Баталйон хатиряляри Memuar



Yüklə 392,44 Kb.
Pdf görüntüsü
səhifə5/6
tarix01.04.2017
ölçüsü392,44 Kb.
#13043
1   2   3   4   5   6

AĞDAMIM, QANIM, CANIM
124
M
M

Ağdam rayonu 08 avqust 1930-cu ildə
yaradılmışdır. Sahəsi 1094 kvadrat kilometr olan rayo -
nun relyefi əsasən düzənlik, qismən dağlıqdır. 
Ağdam rayonu Azərbaycanın qədim, füsunkar
təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ
dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz
ovalığının qərbində yerləşir.
“Ağdam” sözü qədim türk dilində “kiçik qala”
deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli
qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik
qalalar tikirdilər. “Ağdam” sözünü həm də Pənahəli
xanla əlaqələndirirlər. XVIII əsrin birinci yarısında
Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan
imarət tikdirmək barədə əmr verir. Həmin imarət uzun
müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentir
rolunu oynayırdı. Bu baxımdan “Ağdam” – günəş
şüaları ilə işıqlanan, möhtəşəm ağ ev mənasını da kəsb
edir. Ağdam həm də zəngin və qədim tarixə malikdir.
Hələ Şimali Azərbaycanda yaranmış Albaniya quldar
dövləti ərazisində 26 tayfa var idi ki, bunlardan biri də
yüksək mədəniyyətə malik olan Qarqarlar idi. Qarqarlar
Ağdamdan keçən Qarqar çayı boyunca məs 
kun 
-
laşmışdılar. Bu da Azərbaycanın ilkin dövlət
quruculuğunda Ağdamın rolunun əvəzsiz olduğunu
sübut edir.
Ağdam rayon mərkəzi Bakıdan 362 km məsafədə,
Qarqar çayının sahilindən 3 km aralı, Qarabağ düzünün
cənub-qərbindədir.
125
M
M

Ağdam rayonunda 1 şəhər - Ağdam, 2
qəsəbə- Quzanlı və Açarlı, 123 kənd var
Kəndləri:
– Eyvazlı, Bağbanlar, İsmayılbəyli, Muğanlı,
Pirzadlı, Saybalı, Baş Güneypəyə, Boyəhmədli, Qızıl
Kəngərli, Mollalar, Salahlı Kəngərli, Sofulu, Çəmənli,
Sarıcalı, Şükürağalı, Əfətli, Hacıməmmədli, Hacıturalı,
Həsənxanlı, İsalar, Küdürlü, Qəhrəmanbəyli,
Məmmədbağırlı, Əhmədağalı, Çıraxlı, Kolqışlaq,
Mirəşelli, Əlimədətli, Cinli, Əliağalı, Xaçındərbətli,
Kürdlər, Qalayçılar, Mollalar, Göytəpə, Abdınlı,
Cavahirli, Kosalar, Gülablı, Abdal, Əhmədavar,
126
M
M

Xındırıstan, Baharlı, Bəybabalar, Birinci Yüzbaşılı,
Dadaşlı, İkinci Yüzbaşılı, Kəlbəhüseynli, Paşabəyli,
Sarıçoban, İmamqulubəyli, Çullu, Kəngərli, Qaraqaşlı,
Şirvanlı, Qaradağlı, Evoğlu, Rzalar, Qasımlı, Qurdlar,
Poladlı, Şelli, Baş Qərvənd, Ayaq Qərvənd, Qazançı,
Şıxlar, Qiyaslı, Ətyeməzli, Keştazlı, Maqsudlu,
Eyvazxanbəyli, Şahbulaq, Salahsəmədlər, Şişpapaqlar,
Talışlar, Təpəməhlə, Tərnöyüt, Tükəzbanlı, Məlikli,
Orta Qərvənd, Güllücə, İlxıçılar, Suma, Tağıbəyli,
Xatınbəyli, Xıdırlı, Çuxurməhlə, Mərzili, Nəmirli,
Şoltanlı, Şuraabad, Təzəkənd, Umudlu, Novruzlu, Orta
Güneypəyə, Papravənd, Ballar, Sarıcalı, Qarazeynallı,
Qullar, Seyidli, Bozpapaqlar, Sarıhacılı, Sırxavənd,
Ballıqaya, Bəşirlər, Qaraşlar, Şıxbabalı, Muğanlı,
Üçoğlan, Alıbəyli,  Baharlı, Qarapirimli, Böyükbəyli,
Kiçikli, Orta Qışlaq, Yeni Qaralar, Mahrızlı, Yusifcanlı,
Zəngişalı, Yusifli. 
Abidələri:
1. Çıraqtəpə yaşayış yeri – tunc dövrü (Ağdam
şəhəri)
2. Qarahacı yaşayış yeri – ilk tunc dövrü (Ağdam-
Xankəndi yolunun sağ tərəfində)
3. Qarahacılı nekropolu – tunc dövrü (Ağdam
şəhəri)
4. Vəlixantəpə yaşayış yeri eneolit dövrü
(Ağdam-Ağcabədi şosesinin 1,5 km-də)
127
M
M

5. Kurqan – tunc dövrü (Üzümçülük sovxozu)
6. İlanlıtəpə yaşayış yeri – eneolit – dəmir dövrü
(Baş Qərvənd kəndi)
7. Dəyirmantəpə kurqanı – tunc və dəmir dövrü
(Orta Qərvənd və Mirəşəlli kəndlərinin arasında)
8. Şomullutəpə yaşayış yeri – eneolit dövrü
(Miəşrəfli kəndindən 1 km şimal-şərqdə)
9. Bənövşələr təpəsi yaşayış yeri – eneolit dövrü
(Mirəşəlli və Armudlu kəndlərinin arasında)
10.Gültəpə yaşayış yeri – eneolit dövrü (Mirəşəlli
kəndindən 300 m. Şimal şərqdə)
11.Yaşayış yeri – e.ə. II-I minilliklər (Armudlu
kəndi)
12.Rəsultəpə yaşayış yeri – orta tunc dövrü, orta
əsrlər (Armudlu kəndinin şimal qərbində)
13.Rəsultəpə kurqanları tunc dövrü (Armudlu
kəndi, Rəsultəpə yaşayış yerinin 30-40 m. şimalında)
14.İsmayılbəy təpəsi yaşayış yeri – eneolit dövrü
(Armudlu kəndi)
15.Kəbləhüseyn yaşayış yeri – eneolit dövrü
(Kəbləhüseyn kəndi)
16.Namazəli təpəsi yaşayış yeri – eneolit dövrü
(Kəbləhüseyn kəndindən 500 m. şərqdə)
17.Boyəhmədli kəndi kurqanları (80-a qədər)- ilk
tunc dövrü (Boyəhmədli, Qızıllı Gəngərli və Salahlı
Gəngərli kəndlərinin arasında)
128
M
M

18.Gavurqala yaşayış yeri – ilk orta əsrlər
(Boyəhmədli kəndinin cənubunda)
19.Daş qutusu nekropolu – ilk orta əsrlər
(Boyəhmədli kəndinin cənubunda)
20.Papravənd-Boyəhmədli kurqanları (Möhülü
təpələri, Əli kişi təpəsi, Molla Mustafa oğlu təpəsi,
həmşəri təpəsi və.s) – tunc-dəmir dövrü- (Boyəhmədli
kəndinin şimal-şərqində)
21.Qarapirim təpələri – tunc və ilk dəmir dövrü
(Qarapirim kəndinin qərbində)
22.Güllütəpə  – I yaşayış yeri – III-XIII əsrlər
(Papravənd kəndi)
23.Güllütəpə – II yaşayış yeri – son tunc dövrü, ilk
orta əsrlər (Papravənd kəndinin cənub-şərqində)
24.Misir qışlağı yaşayış yeri – son tunc, ilk dəmir
dövrü (Papravənd kəndindən 250 m. şərqdə)
25.Kurqanlar – son tunc, ilk dəmir dövrü
(Papravənd kəndindən 1 km. şərqdə)
26.Qala qalıqları – orta əsrlər (Tarpaut kəndi)
27. Nekropol – orta əsrlər (Kənçərli kəndi)
28. Şomullutəpə yaşayış yeri – e.ə.V-II minilliklər
(Quzanlı kəndi)
29.Gülməmməd təpəsi yaşayış yeri – eneolit dövrü
(Quzanlı kəndindən 2 km. cənub-şərqdə)
30.Çaqqallı təpənin yaşayış yeri – eneolit dövrü
(Quzanlı kəndindən şimal-şərqdə)
129
M
M

31.Əjdahatəpə yaşayış yeri – eneloit dövrü
(Quzanlı kəndindən 2,5 km. şərqdə)
32.Yaşayış yeri – e.ə.V-II minilliklər (Zəngişalı
kəndi)
33.Yaşayış yeri – e.ə.V-II minilliklər ( Mərzili
kəndi)
34.Nekropol – qədim dövr (Seyidli kəndi)
35.Yaşayış yeri – antik dövrü (Əlimədətli kəndi)
36.Yaşayış yeri – antik dövrü (Göytəpə kəndi)
37.Göytəpə yaşayış yeri – tunc dövrü (Göytəpə
kəndinin qərbində)
38.Göytəpə kurqanları – tunc dövrü (Göytəpə
kəndinin qərbində)
39.Şümürlütəpə kurqanı – tunc dövrü (Əfətli
kəndi)
40.Balatəpə kurqanı – tunc dövrü (Əfətli kəndi)
41.Yaşayış yeri – qədim dövr (Sarıhacılı kəndi)
42.Çinartəpə yaşayış yeri – e.ə.V-II minilliklər
(Sarıhacılı kəndindən 3 km. cənub-şərqdə)
43.Sarıhacılı yaşayış yeri və nekropol – eneloit,
tunc dövrü (Sarıhacılı kəndindən 2 km. cənub-şərqdə)
44.Sarıhacılı tayı yaşayış yeri – tunc dövrü
(Sarıhacılı kəndindən 2,5-3 km. şərqdə)
45.Ağtəpə yaşayış yeri – tunc dövrü (Çəmənli
kəndindən 3 km. şərqdə)
46.Çəmənli təpə kurqanı – eneolit, tunc dövrü
(Çəmənli kəndindən 3 km. şərqdə)
130
M
M

47.Seyid Mustafa yaşayış yeri – eneolit (Bala
Baharlı kəndindən 2 km. qərbdə)
48.Yaşayış yeri – e.ə.V-I minilliklər (Baharlı kəndi)
49.Yaşayış yeri – qədim dövr (Əhmədavar kəndi)
50.Qəhramanbəyli kurqanı
– tunc dövrü
(Qəhramanbəyli kəndi)
51.I və II Qoşatəpə yaşayış yeri – eneolit dövrü
(Əhmədağalı kəndi)
52.Əhmədoğlu yaşayış yeri – eneolit (Əhmədağalı
kəndi)
53.Məscidtəpə yaşayış yeri – eneloit (Əhmədağalı
kəndi)
54.Əzginlitəpə yaşayış yeri – eneloit (Əhmədağalı
kəndi)
55.Vəlibəy təpələri (4 ədəd ) – eneolit, tunc dövrü
və orta əsrlər (Əhmədağalı kəndində 2 km şərqdə)
56.Yaşayış yeri – qədim dövr (Poladlı kəndi)
57.Qasımtəpə yaşayış yeri – ilk tunc dövrü (Qiyaslı
kəndi)
58.Çinartəpə yaşayış yeri – tunc dövrü
(Qarqarçayın sol sahilində )
59.Yaşayış yeri – e.ə. V-I minilliklər (Evoğlu kəndi)
60.Qaradağlı kurqanları – tunc dövrü (Qaradağlı
kəndinin qərbində )
61.Bəyliktəpə kurqanı – ilk tunc dövrü (Qaradağlı
kəndinin şimal-şərqində)
131
M
M

62.Xırmantəpə kurqanı
– ilk tunc dövrü
(Çuxurməhlə kəndi)
63.Hüseyntəpə kurqanları – ilk tunc dövrü
(Çuxurməhlə kəndinin qərbində)
64.Çuxurməhlə kurqanı – ilk tunc dövrü
(Çuxurməhlə kəndi)
65.Qaratəpə yaşayış yeri – son tunc, ilk dəmir
dövrü (Şıxbabalı kəndinin cənubunda)
66.Gülablı kurqanları – son tunc, ilk dəmir dövrü
(Gülablı kəndinin şımal-şərqində)
67.Maqsudlu kurqanları – tunc dövrü (Maqsudlu
kəndindən 3 km şərqdə)
68.Töyrətəpə kurqanları – tunc və dəmir dövrü
(Güllücə kəndinin şimalında)
69.Karvansara təpə və Çaparyeri yaşayış yeri – ilk
orta əsrlər (Güllücə kəndinin cənub-qərbində)
70.Yüzbaşlı təpəsi yaşayış yeri – eneolit (Yuxarı
Yüzbaşlı kəndi)
71.Ağabəy təpəsi yaşayış yeri – eneolit (Yuxarı
Yüzbaşlı kəndinin şımalında)
72.Abdüləzim təpəsi yaşayış yeri – eneolit (Aşağı
Yüzbaşlı kəndindən 1,3 km şərqdə)
73.Şükürbəyli təpəsi yaşayış yeri – eneolit (Aşağı
Yüzbaşlı kəndindən 2,3 km şımal-şərqdə)
74.Sarıçoban kurqanları – tunc dövrü (Sarıçoban
kəndinin qərbində)
75.Bəşirtəpə yaşayış yeri – eneolit (Üçoğlan kəndi)
132
M
M

76.Böyüktəpə kurqanı və yaşayış yeri – tunc dövrü
(Üçoğlan kəndi)
77.Kərimtəpə yaşayış yeri – eneolit (Üçoğlan
kəndinin şımal-şərqində)
78.Qəbiristan təpəsi – tunc dövrü (Üçoğlan kəndi)
79.I və II Üçoğlan yaşayış yerləri və kurqanlar 
tunc dövrü (Sarıçoban kəndi)
80.Qaçaytəpə yaşayış yeri və nekropol – tunc
dövrü (Üçoğlan kəndi)
81.Güllütəpə yaşayış yeri – eneolit (Alıbəyli
kəndindən 1 km. cənub şərqdə)
82.Kazımtəpə yaşayış yeri – eneolit (Alıbəyli
kəndinin qərbində)
83.Sayadtəpə kurqanı – tunc dövrü (Səfərli
kəndinin qərbində)
84.Səfərli təpələri yaşayış yeri – eneolit (Səfərlı
kəndi)
85.Leyla təpəsi II yaşayış yeri – eneolit (Eyvazlı
kəndi)
86.Nəsirbəy təpəsi yaşayış yeri – eneolit (Eyvazlı
kəndindən cənub-qərbdə)
87.Kərimtəpə yaşayış yeri – eneolit (Eyvazlı
kəndinin şərqində)
88.Əhəd təpəsi yaşayış yeri – eneolit (Eyvazlı
kəndinin şərqində)
89.Düyü təpəsi yaşayış yeri – eneolit (Eyvazlı
kəndindən 500 m. cənub- şərqdə)
133
M
M

90.Nazdıxan təpəsi yaşayış yeri – eneolit (Eyvazlı
kəndindən 1,5 km. cənub-şərqdə)
91.Çullutəpə kurqanı – tunc dövrü (Çullu,
İmamqulubəyli və Quzanlı kəndlərinin arasında)
92.Həsəntəpə kurqanı – tunc dövrü (Çullu
kəndindən qərbdə)
93.Sultanbud kurqanı
– tunc dövrü
(İmamqulubəyli kəndinin şimal-qərbində)
94.Pənah xanın imarəti – XVIII əsr (Ağdam
şəhəri)
95.Pənah xanın türbəsi – XVIII əsr (Ağdam
şəhəri)
96.Xanoğlu türbəsi – XVIII əsr (Ağdam şəhəri)
97.Türbə – XIX əsr (Ağdam şəhəri)
98.Sərdabə – XV əsr (Ağdam şəhəri)
99.Körpü – XIV əsr (Madaqiz kəndi)
100.Hatəm Məlik qalası – XII əsr (Ağdam şəhəri)
101.Məscid – 1868-ci il (Ağdam şəhəri)
102.Məbəd – VI-VIII əsrlər (Şahbulaq kəndi )
103.Məbəd – VI əsr (Kəngərli kəndi)
104.Məbəd – XIII əsr (Tərtər çayının yuxarı
axarında)
105.Türbə – XVIII əsr (Papravənd kəndi)
106.Məscid – XVIII əsr (Papravənd kəndi)
107.İqamətgah –XVIIIəsr (Şahbulaq kəndi)
108.Karvansaray– XVIII əsr (Şahbulaq kəndi)
109.Bürc– XVIII əsr (Şahbulaq kəndi)
110.Məbəd– XV əsr (Maqsudlu kəndi)
134
M
M

111.Türbə– XVIII əsr (Maqsudlu kəndi)
112.Məscid– XVIII əsr (Qiyaslı kəndi)
113.Məbəd– XVI əsr (Salahlı Kəngərli kəndi)
114.Məscid– XIX əsr (Boyəhmədli kəndi)
115.Türbə– XIV əsr (Kəngərli kəndi)
116.Türbə – XIX əsr (Ağdam şəhəri)
117.Uğurlu bəyin türbəsi – XIX əsr (Ağdam
şəhəri)
118.Türbə – XIX əsr Ağdam şəhərinin 5
kilometrliyində, Qaraağac qəbiristanlığında)
119.Gavur Qala şəhərgahı – orta əsrlər (Ağdam
şəhəri)
120.Qəbiristanlıq – orta əsrlər (Papravənd kəndi)
121.Qəbiristanlıq – orta əsrlər (Qızıllı Kəngərli
kəndi)
122.Abıştəpə yaşayış yeri – orta əsrlər (Üçoğlan
kəndi 
123.Qulu Musa oğlu türbəsi – 1314-cü il (Türbətli
kəndi)
124.Üzərliktəpə yaşayış yeri – tunc dövrü (Ağdam
şəhəri)
125.Seyid Lazım Ağanın məqbərəsi – XX əsr
(Çəmənli kəndi) 
135
M
M

Hazırda rayondakı tarixi, mədəni, dini abidələrin
əksəriyyəti erməni işğalçıları tərəfindən məhv
edilmişdir. Rayonun Xaçındərbənd kəndindəki 1314-cü
ildə tikilmiş Qutlu Sarı Musa oğlu Günbəzi, Kəngərli
kəndindəki XIV əsrə aid Türbə və Daş abidələr,
Papravənd kəndində XVIII əsrə aid günbəz və məscid,
Ağdamda İmarət deyilən yerdə XVIII əsrə aid abidələr,
o cümlədən Xan qızı Xurşidbanu Natəvanın və onun
oğlunun türbələri, Şahbulaq ərazisində Şahbulaq qalası
və Karvansara vəhşicəsinə dağıdılmışdır. Bundan əlavə,
dini ibadətgahlardan rayonun Papravənd kəndində
yerləşən Şeyx Nigar, Seyid Miriş ağa, Qara Pirim və
digər ziyarətgahlar darmadağın edilmişdir.
Ermənilər Ağdam rayonunda olan muzeylərdəki
eksponatları talayıb aparıblar. Belə muzeylərdən
Ağdamdakı Çörək Muzeyi, Tarix Ölkəşünaslıq Muzeyi,
136
M
M

tarzən Qurban Pirimovun Xatirə Muzeyi, Ağdam Şəkil
Qalereyasının adlarını çəkmək olar. Bununla belə,
2002-ci ildə Ağdam Tarix Ölkəşünaslıq muzeyi rayonun
işğal altında olmayan Qaradağlı kəndində bərpa edilib.
Ağdamın işğalı güclü iqtisadiyyatı, zəngin mədəni
irsi olan bir bölgənin itirilməsi oldu. Ağdamın işğaldan
əvvəl 88 min 395 hektar ərazisi, 1 şəhəri, 119 kənd və
qəsəbəsi olub. 1993-cü ilədək rayonun 1 736 hektar
dövlət meşəsi, 710 hektar kolxoz meşəsi, 560 hektar
yol, su və kanal kənarı, şəhərətrafı meşə sahələri var idi.
Ağdam rayonunun ümumi ehtiyatları – 64 863 min
kub metr olan mişar daşı, 140 464 min ton Çobandağ
əhəngdaşı, 44 708 min ton Boyəhmədli və 25 197 min
137
M
M
Erməni vandalizmi nəticəsində viran qalmış
Ağdam Çörək Muzeyi

ton Şorbulaq gil yataqları işğal olunmuş ərazilərdə
qalıb.
Rayon ərazisindən keçən ən iri çay olan Xaçınçayın
uzunluğu 104 km, su toplayıcı sahəsi isə 657 kv.kilo-
metrdir.
Ağdam şəhərində yaşı 150-250 ilədək olan 14 ədəd
Şərq çinarı, Boyəhmədli kəndi ətrafında isə yaşı 400 ilə
çatan 71 ədəd Şərq çinarı təbiət abidəsi kimi qorunurdu.
Azərbaycan Respublikası Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin “İşğal olmuş Azərbaycan
ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı
təsiri müəyyənləşdirən operativ mərkəz işğaldan
sonrakı dövrlərdə rayon ərazisində təbii sərvətlərin
ermənilər tərəfindən dağıdılmasına dair aşağıdakı
faktları aşkar edib:
– İşğal olunmuş ərazilərdən yaşı 400-ə çatan şərq
çinarı növündən olan ağacların doğranaraq Ermənistan
istiqamətində aparılması və iri gövdəli ağacların
qırılaraq yığıldığı müşahidə edilib.
– Rayonun işğal altında olan Novruzlu, Yusifcanlı,
Mərzili, Baş Qərvənd, Kəngərli, Çəlik, Qaradağlı-
Kəngərlisi, Göytəpə, Gülçülük kəndlərində və
Uzundərə, Yeddixırman, Şahbulaq dağ massivlərində
erməni hərbçiləri tərəfindən ümumilikdə 17457 hektar
otlaq sahəsi yandırılıb. Yanğın zamanı “Qırmızı kitab”a
və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı
138
M
M

siyahısına” düşmüş müxtəlif sayda turac, qırqovul və
gürzə məhv olub.
Amerikanın Azərbaycandakı səfiri olmuş Metyu
Brayza ATƏT-in Minsk qrupunun həmsədri olduğu
dövrdə Ağdamın işğalının 15-ci ildönümüdə işğal
altında olan Ağdamı görərək dəhşətə gəldiyini deyir:
“Ağdamda gördüklərim məni dəhşətə gətirdi. Böyük
bir şəhər xarabazarlığa çevrilmişdi. Mən polyakam.
Ağdamın işğalı mənə İkinci Dünya müharibəsində
Varşavanın düşdüyü günü xatırlatdı. Faşistlər
Varşavanı darmadağın etmişdilər”
Lakin buna baxmayaraq ağdamlılar doğma tor-
paqlara qayıdacaqları günü səbirsizliklə gözləyirlər...
TOLERANTLIQ MƏKTƏBİ
Sovetskinin Yuxarı
Naqornı küçəsində (in-
diki Abdulla Şaiq
küçəsi),  Nəriman Nəri -
manovun heykəli isti qa -
mətində, qırx 
pilləkən
deyilən bir yer var .
Abdul la Şaiq küçəsi ilə
gə lən də,  həmin  o  qırx   -
 pilləkənə çatmamış sol
tərəfdə Həbib bəy
139
M
M

Mahmudbəyov adına 2
№li 8 illik beynəlmiləl bir
orta məktəb var, indiki adı
“Həbib bəy Mah 
-
mudbəyov adına 2 saylı
Texniki-Hümanitar Elmlər
Liseyi”dir. Birinci si nifdən
səkkizinci sin fədək, 1979-
1987-ci il lərdə orda təhsil
al  mışam. 
Bizə 
və -
tənpərvərliyi məhz bu
məktəbdə - uşaqlığımın ən
xoş xatirələri ilə bağlı olan
bu əziz məktəbdə öyrədiblər.
Mən Həbib bəy Mahmudbəyov adına 2 №li
məktəbin 80-ci illərinin müəllimlər heyətinə bizə ver -
dikləri biliklərə, tər biyəyə, gös tərdikləri qay ğıya, çək -
dikləri əziyyətlərə görə dərin tə şəkkürümü bil dirirəm.
Ələlxüsus, ib tidai sinif müəl liməmiz, bizə ən sevimli,
ən mehriban, ən əziz olan, əslən ağdamlı – Südabə
müəllimə Mahmudovaya dərin təşəkkürümü bildirirəm.
Allah qəni-qəni rəhmət eləsin. Həyatda bir şəxsiyyət
kimi formalaşmağımızda, baza biliklərə yiyə 
lən 
-
məyimizdə, Vətəni böyük bir məhəbbətlə sevə
bilməyimizdə əvəzsiz xidmətlərinə görə sinif
rəhbərimiz Azərbaycan dili və ədəbiyyatı müəlliməsi
son dərəcə əziz – Məmmədova Kəmalə müəlliməyə,
140
M
M

tarix müəllimimiz, həm də məktəbin direktoru hədsiz
dərəcədə sadə bir insan- Arif müəllim Zeynalova (8 il
Arif müəllimi eyni qara kostyumda gördüm. Məktəbin
pilləkənlərini üç-üç çıxardı yuxarı), hörmətli riyaziyyat
müəlliməmiz - Ağayeva Ədilə müəlliməyə, çox
mülayim - Tahirzadə Fəridə müəlliməyə, rus dilinə
mükəmməl yiyələndiyim üçün, işinə hədsiz can
yandıran və məsuliyyətlə yanaşan rus dili müəlliməmiz
- Brodskaya Viktoriya Semyonovnaya və digərlərinə
hədsiz təşəkkürlərimi bildirirəm. Əsl müəllimlər, əsl in-
sanlar, təmənnasız məxluqlar - qarşınızda baş əyirəm,
əzizlərim. Hamınız indiki kimi yadımdasınız və
istəyirəm ki, bu kitabı oxuyan hər kəs Sizi tanısın və bir
daha yad etsin.
Bu məktəbdə bizimlə yanaşı çoxlu ruslar,
ermənilər, tatarlar, yəhudilər və s. millətlərin
nümayəndələri təhsil alırdılar. Bu da onu göstərir ki,
Azərbaycan həmişə beynəlmiləl, tolerant və humanist
dövlət olub. Məhz ona görə də ermənilər  necə ki
Xankəndində, eləcə də, Azərbaycanın hər yerində
rahatlıqla yaşa yırdılar. Adekvat millət hesab edərək,
digər millətlər kimi onlara da qapılarımızı açmışdıq. Biz
millətçi və şovonist bir xalq de yilik, biz millətsevər,
qonaqpərvər, qapılarımızı bütün millətlərin üzünə
məmnuniyyətlə açan xoşməramlı bir millətik. Ancaq
görünür, ermənilər İrəvan Xanlığına, Qarabağa hardan
gəlib çıxdıqlarını unudublar.
141
M
M

İRƏVANDA XAN QALMADI 
Ermənilərin Qərbi Azərbaycan ərazisində
məskunlaşmaları 1441-ci ildə erməni katolikosluğunun
Kilikiya ərazisindən (indiki Türkiyə ərazisi)
Qaraqoyunlu dövlətinin torpaqlarına aid olan Qərbi
Azərbaycan ərazisindəki Üçkilsəyə (Üçmüəzzin - Ağrı
vadisində (dəyişdirilmiş adı Ararat düzənliyi) yerləşən
şəhər eramızın II əsrinin II yarısında salınıb)
köçürülməsindən sonra başlamışdır.    
İrəvan xanlığının  əsası XVIII əsrin ortlarında Mir
Mehdi xan tərəfindən qoyulmuşdur. Mərkəzi İrəvan
şəhəri idi. XIV əsrin sonunda – Teymurilər dövründə
142
M
M
İrəvan qalası 1796. (açıqça)

kənd kimi meydana gələn İrəvan XVI əsrdə Şah
İsmayılın dövründə (1501-1524) şəhər statusu alır.
Xanlığın mərkəzi
İrəvan şəhəri iki
hissədən ibarət ol muş -
dur: Qala və Bayır
şəhər. İrəvan qalası
1582-ci ildə çiy
kərpicdən Zəngi çayı 
-
nın sol sahilindəki qa -
yada inşa edilmişdir.
İkiqat hasarla əhatə
olun muş qalanın birinci
qatında 17 bürc
qoyulmuşdu. Birinci qat-
dan 50-70 metr aralı ikin -
ci hasar gəlirdi. Birinci
divar ilə ikinci divar
arasında dərin arx qazıl -
mışdı. Lazım ol duq da arx su ilə doldurulur du. Qala da
20-22 top vardı. Adi zamanlarda qa lanın qarnizonunda
5-7 minlik qoşun yerləşirdisə, müharibə zamanı
qoşunun sayı artırılırdı. İrəvan şəhərinin özü – Bayır
şəhər İrəvan qalasından şimalda salınmışdı. Bunda
məqsəd şəhərin müdafiəsini təşkil etmək idi. XIX əsrin
əvvəllərində İrəvan qalasında barıt və silahtökmə
zavodları vardı ki, onlar həm top, həm də barıt istehsal
143
M
M
İrəvan şəhərində vaxtilə mövcud
olmuş Hacı Novruzəli (Hacı bəy)
məscidi. Məscid ermənilər
tərəfindən dağıdılmışdı

edirdilər. İrəvan xanlığında İrəvan qalasından əlavə,
İran ilə Türkiyə ərazisinə yaxın yerdə Sərdarabad qalası
da inşa edilmişdi. 
XIX əsrin əvvəllərində Rusiyanın işğal etdiyi
Şimali Azərbaycan xanlıqları içərisində  ən sonda süqut
edən İrəvan xanlığı olmuşdur. Lakin 150 ildən artıq idi
ki, ermənilər Üçmüəzzin kilsəsinin yerləşdiyi ərazini
əhatə edən torpaqlarda erməni dövlətinin yaradılması
üçün Rusiya çarlarına müraciət edir, hərbi əməliyyatlara
başlamaq üçün onları müxtəlif vədlərlə
şirnikləndirirdilər.
“Alınmaz qala” adlandırılan İrəvan qalası rus
döyüşçülərinin fasilələrlə 23 il apardıqları müharibələr
nəticəsində 1827-ci ildə işğal olunması ilə Şimali
Azərbaycan xanlıqlarının hamısı Rusiya işğalı altına
144
M
M
Təqribən 23 il rus ordusunu lərzəyə salan, ələkeçməz, qəhrəmanlığı
ilə adı dillər əzbəri olan görkəmli sərkərdə, Həsən xan  – İrəvan Xan
Sarayı. Rəsm XIX əsrin əvvəllərinə aiddir

düşdü. İrəvan qalasının alınmasında yenə də erməni
xəyanəti və satqınlığı mühüm rol oynamışdı. Regionun
relyefinə bələd olan ermənilər rus hərbçilərinə
bələdçilik edir, qalanın zəif müdafiə olunan yerlərini
rus hərbçilərinə nişan verir, casusluq fəaliyyəti
göstərirdilər. 
İrəvan xanlığında türkdilli azərbaycanlıların yerli
xalq olması danılmaz həqiqətdir. Bunu Qafqazın ali baş
komandanı general Paskeviç rəsmi məlumatlarda da
qeyd etmişdir. İrəvan qalasını çox çətinliklə alan gen-
eral Paskeviç-İrəvanski İrəvan xanlığında əhalinin milli
tərkibi haqda verdiyi məlumatda burada 10 min
azərbaycanlı, 3 min erməni ailəsinin yaşadığını qeyd
etmişdir. ABŞ-dan olan professor Castin Makkarti
Rusiya işğalına – 1828-ci ilə qədər İrəvan xanlığı
əhalisinin 80 faizinin azərbaycanlı olduğunu göstərir.
S.Şopen 1828-1832-ci illərə qədər İrəvan
xanlığında əhalinin mütləq çoxluğunu müsəlmanların,
yəni azərbaycanlıların təşkil etdiyini yazmışdır. Onun
hesablamalarına görə, İrəvan əyalətində 16.075 ailə
(81.749 nəfər) müsəlman, 4.428 ailə (25.151 nəfər) isə
erməni idi. Müsəlman dedikdə S.Şopen azərbaycanlıları
və müsəlman kürdləri nəzərdə tuturdu.
1828-ci il martın 1-də çar I Nikolayın xüsusi
fərmanı ilə rus işğalçıları qədim Azərbaycan torpağı
olan İrəvan və Naxçıvan xanlıqlarının  ərazisində
“Erməni vilayəti” adlı qondarma qurum yaratdılar.
Bununla da, tarixi  torpaqlarımızda erməni dövlətinin
145
M
M

yaradılmasının, eləcə də Cənubi Qafqaz bölgəsində
yeni münaqişə ocağının yaradılmasının əsası qoyuldu.
İrəvan xanlığının süqutu ilə Şimali Azərbaycan çar
Rusiyasının, Cənubi Azərbaycan torpaqları isə Qacarlar
İranının əsarəti altına düşdü. Azərbaycan bax belə
parçalandı, əzizlərim. Rusiya və İran Azərbaycanı
aralarında beləcə bölüşdürdülər.
146
M
M
İrəvan xanının qardaşı Pənah xanın İrəvan şəhərində
yerləşən evi

Yüklə 392,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin