Bekketə salam natiq Məmmədli Bakı 2017 Redaktor: Fuad Babayev Korrektor: Təvəkkül Dadaşov Səhifələnmə və dizayn: Elviz İsmayilov Annotasiya



Yüklə 2,08 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix13.04.2017
ölçüsü2,08 Kb.
#13895
1   2   3   4   5   6   7

TUTUQUŞUNUN GÜNAHI

20
çəkmədi, insafən Alik də əvvəlcədən demişdi ki, ağlın 
o birilərinə getməsin, bunun adı quşdu, elə bil universi-
tet qurtarıb, söz nədi sənə bütöv cümlə desin ağzın açıla 
qalsın. “Canım, gözüm” -“c-c-a-a-nım-m, gö-z-z-üm”. 
“Qardaşım, bu nə sözdü öyrədirsən, sənə deyirəm cüm-
lə de” -, Alik dil-qəfəsə qoymurdu. “C-c-üml-ə-ə d-e-e, 
c-c-üml-ə-ə”-, tutuquşu da himə bəndmiş kimi başladı. 
“Balabəy  kişi  adamdı  –  hə  bu  da  sənə  cümlə”.  “Ki-i-
ş-ş-i  adamdı-ı  Balabəy-əy-əy!”  “Gördün,  bu  quş  deyil 
e, alimdi” -, Alikin uğurlu təqdimatı, tutuquşunun ina-
nılmaz debütü yan-yörədən keçənlərin də marağını ar-
tırırdı, Balabəy başa düşdü ki, bu ağıllı quş o da olmasa 
mütləq müştərisi tapılacaq. 
Yol boyu o qədər maraqlı təkrarlamalar oldu ki, Ba-
labəy heç vaxt o biri tutuquşuları ilə bunca əyləndiyi-
ni xatırlaya bilmədi. “De görüm, eşq olsun Balabəyə!”. 
“E-e-ş-k-k o-o-lsun Balabəy-əy-əy!”. “Balabəy yekdi!” 
“Ye-e-ek-di Balabəy-əy-əy!” İnsanlardan umub quşlar-
dan eşitdiyi sözlər Balabəyə ifadəsi mümkün olmayan 
elə  miqyasda  enerji  verirdi  ki,  həyatını  heç  vaxt  on-
larsız  təsəvvür  eləməyi  ağlından  belə  keçirməzdi.  Hər 
şeydən yorulanda, dünyanın ağırlığını çiynindən atmaq 
istəyəndə  özünü  bu  quşların  yanına  verməyin,  ürəyin-
dən keçən bütün sözləri qırıldada-qırıldada onların di-
lindən eşitməyin ayrı bir zövqü vardı, bunu yalnız Ba-
labəy bilə bilərdi. Əvvəllər hiss etdirməsə də, sonralar 
illah da yavaş-yavaş yaşa dolduqca özü də başa düşürdü 

21
ki, ətrafında olan adamlardan – istər dostu olsun, istər 
işçisi, istər qohumu olsun, istər qonşusu – heç kəsdən 
fərqli söz eşitmək istəmir. O söz ki ürəyindən keçmirdi, 
o  söz  ki  ağlına  batmırdı  eşidən  kimi  qulaqları  qızarır, 
rəngi  avazıyır,  imkanı  olsaydı  onu  deyəni  boğardı  da. 
Balabəy yalnız eşitmək istədiyi sözləri sevirdi, yalnız və 
yalnız… Vəssalam. Getdikcə bütün insanlıq, bütün dün-
ya  onun  gözlərində  pırpız,  kəkilli,  qırıldaya-qırıldaya 
ancaq və ancaq onun dediklərini təkrarlamalı olan ala-
bəzək tutuquşuların dimdiyi kimi əyilmişdi. İnsafən, in-
sanların təlqin etmək bacarığı tutuquşularla müqayisəyə 
gəlməyəcək  dərəcədə  inkişaf  etdiyindən  onun  eşitmək 
istədiyi sözləri daha şövqlə, hətta bəzən nə qədər xatalı 
görünsə  də,  birinin  üstünə  beşini  qoyaraq  təkrarlayır-
dılar. Bütün bunların şahidi olmaq dünyanın hansı qüt-
bündəsə  yorucu,  maraqsız  və  dəhşətli  görünə  bilərdi, 
dünyanın bu qütbündə isə çox cəlbedici və təbii görü-
nürdü. Amma… Balabəy də uşaq deyildi, başa düşürdü 
ki, insanlar onun eşitmək istədiyi sözləri öz keflərindən 
yox  nəsə  umduqları  üçün  təkrarlayırlar. Tutuquşularsa 
tamam  başqa  cürə  idi;  əvvəla  onlar  insanlardan  fərqli 
olaraq bütün sözləri xorla qırıldadırdılar, ikincisi, bunu 
həvəslə  və  təmənnasız  edirdilər,  onlara  çox  şey  lazım 
deyildi. Quş beyinləriylə yaxşı dərk edirdilər ki, əllərin-
dən gələn yeganə iş məhz budur və bunu da sahibin gö-
zünə girmək yox, ona xoş getmək üçün sadəcə vicdanla 
etmək lazımdı. Bu müqayisəni tez-tez ağlından keçirən 

22
Balabəy qəti əmin idi ki, bu dövranda heç nə göründüyü 
kimi deyil, sanki hər şey tərsinə qurulub: tutuquşular in-
sanları yox, insanlar onları təlqin edirlər, özü də təmən-
nalı, özü də vicdansızcasına… 
Amma indi həmin günü xatırlamaq istəmirdi, hirslə-
nir, var-gəl edir, qapının zənginin vurulmasını səbirsiz-
liklə  gözləyirdi.  Xişnikovsa  gecikirdi…  Peterburqdan 
gələn  baytar  həkim  şəhərə  dünən  çatsa  da,  onu  burda 
nabələd  saymaq  olmazdır  gözlənilmədən  kübarlaşan 
adamların az qala hamısı onu yaxşı tanıyır, məsləhətlə-
rinə qulaq asır və təbii ki, yaxşı da görüm-baxım edir-
dilər. Hətta tanınmış ictimai xadimlərdən də kimlərisə 
onun müştəriləri sırasında tapmaq olardı. Amma onla-
rın adlarını heç kim bilməzdi, “centlmen razılaşması”na 
görə, adlar da, ünvanlar da məxfi qalmalı idi. Xişnikov 
sadəcə öz işini görürdü və ondan savayı heç kim bilmir-
di ki, məsələn, kimsə şəhərin düz mərkəzindəki mənzi-
lində yaquar balası saxlayır, heç kəsin ağlından keçmirdi 
ki,  bahalı  məhəllələrdə  yanbayan  dayanan  imarətlərdə 
anakondadan  tutmuş, Afrika  pələnginə,  Nil  timsahına, 
hətta qütb ayısına qədər nə desən tapmaq olar. Onların 
sağlamlığının keşiyində isə yalnız bir nəfər Peterburqlu 
baytar dayanırdı, yerli mütəxəssislər isə yalnız vəhşilə-
rin altını təmizləyir və aldıqları təlimata uyğun olaraq 
həftəbaşı ona hesabat göndərirdilər. Siftə vaxtlar şəhərə 
ayaq açanda Xişnikova çox şey qəribə görünürdü, axı 
bu yerin adamları niyə evlərində it, ya da pişik əvəzinə 

23
yırtıcılar  bəsləyirlər,  yəni  bu  nə  deməkdi?  O,  bu  sua-
lın cavabını təcrübəsi artdıqca özü tapdı və bir də belə 
şeylər  haqqında  düşünmədi.  Xişnikov  bu  ay  kiminsə 
imarətinə bəbirə baş çəkməyə gəlirdisə, gələn ay qon-
şu villada təzə gətirilmiş pələngi müayinədən keçirmə-
li olurdu, növbəti dəfə hasarın başqa tərəfindən sifariş 
alırdı  ki,  timsahlar  özlərini  yaxşı  hiss  eləmir  və  sairə, 
və ilaxır… Bir sözlə baytar həkim bu yerlərə əlinin içi 
kimi bələd olmuşdu, bu şəhərin heç bir “əsilzadə”sinin 
işi  onsuz  ötüşməzdi.  Buralara  ayaq  açandan  o  qədər 
ekzotik  macəralarla  qarşılaşmışdı  ki,  artıq  təəccüblən-
mək  hissini  yadırğamışdı.  Bir  dəfə  olduqca  hörmətli 
bir şəxsdən təcili sifariş almışdı ki, elə bil kenqurumun 
qarnına  vibrasiya  qoyublar,  dayanmadan  titrəyir,  hətta 
arxasınca təyyarə də yollamışdılar ki, yubanma, başını 
Peterburqda  islat  burda  qırx.  Xişnikov  nəsə  elmə  mə-
lum olmayan təbiət möcüzəsi ilə qarşılaşacağına ümid 
etsə də, məlum oldu ki, sən demə evin sonbeşiyinin ərkö-
yünlüyü tutubmuş, təzə smartfonundan xoşu gəlmədiyinə 
görə onu kenqurunun kisəsinə tullayıbmış. Hər dəfə zəng 
gələndə zavalı kenquru da atlanıb-düşür, belə desək ərəb 
rəqqasələri sayaq göbək atırmış. Xişnikov əmin idi ki, bir 
gün bu şəhərdən kimsə ona zəng edib yenicə təmirdən 
çıxmış xudmani okeanına təzə gətirdiyi balinasına bax-
maq üçün çağıracaq. O, buna təəccüb etmirdi və hətta 
inanırdı  da… Amma  həmin  ərəfələrdə  ona  sifariş  Ba-
labəydən gəldi, özü də tutuquşulara görə. Bax bu dəfə 

24
həkim  bekara  təəccüblənən-fason  oldu,  axı  Xişnikov 
o şəhərdə vəhşilər tanıyır, yırtıcılar görüb, tutuquşu nə 
olan  şeydi  ki!  Uzun-uzadı  yazışmalardan,  dil-ağızdan 
və ən əsası babat qonorar boyun olandan sonra Balabəy 
Xişnikovun  saqqızını  oğurlaya  bildi.  İndisə  hirsindən 
dil-dodağını gəmirə-gəmirə onu gözləyirdi, qulağı qapı-
da, gözü yolda qalmışdı.
…”E-e-ş-k-k o-o-lsun Balabəy-əy-əy!”, “Yekdi Ba-
labəy-əy-əy!”-, yol boyu pırpız tutuquşu bu cümlələri o 
qədər təkrarladı ki, quşun qarıltısı Balabəyin ürəyinə yağ 
kimi yayılaraq, onu lap uzaqlara -ayağında dabanı deşik 
qaloş,  əynində  dədəsindən  qalma  dizi  yamaqlı  şalvar 
şəhərə təzə gələn çəlimsiz bir gədənin yanına apardı. 1 
may nümayişi idi; gədənin diqqətini şəhərin o vaxt adına 
zəhmətkeş deyilən kütləsinin başının üstünə qaldırdığı 
iri hərflərlə yazılmış qırmızı plakatlardakı şüarlar cəlb 
elədi, hamısını bir-bir oxudu, bir-bir yaddaşına hopdur-
du. Beləcə onun bu şəhərdə dünyayla tanışlığı şüarlar-
dan başladı. İllər ötdü iri hərflərlə yazılan sözlərin yeri 
də, ünvanı da dəyişdi, illər ötdü plakatların rəngi də də-
yişdi və nəhayət illər ötdü plakatlar da, şüarlar da, elə 1 
may da yaddan çıxdı, amma gədənin hafizəsindən heç 
nə çıxmadı. Şüarçılıq ilk məhəbbətin dağı təki ürəyinin 
başında ilişib qaldı. Bir də ayılıb gördü ki, bütün dünya 
ilk dəfə əzbərlədiyi qırmızı plakatın üstünə yekə hərflər-
lə yazılmış şüarlardan savayı bir şey deyilmiş. Həmin 
gədənin adı Balabəy idi… Tutuquşu aşiqi Balabəy…

25
- Salam bağışlayın səhv etmirəmsə siz… Bəlabəy…
- Balə, boy!
- Oy bağışlayın, əlbəttə, baytar həkim Xişnikov.
- Şükür, nigaran qalmışdım, elə bildim ünvanı tapa 
bilməyəcəksəniz?
-  Nə  danışırsınız,  mən  sizin  şəhəri  yaxşı  tanıyıram 
-,  Xişnikov  bir  istədi  qayıtsın  “ünvanı  necə  səhv  sala 
bilərəm ki, elə keçən ay sizin üst mərtəbənizdəki qonşu-
nun kobralarını müayinə edirdim”, amma təcrübə səmi-
miyyətdən güclü çıxdı. O, müştəriləri ilə yalnız peşəkar 
münasibətlər  qururdu,  nə  qədər  dərinə  getmək  istəyən 
olsa da, onun soyuqqanlı ürəyinə heç vaxt yol tapa bil-
məzdi. Elə Balabəylə də belə oldu, nə çay istədi, nə kofe, 
birbaşa mətləbə keçdi. 
- Sizin heyvanların bir-biriylə rəftarı, daha doğrusu 
sosial davranışından başınız çıxır? Yəni bunu nizamlaya 
bilirsiniz?
- Nəyə işarə vurursunuz, bilmirəm. Heyvanların so-
sial davranışı nə deməkdi? Axı biz yazışmışıq, bilirsiniz 
mən  baytar  həkiməm.  Sosial  məsələ…  hmm…  qəribə 
səslənir.
- Bilirəm, savadlı mütəxəssissiniz, çoxları sizi məs-
ləhət gördü. Ürəyinizə başqa şey gəlməsin, qətiyyən si-
zin savadınıza şübhə eləmirəm. Amma bu işin bir az so-
sial, daha doğrusu sosial-psixoloji tərəfləri var. Fikrimi 
çatdıra bildim, yoxsa yox?
- Sizin tutuquşunuz xəstələnməyibmi? Bunun psixo-

26
logiya ilə nə əlaqəsi?
- İnanmıram ki, bu, sizin vərdiş etdiyiniz xəstəliklər-
dən ola. Belə götürəndə, heç xəstəlik də deyil. Amma 
mütləq müalicə olunmalıdır.
Balabəy  yenə  də  uzun-uzadı  psixoloji  aspektlərdən 
danışmağa başladı. Xişnikov ciddi mülahizələr dinləyir-
miş kimi səbrli görkəm almışdı, nədənsə ona elə gəldi 
ki, bu şəhərdə baş çəkdiyi müştəriləri arasında heç vaxt 
beləsinə rast gəlməyib, belə baxanda onun özünün har-
dasa  psixoloqa,  daha  doğrusu  psixiatra  ehtiyacı  vardı. 
Amma bunu onun üzünə demək cəsarət tələb edirdi, həm 
də açıqdan-açığa hörmətsizlik olardı. Nəyinə lazım, bu 
qərib şəhərin o qədər heyvanlarını yola verib ki, bu da 
olsun onlardan biri. 
- Yaxşı, psixoloji aspektlərini də araşdırarıq-, Balabə-
yin azca pauza verdiyini görən kimi Xişnikov dilləndi.
- Çox gözəl, yaxşı ki, başa düşdünüz. Amma bilirsi-
niz də bizim şəhər balacadı, hər şey gərək öz aramızda…
- Bax bunu deməyə heç ehtiyac yox idi. Mənim bü-
tün müştərilərimin qarşısında yalnız bir öhdəliyim var 
–  konfidensiallıq.  Yaxşı,  məni  xəstənin  yanına  apara 
bilərsinizmi?
“E-şş-qq ol-su-nn Ba-la-bə-yə!”, “Biz-zzz səəə-ni se-
vi-r-rr-ik!” -, Xişnikov çox qəribəliklər görmüşdü, gene-
tikadan o qədər də başı çıxmasa da, beş ayaqlı keçilər, 
təpəgöz quzular, quyruqsuz dayçalar, bir sözlə təbiətin 
anomal təzahürləri haqqında çox oxumuşdu, amma tu-

27
tuquşu  xorunu  ilk  dəfəydi  görürdü.  Onlar  enliyarpaqlı 
tropik  ağacların  budaqları  üstündə  sıralanıb  qırıldaşan 
həmcinslərinin tayı deyildilər, əsil adam kimi, bəlkə də 
adamdan da yaxşı xorla danışırdılar. Havası tropik cən-
gəlliyin  rütubətindən  də  ağır,  uzun,  pəncərəsiz  otağın 
sol divarı boyu ilk baxışda sayılması mümkün olmayan 
tutuquşular düzülmüşdülər, Balabəyi görən kimi hamı-
sı bir ağızdan cırıldamağa başladılar “E-şş-qq ol-su-nn 
Ba-la-bə-yə!”, “Biz-zzz səəə-ni se-vi-r-rr-ik!”. Xişnikov 
bayaqdan bəri hərifin sosial davranış, psixologiya, rəf-
tar haqqında elə-belə sözgəlişi danışmadığını anladı və 
təəccübdən dörd olan gözlərini bərəldərək soruşdu:
-  Bunların  hamısı  xəstədir?!  Bəlkə  epidemiyadır… 
Axı bunu əvvəldən demək lazım idi…
- Nə danışırsınız doktor, heç bir epidemiya filan yox-
dur. Onlar üçün burdan ideal şərait ola bilməz. Kifayət 
qədər ağıllı quşlardılar.
- Axı  bu  qədər  tutuquşu  sizin  nəyinizə  lazımdır?  -, 
Xişnikov hiss elədi ki, əməllicə həyəcanlanıb və təcrü-
bəli həkim üçün yolverilməz səhvi buraxdı. Axı o, heç 
vaxt şəxsi motivli suallar verməz və özü də bu səpkidən 
soruşulanları  cavablandırmazdı.  Doğrudan  da  qəribə 
mənzərə idi, bunca illər baytarlıq elə heç vaxt ağlından 
keçməsin  ki,  adam  dilində  danışan  tutuquşu  xoru  ola 
bilərmiş. Xişnikov heç kenqurunun kisəsindən smartfon 
çıxardanda bu qədər təəccüblənməmişdi. 
- Yaxşı, gəlin problemdən danışaq, kütləvi xəstəlik nə 

28
vaxtdan başlayıb? İlk əlamətləri özünü nədə göstərirdi? 
Sürətləmi yoluxurlar?
-  Əziz  doktor,  bunlar  xəstə-zad  deyillər  ki.  Xəstə 
adlandırılmalı olan varsa o da, cəmi bir dənəsidir. Sizi 
məhz ona görə çağırmışam.
- Göstərə bilərsinizmi?
- Diqqətlə qulaq assanız indi özünüz də müəyyənləş-
dirə bilərsiniz-, Balabəy əlini yellədi tutuquşu xoru yeni-
dən başlandı. “E-şş-qq ol-su-nn Ba-la-bə-yə!”, “Biz-zzz 
səəə-ni  se-vi-r-rr-ik!”  Xəstəni  tapmaq  üçün  Xişnikova 
bir neçə dəqiqə lazım gəldi.
-  Elə  bil  bu  kəkilli  quş  xaric  səslər  çıxarır.  Elə  bil 
nəsə…
-  Arif  adamsınız,  doktor,  düppə-düzdür.  Bu  kəkilli 
quş gələn gündən xaric səslər çıxarır. Ona qədər xorun 
elə ritmi var idi ki, deyim sizə hətta tembrləri də bir-bir-
lərinə oxşayırdı. Bu kəkilli gələn kimi ahəng pozulub. O 
biri quşlara da pis təsir göstərir, arada olur bəziləri hətta 
onu yamsılamaq istəyir. 
- Kəkilli quş ahəngi pozursa, deməli, xor alınmır. Siz 
heyvanların sosial davranışı haqqında soruşanda bunu-
mu nəzərdə tuturdunuz?
- Bəli, lap ürəyimi oxudunuz…
“Dəlinə  şükür  ilahi!,  Xişnikov  karıxdığını  biruzə 
verməmək üçün tez-tez baxışlarını yayındırır, ora-bura 
baxırdı. Dəqiq əmin idi ki, əgər bu qəribə şəhərdə indicə 
qarşılaşdığı  mənzərəyə  xəstəlik  demək  mümkün  idisə, 

29
quşları  yox,  sahibini  müalicə  eləmək  lazım  gələcəkdi. 
Hər  halda  “axı  tutuquşu  xoru  sizin  nəyinizə  lazımdır” 
sualı dönüb-dönüb dilinin ucunda düyünlənib qalmışdı. 
- Mümkün olsaydı, quşlarınızı bir də oxudardınız.
- Əlbəttə, neçə dəfə ürəyiniz istəyir-, Balabəy yenə 
də əlini yellədi, tutuquşular himə bəndmiş kimi bayaqkı 
təki qırıldaşdılar.
- Bunlar həmişə eyni sözləri deyirlər? Bu sizi bezdir-
mir?
- Qətiyyən, özüm belə istəyirəm. Daha doğrusu özüm 
belə öyrətmişəm. Hamısı məmnuniyyətlə təkrarlayırlar. 
Bircə…
- İş orasındadı kəkilli quş da hər şeyi eyni ilə təlqin 
edir, nəyə görəsə azacıq improvizələrlə?..
- Elə məni qəzəbləndirən də onun improvizələridi!
- Fikir vermisinizsə, o cümlədə mübtəda ilə xəbərin 
yerini dəyişir: hamı deyir “Eşq olsun Balabəyə!”, o de-
yir  “Balabəyə  eşq  olsun!”,  hamı  deyir  “Biz  səni  sevi-
rik!”, o, deyir “Sevirik səni biz!”, özü də o birilərindən 
bərk çığırır. Belə baxanda xatalı sözlər demir, amma…
- Amma ahəng itir, xor alınmır. Axı o, nə üçün impro-
vizə  etməlidi?  Niyə  hamı  kimi  olmur?  Onun  qarnının 
dərdini bilmək istəyirəm, doktor?
- Onun günahı hələlik cümlədə mübtəda ilə xəbərin 
yerini dəyişməsindədir. Elmdə belə şeylərə nadir hallar-
da rast gəlinir, bu xəstəliyin adını şərti olaraq “mübtə-
dus-protestus” qoya bilərik. Hərçənd kəkili quş heç nəyə 

30
protest eləmir, o, da bütün tutuquşular kimi sizi sevir. 
Sizə  isə  xor  lazımdı.  Açığını  deyim,  bayaq  danışdıq-
larınız mənə qəribə gəlmişdi, amma indi sizi başa dü-
şürəm,  doğyudan  da  bu  işin  sosial-psixoloji  aspektləri 
var. Bəlkə, bu quş sizi o birilərindən daha çox sevir? Bu 
quşa nəsə fərqli münasibətiniz olmayıb ki?
- Olub! Elə alan gündən, keşkə olmayaydı. Nəsə bir 
az başqa cürə idi, açığı mənim fərqli şeylərdən heç xo-
şum gəlməz. Nə bilim, yəqin kəkilinə aldandım. Bir də 
yaman şirin dili var, sözləri daha səlis və ucadan tələffüz 
edir. Amma nə fayda!
- Bəlkə mənşəyi şübhəlidi?
-  Bunu  “cuhud” Alikdən  almışam,  elə  burdakıların 
çoxusunu  da.  Mənşəyi  ilə  heç  maraqlanmamışam,  tu-
tuquşudu da. 
- Orası elədi, amma bu mənşəyi bilinməyən tutuquşu 
çox xatalı azara yoluxub. Bəli, bu gün cümlədə mübtə-
dayla  xəbərin  yerini  dəyişir,  sabah  ürəyi  istəyəcək  ki, 
başqa səs çıxarsın, onda necə olacaq? Görünən odur ki, 
o, öz sevgisini sizə o birilərindən daha çox göstərmək 
istəyir. Necə deyim bir növ özünü gözə soxur. Bu, o biri 
tutuquşuların  davranışına  da  mənfi  təsir  göstərə  bilər. 
Onlar  da  həvəslənib  ağızlarına  gələn  səsi  çıxarmağa 
cəhd eləsələr artıq bunun harası xor oldu. Bax məsələnin 
sosial-psixoloji tərəfləri burdadır. 
- Sizinlə razıyam doktor, xəstəliyin adını necə dedi-
niz?

31
- Mübtədus-protestus.
- Bəs müalicəsi necə?
-  Belə  danışaq,  mən  bütün  qeydlərimi  götürəcəm. 
Əsas  odur  diaqnoz  dəqiqdir.  Peterburqdakı  həkimlərlə 
də konsilium eləmək lazımdır. Sizinlə qısa vaxtda əlaqə 
saxlayacam. Hələlik məsləhətim belidir ki, məndən ca-
vab gələnə kimi kəkilli quşu xordan ayırın. Təmamilə 
başqa yerdə saxlayın, o biri quşlar onun səsini də eşit-
məməlidir. 
Ayrılanda Xişnikov Balabəyin şübhə, kədər və iztirab 
yağan gözlərinə baxdı, yenə də “axı tutuquşu xoru nə-
yinə lazımdır, ay bədbəxt” sualı dilinin ucunda düyün-
lənib qaldı. Bir anlıq təsəvvür edirdi ki, konsiluma top-
laşacaq həmkarlarını bu nadir təbiət, daha doğrusu sosi-
al-təbii hadisəyə inandırmaq üçün xeyli səy göstərməli 
olacaqdı. Yəqin elə biləcəklər ki, onlarla məzələnirəm, 
amma yox, əvvəl-axır inanacaqlar, dünyanın belə şəhər-
ləri, belə adamları olan yerdə axı niyə belə xəstəlikləri 
də olmasın? 
Balabəy kəkilli tutuquşunu ayırıb evin mətbəxə ge-
dən  enli  dəhlizinin  sol  tərəfindəki  balaca,  amma  işıqlı 
otaqda düzəldilmiş qəfəsə tulladı. Otağın qapısını daim 
bağlı saxlayırdı ki, əndrəbadi xəstəliyə yoluxmuş quşun 
cınqırı belə xora gedib çatmasın. Bu otaq balaca olsa da, 
tropik cəhənnəm kimi rütubət qoxumurdu, həm də ey-
vana açılan enli ikilaylı pəncərədən günəş işığı düşürdü, 
bütün şəhər lap ovuc içi kimi görünürdü. İllah da axşam-

32
lar geniş prospektdə şütüyən maşınların səsinə qarışan 
insan qəhqəhələri, göydələnlərin uzaqdan nöqtə boyda 
görünən işıqları tutuquşuda qəribə xoş ovqat yaradırdı 
və birinci ağlından keçən bu oldu ki, sahibi onu müka-
fatlandırmaq üçün qəfəsə salıb. Balabəy gündə bir dəfə 
onu yemləməyə gələndə kəkillərini pırpızladıb cır səsi 
yetənə  qədər  mübtəda  ilə  xəbərin  yerini  dəyişə-dəyişə 
qışqırırdı. Bir dəfə qəfəsin qapısı da, hətta otağın pən-
cərəsi də açıq qaldı: tutuquşu səsinə güc verib “Ba-la-
bə-yə e-şş-qq ol-su-nn!”, “Se-vi-r-rr-ik səəə-ni biz-zzz!” 
-, deyə qışqırmağa başladı, qanadları, sonra dimdiyi ilə 
qəfəsin qapısını özünə tərəf çəkib bağlamaq üçün xeyli 
əlləşdi, hər dəfə çırpındıqca pırpız tükləri payız yarpaq-
ları kimi döşəmənin üstünə ələndi. Sahibinin hay vermə-
diyini gördükdəysə qəfəsin küncünə sıxılıb bütün gecəni 
titrə-titrəyə  dayandı.  Qəflətən  ürəyinə  damdı  ki,  o,  bu 
işıqlı otağa cəzalandırılmaq üçün salınıb, axı nə üçün? 
Tutuquşu  bütün  gecəni  açıq  pəncərədən  görünən  göy-
dələnlərin sayrışan işıqlarını saya-saya “nə üçün” sua-
lına cavab axtarır, vurnuxur, sinəsinin alabəzək tükləri-
ni didirdi, nəhayət dan yeri sökülənə yaxın var gücünü 
toplayıb yenə də dedi “Ba-la-bə-yə e-şş-qq ol-su-nn!”... 
Xişnikovdan  üç  gün  sonra  zəng  gəldi.  Balabəy  hə-
kimin  məsləhətinə  əməl  etdiyini  və  ilkin  nəticənin  isə 
gözlənilən  kimi  olduğunu  söylədi.  Pırpız  quşu  ayıran 
kimi hər şey əvvəlki məcrasına düşüb və ən əsası xor ar-
tıq bərpa olunub. Balabəy dəyərli məsləhəti üçün dönə-

33
dönə  təşəkkür  etdi.  Xişnikov  onun  nədənsə  xəstəlik 
barədə soruşmadığını görüb özü sözə başladı:
- Konsilium da maraqlı keçdi. Məsələnin sosial-psixo-
loji tərəflərini nəzərə alıb sosioloq da dəvət etmişdim. 
O,  çox  maraqlı  fikirlər  söylədi,  sözün  açığı  məsələnin 
bu  dərəcədə  ciddi  olmasını  təsəvvür  eləmirdim.  Sosi-
oloq  deyir  ki,  “mübtədus-protestus”  xəstəliyinin  ilkin 
əlamətləri heyvanın sahibinə qarşı aşırı sevgisində özü-
nü  göstərir  və  ilkin  simptomları  aradan  qaldırılmasa 
fəsad verə bilər. Bunun ən ağır forması isə fərqli fikir 
söyləməyə meylin yaranmasıdır. 
- Bilirsiniz, cənab Xişnikov…
-  Üzr  istəyirəm  mən  artıq  fikrimi  yekunlaşdırıram, 
sosioloq deyir ki, bütün canlılarda tutuquşuya bənzərlik 
var. Təsəvvür edirsinizmi, biz hamımız nə vaxtsa tutuqu-
şu olmuşuq. Bu virus insandan quşa və yaxud da əksinə 
quşdan insana keçə bilər. Qısası konsilium belə qərara 
gəlib ki, siz pırpız tutuquşunu Peterburqa göndərəsiniz, 
nə qədər ki, xroniki hal almayıb onu burada laboratoriya 
şəraitində müşahidə altında saxlamaq lazımdır. 
- Cənab Xişnikov… tutuquşu artıq yoxdu.
- Necə?
- Öldü. Pəncərəni açıq qoymuşdum ki, özü uçub get-
sin, o, isə ölməyə üstünlük verib. Heç qəfəsin qapısın-
dan bayıra da tullanmayıb.
“Axı  tutuquşu  xoru  nəyinə  lazımdır”  sualı  yenə  də 
Xişnikovun  dilinin  ucunda  ilişib  qaldı.  Müştərilərinə 

34
şəxsi müstəvidə sual verməmək, dəyişilməz prinsip idi. 
Əsas  olan  nəticədi:  pırpız  tutuquşu  yoxdu,  xor  bərpa 
olunub, deməli bu dəfə də baytar həkim işinin öhdəsin-
dən gələ bilmişdi. Bir neçə gün sonra onu yenə də təcili 
olaraq bu qəribə şəhərə çağırdılar: kiminsə təzəcə təmir-
dən çıxmış xudmani okeanına saldığı balinasına baxmaq 
üçün...
Avqust 2015

35
(avtobioqrafik etüdlər)
Kösöv kimi qaralmış yoğun əlləriylə xəlbiri silkələ-
dikcə  adamın  ağlından  nələr  keçmirdi,  nələr?  Alaya-
rımçıq uşaqlığımda ilişib qalmış bozbulanıq xatirələrin 
sırasında nənəmin dəyirmanlıq buğda artlamasının nə-
dənsə ayrı yeri, ayrı çəkisi vardı. Axır vaxtlar, illah da 
bir-birinin  ardınca  uğursuzluqlarım  artdıqca,  həyatdan 
küsüb özümə qapandıqca nənəmin xəlbiri hərlənib-fırla-
nıb gözümün qabağında dayanır. Hər dəfə sevinə-sevinə 
bir işin qulpundan yapışmağa cəhd edərkən, bəli, məhz 
cəhd edərkən (çünki hələ cəhddən qabağa getməyə şan-
sım  olmayıb)  növbəti  məyusluğa  tuş  gəlirəm,  ümidlə-
rim, gələcək haqqında təsəvvürlərim çilik-çilik olur. Və 
hər  dəfə  eyni  hissləri  yaşadıqca,  yəni  gözükölgəli  gə-
zib-dolanmağın acısını daddıqca, onsuz da həyatın di-
bində çabalayan ruhum bir az da sarsılır, bir az da sınır, 
bir az da əzilir. Həmişə də xəlbir gözümün qabağından 
çəkilmir. Heç uşaq olanda ağlıma gəlməzdi ki, yaşa dol-
duqca,  nənəmin  yoğun,  qaralmış  oduna  oxşayan  əlləri 
arasında silkələnən xəlbiri belə tez-tez xatırlayacam. 
Yenə də bardaş qurub səssizcə oturmuşam, buğdanın 
tozu,  zir-zibili  burnuma  dolub,  üst-başımı  batırmasın 
deyə, eləcə aralıdan onun əllərinin hərəkətinə və daha 
çox da xəlbirin necə dəqiq işləməsinə heyranlıqla tama-
şa edirəm. Nənəm başını qaldırmadan aram-aram əlləri-
Yüklə 2,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin