Bariş BƏYİN Əhvalati panika pozuntusu



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə3/10
tarix01.01.2017
ölçüsü1,83 Mb.
#4146
1   2   3   4   5   6   7   8   9   10
dir. Bu o deməkdir ki, anadan olandan ölənə qədər hər 100 adamdan 1.6–
7.0–si panika pozuntusuna tutulacaqdır. İnsanların 1/3–i həyatında heç 
olmasa bir dəfə panika tutması keçirir. Bir insanda 1–2 tutmadan sonra 
başqa heç bir tutma halı baş vermədiyi halda bəzi insanlarda həftə ərzində 
birdən çox tutma baş verə bilər.
Barış bəy bu məqamda: 
– Məndə baş vermə səbəbi nə ola bilər? – deyə soruşdu. 
– Panika tutmasının bir çox səbəbləri vardır, – dedi həkim. – Bunlarla 
əlaqədar məlumat verim. Bir insanda panika tutmasının başlamasını tək 
bir səbəbə bağlamaq olmaz. Birdən çox səbəbi ola bilər. 
Zeynəb xanım: 
– Bu səbəblər hansılardır? – deyə soruşdu. 
– Bu səbəbləri iki əsas qrupa ayırmaq olar: psixi və bioloji. Psixi səbəb-
lər arasında insanın şəxsi keyfiyyətləri, uşaqlıq dövründəki qorxuları və 
həyatı, həyatında baş verən dəyişikliklər və stresli hadisələr, problemi həll 
etmə bacarığı, təşvişə qarşı həssaslıq, fiziki əlamətlərin səhv dərk edilməsi 
ola bilər. Bioloji səbəblər arasında isə, genetik faktorlar, beyinin funksiya-
sının pozulması, mərkəzi sinir sistemi, beyinin bəzi sahələrinin həddin-
dən artıq çox işləməsi, karbon qazına qarşı həddən artıq həssaslıq, yuxu 

29
və s. kimi səbəblər vardır. 
Zeynəb xanım: 
– Bu faktorları bir az izah edə bilərsinizmi? – deyə soruşdu. 
– Belə hesab edilir ki, panika pozuntusu olan insanlarda şəxsi xarak-
ter baxımından bəzi ümumi cəhətlər olur. Çünki bəzi insanlar panika po-
zuntusuna tutulduğu halda bəzilərində rast gəlinmir. Panika pozuntusu 
olan insanlarda təşvişə qarşı anadangəlmə bir həssaslığın olduğu bildirilir. 
Ümumi xüsusiyyətlər kimi bunları qeyd etmək olar: Uşaqlıqdan özünü 
həddindən artıq tənqid etmək, işlər yolunda getməyəndə özünü günah-
landırmaq, özünə qarşı tələblərin yüksək olması, başqalarının arzu və 
ehtiyaclarına əhəmiyyət verib öz ehtiyaclarını arxa plana atmaq, asılılığa 
meyillilik. – Həkim bir az fasilə verib: – Barış bəy, sizdə bunların olub-ol-
madığını nəzərdən keçirsəniz yaxşı olar, – dedi. 
Sonra sözlərinə davam etdi: 
– Uşaqlığın ilk illərində qorxulu hallar uşaqlara çox böyük təsir edibsə, 
bu xoşa gəlməyən hiss və fikirlərin yeniyetməlik dövründəki həyatına da 
təsir göstərə biləcəyi deyilir. Uşaqlar inkar edilməyi, hədələnməyi, həd-
dindən artıq xəbərdarlıq almanı təhlükəli vəziyyət kimi qiymətləndirə 
bilərlər. Uşaqların ən böyük qorxularından biri anadan ayrılmaqdır. Ay-
rılıq təşvişi adlandırılan bu vəziyyət uşaqlarda daha çox məktəbə getmə 
qorxusu kimi təzahür edir. Yeniyetməlik dövründə bu vəziyyəti xatırladan 
qıcıqlandırıcılar təşvişə səbəb ola bilər. Əhəmiyyət verdiyi bir adamı və ya 
dəstək sistemini itirmək də fərddə panika tutmaları üçün əlverişli bir və-
ziyyətə səbəb ola bilər. Təhlükəli hesab edilən bu halların mütləq şəkildə 
həqiqət olması elə də vacib deyil. – Həkim burada yenə fasilə verib – Barış 
bəy, bunlara da fikir verməyiniz yaxşı olar, xüsusilə ayrılıq təşvişinə. Uşaq-
lıq illərində olan fiziki və cinsi istismar da böyük yaşlarda panika tutmala-
rının ortaya çıxmasında vacib bir faktor ola bilər, – dedi.
Zeynəb xanım: 
– Stress də təsir edə bilərmi? 
– Stress, insanlarda gərginlik yaradan vəziyyətə verilən addır. Həyat-
dakı stressli hadisələrin panika tutmalarının başlanmasında mühüm təsiri 
olduğunu düşünürlər. Başqa evə köçmək, işsiz qalmaq, boşanmaq, böyük 
həcmdə borcların olması və bu kimi vəziyyətlər stressli hadisələrdir, bun-
lara stressor deyirlər.
PANİKA TUTMASI, PANİKA POZUNTUSU

PANİKA POZUNTUSU
30
Stressin təsirləri
* Toplanmış yağ və şəkər qana qarışır, 
* Tənəffüs tezləşir, 
* Nəbz və qan təzyiqi yüksəlir, 
* Qanda eritrositlərin miqdarı artır, 
* Qanın koaqulyasiya (laxtalanma) mexanizmləri fəa-
liyyətə keçir, 
* Əzələ gərginliyi artır, 
* Göz bəbəkləri genişlənir, 
* Həzm sisteminin fəaliyyəti yavaşıyır və ya dayanır, 
* Bədənin həssaslığı artır, 
* Tər vəziləri daha sürətlə çalışır, 
* Adrenalin və noradrenalin ifraz olunur.
– Barış bəy, stressli hadisələr xoşagəlməz, narahatlıq yaradan ha-
disələrdir. Görəsən xoş hadisələr də stress yarada bilərmi, yaddaşınızda 
belə nümunələr varmı? 
Barış bəy fikirləşməyə çalışdı, ancaq yadına sala bilmədi. Mütaliə et-
məyi çox xoşlamasına və üstəlik belə mövzularda ümumi məlumatının da 
olmasına baxmayaraq o an ağlına heç bir şey gəlmədi. Bütün fikrini indiki 
vəziyyətə yönəltmişdi: 
– Həkim, vallah, ola bilər, amma indi ağlıma heç nə gəlmir, – dedi. 
– Həyatdakı stressli hadisələr deyəndə ümumiyyətlə mənfi hadisələr 
ağla gəlir. Halbuki müsbət və xoş hadisələr də stress yarada bilər. Məsələn, 
işə başlamaq, evlənmək, istirahətə getmək müsbət olduğu halda stress 
yarada bilər. Barış bəy, yaxın zamanlarda stressli hadisələrlə qarşılaşmı-
sınızmı?
Barış bəyin ağlına Zeynəblə olan mübahisələri gəldi, amma bunun elə 
də əhəmiyyətli bir şey olmadığına qərar verdi: 
– Elə də əhəmiyyətli bir hadisə baş verməyib. 
– İndi isə problemləri həll etmək bacarığına keçək, – deyə həkim sözlə-
rinə davam etdi. – Bir az əvvəl qeyd etdiyim vəziyyətlərdən də daha vacib 
olan şey onlara necə reaksiya verməyimizdir. Əgər bir problemi həlletmə 
bacarığımız yetərli səviyyədə deyilsə, həyatda qarşılaşdığımız problemlərin 
öhdəsindən çətinliklə gələcəyik. Bunlar stress və vahimə yarada bilər, bu 
vəziyyət də panika tutmasını sürətləndirə bilər. Panika tutması ilə qarşıla-

31
şanlar sonrakı günlərdə “qaç və ya mübarizə apar” reaksiyası üçün şüural-
tı olaraq daim bir xəbərdarlıq gözləyirlər. Bu, fiziki əlamətlərə qarşı daha 
həssas vəziyyətə gəlmək deməkdir. Əgər siz nəfəs almağınıza və yaxud 
ürəyin döyünmə sürətinə fikir verməyə başlasanız, o zaman fikirləcəksiniz 
ki, daim ayıq olmalısınız. Bu ayıqlıq və ya səksəkəli vəziyyətdə olmaq fikri 
panika tutmasını başlada bilər. Bu əlamətlərin zərərsiz olduğunu da düşünə 
bilərsiniz, ancaq adətən ən pis ehtimal barədə fikirləşəcəksiniz. Bu isə təbii-
dir, çünki xəyalən belə olsa, özünüzü qorumağa çalışırsınız.
Barış bəy soruşdu: 
– Qaç və ya mübarizə apar reaksiyası nə deməkdir? 
Həkim: 
– Stress bütövlükdə bizim üçün bir təhlükə yaradır. Bədənimizdəki 
tarazlığın təmini və davam etməsi üçün bəzi sistemlər daha aktiv vəziy-
yətə gəlir. Bir az sonra haqqında danışacağım simpatik sinir sistemi bizim 
təhlükəyə qarşı daha hazırlıqlı olmağımızı təmin edir. Bədənimiz bir təh-
lükə siqnalı aldığında, bu sinir sistemi bizi qaçmağa və yaxud mübarizə 
aparmağa hazırlayır.
Barış bəy: 
– Hamı eyni reaksiyanı verir? – deyə soruşdu. 
– Bəli, hər kəsin reaksiyası eyni olur, avtomatik olaraq ortaya çıxar. 
Hansı reaksiyanın olacağı o andakı vəziyyətdən asılıdır. Təhlükə zəif və 
kiçikdirsə, o zaman bu amili ilə mübarizə aparırıq; təhlükə güclü və bö-
yükdürsə, qaçırıq.
Zeynəb xanım həkimə müraciətlə:
– Bu izah etdikləriniz bir çox adamda ola bilən şeylərdir. Bir çox 
adamlar bunlarla qarşılaşdığı halda niyə hamıda panika tutmasına rast 
gəlinmir? – deyə soruşdu.
– Zeynəb xanım, yerində verilən sualdır, – dedi həkim. – Burada va-
himəyə qarşı həssaslıq, insanın xarakteri və indi bəhs edəcəyim bioloji 
amillər rol oynayır. Həqiqətdə panika tutması bir faktorla bağlı ola bil-
məz. İki və ya daha çox faktorun birlikdə rol oynadığı bildirilir.
– Bəhs etdiyiniz xüsusiyyətlər həqiqətən fiziki əlamətlər yarada bilərmi? 
– Bəli, digər faktorlarla birlikdə yarada bilər. O mövzu ilə bağlı məlu-
mat verəcəyəm. İndi bioloji faktorları yekunlaşdırmaq istəyirəm. Bioloji 
faktorlar panika pozuntusu haqda məlumat versə də, simptomların va-
himə nəticəsində ola biləcəyini də unutmamaq lazımdır. Məsələn, pani-
PANİKA TUTMASI, PANİKA POZUNTUSU

PANİKA POZUNTUSU
32
ka pozuntusu olanlar ağrıya daha həssas və tez yorulmağa meyilli olurlar. 
Qanımızda, yorğunluq hormonu deyilən süd turşusunun miqdarı artan 
kimi yoruluruq. Stress və vahimə də süd turşusunu artıra bilər. Bioloji fak-
torların əhəmiyyəti onunla izah olunur ki, o, panika pozuntusunda bəzi 
dərmanların qəbulu zamanı yaxşı nəticələrin əldə olunması baxımından 
mühüm rol oynayır. Keçmişdən belə məlumdur ki, panika pozuntusu 
ailələrdə irsi xarakter daşıyır. Bununla belə, genetik olarak ötürülməsi 
və ya genetik meyilliliyin necə olduğu və necə ötürüldüyü hələ də tam 
olaraq məlum deyil. Bir adamda panika pozuntusu varsa, onun birinci 
dərəcəli qohumlarında panika pozuntusunun olma ehtimalı, cəmiyyətdə 
buna təsadüf etmə ehtimalından daha yüksəkdir. Bu ehtimalın artması 
üçün həm uşağın tərbiyə olunması tərzini, həm də vərdiş etdiyi davranış-
ları araşdırmaq lazımdır. Barış bəy, siz dediniz ki, daha əvvəl ailənizdə heç 
kimə panika pozuntusu diaqnozu qoyulmayıb.
– Bəli, elə bir adam yoxdur, – dedi Barış bəy. – Bu o deməkdir ki, mən-
də genetik bir amil yoxdur, elə deyilmi? Qızımda da olmaz.
– Bəli, sizdə yoxdur. Lakin heç kim zəmanət verə bilməz ki, gələcəkdə 
qızınızda panika pozuntusu olmayacaq. Məlumatlarımıza əsasən düzü 
ancaq onu deyə bilərik ki, qızınızda panika pozuntusunun yaranma eh-
timalı cəmiyyətdəki ehtimaldan bir az daha yüksəkdir. Beyinin inkişafın-
dakı bir nasazlıq reflekslərin fərqli olmasina təsir edib tarazlığın pozulma-
sına səbəb ola bilər. Bu şəxslərdə görmə zəif olur. Bunların xüsusiyyətləri 
mərkəzi sinir sistemində gərginliyə səbəb ola bilər. Bunun nəticəsində 
insan stressə qarşı daha həssas olur. Fiziki simptomlar səhv yozula bilər.
Həkim bir az nəfəsini dərdi: 
– Digər vacib bioloji faktor mərkəzi sinir sisteminin roludur. Beyni-
mizdəki bir trilyondan çox neyron bütün hisslərimizi, fikirlərimizi və 
davranışlarımızı idarə edir. Bu neyronlar daim bir-biriylə danışır, bir-bi-
rinə məlumat verir. Mesajları alan, daşıyan, toplayan və nəticədə ünsiy-
yəti təmin edən bəzi maddələr vardır. Bu maddələrlə bağlı əsas sistemlər 
noradrenergik, xolinergik, dopaminergik və serotoninergik sistemlərdir. 
Bunlarla əlaqədar maddələrin balansındakı pozulma bizim həyatımızın 
hər sahəsinə birbaşa təsir edir. Bunlardan qamma amin butir turşusu 
(GABA), adrenalin və kortizolun stresslə daha çox əlaqəlidir. Bunların 
hamısı bədənimiz üçün lazımlıdır. Bunlardan GABA yaxşı, kortizol isə 
pis hormon hesab edilir. Halbuki kortizol da həyatımız üçün vacibdir. 

33
O, stress hallarında adrenalinlə birlikdə fəaliyyət göstərir və həyat üçün 
enerji ilə təmin edir.
– Stress hormonu deyilən şey budur? – deyə Barış bəy soruşdu.
– Bəli, cəmiyyətdə buna stress hormonu deyirlər. Stress normal səviy-
yədə olanda kortizol özümüzü yaxşı hiss etməyimizi təmin edir. Həddin-
dən artıq stress vəziyyətində isə elə bir təsir yaradır ki, özümüzü narahat 
hiss edirik. Yüksək miqdarda kortizol GABA–nın funksiyasını yerinə ye-
tirməsinə mane olur. Nəticədə böyük bir vahimə və ya panika tutması 
meydana gəlir. 
Hər hansı təhlükəli anda böyrəküstü vəzilərindən adrenalin hormonu 
ifraz olunur. Bu, ürəyinizin daha sürətli döyünməsinə, əzələlərinizin gər-
ginləşməsinə və narahatlıq verən fiziki əlamətlərin meydana gəlməsinə 
səbəb olur. Adrenalin iradədən kənar fəaliyyət göstərən sinir sistemini 
(simpatik sinir sistemi) qıcıqlandırır. Bunun sinir sisteminə təsiri nəti-
cəsində insanın canlılığı və sayıqlığı yüksəlir, enerjisi artır. Beləcə insan 
qaçmaq və ya hücum etmək üçün hazır vəziyyətə gəlir. Bu qıcıqlanma ilə 
canlanma arasında tarazlığın tənzimi üçün iradəmizdən kənar olaraq bu-
nun əksinə fəaliyyət göstərən sinir sistemi (parasempatik sinir sistemi) də 
aktivləşir. Əgər təhlükəli vəziyyət və ya stress davam edərsə, hər iki siste-
min fəaliyyəti, bilavasitə aralarındakı gərginlik də artır və sürəkli qıcıqlan-
ma vəziyyəti yaranır. Bu vəziyyət insanda narahatlıq və əsəbiliyə yol açır. 
Ən çox iki biokimyəvi sistemin üzərində dayanırlar. Bu sistemlər no-
radrenergik və serotoninergik sistemlərdir. Bunlar sizin üçün lazım ola 
biləcəyindən daha geniş məlumatlar ola bilər, ona görə də burada əlavə 
nəsə danışmağa ehtiyac yoxdur. Həmçinin panika pozuntusu olan şəxs-
lərdə beyinin bir sahəsinin həddindən artıq aktivləşdiyi barədə də çox 
danışılır. Biokimyəvi amillərin öyrənilməsi və onların əhəmiyyəti dər-
Hiper ventilyasiya
(Sürətli nəfəs alıb-vermə)
Səhv fikirlər
 Panika simptomları/
panika tutması
 Fiziki simptomlar
(Baş gicəllənmə, titrəmə)
PANİKA TUTMASI, PANİKA POZUNTUSU

PANİKA POZUNTUSU
34
manlarla bağlıdır.
Zeynəb xanım hər şeyi diqqətlə dinləyirdi və birdən maraqla soruşdu: 
– Həkim, çoxlu amilin rolundan bəhs etdiniz. Beyin və sinir sistemiylə 
əlaqədar müayinələr də ediləcəkmi? 
– Mən də elə bu məsələyə gəlirdim, siz məni qabaqladınız. Hiss, fi-
kir və davranış kimi funksiyalarımızın kökü və ya mərkəzi beyindir. Barış 
bəyin şikayətləri də bununla əlaqədardır. Panika pozuntusunda beyində 
bəzi dəyişikliklərin olması gözlənilən haldır. Beyinlə əlaqədar rentgen 
müayinə neyrosonoqrafiya təyin edilə bilər, lakin bu elə də zəruri deyil. 
Bu müayinələr diaqnozun təsdiqlənməsi baxımından faydalı olur, ancaq 
hər hansı patologiya aşkar olunmasa belə, bu, qoyulan diaqnozu istisna 
etmir. Rentgen müayinə nəticəsində panika pozuntusu diaqnozunun qo-
yulmasına imkan verən spesifik bir patologiya hələlik yoxdur. Diaqnoz 
üçün Barış bəyin şikayətləri, qarşılaşdığı tutma əlamətləri daha vacib və 
faydalıdır. Hələlik belə bir müayinəyə ehtiyac olduğunu düşünmürəm, 
lazım olarsa, gələcəkdə etdirə bilərsiniz.
Barış bəy krosloda yerini rahatlayıb:
– Bu amillərə və açıqlamalarınıza əsasən hər hansı dərmandan istifadə 
edəcəyəmmi? – deyə soruşdu. 
– O mövzudan da bəhs edəcəyəm, Barış bəy. Lakin istəyirəm, əvvəl 
bu səbəbləri yekunlaşdırım. Bədənimizin müvafiq funksiyaları yerinə ye-
tirə bilməsi üçün müəyyən miqdarda karbon qazına ehtiyacı vardır. Əgər 
karbon qazı müəyyən həddən az olarsa, bədənimizdə panika tutmasına 
bənzər əlamətlər ortaya çıxa bilər. Hiper ventilyasiya termini sürətli nəfəs 
alıb-verməyi göstərir. Bir şok halında və ya ani (qəfildən) bir təhlükə ya-
randığında sürətli nəfəs alıb-vermək normal bir reaksiyadır. Bir panika 
tutması keçirən adamın tənəffüsü sürətlənir, tutma prosesinin ortasında 
səthi olur. Hiper ventilyasiyanın əlamətləri səthi və tez-tez nəfəs almaq, 
sürətli nəfəs almaq, nəfəsini çəkmək və tənəffüsün dayanmasıdır.
Hiper ventilyasiya–panika halqası
– Stress vəziyyətində hiper ventilyasiyanın özü də panika tutmasını in-
tensivləşdirə bilər. Hiper ventilyasiya zamanı normadan çox miqdarda kar-
bon qazı xaric olunur. Bu vəziyyət isə eritrositlərdən bədənə və beyinə daha 
az miqdarda oksigenin keçməsi deməkdir. Panika tutmasının bəzi fiziki 

35
simptomları bu şəkildə ortaya çıxır. Panika tutması başlandığı zaman nəfəs 
alma sürətlənir, bunun nəticəsində həyəcan artır, artan həyəcan nəfəs alma-
nı sürətləndirir; nəticədə hiper ventilyasiya–panika halqası yaranır. Belə bir 
vəziyyətdə fiziki əlamətlərin səhv dərk olunması vahimə və panikanı artırar. 
– Belə çıxır ki, məndə olan bu əlamətlər xəstəliklə deyil, nəfəs almaqla 
əlaqədardır? – deyə Barış bəy təəccüblə soruşdu. 
– Bir tərəfdən elədir, lakin hər əlaməti demək olmaz. Panika pozuntusu 
sizi hiyləgərcəsinə aldadır. Daha sonra bu mövzuya yenidən qayıdıb başa 
salacağam. Sonda bunu demək istəyirəm ki, yuxu apnesi (yuxuda nəfəs al-
manın dayanması) gecə baş verən panika tutmalari ilə bağlı ola bilər.
Zeynəb xanım:
– Həkim, vaxtınızı çox aldıq. Müalicə ilə bağlı da məlumat verərsiniz? – 
deyə soruşdu. 
– Zeynəb xanım, sizə bu mövzunu bu qədər ətraflı izah etməyimin 
səbəbi də məhz budur. Panika pozuntusunun öhdəsindən gəlmək üçün 
mümkün qədər çox məlumatlı olmalısınız. Bir başqa səbəb odur ki, gələ-
cəkdə sizin də başqalarına köməyiniz dəyə bilər. Barış bəy, sizin məndən 
gözləntiləriniz nədir?
Barış bəy: 
– Tez bir zamanda tutmaların keçməsi. Tutma halının bir daha baş 
verməməsi. Əvvəlki normal həyatıma geri dönmək, ailəmlə adi qayda-
da yaşamaq, işimlə məşğul olmaq, – deyə cavab verdi. – Müalicə oluna 
bilərəmmi, bunlar müalicə ilə tamamilə keçib gedərmi? Müalicə necə 
olacaq? Dərmandan istifadə edəcəyəmmi?
– Panika pozuntusu müalicə edilən bir nasazlıqdır. Burada məsuliyyət 
tək həkimin üzərinə düşmür, sizin də köməyiniz lazım olacaq. Hətta Zey-
nəb xanımın da. Burada ən yaxşı nəticə verən müalicə metodu medikamen-
toz müalicə ilə yanaşı koqnitiv terapiyanın da tətbiq olunmasıdır. İndi sizin 
üçün ayrılan vaxtdan çox kənara çıxdığımız üçün təfərrüatlara varmıram, 
dərman barədə gələcək görüşümüzdə məlumat verəcəyəm. 
– İndi hər hansı dərman verəcəksinizmi? – deyə Zeynəb xanım soruş-
du. Digər tərəfdən isə həkimin vaxtını çox aldıqları üçün özünü narahat hiss 
edirdi. 
– Bəli, elə də ciddi kənar təsiri olmayan bir dərman yazacağam. Hər 
səhər bir həb qəbul edəcəksiniz. Dərman panika tutmasını aradan qaldıra-
caq, lakin daimi bir yaxşılaşma üçün dərmanla yanaşı, əlavə terapiyalar da 
PANİKA TUTMASI, PANİKA POZUNTUSU

PANİKA POZUNTUSU
36
aparmalı olacağıq.
Barış bəy həkimin onlara vaxt ayırmasından, göstərdiyi diqqətdən razı 
qalmışdı: 
– Növbəti dəfə nə vaxt gəlməliyik? 
– Mənim fikrimcə, həftədə bir dəfə psixoterapiya seansına gəlməlisiniz. 
Bu, təxminən iki-iki ay yarım davam edər, sonra vəziyyətinizə görə qərar 
verərik, daha gec–gec gələrsiniz.
Zeynəb xanım yerində qurcalandı, bir az narahat olmuşdu: 
– Həkim, hər həftə sizə ödəniş etməkdə çətinlik çəkəcəyik, – dedi. – 
Təəssüf ki, indi belə bizim üçün çətin oldu. 
Həkim çox fikirləşmədən çıxış yolunu söylədi: 
– Bir dəfə gələndə ödəniş edərsiniz, o birində etməzsiniz. Qəbul vax-
tınızı iş gününün sonuna salarıq, normadan daha uzun çəkərsə, vaxtla 
problemimizin olmaması üçün. Bu müalicənin faydalı olması üçün mütə-
madi gəlməlisiniz. Belə bir variant sizin üçün də əlverişlidirmi? 
PANİKA TUTMASININ SİMPTOMLARI 
(DSM–IV–TR, Amerika Psixiatriya Dərnəyi, 2000)
DSM–IV–TR– görə panika tutmasının simptomları bunlardır:
Aşağıdakı simptomlardan dördünün (və ya daha çoxunun) qəflətən 
başladığı və 10 dəqiqə ərzində ən yüksek səviyyəyə çatdığı ayrı bir şiddətli 
qorxu və yaxud narahatlığın olduğu mərhələ: 
 1. Ürəyin tez-tez döyünməsi, ürək döyüntülərinin hiss olunması və ya 
nəbzin tezliyinin artması, 
 2. Tərləmə, 
 3. Titrəmə və ya əsmə, 
 4. Tez-tez nəfəs alıb-vermə (nəfəs darlığı) və ya boğulurmuş kimi hisslər, 
 5. Nəfəsin kəsilməsi hissi, 
 6. Döş qəfəsində ağrı və ya narahatlığın olması hissi, 
 7. Ürək bulanma və ya qarında ağrı hissi, 
 8. Baş gicəllənməsi, sərsəmlik, müvazinətin itirilməsi və ya bayılma 
hissləri, 
 9. Derealizasiya (reallıq hissinin itirilməsi) və ya depersonalizasiya 
(özünü və ətraf aləmi qavramada çətinlik çəkmə)
10. Özünü idarə edə bilməmə və ya havalanma/dəli olma qorxusu, 
11. Ölüm qorxusu, 
12. Paresteziyalar (Keyimə və ya gizilti hissləri)
13. Ürpəşmə, bədənə soyuqluq və ya istilik gəlməsi

37
PANİKA POZUNTUSU
(DSM–IV–TR, Amerika Psixiatriya Dərnəyi, 2000)
DSM–IV–TR–ə görə panika pozğunluğu diaqnozu üçün kriteriyalar bun-
lardır:
Aşağıdakı simptomların ikisi də olmalıdır:
1. Təkrarlanan, gözlənilməz panika tutmaları, 
2. Panika tutmalarından ən azı birindən sonra, bir ay ərzində (və ya daha 
uzun bir müddətdə) aşağıdakılardan biri (və ya daha çoxu) baş verir, 
a. Başqa tutmaların baş verəcəyi ilə bağlı daim təlaş içində olmaq, 
b. Bir tutmanın təsirləri və ya nəticələri ilə əlaqədar narahatlıq hiss etmə 
(məsələn, özünüidarəni itirmə, ürək infarktı keçirmə, havalanma), 
c. Tutmalarla əlaqədar olaraq davranışda mühüm dəyişiklik olması.
AQORAFOBİYA
(DSM–IV–TR, Amerika Psixiatriya Dərnəyi, 2000)
DSM–IV–TR–ə görə aqorafobiyanın əlamətləri bunlardır:
Bir panika tutması baş verdiyində yardım alma imkanının olmadığı və ya 
bundan qaçmağın çətin olduğu hallarda və ya məkanlarda olmaq səbəbi ilə 
əlaqədar vahimə hissi, 
Bu vəziyyətlərdən çıxmaq olar, yaxud bir panika tutması baş verəcəyinə 
dair vahimənin və ya müəyyən bir problemin olacağı hissi ilə bu hallara döz-
mək mümkündür. Xəstənin yanında bir nəfərin olması zərurəti yaranır.
 
2013–cü ilin may ayında tətbiq olunan DSM–5’də panika tutması ile 
aqorafobiya bir-birindən tamamilə ayrı tutularaq bunların iki müxtəlif 
pozğunluq olduğu qəbul edilib. 
– Ola bilər, –deyə Barış bəy bildirdi. Nəyin bahasına olursa, bu tutma-
lardan canını qurtarmaq istəyirdi. 
– Elə isə gələn həftə eyni saatda sizi gözləyirəm, – dedi həkim. Masa-
sının çəkməcəsindən bir vərəq götürdü. – Buyurun, bu, panika tutması 
əlamətlərinin siyahısıdır, –deyib kağızı verdi. – Bu kartda da cib telefo-
numun nömrəsi var. Lazım olanda və ya bir sual yarandıqda zəng edə 
bilərsiniz.
Barış bəylə Zeynəb xanım təşəkkür edib çıxdılar. Küçəyə çıxanda Ba-
rış bəy: 
PANİKA TUTMASI, PANİKA POZUNTUSU

PANİKA POZUNTUSU
38
Deyəsən, davam etdirsəm, yaxşı olacaq. Həkim də diqqətcil davrandı, 
vaxt ayırdı, –dedi. Onu Zeynəb xanımın fikirləri maraqlandırırdı, xüsu-
silə ödənişlə bağlı. 
Bəli, hər məsələdə kömək etməyə çalışdı, –deyə Zeynəb xanım bil-
dirdi.

39
3
Barış bəy çaşqınlıq içində 
Evə gedəndə yolda Barış bəy kəlmə kəsmədi. Zeynəb xanım bir 
neçə dəfə cəhd göstərib onu danışdırmaq istədi, ancaq əbəs yerə; Ba-
rış bəy qısa cavablar verərək söhbətdən qaçırdı. 
Zeynəb xanım, “Görəsən pul məsələsini fikirləşir?” – deyə öz-öz-
lüyündə düşündü. Çünki maddi durumları yaxşı deyildi, çətinlik-
lə dolanırdılar. Doğrudur, borcları çox deyildi. Yoldaşının əhvalını 
pozmamaq üçün bir müddət susmaq qərarına gəldi. Evə çatana kimi 
ikisi də danışmadı.
***
Yemək vaxtı Barış bəy pəjmürdə görünürdü. Həmişəkindən daha 
az yedi. Sanki həlli imkansız olan problemləri vardı, düşüncəli idi, 
hətta Özləmlə də həmişəki kimi maraqlanmamışdı. 
Zeynəb xanım “Barış əzizim”, dedi. Barış bəy heç bir reaksiya ver-
mədiyi üçün bir daha təkrarladı: 
– Barış əzizim, məni eşidirsən? 
Barış bəy diksinərək: 
– Əfəndim? Başa düşmədim, – dedi. 
– Səni çağırdım, ancaq eşitmədin. Elə bil burda deyilsən, çox fi-

Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin