xeyli miqdarda satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə - əmlakı müsadirə olunmaqla min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

213-1.2. Eyni əməllər:

213-1.2.1. külli miqdarda törədildikdə;

213-1.2.2. təkrar törədildikdə;

213-1.2.3. qabaqcan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə - əmlakı müsadirə olunmaqla beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.



Qeyd: bu maddədə "xeyli miqdar" dedikdə, beş yüz manatdan iki min manatadək olan məbləğ, "külli miqdar" dedikdə isə iki min manatdan yuxan olan məbləğ başa düşülür.







Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə