BəRDƏliləR



Yüklə 5,99 Mb.
Pdf görüntüsü
səhifə61/542
tarix02.01.2022
ölçüsü5,99 Mb.
#2222
1   ...   57   58   59   60   61   62   63   64   ...   542
 


 

132

 

 

 

BAXŞƏLİYEVA  GÖVHƏR  

BAXŞƏLİ  QIZI 

 

Baxşəliyeva Gövhər 26 noyabr 1954-cü 

ildə  Bərdə  şəhərində doğulub. 1972-ci ildə 

Bakı şəhəri 212 saylı orta məktəbi bitirdik-

dən sonra elə  həmin il Azərbaycan Dövlət 

Universitetinin şərqşünaslıq fakültəsinin ərəb 

bölməsinə daxil olub. 1977-ci ildə ADU-nu 

fərqlənmə diplomu ilə bitirərək, Azərbay-

can Elmlər Akademiyası Şərqşünaslıq İns- 

titutuna işə qəbul olunub, baş laborant, kiçik elmi işçi, elmi işçi, baş elmi 

işçi, “Şərq filologiyası” şöbəsinin müdiri vəzifələrində çalışıb. 

1993-cü ildən G.Baxşəliyeva  Şərqşünaslıq  İnstitutunun elmi işlər 

üzrə direktor müavini, 1997-ci ildən direktoru vəzifəsində çalışır. 1984-cü 

ildə namizədlik, 1996-cı ildə doktorluq dissertasiyalarını müdafiə edib. 

Filologiya elmləri doktoru, professordur. Beynəlxalq Elmlər Akademiya-

sının həqiqi üzvüdür. Klassik və müasir ərəb  ədəbiyyatı,  ərəbdilli Azər-

baycan ədəbiyyatı, müqayisəli ədəbiyyatşünaslıq, ədəbi əlaqələr və mən-

bəşünaslıq üzrə mütəxəssisdir. 

Onun  əsərləri keçmiş sovet respublikalarında və  ərəb ölkələrində 

elmi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanıb, haqqında mətbu-

atda bir neçə məqalələr yazılıb, tədqiqatlarda əsərlərinə istinadlar edilib. 3 

monoqrafiya, 5 kitab (“Əbdüssəlam əl-Üceyli. Həyat və yaradıcılığı”, B., 

Elm, 1989, 5,7 ç.v.; “Bir Məcnun vardı”, B., Yazıçı, 1990, 4 ç.v.; Əbülfərəc 

əl-İsfahani. “Nəğmələr kitabı”,  ərəbcədən tərcümə  və  şərhlər. B., Elm, 

1994, 17,75 ç.v.; “Əbülfərəc əl-İsfahaninin “Nəğmələr kitabı” və klassik 

Azərbaycan ədəbiyyatı”. Monoqrafiya, B., Elm, 1998, 12 ç.v.; “İlahi eşq 

dastanları”, B., Maarif, 2001, 23,75 ç.v.; “Hamıdan ucadır alimin yeri”, 

B., 2003, 20,3 ç.v.; Əbülfərəc əl-İsfahani. “Məcnun ləqəbli Qeys ibn Mü-

ləvvəh və ərəbdilli Azərbaycan şairləri haqqında hekayətlər”. Ərəbcədən 

filoloji tərcümə, müqəddimə, tədqiqat,  şərhlər və göstəricilər, B., Elm, 

2007, 23,5 ç.v.; “Müasir Suriya hekayəsi”. B., 2007, 20 ç.v.) və 85 elmi 

məqalə və məruzələrin müəllifidir. Şərq filologiyası və mənbəşünaslıq sa-

həsində bir çox əsərlərin elmi redaktorudur. Bir sıra elmi dərgilərin redak-

toru və ya redaksiya heyətinin üzvüdür. “Azərbaycan şərqşünaslığı” jur-

nalının baş redaktorudur. 

G.B.Baxşəliyeva Azərbaycan  şərqşünaslıq elmini dəfələrlə xarici 

ölkələrdə (Rusiya Federasiyası (Moskva, Sankt-Peterburq, Mahaçqala, 



 

133

Simferopol  şəhərləri),  İran, Türkiyə, Birləşmiş  Ərəb  Əmirlikləri, Misir, 

Səudiyyə Ərəbistanı Krallığı, Fransa, Böyük Britaniya, Almaniya, İtaliya 

və s.) ləyaqətlə təmsil edib, elmin aktual problemlərinə dair məruzələrlə 

çıxış etmişdir. Xarici mətbuatda bir sıra məqalələri nəşr olunmuşdur. 

G.B.Baxşəliyeva  şərqşünas kadrların hazırlanmasında yaxından 

iştirak etmiş, onun bilavasitə rəhbərliyi ilə on bir namizədlik dissertasiyası 

müdafiə olunmuşdur. 10.01.02. – “Türk xalqları ədəbiyyatı” və 10.01.03 

– “Dünya ədəbiyyatı” ixtisasları üzrə Müdafiə Şurasının sədridir. Şərqşü-

naslıq sahəsində respublikada aparılan elmi işlərin koordinasiyası üzrə 

Problem Şurasının sədridir. 

O, pedaqoji fəaliyyətlə də məşğul olmuş, Bakı Dövlət Universite-

tinin  Şərqşünaslıq fakültəsində  ərəb  ədəbiyyatı  fənni üzrə xüsusi kurs 

aparmışdır. 

G.B.Baxşəliyeva elm təşkilatçısı kimi də xeyli işlər görmüşdür. 

Onun  İnstituta rəhbərlik etdiyi dövrdə  şərqşünaslıq elminin ən müxtəlif 

sahələrinə aid onlarca tədqiqat hazırlanıb çap olunmuş, bir sıra beynəlxalq 

və respublika elmi konfrans və simpoziumları keçirilmiş, institutun pers-

pektiv inkişaf planları işlənib hazırlanmışdır. Qədim tarixi ənənələri olan 

Azərbaycan şərqşünaslığı onun direktorluğu dövründə yeni inkişaf mərhə-

ləsinə qədəm qoymuşdur. İnstitutun profili və aparılan elmi tədqiqatların 

başlıca istiqamətləri genişlənmiş, Şərq ölkələrinin tarixi, iqtisadiyyatı, ic-

timai-fəlsəfi fikri, filologiyası, Azərbaycanın  Şərq ölkələri ilə tarixi-mə-

dəni  əlaqələrinin aktual problemləri,  Şərq-Qərb qarşılıqlı münasibətləri 

kompleks şəkildə tədqiq olunmuşdur. 

G.B.Baxşəliyeva 1997-ci ildə  Şərqşünaslıq  İnstitutunun çətin bir 

dövründə direktor olmasına baxmayaraq, öz vəzifəsinin öhdəsindən uğurla 

gəlmişdir. Onun fəaliyyəti nəticəsində 1990-cı illərin  əvvəllərində baş 

vermiş kadr axınının qarşısı alınmış və istedadlı gənc kadrların cəlb olun-

ması ilə institutun elmi potensialı möhkəmləndirilmişdir. Eyni zamanda 

institutda şərqşünaslığın ənənəvi klassik istiqamətləri ilə yanaşı Azərbay-

can elminin müasir tələblərinə uyğun olaraq yeni tədqiqat sahələrinin in-

kişafına diqqət yetirilməyə başlanmışdır. Bu məqsədlə institutun struktu-

runda dəyişikliklər aparılmış, yeni şöbə  və elmi qruplar yaradılmışdır. 

G.B.Baxşəliyevanın rəhbərliyi ilə son illərdə institutun beynəlxalq elmi 

əlaqələri xeyli genişlənmişdir. ABŞ, Almaniya, Hollandiya, Çin, Rusiya, 

Türkiyə, Ərəb ölkələri, İran, Özbəkistan, Qazaxıstan və s. bu kimi bir sıra 

xarici ölkələrdəki şərqşünaslıq mərkəzləri ilə fəal elmi mübadilələr həyata 

keçirilmişdir. 

G.B.Baxşəliyeva 5 noyabr 2000-ci ildə 57 saylı  Bərdə-Ağcabədi 

seçki dairəsindən Azərbaycan Respublikasının II çağırış Milli Məclisinə 

deputat seçilmişdir. 2001-ci ilin iyun ayından 2005-ci ilin dekabr ayına-

can Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini olub. Milli 



 

134

Məclis sədrinin müavini kimi sosial qanunvericiliyə kuratorluq edib. 

2005-ci ilin noyabr ayında III çağırış Azərbaycan Respublikasının Milli 

Məclisinə üzv seçilib. Milli Məclisin Elm və Təhsil məsələləri üzrə daimi 

komitəsinin üzvüdür. Azərbaycan Respublikası Milli Məclisinin  İslam 

Konfransı Təşkilatı Parlament İttifaqında nümayəndə heyətinin rəhbəridir. 

İKT Pİ  İcraiyyə komitəsinin üzvüdür. O, bir sıra səfərlərdə Azərbaycan 

Respublikasının Milli Məclisinin nümayəndə heyətinə rəhbərlik edib (Mi-

sir Ərəb Respublikası, Almaniya Federativ Respublikası, Norveç Krallığı, 

Fransa, Böyük Britaniya, İtaliya), çoxsaylı görüşlər keçirib, Azərbaycanın 

nailiyyətləri, üzləşdiyi problemlər və  gələcək  əməkdaşlıq perspektivləri 

haqqında geniş fikir mübadiləsi aparıb. Azərbaycan Parlamentini bir sıra 

beynəlxalq sessiya və konfranslarda təmsil edib (Qərbi Avropa İttifaqının 

Parlamentlərarası Assambleyasının 51-ci sessiyası, Paris, may, 2005; Bər-

paolunan enerji ehtiyatlarından istifadə, Bonn, may, 2004; Uşaq haqlarının 

müdafiəsinə  həsr olunmuş ümumdünya qadın parlamentarilərin konfransı, 

Roma, oktyabr, 2004; Beynəlxalq davamlı enerji günləri çərçivəsində 

keçirilən və enerji təhlükəsizliyinə  həsr olunmuş beynəlxalq konfrans, 

mart, 2006, Avstriya, Uels ş.; 2006-cı il Aprelin 8-13 İstanbulda İKT Par-

lament  İttifaqının VIII sessiyası  və konfransı; 2006-cı il 6-11 sentyabr 

Liviya–Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri kimi Li-

viyaya səfər; İKT Parlament İttifaqının IX sessiyası və konfransı, Qahirə, 

fevral, 2007; İKT Parlament İttifaqının X sessiyası, Malaziya, Kuala–

Lumpur, 2008; İKT Parlament İttifaqının fövqəladə sessiyası,  İstanbul, 

sentyabr, 2008; İKT Parlament İttifaqının XI sessiyası, Niger, Niamey ş, 

fevral, 2009; BMT-nin “Sivilizasiyaların alyansı”, II forum, İstanbul, 

aprel, 2009 və s.) 

 


Yüklə 5,99 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   542




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin